Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-108/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Ilqar Xanlar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X4, Zərərçəkmiş şəxsin hüquqi varisi - X2, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1988-ci il tarixdə Ermənistan Respublikası Ararat rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Goranboy rayonu Veyisli kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər N.Əliyev (sədrlik edən), M.Məmmədzadə və B.Müslümov) Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər S.Əzizov (sədrlik edən), S.Hüseynov və F.Mahmudov) zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)- ***/**** nömrəli hökmü dəyişdirilmiş, Məhkum X1 xüsusi amansızlıqla öldürməsinə dair müddəalar ittihamdan xaric edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ## #### 2024-cü il tarixdə saat 15 radələrində sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “Ford Fusion” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu Veyisli kəndinin ərazisindən keçən hissəsi ilə Goranboy şəhəri istiqamətində hərəkətdə olarkən həmkəndlisi X1 “Kia Cerato” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkət etdiyini görüb bir gün əvvəl, yəni ## #### 2024cü il tarixdə gecə saat 3 radələrində dayısı şahid10 ilə birlikdə şərikli icarəyə götürdükləri, Goranboy rayonu Veyisli kəndində yerləşən əkin sahəsini suvararkən Əhməd Ərəbovun onunla şəxsi münasibətlər zəminində mübahisə edərək əlbəyaxa olub dayısının yanında onu nalayiq ifadələrlə təhqir etməsi və sonradan hədə-qorxu gəlməsi səbəbindən Əhməd Ərəbovu qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək məqsədilə idarə etdiyi avtomobilin ön hissəsi ilə sonuncunun idarə etdiyi avtomobilə arxadan vurmuş, Əhməd Ərəbov idarəetməni itirmədən avtomobili yolun kənarına çəkib saxlayaraq baş vermiş hadisəni anlamaq üçün avtomobildən düşüb geriyə çevrildikdə, o, Əhməd Ərəbovun idarə etdiyi avtomobilin arxa sağ oturacağında sərnişin qismində əyləşmiş yaxın dostu şahid3 aşkar surətdə xüsusi əzab verərək iztirab çəkdirdiyini dərk edib, sonuncunun gözü qarşısında müstəsna dərəcədə qəddarlıq göstərib xüsusi amansızlıq nümayiş etdirməklə, zərərçəkmiş şəxsə xüsusi əzab və ağrılar verdiyini dərk edib, bunu arzulayaraq, habelə avtomobillə vurulma nəticəsində zərbənin təsirindən X3-Borsunlu avtomobil yoluna yıxılaraq həmin yolla intensiv hərəkətdə olan nəqliyyat vasitələrinin altında qalma ehtimalının olmasına, eləcə də qeyd edilən nəqliyyat vasitələrinin sürücülərinin və sərnişinlərinin, həmçinin şahid3 həyatları üçün təhlükə yaratdığını hiss edib görməsinə baxmayaraq, ümumi təhlükəli üsulla, idarə etdiyi avtomobillə Əhməd Ərəbovu qəsdən vuraraq yolda bir neçə metr sürütləyib sonuncuya kəllə əsası sümüyünün, təpə və alın sümüyünün sınıqları, beyinin yumşaq qişasına, beyin toxumasına, beyin mədəciklərinə qansızma ilə müşayiət olunan, həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilən, həmçinin sol baldır sümüklərinin sınıqları xarakterli, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, habelə alın və təpə nahiyəsinin yarası, sağ bazunun, sağ saidin, sağ baldırın, döş qəfəsinin arxa səthinin sıyrıqları ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə, ağır açıq küt kəllə beyin travması nəticəsində, kəllə əsası sümüyünün, təpə-alın sümüyünün sınıqları, baş beyinin yumşaq qişasına, beyin toxumasına, beyin mədəciklərinə qansızmadan ölümünə səbəb olmaqla, X1 ümumi təhlükəli üsulla və xüsusi amansızlıqla qəsdən öldürüb həyatdan məhrum etmişdir. Apellyasiya instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi ümumi təhlükəli üsulla qəsdən öldürməsinə dair ittihamla razılaşsa da, onun zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən öldürməsinə dair hissədə istintaq orqanı və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və buna görə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən öldürməsinə dair müddəaları ittihamdan xaric etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürməsinə dair müddəaları ittihamdan xaric etməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, məhkəmə öz qərarında təqsirləndirilən şəxsin cinayəti xüsusi amansızlıqla törətməsini və belə niyyətdə olmasını təsdiq edən hər hansı mötəbər sübutun işdə olmamasına istinad edir. Halbuki, cinayət işi üzrə məhkəməyədək ibtidai istintaq tərəfindən və birinci instansiya məhkəməsi tərəfindən Məhkum X1 xüsusi amansızlıqla öldürməsi hərtərəfli araşdırılmış, şahidlər dindirilmiş və təqsirləndirilən şəxsin şahid3 mərhum Əhməd Ərəbovun dostu olmasını bilməsi və ona qarşı da xüsusi əzab və işgəncə vermək niyyəti olması, həmçinin sonuncunun gözü qarşısında müstəsna dərəcədə qəddarlıq göstərməsi, xüsusi amansızlıq nümayiş etdirməklə, zərərçəkmiş şəxsə xüsusi əzab və ağrılar verdiyini dərk edib, bunu arzulaması tam araşdırılmış və sübuta yetirilmişdir. Həmçinin, zərərçəkmiş Əhməd Ərəbovun anası və yetkinlik yaşına çatmayan qızı hadisəyə bilavasitə şahid olmuş və onların gözü qarşısında Məhkum zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürmüşdür. Bundan əlavə, məhkəmə CM-in 58.3-cü maddəsinə əsaslanaraq Məhkum cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almasını qeyd edir. Şikayət müəllifi hesab edir ki, məhz məhkəmə yekun qərar qəbul edərkən Məhkum şəxsiyyətini nəzərə almayaraq ona ömürlük azadlıqdan məhrum etmə deyil, azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Belə ki, qanunvericilik şəxsiyyətin nəzərə alınması dedikdə - şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsi və törətdiyi əməldən peşman olması, zərərəçəkmiş şəxsə ilkin tibbi yardım göstərməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi (dəfn mərasiminin təşkili, zərərəçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi və.s), zərərçəkmiş şəxslə barışmasını və s. nəzərdə tutur. Lakin iş materiallarından görünür ki, Məhkum törətdiyi cinayət əməlini nəinki etiraf edir, hətta özünü təqsirli bilməyərək ona bəraət hökmü çıxarılmasını tələb edir. Həmçinin iş materiallarından görünür ki, Məhkum hadisədən sonra zərərçəkmiş şəxsi köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qəsdən uzaqlaşmışdır və bundan sonra da zərərçəkmiş şəxsin ailə üzvləri ilə də heç bir barışığa cəhd etməmişdir. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində yuxarıda qeyd etdiyi bütün bu halların nəzərə alınmasını, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarı Məhkum X1 xüsusi amansızlıqla öldürməsinə dair müddəaların ittihamdan xaric edilməsi hissəsində əsassız olduğu üçün ləğv edilməsini, Məhkum əməlinin qəsdən xüsusi amansızlıqla adam öldürmə kimi tövsif olunmaqla ona ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin ( CPM-in) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən məhkumun CM-in 120.2.4-cü maddəsi ilə törətmiş olduğu cinayət əməlində xüsusi amansızlıqla bağlı olan müddəaların ittihamdan xaric edilməsinin əsassız olmasını və məhkuma təyin edilmiş cəzanın açıq-aşkar yüngül cəza olmasını iddia etməklə, faktiki olaraq mübahisələndirilən apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya şikayətinin müəllifi hesab edir ki, apellyasiya məhkəməsi düzgün olmayaraq Məhkum ittihamından xüsusi amansızlıqla adam öldürmə əlamətini xaric etmişdir. Məhkum əməlində qeyd olunan əlamətin olması barədə iddiasını onunla əlaqələndirir ki, zərərçəkmiş şəxsin yanında dostu şahid3 olmuş və Məhkum həmin şəxsə və zərərçəkmiş şəxsə xüsusi əzab və iztirab vermək niyyətində olmuş, həmçinin hadisə zərərçəkmiş şəxsin anasının və yetkinlik yaşına çatmayan qızının gözləri qarşısında törədilmişdir. Bu hallar isə onun əməlində xüsusi amansızlıq əlamətinin mövcudluğuna dəlalət etmişdir. Cinayət Məcəlləsinin mübahisələndirilən məsələyə həsr olunmuş normalarından çıxış etməklə hazırki işin materiallarına, bu materiallardan irəli gələn faktiki hallara baxdıqda, müdafiəçinin məhkumun əməlində xüsusi amansızlıq əlamətinin mövcud olduğu barədə iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin dispozisiyasına əsasən digər şəxsi qəsdən həyatdan məhrum etmə qəsdən adam öldürmə cinayəti hesab olunur. Həmin əməlin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədilməsi CM-in 120-ci maddəsində ağırlaşdırıcı tövsifedici əlamətlər qismində nəzərdə tutulur və əməlin CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilməsinə əsas olur. CM-in 120.2.4-cü maddəsinə baxdıqda, aydın olur ki, xüsusi amansızlıq əlaməti ilə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün onun qəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi iztirab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi tələb olunur. Birbaşa və dolayı qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası CM-in 25.2 və 25.3ci maddələrinə görə isə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”, “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur”. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilsin (təbii ki, cinayət tərkibinin digər əlamətləri də müəyyən edildiyi təqdirdə). Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli * saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, “Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Plenum qərarının həmin müddəalarına və CM-in 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar, həmin şəxslərin qohumluq və ya yaxınlıq münasibətindən məlumatlı olsun, eyni zamanda onun niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirməklə öldürmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi və iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün işin faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, əvvəla kassasiya şikayətində zərərçəkmiş Ə.Hüquqi varis anası və yetkinlik yaşına çatmayan qızının gözləri qarşısında Məhkum zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürməsi iddia olunsa da, nə dindirilmiş şəxslərin ifadələrində, nə də irəli sürülmüş ittihamda zərərçəkmişin anası və yetkinlik yaşına çatmayan qızının hadisəyə bilavasitə şahid olması, hadisənin onların gözü qarşısında baş verməsi qeyd edilməmişdir. Verilmiş ittihamdan və birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin faktiki hallardan görünür ki, Məhkum əməli CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən onun zərərçəkmiş şəxsi həm ümumi təhlükəli üsulla, həm də xüsusi amansızlıqla öldürməsinə isnad edilmişdir. Onun əməlinin xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilməsi isə əsas etibarı ilə sonuncunun zərərçəkmiş şəxsi yaxın dostu olan şahid3 gözləri qarşısında xüsusi əzab və iztirab verdiyini dərk edib, bunu arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə zərərçəkmiş şəxsin qəsdən həyatdan məhrum etməsi olmuşdur. Məhkəmə kollegiyası hazırkı işin xüsusiyyətlərini nəzərə alaraq aşağıdakı hallara aydınlıq gətirilməsini zəruri hesab edir. - “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli * saylı qərarında əksini tapmış “yaxın adamlar” ifadəsinin nə anlam verməsinə, - Baş vermiş hadisənin şahidi olmuş şahid3 mərhum zərərçəkmiş şəxs Ə.Hüquqi varis “yaxın adamları” dairəsinə daxil olub olmamasına, - Məhkum hadisənin şahidi olmuş şahid3 mərhum zərərçəkmiş şəxsi ilə yaxınlıq münasibətlərindən məlumatlı olub olmamasına (göstərilən hal xüsusi ilə əhəmiyyət kəsb edir). Azərbaycan Respublikası CPM-in 7.0.32 və 7.0.33-cü maddələrində yaxın qohumlar və qohumlar dairəsi dəqiq müəyyən edildiyi halda “yaxın adamlar” anlayışına hər hansı izah verilməmişdir. Hüquq ədəbiyyatında zərərçəkmiş şəxsin yaxın adamları dedikdə - zərərçəkmiş şəxsin yaxın qohumları və qohumları ilə yanaşı, mövcud şəxsi münasibətlər baxımından zərərçəkmiş şəxsi özlərinə əziz sayan, onun həyat və sağlamlığına önəm verən, onu dəyərli insan kimi özlərinə yaxını hesab edən şəxslər qəbul olunurlar. Cinayət işinin materiallarından görünür ki, ittihamda adı çəkilən hadisənin bilavasitə şahidi olmuş şəxslərdən şahid3 ilə mərhum Ə.Hüquqi varis arasında qohumluq əlaqəsi olmamış, şahid3 ifadələrinə əsasən onlar iki ildir bir-birilərini tanımış və yoldaşlıq etmişlər. Həmçinin öyrənilmiş cinayət işinin materiallarından müəyyən olunur ki, Məhkum şahid3 əvvəldən tanımamış, onun mərhum zərərçəkmiş şəxs Ə.Hüquqi varisla yaxın münasibətdə olub-olmamasından məlumatlı olmamışdır. Məhkum şahid3 zərərçəkmiş şəxsin yaxın dostu və ya yaxın adamı olmasını qabaqcadan bilməsinə dair, eləcə də şahid3 xüsusi əzab və işgəncə verdiyini dərk edib arzulayaraq (birbaşa qəsd) və ya dərk etsə də bunu arzulamayaraq (dolayı qəsd) hazırkı cinayət əməlini törətməsinə dair iş materiallarında heç bir sübut yoxdur. Çünki, işdə olan bütün sübutlar onu göstərir ki, Məhkum şahid3 zərərçəkmiş şəxsin yaxın dostu və ya yaxın adamı olmasını qabaqcadan bilməmiş, o, sonuncuya xüsusi əzab və işgəncə verdiyini dərk etməmiş və bunu arzulamamışdır. Hazırki işin aspektində CM-in 120.2.4-cü maddəsinə baxdıqda, aydın görünür ki, xüsusi amansızlıq əlaməti ilə cinayətin törədilməsi barədə Məhkum qarşı ittihamın irəli sürülməsi üçün onun qəsdinin hadisəni görən zərərçəkmiş şəxsin yaxınlarına, mövcud vəziyyətdə dostuna məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni onun birbaşa qəsdlə (verilmiş ittihamda çıxış edərək) hərəkət etməsi tələb olunur. Lakin, yuxarıda sadalanmış hallardan müəyyən olunur ki, Məhkum ibtidai istintaq orqanın və birinci instansiya məhkəməsinin zərərçəkmiş şəxsin yaxın dostu dairəsinə aid etdikləri şahid3 zərərçəkmiş şəxsin yaxınlıq münasibətindən məlumatlı olmadığından qeyd olunan şəxsə əzab və iztirab verə biləcəyini görməsi və ya dərk etməsi mümkün deyil. Məhkum qəsdi hadisədən bir gün əvvəl, yəni ## #### 2024-cü il tarixdə gecə saat 3 radələrində dayısı şahid10 ilə birlikdə şərikli icarəyə götürdükləri, Goranboy rayonu Veyisli kəndində yerləşən əkin sahəsini suvararkən zərərçəkmiş Ə.Hüquqi varis onunla şəxsi münasibətlər zəminində mübahisə edərək əlbəyaxa olub dayısının yanında onu nalayiq ifadələrlə təhqir etməsi və sonradan hədə-qorxu gəlməsi səbəbindən zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə yönəlmişdir ki, bu da şahid3 münasibətdə Məhkum nə birbaşa, nə də ki, dolayı qəsdi ehtiva olunan hərəkətlərə yol verməməsinə dəlalət edir. Eyni zamanda cinayətin törədilməsi zamanı zərərçəkmiş şəxsə münasibətdə də xüsusi amansızlıq göstərilməsinə dəlalət edən hallar hazırkı işdə müəyyən edilməmişdir. Belə ki, şahid şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Məhkum avtomobillə Ə.Hüquqi varis vurduqdan sonra, zərbənin təsirindən sonuncunun göydə fırlanıb irəlidə yerə düşdüyünü, bundan sonra Məhkum avtomobilin surətini artırıb Ə.Hüquqi varis üzərinə gedib onu avtomobilinin sağ təkərinin altında sürüdüyünü bildirsə də, onun bu ifadəsi özünün ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələri ilə yanaşı, Məhkum və hadisənin şahidi olmuş şahid11 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı bir-biri ilə uzlaşan ifadələri ilə təkzib edilmişdir. Belə ki, şahid3 ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadəsindən, eləcə də Məhkum və şahid şahid11 ifadələrindən görünür ki, Ə.Hüquqi varis idarə etdiyi avtomobili saxlayıb düşdükdə, Məhkum avtomobili ilə Ə.Hüquqi varis cəmi bir dəfə vurmuş və sonra irəlidə geriyə dönmə əməliyyatı edərək hadisə yerindən uzaqlaşmışdır. Qeyd olunan xüsusatlar, eləcə də cinayət tərkibinin subyektiv cəhətinə aid yuxarıda göstərilən zəruri əlamətin müəyyən edilməməsi isə (tövsifedici hala münasibətdə) Azərbaycan Respublikası CM-in təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2002-ci il tarixli * saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Məhkum cinayətkar hərəkətlərinin “xüsusi amansızlıq” əlaməti ilə tövsifini istisna edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum zərərçəkmiş Ə.Hüquqi varis xüsusi amansızlıqla öldürməsinə dair müddəaları ittihamdan xaric etməklə düzgün nəticəyə gəlmişdir. Bundan başqa, məhkuma yüngül cəzanın təyin edilməsi barədə kassatorun dəlillərinə münasibət bildirərək kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Baxılan işdə birinci instansiya məhkəməsi Məhkum himayəsində üç azyaşlı uşaqlarının olmasını (CM 59.1.4), könüllü gəlib təqsirini boynuna almasını (CM 59.1.10) cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkum cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmələrin cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə CM-in 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya şikayətində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Qeyd olunan halların fonunda (həmçinin, cinayətin törədilmə halları nəzərə alındıqda) Məhkum məhkəmə tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən halların olmasının, ağırlaşdıran halların olmamasının, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Yuxarıda şərh olunanlara, CM-in 8.1, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı Qərarının tövsiyələrinə əsaslanaraq, kassasiya kollegiyası məhkumun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, işin hallarını nəzərə alaraq, cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasını zəruri hesab etmir və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarının kassasiya şikayətinə münasibətdə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair zərərçəkmiş şəxsin hüquqi varisinin, kassasiya şikayətinin təmin edilməməsinə barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin qismən təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkum Məhkum barəsində olan 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-108/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-108/2026
24.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver