Məhkəmə qərarları › İş №1(1-8)-111/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-111/2026

29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-111/2026 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X8, məhkum Məhkum, bəraət almış şəxs Bəraət almış şəxs və onun müdafiəçisi müdafiəçi3 iştirakları ilə, Bəraət almış şəxs və Məhkum barələrində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ####### tarixli, *(***)-****/**** nömrəli hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər X9 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə) ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə ##.##.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 10 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən həmin cəzanın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2023-cü il tarixdən hesablanması; ##.##.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 8 ünvanında qeydiyyatda olan, ünvan 9 ünvanında yaşayan, Bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən Bəraət almış şəxs barəsində şərti məhkum etmənin tətbiq edilməsi və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi1, təqsirləndirilən şəxs Bəraət almış şəxs müdafiəçisi müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X10 (sədrlik edən), X5 və X6 ibarət tərkibdə) 2025-ci il # ####### tarixli, *(***)-****/**** nömrəli hökmü ilə apellyasiya protesti təmin edilməmiş, müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, müdafiəçi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü qismən Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməsi hissəsində ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Bəraət almış şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmiş, Bəraət almış şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması Bəraət almış şəxs izah edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs9, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs7,zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs10 və zərərçəkmiş şəxs8 qarşı dələduzluq cinayət əməllərinin törədilməsi epizodları üzrə cinayət əməllərinin “qabaqcadan əlbir olan bir qrup şəxs halında” törədilməsinə dair müddəalar hökmdən xaric edilmiş, onun zərərçəkmiş zərərçəkmiş şəxs9 qarşı törətmiş olduğu əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan və Cinayət Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin epizod üzrə Məhkum cəza təyin edilməmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) il 9 (doqquz) aya endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş 6 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Məhkum qəti olaraq 7 (yeddi) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü Məhkum aid qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Bəraət almış şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Azərbaycan Respublikası Mənzil X7 tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən onun üçün 4 (dörd) ay müddətinə ipoteka krediti ilə güzəştli şərtlərlə 1 (bir) otaqlı sosial mənzil təşkil edəcəklərinə dair yalandan vəd verib aldadaraq, ## ###### 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti 14 ünvanında yerləşən «Gənclik Mall» ticarət mərkəzinin qarşısında 5000 (beş min) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs9 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün onunla ## ####### 2021 ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 36 ünvanında yerləşən ** saylı Notariat Ofisində kredit müqaviləsi bağlamış və beləliklə, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs9 5000 (beş min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Məhkum təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Bəraət almış şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Azərbaycan Respublikası Mənzil X7 tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən onun üçün 4 (dörd) ay müddətində ipoteka krediti ilə güzəştli şərtlərlə 2 (iki) otaqlı sosial mənzil təşkil edəcəklərinə dair yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla ## ######## 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti 14 ünvanında yerləşən «Gənclik Mall» ticarət mərkəzinin qarşısında əvvəlcə 15500 (on beş min beş yüz) manat pulunu, ## ######## 2021-ci il tarixdə isə ünvan 2 ünvanında 6500 (altı min beş yüz) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs4 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün onunla ## ####### 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 36 ünvanında yerləşən ** saylı Notariat Ofisində kredit müqaviləsi bağlamış və beləliklə, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ümumilikdə 22000 (iyirmi iki min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Məhkum təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Bəraət almış şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə zərərçəkmiş şəxs1 və onun bacısı zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Azərbaycan Respublikası Mənzil X7 tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən onlar üçün 4 (dörd) ay müddətində daxili kreditlə güzəştli şərtlərlə 3 (üç) otaqlı sosial mənzil təşkil edəcəklərinə dair yalandan vəd verib aldadaraq, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs7 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün ## ####### 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ** saylı Notariat Ofisində zərərçəkmiş şəxs1 ilə kredit müqaviləsi bağlamaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun 35000 (otuz beş min) manat, zərərçəkmiş şəxs7 isə 20000 (iyirmi min) manat olmaqla, ümümilikdə 55000 (əlli beş min) manat pul vəsaitini zərərçəkmiş şəxs1 alıb ələ keçirərək zərərçəkmiş şəxslərə 55000 (əlli beş min) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Məhkum təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Bəraət almış şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Azərbaycan Respublikası Mənzil X7 tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən onun üçün 4 (dörd) ay müddətində daxili kreditlə güzəştli şərtlərlə 2 (iki) otaqlı sosial mənzil təşkil edəcəklərinə dair yalandan vəd verib aldadaraq, zərərçəkmiş şəxs3 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün ## ###### 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ** saylı Notariat Ofisində onunla kredit müqaviləsi bağlamaqla 9000 (doqquz min) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 9000 (doqquz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Məhkum təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Bəraət almış şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Azərbaycan Respublikası Mənzil X7 tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən onun üçün 4 (dörd) ay müddətində daxili kreditlə güzəştli şərtlərlə 2 (iki) otaqlı sosial mənzil təşkil edəcəklərinə dair yalandan vəd verib aldadaraq, zərərçəkmiş şəxs10 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün ## ###### 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ** saylı Notariat Ofisində onunla kredit müqaviləsi bağlamaqla 17000 (on yeddi min) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs10 17000 (on yeddi min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Məhkum təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Bəraət almış şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Azərbaycan Respublikası Mənzil X7 tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən onun üçün 4 (dörd) ay müddətində daxili kreditlə güzəştli şərtlərlə 2 (iki) otaqlı sosial mənzil təşkil edəcəklərinə dair yalandan vəd verib aldadaraq, zərərçəkmiş şəxs8 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün ## ###### 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ** saylı Notariat Ofisində onunla kredit müqaviləsi bağlamaqla 12000 (on iki min) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 12000 (on iki min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Məhkum təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Azərbaycan Respublikası Mənzil X7 tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən onun üçün daxili kreditlə güzəştli şərtlərlə 3 (üç) otaqlı sosial mənzil təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla ## #### 2022-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş Idarəsinin qarşısında əvvəlcə 5000 (beş min) manat pulunu, həmin gün saat 15:46-da isə ünvan 4 ünvanında yerləşən * saylı notariat ofisində zərərçəkmiş şəxs6 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün onunla kredit müqaviləsi bağlamaqla 10000 (on min) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 ümumilikdə 15000 (on beş min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Azərbaycan Respublikası Mənzil X7 tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən onun üçün 6 (altı) ay müddətində daxili kreditlə güzəştli şərtlərlə 3 (üç) otaqlı sosial mənzil təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla zərərçəkmiş şəxs2 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün ## ### 2022-ci il tarixdə saat 11:34-də ünvan 5 ünvanında yerləşən ** saylı Notariat Ofisində onunla kredit müqaviləsi bağlamaqla əvvəlcə 10000 (on min) manat pulunu, ## ###### 2022-ci il tarixdə saat 19:18-də isə zərərçəkmiş şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ələkbərov küçəsində yerləşən «Spar market» mağazasındakı «Milliön» ödəmə terminalı vasitəsilə onun qanunsuz hərəkətlərindən və cinayətdən xəbərsiz olan rəfiqəsi Şahid məxsus 4098 5844 6826 **** nömrəli «Leobank» bank kartına köçürdüyü 372 (üç yüz yetmiş iki) manat pulu həmin bank kartından istifadə edərək çıxarıb nağdlaşdırmaqla ələ keçirib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 10372 (on min üç yüz yetmiş iki) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək onun üçün ipoteka krediti ilə güzəştli şərtlərlə 1 (bir) otaqlı mənzil təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla əvvəlcə ## ###### 2021-ci il tarixdə saat 15 radələrində ünvan 6 ünvanında yerləşən ** saylı Notariat Ofisində zərərçəkmiş şəxs5 həmin həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün onunla kredit müqaviləsi bağlamaqla 7000 (yeddi min) manat pulunu, ## ###### 2022-ci il tarixdə saat 22:03-də zərərçəkmiş şəxs5 ünvan 7 ünvanında yerləşən «Bizim market» mağazasındakı «eManat» ödəmə terminalı vasitəsilə onun qanunsuz hərəkətlərindən və cinayətdən xəbərsiz olan rəfiqəsi Şahid məxsus 4098 5844 6826 **** nömrəli «Leobank» bank kartına köçürdüyü 293 (iki yüz doxsan üç) manat pulu məlum olmayan ünvanda həmin kartdan istifadə edərək çıxarıb nağdlaşdırmaqla, ## ###### 2022-ci il tarixdə saat 16:59-da isə zərərçəkmiş şəxs5 ünvan 7 ünvanında yerləşən «Bizim market» mağazasındakı «eManat» ödəmə terminalı vasitəsilə Şahid məxsus 4098 5844 6826 **** nömrəli «Leobank» bank kartına köçürdüyü və Şahid həmin gün saat 17:43dən 17:45-dək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 41 ünvanında yerləşən «xxxx» ASC-yə məxsus bankomatdan onun bilavasitə iştirakı ilə çıxarıb nağdlaşdırdığı 1650 (bir min altı yüz əlli) manat pulu qeyd olunan ünvanda sonuncudan alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 ümumilikdə 8943 (səkkiz min doqquz yüz qırx üç) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASIYA PROTESTININ DƏLILLƏRI, MƏHKUMUN, BƏRAƏT ALMIŞ ŞƏXSIN, MÜDAFIƏÇININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, Bəraət almış şəxs özü öz ifadəsində Məhkum ilə əlbir olmadığını, ev məsələlərinin 1 həftəyə həll ediləcəyi ilə bağlı Məhkum ona söz verdiyini bildirsədə, Bakı Apellyasiya Məhkəməsinin onun barəsində bəraət hökmü ilə aydınlıq gətirilməyən maraqlı tərəfi odur ki, Bəraət almış şəxs ev məsələlərinin 1 həftəyə həll edilməməsinə baxmayaraq, o heç bir marağı olmadığına baxmayaraq yenə də bir neçə zərərçəkmiş şəxsin Məhkum ilə tanış olmasına və ev almaq üçün ona pul verilməsinə şərait yaratmışdır. Təqsirləndirilən şəxs Bəraət almış şəxs həmin ifadəsi özünümüdafiə xarakteri daşıyır və ağır cinayət məsuliyyətindən kənarda qalmaq məqsədi ilə deyilmişdir. Belə ki, Bəraət almış şəxs Məhkum ilə qabaqcadan əlbir olması və dələduzluq cinayətinin iştirakçısı olması işin bütün halları ilə tam olaraq sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxslər də Məhkum öz ifadəsində Bəraət almış şəxs ilə bağlı göstərdikləri tam olaraq öz təsdiqini tapır. Bundan başqa, zərərçəkmiş şəxs1 bu ifadəsi ilə bağlı qeyd etmək lazımdır ki, Bəraət almış şəxs Məhkum "MIDA” Agentliyində işləmədiyini bildiyi halda, zərərçəkmiş şəxs1 ata evini satdığını bildiyi və onun pulunu Məhkum ilə birlikdə dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə yalandan Məhkum guya “MIDA" Agentliyində işlədiyini demişdir. Qeyd edilən xüsusat digər zərərçəkmiş şəxslər olan zərərçəkmiş şəxs10 və zərərçəkmiş şəxs3 ifadələri ilə də tam təsdiq edilir. Daha sonra, iş materiallarına əlavə edilmiş ## ###### 2023-cü il tarixli üzləşdirmə protokoluna əsasən təqsirləndirilən şəxslər Məhkum ilə Bəraət almış şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Məhkum və Bəraət almış şəxs sərbəst ifadələrində göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmə əsassız olaraq birinci instansiya məhkəməsinin Bəraət almış şəxs Məhkum "qurbanına" çevrildiyini, həyat təcrübəsizliyi və sadəlövlüyü ucbatından əməllərinin nə ilə nəticələnə biləcəyinin fərqinə varmadan cinayətin iştirakçısı olmasını qeyd etməklə faktiki olaraq Məhkum zərərçəkmiş şəxslərlə yanaşı Bəraət almış şəxs da aldatması qənaətinə gəlmiş, lakin nəticədə onun barəsində ittiham hökmü çıxardığını bildirmişdir. Dövlət ittihamçısı hər iki məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Məhkum yaşının az olmasına baxmayaraq, az yaşında ev alqı-satqısı kimi məsuliyyətli və maddi dəyəri yüksək olan bir işlə məşğul olması onun heç də məhkəmələrin mövqeyində göstərildiyi kimi heç də Bəraət almış şəxs Məhkum "qurbanına" çevrilmədiyini, həyat təcrübəsizliyi və sadəlövlüyünün olmadığını və fərqinə varmadan cinayətin iştirakçısı olmadığını göstərir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Bəraət almış şəxs və Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının ##.##.2025-ci il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Bəraət almış şəxs və Məhkum barələrində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ####### tarixli hökmünü ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət almış şəxs Bəraət almış şəxs və onun müdafiəçisi müdafiəçi3 kassasiya protestinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ####### tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin olunmasına etiraz etmədiyini bildirdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində Bəraət almış şəxs bəraət verilməsini, məhkum Məhkum qarşı irəli sürülmüş ittihamdan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi müddəlarının xaric edilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci və 419.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının və məhkum Məhkum, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025-ci il tarixli hökmü aşağıdakı kimi əsaslandırılmışdır: “Hazırkı halda isə Bəraət almış şəxs verilmiş ittihamda göstərilən 1-6-cı epizodlar üzrə əməlləri CM-in 178-ci maddəsi ilə uzlaşmamış, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarında göstərilənlərə əsasən onun həmin əməlində dələduzluq cinayətinin olması öz təsdiqini tapmamışdır. Belə ki, həm Məhkum, həm Bəraət almış şəxs, həm də birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxslərin ifadələrindən, eləcə də apellyasiya baxışı zamanı tədqiq edilmiş səs yazısından müəyyən olunur ki, qeyd edilən epizodlar üzrə zərərçəkmiş şəxslər Məhkum Bəraət almış şəxs vasitəsi ilə tanısa da, onlar sonuncu vasitəsi ilə Məhkum ilə notariat kontorunda görüşməklə ittihamda göstərilən pul vəsaitlərini bilavasitə Məhkum vermiş və Məhkum zərərçəkmiş şəxslərdə, o cümlədən Bəraət almış şəxs inam yaratmaq üçün hər dəfəsində pul vəsaitlərini notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlanılmaqla alınması görüntüsünü yaratmışdır. Eyni zamanda, Məhkum zərərçəkmiş şəxslərə, eləcə də Bəraət almış şəxs 15 gün ərzində SMS gələcəyini, daha sonra isə SMS xidmətinin ləğv edildiyini bildirərək, evlərin 3-4 ay ərzində təhvil veriləcəyi vədini vermişdir. Bundan sonra Bəraət almış şəxs dəfələrlə Məhkum ilə əlaqə saxlayaraq, zərərçəkmiş şəxslərin narahat olduğunu, onların evlərinin təhvil verilməsini tələb etmiş, lakin Məhkum hər dəfəsində müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. Tədqiq edilmiş həmin sübutlar onu göstərir ki, Bəraət almış şəxs özü də zərərçəkmiş şəxslərin ev məsələsinin həll ediləcəyinə inanmış, buna vasitəçilik edərək zərərçəkmiş şəxsləri Məhkum ilə tanış etmiş, sonuncu isə öz növbəsində aldatma və etibardan suiistifadə etmə yolu ilə zərərçəkmiş şəxslərin ittihamda qeyd olunan pul vəsaitlərini ələ keçirmişdir. Başqa sözlə, Məhkum zərərçəkmiş şəxslərin pul vəsaitlərini ələ keçirərkən Bəraət almış şəxs da zərərçəkmiş şəxslərə sosial evlərin veriləcəyinə inandırmış, Bəraət almış şəxs Məhkum əsl niyyətindən məlumatı olmamış, onun zərərçəkmiş şəxslərin pul vəsaitlərini ələ keçirmək kimi bir qəsdi olmamış, əksinə o dəfələrlə Məhkum ilə əlaqə saxlayaraq zərərçəkmiş şəxslərin evlərinin təhvil verilməsini istəmiş, bundan narahatlıq keçirdiyini bildirmiş, Məhkum isə hər dəfəsində həm Bəraət almış şəxs, həm də zərərçəkmiş şəxslərə müxtəlif bəhanələr gətirərək evlərin yaxın vaxtlarda təhvil veriləcəyi ilə bağlı yalan məlumatlar vermişdir. Bütün bunlar isə Bəraət almış şəxs Məhkum ilə qabaqcadan əlbir olub zərərçəkmiş şəxsləri aldadıb, onların etibarından sui-istifadə etməklə pul vəsaitlərini ələ keçirməklə dələduzluq cinayət əməllərini törətməsi barədə ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi qənaətin əsassız olduğunu göstərir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bəraət almış şəxs vasitəçilik etməkdə maddi marağının olması Məhkum ifadələrindən başqa iş materiallarında olan digər hər hansı sübutla öz təsdiqini tapmır. Bununla yanaşı, Məhkum zərərçəkmiş şəxslərdən aldığı pul vəsaitinin bir hissəsini özünün iddia etdiyi kimi “müştəri gətirdiyinə görə” komissiya haqqı kimi Bəraət almış şəxs verməsi təsdiq olunsa belə, onun aldatma və etibardan sui-istifadə etməklə zərərçəkmiş şəxslərin pul vəsaitlərini ələ keçirmək barədə Məhkum ilə qabaqcadan razılığa gəlməsinin təsdiq olunmaması, Məhkum əsl niyyətindən xəbərinin olmaması, pul vəsaitləri Məhkum verildikdən sonrakı dövrdə Bəraət almış şəxs narahatlıq keçirərək dəfələrlə Məhkum ilə əlaqə saxlayaraq mənzillərin zərərçəkmiş şəxslərə təhvil verilməsini istəməsi, Məhkum mənzillərin zərərçəkmiş şəxslərə təhvil veriləcəyinə dair Bəraət almış şəxs belə inandırması kimi hallar sonuncunun dələduzluq cinayət əməlinin iştirakçısı olmaması qənaətinə gəlməyə əsas verir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi də hökmdə Bəraət almış şəxs Məhkum “qurbanına” çevrildiyini, həyat təcrübəsizliyi və sadəlövlüyü ucbatından əməllərinin nə ilə nəticələnə biləcəyinin fərqinə varmadan cinayətin iştirakçısı olmasını qeyd etməklə faktiki olaraq Məhkum zərərçəkmiş şəxslərlə yanaşı Bəraət almış şəxs da aldatması qənaətinə gəlmiş, lakin nəticədə onun barəsində ittiham hökmü çıxarmışdır… …Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, Bəraət almış şəxs ittihamda göstərilən 1-6-cı epizodlar üzrə zərər çəkmiş şəxslərin pul vəsaitlərini aldatma və ya etibardan sui-istifadə etməklə ələ keçirməsi ilə bağlı irəli sürülmüş ittihamlar öz təsdiqini tapmadığından, bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, birinci instansiya məhkəməsinin hökmü Bəraət almış şəxs aid hissədə ləğv edilməli, cinayət əməli üzrə təqsiri sübuta yetirilməməsi əsası ilə ona istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir…” Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi gəlmiş olduğu nəticəni kifayət edəcək səviyyədə əsaslandırmış, bu əsaslandırma cinayət işi üzrə toplanmış və məhkəmələr tərəfindən yoxlanılaraq qiymətləndirilmiş möhtəbər sübutlara və işin hallarına istinad edilməklə həyata keçirilmiş, iş üzrə bütün mövcud olan məqamlara və işin hallarına aydınlıq gətirilmişdir. Dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü bütün dəlillərə apellyasiya instansiyası məhkəməsinin hökmündə öncədən aydınlıq gətirilmişdir. Kassasiya protestinin hər bir dəlilini cinayət işinin materialları və iş üzrə toplanmış sübutlar əsasında araşdıran məhkəmə kollegiyası hesab edir ki, şəxsin hər hansı bir cinayət əməlini törətməsi qənaətinə gəlmək üçün mötəbər sübutlar mövcud olmalı, həmin sübutlar şəxsin təqsirliliyini birbaşa, hər hansı bir şübhəli məqama yer qoymadan isbat etməli, bu zaman həm şəxsə qarşı irəli sürülmüş ittiham, həm də ittiham əsasında çıxarılmış ittiham hökmü obyektiv müşahidəçini qane edəcək səviyyədə əsaslandırılmış və inandırıcı olmalıdır. Hazırki işin hallarından görünür ki, Bəraət almış şəxs qarşı ittiham yalnız Məhkum ifadələri əsasında irəli sürülmüşdür. Lakin iş üzrə mövcud olan sübutlar əsasında yaranan mənzərə ondan ibarətdir ki, məhkum Məhkum bəraət almış şəxs Bəraət almış şəxs münasibətdə səmimi deyil və aradırmanın ilk günündən, Ali Məhkəmənin iclası da daxil olmaqla, Bəraət almış şəxs münasibətdə fərqli və ziddiyyətli ifadələr vermişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli hökmü, kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ##### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Bəraət almış şəxs və Məhkum barələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ####### tarixli, *(***)-****/**** nömrəli hökmü dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar