Məhkəmə qərarları › İş №1(1-8)-112/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-112/2026

06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-112/2026 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli 29 dekabr 2022-ci il tarixli qərarından kassasiya şikayətini vermək üçün ötürülmüş müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli 2 oktyabr 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli 11 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən Ə.İ.Məmmədov, hakimlər T.Q.Hüseynov və S.A.Məmmədzadə) Məhkum CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddətin cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 28 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmü ilə Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli 29 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən İ.M.Murquzov, hakimlər H.H.Əhmədov və H.Ç.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli 29 dekabr 2022-ci il tarixli qərarından 8 sentyabr 2025-ci il tarixdə Cinayət-Prosessual Məcəlləsinin 411-ci maddəsinin tələblərinə əməl edərək, kassasiya şikayəti və eyni zamanda kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə müraciət edərək, kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən H.Ç.Məmmədov, hakimlər C.V.Hüseyn və A.Ə.Musayev) *(***)-****/**** nömrəli 2 oktyabr 2025-ci il tarixli qərarı ilə Məhkum müdafiəçi müdafiəçi1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi müddətinin bərpasına dair verdiyi vəsatətin təmin edilməməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 kassasiya şikayəti verərək, müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi müdafiəçi1 və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** nömrəli 29 dekabr 2022-ci il tarixli qərarın surəti 30 dekabr 2022-ci il tarixli məktubla məhkum Məhkum saxlandığı Bakı Istintaq Təcridxanasına göndərilmiş və müdafiəçisi müdafiəçi3 elektron kabinetinə yerləşdirilmişdir. Müdafiəçi müdafiəçi3 tərəfindən həmin qərardan kassasiya şikayəti verilmiş, lakin cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, məhkum Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * nömrəli Cəzaçəkmə Müəssisəsindən ərizə ilə müraciət edib, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli 16 iyun 2023-cü il tarixli qərarı ilə məhkum Məhkum ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli 29 dekabr 2022-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli 29 dekabr 2022-ci il tarixli qərarı məhkuma təqdim edildiyi gündən 3 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı prosessual müddətlər, prosessual müddətin ötürülməsinin nəticələri barədə cinayət-prosessual qanunvericiliyinin normalarına istinad etməyi zəruri hesab edir. Belə ki, prosessual qanunvericiliyə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidir. Məhkum Məhkum müdafiəçisi kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət vermiş və vəsatətində kassasiya şikayətinin vermə müddətinin buraxılmasının üzürlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, kasasiyada instansiyası məhkəməsində özünü müdafiə hüququnu hazırlamaq üçün kassasiya şikayəti vermə müddətini ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkum müddəti üzrlü səbəblər olmadan buraxmışdır. Azərbaycan Respublikası CPM-nin 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda həmin şəxsə verildiyi gündən 12 (bir) ay müddətində verilir. Həmin Məcəllənin 411.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Həmin Məcəllənin 411.6-cı maddəsinə əsasən bu Məcəllənin 411.5-ci maddəsində nəzərdə tutulmuş qərardan şikayət və ya protest verildiyi halda apellyasiya instansiyası məhkəməsi onu cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir. Kassasiya instansiyası məhkəməsinin hakimi kassasiya şikayəti və ya kassasiya protesti verilməsi müddətini bərpa etdikdə bu Məcəllənin 418.2-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirir. Kassasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi barədə qərarı qətidir və ondan şikayət və ya protest verilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət-prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Odur ki, məhkəmə kollegiyası buraxılmış müddətin bərpa olunmasına dair məhkum Məhkum müdafiəçisinin verdiyi vəsatətinin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2025-ci il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayətprosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli 2 oktyabr 2025ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar