Məhkəmə qərarları › İş №1(1-8)-113/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-113/2026

19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-113/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli hökmü ilə Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147.2-ci maddəsi ilə əməlində həmin maddədə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə bəraət verilməsi haqqında xüsusi ittiham qaydasında şikayətə dair toplanmış materiallar üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mustafayeva Solmaz Rafael qızı) Bəraət almış şəxs, ## ###### 1966-cı il tarixdə Salyan rayonunun Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, dul, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Ilqar Abbasov küçəsində yerləşən nömrəsiz evdə yaşayan, əməlində CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə bəraət verilmişdir. Işin halları: ## ###### 2025-ci il tarixdə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Bəraət almış şəxs və X11, hər birisinin əməllərində CM-in 147.1-ci maddəsinin tərkibi olduğundan onların həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilmələri və cəzalandırılmaları barədə ittiham hökmünü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı Xüsusi ittihamçı vəsatətinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə X11 və Bəraət almış şəxs CM-in 147.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 1(006)- ***/**** saylı cinayət işinin materialları X11 aid hissədə ayrıca icraata ayrılmışdır. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətini onunla əsaslandırmışdır ki, onun vəfat etmiş qardaşı X5 qızı X11 # ####### 2024-cü il tarixdə Bakı Inzibati Məhkəməsində keçirilmiş açıq şifahi məhkəmə baxışı zamanı onu mülkiyyətində olan evin sənədlərini pulla almaqda, yəni dövlət orqanına rüşvət verməklə mənzili mülkiyyətinə rəsmiləşdirməkdə ittiham etmişdir. Qeyd edilən sözləri X11 açıq məhkəmə iclasında, hakimin, məhkəmə iclas katibinin, iclas zalında olan 20-yə yaxın vətəndaşın yanında ucadan söyləmiş, bununla da ona bilərəkdən böhtan atmışdır. Vəfat etmiş qardaşı X5 arvadı Bəraət almış şəxs isƏə həmin tarixdə Bakı Inzibati Məhkəməsinə ərizə təqdim edərək onu mülkiyyətində olan evin çıxarışını saxta yolla almaqda, yəni sənədi saxtalaşdırmaqda, çıxarışı 25000 manata almaqda, yəni dövlət orqanına rüşvət verməklə mənzili mülkiyyətinə rəsmiləşdirməkdə ittiham etmişdir. CM-in 312.1-ci maddəsindən görünür ki, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayət əməli hesab edilir. CM-in 320.1-ci maddəsinə görə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma həmin maddədə nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilir və üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin CM-in 320.2-ci maddəsində isə bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmənin cinayət hesab ediliməsi və belə əməlləri törətmiş şəxsin min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Şikayətçi öz ərizəsində həmçinin qeyd etmişdir ki, X11 və Bəraət almış şəxs ona böhtan atmaqla onun şərəf və ləyaqətini alçaldılması, cəmiyyət arasında nüfuzdan salmağa cəhd göstərmələri kimi əməlləri törədərkən ondan qisas almaq məqsədi güdmüşlər. Daha sonra xüsusi ittiham qaydasında şikayət vermiş şəxs CM-in 147.1 və 147.2-ci maddələrinə “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” . Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ### 1999-cu il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, X11 və Bəraət almış şəxs tərəfindən yalan olduğunu bilə-bilə onun barəsində yuxarıda qeyd edilən məlumatların yayılması onun şərəf və ləyaqətini ləkələmiş, onu həm məhkəmə iclasında iştirak edən vəkilinin, arvadının, habelə onu tanıyan və tanımayan şəxslərin yanında nüfuzdan salmış, onlar bu əməlləri kütləvi şəkildə törətmiş və buna görə adları çəkilən şəxslərin bu əməllərində CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi mövcud olduğundan onlar həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalıdırlar. Birinci instansiya məhkəməsi məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib Bəraət almış şəxs əməlində CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətinin olmaması barədə nəticəyə gəlmiş və bu nəticəyə uyğun olaraq onun barəsində yuxarıda göstərilən bəraət hökmünü çıxarmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli hökmündən xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materiallara baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə) ## ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və xüsusi ittiham qaydasında şikayət üzrə toplanmış materialların yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) və CM-in bəzi maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair”, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il tarixli, ## #### 2011-ci il tarixli və # ##### 2012-ci il tarixli Qərarlarına, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq ## ###### 2014-cü il tarixli və ## ###### 2021-ci il tarixli Qərarlarına, işin müəyyən edilmiş faktiki hallarına və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən xüsusi ittihamçı Xüsusi ittihamçı həmin şikayətini onunla əsaslandırmışdır ki, Bəraət almış şəxs onu mülkiyyətində olan evin çıxarışını saxta yolla almaqda, yəni sənəd saxtalaşdırmaqda, çıxarışı 25000 (iyirmi beş min) manata almaqda, yəni dövlət orqanına rüşvət verməklə mənzili mülkiyyətinə rəsmiləşdirməkdə ittiham etməklə, həmin ittihamlarını kütlə arasında yaymış, yəni Bakı Inzibati Məhkəməsinə ünvanladığı və bu hallar göstərilən ərizəsini məhkəmədə dəftərxana işçiləri, məhkəmə iclas katibi, işə baxan hakim, vəkili, inzibati işdə iştirak edən digər üçüncü şəxslər oxumuş, ərizədə onun ünvanına söylədiyi ittihamlar üzrə məlumatların yalan olduğunu əvvəlcədən bilərək həmin məlumatları qəsdən, qərəzli şəkildə yaymış, bununla da onun şərəf və ləyaqətini ləkələmək, nüfuzdan salmaq niyyəti güdmüşdür. Xüsusi ittihamçı Xüsusi ittihamçı həmçinin qeyd etmişdir ki, Bəraət almış şəxs əvvəllər onun həyat yoldaşı barəsində də Xətai Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlər vermiş, onlara qarşı üç mülki iddia qaldırmış, lakin işə baxan məhkəmələr bütün bu hallara düzgün hüquqi qiymət verməmiş və əsassız olaraq Bəraət almış şəxs göstərilən hərəkətlərində CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmaması barədə nəticəyə gəlməklə həm cinayət qanunu normalarının tələblərini pozmuş, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarlarında əksini tapmış izah və tövsiyələrini nəzərə almamışlar. Odur ki, qeyd olunanlara əsaslanaraq kassasiya şikayətinin müəllifi onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, xüsusi ittihamçı Xüsusi ittihamçı və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Bəraət almış şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası CPM-in 419.4-cü maddəsinin tələbələrinə əsaslanaraq kassasiya şikayətinə xüsusi ittihamçı Xüsusi ittihamçı və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Bəraət almış şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə görə, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Xüsusi ittihamçı Xüsusi ittihamçı kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsi tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara qanuna müvafiq qaydada düzgün qiymət verilməməsini və bunun da nəticəsində əsassız olaraq Bəraət almış şəxs barəsində bəraət hökmünün çıxarılmasını, apellyasiya instansiyası məhkəməsinin isə eyni nöqsanlara yol verməklə həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında qanunsuz qərar qəbul etməsini iddia edir, həmin qərarın ləğv edilməli olması haqqında tələbini isə CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirir. CPM-in 416.1.2-ci maddəsinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası xüsusi ittihamçı Xüsusi ittihamçı şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Bəraət almış şəxs bəraət verilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə toplanmış materialları, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəlki qərarlarında olduğu kimi yenə də xatırladır ki, CPMin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya kollegiyası həmçinin vurğulayır ki, xüsusi ittiham qaydasında şikayətdə də istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 46-cı maddəsinin İ və II hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Eyni zamanda Konstitusiyanın 47-ci maddəsinin İ və II hissələrinə görə, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının ## ###### 1948-ci il tarixli “Ümumdünya Insan Hüquqları Bəyannaməsində” və ## ###### 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “Insan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx əlaqədə olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən mühafizə və müdafiə olunur. “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasnın (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 9 və 10-cu maddələrinin tələblərindən görünür ki, hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş Avropa Konvensiyasının 6-cı maddəsinə, cinayət və cinayətprosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin birinci cümləsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Təqsirə görə məsuliyyət prinsipi nəzərdə tutulmuş CM-in 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-in ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). ... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq müqavilələrin tələbləri və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin bəraət hökmünü və bu hökmü dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verildiyi müəyyən olunur. CM-in 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Xüsusi ittihamçı Xüsusi ittihamçı Bəraət almış şəxs tərəfindən törədilməsi iddia olunan CM-in 147.2-ci maddəsində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirilməsinə, habelə internet informasiya ehtiyatında yayılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Qanunun tələbinə və mənasına görə, şəxsin böhtana və ya təhqirə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün iş üzrə əsas üç halın müəyyən edilməsi tələb olunur: 1) məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2) həmin məlumatın yalan olması və bunun həmin şəxsin bilməsi; 3) belə məlumatın yuxarıda göstərilən maddə nəzərdə tutulmuş şəkildə, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirməklə, habelə internet informasiya ehtiyatında yayılması. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması, yayma dedikdə isə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Ən əsası isə məhkəmə vurğulamağı lazım bilir ki, CM-in 147-ci maddəsində nəzərdə tutulmuş cinayət yalnız birbaşa qəsdlə törədilən cinayətlərə aiddir, yəni CM-in 25.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunların baş verməsini arzu etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan cinayətin subyektiv cəhətinə aid olan bu halların mövcudsuzluğunda şəxsin əməlində həmin cinayətin tərkibinin olmasından söhbət gedə bilməz. Bununla bağlı məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materiallara müraciət edərək qeyd edir ki, həmin materiallara görə, Bəraət almış şəxs özünü CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, Xüsusi ittihamçı onu əsassız olaraq ittiham etmişdir. Onların arasında olan mübahisə ondan başlamışdır ki, onlar hamısı ümumi həyətdə yaşayırlar. Xüsusi ittihamçı onun vəfat etmiş ərinin kiçik qardaşıdır. O, 1984-cü ildə ailə qurandan bu günə qədər ünvan 1 ünvanında qeydiyyatdadır və hal-hazıra kimi həmin ünvanda yaşayır. Belə ki, əvvəllər o, mərhum əri və dörd qızları ilə qayınatasına məxsus orderli mənzil tipli köhnə tikilidə yaşamışlar. Xüsusi ittihamçı ailə qurduqdan sonra ailə tərkibinin böyüməsi ilə əlaqədar həmin mənzil ətrafında olan sənədsiz torpaq sahəsində həm mərhum əri, həm də qaynı hər birisi özünə ayrıca fərdi yaşayış evi inşa etdirmiş, onların ailələri ayrı-ayrılıqda inşa etdikləri evlərdə yaşasalar da, evlərin sənədləri olmadığına görə hamısı orderli köhnə evdə qeydiyyatda olmuşlar. Qayınatası və qayınanası rəhmətə getdikdən sonra mülk üstündə ara-sıra söz-söhbətlər olmuş, əri 2022ci ilin avqust ayında vəfat etdikdən sonra bu söz-söhbətlər daha da şiddətlənmişdir. Belə ki, onun və qızlarının xəbəri olmadan, onları vərəsə kimi öz iddiası üzrə mülki işə üçüncü şəxs qismində cəlb etmədən, Xüsusi ittihamçı məhkəmə vasitəsilə qayınatasına məxsus orderli evi # ### 2024-cü il tarixdə şəxsi mülkiyyətinə keçirmiş, bundan sonra isə öz adına aldığı çıxarış əsasında onun və övladlarının qeydiyyatdan çıxarılması barədə Bakı Inzibati Məhkəməsində iddia qaldırmışdır. Halbuki, onların qeydiyyata düşə biləcəkləri başqa yerləri olmamış, lakin buna baxmayaraq Bakı Inzibati Məhkəməsinin # ####### 2024-cü il tarixli qərarı ilə Xüsusi ittihamçı iddiası təmin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasından sonra o, Bakı Inzibati Məhkəməsinin hakimi Xə ərizə ilə müraciət edərək işin araşdırılmasını xahiş etmiş, ərizədə isə bildirmişdir ki, onun qaynı qayınatasına məxsus olmuş evi saxta yolla öz adına keçirmiş və sonuncunun iddiası tamamilə əsassızdır. Bu ərizəni yazmaqda onun məqsədi hüquqlarının pozulması barədə müvafiq orqanların araşdırma aparması üçün müraciət etmək olmuş, bununla da o, Xüsusi ittihamçı şərəf və ləyaqətini alçaltmaq və onu nüfuzdan salmaq, habelə ona böhtan atmaq niyyəti olmamışdır, çünki o, qeyd etdiyi ərizəsində sadəcə faktlara əsaslanan şübhələrini və gördüyü hüquq pozuntularını qeyd etmişdir. Xüsusi ittihamçı isə bunu səhv başa düşərək ona qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Halbuki, onun öz qızı X3 qaynının iddiasına baxılmazdan bir neçə ay əvvəl şəxsən qızlarının yanında belə bir ifadə işlətmişdir: “Bir dənə tanış tapmışıq, bu yaxınlarda danışmışam da, lakin o, elə bir məbləğ oxudu ki, əslində başqa çıxış yolu yoxdur, məcbur razılaşmalı olarıq bəlkə. Iyirmi beş min manata kupça verilir”. Onun bu ifadəsinə görə, qeyri-qanuni yolla evə sənəd almalarına dair onda şübhələr yaranmış və məhz bu səbəbdən də o, qeyd edilən ərizəni yazmışdır. Bütün bunlara görə, ona qarşı irəli sürülən ittiham tam əsassızdır ona görə ki, onun ərizədə söylədiyi fikirlər heç bir şəkildə təhqir və ya böhtan xarakteri daşımamışdır. Xüsusi ittiham qaydasında şikayət üzrə toplanmış hazırkı işin materiallarında olan Bəraət almış şəxs Bakı Inzibati Məhkəməsinin hakimi Xə ünvanlandığı # ####### 2024cü il tarixli ərizədə isə (materiallara onun surəti əlavə olunmuşdur) aşağıdakılar qeyd olunmuşdur: “Mən, Bəraət almış şəxs və ailə üzvlərim qeydiyyatda ola-ola, qaynım Xüsusi ittihamçı Yaşar oğlu öz adına saxta yolla çıxarış alıb evə (ünvan: ünvan 2 Xüsusi ittihamçı bizi qeydiyyatdan çıxarmaq istəyir. Biz narazıyıq. Qeydiyyatdan çıxmaq istəmirik. Xüsusi ittihamçının saxta yolla çıxarışı alması ilə bağlı əlimizdə sübut, dəlil var, qızı X3ün səs yazısı, 25000 manata çıxarış almaqla bağlı. Xahiş edirəm bu işə ciddi yanaşasınız. Bizim ailədə 3 məktəbli uşaq (kiçik yaşda), 2 kiçik körpə, biri boşanmış qızım uşaqlı, mən və dörd (4) qızım var. Bu iş, xahiş edirəm, düzgün araşdırılsın. Qardaşım X17 şəhid atasıdır. Bəraət almış şəxs. Tarix: ##/##/2024 imza”. Xüsusi ittihamçı öz şikayətində Bəraət almış şəxs yuxarıda göstərilən ifadələri bir sıra şəxslərin eşitdikləri və gördükləri şəraitdə işlətməsini qeyd etsə də, bunu təsdiq edən müvafiq sübutları məhkəmələrə təqdim etməmiş (halbuki qanunvericiliyin tələblərinə əsasən, xüsusi ittihamçının iddialarını təsdiq edən sübutları təqdim etmək vəzifəsi onun üzərinə düşür), məhkəmələr də belə sübutları araşdırmamış və haqlı olaraq Xüsusi ittihamçı iradlarını kütləvi çıxışda əksini tapmış məlumatları yayma kimi qiymətləndirməkdən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda Bəraət almış şəxs yuxarıda təsvir edilən ərizəsində əksini tapmış məlumatlar cinayət qanunu normalarının tələbləri və mənası baxımından böhtan xarakterli ifadələr hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən ## #### 2025-ci il tarixli qərarından görünür ki, həmin məhkəmə də təhlil edilən məsələyə məhz bu prizmadan yanaşmış və məhkəmə kollegiyasının fikrincə, həmçinin düzgün olaraq qeyd etmişdir ki, şəxsin öz hüququnun pozulmasına münasibətdə fikrini bildirməsi onun ifadə azadlığına hər hansı məhdudiyyət qoyulmasının zəruriliyini istisna edir, belə məhdudiyyətin tətbiqi üçün isə ciddi ictimai tələbat mövcud deyil. Öz qənaətini isə apellyasiya instansiyası məhkəməsi aşağıdakı şəkildə əsaslandırmışdır: “Bəzən vətəndaş dövlət orqanlarına ərizə ilə müraciət edərək, bu və ya digər məlumatları göstərir (məsələn, onun fikrincə törədilmiş və ya hazırlanan cinayət barəsində məlumatla hüquq-mühafizə orqanlarına müraciət edir), ancaq həmin məlumatların yoxlanılması nəticəsində onlar öz təsdiqini tapmır. Məlumat vermiş şəxsin belə hərəkəti özü-özlüyündə onun cinayət məsuliyyətə cəlb edilməsi üçün əsas yaratmır, yəni onun ola bilməz və cinayət əməli sayıla bilməz, çünki bu halda vətəndaş özünün Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsində əksini tapmış hüququndan istifadə edərək, həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayımlanmasını deyil, daxil olmuş informasiyanı yoxlamaq vəzifəsi daşıyan orqanlara müraciət etmiş olur. Beləliklə, bir şəxsin digər şəxs barəsində həqiqətə uyğun olmayan olsa belə daxil olmuş informasiyanı yoxlamaq vəzifəsi daşıyan orqanlara müraciət etməsi cinayət əməli sayılmır və cinayət məsuliyyətinin yaranmasına səbəb olmur. Məhkəmə hesab edir ki, belə tələblər yalnız o halda mülki hüquqi delikt kimi qəbul edilərək, mülki icraat qaydasında təmin oluna bilər ki, məhkəmə işə baxarkən, həmin orqanlara müraciət olunmasının heç bir əsası olmadığı, hüququn və qanunla qorunan maraqların müdafiəsi məqsədi ilə deyil, yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə müraciət olunduğu, yəni hüquqdan sui-istifadə olunduğu müəyyən edilmiş olsun, çünki istənilən subyektiv hüququn hüdudları vardır. Istənilən subyektiv hüququn ayrılmaz xassəsi subyektiv hüququn məzmununa və onun həyata keçirilmə üsuluna aid olan müəyyən sərhədlərin olmasıdır. Subyektiv mülki hüququn xarici və daxili həyata keçirilmə sərhədlərinin yoxluğu obyektiv hüququ özbaşınalığa çevirir. Buna görə də hüquqdan suiistifadənin hüquqi mahiyyəti obyektiv olaraq subyektiv mülki hüququn özünün nəzəri konsepsiyasından birbaşa asılıdır. Çünki subyektiv mülki hüququn mövcud olduğu yerdə həmişə ondan sui-istifadə imkanı mövcud olacaq. Ona görə də subyektin öz subyektiv hüququnu həyata keçirərkən, həqiqi azadlığı hüdudsuz ola bilməz. Ictimai münasibətlərin mülki-hüquqi tənzimlənməsinin əsas etibarilə dispozitiv təmayüllü olmasına baxmayaraq, belə azadlıq imperativ hüquq normalarının köməyi ilə əmlak dövriyyəsinin digər iştirakçılarının subyektiv maraqlarının sərhədini tanımalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsində də təsbit edilmişdir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hüquqdan sui-istifadə (lat. aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur. Beləliklə, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir. Beləliklə, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Belə ki, bəraət almış şəxs hüquq-mühafizə orqanlarına da müraciət etmiş, şikayətlərində istinad etdiyi hər bir halı prokurorluq orqanlarına ünvanladığı ərizələrdə də, hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə də göstərmişdir. Belə ki, o məhz ərizədə qeyd edilən məsələ ilə bağlı poliklinikaya getmişdir. Onun davranışları şikayətin araşdırılmasını ictimai qaydada tələb etməsinə, müvafiq orqanların diqqətini bu işin araşdırılmasına cəlb etmək istəməsinə dəlalət edir. Avropa Məhkəməsinin presedent hüququna və yanaşmasına əsasən ifadə azadlığı Konvensiya ilə qorunan digər hüquqlarla, məsələn, ədalətli məhkəmə araşdırması hüququ ilə, şəxsi həyata hörmət hüququ ilə, vicdan və din azadlığı ilə ziddiyyətə girə bilər. Belə ziddiyyət baş verdikdə, məhkəmə bu hüquqlardan hansının digərinə nisbətən daha üstün olduğunu müəyyən etmək üçün balanslı yanaşma nümayiş etdirir. Digər hüquqların maraqları ilə onlarla ziddiyyətə girən ifadə azadlığının maraqları arasında balans axtarılarkən sonuncunun mühüm əhəmiyyət daşıması nəzərə alınır.” Kassasiya kollegiyası belə təhlil və qiymətləndirmə ilə razılaşaraq eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi qənaət cinayət qanunvericiliyində nəzərdə tutulmuş normaların tələbləri ilə yanaşı həmçinin bu normalarının eyni cür tətbiq edilməsinin və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin olunması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən ## ###### 2014-cü il tarixdə “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında * saylı Qərar qəbul edilmişdir. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Plenum Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Böhtan xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 6-cı bəndində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərinə və Ali Məhkəmənin Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında əksini tapmış tövsiyələrə və izahlara əsaslanıb kassasiya şikayətinin dəlilərini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək Xüsusi ittihamçı istər xüsusi ittiham qaydasında məhkəməyə ünvanladığı şikayət ərizəsində və məhkəmə iclasında bu ərizənin məzmununa uyğun olan məzmunda verdiyi ifadələrində, istərsə də onun verdiyi kassasiya şikayətində Bəraət almış şəxs onun barəsindəki böhtan xarakterli məlumatları birbaşa qəsdlə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya internet informasiya ehtiyatında yaymasını təsdiq edən hər hansı mötəbər sübuta məhkəmələrə təqdim etməmiş və buna görə də məhkəmələr belə sübutları araşdırmamışlar. Halbuki, yuxarıda da qeyd olunduğu kimi, qanunvericiliyin tələblərinə əsasən, hər hansı şəxsə qarşı CM-in 147-ci maddəsi ilə ittiham irəli sürən xüsusi ittihamçı onun iddialarını təsdiq edən müvafiq sübutları özü məhkəməyə təqdim etməli, məhkəmə isə belə sübutları araşdırıb onlara qiymət verərək müvafiq nəticəyə gəlməli və ehtimal xarakterli, mülahizələrə söykənmiş yekun məhkəmə aktının qəbul edilməsindən imtina etməlidir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən əhəmiyyətli sübutların tədqiqindən imtina olunmasını, araşdırılmış sübutlara isə qanuna müvafiq, yəni CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verilməməsi hallarını müəyyən etməyərək həmin məhkəmənin CPM-in 416.1.1 və 416.1.2-ci maddələrinə göstərilən pozuntulara yol verməməsini qeyd edir və buna görə kassasiya şikayətinin bunlarla bağlı dəlillərini də qəbul edilməz sayır. Xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materialların təhlili göstərir ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənlərə əsaslanaraq Bəraət almış şəxs əməlində Xüsusi ittihamçı şərəf və ləyaqətini ləkələyən və ona böhtan atılmasına dəlalət edən böhtan atma cinayətinin tərkib əlamətlərinin olmaması barədə əsaslı nəticəyə gəlmiş və bununla bağlı istər maddi, istərsə də prosessual hüquq normalarının pozulmasına yol verməmişlər. Məhkəmələrin gəldikləri nəticənin düzgün olmasını vurğulayaraq məhkəmə kollegiyası cinayət qanunu normalarının tələbləri baxımından hesab edir ki, Bəraət almış şəxs yalan olduğunu bilə-bilə xüsusi ittihamçı Xüsusi ittihamçı şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadığına görə, habelə belə məlumatları göstərilən şəkildə yaymaqla sonuncunu ağır və ya xüsusilə ağır cinayətdə ittiham edib ona böhtan atmadığından barəsində şikayət verilmiş şəxsin əməllərində CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması istisna edilir. Buna görə, məhkəmə kollegiyası Bəraət almış şəxs həmin maddə ilə bəraət verilməsi barədə məhkəmələrin iş üzrə gəldikləri nəticəni qanuni və əsaslı, kassasiya şikayətinin dəlillərini isə qəbul edilməz sayaraq həmin şikayətin təmin edilməsi üçün əsaslar görmür və eyni zamanda vurğulayır ki, hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verməmişdir. Belə olan halda məhkəmə kollegiyası o nəticəyə gəlir ki, xüsusi ittihamçı Xüsusi ittihamçı kassasiya şikayəti təmin edilməməli və Bəraət almış şəxs CM-in 147.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Xüsusi ittihamçı Xüsusi ittihamçı kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli hökmü ilə Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə əsasən toplanmış materiallar üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar