Məhkəmə qərarları › İş №1(1-8)-117/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-117/2026

24.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-117/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X2, Zərərçəkmiş şəxs – zərərçəkmiş şəxs93, Məhkum – Məhkum iştirakları ilə, ##.##.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 3 (üç) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-****/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli hökmü (hakimlər V.Quliyev (sədrlik edən və məruzəçi), E.Rüstəmov və A.Əliyeva) ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən ona Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il ## ##### tarixli *(***)-**/**** nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış 1 (bir) il 11 (on bir) ay 4 (dörd) gün hissəsinin CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hesablanaraq 11 (on bir) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə ona təyin olunmuş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Məhkum qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ##.##.2023-cü il tarixdə həbsə saxlanıldığı 1 (bir) gün və ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün, ümumilikdə 4 (dörd) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 6 (altı) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər E.Rəhimov (sədrlik edən və məruzəçi), Z.Əhmədov və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- ****/**** nömrəli qərarından məhkum Məhkum kassasiya şikayəti vermişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Tap.az” açıq internet resursu olan saytda iş elanı yerləşdirməklə, özünü guya "X1 AKO" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri kimi təqdim edib vətəndaşlara gəmidə və platformalarda yüksək əmək haqqı olan işə qəbul edəcəyinə dair söz verib həmin işə qəbul olunmaları üçün onlara dənizçi pasportu və sertifikat verəcəyinə dair yalan vəd verib aldadaraq, 2022ci ilin may ayının əvvəllərindən 2022ci ilin iyul ayının ortalarınadək olan müddət ərzində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsində “Yeganə” şadlıq sarayının arxasında yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsində icarəyə götürdüyü ofisdə zərərçəkmiş şəxs56 300 manat, zərərçəkmiş şəxs110 300 manat, zərərçəkmiş şəxs25 650 manat, zərərçəkmiş şəxs74 700 manat, zərərçəkmiş şəxs82 300 manat, zərərçəkmiş şəxs55 900 manat, zərərçəkmiş şəxs3 400 manat, zərərçəkmiş şəxs57 300 manat, zərərçəkmiş şəxs109 300 manat, zərərçəkmiş şəxs4 300 manat, zərərçəkmiş şəxs33 300 manat, zərərçəkmiş şəxs34 600 manat, X5 300 manat, zərərçəkmiş şəxs76 350 manat, zərərçəkmiş şəxs81 300 manat, zərərçəkmiş şəxs26 350 manat, zərərçəkmiş şəxs94 300 manat, zərərçəkmiş şəxs21 300 manat, zərərçəkmiş şəxs63 300 manat, zərərçəkmiş şəxs10 200 manat, zərərçəkmiş şəxs49 300 manat, zərərçəkmiş şəxs103 300 manat, zərərçəkmiş şəxs97 300 manat, zərərçəkmiş şəxs125 300 manat, zərərçəkmiş şəxs18 250 manat, zərərçəkmiş şəxs96 300 manat, zərərçəkmiş şəxs51 330 manat, zərərçəkmiş şəxs67 300 manat, zərərçəkmiş şəxs80 300 manat, zərərçəkmiş şəxs42 1500 manat, zərərçəkmiş şəxs43 300 manat, zərərçəkmiş şəxs48 320 manat, zərərçəkmiş şəxs122 800 manat, zərərçəkmiş şəxs14 300 manat, zərərçəkmiş şəxs24 350 manat, zərərçəkmiş şəxs83 350 manat olmaqla, ümumilikdə 14.350 manat, eyni niyyətlə, “Tap.az” açıq internet resursu olan saytda yerləşdirdiyi iş elanı vasitəsilə ona müraciət etmiş zərərçəkmiş şəxs68 Abşeron rayonu Xırdalan şəhərində özəl baxçada müəllimə kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsində “Yeganə” şadlıq sarayının arxasında yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsində icarəyə götürdüyü ofisdə ## #### 2022-ci il tarixdə 1000 manat, ## #### 2022-ci il tarixdə isə 800 manat olmaqla, ümumilikdə 1800 manat, eyni niyyətlə, “Tik-Tok” sosial şəbəkəsində "xxxx" adlı şirkət tərəfindən işə qəbulla bağlı reklam paylaşaraq icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən binada "xxxx" adlı şirkətin ofisini təşkil etmiş, bundan sonra işə düzəlmə ilə bağlı müraciət edən vətəndaşlara gəmidə və platformalarda yüksək əmək haqqı olan işə qəbul edəcəyinə dair söz verib həmin işə qəbul olunmaları üçün onlara dənizçi pasportu və sertifikat verəcəyinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin avqust ayının əvvəllərindən 2023cü ilin oktyabr ayının əvvəllərinədək olan müddət ərzində zərərçəkmiş şəxs41 430 manat, zərərçəkmiş şəxs17 430 manat, zərərçəkmiş şəxs92 1415 manat, zərərçəkmiş şəxs99 330 manat, zərərçəkmiş şəxs73 430 manat, zərərçəkmiş şəxs61 430 manat, zərərçəkmiş şəxs113 660 manat, X4 430 manat, zərərçəkmiş şəxs91 350 manat, zərərçəkmiş şəxs117 430 manat, zərərçəkmiş şəxs15 430 manat, zərərçəkmiş şəxs6 430 manat, zərərçəkmiş şəxs79 430 manat, zərərçəkmiş şəxs20 430 manat, zərərçəkmiş şəxs54 330 manat, zərərçəkmiş şəxs19 450 manat, zərərçəkmiş şəxs101 330 manat, zərərçəkmiş şəxs5 360 manat, zərərçəkmiş şəxs124 300 manat, zərərçəkmiş şəxs1 Vaqif oğlundan 760 manat, zərərçəkmiş şəxs104 430 manat, zərərçəkmiş şəxs9 330 manat, zərərçəkmiş şəxs59 750 manat, zərərçəkmiş şəxs72 330 manat, zərərçəkmiş şəxs50 330 manat, zərərçəkmiş şəxs95 330 manat, zərərçəkmiş şəxs64 430 manat, zərərçəkmiş şəxs40 330 manat, zərərçəkmiş şəxs112 330 manat, zərərçəkmiş şəxs8 330 manat, zərərçəkmiş şəxs106 330 manat, zərərçəkmiş şəxs123 330 manat, zərərçəkmiş şəxs27 430 manat, zərərçəkmiş şəxs86 430 manat, zərərçəkmiş şəxs121 430 manat, zərərçəkmiş şəxs31 430 manat, zərərçəkmiş şəxs93 300 manat, zərərçəkmiş şəxs98 430 manat, zərərçəkmiş şəxs44 400 manat, zərərçəkmiş şəxs2 430 manat, zərərçəkmiş şəxs46 430 manat, zərərçəkmiş şəxs13 430 manat, zərərçəkmiş şəxs11 330 manat, zərərçəkmiş şəxs22 330 manat, zərərçəkmiş şəxs89 400 manat, zərərçəkmiş şəxs32 Məmmədəli oğlundan 430 manat, zərərçəkmiş şəxs28 330 manat, zərərçəkmiş şəxs60 330 manat, zərərçəkmiş şəxs75 330 manat, zərərçəkmiş şəxs37 430 manat, zərərçəkmiş şəxs36 430 manat, zərərçəkmiş şəxs38 330 manat, zərərçəkmiş şəxs77 360 manat, zərərçəkmiş şəxs78 330 manat, zərərçəkmiş şəxs45 330 manat, zərərçəkmiş şəxs84 330 manat, zərərçəkmiş şəxs39 400 manat, zərərçəkmiş şəxs119 500 manat, zərərçəkmiş şəxs70 300 manat, zərərçəkmiş şəxs69 330 manat, zərərçəkmiş şəxs7 430 manat, zərərçəkmiş şəxs87 430 manat, zərərçəkmiş şəxs16 430 manat, zərərçəkmiş şəxs1 600 manat, zərərçəkmiş şəxs114 660 manat, zərərçəkmiş şəxs105 330 manat, zərərçəkmiş şəxs100 330 manat, zərərçəkmiş şəxs35 430 manat, zərərçəkmiş şəxs71 330 manat, zərərçəkmiş şəxs120 430 manat, zərərçəkmiş şəxs23 Şahsəddin oğlundan 370 manat, zərərçəkmiş şəxs108 330 manat, zərərçəkmiş şəxs115 330 manat, zərərçəkmiş şəxs118 430 manat, zərərçəkmiş şəxs107 430 manat, zərərçəkmiş şəxs12 430 manat, zərərçəkmiş şəxs47 430 manat, zərərçəkmiş şəxs52 430 manat, zərərçəkmiş şəxs102 430 manat, zərərçəkmiş şəxs29 430 manat, zərərçəkmiş şəxs53 330 manat, zərərçəkmiş şəxs85 330 manat, zərərçəkmiş şəxs65 400 manat, zərərçəkmiş şəxs30 430 manat, zərərçəkmiş şəxs66 330 manat, zərərçəkmiş şəxs90 430 manat, zərərçəkmiş şəxs111 530 manat, zərərçəkmiş şəxs58 500 manat olmaqla, ümumilikdə 36.575 manat pulu ünvan 1 ünvanında yerləşən binada icarəyə götürdüyü ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, çoxsaylı zərərçəkmiş şəxslərə ümumilikdə 52.725 manat yəni, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki cinayət işində onun əməli düzgün tövsif olunmamış, ona təyin edilmiş cəza şəxsiyyətinə, ailə şəraitinə uyğun deyildir. Belə ki, istintaq orqanı ayrı-ayrı şəxslərin ayrı-ayrı iş üçün ona ödədikləri məbləğləri vahid niyyətlə birləşdirərək ona qanunsuz olaraq CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürmüş, məhkəmələr isə buna əhəmiyyət verməmiş, onun vahid niyyətlə cinayət əməllərini törətmədiyini, onun əməlində CM-in 178.2.4-cü maddəsinin tərkibinin olmasını nəzərə almamışdır. Bundan başqa, məhkəmələr ona cəza təyin edərkən himayəsində azyaşlı uşaqlarının olmasını, ailəsinin maddi vəziyyətinin çox çətin olduğunu və onların maddi dəstəyə ehtiyac duyduqlarını nəzərə almamışdır. Odur ki, məhkum kassasiya şikayətində göstərilənlərə əsasən onun əməlinin CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilərək, həmin maddə ilə ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyini, həmçinin cəza təyin edilərkən cəzasını yüngülləşdirən halların nəzərə alınmadığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi, əməlinin CM-in 178.2.4-cü maddəsinə tövsif edilib yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum ona isnad edilən, hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş əməlləri törətməsi, yəni vahid niyyətlə əhatə olunan qəsdlə küllü miqdarda ziyan vurmaqla dələduzluq etməsi və həmin əməllərə görə CM-in 178.3.2-ci maddəsi ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə, onun əməlinin CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilməli olmasına dair dəlilləri apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış bütün sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin gəldiyi nəticələr kassasiya şikayətində də irəli sürülmüş eyni iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sözügedən məsələ üzrə çıxardığı nəticələri, o cümlədən Məhkum CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş dələduzluq cinayətini törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkum kassasiya şikayətində bir-birini tanımayan ayrı-ayrı şəxslərə qarşı törətdiyi dələduzluq əməlinin vahid niyyətlə əhatə olunan cinayət əməli kimi qiymətləndirməklə məhkəmələrin səhvə yol verdiyini iddia etsə də, məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 31-ci bəndində göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Plenumun həmin qərarındakı mövqeyə əsasən dələduzluq cinayət əməli ayrı-ayrı şəxslərə qarşı hər dəfə müstəqil yaranmış niyyətlə törədilirsə, bu zaman ələ keçirilmiş əmlakın dəyərinin toplanılmasına yol verilmir və hər bir əmələ ayrıca qiymət verilməklə dələduzluq əməli təkrarlıq əlaməti üzrə tövsif edilməlidir. Bunun əksinə, bir neçə şəxsə qarşı vahid niyyətlə (qəsdlə) dələduzluq əməli törədildiyi halda isə əməl ümumilikdə vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilməlidir. Bundan başqa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, həm təkrarlıqda, həm cinayətlərin real məcmusunda iki və daha artıq cinayət törədilir. Bu anlayışlardan əmələ gələn cinayətlər müəyyən zaman fərqi ilə törədilir. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur. Davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum internet saytında və sosial şəbəkədə iş elanı yerləşdirməklə zərərçəkmiş şəxslərə gəmidə və platformalarda yüksək əmək haqqı olan işə qəbul edəcəyinə dair söz verib həmin işə qəbul olunmaları üçün onlara dənizçi pasportu və sertifikat verəcəyinə dair yalan vəd verib aldadaraq (zərərçəkmiş zərərçəkmiş şəxs68 isə məhz internet saytında yerləşdirilmiş həmin iş elanı vasitəsi ilə Məhkum müraciət etmiş və sonuncu zərərçəkmiş şəxsi özəl baxçada müəllimə kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq pulunu ələ keçirmişdir), onların pul məbləğlərini vahid niyyətlə ələ keçirərək, zərərçəkmiş şəxslərə ümumilikdə 52725 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göründüyü kimi, Məhkum zərər çəkmiş şəxslərin hər birinə qarşı müstəqil yaranmış niyyətlə ayrı-ayrı dələduzluq əməlləri törətməmişdir. O, vahid qəsdlə hərəkət edərək internet saytında və sosial şəbəkədə iş elanı yerləşdirməklə ona müraciət edəcək şəxsləri aldadıb onların pul vəsaitlərini ələ keçirmək məqsədini güdmüş, həmin iş elanlarını görüb ona müraciət etmiş bütün zərər çəkmiş şəxslərə qarşı vahid qəsdlə başlayan və davam edən, onların ümumilikdə külli miqdarda pul vəsaitlərini ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu vəziyyətdə dələduzluq əməlinin müxtəlif şəxslərə qarşı törədilmiş olması Məhkum əməlinin CMin 178.3.2-ci maddəsi ilə tövsif edilməsini istisna etmir. Odur ki, məhkəmə heyəti baxılan işdə məhkum Məhkum əməlinin hüquqi tövsifi ilə bağlı əsaslarının, yəni kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2 və 416.1.15-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsi əsası kimi təsbit edilən halların olmaması haqqında nəticəyə gəlir. Məhkumun cinayət qanununun tələbləri pozulmaqla ona ədalətsiz cəzanın təyin olunmasına dair iddiasına gəldikdə, məhkəmə kollegiyası bu məsələdə də kassasiya şikayətinin müəllifi ilə razılaşmaq üçün əsas görmür. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hallar kimi CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, CM-in 59.1.14-cü maddəsinə əsasən 5 (beş) nəfər zərərçəkmiş şəxsə münasibətdə 1670 manat məbləğində cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi, 6 (altı) nəfər zərərçəkmiş şəxsin isə onlara vurulmuş ziyanın ödənilməməsinə baxmayaraq, təqsirləndirilən şəxsdən hər hansı şikayət və ya tələblərinin olmamasını bildirmələrini, CM-in 59.2-ci maddəsinə əsasən özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini və valideyn himayəsindən məhrum olmaqla uşaq evində böyüməsini, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini CMin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri CM-in cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Təsvir olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində CPM-in 416.1.21ci maddəsində göstərilən halın müəyyən edilmədiyi, yəni kassasiya şikayətinin bu hissədə də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-****/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-****/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar