Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(1-8)-118/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin hakimlәri Muxtarov Teyyub Asif oğlu (sәdrlik edәn), Mövsümov Nazim Rasim oğlu vә Cәfәrov Ilqar Xanlar oğlundan ibarәt tәrkibdә, Cәbrayılova Sevinc Elton qızının katibliyi, Dövlәt ittihamçısı - Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәnin kassasiya instansiyası mәhkәmәsindә dövlәt ittihamının müdafiәsi vә analitik tәhlil şöbәsinin prokuroru, R X20, bәraәt almış şәxs Bәraәt almış şәxs müdafiәçisi X31nın vә zәrәrçәkmiş hüquqi şәxslәr: zәrәrçәkmiş şәxs1 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin vә zәrәrçәkmiş şәxs2 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin nümayәndәsi vә vәkili nümayәndә1 iştirakları ilә, Bәraәt almış şәxs barәsindә olan cinayәt işi üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrәli hökmündәn dövlәt ittihamçısı tәrәfindәn verilmiş kassasiya protestinә vә zәrәrçәkmiş hüquqi şәxslәrin nümayәndәsi vә vәkili tәrәfindәn verilmiş kassasiya şikayәtinә әsasәn işә Ali Mәhkәmәnin binasında açıq mәhkәmә iclasında mahiyyәti üzrә baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin (Hakimlәr: X5 (sәdrlik edәn), X10 vә X6 ibarәt tәrkibdә) 2024-cü il # ####### tarixli, *(***)-***/**** nömrәli hökmü ilә ## #### 1987-ci il tarixdә Bakı şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, subay, 2 azyaşlı uşağı olan, ali tәhsilli, әvvәllәr mәhkum olunmamış, zәrәrçәkmiş şәxs1 MMC-in direktoru vәzifәsindә işlәmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 6 ünvanında yaşayan, Bəraət almış şəxs Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 179.4-cü maddәsi ilә nәzәrdә tutulan cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk 2 (iki) il müddәtinә dövlәt vә özünüidarә orqanlarında rәhbәr vә maddi mәsul vәzifә tutmaq hüququndan mәhrum edilmәklә 10 (on) il müddәtinә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş, cәzasını ciddi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi, cәza çәkmә müddәtinin başlanğıcının ## #### 2022ci il tarixdәn hesablanması hökm edilmişdir. Hәmin hökmdәn tәqsirlәndirilәn şәxs Bәraәt almış şәxs müdafiәçisi X12 vә zәrәrçәkmiş hüquqi şәxs «xxxx” MMC-in nümayәndәsi nümayәndә2 apellyasiya şikayәtlәri vermişlәr. Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının (Hakimlәr: X13 (sәdrlik edәn), X2 vә X7 ibarәt tәrkibdә) 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrәli hökmü ilә zәrәrçәkmiş hüquqi şәxs zәrәrçәkmiş şәxs1 MMC-nin nümayәndәsi nümayәndә2 tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәmiş, tәqsirlәndirilәn şәxs Bәraәt almış şәxs müdafiәçisi X31 tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmiş, Bәraәt almış şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 179.4-cü maddәsi ilә tәqsirlәndirilmәsinә dair Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin 1(101) ***/**** saylı, ##.##.2024-cü il tarixli hökmü lәğv edilmiş, Bәraәt almış şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 179.4-cü maddәsi ilә Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 42.1.4-cü maddәsinә әsasәn tәqsirliliyi sübuta yetirilmәdiyi üçün bәraәt verilmiş, Bәraәt almış şәxs barәsindә seçilmiş hәbs qәtimkan tәdbiri lәğv edilmiş vә o, mәhkәmә iclas zalından hәbsdәn dәrhal azad edilmiş, tutulması, tәqsirlәndirilәn şәxs qismindә cәlb edilmәsi, qәtimkan tәdbirinin tәtbiqi vә mәhkәmәyә verilmәsi nәticәsindә vurulmuş ziyanın ödәnilmәsi hüququ vә hәmin hüququn hәyata keçirilmәsi qaydası Bәraәt almış şәxs izah edilmiş, mülki iddiaçı zәrәrçәkmiş şәxs1 MMC-nin vә zәrәrçәkmiş şәxs2 MMC-nin mülki iddiaları baxılmamış saxlanılmış vә onlara mülki mühakimә qaydasında mәhkәmәyә әrizә ilә müraciәt etmәk hüquqları izah edilmiş hökm edilmişdir. IŞIN HALLARI: Istintaq orqanı tәrәfindәn Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 179.4-cü maddәsi ilә verilmiş ittihama әsasәn Bәraәt almış şәxs zәrәrçәkmiş şәxs1 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin qanuni tәmsilçilik funksiyasına malik direktoru vәzifәsindә çalışdığı vә eyni dövrdә zәrәrçәkmiş şәxs2 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin kommersiya üzrә direktor vәzifәsini icra edәrkәn, öz qulluq mövqeyindәn istifadә edib ona etibar olunmuş özgәnin әmlakını vahid niyyәtlә xüsusilә külli miqdarda ziyan vurmaqla mәnimsәmәklә talamışdır. Belә ki, Bәraәt almış şәxs ##.##.2017-ci il tarixdәn ##.##.2021-ci il tarixәdәk olan müddәtdә ##.##.2014-cü il tarixdә Azәrbaycan Respublikası Vergilәr Nazirliyinin yanında Milli Gәlirlәr Departamentinin Hüquqi şәxslәrin dövlәt qeydiyyatı idarәsindә dövlәt qeydiyyatından keçmiş, hüquqi ünvanı ünvan 4 olan, faktiki olaraq ünvan 3 ünvanında fәaliyyәt göstәrәn zәrәrçәkmiş şәxs1 (VÖEN **********) Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin direktoru (qanuni tәmsilçisi) vәzifәsindә işlәyәrkәn, hәmin cәmiyyәtlә ## ##### 2017-ci il tarixdә aralarında bağlanmış ***/**** №-li әmәk müqavilәsinә әsasәn, vәzifә borclarını tam yerinә yetirmәk, işәgötürәnә maddi ziyan vurmamaq, vurulmuş zәrәrin әvәzini tam hәcmdә әn geci 3 iş günü әrzindә ödәmәk vә s. funksiyalara malik mәsul şәxs olmasına vә cәmiyyәtin ##.##.2014-cü il tarixli Nizamnamәsinә әsasәn, rәhbәrlik etdiyi cәmiyyәtin adından vәkalәtnamәsiz fәaliyyәt göstәrmәk, onun idarә edilmәsini hәyata keçirmәk vә mәnafelәrini bütün dövlәt orqanlarında, müәssisә vә tәşkilatlarda tәmsil etmәk, cәmiyyәtin aktivlәri barәsindә öz sәlahiyyәtlәri çәrçivәsindә sәrәncam vermәk vә müqavilәlәr bağlamaq, cәmiyyәtin bütün işçilәrinә şamil edilәn әmr vә göstәrişlәr vermәk, ona etibar edilmiş vә qulluq mövqeyinә görә öhdәsindә olan әmlak üzәrindә müәyyәn, o cümlәdәn әmlakın qorunmasına cavabdeh olmaqla müvafiq maliyyәlәşmәlәrin qanunvericiliyә uyğun qaydada aparılması üçün tәdbirlәr görmәk, pul vәsaitlәrinin xәrclәnmәsinә nәzarәti hәyata keçirmәk, müvafiq hesabatların tәrtib olunaraq aidiyyәti üzrә tәqdim edilmәsini tәmin etmәk vә digәr sәlahiyyәtlәrә malik mәsul şәxs kimi qeyd olunan vәzifәdә çalışdığı dövrdә paralel olaraq, faktiki idarәçiliyi eyni olan digәr hüquqi şәxsin, yәni ##.##.2010-cü il tarixdә Azәrbaycan Respublikası Vergilәr Nazirliyinin yanında Milli Gәlirlәr Departamentinin Hüquqi şәxslәrin dövlәt qeydiyyatı idarәsindә dövlәt qeydiyyatından keçmiş, hüquqi ünvanı ünvan 5 olan, faktiki olaraq ünvan 3 ünvanında fәaliyyәt göstәrәn zәrәrçәkmiş şәxs2 (VÖEN **********) Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin kommersiya üzrә direktor vәzifәsini icra edәrkәn, Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyinin Kollegiyasının ## ###### 2005-ci il tarixli, **-* saylı qәrarı ilә tәsdiq edilmiş «Bütün sahәlәr üçün ümumi olan qulluqçu vәzifәlәrinin Vahid Tarif-Ixtisas Sorğusu»na әsasәn cavabdeh şәxs olmasına baxmayaraq, öz qulluq mövqeyindәn istifadә edәrәk ona etibar olunmuş özgә әmlakını vahid niyyәtlә talama mәqsәdilә, әvvәlcәdәn planlaşdırdığı vahid qәsdә uyğun olaraq, ##.##.2017-ci il tarixdәn ##.##.2021-ci il tarixәdәk olan müddәtdә zәrәrçәkmiş şәxs1 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin anbarından cinayәtdә xәbәrsiz olan anbardar şahid13 öhdәsindә olan mal-materiallardan “xidmәti istifadә” adı altında heç bir sәnәdlәşmә aparmadan götürdüyü müxtәlif çeşiddәn ibarәt «xxxx», «HIKVISION» «EZVIZ» markalı müşahidә kameralarını, “DVR”, “NVR” avadanlıqlarını, videodomofon cihazlarını, «Ideal», «DEMILUX», «NAVIGALIGHT» markalı işiqlandırma avadanlıqlarını, çilçıraqları vә projektorları, hәmçinin müxtәlif diametrdә vә uzunluqda kabel vә mis şinlәri, elәcә dә, proyektor üçün jalüzlәri, o cümlәdәn mühasibat uçotu qaydalarına әsasәn tәh-tәl hesablı şәxs kimi öhdәsindә qalmış material qiymәtlilәri tәhvil vermәli olmasına baxmayaraq, qeyd olunan qiymәtlilәri tәhvil vermәmiş vә hәmin hәrәkәtlәri ilә cәmi 76082.62 manat dәyәrindә mal-materialları qanunsuz vә әvәzsiz olaraq öz mülkiyyәtinә keçirib, daha sonra tamah niyyәtini davam etdirәrәk, «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin «xxxx» Qapalı Sәhmdar Cәmiyyәtdә, elәcә dә, «xxxx» vә «xxxx» Açıq Sәhmdar Cәmiyyәtlәrdә olan (AZ06ACAB002101*****000403286, AZ83MUGA4005*****000267AZM71 vә AZ**AIIB********************) nömrәli bank hesab nömrәlәrindәn «tәsәrrüfat xәrclәri» tәyinatı qeyd edilmiş «Çek kitabçası» vasitәsilә 2019-2021-ci illәrdә müxtәlif mәblәğlәrdә olmaqla, cәmi 120.490,00 manat pul vәsaitini nağd qaydada götürmüş, lakin «xxxx” MMC-nin xәzinәsinә mәdaxil etmәyәrәk, qeyd olunan hüquqi şәxsә mәxsus cәmi 120.490,00 manat nağd pul vәsaitini qanunsuz vә әvәzsiz olaraq öz mülkiyyәtinә keçirib, daha sonra tamah niyyәtini davam etdirәrәk, X34 şәhәrindә yerlәşәn «xxxx» Şirkәtindәn «xxxx» MMC-yә müxtәlif çeşiddәn ibarәt olan “elektrik işıqlandırma vә çılçıraq” mallarını nağd satışla alınması üçün, cәmiyyәtin xәzinәsindәn ## ###### 2019-cu il tarixdә nağd şәkildә ona verilmiş ümumilikdә 19000 ABŞ dolları vә ya hәmin dövrün mәzәnnәsi ilә 32.300,00 manat pulu özü ilә «xxxx» Şirkәtinә apararaq, qeyd olunan mәblәğdә pulun 9500 ABŞ dolları vә ya hәmin dövrün mәzәnnәsi ilә 16.150,00 manat dәyәrindә hissәsini nağd ödәmәklә, qalan hissәsini zәrәrçәkmiş şәxs1 MMC-nin hesabına borc yazdırmaqla nisyә, yәni dәyәri әvvәlcәdәn ödәnilmәmә qaydasında ticarәt edәrәk nәzәrdә tutulan malları bütövlükdә almış, qeyd olunan malların cәmiyyәtә çatdırılmasını tәmin etsә dә, lakin zәrәrçәkmiş şәxs1 MMC-nә mәxsus cәmi 9500 ABŞ dolları vә ya hәmin dövrün mәzәnnәsi ilә 16.150,00 manat nağd pul vәsaitini qanunsuz vә әvәzsiz olaraq öz mülkiyyәtinә keçirib, daha sonra tamah niyyәtini davam etdirәrәk, zәrәrçәkmiş şәxs1 MMC tәrәfindәn 73.298,00 ABŞ dolları vә ya hәmin dövrün mәzәnnәsi ilә 124.606.00 manat mәblәğindә mallarının alınması, işçilik xidmәtlәrinin göstәrilmәsi üçün X34 şәhәri, Armaganlar mәhәllәsi, Nazik Sokak 45/4 ünvanında yerlәşәn «xxxx» Şirkәti ilә ## ######## 2019-cu il tarixli müqavilә bağladıqdan sonra ## ######## 2019-cu il tarixdә zәrәrçәkmiş şәxs1 MMC-nin hәmin tarixli ** nömrәli ödәniş tapşırığı әsasında “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin ünvan 1 ünvanında yerlәşәn “Mәrkәz” filialında olan AZ**AIIB******************** №-li bank hesabından «xxxx» Şirkәtinin X34 şәhәrindә fәaliyyәt göstәrәn “T.C” iş Bankasında olan TR16 0006 4000 0021 2390 0492 ** №-li bank hesabına 72.300,00 ABŞ dolları vә ya hәmin dövrün mәzәnnәsi ilә 122.910.00 manat, ##.##.2020-ci il tarixdә isә 998.00 ABŞ dolları vә ya hәmin dövrün mәzәnnәsi ilә 1696.00 manat, ümumillikdә 124.606.00 manat mәblәğindә pul vәsaitinin köçürülmәsinә nail olmuş, qeyd olunan müqavilәdә nәzәrdә tutulmuş “işçilik xidmәti” göstәrilmәdiyindәn 39.000,00 ABŞ dolları vә ya hәmin dövrün mәzәnnәsi ilә 66.300.00 manat pul vәsaitinin ##.##.2019-cu il tarixdә şirkәt tәrәfindәn zәrәrçәkmiş şәxs1 MMC-yә qaytarılması üçün ona verilmәsinә baxmayaraq, hәmin mәblәğin 20.000,00 ABŞ dollarını vә ya hәmin dövrün mәzәnnәsi ilә 34.000.00 manat pul vәsaitini ##.##.2019-cu il tarixdә rәhbәrlik etdiyi Cәmiyyәtin xәzinәsinә mәdaxil etmiş, 19.000,00 ABŞ dollarını vә ya hәmin dövrün mәzәnnәsi ilә 32.300,00 manat pul vәsaitini mәdaxil etmәmiş, eyni zamanda «xxxx» şirkәtindәn pul vәsaiti qarşılığında nәzәrdә tutulan hәr hansı mal almadan qeyd olunan pul vәsaiti üzәrindә sәrәncam vermәk hüququnu vә imkanını saxlamaqla 17.737,00 ABŞ dollarını vә ya hәmin dövrün mәzәnnәsi ilә 30.153,00 manat dәyәrindә malları idxal etmәmiş, cәmi 62.453,00 manat pul vәsaitini qanunsuz vә әvәzsiz olaraq öz mülkiyyәtinә keçirib, daha sonra tamah niyyәtini davam etdirәrәk, cinayәtdә xәbәrsiz olan vә «Sәdәrәk» Ticarәt Mәrkәzindә ticarәtlә mәşğul olan fiziki şәxs şahid16 zәrәrçәkmiş şәxs1 MMC-nin anbarından satış üçün cәmiyyәt daxili qaimәlәrlә tәhvil verilmiş, o cümlәdәn, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli vә ##.##.2021-ci il tarixli qaimәlәrlә «xxxx» markalı müşahidә kameralarının vә “DVR”, “NVR” avadanlıqlarının satışından әldә olunmuş 47.526,00 manat nağd pulu müxtәlif tarixlәrdә vә mәblәğlәrdә şahid16 istifadәsin olan «xxxx» Açıq Sәhmdar Cәmiyyәtindәn alınmış 5261 6333 3306 **** №-li bank kartından özünün istifadәsindә olan «xxxx» Açıq Sәhmdar Cәmiyyәtindәn alınmış 4169 7385 5405 **** №-li “UMICO” bank kartına köçürülmәsinә nail olub, hәmçinin әlbәәl qәbul edib, lakin «xxxx” MMC-nin xәzinәsinә mәdaxil etmәyәrәk, qeyd olunan hüquqi şәxsә mәxsus cәmi 47.526,00 manat nağd pul vәsaitini qanunsuz vә әvәzsiz olaraq öz mülkiyyәtinә keçirib, daha sonra tamah niyyәtini davam etdirәrәk, zәrәrçәkmiş şәxs1 MMC-nin gömrük әmәliyyatları üzrә ödәnişlәrinin aparılması üçün «xxxx» Açıq Sәhmdar Cәmiyyәtindәn alınmış 4172 1153 3267 **** nömrәli «Biznes kart» vasitәsilә «Hökumәt ödәniş portalı» üzrә әmәliyyatların aparılması sәlahiyyәtlәrinә malik mәsul şәxs olmasına baxmayaraq, әvvәlcәdәn planlaşdırdığı vahid niyyәtә uyğun olaraq, hәmin Cәmiyyәtin gömrük әmәliyyatlarını hәyata keçirmәk üçün ##.##.2020-ci il tarixdәn- ##.##.2021-ci il tarixәdәk olan müddәt әrzindә «Biznes kart»a mәdaxil olunmuş 39.757,92 manat pul vәsaitini qeyd edilәn tarixlәrdә cәmiyyәtә mәxsus olmayan başqa bir kart hesabına köçürüb, zәrәrçәkmiş şәxs1 MMC-nin cәmi 39.757,92 manat nağd pul vәsaitini qanunsuz vә әvәzsiz olaraq öz mülkiyyәtinә keçirib, daha sonra cinayәt әmәlini davam etdirmәklә 2020-2021-ci illәr әrzindә zәrәrçәkmiş şәxs2 MMC-nin, hәmçinin «xxxx” MMC-nin fәaliyyәti ilә bağlı malmaterial alınması, onların gömrük rәsmilәşmәsi, әmәk haqqlarının, icarә haqlarının vә digәr xәrclәrin öz şәxsi hesabına ödәdiyini bildirib zәrәrçәkmiş şәxs2 MMC-nin ona 179120,00 manat mәblәğindә borcu olduğunu süni olaraq göstәrib sözü gedәn cәmiyyәtin ona borcu olması görüntüsünü yaratmaqla, tәrәfindәn çәkilәn hәmin xәrclәri A4 formatlı kağıza yazaraq hәmin borca dair sәnәdlәşmә aparıb qeyd edilәn borc mәblәğinin 51000 manatına dair sәnәdlәri hәmin dövrdә özünün tabeçiliyindә olan işçisi, cinayәtdә xәbәrsiz olan şahid12 verib sәnәdlәri onda saxlatdıraraq öz tәklifinә әsasәn hәmin 51000 manat pul vәsaitini ##.##.2020-ci il tarixdә zәrәrçәkmiş şәxs2 MMC-nin “xxxx” Açıq Sәhmdar Cәmiyyәtindә olan AZ**AIIB******************** №-li hesablaşma hesabından zәrәrçәkmiş şәxs1 MMC-nin hәmin bankda olan AZ**AIIB******************** №-li hesablaşma hesabına köçürülmәsinә nail olduqdan sonra hәmin vәsaiti sonradan zәrәrçәkmiş şәxs1 MMC-yә mәxsus biznes vә әmәk haqqı kartları vasitәsi ilә nağdlaşdırıb, sonradan hәmin borca dair “EXEL” faylda yığılmış cәdvәli Lamiyyә Abdullayevanın kompyuterindәn sildirib mühasibatlığa bununla bağlı hәr-hansı rәsmi sәnәd tәqdim etmәyib, o cümlәdәn ##.##.2021-ci il tarixdә zәrәrçәkmiş şәxs2 MMC-nin “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin Nәrimanov filialında olan AZ**IBAZ******************** №-li hesablaşma hesabından 128120.00 manat pul vәsaitini “xxxx” ASC-dә X21 Edilmәsi Departamentinin direktoru vәzifәsindә işlәyәn tanışı, cinayәtdә xәbәrsiz olan şahid9 vasitәsi ilә “xxxx” MMC-nin (VÖEN**********) “xxxx” Açıq Sәhmdar Cәmiyyәtindә olan AZ**MUGA***************AZM** №-li hesabla hesabına köçürülmәsinә nail olduqdan sonra hәmin pul vәsaitini “xxxx” MMCdәn әldә edib xәzinәyә mәdaxil etmәdәn götürüb zәrәrçәkmiş şәxs2 MMC-yә mәxsus cәmi 179.120,00 manat pul vәsaitini qanunsuz vә әvәzsiz olaraq öz mülkiyyәtinә keçirib, daha sonra tamah niyyәtini davam etdirәrәk, «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin gömrük әmәliyyatları, o cümlәdәn hökümәt ödәniş portalı üzrә ödәnişlәrinin aparılması üçün «xxxx» Açıq Sәhmdar Cәmiyyәtindәn alınmış vә cinayәtdә xәbәrsiz olan sözü gedәn Cәmiyyәtin qanuni tәmsilçisi (direktoru) şahid10 tәrәfindәn ##.##.2017-ci il tarixli әmrlә ona tәhkim olunmuş 4286 5312 1530 **** nömrәli «Biznes kart» vasitәsilә «Hökumәt ödәniş portalı» üzrә әmәliyyatların aparılması sәlahiyyәtlәrinә malik mәsul şәxs olmasına baxmayaraq, әvvәlcәdәn planlaşdırdığı vahid niyyәtә uyğun olaraq, hәmin Cәmiyyәtin gömrük әmәliyyatlarını vә hökümәt ödәniş portalı üzrә ödәnişlәrinin aparılması üçün «Biznes kart»a mәdaxil olunmuş 24.197,33 manat pul vәsaitini tәyinatı üzrә istifadә etmәyib ##.##.2019-cu il tarixdәn- ##.##.2020-ci il tarixәdәk olan müddәt әrzindә hәmin pul vәsaitini Bakı şәhәri әrazisindә yerlәşәn müxtәlif mağaza, restoran vә digәr ticarәt obyektlәrindә şәxsi istifadәsinә xәrclәyib «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin cәmi 24.197,33 manat nağd pul vәsaitini qanunsuz vә әvәzsiz olaraq öz mülkiyyәtinә keçirib, daha sonra tamah niyyәtini davam etdirәrәk, zәrәrçәkmiş şәxs2 MMC-dә tәyinatını bildirmәdәn vә xәzinә mәxaric orderlәri tәrtib etdirmәdәn özünün istifadәsindә olan açardan istifadә edib mühasibatlıq otağında yerlәşәn Cәmiyyәtin xәzinәsindәn iş vaxtlarından sonra ##.##.2018-ci il tarixdәn ##.##.2021-ci il tarixәdәk 13 dәfәyә olmaqla ümumilikdә 73.350,00 manat nağd pul vәsaitini götürüb şәxsi ehtiyaclarına sәrf edәrәk qeyd olunan hüquqi şәxsә mәxsus cәmi 73.350 manat nağd pul vәsaitini qanunsuz vә әvәzsiz olaraq öz mülkiyyәtinә keçirib, daha sonra tamah niyyәtini davam etdirәrәk, lahiyyәlәrdә nәzәrdә tutulmadığı halda hәmin dövrdә özünә mәxsus olan Bakı şәhәri, Xәzәr rayonu, Qala qәsәbәsindә yerlәşәn bağ evindә istifadә etmәk üçün “plastik qapı vә pәncәrәlәrin” alınması mәqsәdi ilә qeyd olunan cәmiyyәtin “xxxx” Açıq Sәhmdar Cәmiyyәtindә olan AZ**AIIB******************** №-li hesablaşma hesabından ##.##.2019-cu il tarixli, EBAE ****** №-li elektron qaimә ilә 4500,00 manat vә “xxxx” Açıq Sәhmdar Cәmiyyәtindә olan AZ**AIIB******************** №-li hesablaşma hesabından ##.##.2020-ci il tarixli, EBAE ****** №-li elektron qaimә ilә 2900,00 manat ümumilikdә 7400,00 manat pul vәsaitini satışla mәşğul olan fiziki şәxs X11 mәxsus “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin Binәqәdi filialında olan AZ44IBAZ41040019445873542202 hesablaşma hesabına köçürülmәsinә nail olduqdan sonra Ibrahim Göyüşovdan alınan ümumilikdә 7.400,00 manat mәblәğindә “plastik qapı vә pәncәrәlәri” özünә mәxsus olan Bakı şәhәri, Xәzәr rayonu, Qala qәsәbәsindә yerlәşәn bağ evindә istifadә edәrәk zәrәrçәkmiş şәxs2 MMC-yә mәxsus cәmi 7.400,00 manat pul vәsaitini qanunsuz vә әvәzsiz olaraq öz mülkiyyәtinә keçirib, daha sonra tamah niyyәtini davam etdirәrәk, zәrәrçәkmiş şәxs2 MMC tәrәfindәn әvvәllәr alınan malların tәsdiq edici sәnәdlәrini (qaimә, fakturaları) әldә etmәk mәqsәdi ilә “xxxx” ASC-dә X21 Edilmәsi Departamentinin direktoru vәzifәsindә işlәyәn tanışı, cinayәtdә xәbәrsiz olan şahid9 vasitәsi ilә zәrәrçәkmiş şәxs2 MMC-nin ##.##.2021-ci il tarixdә “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin Nәrimanov filialında olan AZ**IBAZ******************** №-li hesablaşma hesabından 132.000,00 manat pul vәsaitini “xxxx” MMC nin (VÖEN **********) “xxxx” Açıq Sәhmdar Cәmiyyәtindә olan AZ**MUGA***************AZM** №-li hesablaşma hesabına köçürülmәsinә nail olub sonradan hәmin pul vәsaitini nağd qayda da әldә etdikdәn sonra, hәmin pul vәsaitinin 87.550,0 manatını zәrәrçәkmiş şәxs2 MMC-nin xәzinәsinә qaytarıb, lakin 44.950,0 manatını xәzinәyә mәdaxil etmәyәrәk zәrәrçәkmiş şәxs2 MMC-yә mәxsus cәmi 44.950,0 manat pul vәsaitini qanunsuz vә әvәzsiz olaraq öz mülkiyyәtinә keçirib, daha sonra tamah niyyәtini davam etdirәrәk, zәrәrçәkmiş şәxs2 MMC-dә biznesin inkişafı mәqsәdi ilә özünün vә cinayәtdә xәbәrsiz olan qardaşı şahid8 vasitәçiliyi ilә ##.##.2018-ci il tarixindә cinayәtdә xәbәrsiz olan şahid7 alınmış 35.000,00 Avro vә ya hәmin dövrün mәzәnnәsi ilә 69.700,00 manat pul vәsaitindәn ##.##.2019-cu il tarixindә şahid7 qaytarılması mәqsәdi ilә 20.000,00 ABŞ dolları, hәmin dövrün mәzәnnәsi ilә 34.000,00 manat pul vәsaiti qeyd olunan cәmiyyәtin xәzinәsindәn ona verilsә dә, sözü gedәn pul vәsaitini o, şahid7 qaytarmayaraq zәrәrçәkmiş şәxs2 MMC-yә mәxsus cәmi 34.000,00 manat pul vәsaitini qanunsuz vә әvәzsiz olaraq öz mülkiyyәtinә keçirib özünün şәxsi ehtiyaclarına sәrf etmәklә, öz qulluq mövqeyindәn istifadә edib ona etibar olunmuş zәrәrçәkmiş şәxs1 vә zәrәrçәkmiş şәxs2 MMC-lәrә mәxsus özgә әmlakını vahid niyyәtlә xüsusilә külli miqdarda, yәni ümumilikdә 725.476,87 manat ziyan vurmaqla mәnimsәmәklә talamışdır. KASSASIYA PROTESTININ VƏ KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, DÖVLƏT ITTIHAMÇISININ, ZƏRƏRÇƏKMIŞ HÜQUQI ŞƏXSIN NÜMAYƏNDƏSININ, BƏRAƏT ALMIŞ ŞƏXSIN VƏ MÜDAFIƏÇININ ÇIXIŞLARI: Dövlәt ittihamçısı kassasiya protestini әsaslandıraraq qeyd etmişdir ki, mәhkәmә tәqsirlәndirilәn şәxs Bәraәt almış şәxs bәraәt verәrkәn apellyasiya baxışı zamanı әldә edilmiş ekspertiza rәylәrinә әsaslanmış vә hәmin rәylәri әsas götürәrәk ibtidai istintaq zamanı toplanmış digәr sübutları, yәni şahid ifadәlәrini, iş materiallarına әlavә edilmiş sәnәdlәri, audit yoxlamasının nәticәlәrini nәzәrә almamış, hәtta hәmin sübutları әhәmiyyәtsiz sübutlar hesab etmişdir. Belә ki, apellyasiya baxışı zamanı müdafiәçinin vәsatәti ilә tәkrar ekspertiza keçirilmiş vә ##.##.2025-ci il tarixli */**** saylı mәhkәmә mühasibatlıq ekspertizası rәyi iş materiallarına әlavә edilmişdir. Hәmin rәyә әsasәn qoyulmuş suallara ekspertizanın cavabları aşağıdakı kimi olmuşdur. (1) Sual: Auditor rәyindә gәlinmiş nәticә ciddi maliyyә, mühasibat vә vergi sәnәdlәrinә istinad edilmәklә düzgün müәyyәn edilib? Cavab: Auditor rәyi ciddi maliyyә sәnәdlәrinә (şәxsi uçot 11 vәrәqәsi, e-qaimәlәr, vergi bәyannamәlәri vә onların әlavәsi, habelә YGB mәlumatları) әsaslanmır, maddi-mәsul şәxslәrin izahatlarına әsaslanır. (2) Sual: Ittiham verilmiş dövrlәr üzrә kәnarlaşma vә ya çatışmazlıq mövcuddurmu, mövcuddursa çatışmazlıq nәdәn ibarәtdir? Cavab: Auditor anbar inventarizasiyası aparmamışdır, hәmin rәy yoxlamanın aparıldığı ##.##.2022-##.##.2022ci il tarixlәri әhatә etmir. (3) Sual: "xxxx" ASC-dәn alınmış **************** nömrәli biznes kartından ##.##.2019- ##.##.2020-ci il tarixlәrdә mağaza, restoran vә digәr ticarәt obyektlәrindә nә qәdәr vәsait şәxsi istifadә tәyinatı üzrә xәrclәnmişdir? Cavab: hesabdan çıxarışda hәmin dövrdә 23,521.49 manatın mağaza, restoran vә digәr ticarәt obyektlәri üçün silinmәsi görsәnsә dә, hәmin vәsaitin şәxsi tәyinat üzrә xәrclәnmәsi ekspertin sәlahiyyәtinә aid deyil. (4) Sual: "xxxx" ASC-dә olan AZ060ACAB002101*****000403286, AZ83MUGA4005*****000267AZM71, AZ**AIIB******************** nömrәli bank hesablarından "tәsәrrüfat tәyinatı" qeyd edilmiş "çek kitabçası" vasitәsilә 2019-2021-ci illәrdә nә qәdәr vәsait nağdlaşdırılmışdır? Cavab: 3 әdәd "çek kitabçası" tәdqiq edilmir, çünki vәsaitin bankdan mәxaricinә dair kassa mәxaric orderinin әsli (surәti) vә bank hesabatı mövcud deyil. Çekdә yazılan mәblәğ birbaşa kassaya mәdaxil edilә, 3-cü şәxsә (tәhtәlşәxsә) ödәnilә bilәr. Qeyd olunan hәmin rәy özündә şübhә doğurduğu vә әlavә suallar yaratdığı üçün tәkrar komission mәhkәmә-mühasibatlıq ekspertizasının keçirilmәsi barәdә qәrar qәbul edilmiş vә müvafiq ##.##.2025-ci il tarixli */**** nömrәli ekspertiza rәyi iş materiallarına әlavә edilmişdir. Hәmin rәyә әsasәn mövcud cinayәt işi materialları tәdqiqatına tәqdim edilmiş bütün cildlәrdә ciddi maliyyә sәnәdlәri qismindә mövcud olan şәxsi uçot vәrәqәsi, vergi ödәyicisi tәrәfindәn alınan vә satılan mal, iş vә xidmәtlәr barәsindә cәmiyyәtlәrin vergi orqanına tәqdim etdiyi vergi hesabat mәlumatları (e-qaimә vәs), ƏDV depozit hesabından çıxarışlar vә bәyannamәlәr, mәnfәәt vergi bәyannamәsi, mәnfәәt vergi bәyannamәsinә * №-li әlavә vergi uçotunun mәqsәdlәri üçün aktivlәr, öhdәliklәr vә kapitallar barәdә mәlumatlar), zәrәrçәkmiş şәxs1 MMC-nin "xxxx” Şirkәti ilә arasında bağlanmış *** №-li müqavilәyә dair idxal edilmiş malların YGB-si, gömrük mәlumatlarının tәdqiqi zamanı (hәmin sәnәdlәrdә qeyd edilmiş rәsmi mәlumatlara әsasәn) hәr iki cәmiyyәtә münasibәtdә ittihamı verilmiş bütün epizodlara dair kәnarlaşma vә ziyanın mövcud olmaması müәyyәn edilir. Audit xidmәti yoxlamasının şәxsi uçot vәrәqәsi, elektron qaimә faktura vergi bәyannamәlәri vә onların әlavәsi, habelә yük gömrük bәyannamәsinә, yaxud ciddi hesabat blanklarına әsaslanması qaydası "Audit xidmәti haqqında" Qanun, Azәrbaycan Respublikası Ədliyyә Nazirliyindә ## ###### 1998-ci il tarixindә 92 qeydiyyat nömrәsi altında qeydiyyatdan keçmiş Azәrbaycan Respublikası Auditorları Palatasının ## ###### 1997-ci il tarixli 63A № nömrәli Əmri ilә tәsdiq edilmiş "Auditorun yekun sәnәdlәri", Audit rәyinin vә onun növlәrinin tәrtib vә tәtbiq edilmәsinin Qaydaları "Audit Rәylәri" (A********/***** saylı) standartı, "96saylı" standartı vә normativlәri ilә müәyyәn edilmişdir; Yuxarıda göstәrilәn sәbәblәrdәn mövcud cinayәt işi materiallarında Bәraәt almış şәxs ittiham edildiyi hәr iki cәmiyyәtlәrә dair dövrlәr üzrә tәrtib edilmiş ##.##.2022-ci il tarixli audit rәylәrinin istinad etdiyi anbar inventarizasiyası audit yoxlamasının әhatә etdiyi dövr üzrә inventarizasiya dövrә uyğun olmayan inventarizasiya aktıdır; X3 vә "xxxx" MMC şirkәti yoxlama tәftişi aparılan zaman "Mühasibat uçotu haqqında" qanunların vә hәmin qanunlara әsaslanan normativ aktlarına, mühasibat uçotunun aparılması qaydalarına uyğun olaraq maliyyә-tәsәrrüfat vәziyyәti haqqında hesabat, mәnfәәt vә ya zәrәr, kapitalda dәyişikliklәr haqqında hesabat, pul vәsaitlәri vә maddi aktivlәrin mövcudluğu girişi çıxışı vә digәr hәrәkәtlәr haqqında vergiyә tәqdim olunmuş hesabatlar digәr hesabatlarla biri-digәrinә münasibәtdә tәhlil edilmәdәn, doğruluğu yoxlanılmadan nәticәyә gәlinmişdir. Bu halda vergi hesabatlarında vә bәyannamәlәrindә göstәrilәn mәqamlar audit rәyinin düzgünlüyünü tәkzib edir; Cinayәt işi materiallarında olan "xxxx" MMC-nin auditoru X1 tәrәfindәn zәrәrçәkmiş şәxs1 MMC vә zәrәrçәkmiş şәxs2 MMC-yә dair tәrtib edilmiş ##.##.2022-ci il tarixli audit rәyindә kәnarlaşmaya dair gәlinmiş nәticә düzgün müәyyәn edilmәmişdir vә әsaslı hesab edilә bilmәz; Cinayәt işi materiallarında olan "xxxx" MMC-nin X1 tәrәfindәn zәrәrçәkmiş şәxs1 MMC vә zәrәrçәkmiş şәxs2 MMC-yә dair tәrtib edilmiş ##.##.2022-ci il tarixli rәyindә gәlinmiş nәticәdә maddi mәsul şәxslәr üzrә düzgün yoxlanılmadan, hәr iki cәmiyyәtin ona tәhvil-tәslimini (mövcud vә müvafiq sonuncunun bütün ciddi maliyyә sәnәdlәri üzrә) etmәdәn yalnız izahatlar әsasında müәyyәn edilmәsi "Mühasibatlıq uçotu haqqında" Azәrbaycan Respublikasının Qanunu, Auditorun yekun sәnәdlәri üzrә müvafiq әmr vә tәlimatlara, "Auditor xidmәti haqqında" Azәrbaycan Respublikasının Qanunu vә Beynәlxalq Audit standartlarını әhatә etmir; Mövcud cinayәt işi materialları üzrә zәrәrçәkmiş şәxs1 MMC-yә vә "xxxx" MMC-yә münasibәtdә Bәraәt almış şәxs barәsindә ittiham verilmiş bütün dövrlәr üzrә mal-material, bank hesabları, kart hesabları vә nağd pul kassasına dair pul vәsaitlәri üzrә kәnarlaşma (ziyan) vә ya yaranmış çatışmazlıq (dәymiş ziyanın mәblәği) müәyyәn olunmadı; Göründüyü kimi ekspert rәyini әsas götürәrәk “xxxx" MMC-yә vә zәrәrçәkmiş şәxs2 MMCyә münasibәtdә Bәraәt almış şәxs oğu barәsindә ittiham verilmiş bütün dövrlәr üzrә mal-material, bank hesabları, kart hesabları vә nağd pul kassasına dair pul vәsaitlәri üzrә kәnarlaşma (ziyan) vә ya yaranmış çatışmazlıq (dәymiş ziyanın mәblәği) olmadığı qәnaәtinә gәlmişdir. Apellyasiya baxışı zamanı ekspertlәr X8 vә ekspert1 mәhkәmә tәrәfindәn dindirilmişdir. Ekspertlәr hәmin sualları konkret cavablandıra bilmәmiş vә ümumi sözlәrlә öz tәrtib etdiyi rәyi tәsdiq etmişlәr. Eyni zamanda, bildirmişlәr ki, mühasibat ekspertizasının predmetini Maliyyә Nazirliyinin Kollegiyasının ##.##.2016-cı il tarixli Q-** nömrәli qәrarı ilә tәsdiq edilmiş ciddi hesabat blankları, şәxsi uçot vәrәqәsi, e-qaimә, vergi bәyannamәlәri vә onların әlavәsi, habelә YGB mәlumatı kimi sәnәdlәr tәşkil edir, maddi-mәsul şәxslәrin izahatı, tәhvil-tәslim aktı, bank çıxarışı kimi sәnәdlәr hәmin tәdqiqatın әsasını tәşkil etmir. Qeyd olunan rәydәn görünür ki, ekspertlәr rәyә gәlәrkәn hüquqi tәfsir aparmış, istinad edilәn normativ sәnәdin mәzmununu tәhrif etmiş, audit yoxlamasının bank hesabından çıxarışa әsaslana bilmәmәsini әsaslandıra bilmәmiş, anbar inventarizasiyasının audit yoxlamasının әhatә etdiyi dövrә uyğunsuzluğunu inventarizasiya ilә bağlı zәruri sәnәdlәrin araşdırılmaması ilә әlaqәlәndirmiş, audit rәyi (1-ci Şirkәtin ##.##.2018-##.##.2021-сi il tarixlәrdәki, 2-ci Şirkәtin isә ##.##.2018-##.##.2021-ci il tarixlәrdәki dövriyyәsinin yoxlanması) ilә inventarizasiya aktının araşdırma tarixlәrinin üst-üstә düşmәmәsi ilә әlaqәlәndirmәmiş, auditorun şәxsәn inventarizasiya aparması, cәmiyyәtin maddi-mәsul şәxslәri ilә birlikdә akt tәsdiqlәmәsinin hüquqi әsasını izah etmәmişdir. Halbuki, "Audit xidmәti haqqında" Qanunun 8-ci maddәsinә әsasәn auditor rәyi tәsәrrüfat subyektinin maliyyә-tәsәrrüfat әmәliyyatlarının qanuniliyinә auditorun verdiyi qiymәti әks etdirәn hüquqi sәnәddir, yәni auditorun hüquqi mövqeyini әks etdirir vә hәmin rәyin әsassızlığı ittihama heç bir tәsir göstәrә bilmәz. Çünki ittiham tәkcә auditor rәyinә deyil, әsasәn birbaşa sübutlar kimi bu bank çıxarışları, daxili qaimә vә e-çeklәrә, habelә şahid ifadәlәrinә әsaslanmışdır. Oxşar işlәr üzrә Ali Mәhkәmәnin Cinayәt Kollegiyasının (sәdrlik edәn hakim Imran Hacıqayıbov) ##.##.2012-ci il tarixli *(***)-***/** nömrәli qәrarı ilә formalaşmış mәhkәmә tәcrübәsinә әsasәn ittihamı tәsdiq edәn sәnәdlәrin mühasibat uçotu standartlarının tәlәbinә cavab vermәmәsi hәmin sәnәdlәrin cinayәt işi üzrә tәdqiqindan imtina edilmәsi üçün әsas sayıla bilmәz. Göründüyü kimi, formalaşmış mәhkәmә tәcrübәsinә әsasәn dә mәnimsәmә (çatışmazlıq) vә ya israfetmә (kәnarlaşma) faktının tәsdiq edilmәsi üçün әsas sübut qismindә mühasibat ekspertizasının rәyi çıxış edә bilmәz, hәtta mühasibat uçotu standartının tәlәbinә cavab vermәyәn sәnәdlәr mәnimsәmә vә ya israf etmә cinayәtini tәsdiq edәn sübutlar hesab edilir. Belә ki, apellyasiya baxışı zamanı hәm tәrәfimdәn, hәm dә zәrәrçәkmiş tәrәf “xxxx MMС" nümayәndәsi tәrәfindәn tәkrar mәhkәmә mühasibatlıq ekspertizasının tәyin edilmәsi barәdә vәsatәtlә mәhkәmәyә müraciәt edilmiş, lakin, vәsatәtlәr apellyasiya mәhkәmәsi tәrәfindәn tәmin edilmәmişdir. Ekspertiza rәyi üzrә bütün epizodlar üzrә çatışmazlığın olması qәnaәtinә gәlinsә dә, lakin iş materialı üzrә şahid ifadәlәri ilә hәmin çatışmazlıqların olması sübuta yetirilir. Buna görә apellyasiya baxışı zamanı şahid şahid16 yenidәn dindirilmәsi barәdә vәsatәtlә dә mәhkәmәyә müraciәt etdim. Hәmin vәsatәt dә mәhkәmә tәrәfindәn tәmin edilmәmişdir. Mәhkәmә yalnızca sübut olaraq sonuncu ekspertiza rәyini әsas götürәrәk digәr sübutların toplanması istiqamәtdә addım atmaqdan yayınmışdır. Tәkrar mәhkәmә mühasibatlıq ekspertizasının tәyin edilmәsi vә şahidin dindirilmәsi barәdә vәsatәtlәrin tәmin edilmәmәsi mәhkәmәnin mәhz sonuncu ekspertiza rәyinә әsaslanacağına işarә edirdi. Hәtta apellyasiya baxışı zamanı tәrәfimdәn, hәmçinin zәrәrçәkmiş şәxsin nümayәndәsi tәrәfindәn mәhkәmә tәrkibinә etiraz da verilmişdir. Verilmiş etiraz da tәmin edilmәmişdir. Iş materiallarından da göründüyü kimi mühasibatlıq ekspertizası ilә bağlı 4 ekspertiza rәyi mövcuddur. Istintaq vә birinci instansiya mәhkәmәsindә әldә edilmiş ekspertiza rәylәri Bәraәt almış şәxs tәqsirliliyini şübhә altına almamışdır. Iş materiallarında olan Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertizası Mәrkәzinin ## #### 2022-ci il tarixli */**** nömrәli mәhkәmә-mühasibat ekspert rәyindәn görünür ki, rәyin tәdqiqat hissәsindә göstәrilәnlәrә әsasәn, iş materiallarında öz әksini tapmış yuxarıda qeyd olunan sәnәdlәrdә göstәrilәn әmәliyyatların aparılması istintaq orqanı tәrәfindәn qәbul olunduğu tәqdirdә hәmin sәnәdlәr üzrә Bәraәt almış şәxs öhdәsindә yaranan çatışmazlıq zәrәrçәkmiş şәxs1 MMC üzrә 362.459,54 manat, zәrәrçәkmiş şәxs2 MMC üzrә isә 363.017,33 manat mәblәğindә müәyyәn edilir (VI cild, sah. 114-119). Digәr tәrәfdәn, hәr hansı bir normativ sәnәddә ciddi hesabat blankı hesab edilmәyәn sәnәdin tәsәrrüfat subyektlәrindә mәnimsәmә (çatışmazlıq) vә ya israfetmә (kәnarlaşma) faktını tәsdiq edә bilmәsini inkar edәn qayda nәzәrdә tutulmamışdır. Əksinә Ali Mәhkәmәnin Cinayәt Kollegiyasının (sәdrlik edәn hakim Imran Hacıqayıbov) ##.##.2012-ci il tarixli *(***)-***/** nömrәli qәrarı ilә formalaşmış mәhkәmә tәcrübәsi müәyyәn edir ki, mühasibat ekspertizası rәyi olmadan da mühasibat uçotu standartının tәlәbinә cavab vermәyәn sәnәdlәr mәnimsәmә vә ya israf etmә cinayәtini tәsdiq edә bilәr. Bununla belә qeyd edilmәlidir ki, mәhkәmә sonuncu mühasibatlıq ekspertizasında qeyd edilәn sәnәdlәri tәhlil etmәdәn bәraәt hökmünün 82-ci sәhifәsindә ciddi hesabat blankı olmasını göstәrmişdir. Halbuki, Maliyyә Nazirliyinin Kollegiyasının ##.##.2016-cı il tarixli Q-** nömrәli qәrarında hәmin sәnәdlәrin cәmi 5-i tәsbit edilmiş, digәrlәrinin heç biri әks olunmamışdır. Belә ki, qeyd edilәn Kollegiya qәrarı ilә 82 növ ciddi hesabat blankının forma vә rekviziti tәsdiq edilmişdir vә rәyin 5-6-cı sәhifәlәrindә әks olunan sәnәd adlarından yalnız 5-i, yәni * nömrәli Əlavә ilә tәsdiq edilmiş kassa mәdaxil orderi (Forma№ KO-1), kassa mәdaxil qәbzi (FormaN КО-1) * nömrәli Əlavә ilә tәsdiq edilmiş qaimә-faktura (Forma № QF-1) * nömrәli Əlavә ilә tәsdiq edilmiş sığorta haqları üçün mәdaxil qәbzi (Forma № *-S), ** nömrәli Əlavә ilә tәsdiq edilmiş ödәniş qәbzi (Forma № ÖQ-1) vә ** nömrәli Əlavә ilә tәsdiq edilmiş malların fiziki şәxslәrә tәhvil vә qәbul qәbzi (FORMA-MFŞTQQ-1) istisna olmaqla, sadalanan digәr sәnәdlәrin heç biri Maliyyә Nazirliyinin Kollegiya qәrarı ilә tәsdiq edilmәmişdir vә ciddi hesabat blankı vә forması sayılmır. Bundan başqa mәhkәmә bәraәt hökmünün әsası kimi auditor rәyinin әsaslandığı anbar inventarizasiya aktının audit yoxlamasının aparıldığı dövrü (##.##.2022-##.##.2022ci il tarixlәri) әhatә etmәmәmәsi barәdә gәlinmiş rәyin nәticә hissәsinә әsaslanmışdır. Belә ki, sonuncu rәydә qeyd edilir ki, auditor rәyi auditorun şәxsәn iştirak etdiyi inventarizasiya aktına әsaslanmır, "Aktivlәrin vә öhdәliklәrin inventarizasiyası Qaydaları"na әsasәn auditor şәxsәn inventarizasiya aparmalı vә 16/30 inventarizasiya aktı tәrtib etmәli idi. Inventarizasiya dövrü üzrә zәruri sәnәdlәrin araşdırılması inventarizasiyanın audit dövrünü әhatә etmәsidir. Göründüyü kimi, ekspertlәr suala adekvat olmayan cavab vermiş, inventarizasiya dövrünün audit dövrünә uyğunluğunu inventarizasiya üçün zәruri sәnәdlәrin araşdırılması kimi izah vermişdir. Halbuki, dövrlәrin uyğunluğu tәlәb edir ki, hәr 2 sәnәd üzrә araşdırma tarixlәrinin üst-üstә düşmәsi yoxlanılsın. Inventarizasiya üçün zәruri sәnәdlәrin araşdırılmaması isә inventarizasiya aktının әsassızlığının göstәricisi ola bilәrdi. Belә ki, Auditor Rәyi zәrәrçәkmiş şәxs1 MMC üzrә ##.##.2018-##.##.2021-ci il tarixlәrdәki, "xxxx" MMC isә ##.##.2018-##.##.2021-ci il tarixlәrdәki dövriyyәsinin qanunauyğunluğunun yoxlanmasını әhatә edir. Yәni hәmin rәylәrdәn heç biri ##.##.2022- ##.##.2022-ci il tarixlәrdәki dövriyyәnin qanunauyğunluğunun yoxlanmasını nәzәrdә tutmur. zәrәrçәkmiş şәxs1 MMC aid hissәdә olan auditor rәyi ##.##.2021-ci il tarixli anbar inventarizasiya aktına әsaslanır ki, bu akt da әsaslı olaraq ##.##.2018-##.##.2021-ci il tarixlәrdәki dövriyyәyә aid olaraq tәrtib edilmişdir. Bu isә o demәkdir ki, auditor rәyi ##.##.2021-ci il tarixdә rәsmilәşdirilәn inventarizasiya nәticәlәrinә verilәn qiymәti dә әks etdirir. Belә ki, nә "Mühasibat uçotu haqqında" Qanun, nә "Auditor xidmәti haqqında” Qanun vә ya Beynәlxalq audit standartları (ISA 250 Consideration of Laws and Regulations in an audit of Financial Statement), habelә "X35 Standartlarına әsasәn mühasibat uçotunun aparılması qaydaları” tәlәb etmir ki, audit rәyi verilәrkәn auditor şәxsәn inventarizasiya aparsın, audit öncәsi şirkәtin mövcud durumuna dair tәhvil-tәslim aktı tәrtib etsin, cәmiyyәtin maddi-mәsul şәxslәri ilә birlikdә hәmin aktı tәsdiqlәsin. X25 ##.##.1997-ci il tarixli **A nömrәli әmri ilә tәsdiq edilmiş “Auditorun yekun sәnәdlәrinin 9-cu hissәsi tәkmillәşdirilmiş auditor rәyinin özündә әvvәlki auditorun rәylәrinә aid olan araşdırmaları da birlәşdirdiyini әks etdirir. Bu o demәkdir ki, auditor rәyi әvvәlki (##.##.2021-ci il tarixli) audit rәyinin әsasında dayanan sәnәdlәr әsasında keçirilә bilәr vә belә nәticә düzgün vә әsaslıdır. Bundan başqa apellyasiya mәhkәmәsi iş materiallarında olan sübut hesab olunan digәr mötәbәr dәlillәri әhәmiyyәtsiz sübutlar kimi şübhә altına alarkәn işdә olan tәqsirlәndirilәn şәxs Bәraәt almış şәxs ifadәsinin ekspert rәylәrinә uyğun olduğunu da xüsusilә vurğulayır. Mәhkәmә tәqsirlәndirilәn şәxsin verdiyi ifadәni әsas götürәrkәn onun tәqsirlәndirilәn şәxs statusunda olması, işin faktiki hallarına uyğun olmayan ifadәlәr vermәsini, onun ifadәsindә qeyd etdiklәrinin mәsuliyyәtdәn yaxa qurtarmaq mәqsәdi daşıdığını şübhә altına almadan qeyd etdiklәrinin әsaslı olması qәnaәtinә gәlmişdir. Belә ki, Cinayәt-Prosessual Mәcәllәnin 90 vә 91-ci maddәnin tәlәblәrinә әsasәn cinayәtin törәdilmәsinә aidiyyәti olmayan şәxsin adını bilәrәkdәn çәkdiyi hallar istisna edilmәklә, tәqsirlәndirilәn şәxsin üzәrinә verdiyi ifadәyә vә izahata görә heç bir mәsuliyyәt qoyula bilmәz. Tәqsirlәndirilәn şәxsin ifadәlәrini dәyәrlәndirsәk görәrik ki, istintaqın sonrakı mәrhәlәrindә Bәraәt almış şәxs ona elan edilmiş ittihamla razı olmadığını bildirәrәk ifadә vermәkdәn imtina etmişdir. Istintaqın ilkin mәrhәlәsindә isә CM-nin 179.3.2-ci maddә ilә ona elan edilmiş ittiham üzrә özünü qismәn tәqsirli bilәrәk etirafedici ifadә vermişdir. Belә ki, o, ifadәsindә zәrәrçәkmiş şәxs1 MMC-nin qanuni tәmsilçisi olduğu üçün yalnız hәmin cәmiyyәt üzrә aşkar olunmuş çatışmazlıqlarla bağlı gәlәcәkdә mәsuliyyәt daşıyacağını, zәrәrçәkmiş şәxs2 MMC şirkәtinә münasibәtdә isә hәmin şirkәtlә hәr hansı hüquqi bağlılığı olmadığını, hәmin cәmiyyәtin idarә olunmasında hәr hansı rolunun olmadığını bildirmişdir. Istintaq zamanı zәrәrçәkmiş şәxs2 MMC-dәn ##.##.2022-ci il tarixli, 2022-24 №o-li mәktubla daxil olmuş bir әdәd informasiya daşıyıcısı olan (CD) diskә baxış keçirilmiş vә müәyyәn edilmişdir ki, (CD) diskdә 01 әdәd "xxxx GROUP_video" adlı video görüntü vardır vә hәmin videogörüntü 06 dәqiqә 08 saniyә davam etmәklә hәmin video görüntülәr Türkiyәnin "TV8" kanalında yayımlanmış "Ebru Destan la GUNDEM" verlişindә zәrәrçәkmiş şәxs2 MMC ilә bağlı buraxılış zamanı lentә alınmış video görüntülәrdir. Video görüntünün 00:02:55-ci saniyәsindә sözü gedәn verlişin müxbiri Bәraәt almış şәxs müsahibә alaraq zәrәrçәkmiş şәxs2 MMC ilә bağlı reportajın davam etdiyi vә hazırda yanımızda zәrәrçәkmiş şәxs2 MMC-nin "xxxx" Bәraәt almış şәxs var"-deyә bildirdirir. Hәmin video görüntünün 00:03:06-ci saniyәsindә Bәraәt almış şәxs verlişin müxbirinә müsahibә verәrәk artıq 6 ildir ki, zәrәrçәkmiş şәxs2 MMC-dә Hәsәn Imran bәylә birlikdә işlәdiyini, bir komandada çalışdıqlarını, hәmçinin hazırda zәrәrçәkmiş şәxs2 MMC-dә "xxxx" vәzifәsindә işlәdiyini bildirir. (cild X, i.v. 27-29) Istintaq zamanı iş üzrә keçirilmiş mәhkәmә-xәtşünaslıq ekspertizası ilә әlaqәdar Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Mәhkәmә Ekspertiza Mәrkәzindәn verilmiş ## ######## 2022-ci il tarixli, 4/1155 No-li rәyә әsasәn “xxxx" MMC-ya mәxsus ödәniş tәlәbi formasında "Heydәr Rzayey” adının qarşısında olan imza - Bәraәt almış şәxs tәrәfindәn icra olunmuşdur.(cild IX, i.v. 221-226) Qeyd olunan rәylә bir daha tәsdiq olunur ki, ##.##.2018-ci il tarixdә "xxxx Eneji" MMCnin direktoru X4 tәrәfindәn tәsdiq edilmiş Cәmiyyәtin daxili strukturuna әsasәn, Bәraәt almış şәxs hәmin Cәmiyyәtdә "Kommersiya üzrә direktor" vәzifәsini icra etmiş vә aidiyyәti sәnәdlәrә imza etmәklә Cәmiyyәtdә sәlahiyyәtli şәxs olmuşdur. Qeyd edilәn bu hallarla, o cümlәdәn mәhkәmә-xәtşünaslıq ekspertizasının # ######## 2022-ci il tarixli, */**** №-li rәyi, "xxxx” MMC-nin direktoru X4 tәrәfindәn ##.##.2018-ci il tarixdә tәstiq edilmiş Cәmiyyәtin daxili strukturuna, ştat cәdvәli, habelә zәrәrçәkmiş şәxs2 MMC-dәn ##.##.2022-ci il tarixli, 2022-24 No-li mәktubla daxil olmuş (CD) diskdә olan videogörüntülәrlә, elәcә dә, zәrәrçәkmiş şәxs2 MMC vә "zәrәrçәkmiş şәxs1 MMC-nin әmәkdaşlarının ifadәlәri vә iş üzrә toplanmış sübutların mәcmusu vә işin faktiki halları ilә tәsdiq olunur ki, Bәraәt almış şәxs zәrәrçәkmiş şәxs1 MMC-nin qanunu tәmsilçilik funksiyasına malik direktoru vәzifәsindә çalışmış vә eyni dövrdә paralel olaraq "xxxx” MMC-dә kommersiya üzrә direktor vәzifәsini icra etmişdir. (cild İ, i.v. 36-37, cild IX, i.v. 221-226, cild X, i.v. 27-29, 30-98) Tәsvir edilәnlәrlә yanaşı, qeyd edilmәlidir ki, tәqsirlәndirilәn şәxsin mәhkәmә baxışı zamanı ifadәlәrini dәyişmәsi yalnız yeni inkaredici ifadәlәrindәki dәlillәr әsasında mәhkәmәnin nәticәyә gәlmәsinә әsas ola bilmәz. Belә ki, mәhkәmә tәrәfindәn mәhkәmә istintaqında toplanmış sübutlara tәnqidi yanaşılmalı, tәqsirlәndirilәn şәxsin ibtidai istintaqdan fәrqli ifadә vermәsinin motivi aydınlaşdırılmalı, inkaredici ifadәdәki dәlillәr digәr sübutlarla birlikdә tәdqiq edilmәli vә tәqsirlәndirilәn şәxsin yalan ifadә vermәlәri ifşa edilmәli, mәhkәmәyәdәk icraat zamanı verdiklәri ifadәlәri әsasında ittiham hökmü çıxarılmalıdır. Bakı Apellyasiya Mәhkәmәsi isә mәhkәmә istintaqı zamanı әldә edilmiş sübutları ibtidai istintaqın sübutları ilә birlikdә tәdqiq etmәmiş, Bәraәt almış şәxs istintaq zamanı verdiyi ifadәlәrinin faktiki rәdd etmәsinin motivlәrini göstәrmәdәn sübutları düzgün qiymәtlәndirmәmiş, işin faktiki halları barәdә sәhv nәticәyә gәlәrәk qanunsuz vә әsassız bәraәt hökmü çıxarmışdır. Bakı Apellyasiya Mәhkәmәsi bәraәt hökmü çıxararkәn ittiham tәrәfinin bütün şahidlәrinin ifadәlәrini şübhә altına almış, onların qeyd etdiyi xüsusatlar üzrә verdiyi ifadәlәri әhәmiyyәtsiz sübut hesab etmiş vә ifadәlәrinin qәrәzli olması qәnaәtinә gәlmişdir. şahid6 vә şahid15, şahid14, şahid11, şahid4 vә şahid5 ifadәlәrini maraqlı şәxs olmaları baxımından әsassız hesab etmişdir. Iş materiallarından da göründüyü kimi şahidlәrin ifadәlәri birbaşa sübutu әhәmiyyәtә malik deyil. hәmin ifadәlәr iş materiallarında olan digәr sәnәdlәrlә tәsdiq edilmiş vә ittihamın әsasını tәşkil etmәklә hәmin ifadәlәr hәr hansı şübhә doğurmur, geyd edilәn şәxslәrin Bәraәt almış şәxs qarşı gәrәzli olmaları heç bir fakta әsaslanmır. Göstәrilәnlәrlә yanaşı, şahid4 vә şahid5 Bәraәt almış şәxs ilә münasibәtlәrinә (rәsmi vә qeyri-rәsmi münasibәtlәrә) son qoyulması, Bәraәt almış şәxs әldә etdiyi vәsaiti xәrclәmәsini tәsdiq edәn sәnәdlәrin tәqdim edilmәmәsi onların ifadәlәrinin heç bir halda qәrәzli olması kimi dәyәrlәndirilә bilmәz. şahid4 hәm ibtidai istintaq zamanı, hәm dә mәhkәmә istintaqı zamanı ifadәsindә göstәrmişdir ki, Bәraәt almış şәxs onların birgә istifadә etdiyi mәnzil vә bağ evinin pulunu Heydәr vermiş, evin kirayә qiymәti 700 manat, bağ evinin isә 3,000 manat tәşkil etmişdir. Heydәr ona mütәmadi olaraq pul vәsaitlәri vermiş, hәmçinin sonuncu öz istifadәsindә olan bank kartından onun istifadәsindә olan "xxxx" ASC-yә mәxsus **************** nömrәli kartına pul vәsaiti göndәrmişdir. Münasibәtdә olduqları müddәtdә Heydәr tәxminәn 100.000 manat xәrclәmişdir (cild 9, i.v. 15-19). Ibtidai istintaq zamanı ifadә verәn şahid5 da Bәraәt almış şәxs hәmin şirkәtlәrdә işlәdikdәn sonra dәbdәbәli hәyat sürdüyünü, o cümlәdәn şahid4 xeyli vәsait xәrclәdiyini göstәrmiş, bağ evinin inşası zamanı zәrәrçәkmiş şәxs1 MMC-yә mәxsus mallardan (lüstr, spot, kabel vә tәhlükәsizlik kameralarından) istifadә etdiyini bildirmişdir. (Cild 9, i.v. 3-9) Hәmin ifadәlәrin hәqiqiliyi tәkzib edilmәdәn heç bir әsas olmadan onların mötәbәrliyi şübhә altına alınmış vә ifadә verәn şәxslәrin qәrәzli olması barәdә Apellyasiya Mәhkәmәsi tәrәfindәn әsassız nәticәyә gәlinmişdir. Bakı Ağır Cinayәtlәr Mәhkәmәsi haqlı olaraq tәqsirlәndirilәn şәxs Bәraәt almış şәxs mәhkәmә istintaqı zamanı verdiyi ifadәsini onun müdafiә mövqeyinә söykәnәn subyektiv mülahizәsi, törәtdiyi cinayәt әmәlinә görә qanunla nәzәrdә tutulmuş mәsuliyyәtdәn azad olunmaqla mәsuliyyәtini yüngüllәşdirmәyә yönәlmiş cәhdi kimi qiymәtlәndirәrәk onun ittiham olunduğu cinayәt әmәlini törәtmәsini sübuta yetirilmiş hesab edir. Belә ki, tәqsirlәndirilәn şәxs öz müdafiәsi üçün mәhkәmә istintaqı zamanı irәli sürdüyü mülahizәlәri mәhkәmә iclasında dindirilmiş şahidlәrin ifadәlәri, habelә iş üzrә toplanılmış digәr sübutların mәcmusu vә işin faktiki halları ilә tәkzib olunur. Qeyd edilәnlәrlә bağlı mәhkәmә hesab etmişdir ki, tәqsirlәndirilәn şәxsin mәhkәmәdә öz müdafiәsi üçün gәtirdiyi dәlillәr әsasızdır vә özünü müdafiә xarakteri daşıyır. Apellyasiya mәhkәmәsi isә sonuncu ekspertiza rәyini әsas götürәrәk tәqsirlәndirilәn şәxsin törәtmiş olduğu cinayәt әmәllәrindә çatışmazlığın olmaması qәnaәtinә gәlmişdir. Lakin ibtidai istintaq zamanı toplanmış sübutlar tәqsirlәndirilәn şәxsә verilmiş ittihamı tәsdiq edir. Belә ki, "xxxx” MMC-yә mәxsus anbardan ümumilikdә 76082.62 manat dәyәrindә malmaterialların qanunsuz vә әvәzsiz olaraq tәqsirlәndirilәn şәxsin öz mülkiyyәtinә keçirilmәsi faktı cinayәt işi materiallarına әlavә edilmiş ## ###### 2021-ci il tarixli "xxxx" MMC-nin ##.##.2018-ci il tarixindәn ##.##.2021-ci il tarixinәdәk olan dövrdә apardığı mal-material vә pul vәsaitlәrinin dövriyyәsinin audit yoxlanılmasının keçirilmәsi barәdә rәy, şahid2 Ənvәr oğlu, şahid14, şahid13, şahid6 imzaları ilә tәsdiq edilmiş "xxxx MMC-nin inventarizasiya zamanı yaranmış әksikgәlmә üzrә malların siyahısı" barәdә akt, hәmin rәyә әlavә edilmiş anbardar şahid13 Sülәli oğlunun izahatı, sonuncunun ibtidai vә mәhkәmә istintaqı zamanıverdiyi ifadәlәrlә hәmin hallar öz tәsdiqini tapır. Bununla da Bәraәt almış şәxs "xxxx" MMC-yә mәxsus anbardan hansısa sәnәdlәşmә aparmadan müxtәlif çeşiddәn ibarәt «xxxx», «HIKVISION» «EZVIZ» markalı müşahidә kameralarını, "DVR", "NVR" avadanlıqlarını, videodomofon cihazlarını, «Ideal», «DEMILUX», «NAVIGALIGHT» markalı işiqlandırma avadanlıqlarını, çilçıraqları vә projektorları, hәmçinin müxtәlif diametrdә vә uzunluqda kabel vә mis şinlәri, elәcә dә, proyektor üçün jalüzlәri, o cümlәdәn digәr malmaterialları tәhvil vermәli olmasına baxmayaraq, hәmin malları tәhvil vermәmiş vә ya dәyәrini cәmiyyәtә ödәmәmiş, cәmi 76082.62 manat mәblәğindә malları öz mülkiyyәtinә keçirmişdir. xxxx" şirkәti vә "xxxx” MMC ilә "elektrik işıqlandırma vә çılçıraq" mallarını nağd satışla alınması ilә bağlı olaraq "xxxx” MMC-dәn verilmiş 19000 ABŞ dolları mәblәğindә puldan 9500 ABŞ dolları mәblәğindә ödәnişin edilmәsi, qalan hissәdә isә (9500 ABŞ dolları vә ya hәmin dövrün mәzәnnәsinә uyğun olaraq 16150 manat) hәmin vәsaitin "xxxx” MMC-nin adına borc yazılmaqla mәnimsәnilmәsi epizodu üzrә tәqsirlәndirilәn şәxsin mәsuliyyәti cinayәt işi materiallarına әlavә edilmiş sübutlarla ("xxxx" şirkәtindәn borcun olması barәdә daxil olmuş mәktublar vә şahidlәrin ifadәlәri ilә) öz tәsdiqini tapmışdr. şahid16 zәrәrçәkmiş şәxs1 MMC-nin anbarından satış üçün cәmiyyәtdaxili qaimәlәrlә tәhvil verilmiş vә hәmin malların satışından әldә edilmiş 47526 manat mәblәğindә pul vәsaitinin әlә keçirilmәsinә münasibәtdә isә cinayәt işi materiallarında olan "xxxx" MMC-nin möhürlәri ilә tәsdiq edilmiş qaimәlәrdә müxtәlif tarixlәrdә "xxxx Energy" MMC vә "xxxx” MMC-yә mәxsus anbarlarda müxtәlif çeşiddә mallar "Nicat Sederek" vә "Bextiyar" adlı müştәrilәrә verilmişdir. Eyni zamanda cinayәt işi materiallarında olan sübutlardan tәsdiq olunur ki, müxtәlif tarixlәrdә şahid16 özünün istifadәsindә olan bank kartından müxtәlif mәblәğlәrdә ödәnişlәri Bәraәt almış şәxs mәxsus "xxxx" Açıq Sәhmdar Cәmiyyәtindәn alınmış 4169 7385 5405 1254 №- li "UMICO" bank kartına köçürmüşdür. Mәhkәmә istintaqı zamanı tәyin edilmiş ekspertiza ilә qeyd edilәn epizodla bağlı ekspert qarşısında qoyulmuş suala cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC-dәn alınmış 5261 6333 3306 7073 No-li bank kartından "xxxx" Açıq Sәhmdar Cәmiyyәtindәn alınmış 4169 7385 5405 **** №-li "UMICO" bank kartına ümumilikdә 75550 manat köçürmә aparılmış, bәzi bank әmәliyyatlarında "Heydәr borc" ifadәlәri qeyd edilmişdir. Bundan başqa şahid16 mәkhәmә vә ibtidai istintaq döründә verdiyi ifadәlәrindә ona verilәn mallar üzrә ödәnişlәrin bir hissәsini kart, digәr hissәsini nağd qaydada ödәdiyini şәxsәn Bәraәt almış şәxs verdiyini bildimişdir. Mәhkәmә pul köçürmәlәrini tәsdiq edәn çıxarışları, eyni zamanda şahid16 ibtidai istintaq vә mәhkәmә istintaqı dövründә şahid qismindә verdiyi ifadәlәrini әsas götürәrәk hesab edir ki, hәmin hissәdә tәqsirlәndirilәn şәxsә qarşı irәli sürülmüş ittiham sübuta yetirilir. Halbuki, istintaq zamanı da tәqsirlәndirilәn Bәraәt almış şәxs hәmin xüsusatları qismәn tәsdiq etmiş, yalnızca mәblәğlә bağlı hissәdә az mәblәğdә vәsaitin alındığını bildirmişdir. Iş üzrә şirkәt nümayәndәlәri ilә heç bir yaxınlığı olmayan şahid şahid16 öz ifadәsindә qeyd olunan xüsusatları tәsdiq edir vә ittihamda qeyd olunan mәblәğdә malların alındığını vә hissә-hissә pulları Bәraәt almış şәxs şәxsәn nәğd şәkildә, bәzәn isә onun göndәrdiyi bank hesabına göndәrdiyini bildirmişdir. Bu xüsusatları tәsdiq edәn işdә kifayәt qәdәr sübutlar olsa da, mәhkәmә öz şәxsi mülahizәlәrinә әsasәn hәmin sübutları görmәzdәn gәlmişdir. Dövlәt ittihamçısı qeyd etmişdir ki, apellyasiya baxışı zamanı şahid şahid16 yenidәn dindirilmәsi barәdә vәsatәtlә mәhkәmәyә müraciәt etsә dә, hәmin vәsasәt dә mәhkәmә tәrәfindәn tәmin edilmәmişdir. Göründüyü kimi mәhkәmә yalnızca әsas sübut olaraq sonuncu ekspertiza rәyini әsas götürәrәk digәr sübutların toplanması istiqamәtdә addım atmaqdan yayınmışdır. WhatsApp Audio 2022-07-23 at 12.39.43 (1) “...K1-100 manat, 100 manat - 100 manat ata-ata gedirsәn mәnә elә /gülür/...K1 - He. Prosta indi karta mәnә bir 300 manat atda....K1 - Yekә oğlansan mәn sәnә gör 1 ildie, 1 ildi o 1 ildi 100, 100, 100 manat, 100 manat - 100 manat dilençi pulu elәdin pulu...K1-Yaxşı gәlәrsәn sabahları endirim eliyәrәm. 300 manat karta at. K2 - Yaxşı. WhatsApp Audio 2022-07-23 at 12.39.43 (2)- "...K2 - Emanatdan göndәrәcәm deyirәm emanatdan...K1 - Bildime sәn nә qәdәr atassan?...K2 - Bir 200-300 göndәrәcәm...K1- 200 elәmәdә çalış 300 göndәrdә...K2 - Yaxşı qardaş yaxşı." WhatsApp Audio 2022-07-23 at 12.39.43 "...K2 Orası elәdi, prostu ordan mәnә zәng vurmuşdular. Hәlә 1-2 dәfәdә getmişәme, çağırıblar getmişәm ki, bәs...K2 - Necә olub? Nәtәri olub? Dedim, ә qardaş Vallah gәlib pulumu verib maldıda almışamda. Nәm niyә qayimә götürmәmisәn?n? Neynәmisәn? Belә-belә suallar zad. Heç nә dә axırıda...K1-Kim çağırmışdı sәni?...K2 - Vallah adını bilmәdime orda bir dәnә oğlanıydı. Uzun oğlanıydı bir dәnә....K1 - Bunu mәnә niyә demirsәn? Mәn onlarnan qırğındayam. Mәn onları mәhkәmәyә zada vermişәm. ...K2 - Hә nә bilim Vallah qız zәng eliyirdi, sonra bir oğlan zәng eliyirdi. Nәsәdә axırı heç nә dә dedilәr ki, sәn biraz gözdә bәs iş polisә gedәcәk, nәm nolacaq. Hәlә ki, heç kimә pul vermә...K1 - Mәn dә onsuz vermişәmdә, mәn dә prokurorluğa...K2 - Sen orda olanda da mәni göndәrdine onun yanına nәsә yazı-pozu işinә baxırdı belә uzun oğlanıydı. Hәrdәn mal zad alanda deyirdin get onun yanına nәsә sәnәd zad götürürdü verirdi. Nәydi onun adı? K1 - Mahmud? K2 - Bәli, bәli Mahmud..K1 - Yox sәn nәyә görә deyirәm mәnә açıx denәn ki, çünki mәnim dә müәyyәn iddialarım varda. Elә aranı qarışdıran odu. Pulu da mәnnәn elә bunlar әl borcu alıblar, alıblar, alıblar, 300 minnәn çox indi de qayıdıb üzüme dururlar ki, şeydi sen bize pul vermemisen. Deyirem nәtәri yeni pul vermemişem?...K2 - ...Nәm ümumiyyәtcәdә belә birәz dedim ki, qardaş nә vaxt mal olub heç mәn onu elә olub ki, heç nә mәn yazmışam nә dә ki, kağız götürmәmişәmdә. Götürmüşәm aparıb satmışamda heç yerә yazmamışam ki. Mәn onu sәnә indi deyәmmәrәm ki, nә qәdәrliy mal almışam, ayın neçәsi...K1 - Yox sәn, sәnnәn xahiş eliyirәm artıq dәrәcәdә yәni burda uşaqmuşax söhbәti deyil bunlar düşüb mәnnәn qabax şey elәmәy istiyirlәr...K1 - Özlәrinnen kasovorder zad çıxardırlar. Ona görә deyirәm әgәr sәnә nese imzalatdırıb elәsәlәr qәti sürәtdә elәmә çünki mәn başqa cür hәrәkәt eliyәcәm. Sәhәrsi gün mәnnәn sonra şey ol heç kәs incimәsin yeni...K1 - Yәni sәn onlara heç nә vermәmisәn ki, sәnәdsunәd cәhәtdәn?..K2 - Yox, yox bela soruşubda, söznәn soruşub almışam demişәm almışam da hә...K1 - Yoxe sәnәd üstündә heç vermemisәn?...K2-Yoxe, yox heç nә...K1 - Orda da mәsәlә nәdi? Burda Mahmud, Mahmudun öz şeylәri var problemlәri var atmaq istiyir mәnim üstümә...K1 - Yәni sәn, yәni sәn bu gün gedib mәnnәn xәbәrsiz bir şeyә imza atıb götürsәn ordan mәn sәnin üçün iddiya qaldıra bilәcәm ki, qardaş direktor mәnәm amma burda mәnnәn xәbәrsiz kimsә idarәdә mal verib, mal götürür....K2 - Yox heç nә dә götürüb elәmәmişәm, prosta elә әvvәl nә götürmüşük maldıda almışıq çıxıb gedibdә belә...K1 - Elә sәn birinci o suali verәrdin ki, sәn /xxxxnin/ nәyisәn? Bir cavab verәrdi. Sәn kimsәn mәni çağırmısan?...K1 - Desin kimsәn. O /xxxxin/ işçisidi /xxxxnin/ işçisi deyil. Qanun tәrәfdәn heç bir sәn kimsәn ki, mәni çağırıb sorğu-sual eliyirsen? WhatsApp Audio 2022-07-23 at 12.39.44 K2 - Hә gәlib dәyәrәm Heydәr borcumu bağlıyaram. Hә heç nә dә sonra da nәsә götürmәk olsa götürәrik...K1 - Sәn indi mәnә nәsә ata bilirsәn?...K2 - Ataram hә. Heydәr qoy indi orda qalana dәqiq baxım sәn...K1-1800-dü ya 1900 nәsә belә bir şeydi...K2 - Hә votçapda hәr dәfә yazmışam qalır orda narahat olma baxacam...K1 - Нә, hә, hә. Gör nә ata bilirsәn atda... Burada xüsusilә vurğulamaq istәdiyi hal tәqsirlәndirilәn şәxsin davranışıdır. Belә ki, Bәraәt almış şәxs şahid16 pulların göndәrilmәsi ilә bağlı tәlәblәri audit yoxlaması aparıldığı dövrdәn sonrakı zamandır. Belә ki, Bәraәt almış şәxs hәmin dövdә şirkәtin barәsindә şikayәt etdiyini, audit yoxlaması aparıldığını bilirdi. Bildiyi halda öz qanunsuz әmәllәrinә davam edәrәk şirkәtә mәxsus pulları әlә keçirmişdir. zәrәrçәkmiş şәxs1 MMC-yә mәxsus "biznes kart"da ola pul vәsaitlәrindәn 39757,92 manat mәblәğin başqa kart hesabına köçürülmәsinә münasibәtdә isә cinayәt işi materiallarına әlavә edilmiş "xxxx" Açıq Sәhmdar Cәmiyyәtindәn alınmış 4172 1153 3267 **** nömrәli "biznes kart"ın çıxarışından görünür ki, ##.##.2020- ci il tarixindәn ##.##.2021ci il tarixinә kimi qeyd edilәn kart hesabından "www.birbank.az" vә "www.birbank.az/mobil" tәyinatları üzrә pul köçürmәlәr hәyata keçirilmişdir. zәrәrçәkmiş şәxs2 MMC-yә mәxsus cәmi 179120 manat pul vәsaitlәrinin әlә keçirilmәsi epizodu üzrә bildirik ki, cinayәt işi materiallarına әlavә edilmiş zәrәrçәkmiş şәxs1 MMC-yә mәxsus AZ85AIIB40060019440218766102 nömәli hesaba ##.##.2020-ci il tarixindә ayrı ayrı vaxtlarda 32000 manat, 10000 manat, 8000 manat vә 6000 manat mәdaxil olmuşdur. Hәmin әmәliyyatlar üzrә tәyinat "AZ85AIIB40060019440198396102 xxxx MMC" olaraq göstәrilmişdir. Əlavә olaraq, cinayәt işi materiallarında olan "xxxx" Açıq Sәhmdar Cәmiyyәtinin Nәrimanov filialında olan AZ43IBAZ40030019448290836206 No-li hesablaşma hesabından görünür ki, ## #### 2021-ci il tarixindә 128120,08 manat mәblәğindә vәsait "xxxx" MMC-yә mәxsus "xxxx" ASC-dә olan AZ74MUGA4006*****000228AZM77 №o-li hesaba köçürülmüşdür. Hәmin mәblәğdә vәsaitin hesaba köçürülmәsi mәhkәmә istintaqı zamanı keçirilmiş müvafiq mәhkәmә ekspertizası ilә dә öz tәsdiqini tapmışdır. şahid12 şahid qismindә ibtidai istintaq vә mәhkәmә isintaqı zamanı verdiyi ifadәlәr dә hәmin xüsusatları birdaha tәsdiq edir. Bundan başqa zәrәrçәkmiş şәxs2 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә mәxsus "xxxx" QSC-dәn alınmış 4286 5312 1530 **** nömrәli «Biznes kart»a mәdaxil olunan pul vәsaitlәrinin tәyinatı üzrә xәrclәnmәmәsinә münasibәtdә cinayәt işi materiallarından mәlum olur ki, 4286 5312 1530 **** nömrәli "biznes kart" "xxxx Eneri" MMC-yә mәxsus olmaqla şahid15 adına rәsmilәşdirilmişdir. Hәmin kart üzrә ##.##.2019-cu il taixdәn ##.##.2020-ci il tarixinәdәk olan müddәt әrzindә mağaza, restoran vә digәr ticarәt obyektlәrindә nә qәdәr vәsaitin xәrclәnmәsi ilә bağlı keçirilmiş mәhkәmә ekspertizası zamanı ekspert qarşısında qoyulmuş suala bununla bağlı cinayәt işi materiallarında hesab çıxarışı mәlumatlarının tәqdim edilmәdiyi qeyd olunsa belә mәhkәmә hesab edir ki, hәmin hal cinayәt işi materiallarında olan sәnәdlәrlә sübuta yetirilir. Belә ki, iş materiallarında hәmin kart üzrә çıxarışda ümumilikdә 24197,33 manat mәblәğindә vәsaitin müxtәlif ictimai iaşә obyektlәrindә xәrclәndiyi mәlum olur. Bunula yanaşı ##.##.2017-ci il tarixli şahid10 tәrәfindәn imzalanmış әmrdәn dә mәlum olur ki, 4286 5312 1530 **** nömrәli "biznes kart" zәrәrçәkmiş şәxs2 MMC üçün gömrük әmәliyyatlarının aparılması mәqsәdilә Bәraәt almış şәxs tәhkim edilmişdir. Bundan başqa zәrәrçәkmiş şәxs2 MMC-nin xәzinәsindәn cәmi 73.350 manat nağd pul vәsaitinin Bәraәt almış şәxs tәrәfindәn qanunsuz olaraq öz mülkiyyәtinә keçirmәsi epizodu üzrә mәhkәmә istintaqı elәcә dә ibtidai istintaq zamanı olan ifadәlәrlә, elәcә dә, zәrәrçәkmiş şәxs2 MMC barәsindә olan audit vә ekspert rәyi ilә öz tәsdiqini tapmışdır. zәrәrçәkmiş şәxs2 MMC-nin "xxxx" Açıq Sәhmdar Cәmiyyәtinin Nәrimanov filialında olan hesablaşma hesabından 132.000 manat pul vәsaitinin “xxxx" MMC-nin "xxxx" Açıq Sәhmdar Cәmiyyәtindә olan hesablaşma hesabina köçürülmәsindәn sonra hәmin pul vәsaitinin 87.550 manatının zәrәrçәkmiş şәxs2 MMC-nin xәzinәsinә qaytarılıb, 44.950 manatının isә xәzinәyә mәdaxil edilmәmәsi faktına münasibәtdә ittihamda göstәrilәn mәblәğdә pul vәsaitinin köçürülmәsi hәm cinayәt işi materialları ilә ("xxxx" MMC vә zәrәrçәkmiş şәxs2 MMC arasında imzalanmış ##.##.2021-ci il tarixli alqı-satqı müqavilәsi vә ona 1 N-li Əlavә, pul vәsaitinin köçürülmәsi barәdә hesabdan çıxaırşlar) hәm dә iş materiallarında olan mәhkәmә ekspertizasının rәyi ilә öz tәsdiqini tapır. Bundan әlavә tәqsirlәndirilәn şәxsin özünә mәxsus olan Bakı şәhәri, Xәzәr rayonu, Qala qәsәbәsinde yerlәşәn bağ evindә istifadә edilmәsi üçün ümumillikdә 7.400 manat dәyәrindә plastik qapı vә pәncәrәlәrin alınması mәqsәdilә zәrәrçәkmiş şәxs2 MMC-yә mәxsus pul vәsaitlәrinin mәnimsәnilmәsi epizodu üzrә cinayәt işi materiallarında olan elektron qaimә vә ödәniş tapşırığı sәnәdlәri ilә, eyni zamanda şahidlәrin ifadәlәri ilә zәrәrçәkmiş şәxs2 MMC-nin "xxxx" ASC-dә olan hesablaşma hesabından vә "xxxx" ASCdә olan hesablaşma hesabından X11 mәxsus "xxxx" ASC-nin Binәqәdi filialında olan hesablaşma hesabina ümumilikdә 7400 manat mәblәğindә vәsatin plastik qapı vә pәncәrәlәrin yığılıb quraşdırılması, tәyinatı üzrә ödәnilmәsi tәsdiq olunur. Bundan әlavә Bakı Ağır Cinayәtlәr Mәhkәmәsi aşağıdakı ittihamlar üzrә verilmiş epizodlara münasibәtdә mәnimsәmә faktının tәsdiqini tapmadığı üçün ittihamdan xaric edilmәsi qәnaәtinә gәlmiş. Hәmin epizodlar üzrә gәlinmiş nәticә ittiham tәrәfindәn mübahisәlәndirilmәmişdir. Bakı Ağır Cinayәtlәr mәhkәmәsi «xxxx» Şirkәti ilә "xxxx” MMC arasında imzalanmış ## ######## 2019-cu il tarixli müqavilә üzrә ümumilikdә 62453 manat pul vәsaitinin mәnimsәnilmәsinә münasibәtdә qeyd edir ki, zәrәrçәkmiş şәxs1 MMC-nin hәmin "xxxx" Açıq Sәhmdar Cәmiyyәtinin "Mәrkәz" filialında olan bank hesabından "xxxx" Şirkәtinin X34 şәhәrindә fәaliyyәt göstәrәn "T.C" iş Bankasında olan bank hesabına 72.300 ABŞ dolları vә ya hәmin dövrün mәzәnnәsi ilә 122.910 manat mәblәğindә vәsaitin köçürülmәsi öz tәsdiqini tapsa da, ##.##.2020-ci il tarixdә 998.00 ABŞ dolları vә ya hәmin dövrün mәzәnnәsi ilә 1696.00 manat vәsaitin *** nömrәli müqavilә üzrә köçürülmәsi hәmin hesab çıxarışında görünmür.Çıxarışa әsasәn hәmin mәblәğlәrin köçürülmәsi әsası tәrәflәr arasında bağlanmış *** saylı müqavilә çıxış etmir.Cinayәt işi materiallarında "xxxx" şirkәti tәrәfindәn verilmiş arayışda ##.##.2019-cu il tarixindә 39000 ABS dollarının nağd qaydada Bәraәt almış şәxs verilmәsi, ümumilikdә isә 32561 ABŞ dolları dәyәrindә malların zәrәrçәkmiş şәxs1 MMC-yә göndәrilmәsi qeyd edilmişdir. Bundan başqa mәhkәmә qeyd edir ki, zәrәrçәkmiş şәxs1 MMC adına hәyata keçirilmiş idxal әmәliyyatları barәdә Dövlәt Gömrük Komitәsinin çıxarışında görünür ki, hәmin cәmiyyәtin adından ##.##.2020-ci il tarixindә 4061 ABŞ dolları, ##.##.2021-ci il tarixindә 13428 ABŞ dolları, ##.##.2019-cu il tarixindә isә 14833,65 ABŞ dolları dәyәrindә mallar (müxtәlif çilçıraq vә işıqlandırma avadanlıqları, akkumlyatorlar vә s.) "xxxx" Şirkәti tәrәfindәn göndәrilmişdir. Belәliklә mәhkәmә hesab edir ki, ## ######## 2019-cu il tarixli müqavilә üzrә ##.##.2020-ci il tarixdә 998.00 ABŞ dolları vә ya hәmin dövrün mәzәnnәsi ilә 1696.00 manat vәsaitin köçürülmәsi, 17.737,00 ABŞ dollar vә ya hәmin dövrün mәzәnnәsi ilә 30.153,00 manat dәyәrindә malları idxal etmәyәrәk mәnimsәmәsi öz tәsdiqini tapmadığından hәmin hissәdә ittihamdan xaric edilmәlidir. Mәhkәmә zәrәrçәkmiş şәxs2 MMC-dә biznesin inkişafı mәqsәdi ilә tәqsirlәndirilәn şәxsin qardaşının vasitәçiliyi ilә şahid7 alınmış 69700 manat pul vәsaitindәn 20.000 ABŞ dolları, yәni hәmin dövrün mәzәnnәsi ilә 34.000,00 manat pul vәsaitinin mәnimsәnilmәsinә münasibәtdә qeyd edir ki, hәmin hal mәhkәmә istintaqı zamanı sübuta yetmәmişdir. Yuxarıda qeyd olunanlara әsasәn bildirir ki, bәraәt hökmündә qeyd edilәn nәticәlәr işin faktiki hallarına uyğun olmamışdır. Bakı Apellyasiya Mәhkәmәsi tәrәfindәn sübutların düzgün tәdqiq edilmәmiş, ittihamı tәsdiq edәn halların mövcudluğuna baxmayaraq mәhkәmә әsassız olaraq bәraәt hökmü çıxarmışdır. Bununla da mәhkәmә sadalanan sübutlara әhәmiyyәt vermәyәrәk tәqsirlәndirilәn şәxsin mәqsәdyönlü vә tutarlı dәlillәr gәtirmәdәn özünümüdafiә xarakterli ifadәsinә üstünlük vermәklә toplanmış sübutları müqayisәli şәkildә tәhlil etmәdәn apardığı birtәrәfli araşdırmanın nәticәlәrinә әsaslanmaqla Bәraәt almış şәxs әsassız olaraq bәraәt vermişdir. Belәliklә, Bakı Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyası da hazırki iş üzrә qәrar qәbul edәrkәn cinayәt-prosessual qanunvericiliyin tәlәblәrinә müvafiq olaraq ittiham tәrәfinin tәqdim etdiyi, irәli sürülmüş ittihamın hәrtәrәfli, tam vә obyektiv baxılması üçün mühüm әhәmiyyәt kәsb edә bilәcәk sübutları CPM-nin 143-146-cl maddәlәrinin tәlәblәrinә müvafiq tәdqiq etmәmiş vә gәldiyi nәticә әsassız olmuşdur. Dövlәt ittihamçısı kassasiya protestindә göstәrilәnlәrә әsasәn Bәraәt almış şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 179.4-cü maddәsi ilә tәqsirlәndirilmәsi barәdә cinayәt işi üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının ##.##.2025ci il tarixli hökmünün lәğv olunmasını vә cinayәt işinin yeni apellyasiya baxışına tәyin edilmәsini xahiş etmişdir. Zәrәrçәkmiş hüquqi şәxsin nümayәndәsi kassasiya şikayәtini әsaslandıraraq qeyd etmişdir ki, ittiham faktiki әsası 13 epizod hәrәkәtlәr kimi tәsvir edilmişdir vә bunlar aşağıdakılardır: 1-ci epizod - (cild 1, i.v. 74, 77-78) tәsisçi şahid2 Ənvәr oğlu, mühasib şahid14, anbardar şahid13 vә logistik şahid6 iştirakı ilә tәrtib edilmiş ##.##.2021-ci il tarixli anbar inventarizasiya aktı vә cәdvәli (anbarda 76082,62 manat çatışmazlıq aşkarlanması) - (cild 6, i.v. 165-167, cild 8, i.v. 151-161) anbardar şahid13 ifadәsi vә Bәraәt almış şәxs ilә üzlәşdirmәdә dindirmәsi (Bәraәt almış şәxs 2018-ci ilin aprel ayında şirkәtin icra etdiyi layihәdәn geri qaytarılmış dәyәri 28362,64 manat olan 2846 metr kabeli, dәyәri 15766,75 manat olan 682 metr kabeli şirkәtin Heydәr Əliyev prospektindә yerlәşәn anbarından aparmış, 2019-cu ilin fevral ayında isә dәyәri 5626,08 manat 49 metr mis şini Əhmәd Rәcәbli küçәsindә yerlәşәn anbardan aparmışdır, Bәraәt almış şәxs hәmin illәrdә çoxsaylı kamera, işıqlandırma avadanlıqları, tәhlükәsizlik avadanlığı, çilçıraq, lüstr vә sair malları anbardan götürmüşdür, ##.##.2021-ci il tarixә yaxın әrәfәdә mühafizәçi Əzizağanın söylәmәsinә uyğun olaraq 9510 metr kabel götürmüş, 1 hәftә sonra dәyәri 9046,89 manat tәşkil edәn 2883 metr kabeli Bәraәt almış şәxs tapşırığı ilә sürücü şahid11 vermiş, 2018-ci ilin oktyabr ayında Ə.Rәcәbli küçәsindә yerlәşәn anbara köçәrkәn 3200 manat dәyәrdә 2 әdәd motorlu proyektor pәrdәsini yeni anbara aparmamışdır) - (cild 6, i.v. 185, cild 8, i.v. 163-168) Bәraәt almış şәxs sürücüsü şahid11 ifadәsi vә onun Bәraәt almış şәxs ilә üzlәşdirmәdә dindirmәsi (Bәraәt almış şәxs tapşırığına әsasәn şirkәtlәrin Əhmәd Rәcәbli küçәsindә yerlәşәn anbarından kabellәr, kameralar götürәrәk sonuncuya mәxsus Qala qәsәbәsindә yerlәşәn bağ evinә aparmış, 2021-ci ilin sentyabr ayında şahid13 iştirakı ilә anbardan 5 matok kabel götürmüş vә Toyota Corolla markalı **- UJ-*** nömrәli avtomobillә Bәraәt almış şәxs tapşırdığı ünvana aparmışdır) 2-ci epizod - 1-ci Şirkәtin bank hesabından «tәsәrrüfat xәrclәri» tәyinatı qeyd edilmiş «Çek kitabçası» vasitәsilә 120,490 manatı götürmüş, xәzinәyә mәdaxil etmәmişdir. - (cild 2, i.v. 124-126) “xxxx”-da olan bank hesab çıxarışı (cәmi 32,070 manat tәşkil edәn ##.##.2019-cu il tarixdә 2000 manat, ##.##.2019-cu il tarixdә 7,990 manat, ##.##.2019-cu il tarixdә 2,400 manat, ##.##.2019 tarixdә 1,000 manat, ##.##.2019-cu il tarixdә 1,000 manat, ##.##.2019-cu il tarixdә 1,400 manat, ##.##.2019-cu il tarixdә 2,000 manat, ##.##.2020-ci il tarixdә 500 manat, ##.##.2020-ci il tarixdә 3,000 vә 1,200 manat, ##.##.2020-ci il tarixdә 980 manat, ##.##.2020-ci il tarixdә 1,000 manat, ##.##.2020-ci il tarixdә 2,600 manat, ##.##.2020-ci il tarixdә 3,000 manat vә 1,000 manat, ##.##.2020-ci il tarixdә 1,000 manat nağdlaşdırma). - (cild 2, i.v. 63-124, 129-146) “xxxx”-da olan bank hesab çıxarışı (cәmi 6,900 manat tәşkil edәn әmәliyyatda benefisiar kimi Bәraәt almış şәxs qeyd edilәn ##.##.2020-ci il tarixdә 2200 manat, ##.##.2020-ci il tarixdә isә 4700 manat nağdlaşdırma) - (cild 2, i.v. 180-193) “xxxx”da olan bank hesab çıxarışı (81,520 manat tәşkil edәn 6 әdәd çek, yәni aid 8,956 manat dәyәrdә ##.##.2019-cu il tarixli ****** nömrәli çek, 26,000 manat dәyәrdә ##.##.2019-cu il tarixli ***** nömrәli çek, 5,847 manat dәyәrdә ##.##.2019cu il tarixli ****** nömrәli çek, 30,000 manat dәyәrdә ##.##.2020-ci il tarixli ****** nömrәli çek, 5,807 manat dәyәrdә ##.##.2021-ci il tarixli ****** nömrәli çek vә 4,910 manat dәyәrdә ##.##.2021-ci il tarixli ********** nömrәli çeklә nağdlaşdırma) - (cild 2, i.v. 147) “xxxx»ә aid ##.##.2020-ci il tarixli ****** nömrәli 30,000 manata dair vә ##.##.2021-ci il tarixli ****** nömrәli 5,807 manata dair mәxaric qәbzi. - (cild 6, i.v. 129-140, cild 8, i.v. 87-114) Mühasib şahid14 ifadәsi vә Bәraәt almış şәxs ilә üzlәşdirmәdә dindirmәsi (29,120 manat “xxxx”-dan Bәraәt almış şәxs adına olan biznes kartına ##.##.2019-##.##.2020-ci il tarixlәrdә köçürülmüş, 91,370 manat isә “xxxx” ASC, “xxxx” ASC vә “xxxx” ASC-dә olan hesablardan bank çeki ilә nağdlaşdırılmış vә xәzinәyә mәdaxil edilmәmişdir) - (cild 6, i.v. 185, cild 8, i.v. 163-168) Bәraәt almış şәxs sürücüsü şahid11 ifadәsi vә onun Bәraәt almış şәxs ilә üzlәşdirmәdә dindirmәsi (##.##.2020-ci il tarixdә ****** nömrәli çek vasitәsi ilә 30,000 manat, ##.##.2021-ci il tarixdә ****** nömrәli çek vasitәsi ilә 5,807 manat vә ##.##.2021-ci il tarixdә ********** nömrәli çek vasitәsi ilә 4,910 manatı “xxxx”-dan nağdlaşdırıb Bәraәt almış şәxs vermişdir) 3-cü epizod - 1-ci Şirkәtә Türkiyә Respublikasının rezidenti olan «xxxx» şirkәtindәn “elektrik işıqlandırma vә çılçıraq” mallarının nağd alınması üçün 19,000 ABŞ dolları aparmış, 9,500 ABŞ dollar ödәmiş, qalan hissәsini 1-ci Şirkәtin hesabına borc yazdırmaqla almış vә 9,500 ABŞ dolları götürmüşdür. - (cild 8, i.v. 224) «xxxx» Şirkәtinin ##.##.2021-ci il tarixli mәktubu (9,500 ABŞ dollar ödәnmiş, 20,657.12 ABŞ dollar borc qalmışdır. - (cild 6, i.v. 129-140, cild 8, i.v. 87-114, i.v. 253-257) mühasib şahid14 ifadәsi vә Bәraәt almış şәxs ilә üzlәşdirmәdә dindirmәsi (Türkiyәnin “xxxx” şirkәtindәn mal alınması üçün 19,000 ABŞ dolları Bәraәt almış şәxs ##.##.2019-cu il tarixdә verilmiş, 9,500 ABŞ dolları Türkiyәdә hәmin şirkәtә ödәnilmiş, qalan hissә isә ödәnilmәdәn özündә saxlanmışdır, 9,500 ABŞ dolları borc ##.##.2021-ci il tarixli mәktubda qeyd edilәn 20,657.12 ABŞ dollara aiddir) 4-cü epizod - 1-ci Şirkәt ilә Türkiyә Respublikasının rezidenti olan «xxxx» Şirkәti arasında müqavilә bağladıqdan sonra hәmin şirkәtә 73,298 ABŞ dolları (hәmin dövrün mәzәnnәsi ilә 124,606 manat) o cümlәdәn 998 ABŞ dolları[3] (hәmin dövrün mәzәnnәsi ilә 1696 manat) köçürmәsinә nail olmuş, müqavilәdә nәzәrdә tutulmuş quraşdırma üzrә “işçilik xidmәti” göstәrilmәdiyindәn 39,000 ABŞ dolları şirkәt tәrәfindәn 1- ci Şirkәtә qaytarılması üçün ona verilmiş, hәmin mәblәğin 20,000 ABŞ dolları xәzinәyә mәdaxil etmiş, 19,000 ABŞ dolları isә mәdaxil etmәmişdir. - (cild 1, i.v. 79, cild 8, i.v 198) «xxxx» Şirkәtinin ##.##.2021-ci il tarixli mәktubu (##.##.2019-cu il tarixli *** nömrәli müqavilә әsasında zәrәrçәkmiş şәxs1 MMC tәrәfindәn ödәnilәn 73,298 ABŞ dollarından sifarişlәr (gömrük/vergi/logistika vә s.) çıxıldıqdan sonra 39,000 ABŞ dolları nağd şәkildә bankdan çıxarılaraq ##.##.2019-cu il tarixdә Heydәr bәyә qaytarılmışdır) - cild 6, i.v. 129-140, cild 8, i.v. 87-114, i.v. 253-257) mühasib şahid14 ifadәsi vә Bәraәt almış şәxs ilә üzlәşdirmәdә dindirmәsi (xxxx MMC ilә «xxxx» Şirkәti arasında bağlanmış müqavilәdә qeyd edilәn 73,298 ABŞ dolları şirkәtә köçürülmüşdür. Qalıq 998 ABŞ dolları ##.##.2020-ci il tarixdә 3,350 ABŞ dollar köçürülәrkәn nәzәrә alınmışdır. Işçilik xidmәti “xxxx” şirkәti tәrәfindәn göstәrilmәdiyindәn 39,000 ABŞ dolları Bәraәt almış şәxs qaytarılmış, 20,000 ABŞ dolları Bәraәt almış şәxs adından xәzinәyә mәdaxil olunmuşdur) 5-ci epizod - «xxxx» şirkәtindәn 1-ci Şirkәt üçün mal almadan vә 17,737 ABŞ dolları dәyәrdә malları idxal etmәdәn hәmin mәblәğdә pulu sәrәncamında saxlamışdır. 6-cı epizod - şahid16 tәhvil verilmiş 47,526 manatı onun bank kartından öz kartına köçürülmәsinә nail olmuş, lakin 1-ci Şirkәtin xәzinәsinә mәdaxil etmәmişdir. - (cild 7, i.v. 24-54) Bәraәt almış şәxs mәxsus **************** nömrәli “UMICO” kartına göndәrilmiş 9,220 manat ödәnişi tәsdiq edәn aşağıdakı elektron çeklәr (bundan sonra – “eçek”): (i) 09.02.21-ci il tarixli 500 manat mәblәğdә e-çek şәkli; (ii) 01.04.21-ci il tarixli 500 manat mәblәğdә e-çek şәkli; (iii) 09.04.21-ci il tarixli 350 manat mәblәğdә e-çek şәkli; (iv) 26.04.21-ci il tarixli 400 manat mәblәğdә e-çek şәkli; (v) 20.05.21-ci il tarixli 500 manat mәblәğdә e-çek şәkli; (vi) 22.05.21-ci il tarixli 500 manat mәblәğdә e-çek şәkli; (vii) 22.05.21-ci il tarixli 500 manat mәblәğdә e-çek şәkli; (viii) 26.05.21-ci il tarixli 400 manat mәblәğdә e-çek şәkli; (ix) 27.05.21-ci il tarixli 500 manat mәblәğdә e-çek şәkli; (x) 11.06.21-ci il tarixli 500 manat mәblәğdә e-çek şәkli; (xi) 23.06.21-ci il tarixli 300 manat mәblәğdә e-çek şәkli; (xii) 26.06.21-ci il tarixli 500 manat mәblәğdә e-çek şәkli; (xiii) 29.06.21-ci il tarixli 500 manat mәblәğdә e-çek şәkli; (xiv) 30.06.21-ci il tarixli 150 manat mәblәğdә e-çek şәkli; (xv) 10.07.21-ci il tarixli 270 manat mәblәğdә e-çek şәkli; (xvi) 29.07.21-ci il tarixli 900 manat mәblәğdә e-çek şәkli; (xvii) 30.07.21-ci il tarixli 100 manat mәblәğdә e-çek şәkli; (xviii) 10.08.21-ci il tarixli 700 manat mәblәğdә e-çek şәkli; (xix) 01.09.21-ci il tarixli 100 manat mәblәğdә e-çek şәkli; (xx) 19.09.21-ci il tarixli 100 manat mәblәğdә e-çek şәkli; (xxi) 26.09.21-ci il tarixli 150 manat mәblәğdә e-çek şәkli; (xxii) 03.10.21-ci il tarixli 100 manat mәblәğdә e-çek şәkli; (xxiii)19.10.21-ci il tarixli 200 manat mәblәğdә e-çek şәkli; (xxiv) 26.11.21-ci il tarixli 200 manat mәblәğdә e-çek şәkli; (xxv) 24.11.21-ci il tarixli 300 manat mәblәğdә e-çek şәkli; (xxvi) şahid16 mәxsus “xxxx”-dan alınmış **************** nömrәli kart şәkli; (xxvii) Bәraәt almış şәxs mәxsus “xxxx”-dәn alınmış **************** nömrәli “UMICO” kartının şәkli; (xxviii) (cild 7, i.v. 55-61) Bәraәt almış şәxs ilә şahid16 arasında aparılan telefon danışıqları ilә bağlı sәsyazma; (xxix) (cild 9, i.v. 229-233) mәhkәmә-fonoskopik ekspertizasının ##.##.2022-ci il tarixli */**** nömrәli rәyi; (xxx) (cild 1, i.v. 106-117) 8 әdәd qaimә, yәni ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli vә ##.##.2021-ci il tarixli qaimәlәr; - (cild 6, i.v. 165-167, cild 8, i.v. 151-161) anbardar şahid13 ifadәsi vә Bәraәt almış şәxs ilә üzlәşdirmәdә dindirmәsi (Bәraәt almış şәxs tapşırığına әsasәn şirkәtdәn 48,581 manat dәyәrdә kamera vә DVR avadanlıqlarını şahid16 qaimә әsasında vermişdir) - (cild 7, i.v. 19-23, cild 8, i.v. 142-145) şahid16 ifadәsi vә Bәraәt almış şәxs ilә üzlәşdirmәdә dindirmәsi (##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020 vә ##.##.2021-ci il tarixlәrdә 48,581 manat dәyәrdә “xxxx” markalı videomüşahidә avadanlıqlarını şirkәtin daxili qaimәsi әsasında nisyә olaraq tanışları Sadıqzadә Bәxtiyar vә Rәhimov Rahim vasitәsilә götürmüş, bunun müqabilindә Bәraәt almış şәxs 2020-2021-ci illәr әrzindә hissә-hissә nağd şәkildә şәxsәn, hәmçinin **************** nömrәli “UMICO” kartına özünün istifadәsindә olan “xxxx”-dan alınmış **************** nömrәli kartla, yaxud “E-MANAT” ödәmә sistemi ilә ödәmişdir) - (cild 8, i.v. 142-145) şahid16 ilә Bәraәt almış şәxs üzlәşmәsi zamanı onun qismәn etirafı (ödәnilәn pul 47,526 manat deyil, xeyli az olmuşdur, şәxsәn özü dә pul şahid16 pul almışdır) 7-ci epizod - 1-ci Şirkәtin gömrük ödәnişlәrinin aparılması üçün «biznes kart»a mәdaxil olunmuş 39,757.92 manatı başqa bir karta köçürmüşdür. Statik sübutlar: - (cild 1, i.v. 101-102, cild 2. i.v. 129-146) ##.##.2020-##.##.2021-ci il tarixlәrdә kart hesabdan www.birbank.az vә www.birbank.az/mobil tәyinat üzrә 39,757.92 manat köçürmәni tәsdiq edәn “xxxx”-dan alınmış **************** nömrәli biznes kart hesabdan çıxarış; - (cild 1, i.v. 103) **************** nömrәli biznes kartın şәkli. - (cild 6, i.v. 129-140, cild 8, i.v. 87-114, i.v. 253-257) mühasib şahid14 ifadәsi vә Bәraәt almış şәxs ilә üzlәşdirmәdә dindirmәsi (gömrük ödәnişlәri üçün “xxxx” ASC-d’n alınmış **************** nömrәli biznes kartından 39757,92 manat Bәraәt almış şәxs tәrәfindәn şirkәtә aidiyyәti olmayan bir karta köçürülmüş vә hәmin biznes kart “xxxx MMCnin balansında olmaqla Bәraәt almış şәxs adına verilmişdir) 8-ci epizod - 1-ci vә 2-ci Şirkәtlәrin fәaliyyәti ilә bağlı xәrclәrin öz şәxsi hesabına ödәdiyini bildirib 2-ci Şirkәtin ona 179,120 manat borcu olduğunu süni olaraq göstәrib borc mәblәğinin 51,000 manatına dair sәnәdlәri şahid12 vermiş vә 51,000 manatı 2-ci Şirkәtin hesabından 1-ci Şirkәtin hesabına köçürülmәsinә nail olmuşdur. Sonra hәmin pulu biznes vә әmәk haqqı kartları vasitәsi ilә nağdlaşdırmış vә hәmin borca dair faylı sildirmişdir. 2-ci Şirkәtin hesabından 128,120 manatı “xxxx” MMC-nin (VÖEN: **********) hesabına köçürülmәsinә nail olub hәmin vәsaiti şirkәtdәn әldә edәrәk xәzinәyә mәdaxil etmәmiş, 2-ci Şirkәtә 179,120 manat zәrәr vurmuşdur. - (cild 3, i.v. 53-54, cild 4, i.v. 243-250) ##.##.2021-ci il tarixli ödәniş tapşırığı vә bank hesab çıxarış (128,120 manat2-ci Şirkәtin AZƏRBAYCANBEYNƏLXALQ BANKInın Nәrimanov filialındakı hesabından “xxxx” MMC-nin “xxxx” ASC-dәkı hesabına köçürülmüşdür) - (cild 3, i.v. 55-57, cild 5, i.v. 28-87) ##.##.2022-ci il tarixli ****-*** nömrәli mәktuba әlavә olan ödәniş tapşırıqları vә bank çıxarışları (##.##.2020-ci il tarixli “xxxx” ASC-dә olan hesabdan zәrәrçәkmiş şәxs1 MMC-nin hesabına köçürülmüşdür) - (cild 7, i.v. 110) Bәraәt almış şәxs ifadәsi (2-ci Şirkәtin ona 308,000 manat borcu olmuş, bu sәbәbdәn şirkәt xәzinәsindәn ##.##.2020-ci il tarixdә 51,000 manat, ##.##.2021-ci il tarixdә isә 128,120 manat verilmişdir) - Kommersiya üzrә mütәxәssis şahid12 ifadәsi (Bәraәt almış şәxs 2020-2021-ci illәr әrzindә öz adına şirkәtin ona borcunu süni göstәrmәklә 2020-ci ilә aid olan 51,000 manat mәblәğdә yaratdığı borca dair sәnәdlәri ona vermiş, borc ödәnildikdәn sonra borca dair excel faylda yığılmış cәdvәli kompyuterdәn sildirmişdir) 9-cu epizod - 2-ci Şirkәtin gömrük әmәliyyatları aparılması üçün **************** nömrәli biznes karta mәdaxil olunmuş 24,197.33 manatı şәxsi istifadәsinә xәrclәmişdir. - (cild 1, i.v. 42-58) **************** nömrәli biznes kart çıxarışı (21.01.19-##.##.2020-ci il tarixlәrdә mağaza, restoran vә digәr ticarәt obyektlәrindә 24,197.33 manat xәrclәnmişdir) - (cild 6, i.v. 142-150, cild 8, i.v. 87-114, i.v. 253-257) direktor şahid10 ifadәsi vә Bәraәt almış şәxs ilә üzlәşdirmәdә dindirmәsi (bizneskarta mәdaxil olunmuşpuldan 24197,33 manatı tәyinatına uyğun sәrf etmәmişdir) 10-cu epizod - 2-ci Şirkәtdә tәyinatını bildirmәdәn vә xәzinә mәxaric orderlәri tәrtib etdirmәdәn özünün istifadәsindә olan açardan istifadә edib xәzinәdәn 73,350 manat götürüb şәxsi ehtiyaclarına sәrf etmişdir. - (cild 6, i.v. 142-150, cild 8, i.v. 87-114, i.v. 253-257) direktor şahid10 ifadәsi vә Bәraәt almış şәxs ilә üzlәşdirmәdә dindirmәsi (pul seyfinin 2 açarı olmuşdur vә açarlardan biri Bәraәt almış şәxs, digәri isә başmühasibdә olmuşdur. Baş mühasib mәxaric orderlәri hazırlamış vә borc tәyinatı ilә Bәraәt almış şәxs imzalatmış, lakin sonuncu 73,350 manatı qaytarmamışdır) - (cild 6, i.v. 129-140, cild 8, i.v. 87-114) mühasib şahid14 ifadәsi vә Bәraәt almış şәxs ilә üzlәşdirmәdә dindirmәsi (##.##.2018-##.##.2021-ci il tarixlәrdә 2-ci Şirkәtin xәzinәsindәn 13 dәfә 73,350 manat Bәraәt almış şәxs tәrәfindәn götürülmüşdür) 11-ci epizod - 2-ci Şirkәtin hesabından elektron qaimә faktura ilә (bundan sonra – “e-qaimә”) 7,400 manatı X11 hesabına köçürmüş vә ondan aldığı “plastik qapı vә pәncәrәlәri” özünә mәxsus olan bağ evindә istifadә etmişdir. - (i) (cild 1, i.v. 27) ##.##.2019-cu il tarixli, 4,500 manat dәyәrdә olan EBAE ****** nömrәli e-qaimә; (ii) (cild 1, i.v. 28) ##.##.2020-ci il tarixli, 2,900 manat dәyәrdә olan EBAE ****** nömrәli e-qaimә; (iii) (cild 1, i.v. 30) “xxxx”da olan hesabdan çıxarış (29.12.19-cu il tarixdә 4,500 manat X11 mәxsus AZƏRBAYCANBEYNƏLXALQ BANKInın Binәqәdi filialında olan hesaba köçürülmüşdür) (iv) (cild 1, i.v. 29) “xxxx”-da olan hesab üzrә ödәniş tapşırığı (##.##.2020-ci il tarixdә 2,900 manat X11 mәxsus AZƏRBAYCANBEYNƏLXALQ BANKInın Binәqәdi filialında olan hesaba köçürülmüşdür) - (cild 7, i.v. 113) Bәraәt almış şәxs etirafı (11.12.19-cu il tarixdә 4500 manat vә 2900 manat şirkәtin hesabından layihәlәrdә nәzәrdә tutulmadığı halda, plastik qapı vә pәncәrәlәr alınmışdır. Alınan mallar onun hәyat yoldaşına mәxsus olan Qala qәsәbәsindә yerlәşәn bağ evindә istifadә edilmişdir. Qeyd olunan materiallar Ibrahim adlı şәxsә mәxsus mağazadan alınmışdır) 12-ci epizod - 2-ci Şirkәtin hesabından 132,000 manatı “xxxx” MMC-nin (VÖEN: **********) hesabına köçürülmәsinә nail olmuş, hәmin vәsaitin 87,550 manatını xәzinәyә qaytarmış, lakin 44,950 manatı xәzinәyә mәdaxil etmәmişdir. - (cild 3, i.v. 24-25, cild 4 i.v. 21-27) 2-ci Şirkәtin xxxxnın Nәrimanov filialındakı hesab çıxarışı (132,000 manat ##.##.2021-ci il tarixdә “xxxx” MMC-nin “xxxx”dakı hesabına köçürülmüşdür) - (cild 6, i.v. 129-140, cild 8, i.v. 87-114) mühasib şahid14 ifadәsi vә Bәraәt almış şәxs ilә üzlәşdirmәdә dindirmәsi (2-ci Şirkәt tәrәfindәn “xxxx” MMC-yә 132,500 manat Bәraәt almış şәxs göstәrişinә әsasәn köçürülmüşdür) 13-cü epizod - 2-ci Şirkәtdә biznesin inkişafı mәqsәdi ilә 20,000 ABŞ dolları xәzinәdәn ona verilsә dә, şirkәtә qaytarmamışdır Ittihamın faktiki tәrәfindә 13 epizod üzrә cәmi ziyan 1-ci Şirkәtә münasibәtdә 362,459.54 manat, 2-ci Şirkәtә münasibәtdә isә 363,017.33 manat olmaqla 725,476.87 manat tәşkil etmişdir. Cinayәtin törәdilmәsi tarixi kimi ##.##.2017-##.##.2021-ci il tarix göstәrilmişdir. Zәrәrçәkmiş hüquqi şәxsin nümayәndәsi bildirmişdir ki, ilk növbәdә bәraәt hökmünün 1-ci dәlilinә qarşı qeyd edilmәlidir ki, Apellyasiya Mәhkәmәsinin mövqeyi vә hüquqi nәticәsi 3 vә 4-cü rәylәrә әsaslanmış, hәmin rәylәrlә auditor rәyi qeyri-mötәbәr sәnәd kimi dәyәrlәndirildiyindәn ittihamın tәsdiq edilmәmәsi nәticәsinә gәlinmişdir. 3-cü rәy әlavә suallar yaratmışdır. Belә ki, 3-cü rәyin etibarlılığını müәyyәn etmәk üçün aşağıdakı hallar aydınlaşdılmalı idi: (ı) ciddi maliyyә sәnәdlәrinin hansı sәnәdlәr hesab edilmәsi, anbar inventarizasiyasının audit dövrünә uyğunsuzluğun nәdәn ibarәt olması; (ıı) (ii) e-qaimәnin malların tәqdim olunmasını birbaşa tәsdiq edәn sәnәd olması, o cümlәdәn “xxxx”- ә aid olan 2 әdәd, “xxxx”-a aid olan 1 әdәd e-nәqliyyat qaimәsinin 2-ci Şirkәt tәrәfindәn “xxxx”a köçürülәn 132,000 manat üzrә malların tәqdim edilmәsini tәsdiq etmәsi; (ııı) (iii) “xxxx”ә aid olan YGB-lәrin cәmi dәyәrinin müәyyәn edilmәsi vә hәmin mәblәğin 1-ci Şirkәtә 72,300 ABŞ dolları dәyәrdә mal idxalını tәsdiq etmәsi; (ıv) (iv) 2017-2021-ci illәr üzrә mәnfәәt vergi bәyannamәsinin * nömrәli әlavәsinin 1.9-cu bәndindә pul vәsaitlәri vә xәrclәrә dair hissәdә “tәqdim edilmiş, silinmiş vә lәğv edilmişdir” hesabatlarının qeyd edilmәsinin, bәyannamәnin 233.5-ci bәndindә nağd qaydada bank hesablarından çıxarılmış pul vәsaiti üzrә tutulmuş sadәlәşdirilmiş vergi bәndindә hәr hansı nağdlaşdırılmış pul vәsaitin qeyd edilmәmәsinin audit rәyinin düzgünlüyünә tәsiri; (v) (v) 23,521.49 manatın mağaza, restoran vә digәr ticarәt obyektindә xәrclәnmәsinin korporativ maraqlarına uyğun istifadәsi barәdә nәticәyә gәlmәyә imkan vermәsi; (vı) (vi) “Çek kitabçası”nda (i) imza, tarix vә tәyinatın, (ii) bank çeklәrinin әslinin, (iii) kassa mәxaric orderlәrinin әslinin (surәtinin) vә (iv) bank hesabatlarının mövcud olmaması nağdlaşdırmanı tәsdiq etmәyә imkan vermәsi; 4-cü Rәy verilәrkәn ekspertlәr (i) hüquqi tәfsir aparmış, (ii) istinad edilәn normativ sәnәdin mәzmununu tәhrif etmiş, (iii) audit yoxlamasının bank hesabından çıxarışa әsaslana bilmәmәsini әsaslandıra bilmәmiş, (iv) anbar inventarizasiyasının audit yoxlamasının әhatә etdiyi dövrә uyğunsuzluğunu inventarizasi ilә bağlı zәruri sәnәdlәrin araşdırılmaması ilә әlaqәlәndirmiş, (v) auditor rәyi (1-ci Şirkәtin ##.##.2018- ##.##.2021-ci il tarixlәrdәki, 2-ci Şirkәtin isә ##.##.2018-##.##.2021-ci il tarixlәrdәki dövriyyәsinin yoxlanması) ilә inventarizasiya aktının araşdırma tarixlәrinin üst-üstә düşmәmәsi ilә әlaqәlәndirmәmiş, (vi) auditorun şәxsәn inventarizasiya aparması, cәmiyyәtin maddi-mәsul şәxslәri ilә birlikdә akt tәsdiqlәmәsinin hüquqi әsası izah etmәmişdir. (vii) Maliyyә hesabatında vә mәnfәәt vergi bәyannamәsindә gәlirdәn çıxılan xәrcin hansısa müqavilәlәrә (öhdәliklәrә) aid olması uydurulmuş, o cümlәdәn (viii) “xxxx”-ә köçürülәn 132.000 manatın, “xxxx”-ә köçürülәn 128,120.08 manatın gәlirdәn çıxılan xәrc kimi tanınması uydurulmuşdur. (ix) ##.##.2019-cu il tarixli *** nömrәli müqavilә ilә bağlı olaraq dәyәri 39,000 ABŞ dolları tәşkil edәn “işçilik xidmәti”nin gәlirdәn çıxılan xәrc kimi tanınması uydurulmuşdur. (x) Bank hesabatının hansı sәnәdi nәzәrdә tutması vә bunun hüquqi әsası izah olunmamışdır. (xi) “Çek kitabçası” üzrә vәsaitin nağdlaşdırılması istiqamәtindә araşdırma aparılmamış, izah edilmәmişdir ki, çek kitabçasında “tәsәrrüfat tәyinatı” qeydinin olmaması nağdlaşdırma rәqәminin hesablanmasına nә kimi maneә olur. Bu hallar ekspertlәrin dindirilmәsini şәrtlәndirmişdir. Bu sәbәbdәn apellyasiya baxışı zamanı X8 vә ekspert1 mәhkәmә tәrәfindәn dindirilmişdir. Ekspertlәr hәmin sualları konkret cavablandıra bilmәmiş vә ümumi sözlәrlә öz tәrtib etdiyi rәyi tәsdiq etmişlәr. Eyni zamanda, bildirmişlәr ki, mühasibat ekspertizasının predmetini Maliyyә Nazirliyinin Kollegiyasının ##.##.2016-cı il tarixli Q-** nömrәli qәrarı ilә tәsdiq edilmiş ciddi hesabat blankları, şәxsi uçot vәrәqәsi, e-qaimә, vergi bәyannamәlәri vә onların әlavәsi, habelә YGB mәlumatı kimi sәnәdlәr tәşkil edir, maddi-mәsul şәxslәrin izahatı, tәhvil-tәslim aktı, bank çıxarışı kimi sәnәdlәr hәmin tәdqiqatın әsasını tәşkil etmir. Rәylәrdә gәlinәn nәticәlәrin normativ әsası yoxdur 3-cü vә 4-cü rәylәrin hüquqi әsası müәyyәn edilmәdiyindәn vә ekspertlәrin şәxsi mülahizәsini (normativ sәnәdә düzgün istinadsız şәxsi fikrini) ifadә etdiyindәn hәmin rәylәr ittihamı tәkzib etmir. Ittihamı tәsdiq edәn bank çıxarışları, daxili qaimә vә e-çeklәr mühasibat ekspertizasının predmetini tәşkil etmir. Digәr tәrәfdәn, qeyd edilmәlidir ki, ittihamın statik sübutları (i) bank çıxarışlarından, (ii) anbar inventarizasiya aktı vә cәdvәlindәn, (iii) çeklәrdәn, (iv) sәsyazma, (v) mәhkәmәfonoskopik ekspertizasının ##.##.2022-ci il tarixli */**** nömrәli rәyindәn, (vi) daxili qaimәlәrdәn, (vii) ödәniş tapşırığı vә (viii) e-qaimәdәn ibarәtdir, hәmin sübutlardan 7-8cidәn başqa, qalanları mühasibat ekspertizasının predmetini tәşkil etmir. Bu isә ona dәlalәt edir ki, 1-6-cı sübutların, o cümlәdәn bank çıxarışının mötәbәrliyini mühasibat ekspertizasının rәyi tәkzib edә bilmәz. Digәr tәrәfdәn, bәraәt hökmündәn belә nәticә hasil olur ki, sanki ittiham yalnız auditor rәyinә әsaslanır vә hәmin rәy әsassız olduğu halda, ittiham tәkzib edilmiş sayılır. Halbuki, “Audit xidmәti haqqında” Qanunun 8-ci maddәsinә әsasәn auditor rәyi tәsәrrüfat subyektinin maliyyәtәsәrrüfat әmәliyyatlarının qanuniliyinә auditorun verdiyi qiymәti әks etdirәn hüquqi sәnәddir, yәni auditorun hüquqi mövqeyini әks etdirir vә hәmin rәyin әsassızlığı ittihama heç bir tәsir göstәrә bilmәz. Çünki ittiham tәkcә auditor rәyinә deyil, әsasәn birbaşa sübutlar kimi bu şikayәtin A qrafasında qeyd edilmiş bank çıxarışları, daxili qaimә vә e-çeklәrә, habelә şahid ifadәlәrinә әsaslanmışdır. Bәraәt almış şәxs 6 vә 11-ci epizodları etiraf etmişdir. Bununla yanaşı, qeyd edilmәlidir ki, 3-cü vә 4-cü rәylәri auditor rәyini vә hәmin rәyin әsaslandığı sübutları tәkzib etsәydi belә, bu hal, tam bәraәtә әsas verә bilmәzdi. Çünki 2 epizod faktlarla uzlaşan Bәraәt almış şәxs etirafı ilә tәsdiqlәnir. Belә ki, şahid16 1-ci Şirkәtin hesabına tәhvil verilmiş mal üzrә 47,526 manatın әldә edilmәsini, habelә 2-ci Şirkәtin hesabından e-qaimә ilә 7,400 manatın X11 hesabına köçürülmәsini vә ondan aldığı “plastik qapı vә pәncәrәlәri” özünә mәxsus olan bağ evindә istifadә edilmәsini Bәraәt almış şәxs etiraf etmişdir. Belәliklә, apellyasiya mәhkәmәsi iş üzrә yekun mәhkәmә aktı çıxararkәn 3-cü vә 4-cü rәylәri әsas götürә vә hәmin rәylәr әsasında hökm çıxara bilmәz. Hәmin rәylәrin әsas götürülә bilmәmәsi isә işdә olan digәr sübutlar, o cümlәdәn 1-ci vә 2-ci rәylәr vә hәmin rәylәrin әsaslandığı hazırki şikayәtin A qrafasında tәsvir edilmiş birbaşa sübutlar әsasında qәrar çıxarılmasını şәrtlәndirir. 3 vә 4-cü rәy mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş hüquqi qüvvәyә malik olmuş, hәmin rәylәrә digәr materiallara nisbәtdә mәhkәmә daha çox әhәmiyyәt vermiş, sübutların düzgün qiymәtlәndirmәdәn qanunsuz vә әsassız bәraәt hökmü çıxarmışdır. Halbuki, mәhkәmә ekspert rәyi ilә müәyyәn edilmiş nәticәni (i) bank çıxarışları, (ii) anbar inventarizasiya aktı vә cәdvәli, (iii) e-çeklәr, (iv) sәsyazma, (v) mәhkәmә-fonoskopik ekspertizasının ##.##.2022-ci il tarixli */**** nömrәli rәyi, (vi) daxili qaimәlәr, (vii) ödәniş tapşırığı vә (viii) e-qaimәlәr, habelә (ix) Bәraәt almış şәxs etirafedici ifadәlәri ilә müqayisәli tәdqiq etsәydi, müәyyәn edәrdi ki, hәqiqәtәn dә Bәraәt almış şәxs ittiham hökmündә tәsvir edilәn 11 epizod әmәli törәtmişdir vә o, haqlı olaraq CM-in 179.4-cü maddәsindә tәqsirli bilinәrәk ona cәza tәyin edilmişdir. Apellyasiya Mәhkәmәsi bәraәt hökmündә gәlinәn nәticәnin düzgünlüyünә әhәmiyyәtli tәsir göstәrәn yuxarıda qeyd edilmiş sübutları nәzәrә almamış, tövsifә aid hissәdә ittiham hökmünün dәyişdirilmәdәn saxlanılması haqqında qәrar çıxarmaq әvәzinә, qeyri-mötәbәr sübut әsasında işin faktiki halları barәdә sәhv nәticәyә gәlәrәk qanunsuz vә әsassız olaraq bәraәt hökmü çıxarmışdır. 2-ci dәlilә qarşı әks dәlil. Mәhkәmәnin normayaratma sәlahiyyәti yoxdur. Bәraәt hökmünün 2-ci dәlilinә qarşı qeyd edilmәlidir ki, Maliyyә Nazirliyinin Kollegiyasının ##.##.2016-cı il tarixli Q-** nömrәli qәrarı ilә tәsdiq edilmiş ciddi hesabat blanklarının ciddi maliyyә sәnәdlәri adlanmasının heç bir hüquqi әsası yoxdur, Apellyasiya Mәhkәmәsi isә ciddi maliyyә sәnәdlәrinin ciddi hesabat blankı hesab edilmәsi barәdә sәhv nәticәyә gәlmişdir. Mәhkәmә 4-cü rәydәn köçürdüyü sәnәdlәri tәhlil etmәdәn bәraәt hökmünün 82-ci sәhifәsindә ciddi hesabat blankı olmasını göstәrmişdir. 3-cü dәlilә qarşı әks dәlil. Anbar inventarizasiyası audit yoxlamasının әhatә etdiyi dövrә tam uyğundur. Bәraәt hökmünün 3-cü dәlilinә qarşı qeyd edilmәlidir ki, auditor rәyinin әsaslandığı anbar inventarizasiya aktının audit yoxlamasının aparıldığı dövrü (##.##.2022-##.##.2022ci il tarixlәri) әhatә etmәmәmәsi barәdә gәlinәn nәticә dә 4-cü rәyin nәticәsinә әsaslanır. Belә ki, 4-cü rәydә qeyd edilir ki, auditor rәyi auditorun şәxsәn iştirak etdiyi inventarizasiya aktına әsaslanmır, “Aktivlәrin vә öhdәliklәrin inventarizasiyası Qaydaları”na әsasәn auditor şәxsәn inventarizasiya aparmalı vә inventarizasiya aktı tәrtib etmәli idi. Inventarizasiya dövrü üzrә zәruri sәnәdlәrin araşdırılması inventarizasiyanın audit dövrünü әhatә etmәsidir. Göründüyü kimi, ekspertlәr suala adekvat olmayan cavab vermiş, inventarizasiya dövrünün audit dövrünә uyğunluğunu inventarizasiya üçün zәruri sәnәdlәrin araşdırılması kimi izah vermişdir. Halbuki, dövrlәrin uyğunluğu tәlәb edir ki, hәr 2 sәnәd üzrә araşdırma tarixlәrinin üst-üstә düşmәsi yoxlanılsın. Inventarizasiya üçün zәruri sәnәdlәrin araşdırılmaması isә inventarizasiya aktının әsassızlığının göstәricisi ola bilәrdi. Belә cavabın verilmәsi ondan xәbәr verir ki, dövrlәrin uyğunluğu sadә riyazi bilik әsasında hәr 2 sәnәd üzrә araşdırma tarixlәrinin üstüstә düşmәsinә cavab vermәklә bağlıdır. Çünki auditor rәyi 1-ci şirkәtin ##.##.2018-##.##.2021-ci il tarixlәrdәki, 2-ci şirkәtin isә ##.##.2018- ##.##.2021-ci il tarixlәrdәki dövriyyәsinin qanunauyğunluğunun yoxlanmasını әhatә edir. Yәni hәmin rәylәrdәn heç biri ##.##.2022-##.##.2022-ci il tarixlәrdәki dövriyyәnin qanunauyğunluğunun yoxlanmasını nәzәrdә tutmur. 1-ci şirkәtә aid hissәdә olan auditor rәyi ##.##.2021-ci il tarixli anbar inventarizasiya aktına әsaslanır ki, bu akt da әsaslı olaraq ##.##.2018-##.##.2021-ci il tarixlәrdәki dövriyyәyә aid olaraq tәrtib edilmişdir. Bu isә o demәkdir ki, auditor rәyi ##.##.2021-ci il tarixdә rәsmilәşdirilәn inventarizasiya nәticәlәrinә verilәn qiymәti dә әks etdirir. 4-cü dәlilә qarşı әks dәlil. Hәr hansı normativ sәnәd auditor rәyinin әsaslanmalı olduğu sәnәdlәri mәhdudlaşdırmır. X25 ##.##.1997-ci il tarixli **A nömrәli әmri ilә tәsdiq edilmiş “Auditorun yekun sәnәdlәrinin 9-cu hissәsi tәkmillәşdirilmiş auditor rәyinin özündә әvvәlki auditorun rәylәrinә aid olan araşdırmaları da birlәşdirdiyini әks etdirir. Bu o demәkdir ki, Auditor Rәyi әvvәlki (##.##.2021-ci il tarixli) audit rәyinin әsasında dayanan sәnәdlәr әsasında keçirilә bilәr vә belә nәticә düzgün vә әsaslıdır. Bununla belә, Bәraәt almış şәxs әleyhinә ifadә vermiş anbardar şahid13 vә sürücü şahid11 ifadәlәrini mәhkәmә qәrәzli hesab etsә dә, qәrәzliliyә dair heç bir fakta istinad etmәmiş, obyektiv daxili inamı (faktlara әsaslanan inam) әsasında deyil, subyektiv daxili inamı (şәxsi istәyi) әsasında nәticәyә gәlmişdir ki, bu fakt (fakta istinad etmәdәn müәyyәn nәticәyә gәlmәk) hakimin qәrәzli akt çıxarmasının göstәricisidir. 5-ci dәlilә qarşı әks dәlil. Apellyasiya Mәhkәmәsi Bәraәt almış şәxs ibtidai istintaqdaki ifadәsini mәhkәmәdә inkar etmәsinin motivini aydınlaşdırmamışdır. Tәsvir edilәnlәrlә yanaşı, qeyd edilmәlidir ki, tәqsirlәndirilәn şәxsin (mәhkumun) mәhkәmә baxışı zamanı ifadәlәrini dәyişmәsi yalnız yeni inkaredici ifadәlәrindәki dәlillәr әsasında mәhkәmәnin nәticәyә gәlmәsinә әsas ola bilmәz. Belә ki, mәhkәmә tәrәfindәn mәhkәmә istintaqında toplanmış sübutlara tәnqidi yanaşılmalı, tәqsirlәndirilәn şәxsin ibtidai istintaqdan fәrqli ifadә vermәsinin motivi aydınlaşdırılmalı, inkaredici ifadәdәki dәlillәr digәr sübutlarla birlikdә tәdqiq edilmәli vә tәqsirlәndirilәn şәxsin yalan ifadә vermәlәri ifşa edilmәli, mәhkәmәyәdәk icraat zamanı verdiklәri ifadәlәri әsasında ittiham hökmü çıxarılmalıdır. Bu baxımdan ibtidai istintaqda verilәn ifadәlәr digәr sübutlarla müqayisә edilib qiymәtlәndirilmәzsә vә onlara әhәmiyyәt verilmәzsә, yәni faktiki olaraq rәdd edilmәsinin motivlәri hökmdә göstәrilmәzsә, ibtidai istintaqın ifadәlәrini cinayәt işi üzrә icraatın gedişindә yolverilmәz sübutlar hesab edә bilmәzsә, vә sübutların siyahısından xaric edә bilmәzsә, hәmin sübutları da faktiki mәhkәmә istintaqında tәdqiq edilmiş sayılmalı vә müvafiq ittiham hökmü çıxarılmalıdır. Yalnız bu halda, mәhkәmәnin ittiham hökmü әsaslı hesab edilә vә CPM-in 349.5.1-ci maddәsinin hәqiqi tәlәbinә uyğun hesab edilә bilәr. Apellyasiya Mәhkәmәsi isә mәhkәmә istintaqı zamanı әldә edilmiş sübutları ibtidai istintaqın sübutları ilә birlikdә tәdqiq etmәmiş, Bәraәt almış şәxs istintaq zamanı verdiyi ifadәlәrinin faktiki rәdd etmәsinin motivlәrini göstәrmәdәn sübutları düzgün qiymәtlәndirmәmiş, işin faktiki halları barәdә sәhv nәticәyә gәlәrәk qanunsuz vә әsassız bәraәt hökmü çıxarmışdır. 6-7-ci dәlillәrә qarşı әks dәlil. şahid6 vә şahid15 ifadәlәri ittihamın hәr hansı epizodunun birbaşa sübutu olmadığından hәmin ifadәlәr qeyri-mötәbәr hesab edilsә belә, ittihama mәnfi tәsir göstәrә bilmәz. Göstәrilәnlәrlә yanaşı, şahid6 ifadәsini Apellyasiya Mәhkәmәsi tәhrif etmişdir. Belә ki, o, mәhkәmә istintaqı zamanı ifadәsindә göstәrmişdir ki, müstәntiqә hadisәlәri eşitdiyini, lakin heç nә görmәdiyini bildirmişdir. Apellyasiya Mәhkәmәsi isә onun ifadәsini tәhrif edәrәk guya o, Bәraәt almış şәxs qarşı irәli sürülmüş ittihamda cinayәt hәrәkәti görmәdiyini bildirmәsi kimi qәlәmә vermişdir. Digәr tәrәfdәn, şahid6 belә mәzmunda ifadә vermәsi Bәraәt almış şәxs törәtdiyi әmәlin cinayәt olmasını aradan qaldırmır. Çünki CM-in 179.4-cü maddәsindә nәzәrdә tutulmuş mәnimsәmә cinayәti barәdә nәticә hüquqi qiymәtlәndirmә tәlәb edәn mәsәlәdir vә cinayәt prosesi iştirakçılarının vә ya cinayәt prosesindә iştirak edәn digәr şәxslәrin mülahizәsi әsasında deyil, iş üzrә toplanmış sübutlar әsasında müәyyәn edilә bilәr. Cinayәt tәqibini hәyata keçirmәk, o cümlәdәn hüquqi tövsif aparmaq sәlahiyyәti yalnız tәhqiqatçı, müstәntiq, prokuror vә mәhkәmәyә aiddir (CPM, 7.0.4, 84.5.7, 224.1 vә 318.1-ci maddәlәr). Mәhkәmә dә tәrәflәrin hüquqi qiymәtindәn asılı deyil vә “iura novit curia” – “mәhkәmә hüququ bilir” hüquqi prinsipinә әsasәn hüquqi qiymәtlәndirmәni mәhkәmә maddi vә ya prosessual hüquq normalarına uyğun olaraq aparır (Konstitusiya Mәhkәmәsi Plenumunun ##.##.2011-ci il tarixli qәrarındakı hüquqi mövqe). Bununla belә, qeyd edilmәlidir ki, şahid6 ifadәsi qeyri-mötәbәr hesab edilsә belә, onun ifadәsi heç bir epizoda, o cümlәdәn 1-ci epizoda tәsir göstәrmişdir, birbaşa sübuti әhәmiyyәtә malik olan sübut deyil. Çünki 1-ci epizod tәsisçi şahid2 Ənvәr oğlu, mühasib şahid14, anbardar şahid13 vә logistik şahid6 iştirakı ilә tәrtib edilmiş ##.##.2021-ci il tarixli anbar inventarizasiya aktı vә cәdvәlinә (anbarda 76082,62 manat çatışmazlıq aşkarlanması), anbardar şahid13 ifadәsi vә Bәraәt almış şәxs ilә üzlәşdirmәdә dindirmәsinә, habelә şahid11 ifadәsi vә onun Bәraәt almış şәxs ilә üzlәşdirmәdә dindirmәsinә әsaslanır. O, da qeyd edilmәlidir ki, şahid15 ifadәsinin işin hansı hallarına uyğun gәlmәmәsi dә әsaslandırılmamış, bu barәdә Apellyasiya Mәhkәmәsinin özü tәrәfindәn qәrәzli olan sәhv nәticәyә gәlinmişdir. Bununla belә, şahid15 ifadәsi dә qeyri-mötәbәr hesab edilsә belә, ittiham tәkzib edilә bilmәz. Çünki onun ifadәsi hәr hansı epizodun birbaşa sübutu qismindә çıxış etmir. Eyni zamanda, onun ifadәsindә hәr 2 şirkәt xәzinәsinin ayrılıqda vә yaxud bir yerdә olmasından, xәzinәdә hәr bir şirkәtә aid seyf olmasından mәlumatlı olmamasını göstәrmәsi ifadәsinin әsas götürülmәmәsinә sәbәb ola bilmәz. Çünki qeyd edilәn mәzmunda ifadә dә ittihama heç bir tәsir etmir vә ittihamı tәkzib etmir. Göründüyü kimi, şahidin ifadәsinin elektron texnikasından istifadә etmәklә tәrtib edilmәsi istisna edilmir vә şahidin ifadәsini әlyazma üsulu ilә vermәk barәdә xahişi olmadıqda dindirmә protokolu elektron texnikasından istifadә etmәklә tәrtib edilir. Iş üzrә şahid15 ifadәsini әlyazma üsulu ilә vermәk barәdә xahişi olmadığından komputer vasitәsi ilә onun ifadәsinin alınması prosessual qanunvericiliyә uyğundur vә bu sәbәbdәn onun ifadәsinin qәrәzli olaraq ittihama uyğunlaşdırılması barәdә gәlinәn nәticә mәntiqsiz vә әsassızdır. Rәdd qәrarı lәğv edildikdәn sonra hәmin mәsәlә üzrә yeni qәrar çıxarılmasına yol verilir. Bundan başqa, Apellyasiya Mәhkәmәsi belә bir nәticә gәlmişdir ki, Bәraәt almış şәxs barәsindә 4 dәfә cinayәt işinin başlanmasının rәdd edilmәsinә dair qәrar qәbul edildiyi halda, eyni müstәntiq tәrәfindәn sonradan cinayәt işi başlanması faktı şahid15 istintaqda verdiyi ifadәsinin onun iradәsini ifadә etmәdiyindәn xәbәr verir. Halbuki, rәdd qәrarı lәğv edildikdәn sonra fakta görә ##.##.2022-ci il tarixdә CM-in 179.3.2-ci maddәsi ilә cinayәt işi başlanması haqqında qәrar qәbul edilmәsi CPM-in 65.1-ci maddәsinә uyğundur. Çünki hәmin maddәyә әsasәn cinayәt prosesini hәyata keçirәn orqanın lәğv edilmәmiş qәrarı hәmin mәsәlә üzrә yeni qәrar çıxarılmasına yol vermir. Bu isә onu göstәrir ki, cinayәt işinin başlanması rәdd edilmәsi haqqında qәrar lәğv edildikdәn sonra hәmin mәsәlә üzrә yeni qәrar çıxarılmasına yol verilir. Bu baxımdan müstәntiqin prosessual qaydaya uyğun davranışı heç bir halda onun qәrәzliliyinin göstәricisi kimi dәyәrlәndirilә bilmәz. 8-ci dәlilә qarşı әks dәlil. Tәsvir edilәnlәrlә yanaşı, qeyd edilmәlidir ki, 4-cü rәydә göstәrilir ki, “çek kitabçası”nda (i) imza, tarix vә tәyinatın, (ii) bank çeklәrinin әslinin, (iii) kassa mәxaric orderlәrinin әslinin (surәtinin) vә (iv) bank hesabatlarının mövcud olmaması bank hesablarından 2019-2021-ci illәrdә vәsaitin yalnız nağdlaşdırmasını tәsdiq etmәyә imkan vermir, bunun üçün “tәsәrrüfat tәyinatı” qeyd edilmiş “çek kitabçası” zәruridir. Lakin hәmin suala cavabın әsaslandırma hissәsindә qeyd edilir ki, bank hesablarından 2019-2021-ci illәrdә vәsait nağdlaşdırmasını o halda araşdırıla bilәr ki, qeyd edilәn dövr üzrә nağdlaşdırılmış pul vәsaitinin “çek kitabçası” kötüyü ilә birlikdә әsillәri, bankdan mәxaric edilmәsinә dair kassa mәxaric orderlәrinin әsillәri vә bu әmәliyyatların hәrәkәtinә dair alt sәnәdlәr (çek vә hәmin çekә dair bank kassa mәxaric orderi) tәqdim edilsin. Göründüyü kimi, ekspertlәr bir halda, çek kitabçasının nağdlaşdırmanı tәsdiq etmәyә imkan vermәdiyini qeyd edir, digәr halda isә, vәsaitin nağdlaşdırılması üzrә araşdırma aparılmır. Bu isә ondan xәbәr verir ki, ekspertlәr hәmin suala ümumiyyәtlә cavab vermәkdәn boyun qaçırmışdır. Digәr tәrәfdәn qeyd edilmәlidir ki, “çek kitabçası” vasitәsilә suala aşkar cavabın verilmәsi mümkün olduğu halda, bunun edilmәmәsi vә tәdqiqat üçün zәruri olmayan sәnәdlәrin tәlәb edilmәsi ekspertlәrin qәrәzliliyindәn xәbәr verir. Belә ki, ekspertә ünvanlanan sual yalnız “tәsәrrüfat tәyinatı” qeyd edilmiş “çek kitabçası” vasitәsilә 2019- 2021-ci illәrdә nә qәdәr vәsait nağdlaşdırmasından ibarәt olmuş, nağdlaşdırılan vәsaitin xәrc istiqamәtinin aydınlaşdırılmasından, o cümlәdәn sonrakı hәrәkәtindәn ibarәt olmamışdır. Bu isә ekspertlәr tәrәfindәn 4-cü rәyin elә formada tәrtib edilmәsindәn xәbәr verir ki, Bәraәt almış şәxs әmlak çatışmazlığına görә ittiham edilmәsi mümkün olmasın. Əslindә isә 2-ci epizodun (120,490 manatın bank hesabından götürülüb xәzinәyә mәdaxil edilmәmәsinin) tәsdiqi üçün (i) “xxxx” QSC-dә olan, (ii) “xxxx” ASC-dә olan vә (iii) “xxxx” ASC-dә olan bank hesablarından çıxarışlar, 6 әdәd çek, yәni (iv) 8,956 manat dәyәrdә ##.##.2019-cu il tarixli ****** nömrәli çek, (v) 26,000 manat dәyәrdә ##.##.2019-cu il tarixli ***** nömrәli çek, (vi) 5,847 manat dәyәrdә ##.##.2019-cu il tarixli ****** nömrәli çek, (vii) 30,000 manat dәyәrdә ##.##.2020-ci il tarixli ****** nömrәli çek, (viii) 5,807 manat dәyәrdә ##.##.2021-ci il tarixli ****** nömrәli çek vә (ix) 4,910 manat dәyәrdә ##.##.2021-ci il tarixli ********** nömrәli çeklә uzlaşan (x) baş mühasib şahid14 vә Bәraәt almış şәxs sürücüsü (xi) şahid11 ifadәlәri kifayәtdir. Belә ki, 6 әdәd çeklә 81,520 manat pulun çıxarılması tәsdiq edilsә dә, digәr hissәdә (120,490-81,520=38,970 manat) vәsaitin hesabdan çıxarılması qeyd edilәn 3 bank hesabından çıxarışla tәsdiq edilmişdir. Qeyd edilәn çeklәrin qorunub saxlanmaması o demәk deyildir ki, hәqiqәtәn dә 38,970 manat üzrә çek әmәliyyatı aparılmamış vә bank hesabından hәmin vәsait nağdlaşdırılmamışdır. Əksinә, 38,970 manat üzrә çek әmәliyyatının aparılaraq bank hesabından vәsait nağdlaşdırılması 3 bank hesabından çıxarışla tәsdiq edilir. Bu baxımdan ekspert rәylәri ilә biznes kartlarından nә qәdәr vәsaitin şәxsi istifadә tәyinatı üzrә xәrclәnmәsinin vә bank hesablarından “tәsәrrüfat tәyinatı” qeyd edilmiş “çek kitabçası" vasitәsilә 2019-2021-ci illәrdә nә qәdәr vәsait nağdlaşdırılmasının müәyyәn edilmәmәsi heç bir halda 2-ci (1-ci Şirkәtin bank hesabından 120,490 manat götürülmәsi vә kassaya mәdaxil edilmәmәsi), 7-ci (1-ci Şirkәtin biznes kartından 39,757.92 manatın başqa karta köçülmәsi) vә 9-cu epizodun (2-ci Şirkәtin biznes kartından 24,197.33 manatın şәxsi mәqsәd üçün xәrclәnmәsi) әsassız olmasına dәlalәt etmir vә hәmin ekspert rәyinin qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur, hәmin rәy digәr sübutlarla yanaşı qiymәtlәndirilmәli idi. Buna baxmayaraq, hәmin rәylәrin Apellyasiya Mәhkәmәsi üçün qabaqcadan müәyyәn edilmiş hüquqi qüvvәsi olmuşdur, hәmin rәylәrә digәr materiallara nisbәtdә Apellyasiya Mәhkәmәsi daha çox әhәmiyyәt vermiş, sübutların düzgün qiymәtlәndirmәdәn qanunsuz vә әsassız bәraәt hökmü çıxarmışdır. 9-10-cu dәlillәrә qarşı әks dәlil. Işin Bәraәt almış şәxs әleyhinә hәllindә şahid14, şahid11 vә«xxxx» Şirkәtinin maraqlı olması heç bir fakta әsaslanmır. Hәmçinin, qeyd edilmәlidir ki, mühasib şahid14 vә sürücü şahid11 ifadәlәrinin 3-4-cü rәylәrlә uyğunsuzluğun motivlәri izah edilmәmiş, hәmin uyğunsuzluğun nәdәn ibarәt olması göstәrilmәdәn hәmin ifadәlәr әsassız olaraq qeyri-mötәbәr sayılmışdır. Digәr tәrәfdәn, hәmin ifadәlәrin, hәm dә «xxxx» Şirkәtinin ##.##.2021-ci il tarixli mәktubunun ekspert rәylәri ilә uzlaşmaması hәmin ifadә vә sәnәdlәrin qәrәzliliyinin göstәricisi kimi düzgün qiymәtlәndirilmәmişdir. Çünki qәrәzlilik işin hәr hansı tәrәfin xeyrinә hәllindә marağı (rәğbәt, üstün tutma vә ya meylliliyi) ifadә edir ki, mühasib şahid14 vә sürücü şahid11 «xxxx» Şirkәtinin 1-ci vә 2-ci Şirkәtin xeyrinә, Bәraәt almış şәxs isә әleyhinә hәllindә maraqlı olması heç bir fakta әsaslanmır. Əksinә, hәr hansı fakta әsaslanmadan şahid14 vә şahid11 ifadәlәrinin, habelә «xxxx» Şirkәtinin mәktubunun qәrәzli qiymәtlәndirilmәsi mәhkәmәnin özünün qәrәzliliyini (subyektivliyini) birbaşa sübut edәn faktlardır. 11-ci dәlilә qarşı dәlil. Işin Bәraәt almış şәxs әleyhinә hәllindә şahid4 vә şahid5 maraqlı olmasını tәsdiq edәn heç bir fakt mövcud deyil. Göstәrilәnlәrlә yanaşı, şahid4 vә şahid5 Bәraәt almış şәxs ilә münasibәtlәrinә (rәsmi vә qeyri-rәsmi münasibәtlәrә) son qoyulması, Bәraәt almış şәxs әldә etdiyi vәsaiti xәrclәmәsini tәsdiq edәn sәnәdlәrin tәqdim edilmәmәsi onların ifadәlәrinin heç bir halda qәrәzli olması kimi dәyәrlәndirilә bilmәz. Şahidlәrin Bәraәt almış şәxs ilә qәrәzli olmasının yeganә göstәricisi onların işin hәmin şәxsin әleyhinә hәllindә maraqlı olmasını tәsdiq edәn faktların mövcudluğu ola bilәr ki, belә faktlar iş üzrә müәyyәn edilmir. Bununla belә, şahid4 hәm ibtidai istintaq zamanı, hәm dә mәhkәmә istintaqı zamanı ifadәsindә göstәrmişdir ki, Bәraәt almış şәxs onların birgә istifadә etdiyi mәnzil vә bağ evinin pulunu Heydәr vermiş, evin kirayә qiymәti 700 manat, bağ evinin isә 3,000 manat tәşkil etmişdir. Heydәr ona mütәmadi olaraq pul vәsaitlәri vermiş, hәmçinin sonuncu öz istifadәsindә olan bank kartından onun istifadәsindә olan “xxxx” ASC-yә mәxsus **************** nömrәli kartına pul vәsaiti göndәrmişdir. Münasibәtdә olduqları müddәtdә Heydәr tәxminәn 100.000 manat xәrclәmişdir (Ittiham Hökmünün 41-43-cü sәhifәlәri, habelә cild 9, i.v. 15-19). Ibtidai istintaq zamanı ifadә verәn şahid5 da Bәraәt almış şәxs 1-ci vә 2-ci Şirkәtdә işlәdikdәn sonra dәbdәbәli hәyat sürdüyünü, o cümlәdәn şahid4 xeyli vәsait xәrclәdiyini göstәrmiş, bağ evinin inşası zamanı 1-ci Şirkәtә mәxsus mallardan (lüstr, spot, kabel vә tәhlükәsizlik kameralarından) istifadә etdiyini bildirmişdir. (Cild 9, i.v. 3-9). Hәmin ifadәlәrin hәqiqiliyi tәkzib edilmәdәn heç bir әsas olmadan onların mötәbәrliyi şübhә altına alınmış vә ifadә verәn şәxslәrin qәrәzli olması barәdә Apellyasiya Mәhkәmәsi tәrәfindәn mәntiqsiz vә әsassız nәticәyә gәlinmişdir. Halbuki, 10-cu epizodu tәsdiq edәn sübutlar (xxxx”da olan hesabdan çıxarış, “xxxx”da olan hesab üzrә ödәniş tapşırığı, 2 әdәd e-qaimә vә Bәraәt almış şәxs etirafı) X11 alınmış 7,400 manat dәyәrdә “plastik qapı vә pәncәrәlәri”in Bәraәt almış şәxs tәrәfindәn özünә aid bağ evindә istifadә edildiyini tәsdiq edir. Apellyasiya Mәhkәmәsi izah etmәmişdir ki, Bakı Apellyasiya Mәhkәmәsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrәli qәtnamәsindә tәsvir edilәn hansı hal şahid5 Bәraәt almış şәxs ilә qәrәzli olmasından xәbәr verir. 12-ci dәlilә qarşı әks dәlil. Bәraәt hökmünün 12-ci dәlilinә qarşı qeyd edilmәlidir ki, «xxxx», şirkәtinin ##.##.2021-ci il tarixli mәktubunun hәqiqliyini şübhә altına alacaq heç bir dәlil olmadan Apellyasiya Mәhkәmәsi әsassız olaraq hәmin sәnәdi qeyri-mötәbәr saymışdır. Halbuki, 3-cü epizodun tәsdiq edilmәsi üçün «xxxx», şirkәtinin ##.##.2021-ci il tarixli mәktubu (9,500 ABŞ dollar ödәnmiş, 20,657.12 ABŞ dollar borc qalmışdır) kifayәt etdiyindәn sübutların kifayәt etmәsi qaydasının tәlәblәri baxımından digәr sәnәdlәrin toplanmasına lüzum olmamışdır. 13-15-ci dәlillәrә qarşı әks dәlil. Bәraәt almış şәxs şirkәt adından әldә edilәn vәsaitin şirkәtin tәsәrrüfat xәrclәrinә yönәltmәyә nә 1-ci, nә dә 2-ci Şirkәtin tәsisçisi razılıq vermәmişdir. Bir daha vurğulanmalıdır ki, heç bir normativ sәnәddә ciddi maliyyә sәnәdi termini nәzәrdә tutulmamış, hәmin termin ekspertlәrin uydurmasına әsaslanmışdır. Hesabdan çıxarış vә kart әmәliyyatlarına dair mәlumatların sübuti әhәmiyyәt kәsb etmәsini istisna edәn hәr hansı müddәa mövcud deyil. şahid16 Bәraәt almış şәxs verdiyi 47,526 manat mәblәğin 9,220 manat hissәsinin eçeklә tәsdiq edilmәsi, onun ifadәsinin qәrәzliliyinin göstәricisi kimi qiymәtlәndirilә bilmәz, hәmin e-çeklәr borcun qalıq hissәsini (47,526-9,220=38,306 manat) inkar edә bilmәz. Çünki anbardar şahid13 ifadәsindә vә Bәraәt almış şәxs ilә üzlәşdirmәdә göstәrmişdir ki, Bәraәt almış şәxs tapşırığına әsasәn şirkәtdәn 48,581 manat dәyәrdә kamera vә DVR avadanlıqlarını şahid16 qaimә әsasında vermişdir (cild 6, i.v. 165-167, cild 8, i.v. 151-161). şahid16 da ifadәsindә vә Bәraәt almış şәxs ilә üzlәşdirmәdә ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020 vә ##.##.2021-ci il tarixlәrdә 48,581 manat dәyәrdә “xxxx” markalı videomüşahidә avadanlıqlarını şirkәtin daxili qaimәsi әsasında nisyә olaraq tanışları Sadıqzadә Bәxtiyar vә Rәhimov Rahim vasitәsilә götürdüyünü, bunun müqabilindә Bәraәt almış şәxs 2020-2021-ci illәr әrzindә hissә-hissә nağd şәkildә şәxsәn, hәmçinin **************** nömrәli “UMICO” kartına özünün istifadәsindә olan “xxxx”-dan alınmış **************** nömrәli kartla, yaxud “EMANAT” ödәmә sistemi ilә ödәdiyini qeyd etmişdir (cild 7, i.v. 19-23, cild 8, i.v. 142-145). Bәraәt almış şәxs da üzlәşmәsi zamanı etiraf etmişdir ki, şәxsәn әlbәәl şahid16 pul almışdır (cild 8, i.v. 142-145). Bu baxımdan digәr sübutlarla uzlaşan şahid16 ifadәsi düzgün qiymәtlәndirilmәmiş, işin faktiki halları üzrә sәhv nәticәyә gәlinmişdir. Yuxarıda qeyd edilәn ifadәlәrlә ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020 vә ##.##.2021-ci il tarixli daxili qaimәlәrin uzlaşması onu tәsdiq edir ki, hәmin qaimәlәr formal deyil, hәqiqi olmuşdur. Bu baxımdan hәmin qaimәlәr dә düzgün qiymәtlәndirilmәmiş vә işin faktiki hallarına uyğun olmayan nәticәyә gәlinmişdir. Bununla yanaşı, 1-ci epizod üzrә 76,082.62 manat dәyәrdә «xxxx», «HIKVISION» «EZVIZ» markalı müşahidә kameralarının әskik gәlmәsinin 5-ci epizodu (anbardan 48,581 manat mәblәğdә kamera vә DVD avadanlıqlarının götürülmәsi) tәkzib etmәsi barәdә dә sәhv nәticәyә gәlinmişdir. Çünki әskikgәlmә onu nәzәrdә tutur ki, rәsmi sәnәdlәr әsasında müәyyәn sayda anbarda mal olmalı olduğu halda, faktiki olaraq yerindә daha az sayda mal qalığı mövcuddur, hansı ki, 5-ci epizod anbarda mal çatışmazlığını deyil, satılmış mala görә Bәraәt almış şәxs әldә etdiyi vәsaiti 1-ci Şirkәtә mәdaxil etmәmәsini nәzәrdә tutur. Bu da 1-ci epizodla 5-ci epizodun bir-birini tәkzib etmәsi barәdә gәlinәn nәticәnin sәhv olmasını göstәrir. Bununla belә, hesabdan çıxarışda köçürülmәlәr üzrә hesab nömrәsi sәtrindә olan “Heydәr borc” yazıları şahid16 Bәraәt almış şәxs borcunun ödәnilmәsini tәsdiq edir ki, hәmin ödәnilmiş pulların isә sonuncu tәrәfindәn şirkәtә mәdaxil etmәsinә dair sübutların mövcud olmaması onun hәmin vәsaiti mәnimsәmәsi barәdә nәticәyә gәlmәyә әsas verir. Hәmçinin qeyd edilmәlidir ki, Bәraәt almış şәxs hәr 2 şirkәtә qarşı ofis icarә haqqı vә kommunal ödәnişlәri tәşkil edәn pul tәlәbinә dair e-*(***)-***/**** nömrәli mülki iş üzrә iddiası sübut edilmәdiyindәn Bakı şәhәri Sәbail Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәtnamәsi ilә rәdd edilmişdir. Hәmin qәtnamә Bakı Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrәli qәtnamәsi, sonuncu qәtnamә isә Ali Mәhkәmәnin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrәli qәrarı ilә dәyişdirilmәdәn saxlanmışdır. Bu fakt Bәraәt almış şәxs hәr 2 şirkәtә qarşı debitor borcunun olması barәdә dәlillәri tam tәkzib edir. Bundan başqa, Bәraәt almış şәxs şirkәt adından әldә etdiyi vәsaiti şirkәtin tәsәrrüfat xәrclәrinә yönәltmәyә 1-ci vә 2-ci şirkәtin tәsisçisinin razılıq vermәsi heç bir faktla tәsdiq edilmir. Bu hallar Bәraәt almış şәxs şahid16 әldә etdiyi pulun mühasibin vә şirkәt rәhbәrinin razılığı ilә şirkәtlәrin tәsәrrüfat vә aylıq maaşlarının xәrclәrinә ödәnilmәsini tam tәkzib edir. Bakı Apellyasiya Mәhkәmәsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrәli qәtnamәsi vә hәmin qәtnamәni qüvvәdә saxlayan Ali Mәhkәmәnin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli 2(102) – ****/**** nömrәli qәrarı ilә Bәraәt almış şәxs birgә kreditor kimi 156,000 manatın yarısının, yәni 78,000 manatın 2-ci Şirkәtdәn tәlәb etmәk hüququ tanınmışdır. Hәmin mәhkәmә aktlarında hansı dәlillәrin Bәraәt almış şәxs şirkәt adından әldә etdiyi vәsaiti şirkәtin tәsәrrüfat xәrclәrinә yönәltmәyә 1-ci vә 2-ci şirkәtin tәsisçisinin razılıq vermәsi izah edilmәmişdir. Halbuki, hәmin mәhkәmә işi üzrә cavabdeh yalnız 2-ci Şirkәt olmuş, digәr tәrәfdәn hәmin işә aid mәhkәmә aktlarında Bәraәt almış şәxs şirkәt adından әldә etdiyi vәsaiti şirkәtin tәsәrrüfat xәrclәrinә yönәltmәyә şirkәtin tәsisçilәrinin razılığının olması kimi dәlillәr mövcud deyil. Bu isә onu göstәrir ki, Bәraәt almış şәxs şahid16 әldә etdiyi pulun şirkәtin tәsәrrüfat xәrclәrinә yönәltmәsi barәdә Apellyasiya Mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә sәhvdir vә işin faktiki hallarına uyğun gәlmir. 16-cı dәlilә qarşı әks dәlil. CM-in 179-cu maddәsinin subyekti vәzifәli şәxs deyil, etibar edilmiş şәxsdir. Göstәrilәnlәrlә yanaşı, mәhkәmә “vәzifәli şәxs” anlayışı ilә CM-in 179-cu maddәsinin subyekti olan “etibar edilmiş şәxs” anlayışlarını qarışıq salmış, nәzәrә almamışdır ki, CM-in 179-cu maddәsinin subyekti tәkcә vәzifәli şәxs deyil, maddәnin dispozisiyasından da göründüyü kimi, istәnilәn etibar edilmiş şәxs çıxış edir. Etibar edilmiş şәxs isә tәkcә hәr hansı rәsmilәşmiş sәnәdә deyil, hәm dә şәraitә vә ya şifahi әqdә әsaslana bilәr. Belә ki, Mülki Mәcәllәnin 359.1-ci maddәsinә әsasәn bir şәxsin (tәmsilçinin) sәlahiyyәtә görә başqa şәxs (tәmsil edilәn) adından bağladığı әqd tәmsil edilәnin mülki hüquq vә vәzifәlәrini bilavasitә yaradır, dәyişdirir vә onlara xitam verir. Sәlahiyyәt, hәmçinin, tәmsilçinin fәaliyyәt göstәrdiyi şәraitdәn dә bәlli ola bilәr. Hәmin Mәcәllәnin 49.2-ci maddәsinә әsasәn hüquqi şәxs öz iştirakçıları, habelә tәmsilçilәri vasitәsilә mülki hüquqlar әldә edә bilәr vә öhdәsinә mülki vәzifәlәr götürә bilәr. Göründüyü kimi, qüvvәdә olan qanunvericiliyә әsasәn nümayәndәlik tәkcә etibarnamә әsasında deyil, hәm dә şәraitdәn irәli gәlә bilәr vә şәraitә görә şәxs “etibar edilmiş” statusunda ola bilәr. Digәr tәrәfdәn, Mülki Mәcәllәnin 777.2-ci maddәsinә әsasәn tapşırıq müqavilәsi şifahi dә bağlana bilәr vә 782.1-ci maddәyә әsasәn vәkalәt alan tapşırığın icrası nәticәsindә әldә olunanların hamısını vәkalәt verәnә vermәyә borcludur. Bu müddәa ondan xәbәr verir ki, etibar (inam) münasibәtlәrinin әmәlә gәlmәsinin әsası qismindә çıxış edәn tapşırıq müqavilәsi şifahi formada da bağlana bilәr. CM-in 61.1.13-cü maddәsinin mәzmunundan da aydın olur ki, tәqsirkara etimad tәkcә qulluq mövqeyindәn deyil, hәm dә müqavilәdәn irәli gәlә bilәr. Odur ki, etibar münasibәtlәri әmәlә gәtirәn tәmsilçilik hәm müqavilәdәn (o cümlәdәn şifahi tapşırıq müqavilәsindәn), hәm dә şәraitdәn yarana bilәr. Bәraәt almış şәxs 2-ci Şirkәtin “xxxx” işlәmәsini bildirmәsi ona işarә edir ki, o, hәmin şirkәtin şәraitә görә nümayәndәsi olmuşdur, şirkәt şәraitә görә nümayәndәsi olan Bәraәt almış şәxs vasitәsilә dә mülki hüquq vә vәzifәlәr әldә edә bilmişdir, şәraitә görә nümayәndәlikdәn irәli gәlәrәk 2-ci Şirkәtlә Bәraәt almış şәxs arasında etibar münasibәtlәri mövcud olmuşdur. Bәraәt almış şәxs ilә 2-ci Şirkәt arasında etibar münasibәtlәrinin mövcud olmasını onun özünün 2-ci Şirkәtә qarşı iddiası da tәsdiq edir. Belә ki, Ali Mәhkәmәnin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrәli qәrarı ilә sonlandırılmış mülki işdәn görünür ki, Bәraәt almış şәxs hәr 2 şirkәtә qarşı ofis icarә haqqı vә kommunal xidmәtlәr üzrә ödәnişlәri tәşkil edәn pul tәlәbinә (2-ci Şirkәtә qarşı 234.250 manat tәlәb) dair iddia qaldırmışdır. Əgәr Bәraәt almış şәxs ilә 2-ci Şirkәt arasında etibar münasibәtlәri mövcud olmamışdırsa, nә sәbәbә görә o, 2-ci Şirkәtin xeyrinә icarә haqqı vә kommunal haqq ödәdiyini iddia etmişdir. Hәmin iddianın qaldırılması faktı ona dәlalәt edir ki, Bәraәt almış şәxs ilә 2-ci Şirkәt arasında etibar münasibәtlәri mövcud olmuşdur vә onun özü dә bu faktı şüurlu surәtdә qәbul etmişdir. Bu baxımdan Bәraәt almış şәxs 2-ci Şirkәtlә hüquqi bağlılığının olması üçün 2-ci Şirkәtlә onun arasında maddi mәsuliyyәt barәdә müqavilә olmasına vә ya müәyyәn edildiyi vәzifәyә tәyin edilmәyә dair digәr hüquqi akta, ona verilәn xüsusi sәlahiyyәtin rәsmilәşdirilmәsinә ehtiyac yoxdur. Buna baxmayaraq, Apellyasiya Mәhkәmәsi 2-ci Şirkәtin zәrәr çәkdiyi epizodlar üzrә Bәraәt almış şәxs CM-in 179.4-cü maddәsinin subyekti ola bilmәmәsi barәdә sәhv nәticәyә gәlmişdir. 17-ci dәlilә qarşı әks dәlil. E-qaimә malın tәqdim edilmәsini birbaşa tәsdiq etmir. Eyni zamanda, Apellyasiya Mәhkәmәsi ##.##.2022-ci il tarixli protokolu vә hәmin protokolla baxış keçirilmiş “xxxx GROUP_video” adlı videogörüntünü qeyri-mötәbәr hesab etmişdir ki, 4-cü rәyә әsasәn “xxxx” MMC-yә dair olan 2 әdәd, habelә “xxxx” MMC-yә dair 1 әdәd e-qaimә malların tәqdim edilmәsini tәsdiq edir. Halbuki, CPM-in 97.3-cü maddәsinin mәnasına görә hüquqi mәsәlәlәri üzrә ekspert rәy verә bilmәz vә onun hәmin mәsәlә üzrә izah vermәsi vә ya tәfsir aparmasına yol verilmir. Konstitusiya Mәhkәmәsi Plenumunun “xxxx” MMC-nin direktoru H.Əliyevin şikayәti üzrә Ali Mәhkәmә Kommersiya Kollegiyasının ##.##.2021-ci il tarixli qәrarının Konstitusiya vә qanunlara uyğunluğunun yoxlanılmasına dair ##.##.2022-ci il tarixli qәrarındakı hüquqi mövqeyinә әsasәn lazımi qaydada tәrtib olunaraq göndәrilmiş vә lәğv olunmamış vә ya mübahisәlәndirilmәmiş elektron vergi-hesab fakturalar öz-özlüyündә malların tәqdim olunmasını, işlәrin görülmәsini, xidmәtlәrin göstәrilmәsini birbaşa tәsdiq etmir vә hәr bir halda iddianın әsasını tәşkil edәn müqavilәnin şәrtlәri, tәrәflәrin qarşılıqlı münasibәtlәrindә yaranmış praktika, işgüzar adәtlәr, öhdәliklәrin icrasının rәsmilәşdirilmәsi üsulu nәzәrә alınmaqla mәhkәmәlәr tәrәfindәn işdәki digәr sübutlarla әlaqәli şәkildә qiymәtlәndirilmәlidir. Apellyasiya Mәhkәmәsi isә Konstitusiya Mәhkәmәsinin hәmin hüquqi mövqeyini nәzәrә almamış, 3 vә 4-cü rәylәrә digәr materiallara nisbәtdә Apellyasiya Mәhkәmәsi daha çox әhәmiyyәt vermiş, nәticәdә işin faktiki halları üzrә sәhv qәnaәtә gәlmişdir. Belә ki, 2-ci Şirkәtdәn “xxxx” MMC-yә ##.##.2021-ci il tarixdә 128,120,08 manat, “xxxx” MMC-yә isә ##.##.2022-ci il tarixdә 132,000 manat köçürmә 2-ci Şirkәtin “xxxx” ASCnin Nәrimanov filialında olan hesabından çıxarışla, habelә ##.##.2021-ci il tarixli alğı-satqı müqavilәsi vә ona * nömrәli Əlavә ilә tәsdiq edilir. Köçürülәn hәmin vәsaitin xәzinәyә qaytarılması hәr hansı sübutla tәsdiq edilmәmiş, “xxxx” MMC ilә әlaqәli 44,950 manatın, “xxxx” MMC ilә әlaqәli 128,120,08 manatın xәzinәyә qaytarılmaması faktı Bәraәt almış şәxs tәrәfindәn tәkzib edilә bilmәmişdir. Halbuki, CPM-in 139.0.6-cı maddәsinin mәnasına görә cinayәt prosesi iştirakçısı öz tәlәbini әsaslandırdığı halları sübut etmәlidir. Bәraәt almış şәxs “xxxx” MMC-yә vә “xxxx” MMC-yә köçürülәn vәsait müqabilindә malın tәhvil alınmadığını vә ya ödәnilәn vәsaitin şirkәt xәzinәsinә qaytarılmamasını tәkzib edә bilmәmişdir ki, bu da onun hәmin vәsaitlәri mәnimsәmәsi barәdә nәticәyә gәlmәyә kifayәt edir. Buna baxmayaraq, Apellyasiya Mәhkәmәsi “xxxx” MMC ilә әlaqәli 44,950 manatın, “xxxx” MMC ilә әlaqәli 128,120,08 manatın xәzinәyә qaytarılmaması hissәsindә sәhv nәticәyә gәlmişdir. Bununla da tәtbiq edilmәli olan CM-in 179.4-cü maddәsini tәtbiq etmәmiş vә qanunsuz vә әsassız bәraәt hökmü çıxarmışdır. 18-19-cu dәlillәrә qarşı әks dәlil. Bank hesabatı adlı sәnәd olmur vә belә sәnәdin heç bir normativ әsası yoxdur. Qeyd edilәnlәrdәn başqa, Apellyasiya Mәhkәmәsi 4-cü rәyә istinadәn 23,521.49 manatın mağaza, restoran vә digәr ticarәt obyektlәri üçün xәrclәnmәsinin hüquqi şәxsin maraqlarına uyğun istifadәsi barәdә nәticәyә gәlmәyin mümkün olmaması nәticәsinә gәlmişdir. Hәmin rәydә belә nәticәyә gәlmәyin mümkünsüzlüyü onunla izah edilmişdir ki, bank hesabları üzrә әmәliyyatların yoxlanması bank hesabatı üzrә aparılır. Bank hesabatları hüquqi şәxsin vergi orqanına tәqdim etdiyi uçot hesabatlarındakı mühasibat yazılışları (xәrc yazılışları) ilә üzlәşdirilmәli, bundan sonra nәticә çıxarılmalıdır. Lakin bank hesabatı dedikdә, konkret hansı sәnәdlәrin nәzәrdә tutulması vә bunun hüquqi әsası izah edilmәmişdir. Digәr tәrәfdәn, bank hesabatının banka aid maliyyә hesabatlarının nәzәrdә tutulması da mәntiqsiz olardı. Çünki bank maliyyә hesabatları bank xidmәtlәrindәn istifadә edәn şәxslәrә aid deyil, yalnız bankın öz fәaliyyәtinә aid mәlumatları özündә әks etdirir. Bank çıxarışındakı mәlumatın 23,521.49 manatın silinmәsi haqqında nәticәyә gәlmәyә kifayәt etmәsi aşkar olduğu halda, hәmin aşkar cavabın verilmәmәsi, yәni hәmin vәsaitin şәxsi tәyinat üzrә, yoxsa korporativ tәyinat üzrә olmasına cavab verilmәmәsi ona işarә edir ki, Bәraәt almış şәxsnn әleyhinә yönәlәn istәnilәn nәticә rәydә әksini tapmasın. Bu da 4-cü Rәyi vermiş ekspertlәrin qәrәzlilik nümayiş etdirmәsinә vә 4-cü rәyin şübhә doğurmasına işarә edir. Bununla yanaşı, qeyd edilmәlidir ki, 2-ci Şirkәtә mәxsus bank kartına aid tәhlükәsizlik kodunun mühasibin istifadәsindә olan mobil nömrәyә gәlmәsi 2-ci Şirkәtә mәxsus bank kartı üzrә mәxaric әmәliyyatlarından şirkәtin mәlumatlı olmasını tәsdiq etsә dә, şirkәtin razılığını tәsdiq edә bilmәz. Digәr tәrәfdәn, mәhkәmә şahid10 ibtidai istintaq zamanı verdiyi ifadәdәn sәhv nәticәyә gәlmişdir. Belә ki, o, 10-cu epizodla bağlı göstәrmişdir ki, (6-cı cild, i.v. 142-149) Şirkәtdәn Bәraәt almış şәxs 73,350 manat götürdüyündәn o, mühasib şahid14 ilә belә razılığa gәlmişdir ki, әgәr Bәraәt almış şәxs pulları götürmәyi etiraf etsә, hәmin mәblәğ onun adına borc kimi rәsmilәşdirilsin. Bundan sonra mühasib mәxaric orderlәri hazırlamış vә borc tәyinatı ilә Bәraәt almış şәxs imzalatmış, lakin sonuncu 73,350 manatı qaytarmamış vә hәmin pulların xәrclәnmәsi barәdә tәsdiqedici sәnәd tәqdim etmәmişdir. Göründüyü kimi, mәhkәmә şahid10 ifadәsindә söylәdiklәrini mәcmu şәklindә qiymәtlәndirmәmiş, bir hissәsinә istinad edәrәk sәhv nәticәyә - guya Bәraәt almış şәxs Şirkәtdәn borc pul götürmәsinә şirkәtin razılığının olması nәticәsinә gәlmişdir. Bununla yanaşı, qeyd edilmәlidir ki, ifadәlәrin (dinamik sübutların) hәr hansı statik sübutla (sәnәd vә ya maddi sübutla) tәsdiq edilmәmәsi ifadәlәrin mötәbәrliyini şübhә altına alan hal deyil vә CPM-dә sübutların belә bir qiymәtlәndirilmә qaydası nәzәrdә tutulmamışdır. Bu baxımdan direktor şahid10 ifadәsinin mühasib şahid14 ifadәsi ilә uzlaşması, habelә onların Bәraәt almış şәxs üzünә dә eyni dәlillәri söylәmәsi kifayәtdir ki, 2-ci Şirkәtdә tәyinatını bildirmәdәn vә xәzinә mәxaric orderlәri tәrtib etdirmәdәn Bәraәt almış şәxs öz istifadәsindә olan açardan istifadә edib xәzinәdәn 73,350 manat götürüb şәxsi ehtiyaclarına sәrf etmәsi barәdә nәticәyә gәlinsin. Apellyasiya Mәhkәmәsi isә işin faktiki halları üzrә sәhv nәticәyә gәlmiş vә nәticәdә tәtbiq edilmәli olan CM-in 179.4-cü maddәsini tәtbiq etmәli olduğu halda etmәmiş, yekunda qanunsuz vә әsassız prosessual akt - bәraәt hökmü çıxarmışdır. Işin faktiki halları üzrә Apellyasiya Mәhkәmәsinin sәhv nәticәyә gәlmәsi ona görә mümkün olmuşdur ki, tәqsirlәndirilәn şәxs vә onun müdafiәçinin apellyasiya şikayәtinin dәlillәrinә qarşı olan etirazın, habelә 2-ci Şirkәtin nümayәndәsi nümayәndә4 yazılı nitqindәki dәlillәrә ümumiyyәtlә münasibәt bildirilmәmişdir. Halbuki, hәmin dәlillәrә Apellyasiya Mәhkәmәsi qiymәt versәydi, tәbii ki, heç bir halda bәraәt hökmü çıxarmazdı. Konstitusiya Mәhkәmәsi Plenumu ##.##.2014-cü il tarixli qәrarında Avropa Mәhkәmәsinin Kraska Isveçrәyә qarşı iş üzrә ##.##.1993-cü il tarixli qәrarındaki hüquqi mövqeyә istinadәn qeyd etmişdir ki, “Insan Hüquq vә X26 haqqında” Konvensiyanın 6-cı maddәsinin 1-ci bәndinin tәsir dairәsi digәr mәsәlәlәrlә yanaşı “mәhkәmә” üçün öhdәlik yaradır ki, o, öz qәrarına aid olub-olmamasına dair qabaqcadan qiymәt vermәdәn tәrәflәrin tәqdim etdiyi bütün müraciәtlәri, dәlillәri vә sübutları hәrtәrәfli araşdırsın (§ 30). Apellyasiya Mәhkәmәsi isә ittiham tәrәfinin dәlillәrinin hansı sübutlar әsasında rәdd edilmәsini vә müdafiә tәrәfinin sübutunun qәbul edilmәsinin sәbәbini göstәrmәdәn, müdafiә tәrәfinin dәlillәrinә ittiham tәrәfinin dәlillәrinә nisbәtәn çox әhәmiyyәt vermәsini izah etmәdәn qanunsuz vә әsassız bәraәt hökmü çıxarmışdır. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn dövlәt ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin tәmin edilmәsini vә Bәraәt almış şәxs barәsindә olan cinayәt işi üzrә Bakı Apellyyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 2025-ci il ## ###### tarixli hökmünün lәğv edilmәsini vә cinayәt işinin yeni apellyasiya baxışına qaytarılması barәdә qәrar qәbul edilmәsini, elәcә dә zәrәrçәkmiş hüquqi şәxslәrin kassasiya şikayәtinin tәmin edilmәsini xahiş etdi. Zәrәrçәkmiş hüquqi şәxslәrin nümayәndәsi vә vәkili nümayәndә1 kassasiya şikayәtindә göstәrilәnlәrә әsasәn apellyasiya mәhkәmәsinin hökmünün lәğv edilmәsini vә cinayәt işinin yeni apellyasiya baxışına qaytarılması barәdә qәrar qәbul edilmәsini, elәcә dә kassasiya protestinin tәmin edilmәsini xahiş etdi. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn bәraәt almış şәxs Bәraәt almış şәxs vә onun müdafiәçisi Nurlana Quliyeva-Rzayeva kassasiya protestinin vә kassasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etdilәr. HÜQUQI MƏSƏLƏLƏR: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.1-ci maddәsinә görә kassasiya instansiyası mәhkәmәsi kassasiya şikayәtinә vә ya kassasiya protestinә mahiyyәti üzrә baxaraq müraciәtin dәlillәrindәn asılı olmayaraq yalnız hüquqi mәsәlәlәr üzrә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası mәhkәmәsi, kassasiya şikayәtinin vә ya kassasiya protestinin baxışının nәticәlәri buna әsas verәrsә, barәsindә kassasiya müraciәti olmayan mәhkum edilmiş şәxslәrin dә xeyrinә yekun qәrar qәbul edir. Hәmin Mәcәllәnin 419.11-ci maddәsinә әsasәn kassasiya instansiyası mәhkәmәsi birinci vә ya apellyasiya instansiyası mәhkәmәsindә mәhkәmә baxışının predmeti olmayan faktları müәyyәn edә vә ya onları sübuta yetirilmiş hesab edә bilmәz. Qeyd olunan maddәdәn dә göründüyü kimi, sübutların mahiyyәti üzrә araşdırılması, mötәbәrliliyi, kifayәtliliyi, cinayәt faktının müәyyәn edilmәsi kimi mәsәlәlәrin hәlli qanunla kassasiya instansiyası mәhkәmәsinin deyil, birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin sәlahiyyәtinә aid edilmişdir. Bundan başqa, göstәrilәn normanın tәlәblәrinә görә, kassasiya instansiyası mәhkәmәsi birinci vә apellyasiya instansiyaları mәhkәmәlәrindәn fәrqli olaraq hәr hansı bir faktın baş verib-vermәmәsini müәyyәn etmir vә yalnız hәmin mәhkәmәlәr tәrәfindәn müәyyәn edilmiş hallara әsasәn cinayәt vә cinayәt-prosessual qanunların normalarının düzgün tәtbiq edilib-edilmәmәsi mәsәlәlәrini yoxlayır. Dövlәt ittihamçısı kassasiya protestindә, zәrәrçәkmiş hüquqi şәxslәrin vәkili kassasiya şikayәtindә bәraәt hökmünü mübahisәlәndirәrәk vә bәraәt hökmünün qanunsuz vә әsassız olduğunu iddia edәrәk apellyasiya instansiyası mәhkәmәsinin hökmünün lәğv edilmәsi barәdә tәlәblәrini CPM-in 416.1.2-ci maddәsindә nәzәrdә tutulan hallarla әlaqәlәndirmişlәr. Mәhkәmә kollegiyası kassasiya protestini vә kassasiya şikayәtini CPM-in 419-cu maddәsinin tәlәblәri baxımından sәlahiyyәtlәrinә aid olan kassasiya müraciәtlәri kimi görür vә bu müraciәtlәrlә әlaqәdar Apellyasiya mәhkәmәsinin qәrarının qanuniliyini vә әsaslılığını kassasiya müraciәtlәrinin dәlillәrini dә nәzәrә alaraq yoxlayıb, araşdırmanın nәticәlәri olaraq aşağıdakıları qeyd edir. Azәrbaycan Respublikası Konstitusiyasının 125-ci maddәsinin VII bәndinә әsasәn mәhkәmә icraatı hәqiqәtin müәyyәn edilmәsini tәmin etmәlidir. Azәrbaycan Respublikası Konstitusiyasının 129-cu maddәsinin III bәndinә әsasәn mәhkәmә qәrarı qanuna vә sübutlara әsaslanmalıdır. “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1 vә 397.2-ci maddәlәrinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun ## ### 2009-cu il tarixli qәrarında göstәrilir ki, hәqiqәti müәyyәnlәşdirmәk imkanının inkar edilmәsi nәinki әdalәt mühakimәsini mәnәvi mәqsәd vә mәzmunundan mәhrum etmәklә istәnilәn әdalәtsizliyә bәraәt verilmәsinә haqq qazandıra bilәr. Hәqiqәtin müәyyәnlәşdirilmәsi vә bununla da işin әdalәtli hәlli: mәhz tәqsirkarın vә yalnız tәqsirlilik dәrәcәsinә uyğun mәhkum olunması, onun cinayәt qanununun tәlәblәrinә uyğun cәzalandırılması vә nәticә etibarilә tәqsirsizә şәrtsiz bәraәt verilmәsi – hakimin hәm vәzifә, hәm dә mәnәvi borcudur. Hәr hansı mәhkәmә araşdırılması әdalәtli mәhkәmә qәrarının qәbulu ilә yekunlaşmalıdır. Bu mәnada ümumilәşdirilmiş şәkildә cinayәt prosesinin tәrәflәri vә cәmiyyәtin özü mәhkәmәdәn nәinki qanuni, hәmçinin әsaslandırılmış hökm gözlәyir. Hәr bir halda, mәhkәmә hökmü nәinki forma vә mәzmun üzrә qanunun tәlәblәrinә uyğun, cinayәt-prosessual qanunun tәlәblәrinә müvafiq müәyyәnlәşdirilmiş faktlar üzәrindә vә cinayәt qanununun düzgün tәtbiqi nәticәsindә çıxarılmalı, o, eyni zamanda әsaslandırılmış vә sübuta yetirilmiş olmalıdır. Mәhkәmә kollegiyası işin materiallarını öyrәnib, kassasiya protestinin vә kassasiya şikayәtinin dәlillәrini müzakirә edib, kassasiya protestinin vә kassasiya şikayәtinin tәmin olunması barәdә zәrәrçәkmiş hüquqi şәxslәrin nümayәndәsinin vә dövlәt ittihamçısının, kassasiya protestinin vә kassasiya şikayәtinin tәmin olunmaması barәdә bәraәt almış şәxsin vә müdafiәçinin çıxışlarını dinlәyib, işә baxmış birinci vә apellyasiya instansiyası mәhkәmәlәri tәrәfindәn faktların müәyyәn edilmәsindә vә hüquqi mәsәlәlәr üzrә cinayәt vә cinayәt-prosessual qanun normalarının tәtbiqinin düzgünlüyünü yoxlayaraq, belә qәnaәtә gәlir ki, kassasiya protesti vә kassasiya şikayәti tәmin edilmәlidir. Kassasiya protestinin vә kassasiya şikayәtinin dәlillәri eyni olduğundan, mәhkәmә kollegiyası hesab edir ki, hәr iki kassasiya müraciәtinin dәlillәrinә bilikdә münasibәt bildirilmәlidir. Hәr iki kassasiya müraciәtindәn görünür ki, hәr iki müraciәtdә apellyasiya instansiyası mәhkәmәsinin sübutların qiymәtlәndirilmәsi ilә bağlı mövqeyi mübahisәlәndirilmiş, ittiham tәrәfinin sübutlarına düzgün qiymәt verilmәmәsi iddia edilmişdir. Apellyasiya instansiyası mәhkәmәsinin hökmündәn görünür ki, hәmin mәhkәmә bәraәt hökmünü CPM-in 42.1.4-cü maddәsinә әsasәn, yәni tәqsirliliyin sübuta yetirilmәmәsi әsası ilә çıxarmışdır. Hәmin hökmdәn görünür ki, apellyasiya instansiyası mәhkәmәsi cinayәt işi üzrә şahidlәrin ittiham yönümlü ifadәlәrini o sәbәbdәn nәzәrә almamışdır ki, hәmin şahidlәr Bәraәt almış şәxs qarşı qәrәzli olmuş vә bu sәbәbdәn ona qarşı ifadәlәr vermişlәr. Halbuki CPM-in 126-ci maddәsindә şahidin ifadәsinin qiymәtlәndirilmәsinin meyarları sadalanmışdır. Hazırki cinayәt işi üzrә şahid qismindә iştirak edәn şәxslәr baş vermiş hadisәlәri birbaşa, vasitәsiz müşahidә edәn şәxslәrdir vә apellyasiya instansiyası mәhkәmәsi dә hәmin şahidlәrin ifadәlәrini qiymәtlәndirәrkәn CPM-in 126.2 vә 126.4-cü maddәlәrinin tәlәblәrinә әmәl etmәmişdir. Bundan әlavә, cinayәt işinin materiallarından görünür ki, birinci instansiya mәhkәmәsi Bәraәt almış şәxs barәsindә ittiham hökmü çıxararkәn Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertiza Mәrkәzinin ## ######## 2022-ci il tarixli */**** nömrәli, ## #### 2022-ci il tarixli */**** nömrәli, ## ######## 2022-ci il tarixli */**** nömrәli vә ## #### 2024-cü il tarixli */**** nömrәli ekspert rәylәrinә vә digәr çoxsaylı maliyyә vә bank sәnәdlәrinә istinad etmiş, hәmin dәlillәri mötәbәr sübut kimi qiymәtlәndirәrәk ittiham hökmü çıxarmışdır. Lakin apellyasiya instansiyası mәhkәmәsi bu sübutların mötәbәrliyini qәbul etmәyәrәk, hәmin sübutların ittihamın әsası kimi qәbul edilmәsinin mümkün olmaması qәnaәtinә gәlmişdir. Mәhkәmә kollegiaysı hesab edir ki, bu zaman apellyasiya mәhkәmәsi tәrәfindәn CPMin 144 vә 145-ci maddәlәrinin tәlәblәrinә kifayәt qәdәr әmәl edilmәmiş, ittiham tәrәfinin sübutlarının yetәrsizliyi ilә bağlı apellyasiya instansiya mәhkәmәsinin mövqeyi әsaslandırılmamışdır. Eyni zamanda, CPM-in 124-cü maddәsindә sübutların anlayışı vә növlәri tәsvir edilmiş, CPM-in 125-ci maddәsindә isә sübutların mümkünlüyündәn bәhs olunur. Cinayәt mühakimә icraatının vәzifәsi isә hәqiqәtә aparan istәnilәn dәlili CPM-in müddәalarına uyğun olaraq yoxlamaq vә qiymәtlәndirmәkdәn ibarәtdir. Bu zaman obyektiv müşahidәçini qane edә bilәcәk araşdırma vә qiymәtlәndirmә metodundan istifadә edilmәsi zәruridir. Bundan başqa, apellyasiya instansiyası mәhkәmәsi Bәraәt almış şәxs barәsindә bәraәt hökmü çıxararkәn “Tәkrar, komission, mәhkәmә-mühasibatlıq ekspertizasının ##.##.2025-ci il tarixli */**** nömrәli rәyinә әsaslanmışdır. Cinayәt işinin materiallarından göründüyü kimi, cinayәt işi üzrә 4 dәfә mәhkәmә mühasibatlıq ekspertizası keçirilmişdir. 1-ci ekspertiza ibtidai istintaq zamanı, 2-ci ekspertiza birinci instansiya mәhkәmәsi tәrәfindәn, 3 vә 4-cü ekspertizalar isә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn keçirilmişdir. CPM-in 127.3-cü maddәsinә әsasәn ekspertin rәyi mәhkәmә üçün mәcburi deyil, hәr hansı başqa sübut kimi cinayәt prosesini hәyata keçirәn orqan tәrәfindәn yoxlanılmalı vә işin bütün halları ilә bağlı surәtdә qiymәtlәndirilmәlidr. Ekspertin rәyi ilә razılaşılmadıqda bu barәdә әsaslandırılmış qәrar çıxarılmalıdır. Mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn iş üzrә keçirilmiş ekspert rәylәri CPM-in 125, 127 vә 145-ci maddәlәrinin tәlәblәrinә uyğun araşdırılmamış, birinci instansiya mәhkәmәsinin ittiham hökmü çıxararkәn istinad etdiyi dәlillәrin apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn mötәbәr sübut kimi qәbul edilmәmәsinin sәbәblәri, hәqiqәtin müәyyәn edilmәsinә nail olunması baxımından, kifayәt edici vә inandırıcı şәkildә әsaslandırılmamışdır. Bundan başqa, CPM-in 124.1-ci maddәsindә göstәrilmişdir ki, mәhkәmәnin vә ya cinayәt prosesi tәrәflәrinin әldә etdiyi mötәbәr dәlillәr (mәlumatlar, sәnәdlәr, әşyalar) cinayәt tәqibi üzrә sübutlar hesab olunur. CPM-in 124.1.1 vә 124.1.2-ci maddәlәrindә isә sübutların әldә edilmәsi üsulları vә ittihamın düzgün hәll edilmәsi üçün әhәmiyyәt kәsb edәn halları göstәrәn әlamәtlәr, sübutlar әsasında әldә olunan nәticәlәr әks olunmuşdur. CPM-in 140-cı maddәsindә bәzi sübutlar әsasında müәyyәn edilәn hallar, CPM-in 141ci maddәsindә isә sübutsuz müәyyәn edilәn hallar әks olunmuşdur. Qeyd edilәnlәri sadalamaqda mәhkәmә kollegiyasının mәqsәdi ondan ibarәtdir ki, CPM-in müddәalarına әsasәn sübutların mәnsubiyyәtinә, mümkünlüyünә vә mötәbәrliyinә dair tәlәblәr nәzәrә alınmaqla, hәqiqәtә nail olmaq yolunda hәr bir fakt, mәlumat, sәnәd, ifadә, dәlil, CPM-in 125-ci maddәsindә nәzәrdә tutulmuş sübutların qәbul edilmәsini qadağan edәn hallar istisna olunmaqla, sübut kimi qәbul edilә bilәr. Avropa Mәhkәmәsinin bәrqәrar olmuş presedent hüququna әsasәn mәhkәmәlәr qәrarlarında әsaslandıqları sәbәblәri göstәrmәlidirlәr. Əsaslandırma sәviyyәsi qәrarın xarakteri vә işin hallarından asılı olaraq müәyyәn edilmәli, lakin hәr bir halda mәhkәmәnin gәldiyi nәticәnin sәbәb vә motivinin konkret olaraq göstәrilmәsindәn ibarәt olmalıdır. Mәhkәmә qәrarı әsaslandırılmış olmaqla tәrәflәrә onu anlamağa, yuxarı instansiya mәhkәmәsindә mübahisәlәndirmәyә, yuxarı instansiya mәhkәmәlәrinә isә qәrarın әsaslılığına dair әdalәtli mәhkәmә araşdırmasını hәyata keçirmәyә imkan vermәlidir. Qәrar, hәmçinin, tәrәflәrә onların arqumentlәrinin nәzәrә alındığını nümayiş etdirmәlidir. Qәrarın әsaslandırılması әdalәtli mühakimәnin hәyata keçirildiyini göstәrәn yeganә vasitәdir. (IHAMin “Taxquet Belçikaya qarşı” ##.##.2009-cü il vә s. qәrarları). Nәzәrә almaq lazımdır ki, apellyasiya instansiyası mәhkәmәsinin istәr hökmü, istәrsә dә digәr yekun qәrarı olsun, mәhkәmә aktının qanuniliyi vә әsaslılığı meyarları ilә ehtiva olunan tәlәblәrә cavab vermәli, apellyasiya müraciәtlәrinә mәhkәmәnin adekvat cavabını әks etdirmәlidir. Xüsusilә qeyd olunması vacibdir ki, hәqiqәtin müәyyәn edilmәsi vәzifәsi birinci instansiya mәhkәmәsi ilә yanaşı hәm dә işә mahiyyәti üzrә baxan apellyasiya instansiyası mәhkәmәsinә dә aiddir. (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası CPM-in 397.1 vә 397.2-ci maddәlәrinin şәrh edilmәsinә dair” ##.##.2009-cü il tarixli qәrarı). Belә ki, CPM-nin 397.1 vә 397.2-ci maddәlәrinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında, cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi isә apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Yuxarıda qeyd edilәn Qәrarında Konstitusiya Mәhkәmәsinin Plenumu qeyd etmişdir ki, apellyasiya icraatı qanuni qüvvәyә minmәmiş yekun qәrarın (o cümlәdәn hökmün) qanuniliyinin vә әsaslılığının tam vә ya qismәn yoxlanılması yolu ilә hәmin qәrarın işin faktiki hallarına vә (vә ya) cinayәt vә cinayәt-prosessual qanunvericiliyinin tәlәblәrinә uyğunluğu baxımından yenidәn araşdırılmasını nәzәrdә tutur. Apellyasiya instansiyası mәhkәmәsi tam hüquqlu mәhkәmә kimi çıxış edәrәk işә tәkrarәn mahiyyәti üzrә baxmaq, birinci instansiya mәhkәmәsinin yekun qәrarını qüvvәdә saxlamaq, onu dәyişdirmәk vә ya lәğv edәrәk әvәzinә yeni qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Qәrarda daha sonra vurğulanır ki, cinayәt işi üzrә araşdırmanın predmetini tәşkil edәn hadisәnin әhәmiyyәtli halları müәyyәnlәşdirilmәmişdirsә vә (vә ya) bu hallara münasibәtdә cinayәt qanununun müddәaları düzgün tәtbiq olunmamışdırsa, hәmin qәrara hәqiqi әdalәt mühakimәsi aktı kimi baxıla bilmәz. Hәmin akt әdalәtsizliyinә sәbәb olmuş hakimin qanunsuz hәrәkәtlәri, mәhkәmә sәhvlәri vә ya qanuniliyinә vә әsaslılığına tәsir etmiş digәr hallardan asılı olmayaraq düzәldilmәlidir. Mәhz buna görә Konstitusiya Mәhkәmәsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya müraciәtindә müvafiq dәlillәr olmadığı hallarda da cinayәt vә cinayәt prosessual qanunvericiliyin normalarının tәtbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2ci maddәsinin müddәaları çox әhәmiyyәtlidir. Hazırki işә yenidәn apellyasiya instansiyası mәhkәmәsindә baxılarkәn qәrarın әsaslandırıcı hissәsindә istinad edilәn ziddiyyәtli mәqamların әtraflı araşdırılması, şәxsin tәqsirliliyi vә ya tәqsirsizliyi ilә bağlı mәsәlәnin hәllindә mühüm әhәmiyyәtә malik olan sübutlar qiymәtlәndirilәrkәn CPM-in 419.1.12-ci maddәsinin tәlәblәrinә uyğun olaraq CPMin 33 vә 145-ci maddәlәrinin tәlәblәrinә ciddi әmәl edilmәsi tövsiyyә olunur. CPM-in 419.12-ci maddәsinә әsasәn bu Mәcәllәnin 419.10.2-ci maddәsinә müvafiq olaraq qәrar çıxarıldıqda kassasiya instansiyası mәhkәmәsi cinayәt işinә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materiallarına vә ya xüsusi ittiham qaydasında şikayәt üzrә icraat materiallarına tәkrar baxılması zamanı apellyasiya instansiyası mәhkәmәsinin gәlә bilәcәyi nәticәlәri, habelә aşağıdakı mәsәlәlәri qabaqcadan hәll edә bilmәz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilmәmәsini; 419.12.2. bu vә ya digәr sübutun mötәbәrliliyini vә ya mötәbәrsizliyini; 419.12.3. bir sübutun digәr sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn cinayәt qanununun bu vә ya digәr müddәalarının tәtbiq edilmәsini; 419.12.5. apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn bu vә ya digәr cәzanın tәtbiq edilmәsini. Qeyd edilәnlәri yekunlaşdıraraq mәhkәmә kollegiyası hesab edir ki, dövlәt ittihamçısının kassasiya protesti vә zәrәrçәkmiş hüquqi şәxslәrin nümayәndәsinin kassasiya şikayәti tәmin edilmәli, Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ##.##.2025-ci il tarixli hökmü lәğv edilmәli vә cinayәt işi apellyasiya instansiya mәhkәmәsindә yenidәn baxılmağa tәyin edilmәlidir. Şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.10.2-ci maddәsini rәhbәr tutaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyası QƏRARA ALDI: Dövlәt ittihamçısı tәrәfindәn verilmiş kassasiya protesti vә zәrәrçәkmiş hüquqi şәxslәr zәrәrçәkmiş şәxs1 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin vә zәrәrçәkmiş şәxs2 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin nümayәndәsi tәrәfindәn verilmiş kassasiya şikayәti tәmin edilsin. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 179.4-cü maddәsi ilә bәraәt almış Bәraәt almış şәxs barәsindә olan Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrәli hökmü dövlәt ittihamçısının kassasiya protestinә vә zәrәrçәkmiş hüquqi şәxslәrin nümayәndәsinin kassasiya şikayәtinә münasibәtdә lәğv edilsin vә cinayәt işi apellyasiya instansiyası mәhkәmәsindә yenidәn baxılmağa tәyin edilsin.
Məhkəmə qərarları › İş №1(1-8)-118/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-118/2026
03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver