Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(1-8)-12/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyası hakimlәr Yusifov Şahin Yaşar oğlu (sәdrlik edәn vә mәruzәçi), Mövsumov Nazim Rasim oğlu vә Novruzov Əlәsgәr Əli Iskәndәr oğlundan ibarәt tәrkibdә, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilә, dövlәt ittihamçısı – Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin kassasiya instansiyası mәhkәmәsindә dövlәt ittihamının müdafiәsi vә analitik tәhlil şöbәsinin böyük prokuroru Imranov Hafiz Beykәs oğlunun iştirakı ilә, Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli hökmü ilә zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 oğlunun, hәr birisinin Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra mәtndә CM-in) 177.2.1, 177.2.2 vә 177.2.3-cü maddәlәri ilә tәqsirli bilinib mәhkum olunmasına dair cinayәt işi üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının # #### 2025-ci il tarixli qәrarından dövlәt ittihamçısı Hüseyinova-Zeynalova Sәkinә Irzәvan qızı tәrәfindәn verilmiş kassasiya protestinә әsasәn işә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli hökmü ilә (sәdrlik edәn hakim Mәmmәdli Samirә Mәhәmmәd qızı) zərərçəkmiş şəxs12, ## ### 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv Zavodu, A/yat ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, məhkum1, ## ###### 1998-ci il tarixdə Lənkəran rayonu, Port-Iliç qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, ** saylı internat-məktəbdə qeydiyyatda olan, Sabunçu rayonu, Daş Karxanası, “Kanal” marketin yaxınlığında nömrəsiz fərdi evdə yaşayan, vә mәhkum2, ## ###### 1995-ci il tarixdә Bakı şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, subay, orta tәhsilli, subay, әvvәllәr mәhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, Sabunçu rayonu, Maştağa qәsәbәsi, Savalan yaşayış massivi, nömrәsiz fәrdi evdә yaşayan, hәr birisi, CM-in 177.2.1, 177.2.2 vә 177.2.3-cü maddәlәri ilә tәqsirli bilinәrәk ayrıayrılıqda 2 (iki) il müddәtә azadlığın mәhdudlaşdırılması cәzasına mәhkum olunmuş vә CM-in 69.3-cü maddәsinә әsasәn onların mәhkәmәyәdәk icraat zamanı hәbsdә saxlanıldıqları 2 (iki) gün müddәtin hәr 1 (bir) günü azadlığın mәhdudlaşdırılması cәzasının 2 (iki) gününә bәrabәr hesabı ilә hesablanmaqla 4 (dörd) gün müddәt onlara tәyin olunmuş cәzadan çıxılmış vә mәhkum olunmuş şәxslәrin hәr birisinin üzәrindә qәti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddәtә azadlığın mәhdudlaşdırılması cәzası saxlanılmışdır. Hökmlә hәmçinin mәhkum olunmuş şәxslәr zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2, hәr birisinin üzәrinә cәza çәkdiklәri müddәtdә yaşayış yerlәrini saat 23:00-dan 7:00-dәk tәrk etmәmәk, elektron nәzarәt vasitәsini gәzdirmәk vә hәmin vasitәnin işlәk vәziyyәtdә saxlanılması üçün ona xidmәt etmәk, Bakı şәhәri әrazisini tәrk etmәmәk, mәhkәmә qәrarı olmadan yaşayış yerini dәyişdirmәmәk, cәzanın icrasına nәzarәt edәn orqanı iş vә ya tәhsil yerinin dәyişdirilmәsi barәdә әvvәlcәdәn mәlumatlandırmaq vәzifәlәrinin qoyulması, tәyin edilmiş azadlığın mәhdudlaşdırılması növündә cәzanın icrası müddәtinin onların cәzanı icra edәn orqanlarda qeydiyyata alındıqları vaxtdan hesablanması, hökmün icrasının isә yaşadıqları rayonların Probasiya Idarәlәrinә hәvalә edilmәlәri qәrara alınmışdır. Işin halları: Birinci instansiya mәhkәmәsinin hökmündә qeyd olunmuşdur ki, ibtidai araşdırma orqanı tәrәfindәn zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2, hәr birisinә qarşı ayrıayrılıqda CM-in 177.2.1, 177.2.2 vә 177.2.3-cü maddәlәri ilә ittiham irәli sürülmüşdür ona görә ki, onlar qabaqcadan әlbir olan bir qrup şәxslә yaşayış sahәlәrinә vә saxlanc yerlәrinә qanunsuz daxil olmaqla özgәnin әmlakını gizli olaraq talayıb tәkrarәn oğurluq etmişdir. Belә ki, ibtidai araşdırma orqanının gәldiyi nәticәyә görә, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә ## ###### 2022-cü il tarixdә saat 03 radәlәrindә Bakı şәhәri Sabunçu rayonu Ramana Südçülük Sovxozunun әrazisindә yerlәşәn nömrәsiz evin qarşısına gәlәrәk hәyәtin hasarından aşıb yaşayış sahәsi hesab edilәn hәmin evin plastik pәncәrәsini üzәrindә gәzdirdiyi vintaçanla açıb evin içәrisinә qanunsuz daxil olaraq orada saxlanılan zәrәrçәkmiş şәxs11 mәxsus olan 300 manat dәyәrindә 100 metr uzunluqda 4 mm ölçüdә vә 200 manat dәyәrindә 50 metr uzunluğunda 6 mm ölçüdә olan elektrik naqillәrini әlә keçirib zәrәçәkmiş şәxs zәrәrçәkmiş şәxs11 500 manat dәyәrindә maddi ziyan vurmaqla oğurluq etmişlәr. Bundan başqa, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә ## ##### 2022-cü il tarixdә saat 05 radәlәrindә Bakı şәhәri Sabunçu rayonu Maştağa qәsәbәsi Albalıq massivi Seyid Iqbal Ağa küçәsindә yerlәşәn nömrәsiz evin qarşısına gәlәrәk hәyәtin hasarından aşıb yaşayış sahәsi hesab edilәn hәmin evin giriş qapsını mәhkum1 ilә birlikdә çәrçivәdәn qopardandan sonra evin içәrisinә qanunsuz daxil olaraq orada saxlanılan zәrәrçәkmiş şәxs15 mәxsus olan 480 manat dәyәrindә 120 metr uzunluqda 6 mm ölçüdә elektrik naqillәrini, bir әdәd 420 manat dәyәrindә «Maxim» markalı su mühәrrikini vә 700 manat dәyәrindә cehizlik malları (qazanlar qablar) әlә keçirib zәrәçәkmiş şәxs zәrәrçәkmiş şәxs15 1600 manat dәyәrindә maddi ziyan vurmaqla tәkrarәn oğurluq etmişlәr Bundan başqa, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә ## #### 2022-ci il tarixdә saat 23 radәlәrindә Bakı şәhәri Sabunçu rayonu Maştağa qәsәbәsi Daşkarxanası deyilәn yerdә yerlәşәn nömrәsiz evin qarşısına gәlәrәk hәyәtin hasarından aşıb yaşayış sahәsi hesab edilәn hәmin evin pәncәrәsini yerdәn tapdığı dәmir parçası ilә açıb evin içәrisinә qanunsuz daxil olaraq orada saxlanılan X8 mәxsus olan 100 manat dәyәrindә iki kvadrat metr ölçüdә olan kafellәri, 300 manat dәyәrindә olan bir әdәd unitazı, 140 manat dәyәrindә bir әdәd hamam güzgüsünü, 200 manat dәyәrindә olan 50 metr uzunluğunda 6 mm ölçüdә olan elektrik naqillәri, 100 manat dәyәrindә olan bir әdәd «tülpan» formalı әl yuma qurğusunu, 60 manat dәyәrindә 4 әdәd hamam lampalarını әlә keçirib zәrәçәkmiş şәxs X8 900 manat dәyәrindә maddi ziyan vurmaqla tәkrarәn oğurluq etmişlәr. Bundan başqa, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә ## #### 2022-ci il tarixdә saat 03 radәlәrindә ünvan 1 ünvanda yerlәşәn «Maştağa Baytarlıq sahәsi»-nin inzibati binasının qarşısına gәlәrәk müәssәnin hәyәtin hasarından aşıb saxlanc yeri hesab edilәn hәmin hәyәtә qanunsuz daxil olaraq orada tikilmiş quşçuluq laboratoriyasının binasının üzәrindәn 900 manat dәyәrindә olan 3 әdәd plastik pәncәrәlәri çәrçivәdәn çıxarıb әlә keçirәrәk zәrәçәkmiş hüquqi şәxs Bakı şәhәri Heyvan Sağlamlığı vә Baytarlıq Xidmәti Idarәsinә 900 manat dәyәrindә maddi ziyan vurmaqla tәkrarәn oğurluq etmişlәr. Bundan başqa, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә ## #### 2022-ci il tarixdә saat 16 radәlәrindә Bakı şәhәri Sabunçu rayonu Maştağa qәsәbәsi Südçülük Sovxozu deyilәn әrazisindә yerlәşәn hasara alınmış torpaq sahәsinin qarşısına gәlәrәk hәyәtin hasarından aşıb saxlanc yeri hesab edilәn hәmin hәyәtә qanunsuz daxil olaraq orada quraşdırılan 390 manat dәyәrindә olan 130 metr uzunluğunda 4 mm ölçüdә olan elektrik naqillәri kәsib әlә keçirәrәk zәrәçәkmiş şәxs zәrәrçәkmiş şәxs7 390 manat dәyәrindә maddi ziyan vurmaqla tәkrarәn oğurluq etmişlәr. Bundan başqa, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә ## #### 2022-ci il tarixdә saat 02 radәlәrindә ünvan 1 ünvanda yerlәşәn «Maştağa Baytarlıq sahәsi»-nin inzibati binasının qarşısına gәlәrәk müәssәnin hәyәtinin hasarından aşıb inzibati әrazidә yerlәşәn heyvanların müayinәsi üçün nәzәrdә tutulmuş binanın qarşısına gәlib saxlanc yeri hesab edilәn hәmin binanın pәncәrәsini yerdәn tapdığı dәmir parçası ilә sındırıb açmaqla evin içәrisinә qanunsuz daxil olaraq orada saxlanılan zәrәrçәkmiş şәxs14 mәxsus olan 300 manat dәyәrindә olan bir әdәd televizor, 50 manat dәyәrindә olan bir әdәd krosnu antena, 50 manat dәyәrindә olan televizor üçün nәzәrdә tutulmuş bir әdәd «podstavka», 15 manat dәyәrindә olan bir әdәd 5 litr hәcmindә olan qaz balonu, 10 manat dәyәrindә olan bir әdәd çәkic, 1 manat dәyәrindә olan bir әdәd «izolent», 5 manat dәyәrindә olan bir әdәd elektrik «troyniki», 90 manat dәyәrindә olan baytarlığa aid olan lәvazimatlar (20 manat dәyәrindә bir әdәd turakar, 70 manat dәyәrindә olan bir әdәd dәrman çilәyici aparatı), vә Bakı şәhәri Heyvan Sağlamlığı vә Baytarlıq Xidmәtini idarәsinә mәxsus olan 100 manat dәyәrindә 70 metr uzuqluqda «2,5 mm» ölçüdә olan elektrik naqillәrini әlә keçirәrәk zәrәçәkmiş şәxs zәrәrçәkmiş şәxs14 521 manat dәyәrindә zәrәçәkmiş hüquqi şәxs Bakı şәhәri Heyvan Sağlamlığı vә Baytarlıq Xidmәti Idarәsinә 100 manat dәyәrindә maddi ziyan vurmaqla tәkrarәn oğurluq etmişdir Bundan başqa, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә ## #### 2022-ci il tarixdә saat 02 radәlәrindә Bakı şәhәri Sabunçu rayonu, Maştağa qәsәbәsi, Xanlar deyilәn әrazidә yerlәşәn nömrәsiz evin qarşısına gәlәrәk hәyәtin hasarından aşıb yaşayış sahәsi hesab edilәn hәmin evin plastik pәncәrәsini üzәrindә gәtirdiyi vintaçanla açıb evin içәrisinә qanunsuz daxil olaraq orada saxlanılan zәrәrçәkmiş şәxs10 mәxsus olan 240 manat dәyәrindә 40 metr uzunluğunda 6 mm ölçüdә olan elektrik naqillәri, 50 manat dәyәrindә olan 50 әdәd boş qabları, 42 manat dәyәrindә olan 42 әdәd çay stәkanlarını, 120 manat dәyәrindә olan 12 әdәd tavaları, 200 manat dәyәrindә olan dәmir qazanları, 60 manat dәyәrindә olan 12 әdәd kasaları, 100 manat dәyәrindә olan bir әdәd mirvari sepı, 8 manat dәyәrindә olan 8 әdәd döşәk üzlüklәrini, 10 manat dәyәrindә olan 2 әdәd «Samsung» markalı mobil telefona aid olan çexolları, 20 manat dәyәrindә olan 50 әdәd boş «CD» disklәrini әlә keçirib zәrәçәkmiş şәxs zәrәrçәkmiş şәxs10 850 manat dәyәrindә maddi ziyan vurmaqla tәkrarәn oğurluq etmişlәr. Bundan başqa, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә ## ###### 2022-ci il tarixdә saat 18 radәlәrindә Bakı şәhәri Sabunçu rayonu Maştağa qәsәbәsi Albalıq yaşayış massivindә yerlәşәn nömrәsiz evin qarşısına gәlәrәk mәhkum2 hәmin evin yaxınlığında dayanıb әtrafı nәzarәtdә saxlayaraq onları sığortalayıb bununlada onlara evә daxil olmaqa şәrait yaratmış, o isә mәhkum1 ilә birlikdә hәyәtin hasarından aşıb yaşayış sahәsi hesab edilәn hәmin evin plastik pәncәrәsinin açıq olduğundan istifadә edәrәk evin içәrisinә qanunsuz daxil olaraq orada saxlanılan zәrәrçәkmiş şәxs6 mәxsus olan 200 manat nağd pulu әlә keçirib zәrәçәkmiş şәxs zәrәrçәkmiş şәxs6 200 manat dәyәrindә maddi ziyan vurmaqla tәkrarәn oğurluq etmişlәr. Bundan başqa, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә ## ####### 2022-ci il tarixdә saat 02 radәlәrindә Bakı şәhәri Sabunçu rayonu Maştağa qәsәbәsi Subtropik Sovxozu deyilәn әrazidә yerlәşәn nömrәsiz evin qarşısına gәlәrәk hәyәtin hasarından aşıb saxlanc yeri hesab edilәn hәmin hәyәtә vә hәmin hәyәtdә tikilmiş yaşayış sahәsi hesab edilәn evin giriş qapsının açıq olduğundan istifadә edib qanunsuz daxil olaraq orada saxlanılan zәrәrçәkmiş şәxs13 mәxsus olan 800 manat dәyәrindә 16 әdәd 3 metr uzunluğunda olan dәmir şvellerlәri, 900 manat dәyәrindә 15 әdәd 4 metr uzunluğunda olan 70 mm diametri dәmir boruları, 100 manat dәyәrindә 2 әdәd 2sm qalınlığında olan dәmir üstlәri, 120 manat dәyәrindә 4 әdәd aluminium qazanları, 80 manat dәyәrindә 2 әdәd aluminium vedrәlәri әlә keçirib zәrәçәkmiş şәxs zәrәrçәkmiş şәxs13 2000 manat dәyәrindә maddi ziyan vurmaqla tәkrarәn oğurluq etmişlәr. Bundan başqa, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakım gizli olaraq talamaq mәqsәdi ilә ## ###### 2022-ci il tarixdә saat 03 radәlәrindә Bakı şәhәri Sabunçu rayonu Maştağa qәsәbәsi Heybәt Heybәtov küçәsindә yerlәşәn «Möcüzәli Soba» dükanın qarşısına gәlәrәk hәmin dükanın nәfәsliyinin açıq olmasından istifadә edib saxlanc yeri hesab edilәn hәmin dükana qanunsuz daxil olaraq orada saxlanılan X9 mәxsus oları 150 manat mәblәğindә nağd pulu, 200 manat dәyәrindә 10 kiloqram çәkidә «Ankor» kәrә yağını, 450 manat dәyәrindә bir әdәd «BOSH» markalı әt çәkәn maşını, 10 manat dәyәrindә markası olmayan bir әdәd sadә lәpә çәkәn maşını, 160 manat dәyәrindә bir әdәd qara rәngli qadın paltonu, 25 manat dәyәrindә 5 әdәd yaşıl rәngli iş üçün nәzәrdә tutulmuş xususi köynәklәri, 25 manat dәyәrindә olan bişmiş şirniyyatları, 14 manat dәyәrindә 2 әdәd bişmiş qril toyuqları, 50 manat dәyәrindә 10 әdәd çiy toyuqları, 50 manat dәyәrindә 5 kiloqram çәkidә quru südü, 350 manat dәyәrindә olan «xxxx» şirkәti tәrәfindәn hazırlanmış quru qida proteinlәrini әlә keçirib zәrәçәkmiş şәxs X9 1484 manat dәyәrindә maddi ziyan vurmaqla tәkrarәn oğurluq etmişlәr. Bundan başqa, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә ## ###### 2022-ci il tarixdә saat 01 radәlәrindә Bakı şәhәri Sabunçu rayonu Maştağa qәsәbәsi Savalan YYM-dә yerlәşәn nömrәsiz evin qarşısına gәlәrәk hәyәtin hasarından aşıb yaşayış sahәsi hesab edilәn hәmin evin plastik pәncәrәsinin üzәrindә quraşdırılan dәmir barmaqlıqları mәhkum1 vә mәhkum2la birlikdә әyәndәn sonra üzәrindә gәtirdiyi vintaçanla hәmin pәncәrәni açıb evin içәrisinә qanunsuz daxil olaraq orada saxlanılan zәrәrçәkmiş şәxs9 mәxsus olan 200 manat dәyәrindә bir әdәd 72 diaqonallı «Sony» markalı televizoru, 250 manat dәyәrindә bir әdәd kamera yaddaş blokunu, 50 manat dәyәrindә 1 әdәd su motorunu, 30 manat dәyәrindә üzәrindә «Marquies MKP62 370VV» yazıları olan bir әdәd su motorunu,180 manat dәyәrindә bir әdәd ot biçәn aparatını, 300 manat dәyәrindә 100 metr uzunluğunda 4 mm ölçüdә elektrik naqillәri, 50 manat dәyәrindә olan bir әdәd «Sony» markalı qara rәngli maqnitafonu, 20 manat dәyәrindә bir әdәd «Tefal» markalı elektrik çaydanı, 10 manat dәyәrindә bir әdәd dәmir kәlbәtini, 20 manat dәyәrindә 2 әdәd baltanı, 10 manat dәyәrindә bir әdәd çәkiçi, 10 manat dәyәrindә bir әdәd әl mişarı, 80 manat dәyәrindә bir әdәd paltar qurultmaq üçün nәzәrdә tutulmuş hamamda divara bәrkidilmiş pasdanmayan dәmiri, 50 manat dәyәrindә bir әdәd elektrik gәrginliyini tәnzimlәyәn 220 volt gücündә stablizatoru әlә keçirib zәrәçәkmiş şәxs zәrәrçәkmiş şәxs9 1260 manat dәyәrindә maddi ziyan vurmaqla tәkrarәn oğurluq etmişlәr Bundan başqa, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә ## ###### 2022-ci il tarixdә saat 02 radәlәrindә Bakı şәhәri Sabunçu rayonu Savalan YYM-dә yerlәşәn nömrәsiz evin qarşısına gәlәrәk hәyәtin hasarından aşıb yaşayış sahәsi hesab edilәn hәmin evin plastik pәncәrәsini üzәrindә gәtirdiyi vintaçanla açıb evin içәrisinә qanunsuz daxil olaraq orada saxlanılan zәrәrçәkmiş şәxs5 mәxsus olan 90 manat dәyәrindә bir әdәd ütünü, 95 manat dәyәrindә bir әdәd laqondanı, 110 manat dәyәrindә bir әdәd dreli, 300 manat dәyәrindә bir әdәd qaynaq aparatı, 200 manat dәyәrindә iki әdәd preporatoru, 100 manat dәyәrindә bir әdәd samovarı әlә keçirib zәrәçәkmiş şәxs zәrәrçәkmiş şәxs5 895 manat dәyәrindә maddi ziyan vurmaqla tәkrarәn oğurluq etmişlәr. Bundan başqa, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә ## #### 2023-cü il tarixdә saat 03 radәlәrindә Bakı şәhәri Sabunçu rayonu Maştağa qәsәbәsi Savalan 1 әrazisi kvartal 1 dalan 136-da yerlәşәn nömrәsiz evin qarşısına gәlәrәk hәyәtin hasarından aşıb yaşayış sahәsi hesab edilәn hәmin evin giriş qapsının üzәrindә quraşdırılmış şüşәni sındırıb qapını açıb evin içәrisinә qanunsuz daxil olaraq orada saxlanılan zәrәrçәkmiş şәxs8 mәxsus olan 2 manat dәyәrindә 2 әdәd markası bilinmәyәn su krantı, 20 manat dәyәrindә olan bir әdәd baltanı, 100 manat dәyәrindә 2 әdәd «Tplink» markalı internet modernlәrini, 200 manat dәyәrindә bir әdәd «Canon» markalı binoklu, 100 manat dәyәrindә 0,5 litr hәcmindә olan «Tekila Patron» spitrli içkini, 200 manat dәyәrindә 1976 ilin buraxılışlı 0,7 litr hәcmindә olan «Hennessy» markalı konyakı, 1200 manat dәyәrindә bir әdәd Almaniya ishtehsalı olan velosipedi, 420 manat dәyәrindә bir әdәd Rusiya istehsalı olan velosipedi, 400 manat dәyәrindә bir әdәd elektrosamokatı, 250 manat dәyәrindә bir әdәd «BOSH» markalı qaz plitәsini, 250 manat dәyәrindә bir әdәd «BOSH» markalı havalandırma sistemini, 300 manat dәyәrindә bir әdәd nәrdtaxtanı, 220 manat dәyәrindә bir әdәd 7 litr tutumlu od samovarını, 40 manat dәyәrindә bir әdәd Çin istehsalı üzәrindә «Sony HCDS20» yazıları olan (sәslәndirici ilә birlikdә) maqnitafonu, 10 manat dәyәrindә bir әdәd 25x30x54 sm ölçüdә üzәrindә «Piere Carden» yazıları vә naxışları olan açıq qәhvәyi rәngli çantanı, 20 manat dәyәrindә bir әdәd sarı(qaralmış) rәngli metaldan olan qulplu fincanı, 15 manat dәyәrindә bir әdәd sarı (qaralmış) rәngli metaldan olan bokalı, 16 manat dәyәrindә iki әdәd sarı (qaralmış) rәngli metaldan qәhvә üçün nәzәrdә tutulan qabları әlә keçirib zәrәçәkmiş şәxs zәrәrçәkmiş şәxs8 3763 manat dәyәrindә maddi ziyan vurmaqla tәkrarәn oğurluq etmişlәr. Bundan başqa, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә ## #### 2023-cü il tarixdә saat 23 radәlәrindә ünvan 2 ünvanda yerlәşәn evin qarşısına gәlәrәk hәyәtin hasarından aşıb yaşayış sahәsi hesab edilәn hәmin evin plastik pәncәrәsini üzәrindә gәtirdiyi vintaçanla açıb evin içәrisinә qanunsuz daxil olaraq orada saxlanılan zәrәrçәkmiş şәxs4 mәxsus olan 100 manat dәyәrindә sәsgüclәndiricini, 60 manat dәyәrindә 120 metr uzunluğunda «2,5» ölçülü elektrik naqillәrini, 100 manat dәyәrindә bir әdәd Rusiya istehsalı, üzәrindә «Bosch 230V» yazıları olan laqondanı, 30 manat dәyәrindә bir әdәd Almaniya istehsalı üzәrindә «Kress sbir 2250 230 V» yazıları olan dreli әlә keçirib zәrәçәkmiş şәxs zәrәrçәkmiş şәxs4 290 manat dәyәrindә maddi ziyan vurmaqla tәkrarәn oğurluq etmişlәr Bundan başqa, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә ## ####### 2023-cü il tarixdә saat 02 radәlәrindә Bakı şәhәri Sabunçu rayonu Maştağa qәsәbәsi Gülçülük Sovxozunda yerlәşәn nömrәsiz evin qarşısına gәlәrәk hәyәtin hasarından aşıb saxlanc yeri hesab edilәn hәmin evin zirzәmisinin içәrisinә qanunsuz daxil olaraq orada saxlanılan zәrәrçәkmiş şәxs1 mәxsus olan 450 manat dәyәrindә 3 әdәd hәr biri 2 metr x 0,9 metr ölçüdә olan taxta qapıları, 80 manat dәyәrindә 8 әdәd hәr biri 4 metr uzunluğunda olan taxtaları, 40 manat dәyәrindә 8 kiloqram müxtәlif ölçülü dәmir mismarlan әlә keçirib zәrәçәkmiş şәxs zәrәrçәkmiş şәxs1 570 manat dәyәrindә maddi ziyan vurmaqla tәkrarәn oğurluq etmişlәr. Birinci instansiya mәhkәmәsi ibtidai araşdırma orqanı tәrәfindәn mәhkәmәyә tәqdim olunmuş vә mәhkәmә iclasında araşdırdığı sübutlara әsaslanaraq mәhkumlar tәrәfindәn zәrәr çәkmiş şәxslәr zәrәrçәkmiş şәxs11, zәrәrçәkmiş şәxs15, X8, Bakı şәhәri Heyvan Sağlamlığı vә Baytarlıq Xidmәti Idarәsinә, zәrәrçәkmiş şәxs7, zәrәrçәkmiş şәxs14, zәrәrçәkmiş şәxs10, zәrәrçәkmiş şәxs6, zәrәrçәkmiş şәxs13, zәrәrçәkmiş şәxs2, zәrәrçәkmiş şәxs5 vә zәrәrçәkmiş şәxs1 mәxsus yaşayış sahәlәrinә qanunsuz daxil olmaqla tәkrarәn oğurluq cinayәtlәrini törәtmәlәrinin hәmin sübutlarla tәsdiq olunmaması barәdә nәticәyә gәlәrәk adları göstәrilәn zәrәr çәkmiş şәxslәrә mәxsus әmlakların gizli olaraq talanmasına dair epizodların zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qarşı irәli sürülmüş ittihamdan xaric edilmәsi haqqında qәrar qәbul edilmiş, iş üzrә çıxarılmış hökmlә zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 CM-in 177.2.1, 177.2.2 vә 177.2.3-cü maddәlәri ilә tәqsirli bilinәrәk mәhkum edilmişdir ona görә ki, onlar qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә, birlikdә ## ###### 2022-ci il tarixdә saat 01 radәlәrindә Bakı şәhәri Sabunçu rayonu Maştağa qәsәbәsi Savalan YYM-dә yerlәşәn nömrәsiz evin qarşısına gәlәrәk hәyәtin hasarından aşıb yaşayış sahәsi hesab edilәn hәmin evin plastik pәncәrәsinin üzәrindә quraşdırılan dәmir barmaqlıqları әydikdәn sonra gәtirdiklәri vintaçanla hәmin pәncәrәni açıb evin içәrisinә qanunsuz daxil olaraq orada saxlanılan zәrәrçәkmiş şәxs9 mәxsus olan 200 manat dәyәrindә bir әdәd 72 diaqonallı «Sony» markalı televizoru, 250 manat dәyәrindә bir әdәd kamera yaddaş blokunu, 50 manat dәyәrindә 1 әdәd su motorunu, 30 manat dәyәrindә üzәrindә «Marquies MKP62 370VV» yazıları olan bir әdәd su motorunu,180 manat dәyәrindә bir әdәd ot biçәn aparatını, 300 manat dәyәrindә 100 metr uzunluğunda 4 mm ölçüdә elektrik naqillәri, 50 manat dәyәrindә olan bir әdәd «Sony» markalı qara rәngli maqnitafonu, 20 manat dәyәrindә bir әdәd «Tefal» markalı elektrik çaydanı, 10 manat dәyәrindә bir әdәd dәmir kәlbәtini, 20 manat dәyәrindә 2 әdәd baltanı, 10 manat dәyәrindә bir әdәd çәkiçi, 10 manat dәyәrindә bir әdәd әl mişarı, 80 manat dәyәrindә bir әdәd paltar qurultmaq üçün nәzәrdә tutulmuş hamamda divara bәrkidilmiş pasdanmayan dәmiri, 50 manat dәyәrindә bir әdәd elektrik gәrginliyini tәnzimlәyәn 220 volt gücündә stablizatoru әlә keçirib zәrәçәkmiş şәxs zәrәrçәkmiş şәxs9 1260 manat dәyәrindә maddi ziyan vurmaqla oğurluq etmişlәr. Bundan başqa, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә, birlikdә ## #### 2023-cü il tarixdә saat 03 radәlәrindә Bakı şәhәri Sabunçu rayonu Maştağa qәsәbәsi Savalan 1 әrazisi kvartal 1 dalan 136-da yerlәşәn nömrәsiz evin qarşısına gәlәrәk hәyәtin hasarından aşıb yaşayış sahәsi hesab edilәn hәmin evin giriş qapsının üzәrindә quraşdırılmış şüşәni sındırıb qapını açıb evin içәrisinә qanunsuz daxil olaraq orada saxlanılan zәrәrçәkmiş şәxs8 mәxsus olan 2 manat dәyәrindә 2 әdәd markası bilinmәyәn su krantı, 20 manat dәyәrindә olan bir әdәd baltanı, 100 manat dәyәrindә 2 әdәd «Tplink» markalı internet modernlәrini, 200 manat dәyәrindә bir әdәd «Canon» markalı binoklu, 100 manat dәyәrindә 0,5 litr hәcmindә olan «Tekila Patron» spitrli içkini, 200 manat dәyәrindә 1976 ilin buraxılışlı 0,7 litr hәcmindә olan «Hennessy» markalı konyakı, 1200 manat dәyәrindә bir әdәd Almaniya ishtehsalı olan velosipedi, 420 manat dәyәrindә bir әdәd Rusiya istehsalı olan velosipedi, 400 manat dәyәrindә bir әdәd elektrosamokatı, 250 manat dәyәrindә bir әdәd «BOSH» markalı qaz plitәsini, 250 manat dәyәrindә bir әdәd «BOSH» markalı havalandırma sistemini, 300 manat dәyәrindә bir әdәd nәrdtaxtanı, 220 manat dәyәrindә bir әdәd 7 litr tutumlu od samovarını, 40 manat dәyәrindә bir әdәd Çin istehsalı üzәrindә «Sony HCDS20» yazıları olan (sәslәndirici ilә birlikdә) maqnitafonu, 10 manat dәyәrindә bir әdәd 25x30x54 sm ölçüdә üzәrindә «Piere Carden» yazıları vә naxışları olan açıq qәhvәyi rәngli çantanı, 20 manat dәyәrindә bir әdәd sarı(qaralmış) rәngli metaldan olan qulplu fincanı, 15 manat dәyәrindә bir әdәd sarı (qaralmış) rәngli metaldan olan bokalı, 16 manat dәyәrindә iki әdәd sarı (qaralmış) rәngli metaldan qәhvә üçün nәzәrdә tutulan qabları әlә keçirib zәrәçәkmiş şәxs zәrәrçәkmiş şәxs8 3763 manat dәyәrindә maddi ziyan vurmaqla tәkrarәn oğurluq etmişlәr. Bundan başqa, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2, qabaqcadan әlbir olan bir qrup şәxs halında özgәnin әmlakını gizli olaraq talamaq mәqsәdi ilә, birlikdә ## #### 2023-cü il tarixdә saat 23 radәlәrindә ünvan 2 ünvanda yerlәşәn evin qarşısına gәlәrәk hәyәtin hasarından aşıb yaşayış sahәsi hesab edilәn hәmin evin plastik pәncәrәsini gәtirdiklәri vintaçanla açıb evin içәrisinә qanunsuz daxil olaraq orada saxlanılan zәrәrçәkmiş şәxs4 mәxsus olan 100 manat dәyәrindә sәsgüclәndiricini, 60 manat dәyәrindә 120 metr uzunluğunda «2,5» ölçülü elektrik naqillәrini, 100 manat dәyәrindә bir әdәd Rusiya istehsalı, üzәrindә «Bosch 230V» yazıları olan laqondanı, 30 manat dәyәrindә bir әdәd Almaniya istehsalı üzәrindә «Kress sbir 2250 230 V» yazıları olan dreli әlә keçirib zәrәçәkmiş şәxs zәrәrçәkmiş şәxs4 290 manat dәyәrindә maddi ziyan vurmaqla tәkrarәn oğurluq etmişlәr. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli hökmündәn dövlәt ittihamçısı Cәbrayılov Elşad Vaqif oğlu tәrәfindәn verilmiş apellyasiya protestinә әsasәn işә baxan Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının (hakimlәr Əliyev Emin Zöhrab oğlu (sәdrlik edәn vә mәruzәçi) Abbasov Mirzәli Əbdülәli oğlu vә Mәmmәdov Əli Irfan oğlundan ibarәt tәrkibdә) # #### 2025-ci il tarixli qәrarı ilә apellyasiya protesti qismәn tәmin edilmiş, hökm dәyişdirilәrәk zәrәr çәkmiş şәxslәr zәrәrçәkmiş şәxs11, zәrәrçәkmiş şәxs15, X8, zәrәrçәkmiş şәxs7, Bakı şәhәri Heyvan Sağlamlığı vә Baytarlıq Xidmәti Idarәsinә, zәrәrçәkmiş şәxs14, zәrәrçәkmiş şәxs10, zәrәrçәkmiş şәxs6, zәrәrçәkmiş şәxs13, zәrәrçәkmiş şәxs2, zәrәrçәkmiş şәxs5 vә zәrәrçәkmiş şәxs1 yaşayış sahәlәrinә, binaya vә ya başqa saxlanc yerlәrinә qanunsuz daxil olmaqla oğurluq cinayәti törәtmiş şәxslәrin müәyyәn olunması üçün cinayәt işi üzrә materialların ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora göndәrilmәsi qәt edilmiş, hökm qalan hissәlәrdә isә dәyişdirilmәdәn saxlanılmışdır. Hәmçinin apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn Bakı şәhәri Sabunçu Rayon Polis Idarәsinin Istintaq Şöbәsinin müstәntiqi R X4 işin ibtidai araşdırması zamanı qanun pozuntularına yol vermәsi müәyyәn edildiyindәn # #### 2025-ci il tarixdә onun barәsindә xüsusi qәrar çıxarılmış vә hәmin qәrar müvafiq tәdbirlәrin görülmәsi üçün Azәrbaycan Respublikasının Daxili Işlәr Nazirliyinә göndәrilmişdir. Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının # #### 2025-ci il tarixli qәrarından dövlәt ittihamçısı S.İ.Hüseyinova-Zeynalova kassasiya protesti verәrәk hәmin qәrarın lәğv edilmәsini vә cinayәt işinin yeni apellyasiya baxışına tәyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Öz mәzmununa görә hökmdәn verilmiş apellyasiya protesti ilә eynilik tәşkil edәn kassasiya protestindә dә CM-in vә CPM-in bir sıra maddәlәrinә, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 46.2, 46.3-cü maddәlәrinin vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 346.1.14-cü maddәsinin şәrh edilmәsinә dair” ## ###### 2011-ci il tarixli vә “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 59.1.9 vә 60-cı maddәlәrinin bәzi müddәalarının şәrh edilmәsinә dair” # ##### 2012-ci il tarixli Qәrarlarına, “Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında” vә “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun müvafiq olaraq ## #### 2003-cü il tarixli vә ## ###### 2021-ci il tarixli Qәrarlarına, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 15 epizod üzrә oğurluq cinayәtini törәtmәlәrinә dair onlara qarşı ibtidai araşdırma orqanı tәrәfindәn irәli sürülmüş ittihama, iş üzrә toplanmış vә birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında araşdırılmış sübutlara, mәhkәmәlәr tәrәfindәn sonuncuların barәsindә qәbul edilmiş yekun mәhkәmә aktlarına vә bu aktlar üzrә mәhkәmәlәrin gәldiklәri nәticәlәrә istinad edәrәk göstәrilәn nәticәlәri mübahisәlәndirәn dövlәt ittihamçısı S.İ.Hüseyinova-Zeynalova hәmin protestini belә әsaslandırmışdır ki, mәhkәmәlәr tәqsirkarlara elan olunmuş ittiham üzrә oğurluq cinayәtinin 15 epizodundan yalnız 3 epizodda tәqsirliliklәrinin sübuta yetirilmәsi barәdә qәnaәtә gәlәrkәn ittihamın hәrtәrәfli, tam vә obyektiv baxılması üçün mühüm әhәmiyyәt kәsb edәn sübutları CPM-in 143-146-cı maddәlәrinin tәlәblәrinә müvafiq olaraq tәdqiq edib qiymәtlәndirmәmiş vә bu baxımdan bu qәnaәt işin faktiki hallarına uyğun olmamış, iş üzrә qәbul edilmiş yekun mәhkәmә aktlarının әsasını isә yolverilmәz sübutlar tәşkil etmişdir. Işә birinci instansiyası mәhkәmәsinin mәhkәmә iclasında baxılması zamanı hәmin oğurluq cinayәtinin 6 epizodunda mәhkum2 iştirakı tәsdiq olunmadığından dövlәt ittihamçısı bu epizodların sonuncuya qarşı irәli sürülmüş ittihamdan xaric edilmәsini tәklif etsә dә, bu hal heç dә mәhkum3 vә mәhkum1 istәr hәmin epizodlar, istәrsә dә onlara qarşı irәli sürülmüş ittihamın digәr epizodları, habelә mәhkum2 qalan 9 epizod üzrә oğurluq cinayәtini törәtmәkdә tәqsirliliklәrini inkar etmir. Dövlәt ittihamçısının mövqeyinә görә, iş üzrә ilkin vә ibtidai araşdırmanın natamam aparılması, hadisә yerlәrinin sәthi müayinә edilәrәk hәmin yerlәrdәn әl-barmaq izlәrinin götürülmәmәsi, hәm oğurluq edilmiş yerlәrdә, hәm dә onlara yaxın әrazilәrdә müşahidә kameralarının olubolmamasının aydınlaşdırılmaması, 12 epizod üzrә oğurlanmış әmlakların aşkar edilmәmәsi, habelә ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokuror tәrәfindәn işin müvafiq göstәrişlәrlә istintaq orqanına qaytarılması, sonradan isә bu göstәrişlәrin bir hissәsinә әmәl olunmaması heç dә mәhkum olunmuş şәxslәrin hәmin epizodlar üzrә dә oğurluq cinayәtini törәtmәkdә tәqsirliliklәrinin sübuta yetirilmәmәsi barәdә nәticәyә gәlmәk üçün әsas vermәmişdir ona görә ki, mәhkәmәyәdәk icraat zamanı tәqsirlәndirilәn şәxs qismindә verdiklәri ifadәlәrindә zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2, hәr birisi ayrı-ayrılıqda onlara qarşı irәli sürülmüş ittiham üzrә özlәrini tam tәqsirli bilәrәk bütün epizodlara dair oğurluq cinayәtini törәtmәlәrini etiraf etmişlәr. Qeyd olunanlarla yanaşı kassasiya protestindә zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 tәyin edilmiş cәzaların yüngül olması da mübahisәlәndirilәrәk qeyd olunur ki, birinci instansiya mәhkәmәsi bu mәsәlәni hәll edәrkәn, apellyasiya instansiyası mәhkәmәsi isә hәmin mәhkәmәnin cәza tәyini ilә bağlı gәldiyi nәticә ilә razılaşarkәn mәhkum olunmuş şәxslәrin tәqsirli bilindiklәri epizodlar üzrә törәtdiklәri cinayәtlәrin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, hәmin cinayәtlәr nәticәsindә zәrәr çәkmiş şәxslәrә vurulmuş ziyanın әksәr hissәsini ödәmәmәlәrini nәzәrә almamış, hәmçinin CMin 72.1-ci maddәsindә qeyd edilmiş hallar olmadığından, onların törәtdiklәri әmәllәrindәn peşman olmalarını cәzanı yüngüllәşdirәn hal kimi nәzәrә almaqda haqlı olmamışlar. Şәrh edilәn dәlillәrә әsaslanaraq dövlәt ittihamçısı S.İ.Hüseyinova-Zeynalova onun kassasiya protestinin tәmin edilmәsini xahiş edir. Kassasiya protestinә baxılmasının yeri vә vaxtı barәdә proses iştirakçıları qanuna müvafiq qaydada vә müddәtdә mәlumatlandırılmalarına baxmayaraq mәhkumlar zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 namәlum sәbәblәrdәn mәhkәmәyә gәlmәmişlәr. Mәhkәmә kollegiyası bununla әlaqәdar dövlәt ittihamçısı H.B.Imranovun rәyini dinlәyib CPM-in 419.4-cü maddәsinin tәlәblәrinә әsaslanaraq kassasiya müraciәtlәrinә mәhkum olunmuş şәxslәr zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belә ki, CPM-in 419.4-cü maddәsinә әsasәn, kassasiya instansiyası mәhkәmәsinin iclası hansı mәhkәmә qәrarına vә hansı әsaslarla baxılması, kimlәrin mәhkәmә tәrkibinә daxil olması vә mәhkәmәnin iclas zalında cinayәt prosesi iştirakçılarından kimlәrin iştirak etmәsi barәdә mәhkәmә iclasında sәdrlik edәnin elanı ilә açılır. Şikayәt vermiş vә lazımi qaydada mәlumatlandırılmış şәxsin olmaması kassasiya instansiyası mәhkәmәsi iclasının davam etdirilmәsini istisna etmir. Hüquqi məsələlər: Dövlәt ittihamçısı S.İ.Hüseyinova-Zeynalovanın kassasiya protestinin mәzmunundan göründüyü kimi, onun müәllifi öz müraciәtindә işin faktiki hallarını mübahisәlәndirәrәk mәhkәmәlәrin iş üzrә yekun aktlar qәbul edәrkәn vә bu aktlarla zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 onlara qarşı irәli sürülmüş ittihamın 12 epizoduna dair oğurluq cinayәtini törәtmәkdә tәqsirliliklәrinin sübuta yetirilmәmәsi barәdә nәticәyә gәlәrkәn sübutlara qanuna müvafiq qaydada qiymәt verilmәmәsini, hәmin mәhkәmә aktlarının әsasını isә yolverilmәz sübutlar tәşkil etdiyini, hәmçinin cәzanı yüngüllәşdirәn hallar düzgün qiymәtlәndirilmәyәrәk mәhkum olunmuş şәxslәrә açıqaşkar yüngül cәzaların tәyin edilmәsini iddiar edir vә bunlarla bağlı dәlillәrә әsaslanaraq apellyasiya instansiyası mәhkәmәsinin qәrarının lәğv edilmәli olması haqqında tәlәbini CPM-in 416.1.2, 416.1.3 vә vә 416.1.21-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarla әlaqәlәndirir. CPM-in 416.1.2, 416.1.3 vә 416.1.21-ci maddәlәrinә әsasәn isә mәhkәmә bu Mәcәllәnin 143-146-cı maddәlәrinin tәlәblәrinә müvafiq olaraq sübutları tәdqiq etmәdikdә, mәhkumun tәqsirliliyi vә ya bәraәt almış şәxsin tәqsirsizliyi barәdә mәhkәmә hökmünün әsasını yolverilmәz sübutlar tәşkil etdikdә vә mәhkәmә mәsuliyyәti ağırlaşdıran vә ya yüngüllәşdirәn halları nәzәrә almadan cәza tәyin etdikdә kassasiya instansiyası mәhkәmәsi apellyasiya instansiyası mәhkәmәsinin hökm vә ya qәrarını kassasiya qaydasında lәğv etmәk vә ya dәyişdirmәk hüququna malikdir. Odur ki, mәhkәmә kollegiyası dövlәt ittihamçısı S.İ.Hüseyinova-Zeynalovanın kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciәt kimi görür vә buna görә zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 barәlәrindәki cinayәt işinin materiallarını, o cümlәdәn yekun mәhkәmә aktlarının qanuniliyini vә әsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvәla mәhkәmә kollegiyası növbәti dәfә xatırladır ki, kassasiya instansiyası mәhkәmәsinin kassasiya müraciәtlәrinә baxılması üzrә sәlahiyyәtlәrinin hüdudlarını CPM-in 419-cu maddәsi müәyyәn edir. Ümumi şәkildә kassasiya instansiyası mәhkәmәsinin kassasiya müraciәtlәrinә baxılması üzrә sәlahiyyәtlәrini müәyyәn edәn CPM-in 419.1-ci maddәsinә әsasәn, kassasiya instansiyası mәhkәmәsi kassasiya şikayәtinә vә ya kassasiya protestinә mahiyyәti üzrә baxaraq müraciәtin dәlillәrindәn asılı olmayaraq yalnız hüquq mәsәlәlәri üzrә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddәdәn göründüyü kimi, sübutların mahiyyәti üzrә araşdırılması, mötәbәrliliyi, kifayәtliliyi, cinayәt faktının müәyyәn edilmәsi, habelә birinci vә apellyasiya instansiyası mәhkәmәlәri tәrәfindәn çıxarılmış hökm vә qәrarların icrası vә buna nәzarәtin hәyata keçirilmәsi kimi mәsәlәlәrin hәlli qanunla kassasiya instansiyası mәhkәmәsinin deyil, birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin sәlahiyyәtinә aid edilmişdir. CPM-in 419.11-ci maddәsinin tәlәblәrinә görә, kassasiya instansiyası mәhkәmәsi birinci vә ya apellyasiya instansiyası mәhkәmәsindә mәhkәmә baxışının predmeti olmayan faktları müәyyәn edә vә ya onları sübuta yetirilmiş hesab edә bilmәz. Mәhkәmә kollegiyası qanunvericiliyin tәlәblәrinә әsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası mәhkәmәsi apellyasiya instansiyası mәhkәmәsinin hökm vә ya qәrarından verilmiş kassasiya şikayәtinә vә ya kassasiya protestinә әsasәn işә baxaraq vә bu baxışın nәticәsi olaraq apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn qәbul edilmiş mәhkәmә aktına münasibәtini bildirmәklә CPM-in 419.10-cu maddәsindә sadalanan qәrarlardan birini, yәni apellyasiya instansiyası mәhkәmәsinin hökm vә ya qәrarının dәyişiklik edilmәdәn saxlanılması, hәmin hökm vә ya qәrarın lәğv edilmәsi vә işin yeni apellyasiya baxışına tәyin edilmәsi vә ya cinayәt işinin icraatına xitam verilmәsi, yaxud da onların dәyişdirilmәsi haqqında qәrar, habelә hökmün vә ya mәhkәmәnin digәr qәrarının icrası qaydasında icraat üzrә mәhkәmә qәrarını lәğv edәrәk, birinci vә ya apellyasiya instansiyası mәhkәmәsindә müәyyәn edilmiş hallar vә sübutlar әsasında yeni qәrar qәbul edir (o şәrtlә ki, hәmin qәrar mәhkum edilmiş şәxsin vәziyyәtinin ağırlaşdırılması ilә nәticәlәnmәsin). Ümumiyyәtlә, kassasiya instansiyası mәhkәmәsinin kassasiya müraciәtlәrinә baxılması üzrә sәlahiyyәtlәrinin hüdudlarını CPM-in 419 vә 416-cı maddәlәri müәyyәn edir. Bu baxışın nәticәsindә kassasiya kollegiyası tәrәfindәn apellyasiya instansiyası mәhkәmәsinin qәrarlarının lәğv edilmәsi vә dәyişdirilmәsi әsasları isә CPM-in 416-cı maddәsindә müәyyәn edilmişdir. Mәhz hәmin maddәdә tәsbit edilәn әsaslar (әn azından hәmin әsaslardan biri) olduqda Ali Mәhkәmәnin Cinayәt Kollegiyası apellyasiya instansiyası mәhkәmәsinin qәrarını kassasiya qaydasında lәğv etmәyә vә yaxud dәyişdirmәyә haqlıdır. Bundan başqa, kassasiya instansiya mәhkәmәsindә mәhkәmә baxışının predmetini qanuni qüvvәyә minmiş mәhkәmә aktları tәşkil etdiyindәn, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar tәqdim edilmir vә mövcud sübutlara hüquqi qiymәt verilmir. Kassasiya qaydasında hökm vә ya qәrarın qanuniliyi, başqa sözlә birinci vә ya apellyasiya instansiya mәhkәmәsindә işә baxılarkәn vә mübahisә edilәn hökm vә ya qәrar qәbul edilәrkәn maddi vә ya prosessual hüquq normalarının, yәni cinayәt qanununun vә CPM-in normalarının tәlәblәrinә әmәl edilib-edilmәmәsi yoxlanılır. Kassasiya protestinin dәlillәri ilә bağlı mәhkәmә kollegiyası daha sonra vurğulayır ki, Azәrbaycan Respublikası Konstitusiyasının (bundan sonra mәtndә Konstitusiyanın) 12-ci maddәsinin İ hissәsi insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsini dövlәtin ali mәqsәdi olduğunu tәsbit edir. Konstitusiyanın 26-cı maddәsinin II hissәsinә әsasәn dövlәt hәr kәsin hüquqlarının vә azadlıqlarının müdafiәsinә tәminat verir. Konstitusiyanın 71-ci maddәsinin İ hissәsinә görә, Konstitusiyada tәsbit edilmiş insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını gözlәmәk vә qorumaq qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti orqanlarının borcudur. Insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsi mәqsәdi ilә dövlәt sәmәrәli hüquqi mexanizmlәr yaratmaqla, әdalәt mühakimәsinin hәyata keçirilmә prosesindә hüquq vә azadlıqların bәrpasına nail olur. Hәr kәsin hüquq vә azadlıqlarının dövlәt tәrәfindәn müdafiәsinә tәminat verәn Konstitusiyanın tәlәblәri hәmçinin cinayәt törәtmәkdә tәqsiri olmayan şәxslәrin cinayәt prosesini hәyata keçirәn orqanların vәzifәli şәxslәrinin vә ya hakimlәrin özbaşına hәrәkәtlәri ilә qanunsuz şübhә altına alınmasının, ittiham vә ya mәhkum edilmәsinin yol verilmәz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın tәsvir edilәn müddәaları hәr bir insanın, ümumilikdә isә - cәmiyyәtin vә dövlәtin cinayәtkar qәsdlәrdәn qorunmasını, digәr tәrәfdәn -hәr hansı cinayәtin törәdilmәsindә tәqsirli bilinmiş şәxslәrin dә qanuna müvafiq qaydada vә әsaslarla cinayәt mәsuliyyәtinә cәlb edilmәlәrini vә onların barәsindә bu vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirin tәtbiq edilmәsini, cәzanın mәqsәdlәrinә nail olunmasını, cinayәtkarlığın qarşısının alınması üçün lazımi tәdbirlәrin görülmәsini dә nәzәrdә tutur. Cinayәt mәsuliyyәtinin әsaslarına dair CM-in 3-cü maddәsindә göstәrilmişdir ki, yalnız hәmin Mәcәllә ilә nәzәrdә tutulmuş cinayәt tәrkibinin bütün әlamәtlәrinin mövcud olduğu әmәlin (hәrәkәt vә ya hәrәkәtsizliyin) törәdilmәsi cinayәt mәsuliyyәti yaradır. Qanunun bu normasının mәnasına görә, şәxsin әmәlindә cinayәt tәrkibinin cәhәtlәrini tәşkil edәn zәruri әlamәtlәrin mövcud olub-olmaması barәdә nәticәyә gәlmәk üçün şәxsә istinad edilәn әmәlin Cinayәt Mәcәllәsinin Ümumi hissәsinin tәlәblәri nәzәrә alınmaqla Xüsusi hissәsinin müvafiq maddәsinin dispozisiyası ilә müqayisә edilmәsi tәlәb olunur. CM-in 7.1-ci maddәsinә әsasәn, yalnız törәtdiyi ictimai tәhlükәli әmәlә hәrәkәt vә ya hәrәkәtsizliyә) vә onun nәticәlәrinә görә tәqsiri müәyyәn olunmuş şәxs cinayәt mәsuliyyәtinә cәlb edilә vә cәzalandırıla bilәr. Qanunvericiliyin bu tәlәblәrinә әsaslanaraq mәhkәmә kollegiyası qeyd etmәyi zәruri bilir ki, hәr bir cinayәt әmәli araşdırılarkәn onun tәrkibinin düzgün müәyyәn edilmәsi vә düzgün tövsif edilmәsi cinayәt әlamәtlәrini әks etdirәn әmәllәrin cinayәt olubolmamasını, cinayәt törәtmәkdә tәqsirlәndirilәn şәxsin tәqsiri olub-olmamasını müәyyәnlәşdirmәyә, habelә hәmin cinayәtә görә tәqsirlәndirilәn şәxsә әdalәtli cәza tәyin edilmәsinә yönәlmişdir. Əks hal tәqsiri olmayan şәxsin mәsuliyyәtә alınması, yaxud da cinayәt törәtmәkdә tәqsirli olan şәxsin mәsuliyyәtdәn kәnarda qalması, cәzanın düzgün olmayan tәtbiqi, bunlar isә öz növbәsindә CM-dә müәyyәn edilmiş qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirә görә mәsuliyyәt, әdalәt vә humanizm prinsiplәrinin pozulması ilә nәticәlәnә bilәr. Belә hüquqi mövqe Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun aşağıdakı Qәrarlarında da әksini tapmışdır. Belә ki, “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 244.1-ci maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2011-ci il tarixli Qәrarına görә, cinayәtin tövsifi törәdilәn konkret cinayәt әmәlinin cәhәtlәri ilә cinayәt-hüquq normasının dispozisiyasında nәzәrdә tutulan tәrkib әlamәtlәri arasında uyğunluğu müәyyәn etmәklә, müvafiq prosessual sәnәddә öz әksini tapan vә cinayәthüquqi nәticәlәrә sәbәb olan әmәlә verilәn cinayәt hüquqi qiymәtdir. Cinayәtin tövsifi mühüm sosial vә hüquqi әhәmiyyәtә malikdir. Tövsif Cinayәt Mәcәllәsindә müәyyәn edilmiş vәzifәlәrin yerinә yetirilmәsi baxımından, cinayәt qanununu tәtbiq etmәyә sәlahiyyәti olan vәzifәli şәxslәr tәrәfindәn hәyata keçirilәn mühüm mәntiqi proses olub, onun yekununda konkret sosial hadisәyә, cәmiyyәt üçün tәhlükәli olan insan davranışına hüquqi qiymәt verilir. Bu isә ilk növbәdә işin faktiki hallarının hәrtәrәfli öyrәnilmәsini, cinayәt hüquq normasının seçilmәsini vә onun mәzmununun izah edilmәsini tәlәb edir. Konstitusiya Mәhkәmәsinin Plenumu hәmçinin qeyd etmәyi zәruri hesab etmişdir ki, hәr bir cinayәt әmәli araşdırılarkәn onun tәrkibinin düzgün müәyyәn edilmәsi vә düzgün tövsif edilmәsi cinayәt әlamәtlәrini әks etdirәn әmәllәrin cinayәt olub-olmamasını, cinayәt törәtmәkdә tәqsirlәndirilәn şәxsin tәqsiri olub-olmamasını müәyyәnlәşdirmәyә, habelә hәmin cinayәtә görә tәqsirlәndirilәn şәxsә әdalәtli cәza tәyin edilmәsinә yönәlmişdir. Əks halda tәqsiri olmayan şәxsin mәsuliyyәtә alınmasına, yaxud da cinayәt törәtmәkdә tәqsirli olan şәxsin mәsuliyyәtdәn kәnarda qalmasına, cәzanın düzgün olmayan tәtbiqinә sәbәb ola bilәr. Bu isә öz növbәsindә Cinayәt Mәcәllәsinin әsaslandığı qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirә görә mәsuliyyәt, әdalәt vә humanizm prinsiplәrinin pozulmasına gәtirib çıxara bilәr. “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 221.3-cü maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ### 2011-ci il tarixli Qәrarında göstәrilir ki, törәdilәn hәr hansı bir ictimai tәhlükәli әmәlә görә şәxsin azadlıq hüququnun mәhdudlaşdırılmasına sәbәb olan cinayәt hüquq norması tәtbiq edilәrkәn hәmin cinayәtin tәrkibi, onun xüsusiyyәtlәri vә bu cinayәt әmәlinin tövsifi mәsәlәlәrinә xüsusi diqqәt yetirilmәlidir. Cinayәt әmәlinin tәrkibinin düzgün müәyyәn olunmaması vә düzgün tövsif edilmәmәsi şәxsin azadlıq hüququnun pozulmasına gәtirib çıxara bilәr. Hәmin Qәrarda hәmçinin qeyd olunmuşdur ki, törәdilәn hәr hansı bir ictimai tәhlükәli әmәlә görә şәxsin azadlıq hüququnun mәhdudlaşdırılmasına sәbәb olan cinayәt hüquq norması tәtbiq edilәrkәn hәmin cinayәtin tәrkibi, onun xüsusiyyәtlәri vә bu cinayәt әmәlinin tövsifi mәsәlәlәrinә xüsusi diqqәt yetirilmәlidir. Hәr hansı cinayәtin әlamәtlәrini әks etdirәn әmәllәrin cinayәt olub-olmaması, cinayәti törәtmәkdә tәqsirlәndirilәn şәxsin tәqsirli olub-olmaması, habelә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәllәri törәtmәkdә şübhәli vә ya tәqsirlәndirilәn şәxsin cinayәt tәqibinin vә ya müdafiәsinin hüquqi prosedurlarını Azәrbaycan Respublikasının cinayәtprosessual qanunvericiliyi müәyyәn edir (CPM-in 1.1-ci maddәsi). CPM-in 8.0-cı maddәsindә göstәrilmişdir ki, cinayәt mühakimә icraatının vәzifәlәri aşağıdakılardan ibarәtdir: 8.0.1. şәxsiyyәti, cәmiyyәti vә dövlәti cinayәtkar qәsdlәrdәn qorumaq; 8.0.2. hәqiqi vә ya ehtimal edilәn cinayәt törәtmәsi ilә әlaqәdar şәxsiyyәti vәzifә sәlahiyyәtlәrindәn sui-istifadә edilmәsi hallarından qorumaq; 8.0.3. cinayәtlәri tezliklә açmaq, cinayәt tәqibi ilә bağlı bütün halları hәrtәrәfli, tam vә obyektiv araşdırmaq; 8.0.4. cinayәt törәtmiş şәxslәri ifşa vә cinayәt mәsuliyyәtinә cәlb etmәk; 8.0.5. cinayәt törәtmәkdә ittiham olunan şәxslәrin tәqsirini müәyyәn edәrәk onları cәzalandırmaq vә tәqsirsiz şәxslәrә bәraәt vermәk mәqsәdi ilә әdalәt mühakimәsini hәyata keçirmәk. Ən әsası isә mәhkәmә kollegiyası qeyd etmәyi vacib sayır ki, qanunçuluq prinsipi nәzәrdә tutulmuş CPM-in 10.1-ci maddәsinә әsasәn, mәhkәmәlәr vә cinayәt prosesinin iştirakçıları Azәrbaycan Respublikası Konstitusiyasının, bu Mәcәllәnin, Azәrbaycan Respublikasının digәr qanunlarının, habelә Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrin müddәalarına ciddi әmәl etmәlidirlәr. CPM-in 10.2 vә 10.5-ci maddәlәrinә görә isә, Azәrbaycan Respublikasının qüvvәyә minmiş vә dәrc edilmiş qanunu ilә müәyyәn olunan әsaslardan vә qaydalardan kәnar heç kәsin cinayәt tәqibi üzrә şübhәli vә ya tәqsirlәndirilәn şәxs qismindә mәsuliyyәtә cәlb edilmәsinә, tutulmasına, hәbsә alınmasına, axtarılmasına, mәcburi gәtirilmәsinә vә digәr prosessual mәcburiyyәt tәdbirlәrinә mәruz qalmasına, habelә mәhkum edilmәsinә, cәzalandırılmasına, hüquq vә azadlıqlarının digәr formada mәhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddәsindә göstәrilәn tәlәblәrinin pozulması ilә aparılan prosessual hәrәkәtlәrin vә qәbul olunmuş qәrarların hüquqi qüvvәsi yoxdur. CPM-in 12.1-ci maddәsinә әsasәn cinayәt prosesini hәyata keçirәn orqanlar cinayәt prosesindә iştirak edәn bütün şәxslәrin Konstitusiya ilә tәsbit edilmiş insan vә vәtәndaş hüquq vә azadlıqlarına riayәt olunmasını tәmin etmәlidirlәr. Konstitusiyanın 63-cü maddәsinin İ-III hissәlәrinә uyğun olaraq cinayәt mühakimә icratında tәqsirsizlik prezumpsiyası prinsipi eyni cür tәsbit edilmiş CPM-in 21.1-21.3-cü maddәlәrindә göstәrilmişdir ki, cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn hәr bir şәxs onun tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetirilmәyibsә vә bu barәdә qanuni qüvvәyә minmiş mәhkәmәnin hökmü yoxdursa, tәqsirsiz sayılır. Şәxsin tәqsirli olduğuna әsaslı şübhәlәr varsa da onun tәqsirli bilinmәsinә yol verilmir. Bu Mәcәllәnin müddәalarına uyğun surәtdә müvafiq hüquqi prosedur daxilindә ittihamın sübuta yetirilmәsindә aradan qaldırılması mümkün olmayan şübhәlәr tәqsirlәndirilәn şәxsin (şübhәli şәxsin) xeyrinә hәll edilir. Eyni ilә cinayәt vә cinayәt-prosessual qanunlarının tәtbiqindә aradan qaldırılmamış şübhәlәr dә onun xeyrinә hәll olunmalıdır. Cinayәt törәdilmәsindә tәqsirlәndirilәn şәxs özünün tәqsirsiz olmasını sübuta yetirmәyә borclu deyildir. Ittihamı sübuta yetirmәk, şübhәli vә ya tәqsirlәndirilәn şәxsin müdafiәsi üçün irәli sürülәn dәlillәri tәkzib etmәk vәzifәsi ittiham tәrәfinin üzәrinә düşür. Mәhkәmә kollegiyası xüsusilә vurğulamağı lazım bilir ki, tәqsirsizlik prezumpsiyasına hәmçinin cinayәt törәtmiş şәxsin törәtdiyi әmәlinә maddi hüquq normasının tәtbiqi, yәni hәmin әmәlin hüquqi tövsif mәsәlәsi hәll edilәrkәn dә әmәl olunmalı, buna әsas olduqda isә mәhz hәmin prinsip rәhbәr tutulmaqla cinayәt törәtmiş şәxsin әmәli onun müdafiә hüququ pozulmadan, CPM-in 318.1-ci maddәsinin tәlәblәri buna imkan verdiyinә görә, CM-in Xüsusi hissәsinin bir maddәsindәn daha yüngül maddәsinә tövsif edilmәli, yaxud da tәqsirkara qarşı irәli sürülmüş ittihamddan bu vә ya digәr epizod vә ya CM-in hansısa maddәsi xaric edilmәklә onun barәsindә qanuni vә әsaslı hökm çıxarılmalı, yaxud da digәr yekun qәrar qәbul edilmәldir. Belә nәticәyә gәlәrkәn isә mәhkәmә CPM-in 28.5, 33, 145 vә 146-cı maddәlәrinin tәlәblәrinә dә әmәl etmәlidir. Belә ki CPM-in 28.5-ci maddәsindә әksini tapmış cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliliyi prinsipinә görә, şәxsin cinayәt törәtmәkdә tәqsirli olmasına dair mәhkәmә qәrarı mülahizәlәrә әsaslana bilmәz vә işә aid biri digәrinә kifayәt qәdәr uyğun gәlәn mötәbәr sübutların mәcmusu ilә tәsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddәlәrinin tәlәblәrindәn görünür ki, hakimlәr cinayәt mühakimә icraatının hәyata keçirilmәsindә cinayәt işi üzrә toplanmış sübutları bu Mәcәllәnin tәlәblәrinә әsasәn qiymәtlәndirirlәr. Cinayәt mühakimә icraatı hәyata keçirilәrkәn bu Mәcәllәnin 125, 144-146-cı maddәlәrinin müddәalarının pozulması yolverilmәzdir. Cinayәt prosesindә heç bir sübutun vә digәr materialın qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur. Hakimlәrin sübutlara vә sair materiallara qәrәzli münasibәt bәslәmәsi, mövcud hüquqi prosedur daxilindә tәdqiq edilәnәdәk sübut vә digәr materiallardan birinә digәrinә nisbәtdә çox vә ya az әhәmiyyәt verilmәsi yolverilmәzdir. CPM-in 124.1-ci maddәsinin tәlәblәrindәn görünür ki, mәhkәmәnin vә ya cinayәt prosesi tәrәflәrinin әldә etdiyi mötәbәr dәlillәr (mәlumatlar, sәnәdlәr, әşyalar) cinayәt tәqibi üzrә sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayәt-prosessual qanunvericiliyinin tәlәblәrinә әmәl edilmәklә insan vә vәtәndaşın konstitusiya hüquq vә azadlıqları mәhdudlaşdırılmadan vә ya mәhkәmәnin qәrarı әsasında (bu Mәcәllә ilә nәzәrdә tutulmuş tәxirә salına bilmәyәn hallarda isә müstәntiqin qәrarı әsasında) mәhdudlaşdırmaqla әldә olunmalı; 124.1.2. hadisәnin cinayәt hadisәsi olub-olmamasını, törәdilmiş әmәldә cinayәtin әlamәtlәrinin olub-olmamasını, bu әmәlin tәqsirlәndirilәn şәxs tәrәfindәn törәdilibtörәdilmәmәsini, onun tәqsirli olub-olmamasını, habelә ittihamın düzgün hәll edilmәsi üçün әhәmiyyәt kәsb edәn digәr hallar göstәrilmәlidir. CPM-in 125.1-ci maddәsindә isә tәsbit edilmişdir ki, mәlumatların, sәnәdlәrin vә digәr әşyaların hәqiqiliyinә, yaranma mәnbәyinә vә әldә edilmәsi hallarına şübhәlәr olmadıqda onlar sübut kimi qәbul edilә bilәrlәr. CPM-in 138.1-ci maddәsinә әsasәn, sübutetmә ittihamın qanuni, әsaslı vә әdalәtli hәlli üçün әhәmiyyәt kәsb edәn halların müәyyәn edilmәsi mәqsәdi ilә sübutların әldә edilmәsindәn, yoxlanılmasından vә qiymәtlәndirilmәsindәn ibarәtdir. CPM-in 139-cu maddәsi bu normada göstәrilәn digәr hallarla yanaşı cinayәt hadisәsinin baş vermә faktının vә hallarının, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәrinin vә şәxsin tәqsirliliyinin sübutlara әsasәn müәyyәn edilmәsini tәlәb edir. Belә ki, hәmin maddәdә qeyd olunur ki, cinayәt tәqibi üzrә icraat zamanı aşağıdakılar yalnız sübutlara әsasәn müәyyәn edilir: 139.0.1. cinayәt hadisәsinin baş vermә faktı vә halları; 139.0.2. şübhәli vә ya tәqsirlәndirilәn şәxsin cinayәt hadisәsi ilә әlaqәsi; 139.0.3. cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәri; 139.0.4. cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsindә şәxsin tәqsirliliyi; 139.0.5. cinayәt qanunu ilә nәzәrdә tutulmuş cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar; 139.0.6. bu Mәcәllә ilә başqa hal nәzәrdә tutulmamışsa, cinayәt prosesi iştirakçısının vә ya cinayәt prosesindә iştirak edәn digәr şәxsin öz tәlәbini әsaslandırdığı hallar. CPM-in 144-cü maddәsinә görә, cinayәt tәqibi üzrә toplanmış sübutlar tam, hәrtәrәfli vә obyektiv yoxlanılmalıdır. Sübutların qiymәtlәndirilmәsi tәlәbi tәsbit edilmiş CPM-in 145-ci maddәsindә müәyyәn edilir ki, hәr bir sübut mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә qiymәtlәndirilmәlidir. Cinayәt tәqibi üzrә toplanmış bütün sübutların mәcmusuna isә ittihamın hәlli üçün onların kifayәt etmәsinә әsasәn qiymәt verilmәlidir. CPM-in 146.1-ci maddәsinin tәlәblәrindәn görünür ki, cinayәt tәqibi üzrә toplanmış sübutların kifayәt etmәsi dedikdә, müәyyәn edilmәli hallar üzrә mümkün sübutların elә bir hәcmi nәzәrdә tutulur ki, onlar sübut etmә predmetinin müәyyәn edilmәsi üçün mötәbәr vә yekun nәticәyә gәlmәyә imkan versin. CPM-in 349.5-ci maddәsindә göstәrilmişdir ki, aşağıdakı hallarda mәhkәmәnin hökmü әsaslı hesab edilir: 349.5.1. mәhkәmәnin gәldiyi nәticәlәr yalnız mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara әsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymәtlәndirilmәsi üçün kifayәt etdikdә; 349.5.3. mәhkәmәnin müәyyәn etdiyi hallar onun tәdqiq etdiyi sübutlara uyğun gәldikdә. CPM-in 351.2-ci maddәsinin tәlәbinә görә, mәhkәmәnin ittiham hökmü ehtimallara әsaslana bilmәz vә yalnız mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin tәqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddәsindә isә müәyyәn edilmişdir ki, mәhkәmә bu Mәcәllәnin 346.1.1-346.1.6-cı maddәlәrindә göstәrilәn mәsәlәlәrә tәsdiqedici cavab verdikdә, tәqsirlәndirilәn şәxsin cinayәtin törәdilmәsindә tәqsiri aşağıdakılar nәzәrә alınmaqla sübuta yetirilmiş hesab edilә bilәr: 351.3.1. tәqsirsizlik prezumpsiyasını rәhbәr tutaraq; 351.3.2. bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydalar daxilindә mәhkәmә baxışında ittihamın baxılması nәticәlәrinә әsaslanaraq; 351.3.3. mәhkәmә istintaqında tәdqiq edilmiş mötәbәr vә mümkün sübutlara әsaslanaraq; 351.3.4. tәqsirlәndirilәn şәxsin tәqsirliliyinә dair aradan qaldırıla bilmәyәn şübhәlәri onun xeyrinә şәrh edәrәk. Göründüyü kimi, cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliyi, cinayәt mühakimә icraatında sübutların qiymәtlәndirilmәsi prinsiplәri, sübutlar vә sübutetmәyә dair normalar, o cümlәdәn CPM-in 125, 143-146-cı maddәlәri, hökmün әsaslılığına dair müddәalar (CPM-in 349.5-ci maddәsi) tәlәb edir ki, mәhkәmә cinayәt işlәrinә faktlar әsasında baxsın, faktların müәyyәn edilmiş sayılması üzrә qәnaәtini isә belә nәticәyә gәlmәk üçün kifayәt edәn, hәqiqiliyinә, yaranma mәnbәyinә, әldә edilmәsi hallarına şübhә olmayan (tam, hәrtәrәfli vә obyektiv yoxlanılmış), mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә lazımınca qiymәtlәndirilmiş sübutların mәcmusu ilә әsaslandırsın. Yalnız belә olduqda, CPM-in 21 vә 349.5-ci maddәlәri tәlәb etdiyi kimi, mәhkәmәnin yekun qәrarı, o cümlәdәn şәxsin ona istinad edilәn cinayәtin törәdilmәsindә tәqsirli vә ya tәqsirsiz olması (tәqsirinin sübuta yetirilmәmәsi) barәdә nәticә әsaslı sayıla bilәr. Qanunvericiliyin yuxarıda göstәrilәn tәlәblәrinә uyğun olan hüquqi mövqe Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun aşağıda tәsvir edilәn Qәrarlarında da ifadә olunmuşdur. Belә ki, “Azәrbaycan Respublikası CPM-in 397.1 vә 397.2-ci maddәlәrinin şәrh edilmәsi haqqında” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ### 2009-cu il tarixli Qәrarında qeyd edilir ki, hәqiqәtin müәyyәnlәşdirilmәsi әdalәt mühakimәsinin mütlәq şәrtidir vә hәr zaman cәmiyyәt mәhkәmәdәn hәqiqәti әks etdirәn әdalәt mühakimәsini tәlәb edәcәkdir. Hәr bir hakim bu vәzifәsini icra etmәk üçün ilk әvvәl prosessual tәlәblәrә hökmәn riayәt olunmasını tәmin etmәlidir, çünki bu hal cinayәt işi üzrә hәqiqәtin müәyyәnlәşdirilmәsinin vә düzgün mәhkәmә qәrarının qәbul olunmasının mühüm şәrtidir. Eynilә dә cinayәt işi üzrә araşdırmanın predmetini tәşkil edәn hadisәnin әhәmiyyәtli halları müәyyәnlәşdirilmәmişdirsә vә (vә ya) bu hallara münasibәtdә cinayәt qanununun müddәaları düzgün tәtbiq olunmamışdırsa, hәmin qәrara hәqiqi әdalәt mühakimәsi aktı kimi baxıla bilmәz. Hәmin akt әdalәtsizliyinә sәbәb olmuş hakimin qanunsuz hәrәkәtlәri, mәhkәmә sәhvlәri vә ya qanuniliyinә vә әsaslılığına tәsir etmiş digәr hallardan asılı olmayaraq düzәldilmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman mәhkәmә onun qanunçuluq vә әsaslılıq tәlәblәrinә cavab verә bilәcәyinin tәmin edilmәsi üçün öz aktını bu amillәrin üzәrindә qәrarlaşdırmalıdır. Belә tәlәblәrә cavab vermәyәn mәhkәmә qәrarlarına yenidәn baxılması imkanının mәhdudlaşdırılması әdalәt vә hüquqi müәyyәnlik kimi dәyәrlәrin müdafiәsindә tarazlığın pozulması vә Konstitusiya ilә tәminat verilәn insan hüquq vә azadlıqlarına zәrәr yetirilmәsi ilә nәticәlәnә bilәr. “V.Bayramov vә qeyrilәrinin şikayәtlәri üzrә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt işlәri vә inzibati hüquqpozmalara dair işlәr üzrә mәhkәmә kollegiyasının ## #### 2004-cü il tarixli qәrarının Azәrbaycan Respublikasının Konstitusiyasına vә qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun # ######## 2005-ci il tarixli qәrarında qeyd olunmuşdur ki, mәhkәmә hökmü şәxsin tәqsirli olub-olmaması kimi hәyati әhәmiyyәti olan mәsәlәni hәll edir. Bu sәbәbdәn prosessual qanunvericiliyin tәlәbinә görә mәhkәmәnin hökmü qanuni vә әsaslı olmalıdır. (CPM-in 349.3-cü maddәsi). Mәhkәmә hökmünün әsaslılığının şәrtlәrindәn biri dә hökmdә müәyyәn edilmiş halların mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara uyğun gәlmәsidir. Bu o demәkdir ki, şәxsin cinayәt törәtmәkdә tәqsirli olmasına dair mәhkәmә qәrarı mülahizәlәrә әsaslana bilmәz vә işә aid biri digәrinә uyğun gәlәn mötәbәr sübutların mәcmusu ilә tәsdiq olunmalıdır (CPM-in 28.5-ci maddәsi). Insan Hüquqları üzrә Avropa Mәhkәmәsi (bundan sonra mәtndә Avropa Mәhkәmәsi) müxtәlif ölkәlәrә qarşı qәbul etdiyi Qәrarlarında dәfәlәrlә vurğulamışdır ki, tәqsirlәndirilәn şәxsin tәqsirliliyi barәdә mәhkәmәnin nәticәsi hәm yetәrlilik, hәm dә inandırıcılıq tәlәblәrinә uyğun olmalı, onun әsasını isә yalnız elә sübutlar tәşkil etmәlidir ki, qanuna müvafiq yәni, qanuni yolla әldә olunmuş olsun. zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 barәlәrindәki cinayәt işinin materiallarından göründüyü kimi, ilk növbәdә faktları araşdırmaq vә müәyyәn etmәk sәlahiyyәtlәri üzәrinә qoyulmuş birinci instansiya mәhkәmәsi ibtidai araşdırma orqanı tәrәfindәn tәqdim olunmuş bütün sübutları araşdırmaqla vә kassasiya protestinin әksinә olaraq onları CPM-in 145.1-ci maddәsinin tәlәblәrinә müvafiq qaydada mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi üzrә qiymәtlәndirmәklә hәmin sübutlara әsasәn adları çәkilәn mәhkumlar tәrәfindәn ibtidai araşdırma orqanının nәtiәsindәn, yәni sonunculara elan olunmuş ittihamdan fәrqli olaraq onların yalnız 3 epizod üzrә oğurluq cinayәti törәtmәlәrinin sübuta yetirilmәsi barәdә mötәbәr qәnaәtә gәlmiş, apellyasiya instansiyası mәhkәmәsi dә hәmin sübutların tәkrarәn araşdırılmasına ehtiyac görmәyәrәk, araşdırılmış sübutların isә zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 mәhz Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin müәyyәn etdiyi şәkildә cinayәt әmәllәrini törәtmәkdә tәqsirli olmalarına dәlalәt etmәsini vә belә qәnaәtә gәlmәk üçün onların kifayәt etmәsini hesab edәrәk bu nәticә ilә razılaşmışdır. Mәhkәmә kollegiyası hesab edir ki, birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin hәm işin faktiki hallarının müәyyәn edilmәsinә vә onların bu әmәllәrinә münasibәtdә maddi hüquq normasının tәtbiqinә dair gәldiklәri bu nәticә düzgündür, qanunidir vә bu baxımdan hәmin nәticәnin şübhә altına alınması üçün heç bir әsas yoxdur. Kassasiya protestindә göstәrilәn dәlillәrlә razılaşmayan mәhkәmә kollegiyası hәmçinin qeyd edir ki, cinayәt işinin materiallarına әsasәn, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 mәhz ## ###### 2025-ci il tarixli hökmlә müәyyәn edilmiş cinayәt әmәllәrini törәtmәkdә tәqsirliliklәrinin mötәbәrliyi heç bir şübhә doğurmayan, CPM-in 143- 146-cı maddәlәrinin tәlәblәrinә uyğun olaraq әldә edilmiş, araşdırılmış vә qiymәtlәndirilmiş sübutlarla, yәni mәhkumlar zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2, hәr birisinin ayrı-ayrılıqda mәhkәmә iclasında verdiklәri etirafedici ifadәlәri ilә yanaşı onların tәqsirli bilindiklәri epizodlar üzrә zәrәr çәkmiş şәxs qismindә tanınmış zәrәrçәkmiş şәxs9, zәrәrçәkmiş şәxs8, zәrәrçәkmiş şәxs4, şahidlәr şahid3, şahid2 ifadәlәri ilә, bir sıra istintaq hәrәkәtlәrinin aparılması haqqında protokollarla vә maddi sübutlarla (bu sübutların hamısı mәhkәmәlәrinin yekun aktlarında әtraflı tәsvir edildiyindәn mәhkәmә kollegiyası onların hazırki qәrarda tәkrarәn tәsvir edilmәsinә ehtiyac görmür) tam tәsdiq edilir. Lakin mәhkum olunmuş şәxslәr elan olunmuş ittihamın qalan 12 epizodu üzrә oğurluq cinayәtini onlar tәrәfindәn törәdilmәsini tәsdiq edәn mötәbәr sübutlar istәr ibtidai araşdırma zamanı, istәrsә dә işә mәhkәmәlәrdә baxılarkәn әldә edilmәmiş vә araşdırılmamış, apellyasiya vә kassasiya protestlәrindә dә onların müәlliflәri belә sübutlara istinad etmәmiş, hәmin epizodlar üzrә zәrәrçәkmiş qismindә tanınaraq bu qisimdә dindirilmiş şәxslәr isә yalnız oğurluq faktlarının baş vermәsini göstәrmiş, onlar da ibtidai araşdırma orqanına vә mәhkәmәlәrә hәmin oğurluqların hazırki iş üzrә mәhkum olunmuş şәxslәr tәrәfindәn törәdilmәsini tәsdiq edәn heç bir sübut tәqdim etmәmişlәr. Iş materiallarından görünür ki, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qarşı irәli sürülmüş ittihamdan xaric edilәn 12 epizod üzrә hәmin cinayәt әmәllәrini törәtmәkdә tәqsirli olmaları barәdә ibtidai araşdırma orqanının nәticәlәri yalnız sonuncuların mәhkәmәyәdәk verdiklәri ifadәlәrә әsaslanmışdır ki, bu ifadәlәr dә hәr hansı başqa sübutlarla tәsdiq olunmamışdır. Mәhkәmә iclasında isә zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2, hәr birisi ayrıayrılıqda göstәrmişlәr ki, onlar qeyd olunan 12 epizod üzrә oğurluq әmәllәrini törәtmәmiş, ibtidai araşdırma zamanı dindirmә protokollarında yazılan ifadәlәrlә razı olmalarını tәzyiqlәr altında bildirmiş, onların adından yazılan protokolları isә oxumadan imzalamışlar. Halbuki, CPM-in 126.6-cı maddәsinә әsasәn tәqsirlәndirilәn şәxsin cinayәt törәtmәkdә öz tәqsirini etiraf etmәsi yalnız iş üzrә bütün sübutların mәcmusu ilә tәsdiq edildiyi halda ona qarşı ittihamın әsası kimi qәbul edilә bilәr. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021ci il tarixli Qәrarının 33-cü bәndindә mәhkәmәlәrә izah olunmuşdur ki, tәqsirlәndirilәn şәxs mәhkәmәyәdәk icraat dövründә verdiyi ifadәsini dәyişdikdә, mәhkәmә onun bütün ifadәlәrini yoxlamalı, ifadәsini dәyişmәsinin sәbәbini aydınlaşdırmalı vә onlara işdә toplanmış digәr sübutlarla müqayisәli surәtdә qiymәt vermәlidir. Cinayәt prosesinin çәkişmә xarakterinin tәmin olunduğu mәhkәmә baxışı vә tәqsirlәndirilәn şәxsin bilavasitә dinlәnilmәsi mәhkәmәyә onun verdiyi mәlumatlar üzrә qәnaәtә gәlmәk üçün daha yaxşı imkan yaratdığından, mәhkәmә sübut etmә predmetinә aid olan mәsәlәyә dair nәticәyә gәlәrkәn ilk növbәdә tәqsirlәndirilәn şәxsin mәhkәmәdә verdiyi ifadәsinә әsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadәsini әsas götürdükdә isә, bunun motivlәrini göstәrmәli vә hansı sәbәblәrә görә ibtidai istintaqda әldә olunmuş ifadәyә üstünlük verdiyini müxtәlif mәzmunlu ifadәlәrin digәr sübutlarla әlaqәli şәkildә tәhlilini aparmaqla әsaslandırmalıdır. Hazırki işin materiallarından, o cümlәdәn iş üzrә qәbul edilmiş yekun mәhkәmә aktlarından göründüyü kimi, mәhkәmәlәr qanunvericiliyin tәlәblәri ilә yanaşı Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun göstәrilәn Qәrarında әksini tapmış izah vә tövsiyәlәrini dә kifayәt qәdәr nәzәrә alaraq zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 hәm ibtidai araşdırma zamanı, hәm dә mәhkәmә iclasında verdiklәri ifadәlәrini işdә toplanmış digәr sübutlarla (nәzәrә alınsa ki, iş üzrә bu ifadәlәrdәn başqa hәr hansı әlavә mötәbәr sübut әlavә әldә olunmamışdır) müqayisәli şәkildә tәdqiq edәrәk sonuncuların bütün epizodlar üzrә oğurluq cinayәtlәrini törәtmәdiklәri barәdә göstәrdiklәrini haqlı olaraq daha inandırıcı hesab etmiş vә bununla bağlı o hala da diqqәt yetirmişlәr ki, mәhkum2, digәr mәhkum olunmuş şәxslәr kimi, ibtidai araşdırma zamanı bütün epizodlar üzrә oğurluqların törәdilmәsindә iştirak etmәsi barәdә ifadәlәr versә dә, mәhkәmә iclasında tәkzib edilmәz sübutlarla müәyyәn edilmişdir ki, o, 6 epizod üzrә oğurluqların törәdildiyi tarixdә ümumiyyәtlә Azәrbaycan Respublikasının әrazisindә olmamışdır. Mәhz bu sübutlara әsasәn birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında dövlәt ittihamını müdafiә etmiş prokuror hәmin 6 epizodun mәhkum2 qarşı irәli sürülmüş ittihamdan xaric edilmәsi tәklifini özü irәli sürmüşdür. Mәhkәmә kollegiyasının qәnaәtinә görә, bu halın özü dә bir daha tәsdiq edir ki, ibtidai araşdırma zamanı etirafedici ifadәlәr nәinki mәhkum2, hәm dә zәrәrçәkmiş şәxs12 vә mәhkum1 adından da müstәntiq tәrәfindәn yazılaraq bu haqda protokollar onlara sadәcә olaraq imzalatdırılmışdır. Mәhkәmә kollegiyası hәmin ifadәlәrә nәzәr yetirәrәk onu da qeyd edir ki, dindirmә protokollarında hüquqi dildә yazılmış bu ifadәlәr öz mәzmununa görә zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 qarşı irәli sürülәn ittihamlarda әksini tapmış hallarla, heç bir fәrq olmadan üst-üstә düşür ki, bu halın özü dә inandırıcı görünmür. Bununla yanaşı mәhkәmә kollegiyası birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin o mövqeyi ilә dә razılaşır ki, mәhkum2 qarşı irәli sürülmüş ittihamdan 6 epizodun xaric edilmәsi, zәrәrçәkmiş şәxs12 vә mәhkum1 isә hәmin epizodlar üzrә tәqsirli bilinәrәk mәhkum olunmaları sonunculara elan olunmuş ittihamın genişlәndirilmәsi ilә nәticәlәnә bilәrdi ki, bu da CPM-in 318-ci maddәsinә vә prosessual qanunvericiliyinin digәr tәlәblәrinә, habelә “Mәhkәmә hökmü haqqında” ## ###### 2021-ci il tarixli Qәrarda göstәrilәn izah vә tövsiyyәlәrә әsasәn yolverilmәzdir. Belә ki, 318.1-ci maddәsinә әsasәn mәhkәmә baxışı zamanı cinayәt işinә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarına vә ya xüsusi ittiham üzrә şikayәtә yalnız tәqsirlәndirilәn şәxsә qarşı irәli sürülmüş vә ya mәhkәmәyә verilәn ittiham daxilindә baxılır. Mәhkәmә baxışı nәticәsindә mәhkәmә tәqsirlәndirilәn şәxsin әmәlini ağır cinayәtdәn daha yüngül cinayәt әmәlinә tövsif etmәk, habelә ona qarşı irәli sürülmüş ittihamdan ayrı-ayrı bәndlәri çıxartmaq hüququna malikdir. CPM-in 318.2-ci maddәsinin tәlәblәrindәn görünür ki, mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin hәrәkәtlәrindә daha ağır cinayәtin әlamәtlәrinin mövcudluğu müәyyәn edildikdә, dövlәt ittihamçısının vәsatәti әsasında mәhkәmә irәli sürülmüş ittiham üzrә cinayәt işinin vә ya mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarının baxılmasına xitam verilmәsi vә tәqsirlәndirilәn şәxsә başqa ittihamın irәli sürülmәsi mәsәlәsinә baxılması üçün işin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә әsaslandırılmış qәrar çıxarır. Mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin hәrәkәtlәrindә daha ağır cinayәtin әlamәtlәrinin mövcudluğu barәdә zәrәr çәkmiş şәxsin vә ya onun qanuni nümayәndәsinin vәsatәti әsasında mәhkәmә bu maddәdә nәzәrdә tutulmuş qaydada qәrar çıxara bilәr . “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli Qәrarının 37-ci bәndindә göstәrilmişdir ki, CPMin 318.1-ci maddәsinә әsasәn mәhkәmә baxışı nәticәsindә mәhkәmә tәqsirlәndirilәn şәxsin әmәlini ağır cinayәtdәn daha yüngül cinayәt әmәlinә tövsif edә vә ya ona qarşı irәli sürülmüş ittihamdan ayrı-ayrı bәndlәri çıxara bilәr. Ittihamın bu şәkildә dәyişdirilmәsi hökmün nәticәvi hissәsindә deyil, tәsviri-әsaslandırıcı hissәsindә әks etdirilmәli vә әsaslandırılmalıdır. Lakin, nәzәrә almaq lazımdır ki, cinayәtin tövsifinin belә dәyişdirilmәsinә yalnız o şәrtlә yol verilә bilәr ki, tәqsirlәndirilәn şәxsin cinayәt qanununun yeni maddәsi ilә tövsif olunan hәrәkәtlәri vә yaxud hәrәkәtsizliyi ona qarşı irәli sürülmüş (mәhkәmәyә verilәn) ittihamda nәzәrә alınmış olsun, daha ağır cinayәtin әlamәtlәrinә malik olmasın vә yaxud dәyişdirilmiş ittiham faktiki hallarına görә mәhkәmәdә baxılan ittihamdan әhәmiyyәtli dәrәcәdә fәrqlәnmәsin, ittihamın dәyişdirilmәsi isә tәqsirlәndirilәn şәxsin müdafiә hüququnu pozmasın. Daha ağır ittiham dedikdә aşağıdakılar başa düşülmәlidir: a) tәqsirlәndirilәn şәxsә cinayәt qanununun sanksiyası daha ağır cәza nәzәrdә tutan norması tәtbiq olunur; b) ittihama, tәqsirlәndirilәn şәxsә istinad edilmәyәn әlavә faktlar (epizodlar) daxil edilir ki, bu da cinayәtin CM-in daha ağır cәza nәzәrdә tutan maddәsinә tövsif edilmәsinә sәbәb olur, yaxud әmәlin hüquqi tövsifini dәyişmәsә dә, faktiki hallar baxımından ittihamın hәcmini genişlәndirir. Tәqsirlәndirilәn şәxsin müdafiә hüququnun pozulmasına sәbәb olduğu halda ittihamın mәzmununun başqa şәkildә dәyişdirilmәsi dә faktiki hallara görә mәhkәmәdә baxılan ittihamdan әhәmiyyәtli dәrәcәdә fәrqlәnәn ittihamın tәqsirlәndirilәn şәxsә istinad edilmәsi kimi qiymәtlәndirilmәli vә belә dәyişikliyә yol verilmәmәlidir (mәsәlәn, ittihamda göstәrilәn әmәllәrin әvәzinә başqa әmәllәrin vә yaxud qәsdin yönәldiyi obyektә, tәqsirin formasına vә s. mühüm әlamәtlәrә görә fәrqlәnәn cinayәtin tәqsirlәndirilәn şәxsә istinad edilmәsi). Iş materiallarının tәhlili göstәrir ki, istәr birinci, istәrsә dә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn kassasiya protesti ilә ehtiva olunan bütün hallar yoxlanılaraq araşdırılmış sübutlara qanunvericiliyinin tәlәblәrinә uyğun qiymәt verilmiş, mәhkәmәlәrin qәbul etdiklәri yekun mәhkәmә aktlarının әsasının isә mәhz ittiham tәrәfinin mәhkәmәlәrә tәqdim etdiyi sübutlar tәşkil etmiş vә mәhkәmә baxışları zamanı dövlәt ittihamçıları, o cümlәdәn kassasiya protestinin müәllifi bu sübutların yolverilmәz olmasını iddia etmәyәrәk onların sübutların siyahısından çıxarılması tәşәbbüsü ilә çıxış etmәmiş, mәhkәmәlәr dә bunun üçün heç bir әsas müәyyәn etmәmişlәr. Belә olan halda hәm birinci, hәm dә apellyasiya instansiyası mәhkәmәsinin araşdırılmış bütün sübutlara qanunamüvafiq qiymәt verilmәsi, qәbul edilmiş yekun mәhkәmә aktlarının isә әtraflı şәkildә әsaslandırılması ilә razılaşan kassasiya kollegiyası hәmin mәhkәmәlәrin zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 tәqsirliliklәri ilә bağlı gәldiklәri nәticәlәri qanuni vә әsaslı hesab edir vә eyni zamanda qeyd edir ki, bu nәticәyә gәlәrkәn mәhkәmәlәr CPM-in 125.2-ci maddәsindә sadalanan pozuntularla әldә edilmiş yolverilmәz sübutlardan istifadә etmәmiş vә qәbul etdiklәri yekun mәhkәmә aktlarında bu kimi sübutlara әsaslanmamışlar. Buna görә, mәhkәmә kollegiyası apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn tәhlil edilәn mәsәlәlәr üzrә CPM-in 416.1.2 vә 416.1.3-cü maddәlәrindә göstәrilәn pozuntulara yol verilmәmәsi barәdә qәnaәtә gәlәrәk kassasiya protestinin bu mәsәlәlәrә dair dәlillәrini qәbul edilmәz sayır, buna görә dә hәmin protestin bu hissәdә tәmin edilmәsini mümkün bilmәyәrәk zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 onlara qarşı irәli sürülmüş ittihamların üç epizodu üzrә tәqsirli bilinmәlәri, qalan on iki epizodun isә hәmin ittihamlardan xaric edilmәsi barәdә iş üzrә qәbul edilmiş yekun mәhkәmә aktlarını әsaslı vә qanuni hesab edir vә apellyasiya instansiyası mәhkәmәsinin # #### 2025-ci il tarixli qәrarının lәğv edilәrәk işin yeni apellyasiya baxışına tәyin edilmәsi üçün әsaslar görmür. Iş üzrә cәzanı yünjüllәşdirәn hallar düzgün nәzәrә alınmadan zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 açıq-aşkar yüngül cәzaların tәyin edilmәsi haqqında vә әsasәn ehtimal xarakteri daşıyan, әksәriyyәtinin isә qanunvericiliyin tәlәblәrinә uyğun olmayan vә iş üzrә toplanmış vә araşdırılmış sübutlara, habelә cәza tәyini ilә bağlı formalaşmış vahid mәhkәmә tәcrübәsinә ziddiyәt tәşkil edәn dәlillәrә vә hәmin dәlillәr üzәrindә qurularaq irәli sürülmüş tәlәbә cavab olaraq mәhkәmә kollegiyası, digәr qәrarlarında olduğu kimi, yenә dә xatırladır ki, cinayәt törәtmiş şәxsә tәyin edilәn hәr bir cәza törәdilmiş cinayәtin ictimai tәhlükәlilik dәrәcәsinә vә xarakterinә, hәmin şәxsi sәciyyәlәndirәn, habelә cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallara, şәxsin cinayәtin törәdilmәsindә iştirakçılıq dәrәcәsinә, onun hәm bundan әvvәl, hәm dә bundan sonrakı davranışına vә bu mәsәlәnin hәlli zamanı mühüm әhәmiyyәt kәsb edәn digәr hallara uyğun olmalı, cәzanın mәqsәdinә xidmәt etmәli vә cәmiyyәtdә tam mәnada sosial әdalәti bәrpa etmәlidir. Mәhkәmә kollegiyası vurğulamağı lazım bilir ki, әsaslandırılmış vә әdalәtli cәzanın tәyin edilmәsi ilk olaraq cinayәtkarlıqla mübarizә aparılması üçün vacib vasitә olmaqla, lazımi cәzalandırma tәdbirini tәmin edir, mәhkumun islah vә tәrbiyә edilmәsinә kömәklik göstәrir, onun vә başqa şәxsin yeni cinayәt törәtmәsinin qarşısını alır. Qanuni cәzanın tәyin edilmәsi isә ilk növbәdә cәzanın mәqsәdinә, yәni әdalәtin bәrpasına vә mәhkumun islah olunmasına nail olmaq sahәsindә mühüm vasitәdir. Cinayәt mühakimә icraatının hәyata keçirilmәsinin başlıca şәrti hәr hansı cinayәt törәtdiyinә görә tәqsirliliyi müәyyәn edilmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsindәn vә son nәticәdә mәhkәmә tәrәfindәn hәmin şәxsin barәsindә bu vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirin tәtbiq edilmәsindәn ibarәtdir. Bu fәaliyyәtin әsasları, qaydaları vә prinsiplәri isә cinayәt vә cinayәt-prosessual qanunvericiliklәrin normaları ilә tәnzimlәnir ki, mәhkәmәlәr dә cinayәt işlәrinә, sadәlәşdirilmiş icraat materiallarına vә ya xüsusi ittiham qaydasında şikayәtlәrә baxarkәn bu normaların tәlәblәrinә әmәl etmәyә, tәqsirkarın barәsindә cәza tәdbirinin seçilmәsi zamanı isә Cinayәt Mәcәllәsindә tәsbit edilmiş prinsiplәrә, o cumlәdәn әdalәt vә humanizm prinsiplәrini rәhbәr tutmağa borcludurlar. Bu, o demәkdir ki, mәhkәmә cәza tәyin edәrkәn mütlәq qaydada CM-in Ümumi hissәsinin bütün müddәalarını nәzәrә almalı, eyni zamanda Cinayәt Mәcәllәsinin Xüsusi hissәsinin törәdilmiş әmәlin cinayәt olmasını müәyyәn edәn maddәsinin sanksiyası ilә müәyyәn edilmiş cәza növlәrindәn vә ölçüsündәn kәnara çıxmamalıdır (CM-in 62-ci maddәsinin tәtbiq edilmәsi halları istisna olmaqla). Mәhkәmә kollegiyası hesab edir ki, yalnız törәdilmiş cinayәtin ağırlığına, törәdilmәsi hallarına vә tәqsirkarın şәxsiyyәtinә, ailә vәziyyәtinә, onun cinayәt törәtmәzdәn әvvәl vә bundan sonrakı davranışına, iş üzrә müvafiq sübutlarla müәyyәn edilmiş cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallara uyğun olan cәza әdalәtli hesab edilmәlidir. Eyni zamanda mәhkәmә tәrәfindәn cәza tәyin edilәrkәn sosial әdalәtә aşağıdakı qaydalar nәzәrә alınmaqla nail olunur: a) cәza CM-in Xüsusi hissәsinin müvafiq maddәsi ilә müәyyәn edilmiş hәdlәr daxilindә tәyin edilmәlidir. Törәdilmiş cinayәtә görә nәzәrdә tutulmuş cәza növündәn daha ciddi cәza növü yalnız o halda tәyin edilir ki, az ciddi cәza növü cәzanın mәqsәdlәrinә çatmağı tәmin edә bilmir; b) cәza CM-in Ümumi hissәsinin müddәaları, onlardan bu vә ya digәr şәkildә cәzanın tәyin edilmәsi ilә bağlı olan vә bu prosesә tәsir edәn müddәaları nәzәrә alınmaqla tәyin edilir (cәza anlayışı, onun mәqsәdlәri vә növlәri, yetkinlik yaşına çatmayanların cinayәt mәsuliyyәtinin vә cәzalandırılmasının xüsusiyyәtlәri vә s.); c) cәza cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi nәzәrә alınmaqla tәyin edilir. Cinayәtin ictimai tәhlükәliliyinin xarakteri dedikdә, cinayәt mәsuliyyәti nәzәrdә tutulan әmәlin müәyyәn bir növü kimi cinayәtin tәhlükәliliyinin keyfiyyәt xarakteristikası başa düşülür. Bu, ilk növbәdә cinayәtkar qәsd obyektinin xarakterindәn vә dәyәrliliyindәn asılıdır. Cinayәtin ictimai tәhlükәlilik dәrәcәsi eyni xarakterli cinayәt әmәllәrinin kәmiyyәt xarakteristikasıdır vә vurulmuş zәrәrin ölçüsündәn, tәqsirinin formasından, cinayәtin törәdilmә üsulundan vә cinayәtin törәdilmәsinin digәr hallarından asılıdır; ç) cәza tәyin edilәrkәn tәqsirkarın şәxsiyyәti nәzәrә alınır. Şәxsiyyәtin müәyyәn xüsusiyyәtlәri adәtәn onun törәtdiyi cinayәtdә öz әksini tapır. Tәqsirkarın şәxsiyyәti insanın ictimai mahiyyәtini, onun psixoloji vә bioloji xüsusiyyәtlәrini әhatә edәn anlayışdır. Cәzanın növünü vә ölçüsünü müәyyәn etmәk üçün, mәsәlәn, müttәhimin әmәyә, tәhsilә, ictimai borcuna münasibәti, onun istehsalatda vә mәişәtdә davranışı, әmәkqabiliyyәtliliyi, sağlamlıq durumu, ailә vәziyyәti, mәhkumluğu haqqında mәlumatlar mühüm әhәmiyyәt kәsb edir. Bu meyarlar әsasında mәhkәmә tәqsirkarı mәnfi sәciyyәlәndirәn aşağıdakı mәlumatları nәzәrә almalıdır: ictimai faydalı әmәkdәn yayınma, spirtli içkilәrdәn sui-istifadә, ailәyә, işә pis münasibәt, ictimai asayişin pozulması vә s.; e) cәza tәyin edәrkәn, mәhkәmә cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları nәzәrә alır. Cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar hәm tәqsirkarın törәtdiyi cinayәtin, hәm dә onun şәxsiyyәtinin xüsusiyyәtlәrinә aid olan vә mәhkәmә tәrәfindәn tәyin edilmiş cәzanın növü vә ölçsünә tәsir göstәrә bilәn hallardır; f) cәza tәyin edәrkәn, mәhkәmә tәyin edilmiş cәzanın tәqsirkarın islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә alır. Birincisi cәzanın mәqsәdlәrinә nail olunması, ikincisi - qanunun tәyin edilmiş cәzanın neqativ kәnar sosial nәticәlәrini mümkün qәdәr azaltmaq istәyi ilә bağlıdır. Cәzanın tәyin edilmәsinin ümumi әsaslarını tәşkil edәn bütün bu şәrtlәr mütlәq mәcmu şәkildә yerinә yetirilmәlidir vә yalnız bu halda әdalәtli cәza tәyin etmәk vә onun mәqsәdlәrinә çatmaq mümkün olar. Bütün qeyd olunanlar isә qanunvericiliyinin aşağıdakı normalarının tәlәblәrindәn, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun hüquqi mövqeyindәn vә Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun Qәrarlarında mәhkәmәlәrә ünvanlanmış izah vә tövsiyәlәrdәn irәli gәlir. Yalnız bu tәlәblәrә, hüquqi mövqeyә vә tövsiyәlәrә әmәl olunmaqla tәqsirlәndirilәn şәxsә tәyin edilmiş cәza әdalәtli vә qanunu hesab edilә bilәr. Belә ki, CM-in 2.1 vә 2.2-ci maddәlәrinin tәlәblәrinә görә, Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin vәzifәlәri sülhü vә bәşәriyyәtin tәhlükәsizliyini tәmin etmәkdәn, insan vә vәtәndaş hüquq vә azadlıqlarını, mülkiyyәti, iqtisadi fәaliyyәti, ictimai qaydanı vә ictimai tәhlükәsizliyi, әtraf mühiti, Azәrbaycan Respublikasının konstitusiya quruluşunu cinayәtkar qәsdlәrdәn qorumaqdan, habelә cinayәtlәrin qarşısını almaqdan ibarәtdir. Bu vәzifәlәri hәyata keçirmәk üçün Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsi cinayәt mәsuliyyәtinin әsaslarını vә prinsiplәrini, şәxsiyyәt, cәmiyyәt vә dövlәt üçün tәhlükәli olduğuna görә cinayәt sayılan әmәllәrin dairәsini vә hәmin cinayәtlәrin törәdilmәsinә görә tәtbiq edilәn cәzaların növlәrini, hәddini vә hәcmini, habelә digәr cinayәt-hüquqi xarakterli tәdbirlәri müәyyәn edir. CM-in 8.1-ci maddәsinә әsasәn, cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilmiş cәza vә ya digәr cinayәt hüquqi xarakterli tәdbirlәr әdalәtli olmalıdır, yәni cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olmalıdır. CM-in 9.2-ci maddәsindә tәsbit edilmişdir ki, cinayәt törәtmiş şәxsә tәtbiq edilәn cәza vә digәr cinayәt-hüquqi xarakterli tәdbirlәr işgәncә vә ya digәr qәddar, qeyri-insani, yaxud lәyaqәti alçaldan xarakter vә ya mәqsәd daşıya bilmәz. Qanunun bu normasının mәnasından belә nәticә hasil olur ki, cәza «talion» prinsipinә, yәni mәhkumdan әvәz çıxmaq, qisas almaq niyyәtinә xidmәt etmәmәlidir. Hәr bir halda әdalәt prinsipi zәrәr çәkmiş şәxsә qayğı vә diqqәtin, tәqsirlәndirilәn şәxsә isә mәrhәmәtin göstәrilmәsini özündә ehtiva edir. CM-in 41.1-ci maddәsinin müddәalarından göründüyü kimi, cәza mәhkәmә hökmü ilә tәyin edilәn cinayәt-hüquqi xarakterli tәdbirdir. Cәza cinayәt törәtmәkdә tәqsirli hesab edilәn şәxsә tәtbiq olunur vә hәmin şәxs barәsindә bu Mәcәllә ilә müәyyәn edilәn mәhrumiyyәtlәr yaradılmasından vә ya onun hüquq vә azadlıqlarının mәhdudlaşdırılmasından ibarәtdir. Cәzanın mәqsәdindәn bәhs edәn CM-in 41.2-ci maddәsinә görә, cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә tәtbiq edilir. CM-in 58.1-ci maddәsindә göstәrilir ki, cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsә, bu Mәcәllәnin Ümumi hissәsinin müddәaları nәzәrә alınmaqla Xüsusi hissәsinin müvafiq maddәlәrindә nәzәrdә tutulmuş hәdlәrdә әdalәtli cәza tәyin edilir. Törәdilmiş cinayәtә görә nәzәrdә tutulmuş cәzalardan daha ciddi cәza növü vә ya hәddi yalnız o halda tәyin edilir ki, az ciddi cәza növü vә ya hәddi cәzanın mәqsәdlәrini tәmin edә bilmir. Cinayәt qanununun bu normasının mәnasına görә, sanksiyasında alternativ cәzalar, yaxud da bir növ cәzanın aşağı vә yuxarı hәdlәri müәyyәn edilәn CM-in Xüsusi hissәinin müvafiq maddәsi ilә tәqsirlәndirilәn şәxsin barәsindә cәza tәdbirinin seçilmәsi mәsәlәsini hәll edәn mәhkәmә çıxardığı hökmdә vә ya qәbul etdiyi digәr yekun mәhkәmә aktında alternativ cәzalardan daha ağırını vә ya nәzәrdә tutulmuş cәzanın yuxarı hәddindә cәzanın tәyin edilmәli olmasını cinayәtin xarakterindәn vә ictimai tәhlükәlilik dәrәcәsindәn, cәzanın mәqsәdindәn, tәqsirlәndirilәn şәxsi xarakterizә edәn mәlumatlardan, cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallardan, habelә işin digәr hallarından çıxış edәrәk әsaslandırmalı vә yalnız bundan sonra cәza tәyini ilә bağlı müvafiq nәticәyә gәlmәlidir. CM-in 58.3-cü maddәsinin tәlәblәrinә görә, cәza tәyin edilәrkәn törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, tәqsirkarın şәxsiyyәti, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsiri nәzәrә alınır. Cinayәt qanununda cәzanı yüngüllәşdirәn hallar CM-in 59.1.1-59.1.14-cü maddәlәrindә, cәzanı ağırlaşdıran hallar isә - CM-in 61.1.1 vә 61.1.13-cü maddәlәrindә nәzәrdә tutulmuşdur. Eyni zamanda CM-in 59.2-ci maddәsindә tәsbit edilmişdir ki, cәza tәyin edilәrkәn bu Mәcәllәnin 59.1.1-59.1.14-cü maddәlәrindә göstәrilmәmiş başqa hallar da cәzanı yüngüllәşdirәn hal qismindә nәzәrә alına bilәr. CM-in 61.2-ci maddәsindә isә müәyyәn edilmişdir ki, cәza tәyin edilәrkәn bu Mәcәllәnin 61.1.1-61.1.13-cü maddәlәrindә göstәrilmәmiş hallar cәzanı ağırlaşdıran hal qismindә nәzәrә alına bilmәz. Daha sonra mәhkәmә kollegiyası qeyd edir ki, mәhkәmә hәr hansı şәxsin haqqında ittiham hökmü çıxarmaqla onun barәsindә bu vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbir tәtbiq edәrkәn cinayәt mühakimә icraatının vәzifәlәrindәn biri olan cinayәt törәtmәkdә ittiham olunan şәxslәrin tәqsirini müәyyәn edәrәk onları cәzalandırmaq, yәni onlara qanuni vә әdalәtli cәza tәyin etmәk vәzifәsini yerinә yetirmәlidir (CPM-in 8.0.5-ci maddәsi). CPM-in 139.0.5-ci maddәsinә әsasәn, cinayәt tәqibi üzrә icraat zamanı digәr mәsәlәlәrlә yanaşı hәmçinin cinayәt qanunu ilә nәzәrdә tutulmuş cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar da yalnız sübutlara әsasәn müәyyәn edilir. Bu o demәkdir ki, mәhkәmә qәrarlarında cәzanı yüngüllәşdirәn (o cümlәdәn müstәsna hesab edilәn) vә ağırlaşdıran halların mövcudluğu barәdә nәticәlәr dә müvafiq sübutlar vasitәsi ilә әsaslandırılmalı, әsası olmayan mülahizә xarakteri daşımamalıdır. Yuxarıda da istinad olunan CPM-in 144, 145.1 vә 349.5-ci maddәlәrinә әsasәn “mәhkәmәnin gәldiyi nәticәlәr yalnız mәhkәmә iclasında tәdqiq edilmiş sübutlara әsaslanmalı, bu sübutlar ittihamın qiymәtlәndirilmәsi üçün kifayәt etmәli, mәhkәmәnin müәyyәn etdiyi hallar isә onun tәdqiq etdiyi sübutlara uyğun gәlmәli olması” dedikdә tәkcә şәxsin tәqsirli olub-olmamasına dәlalәt edәn sübutlar deyil, hәmçinin onun barәsindә cәza tәdbirinin seçilmәsinә bu vә ya digәr şәkildә tәsir edә bilәcәk sübutlar da başa düşülür, eyni zamanda cәza tәyini zamanı CPM-in 125, 143-146-cı maddәlәrinin tәlәblәrinә, hökmün әsaslılığına dair müddәalara (CPM-in 349.5-ci maddәsi) hәmçinin tәqsirkar barәsindә cinayәt-hüquqi xarakterli tәdbirin seçilmәsi zamanı da riayәt olunmalıdır. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun bir sıra Qәrarlarında göstәrilmişdir ki, hәr bir cinayәt ilә onun törәdilmәsinә görә tәtbiq olunduğu cәza arasında mәqsәdyönlü vә әsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddәsinin, CM-in 53.4-cü maddәsinin vә Azәrbaycan Respublikası Cәzaların Icrası Mәcәllәsinin 112.1-ci maddәsinin şәrh edilmәsi haqqında Konstitusiya Mәhkәmәsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il vә ## #### 2011-ci il tarixli Qәrarları). “Azәrbaycan Respublikası CM-in 32-ci maddәsinin Azәrbaycan Respublikası Konstitusiyasının 29-cu maddәsinin IV hissәsinә uyğunluğu haqqında” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumnun ## ###### 1999-cu il tarixli qәrarında qeyd olunur ki, cinayәt qanunvericiliyinә görә cәza törәdilmiş cinayәt üçün yalnız sitәm olmayıb, eyni zamanda mәhkumları islah etmәk, tәrbiyәlәndirmәk, habelә yeni cinayәt edilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Kassasiya protestindә dә istinad olunan “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 59.1.9 vә 60-cı maddәlәrinin bәzi müddәalarının şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun # ##### 2012-ci il tarixli qәrarına görә, cinayәt qanunvericiliyindә cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halların müәyyәn edilmәsi mәhkәmә tәrәfindәn cәza hüdudları daxilindә cәzanın әdalәtli tәyin edilmәsinә vә tәyin edilmiş cәzanın hәr bir konkret halda fәrdilәşdirilmәsinә xidmәt edir. Belә ki, mәhkәmә cinayәt mühakimә icraatı zamanı ittiham hökmü ilә cәza tәyin edәrkәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almalıdır. Bu baxımdan cәzanı yüngüllәşdirәn halların düzgün müәyyәn olunması xüsusi әhәmiyyәt kәsb edir. Konstitusiya Mәhkәmәsi Plenumunun sözügedәn qәrarına әsasәn, cәzanı yüngüllәşdirәn hal tәqsirkarın şәxsiyyәtinә, törәdilmiş cinayәtә aid olan vә müvafiq olaraq cinayәt törәdәnin özünün vә cinayәt әmәlinin tәhlükәliliyini azaldan hallardır. Hәmçinin, “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 53.4-cü maddәsinin vә Azәrbaycan Respublikası Cәzaların Icrası Mәcәllәsinin 112.1-ci maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2011-ci il tarixli qәrarında cәzanın mahiyyәti vә mәqsәdlәri ilә bağlı qeyd edilmişdir ki, cinayәt qanunvericiliyinin quruluşu vә mәzmunu CM-in vәzifәlәrinin tәminatına xidmәt edir. Cinayәt qanunvericiliyinә әsasәn hәr bir cinayәt xarakterli ictimai tәhlükәli әmәl törәdәn şәxs cәzalandırılmalıdır. Cәza bir tәrәfdәn, törәdilәn cinayәtә görә dövlәtin reaksiyasıdır, digәr tәrәfdәn isә cinayәt әmәlini törәdәn üçün onun törәtdiyi cinayәtin cinayәt-hüquqi nәticәsidir. “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 512.2 vә 519.0.4-cü maddәlәrinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2012-ci il tarixli Qәrarında göstәrilir ki, CM-in 9-cu maddәsinin mәnasına görә cinayәt hüququ şәxsiyyәti, zәrәrçәkәnin hüquqlarını, cәmiyyәtin mәnafeyini qorumaqla yanaşı, öz әmәli ilә sadalanan dәyәrlәrә qәsd edәn tәqsirkar şәxs barәsindә dә humanist mövqedә durmalıdır. Humanizmin anlamı әmәlin kriminallaşdırılmasında vә mәsuliyyәtin differensiasiyasında әdalәt prinsipinin tәlәblәrinin gözlәnilmәsini, cinayәt tәrkibinin mәsuliyyәtin yeganә hüquqi әsası hesab edilmәsini, mәsuliyyәtin tәqsir dәrәcәsindәn asılı olaraq fәrdilәşdirilmәsini, cinayәt hüquqi tәsir tәdbirlәrinә qәnaәt edilmәsini, böyük ictimai tәhlükә törәtmәyәn әmәllәri edәn şәxslәrin qanunla müәyyәn edilmiş әsaslar olduqda mәsuliyyәtdәn vә cәzadan azad edilmәsini nәzәrdә tutur. Cinayәt hüququnda humanizm - cinayәt törәdәn şәxslәrә cәza tәyini zamanı, elәcә dә müxtәlif növ cәzadan şәrti vә şәrtsiz azad etmә institutlarının tәtbiqindә xeyirxahlıq münasibәtini ifadә edir. Azәrbaycan Respublikasının cinayәt qanununun bir sıra institutları mәhz bu prinsipә әsaslanır. Cәza tәyini sahәsindә vahid mәhkәmә tәcrübәsinin formalaşdırılması mәqsәdilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumu tәrәfindәn ## #### 2003-cü il tarixdә qәbul edilmiş “Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında” Qәrarın 1-ci bәndinin 2 vә 3-cü abzasında mәhkәmәlәrә tövsiyyә edilmişdir ki, cinayәt qanununun әdalәt prinsipindәn bәhs edәn CM-in 8-ci maddәsinә görә cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmә şәraitinә, tәqsirkarın şәxsiyyәtinә uyğun olmalıdır. Habelә cinayәtin ictimai tәhlükәliliyinin xaraktreri qәsdin obyektindәn, tәqsirin formasından vә әmәlin Cinayәt Mәcәllәsinin 15-ci maddәsi ilә hansı cinayәtlәr kateqoriyasına aid edilmәsindәn asılıdır. Cinayәtin ictimai tәhlükәlilik dәrәcәsi isә onun törәdilmә hallarına (mәsәlәn, cinayәtkar niyyәtin hәyata keçirilmә dәrәcәsi, üsulu, vurulmuş zәrәrin hәcmi vә baş vermiş nәticәlәrin ağırlığı, iştirakçılıqla törәdilmiş cinayәtlәrdә tәqsirli şәxslәrin rolu vә s.) әsasәn müәyyәn edilir. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qәrarının 45-ci bәndindә isә mәhkәmәlәrә cәza tәyini zamanı tәqsirkara hәm yüngüllük, hәm dә ağırlıq baxımından açıq-aşkar әdalәtsiz cәza tәyin edilmәsi hallarına yol vermәmәli, CM-in 58.3-cü maddәsinә әsasәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә cәzanın onun islah olunmasına vә ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almaları tövsiyә edilmişdir. Qәrarın göstәrilәn bәndindә hәmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdә cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsini, habelә tәqsirkarın şәxsiyyәtini göstәrәn hansı konkret halların nәzәrә alındığı göstәrilmәli, seçilәn cәzanın vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirin tәqsirlәndirilәn şәxsin islah olunması, ailәsinin hәyat şәraitinә tәsiri baxımından mәqsәdәuyğun olması izah edilmәlidir. Qәrarın 46-cı bәndindә mәhkәmәlәrә o, da izah edilmişdir ki, mәhkәmәlәr cәza tәyini mәsәlәsinin hәlli ilә әlaqәdar tәqsirlәndirilәn şәxsin istәr cәzasını yüngüllәşdirәn, istәrsә dә cәzasını ağırlaşdıran halları müәyyәn edәrkәn, onların ittiham aktında bu qisimdә göstәrilib-göstәrilmәmәsindәn asılı deyillәr. Göstәrilәn Qәrarın 47, 48, 53, 56-cı bәndlәrinә görә, mәhkәmәlәr CPM-in 346.1.11- 346.1.14-cü maddәlәrindә nәzәrdә tutulmuş cәzanın tәyini üzrә mәsәlәlәrin hәlli zamanı hökmdә mәhkәmәnin gәldiyi nәticәlәrin motivlәrinin göstәrilmәsini tәlәb edәn CPM-in 353.2.7-ci maddәsinә ciddi әmәl etmәlidirlәr. Mәhkum olunmuş şәxslәr zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 tәyin edilmiş müvafiq cәzaların açıq-aşkar yüngül olması ilә bağlı kassasiya protestinin dәlillәrinә münasibәt bildirәn mәhkәmә kollegiyası ilk növbәdә qeyd edir ki, sonuncuların tәqsirli bilindiklәri CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddәlәrinin sanksiyasında bir ildәn üç ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya iki ildәn beş ilәdәk müddәtә azadlıqdan mәhrum etmә cәzası nәzәrdә tutulmuş vә hәmin maddәlәrdә göstәrilәn cinayәt CM-in 15.3-cü maddәsinә әsasәn az ağır cinayәt hesab olunur. Göründüyü kimi, CM-in 177.2-ci maddәsindә nәzәrdә tutulmuş cinayәtin törәdilmәsinә görә alternativ cәza növlәri - azadlığın mәhdudlaşdırılması vә azadlıqdan mәhrum etmә cәzaları nәzәrdә tutulmuşdur ki, birinci instansiya mәhkәmәsi dә zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 hәmin cәzalardan yüngülünün, yәni azadlığın mәhdudlaşdırılması növündә cәzanın tәyin edilmәsini mәqsәdә müvafiq hesab etmiş vә bu zaman maddi hüquq normasının hәr hansı şәkildә pozulmasına yol vermәmişdir. Hazırki cinayәt işi üzrә apellyasiya instansiyası mәhkәmәsinin dә razılaşdığı Sabunçu Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli hökmündәn görünür ki, hәmin mәhkәmә zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2, hәr birisinә onların tәqsirli bilindiklәri CM-in 177.2.1, 177.2.2 vә 177.2.3-cü maddәlәrinin sanksiyasında nәzәrdә tutulmuş azadlığın mәhdudlaşdırılması cәzasının tәyin edilmәsi barәdә nәticәyә gәlәrkәn, sonuncuların törәtdiklәri cinayәtlәrin xarakteri vә vә ictimai tәhlükәlilik dәrәcәsi ilә yanaşı mәhkum3in, mәhkum1 vә mәhkum2 ilk dәfә cinayәt mәsuliyyәtinә cәlb edilmәlәrini, törәtdiklәri әmәllәri etiraf edәrәk peşmançılıq çәkmәlәrini, habelә iş üzrә CMin 61.1-ci maddәsindә göstәrilәn cәzanı ağırlaşdıran halların müәyyәn edilmәmәsini kifayәt qәdәr nәzәr almış, eyni zamanda haqlı olaraq onlara bu növdә cәza tәyin edilmәklә cәzanın mәqsәdlәrinә nail olunması mümkünlüyünә dә diqqәt yetirmiş, nәticә etibarı ilә isә yenә dә heç bir qanun pozuntusuna yol vermәmişdir. zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 tәqsirli bilindiklәri oğurluq epizodları zәrәr çәkmiş şәxslәrә vurulmuş ziyanın onlar tәrәfindәn ödәnilmәmәsi vә bu halın cәza tәyini zamanı nәzәrә alınmaması barәdә kassasiya protestinin dәlilinә cavab olaraq mәhkәmә kollegiyası әvvәlda qeyd edir ki, belә hal cәzanı ağırlaşdıran hal kimi CM-in 61.1-ci maddәsindә nәzәrdә tutulmamış vә hәmin halın müәyyәn edilmәsi heç dә talama cinayәtini törәtmiş şәxsә mütlәq şәkildә azadlıqdan mәhrum etmә cәzasının tәyin edilmәsi üçün әsas yaratmır. Digәr tәrәfdәn mәhkәmә kollegiyası onu da vurğulayır ki, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 tәqsirli bilindiklәri epizodlar üzrә zәrәr çәkmiş şәxslәr cinayәt tәqibinin aparılması zamanı onlara vurulmuş ziyanın ödәnilmәsinә dair mülki iddia әrizәlәri ilә mәhkәmәlәrә müraciәt etmәmiş, mәhkәmәlәr belә әrizәlәr olmadığından bu mәsәlәni hәll etmәk iqtidarında olmamışlar. Bununla belә qanunvericilik hәmin zәrәr çәkmiş şәxslәrin sonradan onlara vurulmuş ziyanın ödәnilmәsi üçün mülki mühakimә icraatı qaydasında mәhkәmәyә müraciәt edәrәk mәhkum olunmuş şәxslәrin maddi mәsuliyyәtә cәlb olunmalarını tәlәb etmәk hüququnu nәzәrdә tutur ki, zәrәrçәkmişlәrin bu hüquqdan istifadә etmәlәri üçün kifayәt qәdәr imkanları var. zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 törәtdiklәri cinayәtlәri etiraf edәrәk sәmimi peşmanlıq çәkmәsi kimi halın mәhkәmәlәr tәrәfindәn cәzanı yüngüllәşdirәn hal kimi düzgün qiymәtlәndirilmәmәsi barәdә kassasiya protestinin dәlilinә cavab olaraq, mәhkәmә kollegiyası әvvәlә vurğulayır ki, ümumilikdә mәhkәmәlәrin yekun mәhkәmә aktlarından әsaslandıqları halların cәzanı yüngüllәşdirәn hallar kimi nәzәrә alınması üçün CM-in 59.2-ci maddәsinin tәlәblәri imkan verir vә bu hallar qanunun (CPM-in 139.0.5-ci maddәsi) tәlәb etdiyi kimi, iş üzrә araşdırılmış sübutlara әsasәn müәyyәn edilmişdir. Mәhkәmә kollegiyasının fikrincә, CM-in 59.2-ci maddәsi isә mәhkәmәlәrә onlara verilmiş sәlahiyyәtlәrdәn sui-istifadә etmәdәn cәza tәyin etmә mәsәlәsini hәll edәrkәn iş üzrә araşdırılmış sübutlarla tәsdiq olunduğu halda tәqsirkarın törәtdiyi әmәlin ictimai tәhlükәliliyini azaldan, onun şәxsiyyәtini sәciyyәlndirәn, ailә vәziyyәtinә vә üzvlәrinә aid olan istәnilәn halın cәzanı yüngüllәşdirәn hal kimi nәzәrә alınmasına imkan yaradır. Mәhkәmә kollegiyası hәmçinin bir sıra әvvәlki qәrarlarında ifadә etdiyi hüquqi mövqeyinә әsaslanaraq bir daha xatırlatmağı lazım bilir ki, sәmimi peşmanlıqla bağlı cinayәt mәsuliyyәtindәn azad etmәyә dair tәlәblәr nәzәrdә tutulmuş CM-in 72.1-ci maddәsinә әsasәn, böyük ictimai tәhlükә törәtmәyәn cinayәt törәtmiş şәxs könüllü gәlib tәqsirini boynuna aldıqda, cinayәtin üstünün açılmasına fәal kömәk etdikdә, cinayәt nәticәsindә dәymiş ziyanı ödәdikdә vә ya vurulmuş zәrәri başqa yolla aradan qaldırdıqda cinayәt mәsuliyyәtindәn azad edilә bilәr. Göründüyü kimi, hәmin maddәdә qanunvericilik cinayәt törәtmiş şәxsin sәmimi peşmanlıqla bağlı cinayәt mәsuliyyәtindәn azad edilmәsi üçün mütlәq şәkildә mәcmu şәklindә aşağıdakı şәrtlәrin olması barәdә tәlәb irәli sürür: a) şәxs yalnız böyük ictimai tәhlükә törәtmәyәn cinayәtin törәdilmәsinә görә tәqsirlәndirilmәli; b) hәmin şәxs könüllü gәlib tәqsirini boynuna almalı; c) belә şәxs cinayәtin üstünün açılmasına fәal kömәk etmәli, cinayәt nәticәsindә dәymiş ziyanı ödәmәli vә ya vurulmuş zәrәri başqa yolla aradan qaldırmalıdır. Sәmimi peşmanlığın dispozitiv әlamәtlәri kimi cinayәt qanunvericiliyindә cinayәt törәtmiş şәxsin könüllü gәlib tәqsirini boynuna alması, cinayәtin üstünün açılmasına fәal kömәk etmәsi, cinayәt nәticәsindә dәymiş ziyanı ödәmәsi vә ya vurulmuş zәrәri başqa yolla aradan qaldırması kimi hallar nәzәrdә tutulmuşdur ki, belә hallar müәyyәn edildikdә böyük ictimai tәhlükә törәtmәyәn cinayәt törәtmiş şәxs hәmin hallara әsasәn cinayәt mәsuliyyәtindәn azad edilә bilәr. Şәxsin digәr kateqoriyalara aid (az ağır, ağır vә ya xüsusilә ağır) cinayәtlәr törәtmәsi halında isә hәtta sәmimi peşmanlıqla bağlı yuxarıda göstәrilәn hallar müәyyәn edildikdә belә onun CM-in 72.1-ci maddәsinә әsasәn cinayәt mәsuliyyәtindәn azad edilmәsi mümkün deyil. Belә olduqda isә mәhkәmәlәr cәza tәyini zamanı sәmimi peşmanlığın müәyyәn edilmәsinә dәlalәt edәn halları hәm ayrı-ayrılıqda, hәm dә cәm şәklindә sәmimi peşmanlıq kimi cәzanı yüngüllәşdirәn hallar kimi qiymәtlәndirib nәzәrә ala bilәrlәr. Hazırki işin hallarına görә, әvvәla zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 törәtdiklәri cinayәt az ağır cinayәtlәr kateqoriyasına aiddir vә buna görә mәhkәmәlәr qәbul etdiklәri yekun mәhkәmә aktlarında onların CM-in 72.1-ci maddәsinә әsasәn cinayәt mәsuliyyәtindәn azad edilmәlәrini heç müzakirә belә etmәmişlәr, baxmayaraq ki, onların mәhkәmә iclasındakı davranışları vә verdiklәri ifadәlәr mәhkum olunmuş şәxslәrin öz tәqsirlәrini boynuna almalarına, onların mәhz tәqsirli bilindiklәri cinayәt әmәllәrini törәtmәlәrini etiraf etmәlәrinә dәlalәt edir, Tәsvir edilәnlәrdәn belә nәticә hasil olur ki, zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2 sәmimi peşmanlıqları ilә bağlı bütün hallar araşdırılmış sübutlarla öz tәsdiqini tapır vә mәhkәmәlәr dә bu halları hәm ayrı-ayrılıqda, hәm dә mәcmu şәklindә sәmimi peşmanlıq kimi nәzәrә alarkәn heç bir qanun pozuntusuna, o cümlәdәn CM-in 72.1-ci maddәsinin tәlәblәrinin pozulmasına yol vermәmişlәr. Mәhkәmә kollegiyası onu da qeyd edir ki, cәza tәyini zamanı cinayәt törәtmiş şәxsin sәmimi peşmanlığı mәsәlәsinә tәkcә cinayәt hüquqi normalarının tәlәblәri baxımından deyil, hәm dә fәlsәfi nöqteyi nәzәrdәn diqqәt yetirilmәli vә bu hal da tәqsirkarın şәxsiyyәtini sәciyyәlәndirәn, digәr tәrәfdәn isә cәzanı yüngüllәşdirәn hal kimi cәza tәyini zamanı nәzәrә alına bilәr. Belә ki, fәlsәfi mәnada peşmançılıq şәxsin etdiyi vә ya etmәdiyi hәrәkәtlәrә görә keçirdiyi dәrin tәәssüf hissidir. Bu hissi keçirәn şәxslәrin digәrlәrindәn fәrqi ondan ibarәtdir, onlar etdiklәri hәrәkәtә, onun nәticәlәrinә biganә yanaşmır vә etdiklәri, yaxud da etmәdiklәri hәrәkәtә görә mәnәvi әziyyәt çәkirlәr, bunu isә istәr törәtdiklәri cinayәt әmәllәri barәdә etirafedici ifadәlәr vermәklә, istәrsә dә digәr hәrәkәtlәr etmәklә nümayiş etdirә bilәrlәr. Mәhkәmә kolegiyası hesab edir ki, belә sәmimi peşmanlıq hәmçinin hәr hansı cinayәtin törәdilmәsinә görә tәqsirli bilinmiş şәxsin cinayәt törәtmәyә meylli şәxs olmamasının vә tez bir zamanda islah oluna bilmәsinin göstәricisidir. Qeyd olunmalıdır ki, Ali Mәhkәmәnin Cinayәt Kollegiyası tәrәfindәn baxılmış işlәrin öyrәnilmәsi vә tәhlili göstәrir ki, hәmin işlәrdәn bir çoxu üzrә dә mәhkum olunmuş şәxslәrin onlara qarşı irәli sürülmüş ittihamlar üzrә cinayәt әmәllәrini törәtmәlәrini sәmimi etiraf etmәklә peşmanlıq çәkmәlәri mәhkәmәlәr tәrәfindәn CM-nin 59.2-ci maddәsinә әsasәn cәzanı yüngüllәşdirәn hal kimi qiymәtlәndirilәrәk cәza tәyini nәzәrә alınmış vә әksәr hallarda bu nәticәni cinayәt prosesinin iştirakçları, o cümlәdәn dövlәt ittihamçıları istәr apellyasiya, istrәsә dә kassasiya qaydasında mübahisәlәndirilmәyәrәk mәhkәmәlәrin mövqeyi ilә razılaşmış, bununla da bu mәsәlә ilә bağlı artıq vahid mәhkәmә tәcrübәsi dә formalaşmışdır. Tәhlil edilәn mәsәlәyә yekun vuraraq mәhkәmә kollegiyası onu da vurğulamağı lazım bilir ki, “Penitensiar sahәdә fәaliyyәtin tәkmillәşdirilmәsi, cәza siyasәtinin humanistlәşdirilmәsi vә cәmiyyәtdәn tәcridetmә ilә әlaqәdar olmayan alternativ cәza vә prosessual mәcburiyyәt tәdbirlәrinin tәtbiqinin genişlәndirilmәsi barәdә” Azәrbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli ***** nömrәli Sәrәncamının 8, 9, 10.4, 13.3 vә 13.4-cü bәndlәrindә ibtidai istintaq orqanları vә mәhkәmәlәr tәrәfindәn qәtimkan tәdbirlәrinin seçilmәsi zamanı hәbsin tәtbiq edilmәsi әsaslarına dair cinayәtprosessual qanunvericiliyin müddәalarına ciddi әmәl olunması, cәzanın vә qәtimkan tәdbirinin mәqsәdlәrinә şәxsi cәmiyyәtdәn tәcrid etmәdәn nail olmaq üçün alternativ cәza vә prosessual mәcburiyyәt tәdbirlәrinin tәtbiqinin genişlәndirilmәsi, cinayәt qanunvericiliyinin prinsiplәrinә vә cәza tәyin etmәnin ümumi әsaslarına ciddi riayәt edilmәsi, azadlıqdan mәhrum etmә cәzasının çәkilmәmiş hissәsini daha yüngül cәza ilә әvәz etmә, cәzanın çәkilmәmiş hissәsindәn şәrti olaraq vaxtından әvvәl azad etmә vә şәrti mәhkum etmә institutlarının daha geniş tәtbiq edilmәsi, cәzanın növü vә hәddi müәyyәn edilәrkәn cәzanın sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә yeni cinayәtlәrin törәdilmәsinin qarşısının alınması mәqsәdilә tәtbiq edildiyinin әsas tutulması, cәzanın tәyin edilmәsi әsaslarına dair Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 58.1-ci maddәsinin tәlәblәrinә riayәt olunmasına xüsusi diqqәt yetirilmәsi tәlәb vә tövsiyә edilmişdir. Bununla yanaşı hәmin Sәrәncamın 10-cu bәndindә cәza siyasәtinin humanistlәşdirilmәsi mәqsәdilә Azәrbaycan Respublikasının Ali Mәhkәmәsinә vә Azәrbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyә edilmiş, Azәrbaycan Respublikasının Ədliyyә Nazirliyinә isә tapşırılmışdır ki, aşağıdakı istiqamәtlәrdә qanun layihәlәrini hazırlayıb iki ay müddәtindә Azәrbaycan Respublikasının Prezidentinә tәqdim etsinlәr: 10.1. cinayәtlәrin, xüsusilә iqtisadi fәaliyyәt sahәsindә cinayәtlәrin dekriminallaşdırılması; 10.2. cinayәtlәrin sanksiyalarına azadlıqdan mәhrum etmәyә alternativ cәzaların әlavә olunması vә mövcud alternativ cәzaların tәtbiqi әsaslarının tәkmillәşdirilmәsi; 10.3. törәdilәn әmәlin ictimai tәhlükәliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilә ödәnildikdә hәbslә әlaqәdar olmayan qәtimkan tәdbirlәrinin tәtbiqi vә azadlıqdan mәhrum etmәyә alternativ cәzaların tәyin edilmәsi әsaslarının müәyyәn olunması; 10.4. azadlıqdan mәhrum etmә cәzasının çәkilmәmiş hissәsini daha yüngül cәza ilә әvәz etmә, cәzanın çәkilmәmiş hissәsindәn şәrti olaraq vaxtından әvvәl azad etmә vә şәrti mәhkum etmә institutlarının daha geniş tәtbiq edilmәsi; 10.5. hәbsә alternativ olan qәtimkan tәdbirinin tәtbiq edilmәsi hallarının genişlәndirilmәsi, hәbsin alternativ qәtimkan tәdbirlәri ilә әvәz edilmәsi qaydasının sadәlәşdirilmәsi, böyük ictimai tәhlükә törәtmәyәn vә az ağır cinayәtlәrә görә hәbs qәtimkan tәdbirinin seçilmәsi әsaslarının daha da mәhdudlaşdırılması. Bu Sәrәncama uyğun olaraq “Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsindә dәyişikliklәr edilmәsi haqqında” Azәrbaycan Respublikasının ## ####### 2017-ci il tarixli Qanunu qәbul edilmiş, hәmin Qanunla yeni növ cinayәt cәzası – azadlığın mәhdudlaşdırılması cәzası tәsis edilmiş vә hәmin cәza CM-in Xüsusi hissәsinin bir çox maddәlәrinin, o cümlәdәn CM-in 177.2-ci maddәsinin sanksiyasına alternativ cәza kimi daxil edilmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, hazırkı iş üzrә zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2, hәr birisinin barәsindә cәza tәdbirinin seçilmәsi mәsәlәsini hәll edәrkәn aşağı instansiya mәhkәmәlәri tamamilә düzgün olaraq maddi hüquq normalarının tәlәblәrindәn, Azәrbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sәrәncamında mәhkәmәlәrә edilmiş tövsiyәlәrdәn, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun hüquqi mövqeyindәn vә Ali Mәhkәmәnin Plenumunun Qәrarlarında әksini tapmış hüquq vә tövsiyәlәrdәn çıxış etmәklә әsaslı olaraq mәhkum olunmuş şәxslәrә onların tәqsirli bilindiklәri CM-in 177.2.1, 177.2.2 vә 177.2.3-cü maddәlәrinin sanksiyasında nәzәrdә tutulmuş azadlığın mәhdudlaşdırılması cәzasını tәyin edilmәsinә üstünlük vermiş vә bu nәticә hәm işin hallarına, törәdilmiş cinayәtlәrin ictimai tәhlükәlilik dәrәcәsinә vә xarakterinә, hәm dә mәhkumların şәxsiyyәtlәrini sәciyyәlәndirәn hallara uyğun olmuşdur. Dövlәt ittihamçısı isә bunun әksinә olan nәticәni, yәni zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2, hәr birisinә mütlәq şәkildә onların tәqsirli bilindiklәri CM-in 177.2.1, 177.2.2 vә 177.2.3-cü maddәlәrinin sanksiyasında nәzәrdә tutulmuş azadlıqdan mәhrum etmә növündә cәzanın tәyin edilmәsinin mәqsәdә uyğunluğunu hәm kifayәt qәdәr әsaslandıra, hәm dә kassasiya instansiyası mәhkәmәsini buna inandıra bilmәmişdir. Bütün tәsvir edilәnlәrdәn çıxış edәrәk mәhkәmә kollegiyası dövlәt ittihamçısı S.İ.Hüseyinova-Zeynalovanın kassasiya protestinin dәlillәri ilә razılaşmayaraq onları qәbul edilmәz sayır vә qeyd edir ki, hazırkı qәrarın tәsviri-әsaslandırıcı hissәsindә göstәrilәnlәr apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn CPM-in 416.1.21-ci maddәsindә nәzәrdә tutulmuş pozuntuya da yol verilmәdiyini, yәni apellyasiya instansiyası mәhkәmәsinin mübahisәlәndirilәn qәrarının qanuni vә әsaslı olduğunu, onun kassasiya qaydasında lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün isә әsasların olmadığını göstәrir. Belәliklә, mәhkәmә kollegiyası yuxarıda qeyd olunanlara әsaslanıb apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn CPM-in 416.1-ci maddәsindә sadalanan hәr hansı pozuntuya yol verildiyini müәyyәn etmәyәrәk vә kassasiya protestinin tәmin olunması haqda dövlәt ittihamçısı H.B.Imranovun çıxışını dinlәyәrәk belә nәticәyә gәlir ki, kassasiya protesti tәmin edilmәmәklә zәrәrçәkmiş şәxs12, mәhkum1 vә mәhkum2, hәr birisinin CM-in 177.2.1, 177.2.2 vә 177.2.3-cü maddәlәri ilә tәqsirli bilinib mәhkum olunmasına dair cinayәt işi üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının # #### 2025-ci il tarixli qәrarı hәmin protestә münasibәtdә dәyişiklik edilmәdәn saxlanılmalıdır. Şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.10.1-ci maddәsini rәhbәr tutaraq mәhkәmә kollegiyası QƏRARA A L D İ: Dövlәt ittihamçısı S.İ.Hüseyinova-Zeynalovanın kassasiya protesti tәmin edilmәsin. zərərçəkmiş şəxs12, məhkum1 və məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # #### 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-12/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-12/2026
28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver