Məhkəmə qərarları › İş №1(1-8)-122/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-122/2026

19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(1-8)-122/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyası hakimlәr Yusifov Şahin Yaşar oğlu (sәdrlik edәn vә mәruzәçi), Novruzov Əlәsgәr Əli Iskәndәr oğlu vә Abdulov Rәşad Mәhәrrәm oğlundan ibarәt tәrkibdә, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilә, dövlәt ittihamçısı – Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin kassasiya instansiyası mәhkәmәsindә dövlәt ittihamının müdafiәsi vә analitik tәhlil şöbәsinin böyük prokuroru Imranov Hafiz Beykәs oğlunun, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra mәtndә CM-in) 228.4cü maddәsi ilә tәqsirli bilinәrәk mәhkum olunmuş vә CM-in 234.1-1-ci maddәsi ilә bәraәt almış şәxs Mәhkum vә onun müdafiәçisi Mәmmәdli Tural Mәmmәdqulu oğlunun iştirakları ilә, Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin # ######## 2025-ci il tarixli hökmü ilә Mәhkum CM-in 228.4-cü maddәsi ilә tәqsirli bilinәrәk mәhkum edilmәsinә vә ona CM-in 234.1-1-ci maddәsi ilә nәzәrdә tutulmuş cinayәti törәtmәkdә tәqsirliliyi sübuta yetirilmәmәsinә görә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin (bundan sonra mәtndә CPM-in) 42.1.4-cü maddәsinә әsasәn bәraәt verilmәsinә dair cinayәt işi üzrә Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2025-ci il tarixli qәrarından dövlәt ittihamçısı dövlәt ittihamçısı3 tәrәfindәn verilmiş kassasiya protestinә әsasәn işә baxaraq, MÜƏYYƏN E T D İ: Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin # ######## 2025-ci il tarixli hökmü ilә (hakimlәr Sәfәrli Cavid Şamil oğlu (sәdrlik edәn vә mәruzәçi), Vәliyeva Ayşәn Umud qızı vә Nuriyev Aqil Abdul oğlundan ibarәt tәrkibdә) Məhkum, ## ### 2002-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 228.4-cü maddәsi ilә tәqsirli bilinәrәk 6 (altı) ay müddәtә azadlaqdan mәhrum etmә cәzasına mәhkum olunmuş, onun ## #### 2024-cü il tarixdәn hәbsdә saxlanılması nәzәrә alınaraq o, hәmin cәzanı çәkmiş hesab edilmiş vә ona CM-in 234.1-1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәti törәtmәkdә tәqsirliliyi sübuta yetirilmәdiyinә görә CPM-in 42.1.4cü maddәsinә әsasәn bәraәt verilәrәk sonuncu Azәrbaycan Respublikasının adından tәqsirsiz hesab edilmiş, elәcә dә hökm qanuni qüvvәyә mindikdәn sonra CPM-in 350.4-cü maddәsinә әsasәn cinayәt törәtmiş şәxsin müәyyәn edilmәsi vә cinayәt tәqibi mәsәlәsinin hәll edilmәsi üçün cinayәt işi üzrә materialların ibtidai araşdırmaya porosessual rәhbәrliyi hәyata keçirәn prokurora göndәrilmәsi, maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbәsindә saxlanılan 7,081 qram psixotrop maddә metamfetaminin isә hәmin materiallara әlavә edilmәsi qәrara alınmışdır. Işin halları: Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin göstәrilәn hökmünә әsasәn, Mәhkum CMin 228.4-cü maddәsi ilә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk mәhkum olunmuşdur ona görә ki, o, zavod üsulu ilә istehsal edilmiş bir tәrәfi kәsici, ucu deşici xassәyә malik soyuq silah hesab olunan ov bıçağını qanunsuz olaraq әldә edib üzәrindә gәzdirmәklә ünvan 1 ünvanında yerlәşәn yaşadığı evin yaxınlığından keçәn küçәdә gizlәtmiş, # ##### 2024-cü il tarixdә, saat 13 radәlәrindә keçirilmiş baxış zamanı qeyd olunan әlamәtlәrdә bıçaq yaşadığı evin yaxınlığından keçәn küçәdә, daşın altından aşkar edilәrәk götürülmüşdür. Mәhkum tәqsirli bilinәrәk mәhkum olunduğu bu ittihamla yanaşı ibtidai araşdırma orqanı tәrәfindәn ona qarşı hәmçinin CM-in 234.1-1-ci maddәsi ilә dә ittiham irәli sürülmüşdür ona görә ki, o istintaqa mәlum olmayan vaxtda vә şәraitdә namәlum mәnbәdәn külli miqdarda - 7,181 qram çәkidә psixotrop maddә olan metamfetamini satış mәqsәdi olmadan qanunsuz olaraq әldә edib üzәrindә saxlamaqla daşımış, ## #### 2024-cü il tarixdә saat 17:30-da Astara RPŞ-nin әmәkdaşları tәrәfindәn keçirilmiş әmәliyyat-axtarış tәdbirlәri zamanı Astara şәhәri, Nizami küçәsindә piyada hәrәkәtdә olan zaman saxlanılaraq Astara rayon polis şöbәsinin inzibati binasına gәtirilmiş vә üzәrindә aparılan şәxsi axtarış zamanı 1 әdәd şәffaf sellofan bükümdә, tәmiz çәkisi 7,181 qram olan psixotrop maddә metamfetamin әynindә olan qara rәngli şalvarın sol yan cibindәn aşkar edilәrәk götürülmüşdür. Birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında araşdırılmış sübutlarla Mәhkum ona qarşı CM-in 234.1-1-ci maddәsi ilә irәli sürülmüş ittiham üzrә cinayәt әmәllәrini törәtmәkdә tәqsirliliyi sübuta yetirilmәdiyindәn iş üzrә yuxarıda göstәilәn hökm çıxarılmışdır. Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin # ######## 2025-ci il tarixli hökmündәn dövlәt ittihamçısı dövlәt ittihamçısı5 tәrәfindәn verilmiş apellyasiya protestinә әsasәn işә baxan Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının (hakimlәr Hacıyev Pәrviz Vaqif oğlu (sәdrlik edәn vә mәruzәçi), Xasmәmmәdov Elçin Isgәndәr oğlu vә Sultanov Cavid Rizvan oğlundan ibarәt tәrkibdә) ## ###### 2025-ci il tarixli qәrarı ilә apellyasiya protesti tәmin edilmәmiş, hökm isә apellyasiya protestinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmışdır. Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2025-ci il tarixli qәrarından dövlәt ittihamçısı dövlәt ittihamçısı3 kassasiya protesti verәrәk hәmin qәrarın lәğv edilmәsini vә cinayәt işinin yeni apellyasiya baxışına tәyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin # ######## 2025-ci il tarixli hökmündәn verilmiş apellyasiya protestinin mәzmunu ilә eynilik tәşkil edәn kassasiya protestindә CPMin bir sıra maddәlәrinә, Insan Hüquqları üzra Avropa Mәhkәmәsinin “Van de Hark Niderlanda qarşı” iş üzrә ## ##### 1994-cü il tarixli Qәrarına, iş üzrә toplanmış vә birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında araşdırılmış sübutlara, ibtidai araşdırma orqanı tәrәfindәn Mәhkum qarşı irәli sürülmüş ittihama, mәhkәmәlәr tәrәfindәn qәbul edilmiş yekun mәhkәmә aktlarına, bu aktlar üzrә mәhkәmәlәrin gәldiklәri nәticәlәrә istinad edәn dövlәt ittihamçısı dövlәt ittihamçısı3 hәmin protestini belә әsaslandırmışdır ki, Mәhkum ona elan olunmuş ittiham üzrә cinayәt әmәllәrini törәtmәkdә tәqsirliliyi mәhkәmәyәdәk icraat zamanı toplanmış vә mәhkәmә iclaslarında araşdırılmış bir çox sübutlarla, o cümlәdәn Mәhkum üzәrindә şәxsi axtarışın aparılması haqqında ## #### 2024-cü il tarixli protokolla, bu istintaq hәrәkәtinin aparılmasını özündә әks etdirәn videogörüntülәrlә, sonuncunun mәhkәmәyәdәk icraat zamanı şübhәli şәxs vә tәqsirlәndirilәn şәxs qismindә müdafiәçinin iştirakı ilә dindirilәrkәn verdiyi etirafedici ifadәlәri ilә (sonuncu Astara Rayon Mәhkәmәsi tәrәfindәn onun barәsindә hәbs qәtimkan tәdbirinin seçilmәsi zamanı da ona qarşı irәli sürülmüş ittiham üzrә cinayәt әmәllәrini törәtmәsini etiraf etmişdir), habelә şahidlәrin ifadәlәri, mәhkәmә ekspertizalarının rәylәri ilә vә başqa sübutlarla tam tәsdiq edilsә dә, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn birinci instansiya mәhkәmәsinin hökmünün dәyişdirilmәdәn saxlanılması haqqında yekun qәrar qәbul olunarkәn bu sübutlar CPM-in 143-146-cı maddәlәrinin tәlәblәrinә müvafiq olaraq tәdqiq edilmәmiş, Mәhkum tәqsirsizliyi barәdә # ######## 2025-ci il tarixli hökmün vә ## ###### 2025-ci il tarixli qәrarın әsasını yolverilmәz sübutlar tәşkil etmiş, bunun nәticәsi olaraq ona CM-in 234.1-1-ci maddәsi ilә әsassız olaraq bәraәt verilmişdir. Birinci instansiya mәhkәmәsi Mәhkum bәraәt verәrkәn, apellyasiya instansiyası mәhkәmәsi isә bu nәticә ilә razılaşarkәn yalnız onun mәhkәmәdә verdiyi qeyri-sәmimi, hәqiqәtә uyğun olmayan, ziddiyyәtli, özünü müdafiә xarakterli, digәr sübutlarla tәkzib olunan vә konkret hüquqi әsasa söykәnmәyәn ifadәlәrinә, hәmçinin onun mәsuliyyәtdәn yayınmasında maraqlı olan qohumlarının vә qonşularının ifadәlәrinә, elәcә dә iş üzrә toplanmış mötәbәr sübutlarla tәkzib olunan öz subyektiv mülahizәlәrinә vә ehtimallara әsaslanmış, mәhkәmәyәdәk icraat zamanı toplanmış vә birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında tәdqiq edilmiş sübutları sübut kimi qәbul etmәyәrәk onları nәzәrә almamış, hәmin sübutları tәqsirlәndirilәn şәxsin xeyrinә tәfsir edәrәk tәhlil, biri-biri ilә müqayisә etmәmiş vә mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi üzrә düzgün qiymәtlәndirmәmişlәr. Hәmçinin mәhkәmәlәr әsassız olaraq belә qәnaәtә gәlmişlәr ki, Mәhkum ona qarşı irәli sürülmüş ittihamda göstәrildiyi kimi, ## #### 2024-cü il tarixdә saat 17.30 radәlәrindә küçәdә deyil, bundan tәxminәn üç saat әvvәl yaşadığı evindә saxlanılmış, saxlanıldıqdan sonra Astara rayon Polis Şöbәsinә aparılarkәn isә hәm yolda, hәm dә göstәrilәn şöbәdә fiziki vә psixi tәsirlәrә mәruz qalmışdır ki, bu hallar da ona bәrәat verilmәsi üçün әsas yaradır. Lakin mәhkәmәlәrin bu barәdә gәldiklәri qәnaәt dә әsassız olmuş, hәm şahidlәrin ifadәlәri, hәm dә iş üzrә keçirilmiş mәhkәmә-tibbi ekspertizasının rәyi ilә Mәhkum saxlanılmasında iştirak etmiş polis әmәkdaşlarının onun yaşadığı evә daxil olmaları, ona qarşı fiziki vә ya psixi tәsir göstәrmәlәri müәyyәn edilmәmiş vә mәhkәmәlәr bu halları da tәkzib edәn sübutlara diqqәt yetirmәmişlәr. Bundan başqa, Mәhkum polis әmәkdaşları tәrәfindәn ona qarşı qanunsuz hәrәkәtlәr edilmәsindәn şikayәt etmәsi üçün kifayәt qәdәr imkanı vә vaxtı olsa da, o, istәr ibtidai istintaq zamanı, istәrsә dә mәhkәmә baxışları gedişindә bu haqda müvafiq orqanlara şikayәt etmәmişdir ki, bu hal da onun mәhkәmә iclasında hәqiqәtә uyğun olmayan ifadәlәr vermәsinә vә mәsuliyyәtdәn kәnarda qalmağa çalışmasına dәlalәt edir. Bundan әlavә, birinci intansiya mәhkәmәsi Mәhkum CM-in 234.1-1-ci maddәsi ilә bәraәt verәrkәn ve apellyasiya intansiyası mәhkәmәsi bu haqda hökmü qüvvәdә saxlayarkәn öz mövqelәrini onunla әsaslandırmışlar ki, Mәhkum Türkiyә Respublikasında yaşayan qardaşı X13nin hәmin ölkәnin әrazisindә silahla şәkil çәkdirib sosial şәbәkәlәrdә yerlәşdirmәsinә görә Astara RPŞ-nin rәis müavini vәzifәsindә işlәmiş X17 qeyd olunan şәklin silinmәmәsi ila әlaqәdar onu cәzalandırmaq mәqsәdi ilә sonuncunun qardaşları Mәhkum vә Xin cinayәt mәsuliyyәtinә cәlb olunmalarını tәşkil etmiş, bununla da mәhkәmәlәr X17 vә digәr polis әmәkdaşlarının Mәhkum qarşı qәrәzli olmalarını әsaslandırmağa çalışmışlar. Lakin mәhkәmәlәr nәzarә almamışlar ki, Astara RPŞ-nin rәis müavini kimi üzәrinә hәmin rayonun әrazisindә baş vermiş cinayәtlәrin açılması, baş verә bilәcәk cinayәtlәrin qarşısının alınması vә s. vәzifәlәri olan X17, Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi, o cümlәdәn Astara RPŞ-nin yurisdiksiyası xaricindә hәr-hansı bir cinayәtin qarşısının alınması kimi vәzifәsi va ya öhdәliklәri olmamışdır. Buna baxmayaraq, mәhkәmә müdafiә tәrәfinin tәqdim etdiyi Astara RPŞ-nin sabiq әmәliyyat üzrә rәis müavini X17 sәs yazısını sübut kimi qәbul edәrәk, Astara RPŞ-nin әmәkdaşlarının Mәhkum qarşı qәrәzli olmaları barәda qәnaәtә gәlmiş, eyni zamanda hәmin sәs yazısında bir şәxsin sәsinin X17 mәxsus olmasını müәyyәn etsә dә, sonuncunun hәqiqәtәn dә X13 ilә danışıb-danışmadığını müәyyәn etmәmiş, bununla әlaqәdar hәr hansı bir tәdbir görmәmiş, yalnız müdafiә tәrәfinin mülahizәlәrinә әsaslanmış, digәr tәrәfdәn X17 X13ü yaydığı şәkli silmәyәyәcәyi tәqdirdә onun atasının vә qardaşlarının әziyyәt çәkәcәklәri ilә hәdәlәmәsi iş üzrә toplanmış sübutlarla tәsdiq olunmamışdır. Şәrh olunan dәlillәrә әsaslanaraq dövlәt ittihamçısı dövlәt ittihamçısı3 onun kassasiya protestinin tәmin edilmәsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin mәzmunundan göründüyü kimi, dövlәt ittihamçısı dövlәt ittihamçısı3 öz müraciәtindә hәm birinci, hәm dә apellyasiya instansiyası mәhkәmәlәrinin Mәhkum qarşı irәli sürülmüş ittiham üzrә onun tәqsirliliyinin sübuta yetirilmәmәsinә görә bәraәt verilmәsi haqda nәticәyә gәlәrkәn sübutların tәdqiq edilmәsinә vә sübutetmәyә dair cinayәt-prosessual qanununun tәlәblәrinin pozulmasına yol verdiklәrini vә mәhkәmәlәrin qәbul etdiklәri yekun mәhkәmә aktlarının әsasını yolverilmәz sübutlar tәşkil etmәsini iddia edәrәk apellyasiya instansiyası mәhkәmәsinin ## ###### 2025-ci il tarixli qәrarının lәğv edilmәsi haqqında kassasiya tәlәbini CPM-in 416.1.2 vә 416.1.3-cü maddәlәrindә mәhkәmә hökmünün vә ya qәrarının kassasiya qaydasında lәğv edilmәsini vә yaxud dәyişdirilmәsini şәrtlәndirәn әsaslar kimi tәsbit olunmuş hallarla әlaqәlәndirmişdir. CPM-in 416.1.2 vә 416.1.3-cü maddәlәrinә әsasәn isә mәhkәmә bu Mәcәllәnin 143- 146-cı maddәlәrinin tәlәblәrinә müvafiq olaraq sübutları tәdqiq etmәdikdә vә mәhkumun tәqsirliliyi vә ya bәraәt almış şәxsin tәqsirsizliyi barәdә mәhkәmә hökmünün әsasını yolverilmәz sübutlar tәşkil etdikdә kassasiya instansiyası mәhkәmәsi apellyasiya instansiyası mәhkәmәsinin hökm vә ya qәrarını kassasiya qaydasında lәğv etmәk vә ya dәyişdirmәk hüququna malikdir. Odur ki, mәhkәmә kollegiyası dövlәt ittihamçısı dövlәt ittihamçısı3 kassasiya protestini CPM-in 419-cu maddәsinin tәlәblәri baxımından sәlahiyyәtlәrinә aid olan kassasiya müraciәti kimi görür vә bu müraciәtlә әlaqәdar cinayәt işinin materiallarını, o cümlәdәn iş üzrә qәbul edilmiş yekun mәhkәmә aktlarının qanuniliyini vә әsaslılığını yoxlayıb, bu yoxlamanın nәticәlәri olaraq aşağıdakıları qeyd edir. Əvvәla Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyası növbәti dәfә xatırladır ki, kassasiya instansiyası mәhkәmәsinin kassasiya müraciәtlәrinә baxılması üzrә sәlahiyyәtlәrinin hüdudlarını CPM-in 419-cu maddәsi müәyyәn edir. Ümumi şәkildә kassasiya instansiyası mәhkәmәsinin kassasiya müraciәtlәrinә baxılması üzrә sәlahiyyәtlәrini müәyyәn edәn CPM-in 419.1-ci maddәsinә әsasәn, kassasiya instansiyası mәhkәmәsi kassasiya şikayәtinә vә ya kassasiya protestinә mahiyyәti üzrә baxaraq müraciәtin dәlillәrindәn asılı olmayaraq yalnız hüquq mәsәlәlәri üzrә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddәsinin tәlәblәrinә görә isә, kassasiya instansiyası mәhkәmәsi birinci vә ya apellyasiya instansiyası mәhkәmәsindә mәhkәmә baxışının predmeti olmayan faktları müәyyәn edә vә ya onları sübuta yetirilmiş hesab edә bilmәz. Kassasiya instansiyası mәhkәmәsindә mәhkәmә baxışının predmetini qanuni qüvvәyә minmiş mәhkәmә aktları tәşkil etdiyindәn, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar tәqdim edilmir vә mövcud sübutlara hüquqi qiymәt verilmir. Kassasiya qaydasında hökm vә ya qәrarın qanuniliyi, başqa sözlә birinci vә ya apellyasiya instansiya mәhkәmәsindә işә baxılarkәn vә mübahisә edilәn hökm vә ya qәrar qәbul edilәrkәn maddi vә ya prosessual normalara, yәni cinayәt qanununun vә CPM-in normalarının tәlәblәrinә әmәl edilib-edilmәmәsi yoxlanılır. Cinayәt-prosessual qanunvericiliyinin tәlәblәrinә әsasәn, sübutların araşdırılması vә qiymәtlәndirilmәsi birinci vә apellyasiya instansiya mәhkәmәsinin sәlahiyyәtlәrinә aiddir, sübutların araşdırılması dedikdә isә tәkcә mәhkәmә iclasında prosessual statusa malik olan şәxslәrin dindirilmәlәri, ekspertizaların tәyin edilib keçirilmәsi, sübut әhәmiyyәtli sәnәdlәrin tәlәb olunub alınması vә tәdqiq edilmәsi vә digәr istintaq hәrәkәtlәrinin aparılması deyil, hәm dә ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tәdqiq edilmәsi vә qiymәtlәndirilmәsi, bir sübutun digәrinә münasibәtdә üstünlüyünün müәyyәn edilmәsi başa düşülür. Apellyasiya intansiyası mәhkәmәsi tәrәfindәn cinayәt vә cinayәt-prosessual qanunlarının düzgün tәtbiq edilib-edilmәmәsinin yoxlanılması nәticәsindә kassasiya kollegiyasının apellyasiya instansiyası mәhkәmәsinin qәrarlarının lәğv edilmәsi vә dәyişdirilmәsi üzrә sәlahiyyәtlәrinin hüdudlarını isә CPM-in 416-cı maddәsi müәyyәn edir. Mәhz hәmin maddәdә tәsbit edilәn әsaslar (әn azından hәmin әsaslardan biri) olduqda, Ali Mәhkәmәnin kollegiyası mәhkәmә qәrarını kassasiya qaydasında lәğv etmәyә vә yaxud dәyişdirmәyә haqlıdır. Belәliklә, şәrh edilәnlәrdәn belә nәticә hasil olur ki, cinayәt-prosessual qanunvericiliyinin tәlәblәrinә görә, sübutların araşdırılması vә qiymәtlәndirilmәsi birinci vә apellyasiya instansiya mәhkәmәsinin sәlahiyyәtlәrinә aiddir, sübutların araşdırılması dedikdә isә tәkcә mәhkәmә iclasında prosessual statusa malik olan şәxslәrin dindirilmәlәri, ekspertizaların tәyin edilib keçirilmәsi, sübut әhәmiyyәtli sәnәdlәrin tәlәb olunub alınması vә tәdqiq edilmәsi vә digәr istintaq hәrәkәtlәrinin aparılması deyil, hәm dә ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tәdqiq edilmәsi vә qiymәtlәndirilmәsi, bir sübutun digәrinә münasibәtdә üstünlüyünün müәyyәn olunması vә onların şәxsin hәr hansı cinayәtin törәdilmәsindә tәtqsirli bilinmәsi üçün kifayәt edib-etmәmәsi başa düşülür. Hazırkı iş üzrә Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2025-ci il tarixli qәrarından verilmiş kassasiya protestinin dәlillәrinә cavab verilmәsi ilә bağlı mәhkәmә kollegiyası daha sonra qeyd edir ki, Azәrbaycan Respublikası Konstitusiyasının (bundan sonra mәtndә Konstitusiyanın) 12-ci maddәsinin İ hissәsi insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsini dövlәtin ali mәqsәdi olduğunu tәsbit edir. Konstitusiyanın 26-cı maddәsinin II hissәsindә göstәrilmişdir ki, dövlәt hәr kәsin hüquqlarının vә azadlıqlarının müdafiәsinә tәminat verir. Hәr kәsin hüquq vә azadlıqlarının dövlәt tәrәfindәn müdafiәsinә tәminat verәn Konstitusiya müddәaları hәmçinin cinayәt törәtmәkdә tәqsiri olmayan şәxslәrin cinayәt prosesini hәyata keçirәn orqanların vәzifәli şәxslәrinin vә ya hakimlәrin özbaşına hәrәkәtlәri ilә qanunsuz şübhә altına alınmasının, ittiham vә ya mәhkum edilmәsinin yol verilmәz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddәsinin İ hissәsinә әsasәn, hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmәdә müdafiәsinә tәminat verilir. Konstitusiyanın 63-cü maddәsinin İ-IV hissәlәrinin tәlәblәrinә görә, hәr kәsin tәqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn hәr bir şәxs, onun tәqsiri qanunla nәzәrdә tutulan qaydada sübuta yetirilmәyibsә vә bu barәdә mәhkәmәnin qanuni qüvvәyә minmiş hökmü yoxdursa, tәqsirsiz sayılır. Şәxsin tәqsirli bilinmәsinә әsaslı şübhәlәr varsa, onun tәqsirli bilinmәsinә yol verilmir. Cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn şәxs özünün tәqsirsiz olmasını sübuta yetirmәyә borclu deyildir. Ədalәt mühakimәsi hәyata keçirilәrkәn qanunu pozmaqla әldә edilmiş sübutlardan istifadә oluna bilmәz. Konstitusiyanın 71-ci maddәsinin İ hissәsinә görә, Konstitusiyada tәsbit edilmiş insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını gözlәmәk vә qorumaq qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti orqanlarının borcudur. Insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsi mәqsәdi ilә dövlәt sәmәrәli hüquqi mexanizmlәr yaratmaqla, әdalәt mühakimәsinin hәyata keçirilmә prosesindә hüquq vә azadlıqların bәrpasına nail olur. Konstitusiyanın 125-ci maddәsinin VII hissәsindә deyilir ki, mәhkәmә icraatı hәqiqәtin müәyyәn edilmәsini tәmin etmәlidir. Konstitusiyanın bu norması çәkişmә prinsipinә әsasәn işә baxan mәhkәmәnin üzәrinә özü tәrәfindәn cinayәt mәsuliyyәtinә cәlb edilmiş şәxsin tәqsirliliyinә vә ya tәqsirsiz olmasına dair sübutları axtarılmasını vә belә sübutların araşdırılmasını deyil, cinayәt prosesinin iştirakçılarına işin düzgün hәlli, yәni hәqiqәtin müәyyәn edilmәsi mәqsәdilә cinayәt prosesinin iştirakçılarına öz sübutlarını mәhkәmәyә tәqdim etmәk üçün bәrabәr şәrait yaratmaq, tәqdim olunmuş bütün sübutları tam, hәrtәrәfli vә obyektiv araşdırmaq, bu zaman qaldırılmış vәsatәtlәr üzrә әsaslandırılmış qәrarlar qәbul etmәk, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymәt vermәk vә hәmin sübutlara әsasәn müәyyәn etdiyi faktlara әsasәn bu vә ya digәr nәticәyә gәlmәk vәzifәsini qoyur. Mәhkәmә icraatı zamanı qeyd olunan vәzifәnin yerinә yetirilmәsi zamanı sübutların tәqdim olunması üçün istәr ittiham, istәrsә dә müdafiә tәrәfinә әlverişsiz şәraitin yaradılması, qaldırılmış vәsatәtlәrin әsassız olaraq tәmin edilmәmәsi, faktiki isә tәqdim olunmuş sübutların tәdqiqindәn imtina edilmәsi hallarında mәhkәmәnin tәhlil edilәn konstitusiyon tәlәbә әmәl etmәsindәn, әdalәtli mәhkәmә araşdırılması hüququnun tәmin olunmasından söhbәt gedә bilmәz. Eyni zamanda bu konstitusiyon tәlәb mәhkәmәni dә zәruri hallarda, hәqiqәtin müәyyәn edilmәsi mәqsәdilә öz tәşәbbüsü ilә iş üçün mühüm әhәmiyyәtә malik olan bu vә ya digәr sübutu әldә edәrәk araşdırması vәzifәsindәn azad etmir. “Insan hüquqları haqqında Ümumi Bәyannamә”nin 11-ci maddәsindә, “Insan Hüquqlarının vә Əsas Azadlıqların Müdafiәsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mәtndә Konvensiyanın) 6-cı maddәsindә, “Mülki vә siyasi hüquqlar haqqında" Beynәlxalq Paktın 14-cü maddәsindә dә tәqsirsizlik prezumpsiyası nәzәrdә tutulurur ki, hәmin beynәlxalq müqavilәlәrin tәlәblәrinә görә dә, cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn hәr bir şәxs onun tәqsiri qanunvericilikdә nәzәrdә tutulmuş qaydada sübuta yetirilmәyibsә vә bu barәdә mәhkәmәnin qanuni qüvvәyә minmiş hökmü yoxdursa, tәqsirsiz sayılır. Şәxs yalnız, o halda cinayәti törәtmәkdә tәqsirli hesab edilә bilәr ki, onun konkret әmәli törәtmәkdә tәqsiri sәlahiyyәtli subyektlәr tәrәfindәn qanunla müәyyәn edilmiş prosessual qaydada toplanmış vә mәhkәmәdә qiymәtlәndirilmiş sübutlar әsasında mәhkәmәnin müvafiq ittiham hökmü ilә tәsdiq edilsin vә bu hökm qanuni qüvvәyә minmiş olsun. Konvensiyanın 6-cı maddәsinin 2-ci bәndindә göstәrilmişdir ki, cinayәt törәtmәkdә ittiham olunan hәr kәs onun tәqsiri qanun әsasında sübut edilәnәdәk tәqsirsiz hesab edilir. CM-in 2.1 vә 2.2-ci maddәlәrinin tәlәblәrindәn görünür ki, Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin vәzifәlәri sülhü vә bәşәriyyәtin tәhlükәsizliyini tәmin etmәkdәn, insan vә vәtәndaş hüquq vә azadlıqlarını, mülkiyyәti, iqtisadi fәaliyyәti, ictimai qaydanı vә ictimai tәhlükәsizliyi, әtraf mühiti, Azәrbaycan Respublikasının konstitusiya quruluşunu cinayәtkar qәsdlәrdәn qorumaqdan, habelә cinayәtlәrin qarşısını almaqdan ibarәtdir. Bu vәzifәlәri hәyata keçirmәk üçün Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsi cinayәt mәsuliyyәtinin әsaslarını vә prinsiplәrini, şәxsiyyәt, cәmiyyәt vә dövlәt üçün tәhlükәli olduğuna görә cinayәt sayılan әmәllәrin dairәsini vә hәmin cinayәtlәrin törәdilmәsinә görә tәtbiq edilәn cәzaların növlәrini, hәddini vә hәcmini, habelә digәr cinayәt-hüquqi xarakterli tәdbirlәri müәyyәn edir. Cinayәt mәsuliyyәtinin әsaslarına dair CM-in 3-cü maddәsindә göstәrilmişdir ki, yalnız hәmin Mәcәllә ilә nәzәrdә tutulmuş cinayәt tәrkibinin bütün әlamәtlәrinin mövcud olduğu әmәlin (hәrәkәt vә ya hәrәkәtsizliyin) törәdilmәsi cinayәt mәsuliyyәti yaradır. Qanunun bu normasının mәnasına görә, şәxsin әmәlindә cinayәt tәrkibinin cәhәtlәrini tәşkil edәn zәruri әlamәtlәrin mövcud olub-olmaması barәdә nәticәyә gәlmәk üçün şәxsә istinad edilәn әmәlin Cinayәt Mәcәllәsinin Ümumi hissәsinin tәlәblәri nәzәrә alınmaqla Xüsusi hissәsinin müvafiq maddәsinin dispozisiyası ilә müqayisә edilmәsi tәlәb olunur. CM-in 7.1-ci maddәsinә әsasәn, yalnız törәtdiyi ictimai tәhlükәli әmәlә (hәrәkәt vә ya hәrәkәtsizliyә) vә onun nәticәlәrinә görә tәqsiri müәyyәn olunmuş şәxs cinayәt mәsuliyyәtinә cәlb edilә vә cәzalandırıla bilәr. Qanunvericiliyin bu tәlәblәrinә әsaslanaraq mәhkәmә kollegiyası qeyd etmәyi zәruri bilir ki, hәr bir cinayәt әmәli araşdırılarkәn onun tәrkibinin düzgün müәyyәn edilmәsi vә düzgün tövsif edilmәsi cinayәt әlamәtlәrini әks etdirәn әmәllәrin cinayәt olub-olmamasını, cinayәt törәtmәkdә tәqsirlәndirilәn şәxsin tәqsiri olub-olmamasını müәyyәnlәşdirmәyә, habelә hәmin cinayәtә görә tәqsirlәndirilәn şәxsә әdalәtli cәza tәyin edilmәsinә yönәlmişdir. Əks hal tәqsiri olmayan şәxsin mәsuliyyәtә alınması, yaxud da cinayәt törәtmәkdә tәqsirli olan şәxsin mәsuliyyәtdәn kәnarda qalması, cәzanın düzgün olmayan tәtbiqi, bu isә öz növbәsindә CM-dә müәyyәn edilmiş qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirә görә mәsuliyyәt, әdalәt vә humanizm prinsiplәrinin pozulması ilә nәticәlәnә bilәr. Bu hüquqi mövqe hәmçinin “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 244.1-ci maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2011-ci il tarixli Qәrarında da ifadә olunmuşdur. Hәmin Qәrara görә, cinayәtin tövsifi törәdilәn konkret cinayәt әmәlinin cәhәtlәri ilә cinayәt-hüquqi normasının dispozisiyasında nәzәrdә tutulan tәrkib әlamәtlәri arasında uyğunluğu müәyyәn etmәklә, müvafiq prosessual sәnәddә öz әksini tapan vә cinayәthüquqi nәticәlәrә sәbәb olan әmәlә verilәn cinayәt hüquqi qiymәtdir. Cinayәtin tövsifi mühüm sosial vә hüquqi әhәmiyyәtә malikdir. Tövsif Cinayәt Mәcәllәsindә müәyyәn edilmiş vәzifәlәrin yerinә yetirilmәsi baxımından, cinayәt qanununu tәtbiq etmәyә sәlahiyyәtli olan vәzifәli şәxslәr tәrәfindәn hәyata keçirilәn mühüm mәntiqi poroses olub, onun yekununda konkret sosial hadisәyә, cәmiyyәt üçün tәhlükәli olan insan davranışına hüquqi qiymәt verilir. Bu isә ilk növbәdә işin faktiki hallarının hәrtәrәfli öyrәnilmәsini, cinayәt hüquq normasının düzgün seçilmәsini vә onun mәzmununun izah edilmәsini tәlәb edir. Cinayәt Mәcәllәsinin qeyd olunan prinsiplәrinә әsasәn әmәlin (hәrәkәt vә hәrәkәtsizliyin) cinayәt sayılması vә hәmin әmәlә görә cәza vә digәr cinayәt-hüquqi xarakterli tәdbirlәr yalnız bu Mәcәllә ilә müәyyәn edilir. Yalnız törәtdiyi ictimai tәhlükәli әmәlә (hәrәkәt vә ya hәrәkәtsizliyә) vә onun nәticәlәrinә görә tәqsiri müәyyәn olunmuş şәxs cinayәt mәsuliyyәtinә cәlb edilә vә cәzalandırıla bilәr. CPM-in 8.0-cı maddәsindә göstәrilmişdir ki, cinayәt mühakimә icraatının vәzifәlәri aşağıdakılardan ibarәtdir: 8.0.1. şәxsiyyәti, cәmiyyәti vә dövlәti cinayәtkar qәsdlәrdәn qorumaq; 8.0.2. hәqiqi vә ya ehtimal edilәn cinayәt törәtmәsi ilә әlaqәdar şәxsiyyәti vәzifә sәlahiyyәtlәrindәn sui-istifadә edilmәsi hallarından qorumaq; 8.0.3. cinayәtlәri tezliklә açmaq, cinayәt tәqibi ilә bağlı bütün halları hәrtәrәfli, tam vә obyektiv araşdırmaq; 8.0.4. cinayәt törәtmiş şәxslәri ifşa vә cinayәt mәsuliyyәtinә cәlb etmәk; 8.0.5. cinayәt törәtmәkdә ittiham olunan şәxslәrin tәqsirini müәyyәn edәrәk onları cәzalandırmaq vә tәqsirsiz şәxslәrә bәraәt vermәk mәqsәdi ilә әdalәt mühakimәsini hәyata keçirmәk. Ən әsası isә mәhkәmә kollegiyası qeyd etmәyi vacib sayır ki, qanunçuluq prinsipi nәzәrdә tutulmuş CPM-in 10.1-ci maddәsinә әsasәn, mәhkәmәlәr vә cinayәt prosesinin iştirakçıları Azәrbaycan Respublikası Konstitusiyasının, bu Mәcәllәnin, Azәrbaycan Respublikasının digәr qanunlarının, habelә Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrin müddәalarına ciddi әmәl etmәlidirlәr. CPM-in 10.2 vә 10.5-ci maddәlәrinә görә isә, Azәrbaycan Respublikasının qüvvәyә minmiş vә dәrc edilmiş qanunu ilә müәyyәn olunan әsaslardan vә qaydalardan kәnar heç kәsin cinayәt tәqibi üzrә şübhәli vә ya tәqsirlәndirilәn şәxs qismindә mәsuliyyәtә cәlb edilmәsinә, tutulmasına, hәbsә alınmasına, axtarılmasına, mәcburi gәtirilmәsinә vә digәr prosessual mәcburiyyәt tәdbirlәrinә mәruz qalmasına, habelә mәhkum edilmәsinә, cәzalandırılmasına, hüquq vә azadlıqlarının digәr formada mәhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddәsindә göstәrilәn tәlәblәrinin pozulması ilә aparılan prosessual hәrәkәtlәrin vә qәbul olunmuş qәrarların hüquqi qüvvәsi yoxdur. Mәhkәmә kollegiyası vurğulamağı lazım bilir ki, cinayәt mühakimә icraatının prinsiplәri sırasında qanunçuluq prinsipi mühüm vә xüsusi yerә malikdir. O hәm, Konstitusiyada, hәm dә cinayәt vә cinayәt-prosessual qanunvericiliklәrindә tәsbit olunaraq yalnız qanunlara dәqiq vә dönmәdәn riayәt olunmasının vә onların icrasını nәzәrdә tutmur. Qanunçuluq hәmçinin demokratiyanın әsas tәzahürü, hüquqi dövlәtin mühüm prinsipi, mәhkәmә icraatında isә әdalәt mühakimәsinin tәmәlini tәşkil edәn başlıca әlamәtlәrdәn biridir. Qanunçuluq prinsipinin әsas mahiyyәti ondan ibarәtdir ki, o nәinki hakimlәrin yalnız Konstitusiyaya vә qanunlara tabe olmasını bәrqәrar edir, hәm dә mәhkәmә tәrәfindәn aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vәzifәsinә vә iş üzrә hәr kәsin mәhkәmә müdafiәsinin tәminatına, vәtәndaşların hüquq vә azadlıqlarının tәmin olunmasına xidmәt etmәklә, әdalәtli mәhkәmә araşdırmasının digәr prinsiplәrinin hәyata keçirlmәsi şәrtilә bütövlükdә mәhkәmә icraatının mәqsәdini müәyyәnlәşdirir. Ədalәt mühakimәsi vәzifәlәrini yerinә yetirәrkәn isә mәhkәmә hәrtәrәfli, tam vә obyektiv şәkildә iş üzrә әhәmiyyәt daşıyan halları aydınlaşdırmalı, bunun üçün dә tәqsirlәndirilәn şәxsi hәm ifşa edәn vә ya ona bәraәt qazandıran, elecә dә onun mәsuliyyәtini ağırlaşdıran vә yüngüllәşdirәn bütün halları araşdırılmalıdır. CPM-in 12.1-ci maddәsinin müddәaları cinayәt prosesini hәyata keçirәn orqanlardan cinayәt prosesindә iştirak edәn bütün şәxslәrin Konstitusiya ilә tәsbit edilmiş insan vә vәtәndaş hüquq vә azadlıqlarına riayәt olunmasını tәmin etmәlәrini tәlәb edir. Konstitusiyanın 63-cü maddәsinin İ-III hissәlәrinә uyğun olaraq cinayәt mühakimә icraatının tәmәl prinsiplәrindәn biri olan tәqsirsizlik prezumpsiyası prinsipi eyni cür tәsbit edilmiş CPM-in 21.1-21.3-cü maddәlәrindә göstәrilmişdir ki, cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn hәr bir şәxs onun tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetirilmәyibsә vә bu barәdә qanuni qüvvәyә minmiş mәhkәmәnin hökmü yoxdursa, tәqsirsiz sayılır. Şәxsin tәqsirli olduğuna әsaslı şübhәlәr varsa da onun tәqsirli bilinmәsinә yol verilmir. Bu Mәcәllәnin müddәalarına uyğun surәtdә müvafiq hüquqi prosedur daxilindә ittihamın sübuta yetirilmәsindә aradan qaldırılması mümkün olmayan şübhәlәr tәqsirlәndirilәn şәxsin (şübhәli şәxsin) xeyrinә hәll edilir. Eyni ilә cinayәt vә cinayәtprosessual qanunlarının tәtbiqindә aradan qaldırılmamış şübhәlәr dә onun xeyrinә hәll olunmalıdır. Cinayәt törәdilmәsindә tәqsirlәndirilәn şәxs özünün tәqsirsiz olmasını sübuta yetirmәyә borclu deyildir. Ittihamı sübuta yetirmәk, şübhәli vә ya tәqsirlәndirilәn şәxsin müdafiәsi üçün irәli sürülәn dәlillәri tәkzib etmәk vәzifәsi ittiham tәrәfinin üzәrinә düşür. CPM-in 28.5-ci maddәsindә әksini tapmış cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliliyi prinsipi belә tәsbit edilmişdir ki, şәxsin cinayәt törәtmәkdә tәqsirli olmasına dair mәhkәmә qәrarı mülahizәlәrә әsaslana bilmәz vә işә aid biri digәrinә kifayәt qәdәr uyğun gәlәn mötәbәr sübutların mәcmusu ilә tәsdiq olunmalıdır. Cinayәt mühakimә icraatında sübutların qiymәtlәndirilmәsi prinsipini nәzәrdә tutan CPM-in 33.1-ci maddәsindә isә göstәrilir ki, hakimlәr cinayәt mühakimә icraatının hәyata keçirilmәsindә cinayәt işi üzrә toplanmış sübutları bu Mәcәllәnin tәlәblәrinә әsasәn qiymәtlәndirirlәr. CPM-in 33.2 vә 32.4-cü maddәlәrinә әsasәn, cinayәt mühakimә icraatı hәyata keçirilәrkәn cinayәt-prosessual qanunun 125, 144, 146-cı maddәlәrinin müddәalarının pozulması, elәcә dә sübutlara vә sair materiallara qәrәzli münasibәt bәslәnilmәsi, mövcud hüquqi prosedur daxilindә tәdqiq edilәnәdәk sübut vә digәr materiallardan birinә digәrinә nisbәtdә çox vә ya az әhәmiyyәt verilmәsi yolverilmәzdir. CPM-in 124.1-ci maddәsinin tәlәblәrindәn görünür ki, mәhkәmәnin vә ya cinayәt prosesi tәrәflәrinin әldә etdiyi mötәbәr dәlillәr (mәlumatlar, sәnәdlәr, әşyalar) cinayәt tәqibi üzrә sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayәt-prosessual qanunvericiliyinin tәlәblәrinә әmәl edilmәklә insan vә vәtәndaşın konstitusiya hüquq vә azadlıqları mәhdudlaşdırılmadan vә ya mәhkәmәnin qәrarı әsasında (bu Mәcәllә ilә nәzәrdә tutulmuş tәxirә salına bilmәyәn hallarda isә müstәntiqin qәrarı әsasında) mәhdudlaşdırmaqla әldә olunmalı; 124.1.2. hadisәnin cinayәt hadisәsi olub-olmamasını, törәdilmiş әmәldә cinayәtin әlamәtlәrinin olub-olmamasını, bu әmәlin tәqsirlәndirilәn şәxs tәrәfindәn törәdilibtörәdilmәmәsini, onun tәqsirli olub-olmamasını, habelә ittihamın düzgün hәll edilmәsi üçün әhәmiyyәt kәsb edәn digәr hallar göstәrilmәlidir. CPM-in 125.1-ci maddәsindә isә tәsbit edilmişdir ki, mәlumatların, sәnәdlәrin vә digәr әşyaların hәqiqiliyinә, yaranma mәnbәyinә vә әldә edilmәsi hallarına şübhәlәr olmadıqda onlar sübut kimi qәbul edilә bilәrlәr. Sübutların mümkünlüyünә dair CPM-in 125.2.1-125.2.10-cu maddәlәrinin tәlәblәrinә görә, aşağıdakı hallarda әldә edilmiş mәlumatların, sәnәdlәrin vә digәr әşyaların cinayәt işi üzrә sübut kimi qәbul edilmәsinә yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayәt prosesindә iştirak edәn şәxsin hüquq vә vәzifәlәrinin izah edilmәmәsi, tam vә ya düzgün izah edilmәmәsi nәticәsindә öz hüquq vә vәzifәlәrini yanlış başa düşmәsindәn istifadә etmәklә; - cinayәt tәqibi üzrә icraatı hәyata keçirmәk, istintaq vә ya digәr prosessual hәrәkәtlәr aparmaq hüququ olmayan şәxs tәrәfindәn bu hәrәkәtlәr edildikdә; - cinayәt prosesindә onun iştirakını istisna edәn halları bildiyi vә ya bilmәli olduğu halda etiraz edilmәli şәxsin iştirakı ilә; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sәnәdi vә ya digәr әşyanı tanımağa qadir olmayan, onun hәqiqiliyini, mәnbәyini, әldә olunma hallarını tәsdiq edә bilmәyәn şәxsdәn alındıqda; - mәhkәmә iclasında mәlum olmayan şәxsdәn, yaxud müәyyәn olunmayan mәnbәdәn alındıqda; - müasir elmi baxışlara zidd üsulların tәtbiqi nәticәsindә alındıqda. CPM-in 125.3-cü maddәsinә әsasәn bu Mәcәllәnin 125.2-ci maddәsindә nәzәrdә tutulmuş hallarda alınmış mәlumatlar, sәnәdlәr vә әşyalar hüquqi qüvvәsi olmayan hesab edilir vә onlar ittihamın düzgün hәlli üçün hәr hansı halın sübut olunmasında istifadә edilә bilmәz. CPM-in 125.7-ci maddәsinin müddalarından görünür ki, cinayәt tәqibi üzrә icraat zamanı mәlumatlardan, sәnәdlәrdәn vә әşyalardan sübut kimi istifadә edilmәsinin qeyrimümkünlüyünü, habelә onlardan mәhdud istifadә edilmәsinin mümkünlüyünü prosesi aparan orqan öz tәşәbbüsü vә ya cinayәt prosesi tәrәflәrinin vәsatәti ilә müәyyәn edir. CPM-in 138.1-ci maddәsinә görә, sübutetmә ittihamın qanuni, әsaslı vә әdalәtli hәlli üçün әhәmiyyәt kәsb edәn halların müәyyәn edilmәsi mәqsәdi ilә sübutların әldә edilmәsindәn, yoxlanılmasından vә qiymәtlәndirilmәsindәn ibarәtdir. CPM-in 138.2-ci maddәsindә müәyyәn edilmişdir ki, tәqsirlәndirilәn şәxsin cinayәt mәsuliyyәtinә cәlb olunması әsaslarını vә onun tәqsirli olub-olmamasını sübutetmә vәzifәsi ittihamçının üzәrinә düşür. CPM-in 139-cu maddәsi bu normada göstәrilәn digәr hallarla yanaşı cinayәt hadisәsinin baş vermә faktının vә hallarının, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәrinin vә şәxsin tәqsirliliyinin sübutlara әsasәn müәyyәn edilmәsini tәlәb edir. Belә ki, hәmin maddәdә qeyd olunur ki, cinayәt tәqibi üzrә icraat zamanı aşağıdakılar yalnız sübutlara әsasәn müәyyәn edilir: 139.0.1. cinayәt hadisәsinin baş vermә faktı vә halları; 139.0.2. şübhәli vә ya tәqsirlәndirilәn şәxsin cinayәt hadisәsi ilә әlaqәsi; 139.0.3. cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәri; 139.0.4. cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsindә şәxsin tәqsirliliyi; 139.0.5. cinayәt qanunu ilә nәzәrdә tutulmuş cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar; 139.0.6. bu Mәcәllә ilә başqa hal nәzәrdә tutulmamışsa, cinayәt prosesi iştirakçısının vә ya cinayәt prosesindә iştirak edәn digәr şәxsin öz tәlәbini әsaslandırdığı hallar. CPM-in 144-cü maddәsi cinayәt-mühakimә icraatını aparan orqanlardan, o cümlәdәn mәhkәmәdәn cinayәt tәqibi üzrә toplanılmış sübutları tam, hәrtәrәfli vә obyektiv yoxlamağı tәlәb edir. Yoxlama zamanı toplanmış sübutlar tәhlil olunur vә bir-biri ilә müqayisә edilir, yeni sübutlar toplanır, әldә olunmuş sübutların mәnbәyinin mötәbәrliyi müәyyәnlәşdirilir. CPM-in 145.1-ci maddәsinә görә, hәr bir sübut mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә qiymәtlәndirilmәlidir. Qanunvericiliyin bu müddәalarından görünür ki, hәr bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliliyi) әsasında qiymәtlәndirilmәsi tәlәb olunur. Sübutların mötәbәrliyi anlayışı isә zәruri şәrt kimi cinayәt işi üzrә toplanmış vә tәdqiq edilmiş hәr bir sübutun digәrinә uyğun olmasını, onu tәsdiq etmәsini vә antisübutlar tәrәfindәn tәkzib edilә bilmәmәsini tәlәb edir. CPM-in 145.3-cü maddәsi isә cinayәt tәqibi üzrә toplanılmış bütün sübutların mәcmusuna ittihamın hәlli üçün onların kifayәt etmәsinә әsasәn qiymәt verilmәsini tәlәb edir. Cinayәt tәqibi üzrә toplanmış sübutların kifayәt etmәsi dedikdә isә, müәyyәn edilmәli hallar üzrә mümkün sübutların elә bir hәcmi nәzәrdә tutulur ki, onlar sübut etmә predmetinin müәyyәn edilmәsi üçün mötәbәr vә yekun nәticәyә gәlmәyә imkan versin (CPM-in 146.1-ci maddәsi). CPM-in 349.5-ci maddәsinә әsasәn aşağıdakı hallarda mәhkәmәnin hökmü әsaslı hesab edilir: - mәhkәmәnin gәldiyi nәticәlәr yalnız mәhkәmә iclasında tәdqiq edilmiş sübutlara әsaslandıqda; - bu sübutlar ittihamın qiymәtlәndirilmәsi üçün kifayәt etdikdә; - mәhkәmәnin müәyyәn etdiyi hallar onun tәdqiq etdiyi sübutlara uyğun gәldikdә. CPM-in 351.1-ci maddәsindә tәsbit edilmişdir ki, mәhkәmәnin ittiham hökmü tәqsirlәndirilәn şәxsin cinayәtin törәdilmәsindә tәqsirli bilinmәsi vә onun barәsindә cәza tәdbirinin tәtbiq edilmәsi (cinayәt qanunu ilә bilavasitә nәzәrdә tutulduğu hallarda onun barәsindә cәzanın tәtbiq edilmәmәsi vә ya cәzadan azad edilmәsi) barәdә mәhkәmә baxışının nәticәlәrinә dair yekun mәhkәmә qәrarını әks etdirir. CPM-in 351.2-ci maddәsinә görә, mәhkәmәnin ittiham hökmü ehtimallara әsaslana bilmәz vә yalnız mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin tәqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddәsinin tәlәblәrindәn göründüyü kimi, mәhkәmә bu Mәcәllәnin 346.1.1-346.1.6-cı maddәlәrindә göstәrilәn mәsәlәlәrә tәsdiqedici cavab verdikdә, tәqsirlәndirilәn şәxsin cinayәtin törәdilmәsindә tәqsiri aşağıdakılar nәzәrә alınmaqla sübuta yetirilmiş hesab edilә bilәr: 351.3.1. tәqsirsizlik prezumpsiyasını rәhbәr tutaraq; 351.3.2. bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydalar daxilindә mәhkәmә baxışında ittihamın baxılması nәticәlәrinә әsaslanaraq; 351.3.3. mәhkәmә istintaqında tәdqiq edilmiş mötәbәr vә mümkün sübutlara әsaslanaraq; 351.3.4. tәqsirlәndirilәn şәxsin tәqsirliliyinә dair aradan qaldırıla bilmәyәn şübhәlәri onun xeyrinә şәrh edәrәk. Göründüyü kimi, cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliyi, cinayәt mühakimә icraatında sübutların qiymәtlәndirilmәsi prinsiplәri, sübutlara vә sübutetmәyә dair normalar, o cümlәdәn CPM-in 125, 143-146-cı maddәlәri, hökmün әsaslılığına dair müddәalar (CPM-in 349.5-ci maddәsi) tәlәb edir ki, mәhkәmә cinayәt işlәrinә faktlar әsasında baxsın, faktların müәyyәn edilmiş sayılması üzrә qәnaәtini isә belә nәticәyә gәlmәk üçün kifayәt edәn, hәqiqiliyinә, yaranma mәnbәyinә, әldә edilmәsi hallarına şübhә olmayan (tam, hәrtәrәfli vә obyektiv yoxlanılmış), mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә lazımınca qiymәtlәndirilmiş sübutların mәcmusu ilә әsaslandırsın. Yalnız belә olduqda, CPM-in 21 vә 349.5-ci maddәlәri tәlәb etdiyi kimi, mәhkәmәnin yekun qәrarı, o cümlәdәn şәxsin ona istinad edilәn cinayәtin törәdilmәsindә tәqsirli olması vә ya onun tәqsirsiz olması (tәqsirinin sübuta yetirilmәmәsi) barәdә nәticә әsaslı sayıla bilәr. Qanunvericiliyin tәlәblәrinә uyğun olan eyni hüquqi mövqe Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun aşağıdakı Qәraralrında da әksini tapmışdır. Belә ki, “Azәrbaycan Respublikası CPM-in 397.1 vә 397.2-ci maddәlәrinin şәrh edilmәsi haqqında” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ### 2009-cu il tarixli Qәrarında qeyd edilir ki, hәqiqәtin müәyyәnlәşdirilmәsi әdalәt mühakimәsinin mütlәq şәrtidir vә hәr zaman cәmiyyәt mәhkәmәdәn hәqiqәti әks etdirәn әdalәt mühakimәsini tәlәb edәcәkdir. Hәr bir hakim bu vәzifәsini icra etmәk üçün ilk әvvәl prosessual tәlәblәrә hökmәn riayәt olunmasını tәmin etmәlidir, çünki bu hal cinayәt işi üzrә hәqiqәtin müәyyәnlәşdirilmәsinin vә düzgün mәhkәmә qәrarının qәbul olunmasının mühüm şәrtidir. Eynilә dә cinayәt işi üzrә araşdırmanın predmetini tәşkil edәn hadisәnin әhәmiyyәtli halları müәyyәnlәşdirilmәmişdirsә vә (vә ya) bu hallara münasibәtdә cinayәt qanununun müddәaları düzgün tәtbiq olunmamışdırsa, hәmin qәrara hәqiqi әdalәt mühakimәsi aktı kimi baxıla bilmәz. Hәmin akt әdalәtsizliyinә sәbәb olmuş hakimin qanunsuz hәrәkәtlәri, mәhkәmә sәhvlәri vә ya qanuniliyinә vә әsaslılığına tәsir etmiş digәr hallardan asılı olmayaraq düzәldilmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman mәhkәmә onun qanunçuluq vә әsaslılıq tәlәblәrinә cavab verә bilәcәyinin tәmin edilmәsi üçün öz aktını bu amillәrin üzәrindә qәrarlaşdırmalıdır. Belә tәlәblәrә cavab vermәyәn mәhkәmә qәrarlarına yenidәn baxılması imkanının mәhdudlaşdırılması әdalәt vә hüquqi müәyyәnlik kimi dәyәrlәrin müdafiәsindә tarazlığın pozulması vә Konstitusiya ilә tәminat verilәn insan hüquq vә azadlıqlarına zәrәr yetirilmәsi ilә nәticәlәnә bilәr. “V.Bayramov vә qeyrilәrinin şikayәtlәri üzrә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt işlәri vә inzibati hüquqpozmalara dair işlәr üzrә mәhkәmә kollegiyasının ## #### 2004-cü il tarixli qәrarının Azәrbaycan Respublikasının Konstitusiyasına vә qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun # ######## 2005-ci il tarixli Qәrarında qeyd olunmuşdur ki, mәhkәmә hökmü şәxsin tәqsirli olub-olmaması kimi hәyati әhәmiyyәti olan mәsәlәni hәll edir. Bu sәbәbdәn prosessual qanunvericiliyin tәlәbinә görә mәhkәmәnin hökmü qanuni vә әsaslı olmalıdır. (CPM-in 349.3-cü maddәsi). Mәhkәmә hökmünün әsaslılığını şәrtlәrindәn biri dә hökmdә müәyyәn edilmiş halların mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara uyğun gәlmәsidir. Bu o demәkdir ki, şәxsin cinayәt törәtmәkdә tәqsirli olmasına dair mәhkәmә qәrarı mülahizәlәrә әsaslana bilmәz vә işә aid biri digәrinә uyğun gәlәn mötәbәr sübutların mәcmusu ilә tәsdiq olunmalıdır (CPM-in 28.5-ci maddәsi). Insan Hüquqları üzrә Avropa Mәhkәmәsi (bundan sonra mәtndә Avropa Mәhkәmәsi) tәqsirsizlik prezumpsiyası ilә bağlı “Insan Hüquqlarının vә Əsas Azadlıqların Müdafiәsi haqqında” Avropa Konvensiyasının 6-cı maddәsi üzrә şikayәtlәrlә bağlı müxtәlif ölkәlәrә qarşı qәbul etdiyi Qәrarlarında dәfәlәrlә vurğulamışdır ki, sübutların mümkünlüyü mәsәlәsi әsasәn milli qanunvericiliklә tәnzimlәnәn mәsәlәdir vә ümumi qaydaya uyğun milli hakimlәr mәhz tәqdim olunan sübutları qiymәtlәndirmәlidirlәr. Avropa Mәhkәmәsi xüsusilә qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Mәhkәmәsinin vәzifәsi ümumilikdә mәhkәmә araşdırmasının әdalәtli olub-olmamasından, o cümlәdәn sübutların әldә edilmәsinin qanuni olub-olmamasından ibarәtdir. Adәtәn, bütün sübutlar tәqsirlәndirilәn şәxsin iştirakı ilә açıq mәhkәmә iclasında tәdqiq edilmәlidir. Bu prinsipdәn istisna ola bilәr, lakin istisnalar tәqsirlәndirilәn şәxsin müdafiә hüququna xәlәl gәtirmәmәli vә o, ittiham tәrәfinin şahidlәrinin ifadәlәrini tәkzib etmәk imkanına malik olmalıdır. Avropa Mәhkәmәsinin yerli mәhkәmәlәrin yekun qәrarlarının hüquqiliyi ilә bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrә # #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrә ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrә ## ###### 2009-cu il tarixli Qәrarlarına әsasәn, hüquqi dövlәtin әn mühüm prinsiplәrindәn biri digәr hallarla yanaşı, mәhkәmәnin yekun qәrarlarının sual doğurmamalı olmasını nәzәrdә tutan hüquqi müәyyәnlikdir. Yuxarı mәhkәmәlәrin hüquqi qәrarları lәğv etmә gücü mәhz ciddi sәhvlәrin düzәldilmәsindә özünü göstәrmәlidir. Bu güc elә tәtbiq edilmәlidir ki, fәrdi maraqlarla mühakimә sisteminin effektivliyinin tәmin edilmәsi arasında әdalәtli balans yaratmaq maksimal dәrәcәdә mümkün olsun. Bir sıra mәhkәmә qәrarlarında “ciddi sәhv” anlayışının tәhlili zamanı Mәhkәmә vurğulamışdır ki, işin “natamam vә qәrәzli” olması, yanlış nәticәyә sәbәb olması, mәhkәmә prosesinin ciddi pozuntuları, hakimiyyәtdәn sui-istifadә, hüququn tәtbiqi dairәsindәki sәhvlәr vә әdalәt mühakimәsi maraqlarına tәsir edәn digәr ağır nöqsanlar ciddi sәhvin mövcudluğu kimi göstәrilir. Göstәrilәnlәrlә bağlı Konvensiya prinsipial olaraq dövlәtin cinayәt mühakimә icraatı zamanı sәhvlәrin aradan qaldırılması imkanına malik olması üçün yekun mәhkәmә qәrarlarının yenidәn baxılmağa açılmasına icazә verir. Belә sәhvlәrin aradan qaldırılmadan qalması әdalәt mühakimәsinin әdalәtliliyinә, obyektivliyinә vә ictimai nüfuzuna ciddi tәsir edir. “Barbera, Messege vә Yabardo Ispaniyaya qarşı” şikayәtlә bağlı qәbul etdiyi Qәrarda Avropa Mәhkәmәsi göstәrmişdir ki, tәqsirsizlik prezumpsiyası nәzәrdә tutur ki, mәhkәmәnin tәrkibi öz vәzifәlәrini icra edәrkәn tәqsirlәndirilәn şәxsә istinad edilәn cinayәtin onun tәrәfindәn törәdildiyi kimi qәrәzli mövqedәn çıxış etmәmәlidir, bunu sübut etmәk vәzifәsi ittiham tәrәfinin üzәrinә düşür vә istәnilәn şübhә tәqsirlәndirilәn şәxsin xeyrinә hәll edilmәlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrә ## #### 2007-ci il tarixli Qәrarında Avropa Mәhkәmәsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymәtlәndirilәrkәn, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmәk yükü tәkzib edәnin deyil, iddia edәnin üzәrinә düşür)” prinsipi rәhbәr tutulur. Sübut kifayәt qәdәr güclü, aydın vә bir-birinә uyğun qәtnәmәlәrin hәm mövcudluğundan, hәmçinin tәkzib olunmaz oxşar fakt ehtimallarından irәli gәlә bilәr. Avropa Mәhkәmәsinin “Qavazov Bolqarıstana qarşı” # #### 2008-ci il tarixli Qәrarında vurğulanmışdır ki, sübutlar qiymәtlәndirilәrkәn, bir qayda olaraq әsaslı şübhәdәn kәnar standartlar tәtbiq edilir. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrәli Qәrarının 8-10-cu bәndlәrindә mәhkәmәlәrә izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddәsinә, habelә CPM-in 33, 125-ci maddәlәrinә әsasәn әdalәt mühakimәsi hәyata keçirilәrkәn qanunsuz yolla әldә edilәn sübutlardan istifadә edilә bilmәz. Mәhkәmә öz tәşәbbüsü ilә vә yaxud cinayәt prosesi tәrәflәrinin vәsatәtlәri әsasında sübutun CPM-in 125.2-ci maddәsindә nәzәrdә tutulmuş pozuntularla әldә edilmәsi sәbәbindәn istifadә edilmәsinin qeyri-mümkün olması barәdә nәticәyә gәlib, onu sübutların sırasından xaric edәrkәn qanun pozuntusunun nәdәn ibarәt olmasını әsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 vә 349.5.1-ci maddәlәrinә müvafiq olaraq mәhkәmәnin hökmü yalnız mәhkәmә iclasında bilavasitә tәdqiq olunan sübutlara әsaslana bilәr. Bu maddәlәrin tәlәbinә görә mәhkәmә gәldiyi nәticәlәri şәrh edәrkәn mәhkәmә iclasında tәdqiq edilmәyәn vә mәhkәmә iclas protokolunda әksini tapmayan sübutlara istinad edә bilmәz. Tәqsirlәndirilәn şәxsin, şahidlәrin, zәrәr çәkmiş şәxsin, mәhkәmәyәdәk icraat zamanı verdiklәri ifadәlәrә o vaxt istinad etmәk olar ki, onlar CPM-in 327, 329 vә 330.1-ci maddәlәrinә uyğun olaraq mәhkәmә iclasında elan edilmәklә yanaşı, başqa sübutlarla müqayisә edilmiş olsun. “Narkotik vasitәlәrin, psixotrop maddәlәrin vә ya onların prekursorlarının, habelә narkotik vasitәlәrә vә psixotrop maddәlәrә aid olmayan güclü tәsir edәn vә zәhәrli maddәlәrin qanunsuz dövriyyәsinә dair cinayәt işlәri üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## #### 2024-cü il tarixli Qәrarında mәhkәmәlәrә izah olunmuşdur ki, ***-IQ nömrәli Qanunun (“Əmәliyyat-axtarış fәaliyyәti” haqqında ## ####### 1999-cu il tarixli Qanun) 15-ci maddәsi әmәliyyat-axtarış tәdbiri keçirilmәli olduqda hәmin Qanunun 11-ci maddәsinin III hissәsindә nәzәrdә tutulmuş qәrarlar, o cümlәdәn әmәliyyat-axtarış fәaliyyәtinin subyektinin sәlahiyyәtli şәxsinin qәrarı әsasında әmәliyyat-qeydiyyat işinin başlanılmasını, bu işin әmәliyyat-axtarış fәaliyyәtinin subyekti tәrәfindәn mütlәq qeydiyyata alınmasını, әmәliyyat-axtarış tәdbirlәrinin nәticәlәrinin әmәliyyat-qeydiyyat işindә әks etdirilmәli vә sistemlәşdirilmәli olduğunu tәsbit etsә dә, bu maddә, elәcә dә ***-IQ nömrәli Qanunun әmәliyyat-axtarış tәdbirlәrinin nәticәlәrinin istifadә edilmәsinә hәsr olunmuş 16-cı maddәsi vә yaxud digәr norması әmәliyyat-axtarış tәdbirinin gedişatına vә nәticәlәrinә dair mәlumatların hansı formada rәsmilәşdirilә (hansı forma vә mәzmunda olan sәnәdlәrdә әks etdirilә) bilәcәyini tәnzimlәmir. Hәmçinin, hәmin Qәrarda qeyd edilmişdir ki, әmәliyyat-axtarış tәdbirinin gedişindә tutulmuş (yaxalanmış) şәxsin üstünün yoxlanılması vә ondan bu vә ya digәr predmetlәrin, o cümlәdәn sübut әhәmiyyәti ola bilәcәk materialların götürülmәsi zamanı әmәliyyat-axtarış tәdbirini keçirmәyә müvәkkil edilmiş şәxs tәrәfindәn bu hәrәkәtlәrin fasilәsiz videoçәkilişi aparılmalı vә hәmin videoyazı elektron daşıyıcıda әmәliyyat-axtarış tәdbirinin gedişini vә nәticәlәrini әks etdirәn raportun vә yaxud protokolun tәrkib hissәsi kimi sәnәdә әlavә edilmәlidir (Qәrarın 34-cü bәndi). Kassasiya protestindә mәhkәmәlәrin istinad etdiklәri bu izah vә tövsiyәlәr mübahisәlәndirilsә dә, mәhkәmә kollegiyası bununla bağlı hәmin protestin dәlillәri ilә razılaşmır vә vurğulamağı lazım bilir ki, istәr tәsvir edilәn Qәrarda, istәrsә dә hazırkı iş üzrә cinayәt tәqibi aparılan dövrün bir hissәsindә qüvvәdә olmuş "Narkotik vasitәlәrin, psixotrop maddәlәrin vә ya onların prekursorlarının qanunsuz dövriyyәsinә dair cinayәt işlәri üzrә mәhkәmә tәcrübәsi haqqında" # #### 2011-ci il tarixli Qәrarında da şәxsin narkotik vasitәlәrin vә ya psixotrop maddәlәrin, onların prekursorlarının, habelә bunlara aid olmayan güclü tәsir edәn maddәlәrin qanunsuz dövriyyәsi ilә mәşğul olması ilә bağlı әmәliyyataxtarış tәdbirlәrinin keçirilmәsinә, bir sıra istintaq hәrәkәtlәrinin (mәsәlәn şәxsi axtarışın vә götürmәnin) aparılmasına, әmәliyyat-axtarış tәdbirlәrinin keçirilmәsi haqqında qәbul edilmiş qәrarların qanuniliyinin vә әsaslığının mәhkәmә nәzarәti qaydasında yoxlanılmasına vә cinayәt işlәrinnin ibtidai araşdırması vә mәhkәmәlәrdә baxılması zamanı bir çox mәsәlәlәrin qanunamüvafiq qaydada hәll edilmәsinә dair digәr izah vә tövsiyәlәr dә verilmişdir ki, hazırkı işin tәhlili iş üzrә ilkin vә ibtidai araşdırmalar zamanı bu izah vә tövsiyәlәrә dә әmәl olunmamasını, sübutların isә qanun pozuntuları ilә toplanmasını göstәrir. Mәsәlәn, # #### 2011-ci il tarixli Qәrarın 28-ci bәndindә mәhkәmәlәrin diqqәtinә çatdırılmışdır ki, Azәrbaycan Respublikası CPM-in 246.2.1-ci maddәsinә әsasәn mәhkәmәnin qәrarı olmadan şәxsi axtarış şübhәli şәxs tutulduqda vә polis vә ya digәr hüquq-mühafizә orqanına gәtirildikdә aparıla bilәr. Azәrbaycan Respublikası CPM-in 153cü maddәsinin mәnasına görә isә tutulmuş şәxs tәxirә salınmadan polis vә digәr tәtqiqat orqanlarının müvvәqәti saxlama yerinә gәtirilmәli vә onun tutulması müvafiq protokolla rәsmilәşdirilmәlidir. Qanunun bu normalarının düzgün tәtbiqi mәsәlәsini nizama salmaq mәqsәdi ilә mәhkәmәlәrә izah edilmişdir ki, şәxsi axtarışın şübhәli şәxs qismindә tutma protokolu tәrtib olunmazdan әvvәl (şәxsi axtarış barәdә mәhkәmә qәrarı olmadan) aparılması halı müәyyәn edildikdә mәhkәmә buna münasibәtini bildirmәli vә bu yolla әldә olunmuş sübutların mümkünlüyü mәsәlәsini Azәrbaycan Respublikası CPM-in 125.1, 125.2.1 vә 125.2.7-ci maddәlәrinә uyğun olaraq hәll etmәlidir. Hәmçinin hәm # #### 2011-ci il tarixli, hәm dә ## #### 2024-cü il tarixli Qәrarlarda әksini tapmış izah vә tövsiyәlәrin (bu izah vә tövsiyәlәr cinayәt-prosessual qanunvericiyliyinin tәlәblәrindәn irәli gәlir) ziddinә olaraq Mәhkum üzәrindә şәxsi axtarış vә götürmә istintaq hәrәkәti onun faktiki tutulduğu yerdә deyil, ilkin sәnәdlәrә görә, polis әmәkdaşları tәrәfindәn saxlanıldıqdan sonra Astara rayon Polis Şöbәsindә aparılmışdır ki, mәhkәmәlәr dә әsaslı olaraq bu xüsusata, elәcәdә Mәhkum küçәdә saxlanılması halının mәhkәmә iclasında araşdırılmış sübutlara ümumiyyәtlә uyğun olmamasına, hәm dә aşağıda tәsvir edilәn digәr qanun pozuntularına diqqәt yetirmişlәr. Əvvәla, işin müәyyәn edilmiş faktiki hallarını Mәhkum qarşı CM-in 234.1-1-ci maddәsi ilә irәli sürülmüş ittihama aid hissәdә) Konstitusiyanın, beynәlxalq müqavilәlәrin vә cinayәtprosessual qanunvericiliyinin yuxarıda şәrh edilәn normalarının tәlәblәri, Avropa Mәhkәmәsinin vә Konstitusiya Mәhkәmәsi Plenumunun hüquqi mövqelәri, habelә Ali Mәhkәmәnin Plenumunun izah vә tövsiyәlәri ilә müqayisә etmәklә apellyasiya instansiyası mәhkәmәsinin qәrarını yoxladıqda hәmin yekun mәhkәmә aktının birinci instansiya mәhkәmәsinin hökmü ilә birlikdә yuxarıda qeyd olunan prosessual normaların tәlәblәrinә, xüsusilә dә CPM-in 143-146-cı maddәlәrindә nәzәrdә tutulmuş sübutların tәdqiqi vә qiymәtlәndirilmәsi qaydalarına vә CPM-in 349.5-ci maddәsindә tәsbit olunmuş mәhkәmәnin gәldiyi nәticәlәrin yalnız mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara әsaslanması, bu sübutların ittihamın qiymәtlәndirilmәsi üçün kifayәt edәn olması, mәhkәmәlәrin müәyyәn etdiklәri halların onların tәdqiq etdiklәri sübutlarla uyğunluq tәşkil etmәsi barәdә tәlәblәrә cavab verdiyi, ilkin vә ibtidai araşdırmalar zamanı isә Mәhkum elan olunmuş ittihamın әsasını tәşkil edәn sübutların әksәriyyәtinin aşağıda göstәrilәn qanun pozuntuları ilә әldә edilmәsi müәyyәn olunur. Kassasiya protestindә belә sübutların mәhkәmәlәr tәrәfindәn әsassız olaraq nәzәrә alınmaması, digәr tәrәfdәn isә iş üzrә qәbul edilmiş yekun mәhkәmә aktlarının әsasını yolverilmәz sübutlar tәşkil etmәsi iddia olunsa da, mәhkәmә kollegiyası qeyd etmәyi zәruri bilir ki, ittiham tәrәfinin tәqdim etdiyi hәmin sübutların hamısı vә birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt işinә mәhkәmәdә baxılarkәn әldә edilmiş әlavә sübutlar mәhkәmә iclaslarında obyektiv olaraq tam hәcmdә araşdırılmış, mәhkәmәlәr qәbul etdiklәri yekun mәhkәmә aktlarında mәhz araşdırılmış, lakin Mәhkum tәqsirliliyini tәkzib edәn sübutlara istinad etmiş vә kassasiya protestinin dәlillәrinin әksinә olaraq bu sübutlar hәm ayrı-ayrılıqda, hәm dә mәcmu şәkildә qiymәtlәndirilәrәk Mәhkum ona psixotrop maddәnin әldә edilmәsi, saxlanılması vә daşınması ilә bağlı elan olunmuş ittiham üzrә cinayәt әmәllәrini törәtmәsinin sübuta yetirilmәmәsi, qeyd olunduğu kimi, ilkin vә ibtidai araşdırmalar zamanı isә әsas sübutların qanun pozuntularına yol verilmәklә toplanması barәdә nәticәyә gәlmişlәr. Mәhkәmә baxışları zamanı cinayәt prosesinin iştirakçılarına, o cümlәdәn ittiham tәrәfinә başqa sübutları da mәhkәmәyә tәqdim etmәlәri üçün bәrabәr şәrait yaradılmış, lakin işә mәhkәmәlәrdә baxılarkәn mәhkәmә iclaslarında iştirak edәn dövlәt itthamçıları, o cümlәdәn kassasiya protestinin müәllifi Mәhkum qarşı irәli sürülmüş ittihamın tәsdiq edilmәsi barәdә mötәbәr vә tәkzibedilmәz nәticәyә gәlmәyә әsas verә bilәn әlavә vә tutarlı sübutları mәhkәmәlәrә tәqdim etmәmişlәr. Apellyasiya instansiyası mәhkәmәsinin birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşmasını, buna görә dә hökmdәn verilmiş apellyasiya protestinin tәmin etmәmәsini nәzәrә alaraq, kassasiya müraciәti isә öz mәzmununa görә hökmdәn verilmiş apellyasiya protesti ilә eynilik tәşkil etsә dә mәhkәmә kollegiyası CPM-in 419-cu maddәsinin tәlәblәrinә uyğun olaraq bu maddә ilә üzәrinә qoyulmuş vәzifәni yerinә yetirmәyi vә kassasiya protestinin dәlillәrinә iş üzrә toplanmış vә araşdırılmış bir sıra sübutlara, habelә qanunvericiliyin tәlәblәrinә әsaslanmaqla inandırıcı cavab verilmәsini zәruri sayır. Ilk növbәdә mәhkәmә kollegiyası da iş üzrә birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin gәldiklәri nәticә ilә razılaşır vә qeyd edir ki, hәmin nәticә ehtimallara deyil, aşağıdakı sübutlara vә onların tәhlilinә vә qiymәtlәndirilmәsinә әsaslanmışdır. Belә olan halda mәhkәmә kollegiyası Mәhkum barәsindә bәraәt hökmü çıxarmış birinci instansiya mәhkәmәsinin vә onunla razılaşan apellyasiya instansiyası mәhkәmәsinin iş üçün әhәmiyyәt kәsb edәn hәr hansı sübutun tәdqiqindәn imtina etmәlәrini, Konstitusiyanın 125-ci maddәsinin VII hissәsinin tәlәblәrinә әmәl etmәmәlәrini, nәticә etibarı ilә isә CPM-in 416.1.1-ci maddәsindә nәzәrdә tutulmuş pozuntuya yol vermәlәrini müәyyәn etmir vә eyni zamanda onu da qeyd edir ki, dövlәt ittihamçısı dövlәt ittihamçısı3 mәhkәmәlәr tәrәfindәn yekun mәhkәmә aktları qәbul edilәrkәn yolverilmәz sübutlardan istifadә edilmәsini iddia etsә dә, kassasiya protestinin bu dәlili dә әsassızdır ona görә ki, hәmin aktların әsasına qoyulmuş, bundan әvvәl isә birinci instansiya mәhkәmәsinin mәhkәmә iclaslarında tәdqiq olunmuş sübutların qanunsuz yolla әldә edilmәsini ittiham tәrәfi cinayәt tәqibinin apellyasiya icraatı mәrhәlәsindә mübahisәlәndirmәmiş, bu halı tәsdiq edәn mötәbәr sübutları mәhkәmәyә tәqdim etmәmiş (halbuki CPM-in 125.8-ci maddәsinә әsasәn bu Mәcәllәnin tәlәblәrinә riayәt olunmaqla sübutlar әldә edildikdә, onların qәbul olunmasının yolverilmәzliyinin әsaslandırılması mübahisә edәn tәrәfin üzәrinә düşür), hәmin sübutların, o cümlәdәn CM-in 234.1-1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirliliyi sübuta yetirilmәdiyinә görә bәraәt almış şәxsin mәhkәmә iclasında verdiyi ifadәlәrinin CPM-in 125.2-ci maddәsindә sadalanan pozuntularla әldә edilmәsi müәyyәn olunmamışdır. Bu baxımdan mәhkәmә kollegiyası belә nәticәyә gәlir ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn CPM-in 416.1.3-cü maddәsindә göstәrilәn pozuntuya da yol verilmәmiş vә buna görә bu mәsәlә ilә bağlı da kassasiya protestinin dәlillәri qәbuledilmәz sayılmalıdır. Mәhkәmәlәrin gәldiklәri nәticә ilә bağlı, habelә kassasiya protestinin dәlillәrinә әsaslandırılmış vә inandırıcı cavab verilmәsi üçün isә mәhkәmә kollegiyası mәhkәmәlәrin işin faktiki hallarının müәyyәn edilmәsi ilә bağlı cinayәt işinin materiallarında olan, o cümlәdәn birinci instansiya mәhkәmәsinin # ######## 2025-ci il tarixli hökmündә vә apellyasiya instansiyası mәhkәmәsinin ## ###### 2025-ci il tarixli qәrarında istinad olunmuş sübutların bir hissәsinә müraciәt edәrәk hәmin sübutları hazırkı qәrarda da tәhlil etmәyi mәqsәdә uyğun hesab edir. Belә ki, iş üzrә toplanmış ilkin sәnәdlәrә әsasәn, ## #### 2024-cü il tarixdә Astara Rayon Polis Şöbәsinә Mәhkum vә onun qardaşı Xnin qanunsuz olaraq narkotik vasitәlәrin dövriyyәsi ilә mәşğul olmaları barәdә әmәliyyat mәlumatı daxil olmuş (göstәrilәn Polis Şöbәsinin cinayәt-axtarış bölmәsinin әmәliyyat müvәkkili R şahid8 ## #### 2024-cü il tarixli raportu), hәmin mәlumatın yoxlanılması mәqsәdilә adı çәkilәn Polis Şöbәsinin әmәliyyat işlәri üzrә rәis müavini X17 tәrәfindәn eyni tarixdә әmәliyyat-axtarış tәdbirlәrinin hәyata keçirilmәsi haqqında qәrar qәbul edilmiş, hәmin qәrarın surәtinin isә 48 saat müddәtindә mәhkәmә nәzarәtini hәyata keçirәn mәhkәmәyә vә ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora tәqdim edilmәsi nәzәrdә tutulmuş, eyni zamanda cinayәt işinin materiallarına cinayәt-axtarış bölmәsinin әmәliyyat müvәkkillәri şahid8, şahid5, şahid6, post-patrul xidmәti bölmәsinin polis nәfәri şahid7 vә tәhqiqat bölmәsinin tәhqiqatçısı X8 ibarәt әmәliyyat qrupunun yaradılması haqqında hәmin şöbәnin rәisi X28 ## #### 2024-cü il tarixli **/****/** saylı әmri әlavә olunmuşdur. Bundan başqa, cinayәt işinin materiallarına yalnız әmәliyyat-axtarış tәdbirlәrinin hәyata keçirilmәsi haqqında iki vәrәqdәn ibarәt olan qәrarın ## #### 2024-cü il tarixli müvafiq olaraq 65/2-5364/24 vә **/*-****/** saylı mәktublarla ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora vә Astara Rayon Mәhkәmәsinә göndәrilmәsi haqqında mәktublar әlavә edilsә dә Mәhkum vә onun qardaşı X barәlәrindә keçirilmiş әmәliyyataxtarış tәdbirlәrini özündә әks etdirәn lazımi prosessual sәnәdlәr nә mәhkәmәyә, nәdә ki ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora bu tәdbirlәrin әsaslığının vә qanuniliyinin yoxlanılması üçün tәqdim olunmamışdır. Halbuki, göstәrilәn qәrarda mәhkәmәnin qәrarı olmadan aşkar vә gizli üsullarla bir sıra әmәliyyat-axtarış tәdbirlәrinin hәyata keçirilmәsi, o cümlәdәn Mәhkum yaxalanması, yәni saxlanılması vә tutulması vә onun üzәrindә şәxsi axtarışın aparılması nәzәrdә tutulmuş vә ilkin araşdırma zamanı bu tәdbirlәr hәyata keçirilmiş, bunun nәticәsindә әldә olunmuş sübutlar isә ibtidai araşdırma orqanı tәrәfindәn Mәhkum qarşı CM-in 234.1-1-ci maddәsi ilә ittihamın irәli sürülmәsi üçün әsas sübutlar kimi çıxış etmişdir. Astara Rayon Mәhkәmәsinin # ##### 2024-cü il tarixli qәrarı ilә әmәliyyat-axtarış tәdbirlәrinin keçirilmәsi haqqında ## #### 2024-cü il tarixli qәrar qanuni hesab edilsә dә, mәhkәmә kollegiyası hesab edir ki, hәmin qәrar әsasında әmәliyyat-axtarış tәdbirlәrinin keçirilmәsinin әsaslığı vә qanuniliyi, hәmin tәdbirlәr nәticәsindә isә sübutların hәqiqәtәn qanuni yolla әldә edilib-edilmәmәsinin mәhkәmә nәzarәti qaydasında qanuna müvafiq qaydada yoxlanılmadığından, bununla da prosessual hüquq normalarının aşağıdakı tәlәblәri pozulduğundan, eyni zamanda Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun vә Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin hüquqi mövqelәrinә, elәcә dә Ali Mәhkәmәnin Plenumunun izah vә tövsiyәlәrinә әmәl edilmәdiyindәn bu qәrar әsasında toplanmış sübutlar da qanuni yolla әldә edilmiş sübutlar kimi qiymәtlәndirilә bilmәz. Belә ki, CPM-in 137-ci maddәsinin tәlәblәrinә görә, әmәliyyat-axtarış fәaliyyәti nәticәsindә әldә edilmiş materiallar “Əmәliyyat-axtarış fәaliyyәti haqqında” Azәrbaycan Respublikasının Qanununa uyğun әldә olunduqda vә bu Mәcәllәnin tәlәblәrinә uyğun tәqdim edildikdә vә yoxlanıldıqda, cinayәt tәqibi üzrә sübut kimi qәbul edilә bilәr. CPM-in 445.2-ci maddәsinә әsasәn, “Əmәliyyat-axtarış fәaliyyәti haqqında” Azәrbaycan Respublikası Qanununun 10-cu maddәsinin dördüncü hissәsindә nәzәrdә tutulmuş hallarda bu Mәcәllәnin 445.1-ci maddәsindә göstәrilәn әmәliyyat-axtarış tәdbirlәri mәhkәmәnin qәrarı olmadan, әmәliyyat-axtarış fәaliyyәtini hәyata keçirәn orqanın sәlahiyyәtli şәxsinin әsaslandırılmış qәrarı ilә hәyata keçirilә bilәr. Bu halda әmәliyyataxtarış fәaliyyәtini hәyata keçirәn orqanın sәlahiyyәtli şәxsi müvafiq tәdbir aparıldıqdan sonra 48 saat müddәtindә әmәliyyat-axtarış tәdbirinin aparılması barәdә әsaslandırılmış qәrarı mәhkәmә nәzarәtini hәyata keçirәn mәhkәmәyә vә ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora tәqdim etmәlidir. “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 137 vә 445.2-ci maddәlәrinin bәzi müddәalarının şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2015-ci il tarixli Qәrarında vurğulanmışdır ki, Azәrbaycan Respublikası CPM-in 445.2-ci maddәsinә müvafiq olaraq, әmәliyyat-axtarış tәdbirinin aparılması barәdә qәrar mәhkәmәyә daxil olduqda, insan hüquq vә azadlıqlarının tәmin edilmәsi baxımından onun qanuniliyi vә әsaslılığı mәhkәmә nәzarәti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isә әmәliyyat-axtarış fәaliyyәti nәticәsindә әldә edilmiş materiallar mәxfiliyi tәmin olunmaqla tәlәb edilә bilәr. Konstitusiya Mәhkәmәsi Plenumunun göstәrilәn Qәrarında eyni zamanda qeyd olunmuşdur ki, qanunvericiliklә müәyyәn edilmiş qaydada әmәliyyat-axtarış fәaliyyәtinin nәticәlәrinin mәhkәmәnin razılığı ilә aparılan tәdbirlәr nәticәsindә vә ya әvvәlcәdәn mәhkәmәnin razılığını almadan, lakin sonradan bunun barәsindә mәhkәmәyә mәlumat vermәk şәrti ilә keçirilәn tәdbirlәr nәticәsindә әldә edilmәsindәn asılı olmayaraq, hәmin tәdbirlәrin keçirilmәsinә mәhkәmә nәzarәtinin hәdlәri dәyişilmәzdir. Öz növbәsindә, mәhkәmә nәzarәti qaydasında keçirilәn yoxlamanın nәticәsindә mәhkәmәlәr müvafiq qәrar qәbul edirlәr. Mәhz bu baxımdan, mәhkәmәlәr әmәliyyat-axtarış tәdbiri keçirildikdәn sonra mәhkәmә nәzarәti qaydasında hәmin tәdbirin insan hüquq vә azadlıqlarının tәminatı baxımından qanuni, әsaslı, mütәnasib, mәqsәdәmüvafiq vә tәxirәsalınmaz keçirilmәsini yoxlayaraq CPM-in 448-ci maddәsinә әsasәn müvafiq qәrar qәbul etmәlidirlәr. Qeyd olunanları nәzәrә alaraq, Konstitusiya Mәhkәmәsinin Plenumu öz Qәrarında aşağıdakı nәticәlәrә gәlmişdir: - CPM-in 445.2-ci maddәsinә müvafiq olaraq әmәliyyat-axtarış tәdbirinin aparılması barәdә qәrar mәhkәmәyә daxil olduqda, insan hüquq vә azadlıqlarının tәmin edilmәsi baxımından onun qanuniliyi vә әsaslılığı mәhkәmә nәzarәti qaydasında yoxlanılmalı vә ehtiyac olduğu halda әmәliyyat-axtarış fәaliyyәti nәticәsindә әldә edilmiş materiallar mәxfiliyi tәmin olunmaqla tәlәb edilә bilәr; - әmәliyyat-axtarış tәdbirinin aparılması barәdә qәrara әsasәn әldә edilmiş materiallar “Əmәliyyat-axtarış fәaliyyәti haqqında” Qanuna uyğun әldә olunduqda vә CPM-in tәlәblәrinә uyğun tәqdim edildikdә vә mәhkәmә nәzarәti qaydasında әtraflı yoxlanıldıqda, hәmin Mәcәllәnin 137-ci maddәsinin tәlәblәrinә uyğun olaraq cinayәt tәqibi üzrә sübut kimi qәbul edilә bilәr. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli Qәrarının 16-cı bәndindә mәhkәmәlәrә izah edilmişdir ki, CPMin 137-ci maddәsinә әsasәn әmәliyyat-axtarış fәaliyyәtinin gedişindә әldә edilmiş materiallar “Əmәliyyat-axtarış fәaliyyәti haqqında” Azәrbaycan Respublikasının Qanununa uyğun әldә olunduqda vә bu Mәcәllәnin tәlәblәrinә uyğun tәqdim edildikdә vә yoxlanıldıqda, cinayәt tәqibi üzrә sübut kimi qәbul edilә bilәr. Əmәliyyat-axtarış tәdbirlәri nәticәsindә әldә olunmuş materialların cinayәt prosesindә sübut kimi qәbul edilәnliyi ilә bağlı әlaqәdar onu nәzәrә almaq lazımdır ki, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 137 vә 445.2-ci maddәlәrinin bәzi müddәalarının şәrh edilmәsinә dair” ## ###### 2015-ci il tarixli qәrarına görә, әmәliyyat-axtarış tәdbirinin aparılması barәdә qәrara әsasәn әldә edilmiş materiallar CPM-in 137-ci maddәsindә göstәrilәn tәlәblәrә uyğun şәkildә әldә edilmәklә vә tәqdim edilmәklә yanaşı, mәhkәmә nәzarәti qaydasında әtraflı yoxlanıldıqda cinayәt tәqibi üzrә sübut kimi qәbul edilә bilәr. Odur ki, әmәliyyat-axtarış fәaliyyәti nәticәsindә әldә olunaraq cinayәt işindәki sübutlar sırasında mәhkәmәyә tәqdim olunmuş materiallar mәhkәmә baxışında tәdqiq edilәrkәn mәhkәmә müvafiq әmәliyyat-axtarış tәdbiri üzәrindә (әmәliyyataxtarış tәdbirinin keçirilmәsinә әsasların olub-olmaması mәsәlәsinin yoxlanılması da daxil olmaqla) mәhkәmә nәzarәtinin keçirilib-keçirilmәdiyini araşdırmalıdır. Bununla belә, әmәliyyat-axtarış tәbirinin mәhkәmә nәzarәti qaydasında yoxlanılması onun nәticәsindә әldә olunaraq cinayәt işinә sübut kimi daxil edilmiş materialı mәhkәmә baxışında mövcud prosedura daxilindә tәdqiq etmәk, o cümlәdәn CPM-in 125, 144-146-cı maddәlәrinin tәlәblәrinә әmәl etmәklә yoxlamaq, aidiyyәti, mümkünlüyü vә mötәbәrliyi üzrә qiymәtlәndirmәk zәrurәtini ortadan qaldırmır. Qәrarda daha sonra qeyd olunmuşdur ki, Avropa Mәhkәmәsinin formalaşmış hüquqi mövqeyinә görә dә (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № *****/**, §§ 67-69, ## #### 2019-cu il), “Ibrahimov vә Mәmmәdov Azәrbaycana qarşı” (Ibrahimov and Mammadov v. Azerbaijan, №№ *****/** vә 5 digәri, § 121, ## ###### 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitә] (Megrelishvili v. Georgia [Committee], № *****/**, § 33, # ### 2020-ci il); “Ayәtullah Ay Türkiyәyә qarşı” (Ayetullah Ay v. Turkey, №№ *****/** vә 1191/08, § 143, ## ####### 2020-ci il; “Tlaşadze vә Kakaşvili Gürcüstana qarşı” [Komitә] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № *****/**, §§ 45-48; ## #### 2021-ci il) әmәliyyat-axtarış fәaliyyәtini hәyata keçirәn orqanın sәlahiyyәtli şәxsi tәrәfindәn müvafiq qәrarın әsaslı şübhәnin mövcud olduğunu tәsdiq edәn vә tәdbiri mәhz әvvәlcәdәn mәhkәmә qәrarı almadan tәxirәsalınmaz qaydada keçirilmәsini әsaslandıran mümkün qәdәr geniş mәlumatlar göstәrilmәdәn qәbul edilmәsi, belә qәrarın daha sonra mәhkәmә nәzarәti qaydasında yoxlanılmaması vә yaxud әtraflı tәhlil edilmәdәn tәsdiq edilmәsi, ayrıayrılıqda vә birlikdә baş verdikdә, pozuntu tәşkil edir. Avropa Mәhkәmәsinin tövsiyәsinә görә mәhkәmәyәdәk araşdırma dövründә bu cür pozuntuya yol verilmişdirsә, onun aradan qaldırılması üçün işә mahiyyәti üzrә baxılarkәn bununla bağlı irәli sürülәn dәlillәr mәhkәmә tәrәfindәn araşdırılmalıdır. Qәrarın 17-ci bәndindә mәhkәmәlәrә nәzәrә almaları tövsiyә edilmişdir ki, cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliliyi (CPM, maddә 28), hakimlәrin müstәqilliyi (CPM, maddә 25), cinayәt mühakimә icraatının aşkarlığı (CPM, maddә 27), cinayәt prosesindә tәrәflәrin çәkişmәsi (CPM, maddә 32) vә tәqsirsizlik prezumpsiyası prinsiplәri (CPM, maddә 21) ilә şәrtlәndirilәn mәhkәmә baxışının xüsusiyyәtlәri cinayәtprosessual qanunun müәyyәn etdiyi prosedur daxilindә yoxlanılmayan (yalnız әmәliyyataxtarış fәaliyyәtinin subyektinә mәlum olan, lakin baxılan konkret işin hallarına görә araşdırılması tәlәb olunan) mәxfi mәlumat әsasında şәxsin cinayәt törәtmәkdә tәqsirli bilinmәsinә vә cәzalandırılmasına yol vermir. Avropa Mәhkәmәsi dә “Şöler Almaniyaya qarşı” işi üzrә (Scholer v. Germany, № *****/**, § 77, ## ###### 2014-cü il) qәrarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayәtin mahiyyәtini nәzәrә almaqla Konvensiya anonim agentlәrdәn ibtidai araşdırma zamanı istifadә olunmasını istisna etmir. Onların mәlumatlarından mәhkәmәdә şәxsin tәqsirliliyinin sübuta yetirilmәsi zamanı istifadә olunması isә tamamilә fәrqli vәziyyәtdir”. Odur ki, әmәliyyat-axtarış tәdbiri nәticәsindә әldә olunmuş vә yaxud әmәliyyat-axtarış tәdbirinin keçirilmәsinә әsas olmuş, mәxfi olmasına görә mәhkәmә baxışında tәdqiq edilmәyәn mәlumatdan hökmdә ittihamın әsaslandırılması zamanı istifadә edilmәmәli, belә mәlumat (mәsәlәn, әmәliyyat-qeydiyyat işindә olan) tәdqiq edildikdә isә mәlumatın mәxfiliyinin qorunması mәhkәmә tәrәfindәn tәmin edilmәlidir. Hәm CPM-in 137 vә 445.2-ci maddәlәrinin tәlәblәrindәn, hәm Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2015-ci il tarixli Qәrarında vә Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin bir çox Qәrarlarında yüksәk Mәhkәmәlәrin sәrgilәdiklәri hüquqi mövqedәn, hәm dә “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli Qәrarında әksini tapmış izah vә tövsiyәlәrdәn çıxış edәrәk mәhkәmә kollegiyası cinayәt işinin materiallarına müraciәt edib qeyd etmәyi zәruri bilir ki, Mәhkum barәsindә әmәliyyat-axtarış tәdbirlәrinin hәyata keçirilmәsi haqqında ## #### 2024-cü il tarixli qәrarın vә onun әsasında toplanmış ilkin sübutların әsaslığı vә qanuniliyi mәhkәmә nәzarәti qaydasında lazımi qaydada yoxlanılmadığından bu qәrar әsasında toplanmış sübutlar da Mәhkum qarşı ittihamın irәli sürülmәsindә istifadә edilә bilmәzdi. Daha sonra baş әmәliyyat müvәkkili şahid8 Astara Rayon Polis Şöbәsinin rәisinә ## #### 2024-cü il tarixli digәr raport ünvanlayaraq әmәliyyat qrupunun üzvlәrinin keçirdiklәri әmәliyyat-axtarış tәdbirlәri nәticәsindә Astara şәhәri, Nizami küçәsindә Mәhkum vә Xin piyada hәrәkәtdә olarkәn saat 17.30 radәlәrindә saxlanılaraq onlara narkotik vasitәlәr saxlamaqda şübhәli bilindiklәrinin izah edilmәsini, onların üzәrlәrindә şәxsi axtarışın aparılacağının bildirilmәsini, bunun üçün isә hәr ikisinin Polis Şöbәsinin inzibati binasına gәtirilmәlәrini göstәrmiş vә bunlara әsasәn aidiyyәti üzrә göstәriş verilmәsini xahiş etmişdir. Bununla yanaşı, işә әlavә edilmiş sәnәdlәrdәn görünür ki, Mәhkum saxlanılaraq Astara RPŞ-nә gәtirildikdәn sonra X14 bölmәsinin tәhqiqatçısı X8 tәrәfindәn qәbul edilmiş ## #### 2024-cü il tarixli qәrara әsasәn CM-in 234.1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә şübhәli bilinәrәk şübhәli şәxs qismindә tutulmuş, lakin bu haqda tәrtib edilmiş protokolda bu hәrәkәtin saat 18.05-dә edilmәsi qeyd olunsa da, tutulmanın hansı vaxtdan hesablanması göstәrilmәmişdir. Bununla yanaşı, Mәhkum barәsindә tәrtib edilmiş hәmin protokol müdafiәçi X10 tәrәfindәn imzalansa da, yalnız şübhәli şәxs qismindә tutulduqdan sonra ona CPM-in 90-cı maddәsindә nәzәrdә tutulmuş hüquqları, o cümlәdәn müdafiәçiyә malik olmaq hüququ izah edilmiş (bu haqda ## #### 2024-cü il tarixdә yenә dә müdafiәçi X10 tәrәfindәn imzalanmış bildiriş tәrtib olunmuşdur) vә yalnız bundan sonra ona Astara rayon Vәkil Bürosunda fәaliyyәt göstәrәn vәkillәrin siyahısı tәqdim edilmiş, onun hüquqlarının vәkil X10 tәrәfindәn müdafiә edilmәsi haqqında әrizәsinә әsasәn isә sonuncu müvafiq qәrarlara әsasәn Polis Şöbәsinә dәvәt edilәrәk artıq şübhәli şәxs qismindә tutulmuş Mәhkum tәqdim edilmәklә onun müdafiәçisi tәyin olunmuşdur. Bu hallara görә mәhkәmә kollegiyası hesab edir ki, Mәhkum maddi imkanı olmadığına görә dövlәt hesabına müdafiәçi ilә tәmin edilmәsi istәyi barәdә әrizәsi nәzәrә alınmadan müdafiәçisi olmadan şübhәli şәxs qismindә tutulması vә yalnız bundan sonra şübhәli şәxsin müdafiәçi ilә tәmin edilmәsi sonuncunun müdafiә hüququnun pozulması ilә nәtiәcәlәnmişdir, çünki CPM-in 92.3.1 vә 93.19-cu maddәlәrinә әsasәn cinayәt prosesindә şübhәli vә ya tәqsirlәndirilәn şәxs tәlәb etdiyi, yaxud o, tutulduğu hallarda müdafiәçinin iştirakı tәmin olunmalıdır: Daha sonra iş materiallarından görünür ki, tәhqiqatçı X8 heç bir qәrar qәbul etmәdәn әmәliyyat-axtarış tәdbirlәrini hәyata keçirmiş polis әmәkdaşlarının vә iş materiallarına әsasәn şübhәli şәxsin hüquqlarının müdafiә olunması üçün heç bir sәmәrәli fәaliyyәt göstәrmәyәn müdafiәçi X10un iştirakları ilә videoçәkilişdәn istifadә edilmәklә Mәhkum üzәrindә şәxsi axtarış aparmış, bu haqda tәrtib edilmiş ## #### 2024-cü il tarixli protokola görә saat 18.15-dәn 18.30-dәk bu istintaq hәrәkәtinin aparılması zamanı Mәhkum ona edilmiş tәklifә әsasәn qara rәngli şalvarının sol yan cibindәn içәrisindә psixotrop maddә metamfetaminә bәnzәr ağ rәngli kristal formada maddә qablaşdırılmış bir әdәd bükümü tәqdim edәrәk hәmin bükümü ## #### 2024-cü il tarixdә Astara şәhәrindә, dәniz kәnarında gәzәrkәn tapdığını vә öz istifadәsi üçün üzәrindә saxladığını bildirmişdir. Bundan sonra Mәhkum tәqdim etdiyi maddә elektron tәrәzidә çәkilmiş vә onun 7,61 qram olması müәyyәn edilmişdir. Eyni hallar hәmçinin bu istintaq hәrәkәtinin aparılmasını özündә әks etdirәn vә DVD diskә yazılaraq iş mateialarına әlavә olunmuş videgörüntülәrdә dә әksini tapmışdır. Lakin mәhkәmә kollegiyası qanunvericiliyin tәlәblәrinә әsaslanaraq bu istintaq hәrәkәtinin nәticәlәrini dә qanunsuz yolla әldә edilmiş sübut kimi dәyәrlәndirir vә bununla bağlı aşağıdakılar vurğulayır. Belә ki, CPM-in 246.1-ci maddәsinә әsasәn müstәntiq iş üzrә sübut әhәmiyyәtinә malik ola bilәcәk, barәsindә istintaq hәrәkәti aparılan şәxsin paltarında, әşyalarında vә ya bәdәnindә ola bilәn әşya vә sәnәdlәri, bir qayda olaraq, mәhkәmәnin qәrarı әsasında götürә bilәr. CPM-in 246.2-ci maddәsinin tәlәblәrindәn görünür ki, mәhkәmәnin qәrarı alınmadan şәxsi axtarış aşağıdakı hallarda aparıla bilәr: 246.2.1. şübhәli şәxs tutulduqda vә polis vә ya digәr hüquq-mühafizә orqanına gәtirildikdә; 246.2.2. tәqsirlәndirilәn şәxs barәsindә hәbsә alma qәtimkan tәdbiri tәtbiq edildikdә; 246.2.3. axtarış vә ya götürmәnin aparıldığı binada olan şәxsin cinayәt tәqibi üzrә sübut әhәmiyyәtinә malik ola bilәcәk әşya vә sәnәdlәri gizlәtmәsini güman etmәyә kifayәt qәdәr әsaslar olduqda. Belә hallarda isә müstәntiq (tәhqiqatçı) şübhәli şәxsin üzәrindә şәxsi axtarışın vә götürmәnin aparılması haqqında әsaslandırılmış qәrar qәbul etmәli vә bu istintaq hәrәkәtinin aparılmasından әvvәl hәmin qәrar tanış olması üçün şübhәli şәxsә tәqdim olunmalıdır (CPM-in 243.4 vә 245.2-ci maddәlәri). Mәhkum üzәrindә şәxsi axtarışın vә götürmәnin onun saxlandığı yerdә vә vaxtda deyil, Astara RPŞ-nin inzibati binasında aparılmasına (kassasiya protestindә bunun da qanuna uyğunluğu iddia olunur) münasibәt bildirәn mәhkәmә kollegiyası qeyd edir ki, CPMin 246.2.1-ci maddәsi imkan verir ki, şübhәli şәxs tutulduqda onun bilavasitә tutulduğu, polis vә ya digәr hüquq-mühafizә orqanına gәtirildikdә isә - hәmin yerlәrdә onun üzәrindә mәhkәmәnin qәrarı alınmadan da şәxsi axtarış aparılsın (bu haqda tövsiyә Ali Mәhkәmәnin Plenumunun ## #### 2024-cü il tarixli Qәrarında da әksini tapmışdır). Bu normanın tәlәblәri baxımından, habelә Ali Mәhkәmәnin Plenumunun yuxarıda göstәrilәn # #### 2011-ci il tarixli vә ## #### 2024-cü il tarixli tarixli Qәrarlarında әksini tapmış izah vә tövsiyәlәrdәn çıxış edәrәk mәhkәmә kollegiyası hesab edir ki, şәxs narkotik vasitәlәrin vә psixotrop maddәlәrin, onların prekursorlarının vә ya güclü tәsir edәn vә zәhәrlәyici maddәlәrin qanunsuz dövriyyәsi ilә bağlı hәr hansı cinayәtin törәdilmәsindә şübhәli bilindikdә (bu haqda әmәliyyat vә ya digәr mәlumat hüquq-mühafizә orqanına daxil olduqda), o, barәsindә “Əmәliyyat-axtarış fәaliyyәti haqqında” Azәrbaycan Respublikası Qanununun 10-cu maddәsindә nәzәrdә tutulmuş zәruri әmәliyyat-axtarış tәdbirlәrinin (mәsәlәn güdmә, telefon danışıqlarına qulaq asma vә s.) tәtbiq edilmәsi nәticәsindә onun olduğu yer müәyyәn edildikdәn dәrhal sonra, yәni tәxirә salınmadan hәmin yerdә tutula (saxlanıla, yaxalana) bilәr vә mәhz orada da onun üzәrindә, qanunvericiliyin tәlәb etdiyi vә imkan verdiyi kimi, mәhkәmәnin qәrarı olmadan, baxış, axtarış vә götürmә kimi istintaq hәrәkәtlәri aparıla bilәr. Hazırkı işin materiallarından görünür ki, ona qarşı irәli sürülmüş ittihama görә, küçәdә polis әmәkdaşları tәrәfindәn saxlanılmış Mәhkum üzәrindә şәxsi axtarış vә götürmә istintaq hәrәkәtinin elә saxlanıldığı yerdә aparılması üçün heç bir maneә olmamış, lakin ilkin araşdırma zamanı bunun üçün müvafiq tәdbirlәr görülmәmişdir. Göründüyü kimi, Mәhkum üzәrindә şәxsi axtarışın aparılmasından әvvәl qanunvericiliyin tәsvir edilәn tәlәblәrinin vә Ali Mәhkәmәnin Plenumunun izah vә tövsiyәlәrinin heç birinә әmәl edilmәmiş, tәhqiqatçı X8 isә yalnız hәmin istintaq hәrәkәtinin aparılması haqqında ## #### 2024-cü il tarixli protokolu tәrtib etmәklә kifayәtlәnmiş, yәni nәticә etibarı ilә tәhlil olunan sübut prosessual hüquq normalarının tәlәblәrinin pozulması ilә әldә edilmişdir. Daha sonra mәhkәmә kollegiyası iş materiallarına istinad edәrәk qeyd edir ki, Mәhkum üzәrindә şәxsi axtarışın vә götürmәnin aparılmasından sonra ondan öz xәtti ilә yazılmış, lakin tarixi vә vaxtı göstәrilmәmiş izahatı alınmış, hәmin izahatda da ona qarşı sonradan CM-in 234.1-1-ci maddәsi ilә irәli sürülmüş ittihamda әksini tapmış hallar göstәrilmiş, bu izahatı verәrkәn isә Mәhkum qeyd etmişdir ki, o, ## #### 2024-cü il tarixdә qardaşı X ilә birlikdә Astara şәhәrinin Nizami küçәsindә piyada hәrәkәtdә olarkәn onların hәr ikisi narkotik vasitәlәrin qanunsuz dövriyyәsi iә mәşğul olmaları şübhәsi ilә polis әmәkdaşları tәrәfindәn saxlanılaraq Astara RPŞ-nә aparılmış vә orada onun üzәrindә şәxsi axtarış aparılarkәn ## #### 2024-cü il tarixdә dәniz kәnarında gәzәrkәn tәsadüfәn tapıb şәxsi istifadәsi üçün üzәrindә gәzdirdiyi bir bükümdә metamfetamin aşkar edilәrәk götürülmüşdür. Lakin iş materiallarının tәhlili göstәrir ki, bundan sonra şübhәli vә tәqsirlәndirilәn şәxs qismindә dindirilәrkәn Mәhkum göstәrmişdir ki, psixotrop maddә olan metamfetamini o, dәniz kәnarında ## #### 2024-cü il tarixdә deyil, ## #### 2024-cü il tarixdә sәhәr saatlarında tapmış vә öz istifadәsi üçün götürüb üzәrindә saxlamışdır. Əvvәla mәhkәmә kollegiyası qeyd edir ki, işdә olan prosessual sәnәdlәrә әsasәn, Mәhkum şübhәli şәxs qismindә tutulması ## #### 2024-cü il tarixdә saat 18:05-dә rәsmilәşdirilsә dә, o, bu qismdә yalnız ## #### 2024-cü il tarixdә saat 15:25-dәn 16.38-dәk, yәni tәxminәn iyirmi saatdan artıq müddәt keçdikdәn sonra dindirilmişdir ki, bununla da CPMin 232.1-ci maddәsinin tәlәbinin dә pozulmasına yol verilmişdir. Mәhkәmә kollegiyası әvvәllәr dә qәbul etdiyi qәrarlarında bununla bağlı dәfәlәrlә vurğulamışdır ki, CPM-in 232.1-ci maddәsinә әsasәn, şübhәli şәxsin dindirilmәsi onun tutulmasından vә ya barәsindә qәtimkan tәdbirinin tәtbiq edilmәsi barәdә qәrar ona elan edildikdәn dәrhal sonra aparılır. Göründüyü kimi, bu halda da ibtidai araşdırma orqanı tәrәfindәn qanunun tәlәblәrinin pozulmasına yol verilmişdir. Kassasiya protestinin dәlillәrinә cavab verilmәsi üçün yenә dә cinayәt işinin materiallarına müraciәt edәn mәhkәmә kollegiyası ona diqqәt yetirmәyi zәruri bilir ki, iş materiallarına әlavә olunmuş Xnin verdiyi izahatından görünür ki, o, hәmin izahatında ## #### 2024-cü il tarixdә qardaşı Rәşadla birlikdә yaşadığı evin yaxınlığında dәniz kәnarında gәzәrkәn bir bükümdә psixotrop maddә olan metamfetamin tapdığını, hәmin metamfetamini qardaşı ilә bölüşdürmәsini, özünә aid hissәni üzәrindә gәzdirmәsini bildirmiş, özünün barәsindәki cinayәt işi üzrә şübhәli vә tәqsirlәndirilәn şәxs qismindә dindirilәrkәn isә göstәrmişdir ki, ona qanunsuz olaraq әldә edib saxladığı vә daşıdığı, tәxminәn 9 qram çәkidә olan metamfetamini o, ## #### 2024-cü il tarixdә günorta saatlarında yaşadığı evin yaxınılığında küçәdә tapmışdır. # #### 2024-cü il tarixdә isә hazırkı iş üzrә şahid qismindә dindirilәrkәn X göstәrmişdir ki, o, özünә mәxsus psixotrop maddәni ## #### 2024-cü il tarixdә yaşadığı evin yaxınlığında küçәdә tapmış, bu vaxt qardaşı Rәşad onun yanında olmamış, sonuncu ona qarşı irәli sürülmüş ittihamda göstәrilәn metamfetamini isә ## #### 2024-cü il tarixdә dәnizkәnarı әrazidә olarkәn tapmış vә bu vaxt o, Rәşadın yanında olmamışdır. Iş materiallarında olan ifadәlәrin yerindә yoxlanılması haqqında 30 vә ## #### 2024-cü il tarixli protokollardan görünür ki, hәmin istintaq hәrәkәtinin aparılması zamanı Mәhkum vә X, hәr birisi ayrı-ayrılıqda onlara qarşı irәli sürülmüş ittihamda göstәrilәn metamfetamini müxtәlif yerlәrdәn tapdıqlarını әyani göstәrmiş vә ibtidai araşdırma orqanı ilә yanaşı, işә birinci vә apellyasiya instansiyası mәhkәmәlәrindә baxılarkәn mәhkәmә iclaslarında iştirak etmiş vә apellyasiya vә kassasiya protestlәrinin müәlliflәri dә bu istintaq hәrәkәtinin nәticәlәrini mötәbәr sübut kimi qәbul etmişlәr. Hәrçәnd ki, mәhkәmә-kimyәvi ekspertizasının ## #### 2024-cü il tarixli **/*** nömrәli rәyindәn görünür ki, Mәhkum vә X, hәr birisinin üzәrlәrindәn ayrı-ayrılıqda götürülmüş psixotrop maddә olan metamfetaminin tәrkiblәri eynidir. Mәhkәmә kollegiyası hesab edir ki, bu rәyin nәticәlәri adları çәkilәn şәxslәrin üzәrlәrindәn götürülmüş psixotrop maddәnin bir mәnbәdәn әldә edilmәsi barәdә fikir yürütmәk üçün әsas verir, lakin bu halın aydınlaşdırılması üçün ibtidai araşdırma orqanı heç bir hәrәkәt etmәmiş, mövcud ziddiyyәtlәr isә aradan qaldırılmamışdır. Əvvәla kassasiya protestindә istinad olunan tәsvir edilәn ifadәlәrin vә mәhkәmәkimyәvi ekspertizası rәyinin tәhlil göstәrir ki, bu sübutlar arasında kifayәt qәdәr ziddiyyәtlәrin olmasına baxmayaraq ibtidai araşdırma zamanı bu ziddiyyәtlәr aradan qaldırılmamış, bunun üçün isә hәtta Mәhkum ilә X arasında üzlәşdirmә belә keçirilmәmişdır. Halbuki, CPM-in 235.1-ci ifadәlәrindә әhәmiyyәtli ziddiyyәtlәr olduqda, müstәntiq әvvәl dindirilmiş iki şәxs arasında üzlәşdirmә aparmaq hüququna malikdir. Mәhkәmә kollegiyası qeyd etmәyi zәruri bilir ki, prosessual qanunvericilikdә müstәntiqin bu hüququn nәzәrdә tutulması ilk növbәdә iş üzrә hәqiqәtin müәyyәn edilmәsinә, daha sonra mövcud ziddiyyәtlәrin aradan qaldırılması üçün bütün mümkün tәdbirlәrin görülmәsinә, digәr tәrәfdәn isә - tәqsirkarın da hüquqlarının tam hәcmdә tәmin edilmәsinә yönәlmişdir ki, hazırkı iş üzrә ibtidai araşdırmanı aparmış Astara RPŞ-nin müstәntiqlәri hәmin hüquqdan istifadә etmәyәrәk iş üzrә ibtidai araşdırmanın tam vә hәrtәrәfli aparılmasına tәşәbbüs göstәrmәmişlәr. Digәr tәrәfdәn mәhkәmә kollegiyası vurğulayır ki, bu ziddiyyәtlәr, habelә ibtidai araşdırma zamanı bir çox qanun pozuntularına yol verilmәsi birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında daha qabarıq şәkildә özünü göstәrmişdir ki, belә olan halda da Mәhkum mәhkәmәyәdәk icraat dövründә verdiyi ifadәlәrә vә bu ifadәlәrdә göstәrdiyi hallara şübhә ilә yanaşmaq üçün әsaslar yaratmışdır. O, ki qaldı Mәhkum tәqsirinin iş üzrә şahid qismindә dindirilmiş Astara RPŞ-nin әmәkdaşları şahid8, şahid6, şahid5 vә şahid7 ifadәlәri ilә tәsdiq olunmasına dair kassasiya protestinin dәlillәrinә, mәhkәmә kollegiyası bu dәlillәrlә dә razılaşmır vә qeyd edir ki, adları göstәrilәn şәxslәr hәmin ifadәlәrindә yalnız öz fәaliyyәtlәrinә vә vәzifә sәlahiyyәtlәrinә aid olan halları – әmәliyyat qrupunun üzvlәri kimi Mәhkum barәsindә әmәliyyat-axtarış tәdbirlәrinin keçirilmәsindә, onun saxlanılmasında vә üzәrindә şәxsi axtarışın aparılmasında iştirak etmәlәrini göstәrmiş vә bu ifadәlәri verәrkәn sonuncunun ittiham olunduğu cinayәtin törәdilmәsi hallarına aid hәr hansı xüsusata istinad etmәmişlәr. Bundan başqa, adları çәkilәn hәmin polis әmәkdaşlarının Mәhkum üzәrindә şәxsi axtarışın aparılmasında iştirak etmәlәrinin hansı zәrurәtdәn irәli gәlmәsi dә nә tәhqiqatçı tәrәfindәn aydınlaşdırılmamış, nә dә ki, bunun әsası Mәhkum izah edilmәmişdir. Sonuncu mәhkәmә iclasında verdiyi ifadәlәrindә göstәrmişdir ki, o, Polis Şöbәsindә fiziki vә psixoloji tәsirlәrә mәruz qaldıqdan sonra ona qarşı irәli sürülmüş ittiham üzrә etirafedici izahat vә ifadә vermәyә mәcbur olmuş, hәmin izahatı vә ifadәlәri isә o, polis әmәkdaşlarının diktәsi ilә vermişdir. Mәhkәmә kollegiyası qeyd edir ki, şahid qismindә dindirilmiş vә şübhәli şәxsin saxlanılmasında, yaxud da onnla müxtәlif istintaq hәrәkәtlәrinin aparılmasında iştirak etmiş polis әmәkdaşlarının öz fәaliyyәtlәri barәdә ifadәlәrinin sübut kimi mötәbәrliyinin müәyyәn olunması vә qiymәtlәndirilmәsi baхımından Avropa Mәhkәmәsi özünün bir çox Qәrarlarında uzun müddәt formalaşmış yanaşma standartlarını müәyyәn еtmiş vә Ali Mәhkәmәnin Cinayәt Kollegiyası da bir sıra qәrarlarında bu standartlardan çıxış etmişdir. Belә ki, “Mәmmәdov (Cәlaloğlu) Azәrbaycana qarşı” iş üzrә ## ###### 2007-ci il tariхli, “Irlandiya Birlәşmiş Krallığa qarşı” işl üzrә ## ###### 1978-ci il tariхli Qәrarlarında, hәmçinin bir sıra digәr Qәrarlarda Mәhkәmә göstәrmişdir ki, yerli mәhkәmәlәr sübutları qiymәtlәndirәrkәn “әsaslı şübhә yеrinin qalmaması” sübutеtmә standartını tәtbiq еdirlәr. Polis әmәkdaşlarının fәaliyyәt göstәrdiklәri orqan tәrәfindәn aparılan istintaq hәrәkәtlәrinә dair onların vеrdiklәri ifadәlәrin qеyd еdilәn standarta uyğun gәlmәsi üçün ifadәlәrin mötәbәrliyinә hеç bir şübhә yеri qalmamalıdır. Belә hüquqi mövqedәn çıxış edәrәk mәhkәmә kollegiyası hazırkı iş üzrә tәhqiqat vә ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda işә mahiyyәti üzrә baxmış mәhkәmәlәrin polis әmәkdaşları tәrәfindәn verilmiş ifadәlәrin hazırkı iş üzrә sübut kimi qәbul edilmәsinә dә şübhә ilә yanaşmasını haqlı hesab etmәklә qeyd edir ki, Mәhkum ona qarşı irәli sürülmüş ittiham üzrә tәqsirli olmasına dәlalәt edәn başqa mötәbәr sübutlar cinayәt tәqibi zamanı әldә olunmamış vә araşdırılmamışdır. Mәhkum isә ibtidai araşdırma zamanı özünü ona qarşı hәm CM-in 228.4, hәm dә CM-in 234.1-1-ci maddәlәri ilә elan olunmuş ittiham üzrә tәqsirli bilәrәk bu ittihama uyğun ifadәlәr versә dә birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında yalnız CM-in 228.4cü maddәsindә nәzәrdә tutulmuş cinayәti törәtmәsini etiraf etmiş, ittihamın digәr hissәsi ilә bağlı isә göstәrmişdir ki, o, ## #### 2024-cü il tarixdә polis әmәkdaşları tәrәfindәn qardaşı Ümüdlә birlikdә küçәdә deyil, yaşadığı evdә saxlanılmış, bu vaxt onun vә qardaşının üzәrlәrindә psixotrop maddә olmamış, bundan әvvәl, onlar evdә olmadıqları vaxt isә Astara rayon Polis Şöbәsinin әmәliyyat üzrә rәis müavini X17 onların evinә gәlәrәk onları soruşmuş, onunla birlikdә gәlmiş polis әmәkdaşları evdә axtarış aparıb getmiş vә atası X11i dә özlәri ilә aparmışlar. Bu haqda bildikdә isә onları evә gәldikdә evin damında gizlәnmiş, lakin 5-10 dәqiqә sonra evlәrinә gәlmiş polis әmәkdaşları onları orada taparaq zor tәtbiq etmәklә Polis Şöbәsinә aparmışlar. Polis Şöbәsindә o, fiziki vә psixi tәsirlәrә mәruz qalmış, bunun nәticәsindә onun ayağının 2-ci barmağının dırnağı çıxarılmış vә polis әmәkdaşları ona bir bükümdә psixotrop maddә verәrәk hәmin bükümü guya dәnizin kәnarında tapması vә öz istifadәsi üçün üzәrindә saxlaması barәdә izahat vә ifadәlәr vermәyә mәcbur etmiş, hәmçinin atasının yalnız bundan sonra buraxacaqlarını bildirmişlәr. O, da mәcburiyyәt qarşısında qalaraq polis әmәkdaşlarının dediklәri kimi etmiş, buna görә dә ona qarşı CM-in 234.1-1-ci maddәsi ilә dә ittiham irәli sürülmüşdür. Iş materiallarından göründüyü kimi, birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında hәm ibtidai araşdırma orqanı tәrәfindәn mәhkәmәyә tәqdim olunmuş, hәm dә müdafiә tәrәfinin vәsatәtlәri әsasında әldә edilmiş sübutların hamısı tam, hәrtәrәfli vә obyektiv araşdırılaraq (hәmin sübutlar hәm # ######## 2025-ci il tarixli hökmdә, hәm dә apellyasiya instansiyası mәhkәmәsinin ## ###### 2025-ci il tarixli qәrarında әtraflı tәsvir edildiyindәn mәhkәmә kollegiyası onların hazırkı qәrarda tәkrarәn tәsvirinә ehtiyac görmür) hәmin sübutlara hәm ayrı-ayrılıqda, hәm dә mәcmu şәklindә CPM-in 143-146-cı maddәlәrinin tәlәblәrinә uyğun qaydada qiymәt verilmiş vә bu sübutlarla aşağıdakı tәkzib edilmәz hallar müәyyәn edilmişdir: - Mәhkum vә onun qardaşı X ## #### 2024-cü il tarixdә polis әmәkdaşları tәrәfindәn saxlanılmazdan әvvәl Astara RPŞ-nin әmәliyyat üzrә sabiq rәis müavini X17 onların Türkiyә Respublikasında yaşayan digәr qardaşı X13nin silahla şәkil çәkdirib sosial şәbәkәyә yerlәşdirdiyinә görә ona zәng edәrәk hәmin şәkillәri silmәyini tәlәb etmiş, әks halda onu atası vә qardaşlarının (Mәhkum vә X) ona görә әziyyәt çәkәcәyi ilә dәfәlәrlә hәdәlәmiş, bu mәqsәdlә onunla telefonla danışdığı anda belә X vә atası X11 Astara RPŞ-nin inzibati әrazisinә gәtirilmiş, X13 isә şәkillәri silmәyәcәyini bildirdikdәn sonra X17 X13ә ağıllı olmasını, o gәlәnәdәk gec olacağı, onu işin axırının necә olacağını izah etmәsi ilә hәdәlәmişdir; - Əmәliyyat müvәkkili şahid8 mәxsus vә Mәhkum adına rәsmilәşmiş, faktiki isә qardaşı Xin istifadәsindә olan telefon mәlumatlarından, hәmçinin sonuncunun telefon ekranının fotoşәkilindәn görünür ki, ## #### 2024-cü il tarixdә polis әmәkdaşları Mәhkum vә Xlәri axtarmış, bu mәqsәdlә şahid8 özünә 010-223-30-10 mobil telefon nömrәsindәn Xin istifadәsindә olan telefon nömrәsinә 15 dәfә zәng etmiş, bundan sonra isә hәmin gün saat 16:02 radәlәrindә ona “Aç telefonu, Miridi” mesajı göndәrilmişdir; - Müdafiә tәrәfinin vәsatәtlәri әsasında әlavә şahidlәr X29, X11 vә şahid3 ifadәlәrindәn görünür ki, Mәhkum polislәr tәrәfindәn axtarıldığını bildiyi üçün qardaşı X ilә birlikdә yaşadığı evin ikinci mәrtәbәsindә yerlәşәn damda bir neçә saat gizlәnmiş, saat 15 radәlәrindә atası X11 polis әmәkdaşı X18 tәrәfindәn Astara RPŞ-nә aparılmış, Mәhkum onunla birlikdә yaşayan әmisi oğlu X29, nәnәsi şahid3, qonşular şahid4 vә şahid1 isә hәr birisi ayrı-ayrılıqda göstәrmişlәr ki, X11 aparıldıqdan bir saat sonra, yәni, saat 16 radәlәrindә onların gözü qarşısında Rәşad vә X qardaşları gizlәndiklәri damdan zorla, polis әmәkdaşları tәrәfindәn döyülә-döyülә düşürdülәrәk, polis maşınına mindirilib Astara RPŞ-nә aparılmışlar; - Mәhkum tutulduqdan sonra mәhkәmә iclasında әlavә şahid qismindә dindirilmiş X18 Türkiyә Respublikasında yaşayan X13 arasındakı telefon danışığına dair diskdә olan sәs yazısından görünür ki, X18ә X11in çağırılması tapşırılmış, o, da sonuncunun ailәsi ilә birlikdә yaşadığı evә gedәrәk onun atası X11ni polis şöbәsinә aparmış, sonradan bilmişdir ki, hәmin vaxt Mәhkum vә X evin damında olmuş, buna görә dә polis әmәkdaşları sonradan oraya gedәrәk onları da Polis Şöbәsinә aparmışlar; - mәhkәmә-tibbi ekspertizasının ## ####### 2024-cü il tarixli vә ## ##### 2025-ci il tarixli rәylәrindәn görünür ki, Mәhkum sol ayağının II barmağında dırnaq sәdәfinin hissәvi deformasiyası, nahamarlığı, naziklәşmәsi vә çökmәsi aşkar edilmiş, palpasiya zamanı ağrılıdır. Göstәrilәn rәylәr üzrә ekspertlәrin gәldiklәri nәticәlәr belә qәnaәtә gәlmәyә әsas verir ki, Mәhkum, mәhkәmә iclasında verdiyi ifadәlәrdә göstәrdiyi kimi, Polis Şöbәsinә aparıldıqdan sonra hәqiqәtәn fiziki zorakılığa mәruz qalmış vә mәhz buna görә ibtidai araşdırma zamanı CM-in 234.1-1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәti törәtmәkdә özünü tәqsirli bilәrәk bununla bağlı ona qarşı irәli sürülmüş ittiham üzrә etirafedici ifadәlәr vermәyә mәcbur olmuşdur. Cinayәt işinin materiallarından vә iş üzrә qәbul edilmiş yekun mәhkәmә aktlarından görünür ki, birinci instansiya mәhkәmәsi işә baxarkәn Mәhkum saxlanılaraq Polis Şöbәsinә aparılarkәn vә hәmin Şöbәdә işgәncәlәrә vә onun şәrәf vә lәyaqәtini alçaldan qeyri-insani rәftara mәruz qalması faktı üzrә dә lazımi araşdırma aparmış vә әsaslı olaraq belә qәnaәtә gәlmişdir ki, bununla bağlı tәqsirlәndirilәn şәxsin mәhkәmәdә irәli sürdüyü iddiaları әsaslıdır vә bu hal da onun ibtidai araşdırma zamanı verdiyi ifadәlәrinin, habelә belә hәrәkәtlәrә yol verilmәklә onun üzәrindә şәxsi axtarışın aparılmasına dair istintaq hәrәkәtinin nәticәlәri, bu haqda tәrtib edilmiş ## #### 2024-cü il tarixli protokol sonuncunun barәsindә ittiham hökmünün çıxarılmasına әsas ola bilmәz. Kassasiya protestindә Mәhkum ona qarşı CM-in 234.1-1-ci maddәsi ilә irәli sürülmüş ittihamın sonuncunun ibtidai araşdırma zamanı hәm şübhәli, hәm dә tәqsirlәndirilәn şәxs qismindә verdiyi ifadәlәrlә tәsdiq olunması, mәhkәmә iclasında isә bu ifadәlәri inkar edәrәk özünü müdafiә xarakterli ifadәlәr vermәsi, bu ifadәlәrin isә yolverilmәz sübut kimi qiymәtlәndirilmәli olması iddia olunsa da, mәhkәmә kollegiyası qeyd etmәyi lazım bilir ki, CPM-in 91-ci maddәsinә әsasәn, hәr bir tәqsirlәndirilәn şәxsin ona qarşı irәli sürülmüş ittiham üzrә sәrbәst ifadәlәr vermәk, bu zaman ittihamla razılaşmayaraq onu tәkzib etmәk, ittihama uyğun olmayan, özünü müdafiә xarakterli ifadәlәr vermәk onun hüqüqudur vә buna görә o, heç bir mәsuliyyәt daşımır. Belә ifadәlәrdә göstәrilәn halların әksini sübut etmәk vәzifәsi ittiham tәrәfinin üzәrinә düşür, digәr tәrәfdәn isә tәqsirlәndirilәn şәxsin ittihamı tәkzib etmәsi barәdә verdiyi ifadәlәrin yolverilmәz sübut kimi qiymәtlәndirilmәsinә әsas vermir, çünki bu hal CPM-in 125.2-ci madddәsindә qanunsuz yolla әldә edilmiş sübutların sırasında nәzәrdә tutulmamışdır. Odur ki, mәhkәmә kollegiyası birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin iş üzrә yekun mәhkәmә aktları qәbul edәrkәn әsas sübut növlәrindәn biri kimi Mәhkum mәhkәmә iclasında verdiyi ifadәlәrini qәbul etmәlәrindә hәr hansı qanun pozuntusuna, o cümlәdәn CPM-in 416.1.3-cü maddәsindә nәzәrdә tutulmuş pozuntuya yol verilmәsini müәyyәn etmәyәrәk bununla bağlı kassasiya protestinin dәlillәrini qәbul etmir, hәmin ifadәlәrin iş üzrә araşdırılmış digәr sübutlarla uzlaşmasını, ilkin araşdırma zamanı isә Mәhkum qarşı irәli sürülmüş ittihamın әsasını tәşkil edәn әsas sübutların prosessual hüquq normalarının tәlәblәrinin pozulması ilә әldә edilmәsini qeyd edir. Belә olan halda mәhkәmә kollegiyası hesab edir ki, işә mahiyyәti üzrә baxmış mәhkәmәlәr tam haqlı olaraq Mәhkum mәhkәmәyәdәk verdiyi ifadәlәrini sübut kimi qәbul etmәkdәn imtina etmiş vә bu zaman aşağıda göstәrilәnlәrә dә әmәl olunaraq qanunvericiliyin tәlәblәri vә Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin presedent hüququ lazımi dәrәcәdә nәzәrә alınmışdır. Belә ki, CPM-in 126.6-cı maddәsinә әsasәn, tәqsirlәndirilәn şәxsin cinayәt törәtmәkdә öz tәqsirini etiraf etmәsi yalnız iş üzrә bütün sübutların mәcmusu ilә tәsdiq edildiyi halda ona qarşı ittihamın әsası kimi qәbul edilә bilәr. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli Qәrarının 33-cü bәndindә mәhkәmәlәrә tövsiyә edilmişdir ki, tәqsirlәndirilәn şәxs mәhkәmәyәdәk icraat dövründә verdiyi ifadәsini dәyişdikdә, mәhkәmә onun bütün ifadәlәrini yoxlamalı, ifadәsini dәyişmәsinin sәbәbini aydınlaşdırmalı vә onlara işdә toplanmış digәr sübutlarla müqayisәli surәtdә qiymәt vermәlidir. Cinayәt prosesinin çәkişmә xarakterinin tәmin olunduğu mәhkәmә baxışı vә tәqsirlәndirilәn şәxsin bilavasitә dinlәnilmәsi mәhkәmәyә onun verdiyi mәlumatlar üzrә qәnaәtә gәlmәk üçün daha yaxşı imkan yaratdığından, mәhkәmә sübut etmә predmetinә aid olan mәsәlәyә dair nәticәyә gәlәrkәn ilk növbәdә tәqsirlәndirilәn şәxsin mәhkәmәdә verdiyi ifadәsinә әsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadәsini әsas götürdükdә isә, bunun motivlәrini göstәrmәli vә hansı sәbәblәrә görә ibtidai istintaqda әldә olunmuş ifadәyә üstünlük verdiyini müxtәlif mәzmunlu ifadәlәrin digәr sübutlarla әlaqәli şәkildә tәhlilini aparmaqla әsaslandırmalıdır. Konstitusiyanın 46-cı maddәsinin III hissәsinә әsasәn, heç kәsә işgәncә vә әzab verilә bilmәz. Heç kәs insan lәyaqәtini alçaldan rәftara vә ya cәzaya mәruz qala bilmәz. Avropa Konvensiyasının 3-cü maddәsinin tәlәbindәn görünür ki, heç kәs işgәncәyә, qeyri-insani vә ya lәyaqәti alçaldan rәftara vә ya cәzaya mәruz qalmamalıdır. CPM-in 13.1-ci maddәsinә әsasәn, cinayәt tәqibi gedişindә insanın şәrәf vә lәyaqәtini alçaldan, tәhqir edәn, habelә cinayәt prosesindә iştirak edәn şәxslәrin hәyatı vә sәhhәti üçün tәhlükә törәdә bilәcәk qәrarların qәbul edilmәsi vә ya hәrәkәtlәrә yol verilmәsi qadağandır. CPM-in 13.21-13.2.3-cü maddәlәrinin tәlәblәrindәn görünür ki, cinayәt tәqibi gedişindә heç kәs: - insan lәyaqәtini alçaldan rәftara vә cәzaya mәruz qala bilmәz; - insan lәyaqәtini alçaldan şәraitdә saxlanıla bilmәz; - lәyaqәti alçaldan prosessual hәrәkәtlәrin keçirilmәsindә iştiraka mәcbur edilә bilmәz. CPM-in 15.21 vә 15.2.3-cü maddәlәrinә görә, dә cinayәt tәqibi gedişindә işgәncәlәr vermәk, fiziki vә psixi zorakılıqdan, o cümlәdәn tibbi preparatlardan istifadә etmәk, aclığa, hipnoza mәruz qoymaq, tibbi yardımdan mәhrum etmәk, digәr qәddar, qeyri-insani vә ya lәyaqәti alçaldan rәftar vә cәzalar tәtbiq etmәk, zәrәr çәkmiş, şübhәli vә ya tәqsirlәndirilәn şәxsdәn, habelә cinayәt prosesindә iştirak edәn digәr şәxslәrdәn zorakılıq, hәdә-qorxu, aldatma yolu ilә vә onların hüquqlarını pozan sair qanunsuz hәrәkәtlәr tәtbiq etmәklә ifadә almaq qadağandır. Insan Hüquqları üzrә Avropa Mәhkәmәsi öz presedent tәcrübәsindә ondan çıxış edir ki, törәdilmiş cinayәt nә qәdәr dәhşәtli olsa da, 3-cü maddәnin tәlәblәrinә riayәt olunmamasına bәraәt qazandırıla bilmәz. Hәtta 3-cü maddә ilә qadağan edilәn rәftar cinayәtkarlıqla mübarizәdә, o cümlәdәn cinayәtlәrin açılmasında, qarşısının alınmasında real sәmәrә verә bildiyi hallarda belә yolverilmәz olaraq qalır. Avropa Mәhkәmәsi müxtәlif ölkәlәrә qarşı qәbul etdiyi Qәrarlarında dәfәlәrlә vurğulamışdır ki, Konvensiyanın 3-cü maddәsindә demokratik cәmiyyәtlәrin әn әsas dәyәrlәrindәn biri tәsbit olunur. Hәtta әn çәtin şәraitdә, mәsәlәn, terrorçuluqla vә mütәşәkkil cinayәtkarlıqla mübarizә zamanı Konvensiya işgәncәni, qeyri-insani vә alçaldıcı rәftarı vә cәzanı tamamilә qadağan edir. Avropa Mәhkәmәsi şәrh olunan mübahisә predmeti, o cümlәdәn pis rәftarla bağlı iddianı sәmәrәli şәkildә araşdırmağa müvәffәq ola bilәcәk orqanlar barәdә hüquqi mövqeyini bildirәrkәn “Layıcov Azәrbaycana qarşı” iş üzrә Qәrarın 52-ci bәndindә qeyd etmişdir ki, Konvensiyanın 2-ci vә 3-cü maddәlәri ilә tәlәb olunan araşdırmanın sәmәrәli olması üçün araşdırmanın aparılmasına görә mәsul olan vә onu hәyata keçirәn şәxslәr hüquqi baxımdan vә reallıqda müstәqil vә qәrәzsiz olmalıdırlar. Bu, yalnız hadisәlәrә cәlb olunmuş şәxslәr arasında hәr hansı iyerarxik vә ya institusional әlaqәnin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstәqilliyi tәlәb edir. Lakin, işgәncә barәdә iddianın sәlahiyyәtli prokurorluq orqanı tәrәfindәn yoxlanılması da, mәhkәmәni işgәncә barәdә mәhkәmәdә tәkrar irәli sürülәn iddiaya baxmaq vәzifәsindәn azad etmir. Tәcrübәdә isә rastlaşdığımız vәziyyәt әsasәn belәdir ki, mәhkәmәlәr işgәncә barәdә iddiaya cinayәt işi üzrә icraatdan kәnar prokurorluq tәrәfindәn baxılması vә iddia üzrә cinayәt işinin başlanılmasının rәdd edilmәsi ilә qane olur, araşdırmanın nә dәrәcәdә keyfiyyәtli, sәmәrәli vә adekvat olmasını isә nәzәrdәn keçirmirlәr. Halbuki, heç dә işgәncә barәdә iddialara baxılması üzrә prokurorluq orqanlarının bütün qәrarlarının keyfiyyәtli vә dәrin araşdırmaya әsaslandığını, formallıqdan uzaq olduğunu söylәmәk mümkün deyil. Yuxarıda göstәrilәn konstitusiyon vә konvensiyon tәlәblәrdәn vә Avropa Mәhkәmәsinin hüquqi mövqeyindәn çıxış edәn qanunvericilik CPM-in 125.2.2-ci maddәsindә müәyyәn etmişdir ki, zorakılıq, hәdә-qorxu, aldatma, işgәncә vә digәr qәddar, qeyri-insani, yaxud lәyaqәti alçaldan hәrәkәtlәrin tәtbiq edilmәsi ilә әldә edilmiş mәlumatların, sәnәdlәrin vә digәr әşyaların cinayәt işi üzrә sübut kimi qәbul edilmәsinә yol verilmir. Qeyd olunanlarla yanaşı, mәhkәmә iclasında hәmçinin Mәhkum polis әmәkdaşları tәrәfindәn saxlanılaraq iki saatdan artıq müddәtdә onların nәzarәtindә olması, yalnız bu müddәtdәn sonra onun rәsmi olaraq tutulması vә üzәrindә şәxsi axtarışın aparılması, bu istintaq hәrәkәtinin sәthi şәkildә aparılması haqqında ## #### 2024-cü il tarixli protokolun ona әlavә edilmiş videogörüntülәrlә uyğunsuzluğu, Astara rayon Vәkil Bürosunun vәkili X10 tәrәfindәn ilkin vә ibtidai araşdırmalar zamanı Mәhkum hüquqlarının müdafiәsi istiqamәtindә sәmәrәsiz fәaliyyәt göstәrmәsi, bu zaman hәqiqәtin müәyyәn edilmәsi üçün ona qanunla verilmiş hüquq vә vәzifәlәrdәn istifadә etmәyәrәk yalnız tәrtib edilmiş prosessual sәnәdlәri imzalamaqla kifayәtlәnmәsi, yәni bәraәt almış şәxsin cinayәt tәqibinin bu mәrhәlәlәrindә müdafiә hüququnun pozulması, sonuncunun CPM-in 157.3-cü maddәsinin tәlәblәrinә zidd olaraq ## #### 2024-cü il tarixdәn # ##### 2024-cü il tarixәdәk, yәni 24 saatdan artıq Astara RPŞ-nin müvәqqәti saxlama yerindә saxlanılması, mәhkәmәnarkoloji ekspertizasının ## #### 2024-cü il tarixli rәyinin (kassasiya protestindә bu rәylә dә Mәhkum CM-in 234.1-1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәti törәtmәkdә tәqsirinin sübuta yetirilmәsi iddia olunur) sonuncunun ona elan olunmuş ittiham üzrә cinayәt әmәllәrini törәtmәsini tәsdiq etmәmәsi müәyyәn edilmiş, yekun mәhkәmә aktlarında isә hәm bu, hәm dә mәhkәmә iclasında müәyyәn edilmiş bu hallara prosessual qanunvericiliyin tәlәblәrinә müvafiq qiymәt verilmiş vә bu qiymәtlәndirmә әsasında mәhkәmәlәr әsaslı olaraq Mәhkum ona qarşı CM-in 234.1-1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәti törәtmәkdә tәqsirliliyinin sübuta yetirilmәmәsi barәdә qanuni vә әsaslı nәticәyә gәlmişlәr. Belә ki, CPM-in 42.1-ci maddәsinin tәlәbinә görә, mәhkәmә baxışı nәticәsindә tәqsirlәndirilәn şәxsә qarşı irәli sürülmüş cinayәtin törәdilmәsindә onun tәqsirsizliyini tәsdiq edәn bәraәt hökmü cinayәt hadisәsi olmadıqda, әmәldә cinayәt tәrkibi olmadıqda, cinayәtin törәdilmәsinә aidiyyәti olmadıqda vә tәqsirliliyi sübuta yetirilmәdikdә çıxarılır. CPM-in 42.2-ci maddәsinә әsasәn bu Mәcәllәnin 42.1.4-cü maddәsindә nәzәrdә tutulmuş әsaslara görә şәxsin tәqsirliliyini tәsdiq edәn kifayәt qәdәr sübutlar toplanılmadıqda vә ya toplanmış sübutlar onun tәqsirsizliyini tәsdiq etdikdә, bәraәt hökmü çıxarılır. Mәhkәmә kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestindә birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin gәldiklәri nәticә mübahisәlәndirilsә dә, onun müәllifi hazırkı iş üzrә cinayәt tәqibinin tәhqiqat vә ibtidai araşdırma mәrhәlәlәrindә sübutların toplanması zamanı kobud qanun pozuntularına yol verilmәsini tәkzib edәn heç bir mötәbәr sübuta әsaslanmamış vә bununla bağlı әsaslandırıcı vә inandırıcı dәlillәr irәli sürmәmişdir. Belәliklә, mәhkәmә kollegiyası bütün tәsvir edilәnlәrdәn çıxış edәrәk vә kassasiya protestinin tәmin edilmәsi barәdә dövlәt ittihamçısı H.B.Imranovun, hәmin protestin tәmin edilmәmәsi haqda isә bәraәt almış şәxs Mәhkum vә onun müdafiәçisi T.M.Mәmmәdlinin çıxışlarını dinlәyәrәk belә nәticәyә gәlir ki, yuxarıda göstәrilәn әsaslara görә kassasiya protesti tәmin edilmәmәli vә Mәhkum CM-in 228.4-cü maddәsi ilә tәqsirli bilinәrәk mәhkum edilmәsinә vә ona CM-in 234.1-1-ci maddәsi ilә tәqsirliliyi sübuta yetirilmәdiyinә görә CPMin 42.1.4-cü maddәsinә әsasәn bәraәt verilmәsinә dair cinayәt işi üzrә Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2025-ci il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsaslanaraq vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.10.1-ci maddәsini rәhbәr tutaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyası QƏRARA A L D İ: Dövlәt ittihamçısı dövlәt ittihamçısı3 kassasiya protesti tәmin edilmәsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar