Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-128/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və məhkum Məhkum müdafiəçisi Ağazadə Səbinə Əjdər qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin # ##### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin # ##### 2025-ci il tarixli hökmü ilə (hakimlər Əliyeva Aytən Heydər qızı (sədrlik edən və məruzəçi), Rüstəmov Elmin Iltizam oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə) Məhkum, ## #### 1959-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, heç yerdə işləməmiş, əvvəllər Füzuli Qarnizonu Hərbi Məhkəməsinin ## ##### 1999-cu il tarixli hökmü ilə # ######## 2000-ci il tarixədək qüvvədə olmuş CM-in 241-ci maddəsinin “v” bəndi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 42-ci maddəsinə əsasən hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmış, Gəncə Qarnizonu Hərbi Məhkəməsinin ## ##### 2000-ci il tarixli qərarı ilə cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hovsan Südçülük sovxozunda fərdi evdə qeydiyyatda olmaqla həmin evdə yaşamış, CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun ## ######## 2023-cü il tarixdən ## ######## 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş, lakin o, ## ###### 2024-cü il tarixdə öldüyündən ona cəza təyin edilməmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs1 özlərini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və vəkil kimi təqdim edərək, zərərçəkmiş şəxs1 aid mülki işlə bağlı iddia ərizəsi ilə Şəmkir rayon məhkəməsinə müraciət edəcəyinə və mülki mühakimə qaydasında baxılacaq işin onun xeyrinə həll olunacağına dair yalandan vəd verib etibardan sui-istifadə etməklə zərərçəkmiş şəxs1 aldadaraq, 2021-ci ilin mart ayında hissə-hissə olmaqla cəmi 2000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 2 ünvanında yerləşən "Tonqal" restoranında alıb ələ keçirərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, təkrarən Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs3 özlərini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və vəkil kimi təqdim edərək, Sumqayıt Inzibati Məhkəməsində və yuxarı məhkəmə instansiyalarında soyadın dəyişdirilməsinə dair iddia tələbi ilə bağlı işi 1500 manat pul müqabilində onun xeyrinə həll edəcəyinə dair yalandan vəd verib etibardan sui-istifadə etməklə zərərçəkmiş şəxs3 aldadaraq, 2022-ci ilin mart ayının 23-dən həmin ayın 27-dək olan müddət ərzində hissə-hissə olmaqla ünvan 1 ünvanında yerləşən ofisdə nağd və ödəmə terminalı vasitəsi ilə köçürməklə göndərilmiş ümumilikdə 1500 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, vədinə əməl etməmiş və nəticədə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bundan başqa, təkrarən Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Özgənin əmlakım ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs2 özlərini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və vəkil kimi təqdim edərək, Nərimanov Rayon Məhkəməsində və yuxarı məhkəmə instansiyalarında yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işi 100.000 manat pul müqabilində iddianın onun xeyrinə təmin olunmasını həll edəcəyinə dair yalandan vəd verib aldadaraq, ## ###### 2020-ci il tarixdən ## #### 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla Bakı şəhərinin müxtəlif rayonlarının ərazilərində, sonuncu dəfə isə ünvan 2 ünvanında yerləşən “Tonqal” restoranında vahid niyyətlə əhatə olunmuş qəsdlə cəmi 86.500 manat məbləğində pulunu alaraq vədlərinə əməl etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin # ##### 2025-ci il tarixli hökmündən zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2, məhkum Məhkum və onun müdafiəçisi Hacıyev Aydın Məhəmməd oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Əli Irfan oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə) ## ######## 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2025-ci il tarixli qərarından məhkum Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək barəsində olan cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə və barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən məhkum Məhkum həmin şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, iş üzrə toplanmış sübutlar qanunamüvafiq qaydada araşdırılmadan barəsində qeyri-obyektiv yekun məhkəmə aktları qəbul edilmişdir. Belə ki, mərhum təqsirləndirilən Təqsirləndirilən şəxs vəkillik fəaliyyəti ilə məşğul olduğundan o, ətafında olan tanıdığı şəxslərin məhkəmələrdə müxtəlif məsələlərə dair iddialar üzrə işləri olduqda onları sonuncuya yönləndirmiş, görəcəyi işin müqabilində onlardan aldığı ödənişlərin məbləğindən isə onun heç bir məlumatı olmamışdır. Mərhum Təqsirləndirilən şəxs müqavilə bağladığı şəxsləri ona yönləndirdiyi üçün bəzilərindən aldığı pullardan az bir miqdarda hissəsini ona da vermiş, buna baxmayaraq o, özü həmin şəxslərdən pul almamış və onlara qarşı dələduzluq cinayətini törətməmişdir. Istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında işə baxılarkən Təqsirləndirilən şəxs bu haqda ifadələr vermiş, lakin məhkəmələr işin faktiki hallarını düzgün araşdırmadan külli miqdarda özgə əmlakını ələ keçirməyə qarşı elan olunmuş ittiham üzrə ona nə qədər pulun verilməsini konkret olaraq aydınlaşdırmamışdır. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, onun 67 yaşı var, o, uzun müddət polis orqanlarında və Silahlı Qüvvələrdə xidmət etmişdir, İ Qarabağ müharibəsinin veteranıdır, ürək-damar və bağırsaq keçməməzliyi xəstəliyindən əməliyyat olunmuşdur və hal hazırda səhhəti çox ağırdır. Qeyd olunan halları nəzərə alaraq məhkum Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2025-ci il tarixli qərarının ləğv edilərək barəsində olan cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmiş, məhkum Məhkum isə məhkəmə iclasında iştirak etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPMin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkum Məhkum və zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs3 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2026-cı il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək Ali Məhkəməyə məhkum Məhkum ərizəsi daxil olmuşdur. Məhkumun ərizəsi onun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış ## ### 2026-cı il tarixli *-**-**/**/*-******/**** saylı məktubu ilə müşaiyət edilmişdir. Ərizədə məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin qanunvericiliyin tələblərinə müvafiq olaraq baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkum Məhkum bu ərizəsini onun verdiyi kassasiya şikayətinin geri qaytarılması barədə ərizə kimi qiymətləndirərək qeyd edir ki, CPM-in 414.1ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası məhkum Məhkum ərizəsini nəzərdən keçirib həmin ərizənin təmin edilərək kassasiya şikayətinə baxılmasına xitam verilməsi barədə məhkumun müdafiəçisi S.Ə.Ağazadənin və dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2025-ci il tarixli qərarından onun özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin şikayətə baxılmasına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2025-ci il tarixli qərarından onun özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin şikayətə baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(1-8)-128/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-128/2026
19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver