Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-131/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1nın, məhkum Məhkum müdafiəçisi – Bakı Şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə (sədrlik edən hakim N.N.Hüseynli, hakimlər N.N.Mirzəyev və E.Q.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum (## ###### 1985-ci ildə ünvan2ndə anadan olmuş, Azərbayacan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan4də qeydiyyatda olmaqla, faktiki ünvan5 "XX12” restoranının yaxınlığında fərdi evdə kirayədə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ## ##### 2023-cü il tarixdən ## ##### 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün ona təyin olunan cəzadan çıxılaraq üzərində 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə zalında həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin ## ###### 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.O.Əsgərova, hakimlər M.M.Hüseynov və R.Ə.Ağayevdən ibarət məhkəmə tərkibi) məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- **/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 kassasiya şikayətinə qarşı bigə yazılı etiraz vermişlər. Işin halları: Məhkəmənin hökmünə əsasən Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə 2018-ci ildə internet sosial şəbəkəsinin “Odnoklasniki” sosial şəbəkəsində özünü “X7” kimi təqdim edərək, şahid7 ilə tanış olduqdan sonra ona ərə gedəcəyini bəyan edib, sonuncunun anası zərərçəkmiş şəxs2 və bacısı zərərçəkmiş şəxs1 ilə yaxın münasibət yaradaraq zərərçəkmiş şəxs2 ünvan6ndakı evini satmasını bilib, sonuncuya ünvan7 ərazisində inşa edilən çoxmərtəbəli binalardan birində kreditlə ödəmək şərti ilə 84000 manata dörd otaqlı mənzil, qızı zərərçəkmiş şəxs1ya isə ünvan 8, “XX12” metro stansiyasının yaxınlığında inşa edilən çoxmərtəbəli binalardan birində 39000 manata iki otaqlı mənzil alacağını yalandan vəd verib inandıraraq, 2019-cu ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində zərərçəkmiş şəxs2 ünvan 9ndə yerləşən evində hissə-hissə olmaqla ümumilikdə 87800 manat məbləğində nağd pulu və satdıqdan sonra əldə olunan vəsaiti mənzilin kreditinə ödəmək adı ilə 120 manat dəyərində 1 ədəd iki nəfərlik çarpayını, 540 manat dəyərində 25 ədəd döşəyi, 500 manat dəyərində 50 ədəd balışı, 30 manat dəyərində 1 ədəd çilçirağı, 154 manat dəyərində qab-qacağı, 35 manat dəyərində 1 ədəd uşaq çarpayısını, 65 manat dəyərində uşaq oyuncaqlarını, 20 manat dəyərində 1 ədəd şirniyyat səbətini, 15 manat dəyərində 1 ədəd sərinkeşi, 100 manat dəyərində 2 ədəd kiçik dolabı, 55 manat dəyərində 2 ədəd çarpayını, 40 manat dəyərində 1 ədəd tozsoranı, 25 manat dəyərində 1 ədəd dəmir çarpayını, 330 manat dəyərində 1 ədəd kondinsioneri, 55 manat dəyərində 1 ədəd uşaq üçün avtomobil oturacağını, 30 manat dəyərində 1 ədəd nərd taxtasını, 20 manat dəyərində 1 ədəd elektrikli ət çəkən maşınını, 70 manat dəyərində 1 ədəd 7 litr su tutumu olan samovarı, 40 manat dəyərində 1 ədəd DVD aparatını, 30 manat dəyərində 2 ədəd pencəyi, 100 manat dəyərində 1 ədəd uşaq arabasını, 800 manat dəyərində 8 ədəd xalçanı, 65 manat dəyərində uşaq və qadın geyimlərini, 50 manat dəyərində yataq dəstini, 25 manat dəyərində dəsmal dəstini, 50 manat dəyərində 2 ədəd uşaq velosipedini, 60 manat dəyərində 3 ədəd çaydanı, 10 manat dəyərində 1 ədəd qazanı, 50 manat dəyərində 1 ədəd qaşıq dəstini, 100 manat dəyərində kişi kostyumunu, 40 manat dəyərində uşaq paltarlarını, 60 manat dəyərində 1 ədəd qadın paltarını, 50 manat dəyərində 1 cüt qadın ayaqqabısını, 240 manat dəyərində 1 ədəd qadın paltosunu, 50 manat dəyərində şirə qabı dəstini, 10 manat dəyərində 1 ədəd yataq örtüyünü, 15 manat dəyərində nazik gödəkçəni, 82 manat dəyərində 9 ədəd meyvə qabını, 100 manat dəyərində 1 ədəd şamdan, lampa və güzgü dəstini, 45 manat dəyərində hədiyəlik əşyaları, 15 manat dəyərində 25 ədəd boşqabı, 60 manat dəyərində 5 ədəd güldanı, 10 manat dəyərində 1 cüt kişi ayaqqabısını, 80 manat dəyərində 8 ədəd qadın paltarını, 75 manat dəyərində 15 ədəd qadın köynəyini, 75 manat dəyərində 13 ədəd qadın koftalarını, 49 manat dəyərində 7 ədəd papaqlı nazik gödəkçəni, 30 manat dəyərində palaz və odyalı, 500 manat dəyərində 1 ədəd “Samsunq” markalı mobil telefonu, 50 manat dəyərində 5 ədəd gödəkçəni, 25 manat dəyərində uşaq arabasını, 10 manat dəyərində 1 ədəd qadın əl çantasını, 90 manat dəyərində 6 ədəd kişi pijamanı, 50 manat dəyərində 1 ədəd şirəçəkən aparatı, 110 manat dəyərində 15 ədəd şirə qabını, 47 manat dəyərində 25 ədəd kasanı, 20 manat dəyərində 4 ədəd çörək qabını, 18 manat dəyərində 6 ədəd kül qabını, 14 manat dəyərində 2 ədəd dəm çaynikini, 50 manat dəyərində 10 ədəd böyük qabı, 45 manat dəyərində 15 ədəd qəndqabını, 15 manat dəyərində 5 ədəd dekor qabını, 12 manat dəyərində 6 ədəd bakalı, 10 manat dəyərində 12 ədəd nəlbəkini, 13 manat dəyərində 17 ədəd duz qabını, zərərçəkmiş şəxs1dan isə hissə-hissə olmaqla həmin ünvanda ümumilikdə 43800 manat məbləğində nağd pulu və satdıqdan sonra əldə olunan vəsaiti mənzilin kreditinə ödəmək adı ilə 3500 manat dəyərində olan istifadə olunmuş mebel dəstini, 100 manat dəyərində qab-qacaq dəstini, 200 manat dəyərində 2 ədəd “Kapsella” markalı pərdəni, 300 manat dəyərində 1 ədəd televizoru, 300 manat dəyərində 1 ədəd soyuducunu, 100 manat dəyərində qaşıq dəstini, 200 manat dəyərində 2 ədəd xalçanı, 100 manat dəyərində 1 ədəd uşaq üçün avtomobil oturacağını, 35 manat dəyərində 1 ədəd uşaq arabasını, 30 manat dəyərində 1 ədəd tozsoranı, 45 manat dəyərində hədiyyəlik qabları, 35 manat dəyərində 1 ədəd balıq akvariumunu, 40 manat dəyərində 1 ədəd gödəkçəni, 25 manat dəyərində 1 ədəd elektrikli çaydanı, 20 manat dəyərində bokal dəstini, 25 manat dəyərində 1 ədəd meyvə qabını, 30 manat dəyərində 1 ədəd güldanı, 35 manat dəyərində 5 ədəd qadın üçün çantanı, 30 manat dəyərində 6 ədəd yubkanı, 45 manat dəyərində 9 ədəd qadın üçün yay koftalarını, 40 manat dəyərində şərf, kofta və papaq dəstini, 92 manat dəyərində cins şalvar və gödəkçə dəstini, 100 manat dəyərində krasovka və çəkməni, 150 manat dəyərində 1 ədəd yorğan, döşək və balış dəstini etibardan sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1ya və zərərçəkmiş şəxs2 ümumilikdə 143126 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair nomalarının tələbləri pozulmuş, o cümlədən məhkəmədə zərərçəkmiş şəxslər və şahid qismində dindirilmiş zərərçəkmiş şəxslərin qohumları istisna olmaqla digər – təqsirləndirilən şəxslə heç bir qohumluğu olmayan tərəfsiz şahidlər Məhkum təqsirsizliyini sübut edən ifadələr verdikləri halda, məhkəmə həmin ifadələri, habelə Məhkum məhkəməyədək icraatda guya 143000 manat pulu zərərçəkmiş şəxslərdən almasına dair təzyiq altında verdiyi etirafedici ifadəsinin digər sübutlarla nəinki təsdiq olunmadığını, əksinə başqa materiallarla, o cümlədən Məhkum həmin “etirafedici” ifadədən əvvəl və sonra müxtəlif orqanlara ünvanladığı zərərçəkmiş şəxslər tərəfindən şərlənməsinə dair çoxsaylı müraciətləri ilə təkzib olunduğunu nəzərə almamış, bu və başqa yolverilməz, qeyri-mötəbər materiallar əsasında Məhkum qarşı irəli sürülmüş, ümumilikdə iki zərərçəkmiş şəxsə 143000 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi barədə ittihamın təsdiq olunması haqqında nəticəyə gəlib, Məhkum ağır cəzaya məhkum etmişdir. Halbuki Məhkum heç vaxt zərərçəkmiş şəxslərdən onlara ünvan11ndə ev almaq adı ilə 143000 manat məbləğində pul və sair əmlak almamış, onunla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 arasında kosmetika-parfümeriya mallarının alış-verişi ilə bağlı, zərərçəkmiş şəxs2 ona həmin malların əldə edilməsi üçün hissə-hissə “sələmə” pul verməsindən irəli gələn mülki-hquqi xarakterli münasibətlər olmuş və bu münasibətlər çərçivəsində Məhkum zərərçəkmiş şəxs2 143000 manat deyil, cəmi 35000 manat pul almış və həmin puldan 15000 manatını qaytarmışdır. zərərçəkmiş şəxs2 yerdə qalan məbləği bir dəfəyə qaytarılmasını tələb etdiyinə lakin o, maliyyə iqtidarsızlığı üzündən bu tələbi yerinə yetirə bilmədiyinə görə, guya 143000 manat pulu ev almaq adı ilə aldatmaqla ələ keçirməsi barədə, yəni tamamilə uydurma əsasla ondan polisə şikayət etmişdir. Qeyd olunan qanun pozuntularına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi də müdafiə tərəfinin vəsatətlərinin əsassız olaraq rədd edilməsinə və ya ümumiyyətlə cavablandırılmamasına, işin mühüm əhəmiyyət kəsb edən hallarının tam, hərətərfli və obyektiv araşdırılmamasına əhəmiyyət verməmiş, nəticədə birinci instansiya məhkəməsinin ittiham hökmünü dəyişdirilmədən saxlamaqla eyni pozuntulara yol vermişdir. Müdafiəçi Müdafiəçi1 kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini, əməlində cinayət tərkibi olmadığına görə Məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 kassasiya şikayətinə qarşı bigə verdikləri yazılı etirazlarında kassasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası apardığı hüquqi məsələlər üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 Çərkəz oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinin pozulduğunu, nəticədə Məhkum ilə zərərçəkmiş şəxslər arasında münasibətlər mülki-hüquqi xarakter daşıdığı, yəni Məhkum əməllərində cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi halda o, əsassız olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş dələduzluq cinayətini törətməkdə təqsirli bilinib ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1- 416.1.3, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi müdafiəçi1un kassasiya şikayətini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş əməlləri törətməsi, yəni vahid qəsdlə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və E.Musayevaya ümumilikdə 143126 manat təşkil edən külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi və həmin əmələ görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkum edilmiş şəxsin və onun müdafiəçisinin hökmdən verdikləri apellyasiya şikayətlərində gətirdikləri Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə, o cümlədən zərərçəkmiş şəxslərlə onun arasında olan münasibətlərin mülki-hüquqi xarakterli olmasına dair dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış bütün sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Bu zaman məhkəmə xüsusilə onu nəzərə almışdır ki, müdafiə tərəfi Məhkum zərərçəkmiş şəxs2 kosmetika-parfümeriya mallarının alış-verişi ilə bağlı 143126 manat deyil, cəmi 35000 manat borc alıb həmin puldan 15000 manatını qaytardığını iddia etsə də, ibtidai istintaq zamanı ## ##### 2023-cü ildə müdafiəçinin iştirakı ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ilə üzləşdirilərkən Məhkum zərərçəkmiş şəxslərə məhz mənzil alıb verəcəyini vəd etməklə onların 143126 manat məbləğində pulunu aldığını etiraf edərək pulu qaytaracağına söz vermiş və bu etiraf, yəni onun mənzil almağı yalandan vəd etməsi müqabilində zərərçəkmiş şəxslərin külli miqrdarda pulunu ələ keçirməsi zərərçəkmiş şəxslərin, bir sıra şahidlərin ifadələri ilə yanaşı, Məhkum ilə zərərçəkmiş şəxs2 arasında mobil telefon vasitəsi ilə aparılan “whatsapp” yazışmaları ilə də təsdiq olunmuşdur. Həmin “whatsapp” yazışmalarının məzmununa görə isə onlar arasında danışıqlar kosmetikaparfümeriya mallarının alış-verişi üçün borcun alınıb-verilməsi ilə bağlı deyil, müstəsna olaraq mənzillərin əldə edilməsi üçün Məhkum zərərçəkmiş şəxslərdən pul alması və mənzil almaq vədinə əməl etməməsi ilə əlaqədar aparılmışdır. Bu və digər sübutlarla əsaslandırılmış apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində təsbit edilmiş dələduzluq cinayətinin tərkibi ilə ehtiva olunan bütün obyektiv və subyektiv əlamətlər mövcud olmuşdur. Apellyasiya məhkəməsinin gəldiyi nəticələr kassasiya şikayətində də irəli sürülmüş eyni iddiaların, bu iddialar ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində gətirilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə çıxardığı nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş dələduzluq cinayətini törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Odur ki, məhkəmə heyəti baxılan işdə sübutlar və sübutetməyə dair cinayətprosessual qaydaların pozuntularının, Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş bəraətin əsaslarının, yəni kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.1 - 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi (dəyişdirilməsi) əsası kimi təsbit edilən halların olmaması haqqında nəticəyə gəlir. Müdafiəçinin Məhkum cinayət qanununun tələbləri pozulmaqla ağır cəzanın təyin olunmasına dair iddiasına gəldikdə, məhkəmə kallegiyası bu məsələdə də kassasiya şikayətinin müəllifi ilə razılaşmaq üçün əsas görmür. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın qanuni və əsaslı olub-olmaması, o cümlədən ədalət prinsipinin tələblərinə cavab verib-verməməsi müdafiə tərəfinin apellyasiya şikayətlərinə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi baxılan iş üzrə CM-in 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən və ya CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın Məhkum ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuların da müəyyən edilmədiyini, yəni istər bu əsasla, istərsə də (yuxarıda gətirilən dəlillərə görə) cinayət-prosessual qanunun 416.1-ci maddəsində nəzərdə tutulmuş digər əsaslarla mübahisələndirilən qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş şəxslərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan # ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan # ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-131/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-131/2026
24.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver