Məhkəmə qərarları › İş №1(1-8)-132/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-132/2026

06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(1-8)-132/2026 06.05.2026 ALI MƏHKƏMƏ Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin hakimlәri Muxtarov Teyyub Asif oğlu (sәdrlik edәn), Mövsümov Nazim Rasim oğlu vә Cәfәrov Ilqar Xanlar oğlundan ibarәt tәrkibdә, Cәbrayılova Sevinc Elton qızının katibliyi, Dövlәt ittihamçısı - Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәnin kassasiya instansiyası mәhkәmәsindә dövlәt ittihamının müdafiәsi vә analitik tәhlil şöbәsinin prokuroru, R X4 vә mәhkumun müdafiәçisi Müdafiәçi iştirakları ilә, Mәhkum barәsindә olan cinayәt işi üzrә Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrәli qәrarından mәhkumun müdafiәçisi tәrәfindәn verilmiş kassasiya şikayәtinә әsasәn işә Ali Mәhkәmәnin binasında açıq mәhkәmә iclasında mahiyyәti üzrә baxaraq MÜƏYYƏN E T D İ: ##.##.1975-cı il tarixdә Bakı şәhәrindә doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, orta tәhsilli, evli, işsiz, Bakı şәhәri, Yasamal rayonu, T.Şahbazi küçәsi ev 55/57-dә qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şәhәri, AAAF-Park yaşayış kompleksi B korpusu ev 9 mәnzil 10-da yaşamış, hazırda azadlıqdan mәhrum etmә növündә cәza çәkәn, Məhkum Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.4.3-cü maddәsi ilә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk, 9 (doqquz) il müddәtinә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş, cәzasının әvvәlinin ## #### 2023-cü il tarixdәn hesablanması, barәsindә narkomaniyadan mәcburi müalicәnin tәyin edilmәsi vә әrazi narkoloji dispanserindә qeydiyyata alınması hökm edilmişdir. Hәmin hökmdәn tәqsirlәndirilәn şәxs vә onun müdafiәçisi Müdafiәçi tәrәfindәn ayrıayrılıqda apellyasiya şikayәtlәri verilmişdir. Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının (Hakimlәr X3 (sәdrlik edәn), X2 vә X1 ibarәt tәrkibdә) 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrәli qәrarı ilә apellyasiya şikayәtlәri tәmin edilmәmiş, hökm apellyasiya şikayәtlәrinә müasibәtdә dәyişdirilmәdәn saxlanılmışdır. IŞIN HALLARI: Mәhkәmәnin hökmünә әsasәn Mәhkum ona görә mәhkum edilmişdir ki, o, 2023-cü il ## #### tarixdә Abşeron rayonu Masazır qәsәbәsi әrazisindә bir әdәd üzәrindә “Sports” yazısı olan idman çantasının içәrisindә ## #### 2005-ci il tarixli Azәrbaycan Respublikasının Qanunu ilә tәsdiq olunmuş «Azәrbaycan Respublikasının әrazisindә dövriyyәsi qadağan edilәn narkotik vasitәlәrin siyahısına daxil edilmiş 1 әdәd bağlamada tәmiz çәkisi 2000,4 qram (2 kq 4 qr) külli miqdarda narkotik vasitә heroini vә ## #### 2005-ci il tarixli Azәrbaycan Respublikasının Qanunu ilә tәsdiq olunmuş «Azәrbaycan Respublikasının әrazisindә dövriyyәsi qadağan edilәn psixotrop maddәlәrin siyahısına daxil edilmiş 1 әdәd bükümdә tәmiz çәkisi 0,820 qram kustar üsulla hazırlanmış psixotrop maddә olan metamfetamini götürüb satış mәqsәdilә qanunsuz әldә edәrәk yaşadığı ünvan 1 ünvana daşımış, bir әdәd idman çantasında 1 әdәd bağlamada tәmiz çәkisi 2000,4 qram (2 kq 4 qr) külli miqdarda narkotik vasitә heroini yaşadığı evdә qonaq otağında yumşaq mebelin arxasında vә 1 әdәd bükümdә 0,820 qram çәkidә olan psixotrop maddә metamfetamini әynindә olan qara rәngli şalvarın sağ yan cibindә saxlamış, ## #### 2023cü il tarixdә saat 19 radәlәrindә Abşeron RPI-nin Cinayәt axtarış şöbәsinin vә Narkotiklәrlә mübarizә qrupunun әmәkdaşları tәrәfindәn keçirilәn әmәliyyat axtarış tәdbirlәri zamanı yaşadığı binanın yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarәsinә gәtirilib hәmin gün saat 20:20-dәn saat 20:29-a kimi xidmәti otaqların birindә üzәrinә videoçәkilişlә keçirilmiş şәxsi axtarış zamanı әynindә olan qara rәngli şalvarın sağ yan cibindә 01 әdәd gümüşü rәngli kağız parçasına bükülmüş 0,820 qram çәkidә psixotrop maddә metamfetamin vә әmәliyyat tәdbirlәrinin davamı kimi hәmin gün saat 21 10-dәn saat 21-22-yә kimi yaşadığı mәnzilә baxış keçirilәrkәn qonaq otağında yumşaq mebelin (divanın) arxasında, bir әdәd üzәrindә “Sports” yazısı olan idman çantasının içәrisindә 1 әdәd bağlamada tәmiz çәkisi 2000,4 qram (2 kq 4 qr) külli miqdarda narkotik vasitә heroin vә üzәrindә narkotik vasitә heroin izlәri olan 1 әdәd elektron tәrәzi aşkar edilәrәk götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MÜDAFIƏÇININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Mәhkumun müdafiәçisi kassasiya şikayәtini әsaslandıraraq qeyd etmişdir ki, hazırki cinayәt işi üzrә ibtidai istintaq zamanı Azәrbaycan Respublikasının Konstitusiyasının, Insan Hüquqlarının vә әsas Azadlıqlarının müdafiәsi X6, Insan Hüquqları üzrә Avropa Mәhkәmәlәrinin qәrarlarının, Azәrbaycan Respublikası Cinayәt Mәcellәsinin vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin vә “Narkotik vasitәlәrin, psixotrop maddәlәrin vә ya onların prekursorlarının, habelә narkotik vasitәlәrә vә psixotrop maddәlәrә aid olmayan güclü tәsir edәn vә zәhәrli maddәlәrin qanunsuz dövriyyәsine dair cinayәt işlәri üzrә mәhkәmә tәcrübәsi haqqında" Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## #### 2024-cü il tarixli qәrarının tәlәblәri kobud şәkildә pozulmuşdur. Hәmin pozuntulara isә Sumqayıt Ağır Cinayәtlәr Mәhkәmәsi vә Sumqayıt Apellyasiya Mәhkәmәsi tәrәfindәn göz yumulmuşdur. Cinayәt işinin materiallarında olan ##.##.2023-cü il tarixli şәxsi axtarış vә götürmәnin aparılması haqqında protokol, ##.##.2023-cü il tarixli baxış keçirilmәsi haqqında protokol, tәqsirlәndirilәn şәxsin ##.##.2023-cü il tarixli etiraf edici izahatından fәrqli olaraq, ##.##.2023-cü il tarixli şübhәli şәxsi dindirmә protokolu, ##.##.2023-cü il tarixli tәqsirlәndirilәn şәxsin dindirilmәsi haqqında protokolu vә digәr sәnәdlәri imzalamaqdan imtina etmişdir. O, araşdırmanın tәhqiqat mәrhәlәsindә sәnәdlәrә (izahata qәdәr olan sәnәdlәrә) ona görә imza çәkmişdir ki, ona işgәncә verәn polis әmәkdaşları daimi onunla tәmasda olmuş vә davamlı olaraq ona hәdә-qorxu gәlmişlәr. Hәtta tәqsirlәndirilәn şәxs ## #### 2023-cü il tarixdә barәsindә hәbs qәtimkan tәdbirinin seçilmәsi ilә bağlı vәsatәtә mәhkәmә iclasında baxılarkәn özünü törәdilmiş cinayәt әmәlindә tәqsirli bilmәmәsi vә barәsindә hәbs qәtimkan tәdbirinin seçilmәsinә dair verilmiş vәsatәtin tәmin edilmәmәsini xahiş etmәsi onu demәyә әsas verir ki, tәqsirlәndirilәn şәxs Polis Idarәsindә olarkәn o, polis әmәkdaşlarının ona yenidәn işgәncә verәcәyindәn qorxmuş buna görә dә, araşdırmanın әvvәllәrindә, yәni onun izahatı alınarkәn etirafedici izahata oxumadan imza çәkmişdir. Lakin sonradan o, mәhkәmә iclası zamanı heç bir tәsir vә işgәncәdәn qorxmayaraq, artıq mәhkәmәdә olduğunu dәrk edәrәk hәqiqәti söylәmişdir. Tәqsirlәndirilәn şәxs guya özü tәrәfindәn verilmiş vә iş materiallarında olan izahat vә ifadәlәrini imza etmәkdәn imtina etmişdir. Buradan belә bir sual çıxır: necә ola bilәr ki, hәmin izahat vә ifadәlәr Mәhkum dilindәn yazılmasına baxmayaraq, o hәmin izahat vә ifadәlәri imza etmәdәn imtina etsin? Bunun bir cavabı var: hәmin izahat vә ifadәlәr tәqsirlәndirilәn şәxsә mәxsus deyildir vә ibtidai istintaqı aparmış müstәntiq tәrәfindәn tәqsirlәndirilәn şәxsin ifadәsi saxtalaşdırılmışdır. Bundan başqa, Mәhkum tutularkәn vә tutulduqdan sonra polis әmәkdaşları tәrәfindәn psixi vә fiziki işgәncәyә mәruz qalması, döyülmәsi ilә bağlı tәrәfindәn Abşeron prokurorluğu tәrәfindәn aparılmış araşdırma nәticәsindә qәbul edilmiş qәrardan mәhkәmә nәzarәti qaydasında şikayәt verilmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(***)-**/**** saylı, ## #### 2025-ci il tarixli qәrarı ilә Abşeron rayon Prokurorluğunun müstәntiqi, R Faiq Sultanov tәrәfindәn qәbul edilmiş ##.##.2024-cü il tarixli, ***-C-** saylı cinayәt işinin başlanmasının rәdd edilmәsi barәdә qәrarı lәğv edilmiş vә toplanmış materiallar әlavә yoxlama vә araşdırma aparılması üçün Abşeron rayon Polis Idarәsinә göndәrilmişdir. Lakin hәmin qәrardan sonra prokurorluq orqanları tәrәfindәn heç bir araşdırma aparılmamışdır. Işin mübahisәsiz hallarından göründüyü kimi, Mәhkum ona elan edilmiş ittihamda nәzәrdә tutulmuş әmәlin onun tәrәfindәn törәdilmәsini inkar edir. O, bunu onunla әsaslandırır ki, o, anasına baxmaq (qulluq etmәk) üçün anasının yaşadığı evә gәlәrkәn polis әmәkdaşları tәrәfindәn tutulmuş, tutulduqdan sonra onun üzәrindәn hәmin evin açarı götürülmüş, polis әmәkdaşları onu evә aparmışlar, evin qapısı polis әmәkdaşları tәrәfindәn açılmış, sonra onlar evә daxil olmuşlar. Anasının gözü qarşısında evdә axtarış aparılmış, lakin heç nә tapa bilmәmişlәr. Bundan sonra onu polis Idarәsinә aparmışlar, idarәdә ona psixi vә fiziki işgәncәlәr verilmişdir (döyülmüş, buna görә dә üz nahiyәsindә vә bәdәninin digәr yerlәrindә xәsarәtlәr әmәlә gәlmişdir). O isә verilәn işgәncәlәrә dözmәyәrәk narkotikin onun olmasını etiraf etmişdir. Mәhkum polis әmәkdaşları tәrәfindәn işgәncә verilmәsini mәhkәmә iclasında şahid qismindә dindirilmiş polis әmәkdaşları şahid2 vә şahid1 da ifadәlәrindә tәsdiq etmişlәr. Belә ki, hәr iki şahid mәhkәmә iclasında bildirmişlәr ki, Mәhkum tutularkәn onda hәr hansı xәsarәt yox idi, tutularkәn dә o, yıxılmadı. Zaur tutularkәn heç bir müqavimәt göstәrmәdi, özü sәrbәst şәkildә onlara tabe olaraq onların idarә etdiyi avtomobilә mindi vә onlarla birlikdә bölmәyә gәldi. Buradan da bir daha aydın olur ki, Mәhkum polis әmәkdaşları tәrәfindәn işgәncә verilmişdir. Hәmçinin Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyinin "xxxx" Publik Hüquqi şәxsi tәrәfindәn verilmiş 1261 nömәrli, ##.##.2023-cü il tarixli rәyinin nәticә hissәsindә qeyd edilmişdir ki, 1975-ci il tәvәllüdlü Mәhkum mәhkәmә-tibbi müayinәsi zamanı bәdәni üzәrindә aşkar olunmuş xәsarәtlәr – sağ qaş nahiyәsinin sәthi әzilmiş yarası, sol almacıq nahiyәsinin sıyrıqları - küt әşyanın (әşyaların) tәsirindәn törәnmişdir, müddәti qәrarda qeyd olunan vaxta yәni, ##.##.2023-cü il tarixә uyğun gәlә bilәr, müxtәlif şәraitlәrdә törәnә bildiyindәn dәqiq hansı şәraitdә törәnmәsi istintaq yolu ilә aydınlaşa bilәrdi; sağlamlığa zәrәr vurmayan xәsarәtlәr olduqları üçün dәrәcәlәri tәyin edilmir. Bundan başqa, Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtin Bakı Istintaq Tәcridxanasından daxil olmuş 3-16-17/38/2 - ****/**** nömrәli, ##.##.2023-cü il tarixli mәktubda qeyd edilmişdir ki, hәbs edilmiş şәxs Mәhkum ##.##.2023-cü il tarixdә Bakı Istintaq Tәcridxanasına gәtirilmiş vә ilkin tibbi müayinәlәrdәn keçirilәrәk onun adına tibbi kitabça açılmışdır. Sorğu zamanı hәbs edilәn zaman xәsarәt aldığını bildirmişdir. Bәdәninә baxış keçirәn zaman sağ qaş üstü nahiyәdә 7 sm ölçüdә üzәri qәrtmәkli yara, sol gözәtrafı nahiyәdә vә sol budun arxa nahiyәsindә yumşaq toxumaların әziyi aşkar edilmişdir. Hәr iki saidin ön sәthindә vә qarnın ön divarında çoxsaylı köhnә çapıqlar aşkar edilmişdir. Hәtta ekspert rәyindә dә, Mәhkum aşkar edilmiş xәsarәtlәrin qәrarda qeyd olunan vaxtda, yәni ##.##.2023-cü il tarixә uyğun gәlә bilmәsi göstәrilir. Ekspert xәsarәtlәrin әmәlә gәlmә müddәtini ##.##.2023-cü il tarixdә göstәrmәklә tәsdiq etmişdir ki, hәmin xәsarәtlәr tәqsirlәndirilәn şәxs tutulan günü yetirilmişdir. Çünki, ekspert rәyinin nәticә hissәsindә qeyd edilir ki, tәqsirlәndirilәn şәxsdә olan xәsarәtlәr qәrarda qeyd olunan vaxta yәni, ##.##.2023-cü il tarixә uyğun gәlir. Hazırki cinayәt işi üzrә ittiham tәrәfinin mövqeyi Avropa Insan Hüquqları Mәhkәmәsinin Dikmә Türkiyәyә qarşı ## #### 2000-ci il tarixli Mәhkәmә qәrarına da ziddir. Insan Hüquqlarının vә әsas Azadlıqların müdafiәsi X6 3-cü maddәsinә әsasәn heç kәs işgәncәyә, qeyri-insani vә ya lәyaqәti alçaldan rәftara vә ya cәzaya mәruz qalmamalıdır. Lakin mәhkum edilmiş şәxsdә olan xәsarәtlәrin o, tutulmamışdan qabaq әmәlә gәlmәsini ittiham tәrәfi sübut edә bilmәmişdir. Əksinә müdafiә tәrәfi Mәhkum tutulduqdan sonra ona polis әmәkdaşları tәrәfindәn işgәncә verilmәsi faktını hәm mәhkәmә iclasında ifadә vermiş polis әmәkdaşları şahid2 vә şahid1 da ifadәlәri, eyni zamanda tәqsirlәndirilәn şәxsin özünün vә mәhkәmә iclasında ifadә verәn şahid Aygün Yusifovanın ifadәlәri, hәmçinin iş materiallarında olan ekspert rәyi vә BIT-in mәktubu ilә sübut etmişdir. Müdafiәçi kassasiya şikayәtindә göstәrilәnlәrә әsasәn Sumqayıt Apellyasiya Mәhkәmәsinin 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrәli qәrarının lәğv edilmәsini vә mәhkum Mәhkum bәraәt verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etdi. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn mәhkumun müdafiәçisi Müdafiәçi kassasiya şikayәtinin tәmin edilmәsini xahiş etdi. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn dövlәt ittihamçısı Ayxan Hüseynli kassasiya şikayәtinin tәmin olunmamasını vә Mәhkum barәsindә olan cinayәt işi üzrә Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 2025-ci il ## ###### tarixli qәrarının dәyişdirilmәdәn saxlanması barәdә qәrar qәbul edilmәsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.1-ci maddәsinә görә kassasiya instansiyası mәhkәmәsi kassasiya şikayәtinә vә ya kassasiya protestinә mahiyyәti üzrә baxaraq müraciәtin dәlillәrindәn asılı olmayaraq yalnız hüquqi mәsәlәlәr üzrә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası mәhkәmәsi, kassasiya şikayәtinin vә ya kassasiya protestinin baxışının nәticәlәri buna әsas verәrsә, barәsindә kassasiya müraciәti olmayan mәhkum edilmiş şәxslәrin dә xeyrinә yekun qәrar qәbul edir. Hәmin Mәcәllәnin 419.11-ci maddәsinә әsasәn kassasiya instansiyası mәhkәmәsi birinci vә ya apellyasiya instansiyası mәhkәmәsindә mәhkәmә baxışının predmeti olmayan faktları müәyyәn edә vә ya onları sübuta yetirilmiş hesab edә bilmәz. Qeyd olunan maddәdәn dә göründüyü kimi, sübutların mahiyyәti üzrә araşdırılması, mötәbәrliliyi, kifayәtliliyi, cinayәt faktının müәyyәn edilmәsi kimi mәsәlәlәrin hәlli qanunla kassasiya instansiyası mәhkәmәsinin deyil, birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin sәlahiyyәtinә aid edilmişdir. Bundan başqa, göstәrilәn normanın tәlәblәrinә görә, kassasiya instansiyası mәhkәmәsi birinci vә apellyasiya instansiyaları mәhkәmәlәrindәn fәrqli olaraq hәr hansı bir faktın baş verib-vermәmәsini müәyyәn etmir vә yalnız hәmin mәhkәmәlәr tәrәfindәn müәyyәn edilmiş hallara әsasәn cinayәt vә cinayәt-prosessual qanunların normalarının düzgün tәtbiq edilib-edilmәmәsi mәsәlәlәrini yoxlayır. Mәhkumun müdafiәçisi kassasiya şikayәtindә mәhkumun әmәlinin tövsifini vә mәhkuma bәraәt verilmәli olduğunu mübahisәlәndirәrәk, apellyasiya instansiyası mәhkәmәsinin qәrarının dәyişdirilmәsi barәdә tәlәbini CPM-in 416.1.2-ci maddәsindә nәzәrdә tutulan hallarla әlaqәlәndirmişdir. Mәhkәmә kollegiyası kassasiya şikayәtini CPM-in 419-cu maddәsinin tәlәblәri baxımından sәlahiyyәtlәrinә aid olan kassasiya müraciәti kimi görür vә bu müraciәtlә әlaqәdar Apellyasiya mәhkәmәsinin qәrarının qanuniliyini vә әsaslılığını kassasiya müraciәtinin dәlillәrini dә nәzәrә alaraq yoxlayıb, araşdırmanın nәticәlәri olaraq aşağıdakıları qeyd edir. Azәrbaycan Respublikası Konstitusiyasının 125-ci maddәsinin VII bәndinә әsasәn mәhkәmә icraatı hәqiqәtin müәyyәn edilmәsini tәmin etmәlidir. Azәrbaycan Respublikası Konstitusiyasının 129-cu maddәsinin III bәndinә әsasәn mәhkәmә qәrarı qanuna vә sübutlara әsaslanmalıdır. “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1 vә 397.2-ci maddәlәrinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun ## ### 2009-cu il tarixli qәrarında göstәrilir ki, hәqiqәti müәyyәnlәşdirmәk imkanının inkar edilmәsi nәinki әdalәt mühakimәsini mәnәvi mәqsәd vә mәzmunundan mәhrum etmәklә istәnilәn әdalәtsizliyә bәraәt verilmәsinә haqq qazandıra bilәr. Hәqiqәtin müәyyәnlәşdirilmәsi vә bununla da işin әdalәtli hәlli: mәhz tәqsirkarın vә yalnız tәqsirlilik dәrәcәsinә uyğun mәhkum olunması, onun cinayәt qanununun tәlәblәrinә uyğun cәzalandırılması vә nәticә etibarilә tәqsirsizә şәrtsiz bәraәt verilmәsi – hakimin hәm vәzifә, hәm dә mәnәvi borcudur. Hәr hansı mәhkәmә araşdırılması әdalәtli mәhkәmә qәrarının qәbulu ilә yekunlaşmalıdır. Bu mәnada ümumilәşdirilmiş şәkildә cinayәt prosesinin tәrәflәri vә cәmiyyәtin özü mәhkәmәdәn nәinki qanuni, hәmçinin әsaslandırılmış hökm gözlәyir. Hәr bir halda, mәhkәmә hökmü nәinki forma vә mәzmun üzrә qanunun tәlәblәrinә uyğun, cinayәt-prosessual qanunun tәlәblәrinә müvafiq müәyyәnlәşdirilmiş faktlar üzәrindә vә cinayәt qanununun düzgün tәtbiqi nәticәsindә çıxarılmalı, o, eyni zamanda әsaslandırılmış vә sübuta yetirilmiş olmalıdır. Mәhkәmә kollegiyası işin materiallarını öyrәnib, kassasiya şikayәtinin dәlillәrini müzakirә edib, kassasiya şikayәtinin tәmin edilmәsi barәdә mәhkumun müdafiәçisinin, kassasiya şikayәtinin tәmin edilmәmәsi barәdә dövlәt ittihamçısının çıxışlarını dinlәyib, işә baxmış birinci vә apellyasiya instansiyası mәhkәmәlәri tәrәfindәn faktların müәyyәn edilmәsindә vә hüquqi mәsәlәlәr üzrә cinayәt vә cinayәt-prosessual qanun normalarının tәtbiqinin düzgünlüyünü yoxlayaraq, belә qәnaәtә gәlir ki, kassasiya şikayәti tәmin edilmәmәlidir. Mәhkәmә kollegiyası kassasiya şikayәtinin dәlillәrinә münasibәt bildirәrәk aşağıdakıların qeyd edilmәsini vacib hesab edir. Belә ki, kassasiya şikayәtinin әsas dәlili kimi irәli sürülmüş mәhkuma bәraәt verilmәli olması iddiası ilә bağlı mәhkәmә kollegiyası qeyd edir ki, cinayәt işinin materiallarından da göründüyü kimi, müdafiә tәrәfi kassasiya şikayәtindә irәli sürülәn dәlillәri apellyasiya instansiya mәhkәmәsindә dә irәli sürmüş vә müdafiә tәrәfinin dәlillәri apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn hәrtәrәfli, tam vә obyektiv şәkildә, iş üzrә toplanmış mötәbәr sübutların mәcmusu әsasında yoxlanılaraq qiymәtlәndirilmiş vә mәhkum tәrәfindәn ona qarşı irәli sürülmüş ittihamda nәzәrdә tutulmuş cinayәt әmәlinin törәdilmәsi nәticәsinә gәlinmişdir. Mәhkәmә kollegiyası mötәbәrliyi mәhkәmәlәr tәrәfindәn yoxlanılmış sübutları hazırkı qәrarda tәkrar etmәdәn mәhkәmәlәr tәrәfindәn hәmin sübutlara münasibәtdә qiymәtlәndirmә ilә razılaşır vә hesab edir ki, mәhkumun әmәlinin tövsifi vә onun tәqsirliliyi ilә bağlı mәhkәmәlәrin qәnaәti qanuni vә әsaslıdır vә bununla bağlı kassasiya şikayәtinin dәlillәri әsassızdır. Ibtidai istintaq zamanı mәhkuma işgәncә verilmәsinә dair müdafiә tәrәfinin dәlili ilә bağlı mәhkәmә kollegiyası qeyd edir ki, müdafiә tәrәfinin hәmin dәlili, hәm birinci instansiya mәhkәmәsinin, hәm dә apellyasiya instansiyası mәhkәmәsinin araşdırma predmeti olmuş vә mәhkәmәlәr tәrәfindәn dә müәyyәn edilmişdir ki, hәmin mәsәlә mәhkәmә nәzarәti qaydasında araşdırılmış, müstәntiqin qәrarı mәhkәmә tәrәfindәn lәğv edildikdәn sonra yenidәn araşdırma aparılmış vә “Cinayәt işinin başlanmasının rәdd edilmәsi barәdә” # ###### 2025-ci il tarixli yeni qәrar qәbul edilmişdir. Cinayәt işinin materiallarına әlavә edilmiş vә mәhkәmәlәr tәrәfindәn yoxlanılaraq qiymәtlәndirilmiş mәhkumun vә onun müdafiәçisinin iştirakı ilә yaşayış evinә baxış keçirilәrkәn çәkilmiş videogörüntüdәn görünür ki, mәhkum sәrbәst şәkildә, heç bir tәzyiq olmadan narkotik vasitәni tәqdim edir, öz tәşәbbüsü ilә hәmin narkotik vasitәni kimdәn, hansı qaydada aldığını әtraflı tәsvir edir. Qeyd edilәnlәrә әsasәn mәhkәmә kollegiyası hesab edir ki, mәhkumun tәqsirsizliyi ilә bağlı kassasiya şikayәtinin dәlillәri әsassızdır vә işin faktiki halları ilә uyğun gәlmir. Mәhkәmә kollegiyası mәhkuma tәyin edilmiş cәzanın növünә vә hәddinә dә münasibәt bildirәrәk qeyd etmәyi zәruri hesab edir ki, mәhkuma cәza tәyin edilәrkәn törәdilmiş cinayәt әmәlinin xarakteri, ictimai tәhlükәlilik dәrәcәsi, mәhkumun şәxsiyyәti, cәzasını yüngüllәşdirәn hal vә cәzasını ağırlaşdıran halın olmaması nәzәrә alınmaqla, mәhkuma әdalәtli cәza tәyin edilmişdir. Eyni zamanda, mәhkәmә kollegiyası hesab edir ki, mәhkuma tәyin edilmiş cәzanın azaldılması, mәhkumun tәqsirli bilindiyi maddәyә CM-in 62-ci maddәsinin vә onun barәsindә CM-in 70-ci maddәsinin tәtbiqi üçün qanunda nәzәrdә tutulan hüquqi vә faktiki әsaslar mövcud deyil. Qeyd edilәnlәri yekunlaşdıraraq mәhkәmә kollegiyası hesab edir ki, kassasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ##.##.2025-ci il tarixli qәrarı, mәhkumun müdafiәçisinin kassasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Yuxarıda göstәrilәnlәrә әsasәn, Azәrbaycan Respublikası CPM-in 419.10.1-ci maddәsini rәhbәr tutub mәhkәmә kollegiyası Q Ə R A R A A L D İ: Mәhkum Mәhkum müdafiәçisi tәrәfindәn verilmiş kassasiya şikayәti tәmin edilmәsin. Sumqayıt Ağır Cinayәtlәr Mәhkәmәsinin 2025-ci il ## ### tarixli, *(***)-**/**** nömrәli hökmü ilә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.4.3-cü maddәsi ilә tәqsirli bilinib mәhkum edilmiş Mәhkum barәsindә olan Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrәli qәrarı, mәhkumun müdafiәçisinin kassasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar