Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-136/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov Ilqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, məhkum Məhkum iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-**/**** nömrəli, 08 oktyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum və məhkum təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları
1. Məhkum Məhkum ## ##### 1980-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla yaşamışdır. Məhkum təqsirləndirilən şəxs2 26 noyabr 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, ünvan 2 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla yaşamışdır.
2. 03 oktyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir.
3. 02 noyabr 2023-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum və təqsirləndirilən şəxs2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tanışı təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 8,659 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumilikdə 54 ədəd, ümumi miqdarı 12,15 qram, yəni külli miqdarda güclü təsir edən maddə tramadol, ümumi təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumilikdə 02 ədəd, ümumi miqdarı 0,6 qram güclü təsir edən maddə preqabalini əldə edib həmin narkotik vasitənin, psixotrop maddənin və güclü təsir edən maddənin bir hissəsini, təmiz çəkisi 8,138 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumilikdə 44 ədəd, ümumi miqdarı 9,90 qram, yəni külli miqdarda güclü təsir edən maddə tramadol, təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və ümumilikdə 02 ədəd, ümumi miqdarı 0,6 qram güclü təsir edən maddə preqabalini üzərində saxlamaqla daşımış həmin narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satmaq məqsədi ilə təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi “Opel” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Ağdaş rayonuna daşıyarkən 10 aprel 2023-cü il tarixdə, saat 22:30 radələrində Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində saxlanılaraq Ağdaş rayon polis şöbəsinə gətirildikdən sonra, eyni tarixdə, saat 23:24-dən 11 aprel 2023-cü il tarixdə, saat 00:25-dək Məhkum üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan yaşıl rəngli koftanın sağ yan cibindən 01 ədəd sellofan torbanın içərisində 09 ədəd kağız bükümdə təmiz çəkiləri 0,102 qram, 0,133 qram, 0,118 qram, 0,100 qram, 0,074 qram, 0,089 qram, 0,154 qram, 0,123 qram və 0,059 qram ümumi təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 11 ədəd kağız və 26 ədəd sellofan bükümdə təmiz çəkiləri 0,092 qram, 0,085 qram, 0,112 qram, 0,094 qram, 0,077 qram, 0,081 qram, 0,088 qram, 0,109 qram, 0,106 qram, 0,091 qram, 0,080 qram, 0,299 qram, 0,356 qram, 0,282 qram, 0,244 qram, 0,286 qram, 0,218 qram, 0,320 qram, 0,254 qram, 0,246 qram, 0,314 qram, 0,341 qram, 0,285 qram, 0,292 qram, 0,374 qram. 0,221 qram, 0,191 qram, 0,274 qram, 0, 266 qram, 0,294 qram, 0,228 qram, 0,249 qram, 0,274 qram, 0,267 qram, 0,272 qram, 0,114 qram və 0,362 qram ümumi təmiz çəkisi 8,138 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd konvalyut və 04 ədəd konvalyut kəsiyində ümumilikdə 44 ədəd, ümumi miqdarı 9,90 qram, yəni külli miqdarda güclü təsir edən maddə tramadol, 02 ədəd konvalyut kəsiyində ümumilikdə 02 ədəd, ümumi miqdarı 0,6 qram güclü təsir edən maddə preqabalin aşkar edilərək götürülmüş, daha sonra 11 aprel 2023-cü il tarixdə, saat 00:56-dan 01:18-dək təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 02 ədəd sellofan bükümdə təmiz çəkiləri 0,280 qram və 0,241 qram, ümumi təmiz çəkisi 0,521 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd konvalyutda ümumi sayı 10 ədəd, ümumi çəkisi 2,25 qram güclü təsir edən maddə tramadol aşkar edilərək götürülmüşdür.
5. Şəki Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, 07 noyabr 2024-cü il tarixli hökmü ilə: Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 aprel 2023-cü il tarixdən hesablanması; təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən əsasən təyin olunmuş cəzaları qismən toplamaqla 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə təqsirləndirilən şəxs1 da Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi4, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi3 Mehman oğlu tərəfindən apellyasiya şikayətləri verilmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-**/**** nömrəli, 08 oktyabr 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, 07 noyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum və məhkum təqsirləndirilən şəxs2 tərəfindən kassasiya şikayətləri verilmişdir.
II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Məhkum Məhkum kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilməsi üçün kifayət qədər sübutların toplanılmadığını qeyd edib, cinayət işinin faktiki hallarının tam obyektiv və hərtərəfli araşdırılması, bu məqsədlə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-**/**** nömrəli, 08 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi, ona təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə əvəz edilməsi və ya cəzasının qismən yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Məhkum təqsirləndirilən şəxs2 kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə onun aidiyyətinin olmadığını, tutularkən döyüldüyünə görə özünə qarşı ifadələr verdiyini, eləcə də ona cəza təyin edilərkən məhkəmələr tərəfindən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını bildirib, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-**/**** nömrəli, 08 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasına uyğun cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətlərinə dair etiraz daxil olmamışdır.
III. Hüquqi məsələlər 13.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual
14. Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 15.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 16.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum Məhkum kassasiya şikayətində təqsirli bilindiyi maddələr üzrə təqsirliliyinin sübuta yetirilmədiyini, həmçinin ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
18. Məhkum təqsirləndirilən şəxs2 kassasiya şikayətində təqsirli bilindiyi maddələr üzrə cinayətin törədilməsinə aidiyyətinin olmadığı ilə yanaşı həmçinin əməlinin səhv tövsif edildiyini, eləcə də ibtidai istintaq dövründə ifadələrini işgəncə altında verdiyini, cəzasının ağır olduğunu iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. 19.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-**/**** nömrəli, 08 oktyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 20.Ilk öncə hər iki kassasiya şikayətində məhkumların ittiham edildiyi cinayət əməllərinin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyi, habelə məhkum təqsirləndirilən şəxs2 törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı olduğuna dair dəlillərə münasibətdə qeyd olunmalıdır ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 22.Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
24. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübuta əsaslanmalıdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).
26. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası kassasiya şikayətlərinin həmin hissələrinə aid müvafiq dəlillərini əsassız hesab edir. 27.Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən məhkumların verdikləri apellyasiya şikayətləri üzrə araşdırma aparmış apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, məhkumlar Məhkum və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri: - məhkumların ibtidai istintaq dövründə müdafiəçilərinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə üzərilərində şəxsi axtarış aparılan zaman verdikləri ifadələri; - maddi sübutlar – şəxsi axtarış zamanı məhkum Məhkum aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbanın içərisində 09 ədəd kağız bükümdə təmiz çəkiləri 0,102 qram, 0,133 qram, 0,118 qram, 0,100 qram, 0,074 qram, 0,089 qram, 0,154 qram, 0,123 qram və 0,059 qram ümumi təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 11 ədəd kağız və 26 ədəd sellofan bükümdə təmiz çəkiləri 0,092 qram, 0,085 qram, 0,112 qram, 0,094 qram, 0,077 qram, 0,081 qram, 0,088 qram, 0,109 qram, 0,106 qram, 0,091 qram, 0,080 qram, 0,299 qram, 0,356 qram, 0,282 qram, 0,244 qram, 0,286 qram, 0,218 qram, 0,320 qram, 0,254 qram, 0,246 qram, 0,314 qram, 0,341 qram, 0,285 qram, 0,292 qram, 0,374 qram. 0,221 qram, 0,191 qram, 0,274 qram, 0, 266 qram, 0,294 qram, 0,228 qram, 0,249 qram, 0,274 qram, 0,267 qram, 0,272 qram, 0,114 qram və 0,362 qram ümumi təmiz çəkisi 8,138 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd konvalyut və 04 ədəd konvalyut kəsiyində ümumilikdə 44 ədəd, ümumi miqdarı 9,90 qram, yəni külli miqdarda güclü təsir edən maddə tramadol, 02 ədəd konvalyut kəsiyində ümumilikdə 02 ədəd, ümumi miqdarı 0,6 qram güclü təsir edən maddə preqabalin, habelə digər məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 aşkar edilmiş 02 ədəd sellofan bükümdə təmiz çəkiləri 0,280 qram və 0,241 qram, ümumi təmiz çəkisi 0,521 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd konvalyutda ümumi sayı 10 ədəd, ümumi çəkisi 2,25 qram güclü təsir edən maddə tramadol; - məhkum edilmiş şəxslərin istifadəsində olmuş mobil telefonlarda aşkar olunan yazışmaların məzmunu – təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** mobil telefon nömrəsindən ********** mobil telefon nömrəsinə 22 iyun 2022-ci il tarixdə göndərdiyi “Rauf qaqa ala bele elemede etega evlerinde qirgindi 16 manat pul atmisan iki yetim Daha dedi raufa mal vermicem Senol s***di vermicek daha”, habelə digər məhkum təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** mobil telefonuna 07 fevral 2023-cü il tarixdə daxil olmuş “Ay kemale menem revan bes bele olmaz axı men seherden seni gözləyirəm mene 1 dene yarı lazımdır bir söz de” və “Ay kamı ev tekdi eve getmeliyem seher nece danışdın ta mende sene arxain oldum hec KIV axdarmamışam mene bir xeber” qısa mətnli mesajlarla; - məhkumlardan Məhkum 10 aprel 2022-ci il tarixdən 11 aprel 2023-cü il tarixədək olan müddət ərzində təqsirləndirilən şəxs1 ilə 935 dəfə və təqsirləndirilən şəxs2 ilə 28 dəfə; təqsirləndirilən şəxs2 09 dekabr 2022-ci il tarixdən 02 aprel 2023-cü il tarixədək olan müddət ərzində Məhkum ilə 26 dəfə və 23 dekabr 2022-ci il tarixdən 06 aprel 2023-cü il tarixədək olan müddət ərzində təqsirləndirilən şəxs1 ilə 119 dəfə telefon əlaqəsində olması; - məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə-tibb ekspertizalarının rəyləri; - şahidlərin cinayət təqibinin bütün mərhələlərində verdikləri ifadələri; - “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, üzləşdirmə protokolları; - digər istintaq və məhkəmə hərəkəti protokolları, - maddi sübutlar və başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir. 28.Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı pozuntu aşkar etməmiş, məhkumlar Məhkum və təqsirləndirilən şəxs2 hazırkı qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham olunduğu maddələrində nəzərdə tutulan cinayət tərkibinin mövcudluğunun sübuta yetirildiyi, eyni zamanda həmin maddələr üzrə təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraət əsaslarının olmadığı barədə nəticəyə gəlmişdir. 29.Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə dair qənaəti cinayət işinin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər irəli sürülmədiyindən, məhkəmə kollegiyası məhkumlar Məhkum və təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə nəticəni şübhə altına almaq üçün əsaslar müəyyən etmir. 30.Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № *, § 9, 14 iyun 2024-cü il).
31. Məhkumlar kassasiya şikayətlərində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olduqlarını inkar etmiş, bunu təsdiqləyən hər hansı sübutun olmadığını bildirmiş, lakin üzərilərində daşıdıqları narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin növ müxtəlifliyi, çəkisi, ayrı-ayrı bağlamalarda qablaşdırılması, habelə istifadələrində olmuş mobil telefon cihazlarında danışıq və zənglər üzrə aşkar edilmiş məlumatların məzmunu və sayı onların qabaqcadan əlbir olan sabit qrup təşkil etməklə həmin narkotikləri satış məqsədilə əldə etdiklərini təsdiq edir. 32.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin müvafiq dəlillərini müzakirə edərək hesab edir ki, mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də vahid məhkəmə təcrübəsinə uyğundur.
33. Məhkumlar Məhkum və təqsirləndirilən şəxs2 onlara təyin edilmiş cəzanın həddindən artıq ağır olduğuna dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əməlin sübuta yetirilməsi və hüquqi tövsifinin düzgün müəyyən edilməsi ilə yanaşı məhkumlara təyin edilmiş cəzaya münasibətdə də məhkəmələr əsaslı nəticəyə gəlmişlər.
34. Belə ki, cinayət qanunvericiliyinə əsasən, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
35. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 36.Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
37. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 38.Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin təfsirindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. 39.O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 40.Məhkəmə kollegiyası yuxarıda istinad edilənlərə əsaslanmaqla qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsində məhkumlar Məhkum və təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməlləri ağır cinayətlər kateqoriyasına aid edilmiş, onlardan: - Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş; - Azərbaycan Respublikası CM-nin və 240.3.2-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. 41.Cinayət işinin materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum və təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini səciyyələndirən halları, ailə vəziyyətlərini, habelə təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, hər ikisinə münasibətdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq, təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyaları həddində qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. 42.Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsinin tərəfindən eyni əsaslarla təsdiqlənmişdir.
43. Məhkumlar Məhkum və təqsirləndirilən şəxs2 daha yüngül cəzanın təyin edilməsi üçün əsaslar müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyininə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi qənaət yuxarıda istinad edilən maddi və prosessual cinayət hüququ normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə, eləcə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair işlər üzrə cəza təyini sahəsində formalaşmış vahid məhkəmə təcrübəsinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədlərinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə xidmət edir.
44. Məhkəmə kollegiyası məhkum təqsirləndirilən şəxs2 kassasiya şikayətində qaldırılan, ibtidai istintaq dövründə işgəncəyə məruz qalmaqla etirafedici ifadələr verməsinə dair dəlilləri də əsassız hesab edir. 45.Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, ** saylı qərarının 25-ci bəndinə əsaslanaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir.
46. Milli qanunvericilik və məhkəmə təcrübəsi ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi Insan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız həmin şikayətin əvvəlki paraqrafda qeyd edilən Cinayət- Prosessual Məcəlləsinin müvafiq müddəaları ilə müəyyən edilmiş qaydaya riayət edilməklə ölkədaxili prosedur daxilində qaldırılması və baxılaraq ona münasibətin bildirilməsindən sonra mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № *****/**, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № *****/**, §§ 12- 20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № ****/**, §§ 11-21, 2 oktyabr 2012ci il). 47.Təsvir edilənlərə əsaslanmaqla məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işinin materiallarından göründüyü kimi, məhkum təqsirləndirilən şəxs2 peşəkar müdafiəçi ilə təmin edilmiş, lakin istər özü, istərsə də vəkili vasitəsilə ibtidai istintaq dövründə pis rəftara məruz qalmasına dair şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, hazırda da bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. 48.Məhkumun məhkəməyədək istintaq dövründə məruz qaldığı təzyiqlərlə bağlı hazırda qaldırdığı iddiaya münasibətdə məhkəmə kollegiyası, Ali Məhkəmənin yuxarıda istinad edilən “Məhkəmə hökmü haqqında” qərarının 26-cı bəndinə əsaslanmaqla qeyd edir ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə təsdiqlənməyən və yalnız ifadənin fiziki və ya psixi zorakılığın təsiri ilə alındığı iddiası özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaratmır. Bu hal müdafiə tərəfini iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad etmir və ittiham tərəfinin üzərinə zorakılığın mövcud olmadığını və sübutun yolverilənliyini sübut etmək vəzifəsi qoyan hal kimi nəzərdən keçirilə bilməz. 49.Məhkəmə kollegiyasının belə mövqeyi Avropa Məhkəməsinin presedent hüququnda da öz təsdiqini tapır: presedentlərə əsasən, pis rəftarla bağlı iddialar müvafiq dəlillərlə dəstəklənməli, dəlilləri qiymətləndirərkən “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edilməlidir; müvafiq sübutlar kifayət qədər güclü, aydın və uyğun nəticələrin mövcudluğunu, yaxud təkzib olunmayan oxşar fakt prezumpsiyasını birgə əks etdirməlidir (Çerneqa və Başqaları Ukraynaya qarşı, № *****/**, § 151, 18 iyun 2019cu il).
50. Məhkum təqsirləndirilən şəxs2 aid kassasiya şikayətində pis rəftarla bağlı qaldırılan iddia ümumi sözlərlə əsaslandırılmış, iddianın həqiqiliyinə dəlalət edən hər hansı sübut və ya onu konkretləşdirən yetərli məlumat təqdim edilməmişdir. 51.Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmələrin tədqiq etdikləri “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, təqsirləndirilən şəxs2 Ağdaş rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir.
52. Həmçinin iş materiallarında olan məhkəmə-tibb ekspertizasının *** nömrəli, 10 iyun 2023-cü il tarixli rəyində də göstərilir ki, təqsirləndirilən şəxs2 məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. 53.Müvafiq olaraq, məhkəmə kollegiyası təsvir edilən xüsusatları, o cümlədən məhkum təqsirləndirilən şəxs2 baxılan kassasiya şikayətində onun təzyiqlərə məruz qalmasına dair əsaslı şübhə yaradan hər hansı dəlil təqdim etmədiyini nəzərə alaraq, onun ibtidai istintaq dövründə etirafedici ifadəni təzyiq altında verməsi barədə iddiasını cinayət məsuliyyətindən yayınmaq məqsədilə formal olaraq irəli sürülmüş dəlil kimi qiymətləndirir və kassasiya şikayətini bu hissədə də əsassız hesab edir. 54.Beləliklə məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərə əsaslanaraq hesab edir ki, hər iki instansiyası məhkəməsində məhkəmə baxışı cinayət ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, ittiham və müdafiə tərəfində olan bütün iştirakçılara öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
55. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 56.Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-**/**** nömrəli, 08 oktyabr 2025ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ: Məhkum Məhkum və məhkum təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-**/**** nömrəli, 08 oktyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.