Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-137/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X2, Müdafiəçi – “xxxx” Vəkil Bürosunun vəkili X1, ##.##.2007-ci il tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, əvvəl məhkum olunmamış, Şəmkir rayonu, Yeni Həyat kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli hökmündən məhkumun müdafiəçisi müdafiəçi2 Inqilab oğlu və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi müdafiəçi1 Kəmaləddin oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər A.Məmmədov (sədrlik edən), M.Məmmədzadə və İ.Ibişov) Məhkum Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə bəraət verilməsi, onun CM-in 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, məhkəmə iclas zalından dərhal həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, verilmiş mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh Məhkum dəymiş maddi ziyana görə 2000 (iki min) manat və vurulmuş mənəvi zərərə görə isə 3000 (üç min) manat olmaqla, ümumilikdə 5000 (beş min) manat məbləğində pulun tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, mülki iddianın digər hissədə təmin edilməməsi hökm edilmişdir. Məhkəmənin hökmündən zərərçəkmiş şəxsin nümayəndəsi və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər M.Məmmədov (sədrlik edən), Ə.Abdullayev və N.Əliyev) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməklə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmü qismən - Məhkum irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin xaric edilməsi hissəsində ləğv olunmuş, Məhkum Azərbaycan Respublikası CM-in 126.2.3 və 126.2.4cü maddələri ilə təqsirli bilinərək ona 6 (altı) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzasının əvvəli ##.##.2025-ci il tarixdən hesablanmış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- ***/**** nömrəli hökmündən məhkum Məhkum müdafiəçisi müdafiəçi2 Inqilab oğlu və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi müdafiəçi1 Kəmaləddin oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. Işin halları: Ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 126.2.3, 126.2.4 və 221.1-ci maddələri ilə ittiham verilmişdir, ondan ötrü ki, o, ## ###### 2024-cü il tarixdə saat 18 radələrində Göygöl rayonu, Xəqani kəndində “Sərin” şadlıq sarayında qohumu üçün təşkil edilmiş toy məclisində olan zaman şadlıq sarayının digər zalında təşkil edilmiş toyda qonaq qismində iştirak edən və həmin toyda itirdiyi qızıl boyunbağını axtarmaq üçün gəlmiş, yetkinlik yaşına çatmayan ##.##.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun guya qadın qohumlarına baxmasını bildirməklə sonuncunun ünvanına nalayiq ifadələr işlətmiş, sonuncu ona heç kimə baxmadığını, itmiş əşyanı axtardığını bildirməsinə baxmayaraq saat 19 radələrində qeyd edilən ünvanda Zərərçəkmiş şəxs restoranın qarşısına çağırıb heç bir əsaslı səbəb olmadan özünü cinayətkar aləmin Şəmkir rayonundan olan nüfuzlu şəxsinin yaxını olduğunu bildirməklə öz şəxsiyyətini digərlərinin fövqündə qoyub, ətrafdakı şəxslərə özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirmək üçün sonuncunun doğması olan qardaşı və qohumu olan yetkinlik yaşına çatmayan ##.##.2011-ci il təvəllüdlü şahid3 gözü qarşısında, Zərərçəkmiş şəxs qarşı zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edib yumruq və təpik zərbələri ilə vuraraq sonuncuya sağ gözün üst qapağının, sağ qaş nahiyəsinin yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, sağ almacıq, əng, sağ orbitanın aşağı divarının və burun sümüklərinin sınıqları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞIR zərər vurmaya, sağ gözlə görmənin itməsi, sağ gözün torlu qişasının qopması ilə müşayiət edilən - dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən çox olmaqla sağlamlığın daimi dayanıqlı itirilməsinə səbəb olmaqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa AĞIR zərər vurmuş, ətrafa şəxslərin toplanması ilə nəticələnən, aşkar surətdə ictimai qaydaya qarşı saymamazlıqla nəticələnən qərəzli xuliqanlıq hərəkətləri edərək, xüsusi amansızlıq və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə Məhkum hərəkətlərində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin tərkib əlamətlərinin olmasının sübuta yetirilmədiyi qənaətinə gələrək, həmin maddə ilə ona bəraət vermiş, eyni zamanda onun xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmasına dair müddəaları ittihamdan xaric etmiş, Məhkum əməlində CM-in 126.2.3-cü maddəsinin tərkibinin olması qənaətinə gəlmiş və onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi isə toplanmış sübutları qiymətləndirməklə Məhkum CMin 221.1-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə birinci instansiya məhkəməsi ilə razılaşsa da, onun zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurarkən xuliqanlıq niyyətinin olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, Məhkum tərəfindən törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin motivi öz şəxsiyyətini digərlərinin fövqündə qoymasında ifadə olunan xuliqanlıq niyyəti olmuşdur. Buna görə məhkəmə, Məhkum CM-in 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilərək cəza təyin etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm birinci instansiya məhkəməsi həmdə apellyasiya instansiya məhkəməsi qanunları təhrif edərək ədalətsiz, qanunsuz və əsassız mövqe nümayiş etdirmişlər. Qəbul edilən məhkəmə aktları, obyektiv həqiqət və cinayət prossesual məcəlləsinin tələbləri ilə uzlaşmır. Bir sözlə, Məhkum barəsində çıxarılmış hökm məhkəmə araşdırılmasında müəyyən olunmuş sübutlara deyil, istintaq orqanının gəldiyi nəticə ilə üst-üstə düşmüşdür. Belə ki, verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdu ki, birinci instansiya məhkəməsi məhkəmədə toplanan sübutlara əsaslanıb hökm çıxarmamış, yalnız zərərçəkən və şahidlərin istintaqda verdiklərini əsas götürmüş, şikayətin bununla bağlı dəlillərinə demək olar ki, qiymət verməmiş, müdafiə tərəfinin heç bir vəsatətini təmin etməmişdir. Iş materiallarından görünür ki, zərərçəkmiş şəxs ilkin olaraq xəstəxanaya aparılmış və xəstəxananın verdiyi arayışa əsasən o, yıxılaraq xəsarət almışdır. Həmin vaxt zərərçəkmiş şəxsin vurularaq döyülməsi bildirilməmişdir. Zərərçəkmiş şəxs yıxılma nəticəsində deyil, başının turbaya dəyməsi nəticəsində xəsarət almışdır. Məhz bu səbəbdən həkim deyə bilər ki, xəsarət yıxılmaya uyğun deyil. Bundan əlavə, zərərçəkmiş şəxsin qardaşının hadisə yerində olmasını və təqsirləndirilən şəxsin bunu bilməsini təsdiq edən heç bir fakt yoxdur. Şikayət müəllifi hesab edir ki, məhkəmə prossesində araşdırılmış sübutlardan, istər təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, istərsə digər sübutlar, o cümlədən ekspertiza rəyləri ilə təqsirləndirilən şəxsin təqsiri öz təsdiqini tapmamışdır. Odur ki, kassator yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində iş üzrə icraata bəraətverici əsalarla xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkuma, onun məsuliyyətini ağırlaşdıran və yüngüləşdirən hallar nəzərə alınmadan cəza təyin olunduğundan həmin qərar ləğv edilməli və məhkuma daha ağır cəza təyin edilməsi üçün cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Belə ki, hazırkı işin apellyasiya baxışında birinci instansiya məhkəməsindən fərqli heç bir yeni yüngülləşdirici hal aşkar edilməmiş və vurulmuş maddi və mənəvi ziyan hələ də ödənilməmiş qalmış, zərərçəkmiş şəxslə barışıq əldə edilməmiş, buna ümumiyyətlə cəhd də edilməmiş, törədilmiş cinayət əməlinin ictimai təhlükəli nəticələri aradan qalxmamışdır. Belə olan halda da məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın həddinin vurulmuş fiziki, maddi və mənəvi ziyana, törədilmiş cinayətlərin xarakterinə uyğun olmayan dərəcədə, həddən artıq yüngülləşdirməsi ilə nəticələnmiş, aşağı həddə cəzanın nəyə görə təyin olunmasının hüquqi əsaslandırılmasını aparmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş tibbi sənədlərdən və digər sübutlardan göründüyü kimi təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi ömürlük kor etmiş və zərərçəkmiş şəxsin müalicəsi üçün heç bir köməklik göstərməmiş, əksinə ifadələrində zərərçəkmiş şəxsi hadisənin baş verməsində günahlandırmışdır. Zərərçəkmiş şəxsə bu qədər xəsarət yetirmiş, bundan zərrə qədər narahat olmayan, hətta özünü təqsirli bilməyən, törətdiyi əməldən heç bir peşmançılıq hissi keçirməyən şəxsin barəsində 6 (altı) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası vermək haddən artıq azdır və ədalətsiz cəzadır. Beləliklə, şikayət müəllifi göstərilənlərə əsasən məhkum Məhkum barəsində cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qərarının məhkuma cəza təyin edilməsi hissəsində ləğv olunmasını və ona daha ağır cəza təyin edilməsi üçün cinayət işinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumun müdafiəçisi müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq Məhkum CM-in 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ona bəraət verilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla, zərərçəkmiş şəxsin nümayəndəsi isə kassasiya şikayətində məhkəmə tərəfindən Məhkum CM-in 126.2.3 və 126.2.4-cü maddələri ilə şəxsiyyəti, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi ilə uzlaşmayan yüngül cəzanın təyin olunduğunu iddia edərək, təyin edilmiş cəzanın ağırlaşdırılması üçün işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini faktiki olaraq CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş halla əlaqələndirmişlər. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçi müdafiəçi2 kassasiya şikayətində məhkum Məhkum təqsirlilik məsələsini mübahisələndirdiyindən məhkəmə kollegiyası ilk növbədə, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs heç bir xəsarət yetirmədiyini iddia etməklə sonuncunun əməlində cinayət tərkibinin olmamasına, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq, Məhkum barəsində CM-in 126.2.3 və 126.2.4cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında tələbini məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayətprosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına baxmayaraq, Məhkum barəsində CM-in 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinməsinə və hökmün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətində göstərilənlərlə eyni məzmunda olan dəlilləri müdafiə tərəfi birinci və apellyasiya instansiyası məhkəmələri qarşısında da irəli sürmüş və həmin dəlillər məhkəmələr tərəfindən, o cümlədən birinci instansiya məhkəməsində cinayət-prosessual qanunda müəyyən edilmiş prosedurlara uyğun keçirilmiş, cinayət prosesi tərəflərinin bərabər şərtlər əsasında təmsil olunduqları, onların prosessual hüquqlarının təmin olunduğu məhkəmə baxışının gedişində CPM-in 33, 125, 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutlar bilavasitə tədqiq edilməklə tam, hərtərəfli və obyektiv araşdırılmış və sonda istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi Məhkum qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurması qənaətinə gəlmişlər. Birinci instansiya məhkəməsi Məhkum bu əməli xüsusi amansızlıqla (zərərçəkmiş şəxsin doğma qardaşının gözü qarşısında törətməklə) törətməsi qənaətinə gələrək sonuncunu CM-in 126.2.3-cü maddəsi ilə təqsirli bilsə də, apellyasiya məhkəməsi Məhkum əməli bu əlamətlə yanaşı həm də xuliqanlıq niyyəti ilə törətməsi, onun əməlində CM-in 126.2.3-cü maddəsi ilə yanaşı, həm də 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu, sonuncunun həmin maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında qənaətə gəlmişdir. Məhkəmə kollegiyasının qənaəti isə ondan ibarətdir ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və CPM-in 146cı maddəsinin tələbləri gözlənilməklə məhkumun təqsirliliyi barədə yekun nəticələr zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər şahid3 və şahid5 ibtidai istintaq və məhkəmə istintaqı zamnı verdikləri ifadələri (həmin ifadələrdə onlar israrla zərərçəkmiş şəxsə xəsarətlərin məhz Məhkum tərəfindən yetirildiyini, hadisə zamanı hər üçünün hadisə yerində olduğunu, Məhkum zərərçəkmiş şəxsi vurmasına mane olmağa çalışıldığı və s. bildirilmişlər), məhkəmə-tibbi ekspertizasının ##.##.2024-cü il tarixli, ** nömrəli rəyi (rəydə isnad edilən X3 ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs adına tərtib edilmiş ##.##.2024-cü il tarixli epiqrizdən görünür ki, xəstə yaxınlarının deməsinə görə bugün saat 5-7 radələrində tanımadıqları şəxs tərəfindən döyülmüşdür, rəyə əsasən zərərçəkmiş şəxsin bədəni üzərində aşkar edilmiş xəsarətlər kənar şəxs tərəfindən döyülmə nəticəsində əmələ gəlmələri istisna edilmir, həmin xəsarətlərin onun yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil), məhkəmə istintaqı zamanı dindirilmiş ekspert şahid4 ifadəsi (zərərçəkmiş şəxsin bədəni üzərindəki xəsarətlər yıxılmağa xarakterik deyil, ardıcıl zərbələr nəticəsində əmələ gəlməyə xarakterikdir), üzləşmə və digər istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmış, məhkəmə CM-in 126.2.3 və 126.2.4-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun hərəkətlərində CM-in 126.2.3 və 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında nəticəyə gəlmişdir. Adı çəkilən sübutlar apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib ittiham və müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından, həm də kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin çıxardığı nəticəni təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək yeni dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkuma yüngül cəzanın təyin edilməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Baxılan işdə məhkəmələr Məhkum cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkum cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmələrin cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə CM-in 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya şikayətində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Qeyd olunan halların fonunda (həmçinin, cinayətin törədilmə halları nəzərə alındıqda) Məhkum apellyasiya məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən halların olmasının, ağırlaşdıran halların olmamasının, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Yuxarıda şərh olunanlara, CM-in 8.1, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı Qərarının tövsiyələrinə əsaslanaraq, kassasiya kollegiyası məhkumun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, işin hallarını nəzərə alaraq, cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasını zəruri hesab etmir və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmü ilə təyin edilmiş cəzanın kassasiya şikayətinə münasibətdə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətləri ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, bu şikayətlərin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin təmin edilməməsinə dair məhkumun müdafiəçisinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi müdafiəçi2 və zərərçəkmiş şəxsin nümayəndəsi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkum Məhkum barəsində olan 2025-ci il # ###### tarixli hökmü verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi müdafiəçi2 Inqilab oğlu və zərərçəkmiş şəxsin nümayəndəsi müdafiəçi1 Kəmaləddin oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli hökmü verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-137/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-137/2026
24.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver