Məhkəmə qərarları › İş №1(1-8)-141/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-141/2026

21.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-141/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Cinayət məsuliyyətindən azad edilmiş şəxs – Məhkum iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətindən azad edilmiş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Gəncə Şəhər Məhkəməsinin (hakim: Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi) 22 may 2025-ci il tarixli 1(125)-127/2025 nömrəli qərarı ilə ##.##.2003-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, xxx ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzasının əvvəlinin 26.07.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət məhkəmə tərkibində) 14 oktyabr 2025-ci il tarixli 1(104)-389/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 22 may 2025ci il tarixli hökmü ləğv edilmiş, Məhkum əməlləri təqsirli bilindiyi CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, Məhkum zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində CM-in 128-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinə CM-in 73.2-ci maddəsinə əsasən xitam verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi müəyyən edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. IŞIN HALLARI: Verilmiş ittihama və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Məhkum 14 mart 2023-cü il tarixdə, saat 22 radələrində xxx ünvanında yerləşən 3 saylı yataqxananın qarşısında ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edib əvvəllər tanımadığı zərərçəkmiş şəxs1 ətrafda toplaşan çoxsaylı insanların gözü qarşısında nalayiq ifadələrlə təhqir etmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını pozub zərərçəkmiş şəxs1 guya qonşuluqda yaşayan x kimi tanınan X5 guya əxlaqsız təklif etməsini bəhanə edib bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul etdiyini cüzi səbəb kimi gətirmiş, şəxslər üzərində zor tətbiq olunması itə müşayiət edilən hərəkətlər edib yumruq zərbəsi ilə zərərçəkmiş şəxs1 vurmuş, sonuncu onun əlindən qaçarkən onu təqib etmiş, zərərçəkmiş şəxs1 yerə yıxılmasından istifadə edərək təpik zərbələri ilə onu vurmuş və bu zaman zərərçəkmiş şəxs1 da sol əlin üst səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, cinayətkar əməllərini davam etdirib üzərində gəzdirdiyi soyuq silah sayılmayan məişət-təsərrüfat təyinatlı turist bıçağını silah qismində tətbiq edib zərərçəkmiş şəxs1 bir dəfə zərbə yetirib sonuncuya sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, Məhkum, təkrar olaraq qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edib bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görüb və bunu arzu edərək, 9 mart 2024-cü il tarixdə yaşadığı xxx yerləşən 19 saylı bina evinin dördüncü mərtəbəsində yerləşən 10 nömrəli mənzilin pəncərəsindən intihar etməyə cəhd edərkən ona mane olmuş polis əməkdaşlarına şərait yaratmasını özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirmək üçün 25 iyul 2024-cü il tarixdə, saat 23 radələrində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydsizlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan ünvan 1 ünvanında üzərində olan təyinatı istintaqa məlum olmayan bıçağı silah qismində tətbiq edib 9 mart 2024-cü il tarixdə polis əməkdaşlarına köməklik etmiş zərərçəkmiş şəxs2 döş qəfəsinin ön səthinin, sol çiyin, sağ əlin V barmağının, sağ said, sağ sarğı nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən və bundan başqa sonuncunu əli ilə döyərək sol kürək üstü nahiyənin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə zor tətbiq edib təkrar qərəzli xuliqanlıq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 14 oktyabr 2025-ci il tarixli qərarına əsasən yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASIYA PROTESTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Dövlət ittihamçısı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2025-ci il tarixli qərarını ləğv edərək, cinayət işini yeni apellyasiya baxışına təyin olunmasını xahiş edərək, tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Apellyasiya məhkəmə kollegiyası bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanaraq, şəxsin əməlini CM-in 128-ci maddəsinə tövsif edib CM-in 73.2-ci maddəsinə əsasən xitam verərək cinayət törətmiş şəxsi məsuliyyətdən kənarda qoymuşdur. Iş üzrə birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv məhkəmə araşdırması apararaq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum cinayət əməllərinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilmiş əməldə konkret cinayətlərin əlamətlərinin olmasını nəzərə almamış, işi qeyri-obyektiv və birtərəfli apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, iş materiallarında olan mövcud sübutları əsassız olaraq subyektiv mülahizələrinə əsasən digər sübutlarla müqayisəli tədqiq etmədən və işin faktiki hallarını nəzərə almadan yanlış nəticəyə gəlmiş, bunun nəticəsi olaraq az ağır cinayət törətmiş şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətindən kənarda qalmışdır. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin şəxsi münasibətlər zəminində baş verməsinə dair nəticəyə gələrkən, işin obyektiv hallarına düzgün qiymət verməmiş, şəxs tərəfindən törədilmiş cinayət əməlində konkret xuliqanlıq cinayətinin əlamətlərinin sübuta yetirilməsini nəzərə almamış, nəticə etibarı ilə Məhkum məsuliyyətdən kənarda qoymaqla CPM-in 143-146-cı maddələrinin tələblərini, CM-in əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Beləliklə, ittihamın əsaslandırılması üçün sübutlar məhkəmə kollegiyası tərəfindən əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin qəbul edilməsinin motivləri tam göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da əməlin hüquqi tövsifində səhvə yol verərək hər iki cinayət hadisəsi üzrə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. Göstərinlərə əsasən dövlət ittihamçısı Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2025-ci il tarixli qərarını ləğv edərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum törətdiyi əməlin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda əsassız olaraq CM-in 128-ci maddəsi ilə tövsif edildiyini qeyd etməklə, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərindən çıxış edərək, cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2025-ci il tarixli qərarı isə ləğv edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. Izah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazımınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Ibtidai istintaq orqanı tərəfindən Məhkum ittiham olunduğu CM-in 221.3-cü maddəsinin dispozisiyası - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq kimi müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin Məhkum əməlini tövsif etdiyi CM-in 128-ci maddəsinin dispozisiyası isə - sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma kimi müəyyən edilmişdir. Ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, işin faktiki hallarına görə Məhkum qəsdi müstəsna olaraq zərərçəkmiş şəxslərlə onun arasında olan şəxsi münasibətlərlə şərtlənmiş, onun qəsdi ilə cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması, ictimai qaydanın kobud şəkildə pozulması əhatə olunmamış, lakin ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi bu xüsusatlara diqqət yetirmədikləri üçün təqsirləndirilən şəxsin əməlində xuliqanlıq motivinin olmamasını və ictimai qaydaya qəsd edilmədiyini nəzərlərindən qaçırmışlar. Beləliklə, apellyasiya məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü başqalarından üstün şəxsiyyət kimi təqdim etmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaq, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyətində olmadığı, ictimai qaydanı kobud surətdə pozmadığı və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmədiyindən onun əməlində CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin mövcud olmadığı, zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində başlamış mübahisə və əlbəyaxa dalaşma zamanı zərərçəkmiş şəxslərə sağlamlığına yüngül zərər vurmanın CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğun olması barədə yekun hüquqi nəticəyə gəlmişlər. Lakin, kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə müqayisəli təhlil edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, müdafiə tərəfinin isə kassasiya protestinin təmin olunmaması barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilməmiş və Məhkum əməlinin tövsifi ilə bağlı düzgün olmayan hüquqi nəticəyə gəlinmişdir. Kassasiya məhkəməsi hesab edir ki, dövlət ittihamçısının verdiyi kassasiya protestində göstərilən dəlillər iş materialları ilə təsdiq olunur və əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi zamanı cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edilməmiş, sübutlar hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmamışdır. Məhkəmə kollegiyası bir sıra mühüm sübutları əsassız olaraq rədd etmiş, digər sübutları isə üstün tutarkən bunun motivlərini qərarda göstərməmişdir ki, bu da qəbul edilmiş qərarın qanuniliyinə və əsaslılığına şübhə yaradır. Iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələrdə hər iki epizod üzrə öz əməllərini etiraf etmiş, zərərçəkmiş şəxslərə qarşı fiziki zor tətbiq etdiyini və bıçaqdan istifadə etdiyini açıq şəkildə bildirmişdir. Həmin ifadələr zərərçəkmiş şəxslərin ilkin ifadələri, şahid ifadələri, baxış protokolları və digər maddi sübutlarla uzlaşır. Xüsusilə, zərərçəkmiş şəxs1 paltarlarında aşkar edilmiş deşilmə izləri və qan ləkələri, eləcə də hadisənin başvermə mexanizmi ibtidai istintaq zamanı verilmiş ifadələri təsdiq edən mühüm sübutlar kimi çıxış edir. Iş üzrə müəyyən edilmiş hallardan aydın olur ki, Məhkum hərəkətləri ictimai yerdə, digər şəxslərin iştirakı ilə baş vermiş, zor tətbiqi ilə müşayiət olunmuş və nəticə etibarilə zərərçəkmiş şəxslərin sağlamlığına zərər vurulmuşdur. Bu hallar onun əməllərində ictimai qaydanı kobud şəkildə pozma və cəmiyyətə açıq hörmətsizlik ifadə edən davranış elementlərinin olub-olmamasının düzgün araşdırılmasını zəruri edirdi. Lakin apellyasiya məhkəməsi bu məsələyə səthi yanaşmış, xuliqanlıq cinayətinin obyektiv və subyektiv əlamətlərinin mövcudluğunu lazımi qaydada qiymətləndirməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edərkən Konstitusiya Məhkəməsi və Ali Məhkəmə Plenumunun müvafiq qərarlarında verilmiş hüquqi izahları nəzərə almamışdır. Halbuki həmin izahlara əsasən, əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarınmotivi, ictimai qaydanın kobud pozulması və cəmiyyətə açıq hörmətsizlik kimi əlamətlərin olub-olmaması yalnız bütün sübutların məcmu halında düzgün qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Belə ki, iş üzrə toplanmış sübutlardan, xüsusilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsindən görünür ki, 14 mart 2023-cü il tarixdə hadisə yaşayış binasının qarşısında, yəni ictimai yerdə, digər şəxslərin iştirakı ilə baş vermişdir. Məhkum özü göstərmişdir ki, həmin vaxt binanın sakinləri tonqal ətrafında toplaşmış, o isə tanımadığı bir şəxsə yaxınlaşaraq əvvəlcə onun sifətinə yumruq zərbəsi vurmuş, daha sonra qaçan şəxsin arxasınca gedərək onu yerdə təpiklərlə vurmuş və nəhayət, “üzərində olan qara rəngli cib bıçağını çıxardaraq həmin şəxsin sol kürək nahiyəsinə bir dəfə zərbə vurmuşdur”. Bu ifadə zərərçəkmiş zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadə ilə də üst-üstə düşür. Zərərçəkmiş də qeyd etmişdir ki, x adlı şəxs onun üz nahiyəsinə yumruq vurmuş, o qaçarkən yıxılmış, bundan sonra təpiklənmiş və sonda bıçaqla kürək nahiyəsindən vurulmuşdur. Həmin hallar 15 mart 2023-cü il tarixli baxış protokolu ilə də obyektiv şəkildə təsdiq olunur. Belə ki, zərərçəkmişin geyimlərində – poluver, köynək və gödəkçənin kürək hissəsində bir ədəd deşilmə izinin olması və həmin izlərin üst-üstə düşməsi, eləcə də qanabənzər ləkələrin aşkar edilməsi bıçaq zərbəsinin məhz arxa nahiyədən vurulmasını sübuta yetirir və həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmişin ilkin ifadələri ilə uyğunluq təşkil edir. Bu isə sübutların qarşılıqlı təsdiqedici xarakter daşıdığını göstərir. Eyni qaydada, 25 iyul 2024-cü il tarixli hadisə ilə bağlı da Məhkum ibtidai istintaq zamanı bildirmişdir ki, zərərçəkmiş şəxs2 ilə aralarında mübahisə yaranmış, bu zaman o, “üzərində gəzdirdiyi bıçaqla x-in sinəsindən, sol çiynindən və sağ qolundan vurmuşdur”. Bu ifadə zərərçəkmiş zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadə ilə uyğunluq təşkil edir. Belə ki, zərərçəkmiş qeyd etmişdir ki, x onun ünvanına söyüşlər söyərək “üzərindəki bıçaqla onun bədən nahiyəsinə bir neçə dəfə zərbələr endirmişdir”. Göründüyü kimi, hər iki epizod üzrə təqsirləndirilən şəxsin hərəkətləri ardıcıl, məqsədyönlü və zor tətbiqi ilə müşayiət olunmuşdur. Şahid ifadələri də bu halları dolayı yolla təsdiq edir. Şahid şahid2 bildirmişdir ki, hadisə zamanı x və x-in bir-birini itələdiklərini görmüşdür. Şahid şahid1 da onların arasında mübahisə yarandığını və fiziki təmasın baş verdiyini təsdiqləmişdir. Hər iki şahid bıçağın tətbiqini görmədiklərini bildirsələr də, bu hal təqsirləndirilən şəxsin öz etirafedici ifadələri, zərərçəkmişin ilkin ifadəsi və maddi sübutlarla tam şəkildə kompensasiya olunur və sübutlar məcmu halda qiymətləndirildikdə hadisənin başvermə mexanizmini aydın şəkildə ortaya qoyur. Göründüyü kimi, hadisə ictimai yerdə, çoxsaylı şəxslərin gözü qarşısında başlanmış, zor tətbiqi ilə müşayiət olunmuş və təqsirləndirilən şəxsin davranışı açıq şəkildə aqressiv və səbəbsiz xarakter daşımışdır. Tərəflər arasında əvvəlcədən hər hansı şəxsi ədavətin olmaması, təqsirləndirilən şəxsin özünün də etiraf etdiyi kimi zərərçəkmişi tanımaması, hadisənin məhz ictimai mühitdə və digər şəxslərin iştirakı ilə baş verməsi onun hərəkətlərinin şəxsi münasibətlər zəminində deyil, ictimai qaydaya qarşı yönəldiyini göstərən mühüm hallardır. Apellyasiya məhkəmə kollegiyasının dava-dalaşın başlamasına səbəbin zərərçəkmişin özünün hüquqa zidd hərəkətləri olmasına dair gəldiyi nəticə anlaşılmaz olub, iş üzrə tədqiq edilmiş sübutlara əsasən zərərçəkmiş şəxsin “hüquqa zidd” hərəkətlərinin özündə nəyi ehtiva etdiyini müəyyən etmək mümkün deyil. Bundan əlavə əvvəldə xuliqanlıq cinayət əməlinə görə məhkum olunmuş, sonradan təkrar-təkrar eyni əməllərə yol verən şəxsin, digər şəxsləri cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normaları, birgə yaşayış qaydalarına və milli dəyərlərə əməl etməyə dəvət etməsi, buna etiraz edildikdə isə üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirməsini zərərçəkmiş şəxsin hüquqa zidd əməllərindən doğan hal kimi qiymətləndirilməsi əsassız nəticə kimi görünür. Eyni ilə ikinci hal üzrə müəyyən olunmuş işin faktiki hallarından da aydın olur ki, Məhkum təkrar olaraq qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edib bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görüb və bunu arzu edib, ona qarşı edilmiş cüzi səbəbi hörmətsizlik kimi qəbul edib, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydsizlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yerdə üzərində olan bıçağı silah qismində tətbiq edib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxsin ilkin olaraq birinci əməl üzrə hərəkətlərinin ardıcıllığı – əvvəlcə yumruq, sonra təpik vurması, daha sonra zərərçəkmiş şəxsin qaçıb canını qurtarmaq istədiyi halda arxasınca qaçaraq ona qarşı bıçaq tətbiq etməsi, daha sonra təkrarən digər şəxsə qarşı eyni hərəkətlərə yol verməsi, bütün bu hadisələrin ictimai yerlərdə baş verməsi, özünü ictimai qaydalara qarşı qoymasını, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydsizlik və etinasızlıq göstərməklə yanaşı ətrafdakı şəxslər qarşısında özünü mütəmadi daha üstün tutması təqsirləndirlən şəxsin aqressiv davranışının intensivliyinin bariz nümunəsi olmaqla xuliqanlıq cinayətinin xarakterik əlamətlərini özündə ehtiva edir. Apellyasiya instansiyası məhkəməsi isə əksinə olaraq, bu əməlləri şəxsi münasibətlər zəminində baş vermiş hadisə kimi qiymətləndirərək xuliqanlıq tərkibinin olmadığını göstərmişdir. Halbuki, yuxarıda qeyd olunmuş Plenum qərarlarında da açıq şəkildə qeyd olunur ki, yalnız şəxsi münasibətlər zəminində baş verən, ictimai qaydanın kobud pozulması ilə müşayiət olunmayan hallar xuliqanlıq kimi qiymətləndirilmir. Işin faktiki hallarından, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrindən cinayət hadisəsinin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri və ya təşəbbüsü ilə başlamadığı aydın görünsə də, apellyasiya məhkəməsinin nə üçün münaqişənin məhz şəxsi münasibətlər zəminində başlaması barədə nəticəyə gəlməsi aydın deyildir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin cinayət hadisəsinin şəxsi münaqişə nəticəsində baş verməsi, hadisə nəticəsində ictimai qaydanın pozulmaması, təqsirləndirilən şəxsin cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərin üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməməsi ilə bağlı gəldiyi nəticə sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmır. Beləliklə, kassasiya məhkəməsi belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirməmiş, xuliqanlıq cinayətinin obyektiv və subyektiv əlamətlərini nəzərə almamış, Azərbaycan Respublikası Ali Məhkəməsi və Konstitusiya Məhkəməsi Plenumlarının hüquqi mövqelərini tətbiq etməmiş və nəticədə Məhkum əməlində xuliqanlıq tərkibinin olmaması barədə səhv nəticəyə gəlmişdir. Belə ki, xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Eyni zamanda xuliqanlıqda təqsirkar şəxsin qərəzli hərəkətləri məhz ictimai qaydanın kobud şəkildə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasına yönəldilmiş olur. Lakin, bu onu da demək deyil ki, xuliqanlıqda ictimai qaydanın pozulması mütləq şəkildə hansısa real nəticələrdə, misal üçün iaşə obyektinin, digər müəssisənin fəaliyyətinin, nəqliyyatın hərəkətinin müvəqqəti dayandırılmasında, başqa cür pozulmasında özünü göstərməlidir. Məhkum hər iki epizod üzrə hərəkətlərinin ictimai yerlərdə, ətrafda olan şəxslərə məhəl qoymadan, heç bir əsaslı səbəb olmadan zor tətbiqi ilə müşayiət olunmaqla baş verməsi, əvvəlcədən tanımadığı və ya münasibətləri dərin şəxsi ədavət xarakteri daşımayan şəxslərə qarşı aqressiv davranış nümayiş etdirməsi, cüzi bəhanələrdən istifadə edərək zərərçəkmişlərə qarşı yumruq, təpik və bıçaq tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozması, davranışı ilə cəmiyyətə açıq hörmətsizlik göstərərək qəbul olunmuş birgəyaşayış qaydalarına etinasızlıq nümayiş etdirməsi kimi hallar əslində onun əməlində xuliqanlıq cinayətinin obyektiv və subyektiv əlamətlərinin mövcud olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olan, sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanan nəticə kimi görünür. Qeyd edilənin əksinə olaraq kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin Məhkum əməlini CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif etməsi işin faktiki hallarına uyğun olan, sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanan nəticə kimi görünmür. Halbuki, CPM-in 144-cü maddəsi ilə müəyyən edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin Məhkum qəsdən sağlamlığa yüngül zərər vurması ilə bağlı gəldiyi nəticə sübutların CPM-in 143-145-cı maddələrinin tələblərinə əsasən kifayət qədər yoxlanılmış, qiymətləndirilmiş və əsaslandırılmış nəticə hesab edilə bilməz. Mübahisəsizdir ki, bu formada qəbul edilən apellyasiya məhkəməsinin qərarı da qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, yuxarıda təsvir edilənlər, yəni ittiham tərəfinin kassasiya protestində qeyd edilənlərdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, apellyasiya məhkəməsində aparılmış məhkəmə baxışı cinayət-prosessual normalara, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumunun qərarlarına uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, cinayət işinə protestə əsasən təkrarən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddəsində göstərilən halları nəzərə alır. Həmin normalara əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətindən azad edilmiş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2025-ci il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar