Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(1-8)-142/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyası hakimlәr Yusifov Şahin Yaşar oğlu (sәdrlik edәn vә mәruzәçi), Novruzov Əlәsgәr Əli Iskәndәr oğlu vә Abdulov Rәşad Mәhәrrәm oğlundan ibarәt tәrkibdә, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilә, dövlәt ittihamçısı – Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin kassasiya instansiyası mәhkәmәsindә dövlәt ittihamının müdafiәsi vә analitik tәhlil şöbәsinin böyük prokuroru Imranov Hafiz Beykәs oğlunun, bәraәt almış şәxs Bәraәt almış şәxs müdafiәçisi Abdurәhmanlı Umud Xudaverdi oğlunun iştirakları ilә, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2025-ci il tarixli hökmü ilә Bәraәt almış şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra mәtndә CM-in) CM-in 234.1-1-ci maddәsi ilә tәqsirli bilinәrәk mәhkum edilmәsinә, Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının # ####### 2025-ci il tarixli hökmü ilә isә ona CM-in 234.1-1-ci maddәsi ilә nәzәrdә tutulmuş cinayәti törәtmәkdә tәqsirliliyi sübuta yetirilmәmәsinә görә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin (bundan sonra mәtndә CRM-in) 42.1.4-cü maddәsinә әsasәn bәraәt verilmәsinә dair cinayәt işi üzrә apellyasiya instansiyası mәhkәmәsinin hәmin hökmündәn dövlәt ittihamçısı dövlәt ittihamçısı4 tәrәfindәn verilmiş kassasiya protestinә әsasәn işә baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2025-ci il tarixli hökmü ilә (hakimlәr Mәcidov Azad Əli Ağa oğlu (sәdrlik edәn vә mәruzәçi), Hәsәnova Şәlalә Akif qızı vә Əlәkbәrli Roman Nәriman oğlundan ibarәt tәrkibdә) Bəraət almış şəxs, ## #### 2003-cü il tarixdə Masallı rayonunun Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, tələbə olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-in 234.1-1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәti törәtmәkdә tәqsirli bilinәrәk barәsindә CM-in 62-ci maddәsi tәtbiq edilmәklә 3 (üç) il müddәtә azadlığın mәhdudlaşdırılması cәzasına mәhkum edilmiş, CM-in 69.3-cü maddәsinә әsasәn isә onun ## #### 2024-cü il tarixdәn ## ##### 2025-ci il tarixәdәk tutulduğu vә hәbsdә saxlanıldığı 1 (bir) il 1 (bir) ay 13 (on üç) gün müddәtin bir günü azadlığın mәhdudlaşdırılması cәzasının iki gününә bәrabәr hesabı ilә hesablanmaqla 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddәt ona tәyin olunmuş hәmin cәzadan çıxılmaqla mәhkum olunmuş şәxsin üzәrindә qәti olaraq 9 (doqquz) ay 4 (dörd) gün müddәtә azadlığın mәhdudlaşdırılması cәzası saxlanılmışdır. Hökmlә hәmçinin Bәraәt almış şәxs azadlığın mәhdudlaşdırılması cәzasını yaşayış yerindә, yәni Bakı şәhәri, ünvan 2 ünvanında çәkmәsi, cәzanın çәkildiyi bütün dövr әrzindә ona elektron nәzarәt vasitәsinin tәtbiq edilmәsi, bu dövrdә mәhkumun üzәrinә onun davranışına nәzarәt edәn orqana mәlumat vermәdәn yaşayış yerini hәr gün gecә saat 23:00dan sәhәr saat 6:00-dәk olan vaxt әrzindә tәrk etmәmәk, tәtbiq olunan elektron nәzarәt vasitәsini gәzdirmәk vә hәmin vasitәni işlәk vәziyyәtdә saxlanılması üçün ona xidmәt etmәk, müvafiq mәhkәmә qәrarı olmadan yaşayış yerini dәyişdirmәmәk, işlәyib vә ya tәhsil alacağı halda bu barәdә cәzanın icrasına nәzarәt edәn orqana mәlumat vermәklә cәzanın icrasına nәzarәt edәn orqanı iş vә ya tәhsil yerinin dәyişdirilmәsi barәdә әvvәlcәdәn mәlumatlandırmaq, kütlәvi tәdbirlәrdә iştirak etmәmәk vәzifәlәrinin qoyulması, sonuncuya tәyin edilmiş azadlığın mәhdudlaşdırılması cәzasının icrası vә onun davranışına nәzarәti hәyata keçirmәk vәzifәsinin Bakı şәhәri Probasiya Idarәsinә hәvalә edilmәsi, cәzanın әvvәlinin Bәraәt almış şәxs cәzanı icra edәn orqanda qeydiyyata alındığı vaxtdan hesablanması vә onun әrazi narkoloji dispanserindә profilaktik qeydiyyata alınması qәrara alınmışdır. Işin halları: Birinci instansiya mәhkәmәsinin hökmünә әsasәn, Bәraәt almış şәxs oğlu satış mәqsәdi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddә әldә etmiş, saxlamış vә daşımışdır. Belә ki, o, namәlum mәnbәdәn, namәlum vaxtda vә şәraitdә satış mәqsәdi olmadan qanunsuz olaraq bir әdәd bükümdә tәmiz çәkisi 4,877 qram çәkidә külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddә metamfetamin әldә edib üzәrindә qanunsuz saxlayaraq Bakı şәhәri, Sabunçu rayonu, Ramana qәsәbәsi, F.B.Köçәrli küçәsindә yerlәşәn “Zәfәr 44” adlı marketin yaxınlığına daşımış, bu barәdә Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinә daxil olmuş mәlumat әsasında hәmin Baş Idarәnin әmәkdaşları tәrәfindәn ## #### 2024-cü il tarixdә hәyata keçirilmiş әmәliyyat-axtarış tәdbiri nәticәsindә Bәraәt almış şәxs hәmin tarixdә saat 14:20dә Bakı şәhәri, Sabunçu rayonu, Ramana qәsәbәsi, F.B.Köçәrli küçәsindә yerlәşәn “Zәfәr 44” adlı marketin yaxınlığında saxlanılaraq Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin inzibati binasına gәtirilmiş, orada saat 16:10-dan etibarәn üzәrinә şәxsi axtarış vә götürmә keçirilәn zaman әynindәki göy rәngli cins şalvarının sağ yan cibindәn satış mәqsәdi olmadan qanunsuz olaraq әldә edib üzәrindә saxlamaqla daşıdığı bir әdәd bükümdә ümumi tәmiz çәkisi 4,877 qram tәşkil edәn külli miqdarda kustar üsulla hazırlamış psixotrop maddә metamfetamin aşkar edilәrәk götürülmüşdür. Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2025-ci il tarixli hökmündәn dövlәt ittihamçısı dövlәt ittihamçısı5 tәrәfindәn verilmiş apellyasiya protestinә vә mәhkum olunmuş şәxs Bәraәt almış şәxs müdafiәçisi U.X.Abdurәhmanlı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә vә hәmin şikayәtә edilmiş әlavәyә әsasәn işә baxan Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının (hakimlәr Mәmmәdov Murad Akif oğlu (sәdrlik edәn vә mәruzәçi, Ibrahimov Zamin Vәliyәddin oğlu vә Babayev Qәdim Xalid oğlundan ibarәt tәrkibdә) # ####### 2025-ci il tarixli hökmü ilә apellyasiya protesti tәmin edilmәmiş, apellyasiya şikayәti vә apellyasiya şikayәtinә edilmiş әlavә tәmin olunmuş, birinci instansiya mәhkәmәsinin hökmü lәğv edilәrәk iş üzrә çıxarılmış yeni hökmlә Bәraәt almış şәxs CM-in 234.1-1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirliliyi sübuta yetirilmәdiyinә görә CPM-in 42.1.4-cü maddәsinә әsasәn ona bәraәt verilmiş, hәmçinin sonuncunun bәraәt alması ilә әlaqәdar ona tutulması, cinayәt mәsuliyyәtinә cәlb edilmәsi, habelә pozulmuş hesab etdiyi hüquqlarının bәrpası, vurulmuş maddi, fiziki vә yaxud mәnәvi ziyanın ödәnilmәsi ilә bağlı mülki qaydada mәhkәmәyә müraciәt etmәk hüququnun olması ona izah edilmişdir. Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının # ####### 2025-ci il tarixli hökmündәn dövlәt ittihamçısı dövlәt ittihamçısı4 kassasiya protesti verәrәk hәmin hökmün lәğv edilmәsini vә cinayәt işinin yeni apellyasiya baxışına tәyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestindә CPM-in bir sıra maddәlәrinә, ibtidai araşdırma orqanı tәrәfindәn Bәraәt almış şәxs qarşı irәli sürülmüş ittihama, ibtidai araşdırma zamanı toplanmış vә mәhkәmә iclaslarında araşdırılmış bir çox sübutlara, o cümlәdәn bәraәt almış şәxsin mәhkәmәyәdәk icraat zamanı verdiyi ifadәlәrinә, mәhkәmәlәr tәrәfindәn Bәraәt almış şәxs barәsindә çıxarılmış hökmlәrә, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn çıxarılmış hökmdә hәmin mәhkәmәnin gәldiyi nәticәlәrә vә mövqeyinә, habelә analoji işlәr üzrә formalaşmış vә öz mülahizәlәrinә әsasәn razılaşmadığı vә inkar etdiyi mәhkәmә tәcrübәsinә istinad edәn, lakin mәhkәmә iclaslarında araşdırılmış sübutlarla müәyyәn edilmiş tәkzibedilmәz halları nәzәrә almayan dövlәt ittihamçısı dövlәt ittihamçısı4 yalnız ehtimallar üzәrindә qurulmuş hәmin protestini belә әsaslandırmışdır ki, Bәraәt almış şәxs ona elan olunmuş ittiham üzrә cinayәt әmәllәrini törәtmәkdә tәqsirliliyi mәhkәmәyәdәk icraat zamanı toplanmış vә mәhkәmә iclaslarında araşdırılmış bir çox sübutlarla, o cümlәdәn Bәraәt almış şәxs üzәrindә şәxsi axtarışın aparılması haqqında ## #### 2024cü il tarixli protokolla, bu istintaq hәrәkәtinin aparılmasını özündә әks etdirәn videogörüntülәrlә, sonuncunun özünün şübhәli şәxs vә tәqsirlәndirilәn şәxs qismindә dindirilәrkәn, elәcә dә barәsindә hәbs qәtimkan tәdbirinin seçilmәsi mәsәlәsinә baxılarkәn verdiyi qismәn etirafedici ifadәlәri ilә, habelә şahidlәrin ifadәlәri, mәhkәmә ekspertizalarının rәylәri ilә vә başqa sübutlarla tam tәsdiq edilsә dә, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn onun barәsindә bәraәt hökmü çıxarılarkәn bu sübutlar CPM-in 143-146-cı maddәlәrinin tәlәblәrinә müvafiq olaraq tәdqiq edilmәmiş, Bәraәt almış şәxs tәqsirsizliyi barәdә # ####### 2025-ci il tarixli hökmün әsasını yolverilmәz sübutlar tәşkil etmiş, bunun nәticәsi olaraq ona CM-in 234.1-1-ci maddәsi ilә әsassız olaraq bәraәt verilmişdir. Bu zaman mәhkәmә müstәsna olaraq Bәraәt almış şәxs mәhkәmә iclaslarında verdiyi, lakin özünü müdafiә xarakteri daşıyan vә toplanmış digәr sübutlarla tәkzib edilәn ifadәlәrinә әsaslanmış, onun bu ifadәlәrini tәsdiq edәn sübutlar isә mәhkәmә tәrәfindәn әldә olunmamış vә araşdırılmamışdır. Kassasiya protestindә yuxarıda göstәrilәnlәrdәn başqa hәr hansı tutarlı dәlil irәli sürmәyәn dövlәt ittihamçısı dövlәt ittihamçısı4 sonda onun kassasiya protestinin tәmin edilmәsini xahiş edir. Cinayәt prosesinin iştirakçıları kassasiya protestinә baxılmasının yeri vә vaxtı barәdә qanuna müvafiq qaydada vә müddәtdә mәlumatlandırılmış, lakin müdafiәçi U.X.Abdurәhmanlının verdiyi mәlumata görә, bәraәt almış şәxs Bәraәt almış şәxs tәhsilini davam etdirmәsi ilә bağlı Azәrbaycan Respublikasının hüdudlarından kәnardә olduğuna görә mәhkәmә iclasına gәlә bilmәmişdir. Mәhkәmә kollegiyası bununla әlaqәdar dövlәt ittihamçısı H.B.Imranovun vә müdafiәçi U.X.Abdurәhmanlının rәylәrini dinlәyib CPM-in 419.4-cü maddәsinin tәlәblәrinә әsaslanaraq kassasiya protestinә bәraәt almış şәxs Bәraәt almış şәxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belә ki, CPM-in 419.4-cü maddәsinә әsasәn, kassasiya instansiyası mәhkәmәsinin iclası hansı mәhkәmә qәrarına vә hansı әsaslarla baxılması, kimlәrin mәhkәmә tәrkibinә daxil olması vә mәhkәmәnin iclas zalında cinayәt prosesi iştirakçılarından kimlәrin iştirak etmәsi barәdә mәhkәmә iclasında sәdrlik edәnin elanı ilә açılır. Şikayәt vermiş vә lazımi qaydada mәlumatlandırılmış şәxsin olmaması kassasiya instansiyası mәhkәmәsi iclasının davam etdirilmәsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin mәzmunundan göründüyü kimi, dövlәt ittihamçısı dövlәt ittihamçısı4 öz müraciәtindә apellyasiya instansiyası mәhkәmәsinin Bәraәt almış şәxs qarşı irәli sürülmüş ittiham üzrә onun tәqsirliliyinin sübuta yetirilmәmәsinә görә bәraәt verilmәsi haqda nәticәyә gәlәrkәn sübutların tәdqiq edilmәsinә vә sübutetmәyә dair cinayәtprosessual qanununun tәlәblәrinin pozulmasına yol verdiyini vә hәmin mәhkәmәnin çıxardığı # ####### 2025-ci il tarixli hökmün әsasını yolverilmәz sübutlar tәşkil etmәsini iddia edәrәk bu hökmün lәğv edilmәsi haqqında kassasiya tәlәbini CPM-in 416.1.2 vә 416.1.3-cü maddәlәrindә mәhkәmә hökmünün vә ya qәrarının kassasiya qaydasında lәğv edilmәsini vә yaxud dәyişdirilmәsini şәrtlәndirәn әsaslar kimi tәsbit olunmuş hallarla әlaqәlәndirmişdir. CPM-in 416.1.2 vә 416.1.3-cü maddәlәrinә әsasәn isә mәhkәmә bu Mәcәllәnin 143- 146-cı maddәlәrinin tәlәblәrinә müvafiq olaraq sübutları tәdqiq etmәdikdә vә mәhkumun tәqsirliliyi vә ya bәraәt almış şәxsin tәqsirsizliyi barәdә mәhkәmә hökmünün әsasını yolverilmәz sübutlar tәşkil etdikdә kassasiya instansiyası mәhkәmәsi apellyasiya instansiyası mәhkәmәsinin hökm vә ya qәrarını kassasiya qaydasında lәğv etmәk vә ya dәyişdirmәk hüququna malikdir. Odur ki, mәhkәmә kollegiyası dövlәt ittihamçısı dövlәt ittihamçısı4 kassasiya protestini CPM-in 419-cu maddәsinin tәlәblәri baxımından sәlahiyyәtlәrinә aid olan kassasiya müraciәti kimi görür vә bu müraciәtlә әlaqәdar cinayәt işinin materiallarını, o cümlәdәn iş üzrә qәbul edilmiş yekun mәhkәmә aktlarının qanuniliyini vә әsaslılığını yoxlayıb, bu yoxlamanın nәticәlәri olaraq aşağıdakıları qeyd edir. Əvvәla Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyası növbәti dәfә xatırladır ki, kassasiya instansiyası mәhkәmәsinin kassasiya müraciәtlәrinә baxılması üzrә sәlahiyyәtlәrinin hüdudlarını CPM-in 419-cu maddәsi müәyyәn edir. Ümumi şәkildә kassasiya instansiyası mәhkәmәsinin kassasiya müraciәtlәrinә baxılması üzrә sәlahiyyәtlәrini müәyyәn edәn CPM-in 419.1-ci maddәsinә әsasәn, kassasiya instansiyası mәhkәmәsi kassasiya şikayәtinә vә ya kassasiya protestinә mahiyyәti üzrә baxaraq müraciәtin dәlillәrindәn asılı olmayaraq yalnız hüquq mәsәlәlәri üzrә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddәsinin tәlәblәrinә görә isә, kassasiya instansiyası mәhkәmәsi birinci vә ya apellyasiya instansiyası mәhkәmәsindә mәhkәmә baxışının predmeti olmayan faktları müәyyәn edә vә ya onları sübuta yetirilmiş hesab edә bilmәz. Kassasiya instansiyası mәhkәmәsindә mәhkәmә baxışının predmetini qanuni qüvvәyә minmiş mәhkәmә aktları tәşkil etdiyindәn, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar tәqdim edilmir vә mövcud sübutlara hüquqi qiymәt verilmir. Kassasiya qaydasında hökm vә ya qәrarın qanuniliyi, başqa sözlә birinci vә ya apellyasiya instansiya mәhkәmәsindә işә baxılarkәn vә mübahisә edilәn hökm vә ya qәrar qәbul edilәrkәn maddi vә ya prosessual normalara, yәni cinayәt qanununun vә CPM-in normalarının tәlәblәrinә әmәl edilib-edilmәmәsi yoxlanılır. Cinayәt-prosessual qanunvericiliyinin tәlәblәrinә әsasәn, sübutların araşdırılması vә qiymәtlәndirilmәsi birinci vә apellyasiya instansiya mәhkәmәsinin sәlahiyyәtlәrinә aiddir, sübutların araşdırılması dedikdә isә tәkcә mәhkәmә iclasında prosessual statusa malik olan şәxslәrin dindirilmәlәri, ekspertizaların tәyin edilib keçirilmәsi, sübut әhәmiyyәtli sәnәdlәrin tәlәb olunub alınması vә tәdqiq edilmәsi vә digәr istintaq hәrәkәtlәrinin aparılması deyil, hәm dә ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tәdqiq edilmәsi vә qiymәtlәndirilmәsi, bir sübutun digәrinә münasibәtdә üstünlüyünün müәyyәn edilmәsi başa düşülür. Apellyasiya intansiyası mәhkәmәsi tәrәfindәn cinayәt vә cinayәt-prosessual qanunlarının düzgün tәtbiq edilib-edilmәmәsinin yoxlanılması nәticәsindә kassasiya kollegiyasının apellyasiya instansiyası mәhkәmәsinin qәrarlarının lәğv edilmәsi vә dәyişdirilmәsi üzrә sәlahiyyәtlәrinin hüdudlarını isә CPM-in 416-cı maddәsi müәyyәn edir. Mәhz hәmin maddәdә tәsbit edilәn әsaslar (әn azından hәmin әsaslardan biri) olduqda, Ali Mәhkәmәnin kollegiyası mәhkәmә qәrarını kassasiya qaydasında lәğv etmәyә vә yaxud dәyişdirmәyә haqlıdır. Belәliklә, şәrh edilәnlәrdәn belә nәticә hasil olur ki, cinayәt-prosessual qanunvericiliyinin tәlәblәrinә görә, sübutların araşdırılması vә qiymәtlәndirilmәsi birinci vә apellyasiya instansiya mәhkәmәsinin sәlahiyyәtlәrinә aiddir, sübutların araşdırılması dedikdә isә tәkcә mәhkәmә iclasında prosessual statusa malik olan şәxslәrin dindirilmәlәri, ekspertizaların tәyin edilib keçirilmәsi, sübut әhәmiyyәtli sәnәdlәrin tәlәb olunub alınması vә tәdqiq edilmәsi vә digәr istintaq hәrәkәtlәrinin aparılması deyil, hәm dә ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanunamüvafiq qaydada tәdqiq edilmәsi vә qiymәtlәndirilmәsi, bir sübutun digәrinә münasibәtdә üstünlüyünün müәyyәn olunması vә onların şәxsin hәr hansı cinayәtin törәdilmәsindә tәtqsirli bilinmәsi üçün kifayәt edib-etmәmәsi başa düşülür. Hazırkı iş üzrә Bakı Apellyasya Mәhkәmәsinin Cinayәt Kollegiyasının # ####### 2025-ci il tarixli hökmündәn verilmiş kassasiya protestinin sәthi dәlillәrinә cavab verilmәsi ilә bağlı mәhkәmә kollegiyası daha sonra qeyd edir ki, Azәrbaycan Respublikası Konstitusiyasının (bundan sonra mәtndә Konstitusiyanın) 12-ci maddәsinin İ hissәsi insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsini dövlәtin ali mәqsәdi olduğunu tәsbit edir. Konstitusiyanın 26-cı maddәsinin II hissәsindә göstәrilmişdir ki, dövlәt hәr kәsin hüquqlarının vә azadlıqlarının müdafiәsinә tәminat verir. Hәr kәsin hüquq vә azadlıqlarının dövlәt tәrәfindәn müdafiәsinә tәminat verәn Konstitusiya müddәaları hәmçinin cinayәt törәtmәkdә tәqsiri olmayan şәxslәrin cinayәt prosesini hәyata keçirәn orqanların vәzifәli şәxslәrinin vә ya hakimlәrin özbaşına hәrәkәtlәri ilә qanunsuz şübhә altına alınmasının, ittiham vә ya mәhkum edilmәsinin yol verilmәz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddәsinin İ hissәsinә әsasәn, hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmәdә müdafiәsinә tәminat verilir. Konstitusiyanın 63-cü maddәsinin İ-IV hissәlәrinin tәlәblәrinә görә, hәr kәsin tәqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn hәr bir şәxs, onun tәqsiri qanunla nәzәrdә tutulan qaydada sübuta yetirilmәyibsә vә bu barәdә mәhkәmәnin qanuni qüvvәyә minmiş hökmü yoxdursa, tәqsirsiz sayılır. Şәxsin tәqsirli bilinmәsinә әsaslı şübhәlәr varsa, onun tәqsirli bilinmәsinә yol verilmir. Cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn şәxs özünün tәqsirsiz olmasını sübuta yetirmәyә borclu deyildir. Ədalәt mühakimәsi hәyata keçirilәrkәn qanunu pozmaqla әldә edilmiş sübutlardan istifadә oluna bilmәz. Konstitusiyanın 71-ci maddәsinin İ hissәsinә görә, Konstitusiyada tәsbit edilmiş insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını gözlәmәk vә qorumaq qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti orqanlarının borcudur. Insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsi mәqsәdi ilә dövlәt sәmәrәli hüquqi mexanizmlәr yaratmaqla, әdalәt mühakimәsinin hәyata keçirilmә prosesindә hüquq vә azadlıqların bәrpasına nail olur. Konstitusiyanın 125-ci maddәsinin VII hissәsindә deyilir ki, mәhkәmә icraatı hәqiqәtin müәyyәn edilmәsini tәmin etmәlidir. Konstitusiyanın bu norması çәkişmә prinsipinә әsasәn işә baxan mәhkәmәnin üzәrinә özü tәrәfindәn cinayәt mәsuliyyәtinә cәlb edilmiş şәxsin tәqsirliliyinә vә ya tәqsirsiz olmasına dair sübutları axtarılmasını vә belә sübutların araşdırılmasını deyil, cinayәt prosesinin iştirakçılarına işin düzgün hәlli, yәni hәqiqәtin müәyyәn edilmәsi mәqsәdilә cinayәt prosesinin iştirakçılarına öz sübutlarını mәhkәmәyә tәqdim etmәk üçün bәrabәr şәrait yaratmaq, tәqdim olunmuş bütün sübutları tam, hәrtәrәfli vә obyektiv araşdırmaq, bu zaman qaldırılmış vәsatәtlәr üzrә әsaslandırılmış qәrarlar qәbul etmәk, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymәt vermәk vә hәmin sübutlara әsasәn müәyyәn etdiyi faktlara әsasәn bu vә ya digәr nәticәyә gәlmәk vәzifәsini qoyur. Mәhkәmә icraatı zamanı qeyd olunan vәzifәnin yerinә yetirilmәsi zamanı sübutların tәqdim olunması üçün istәr ittiham, istәrsә dә müdafiә tәrәfinә әlverişsiz şәraitin yaradılması, qaldırılmış vәsatәtlәrin әsassız olaraq tәmin edilmәmәsi, faktiki isә tәqdim olunmuş sübutların tәdqiqindәn imtina edilmәsi hallarında mәhkәmәnin tәhlil edilәn konstitusiyon tәlәbә әmәl etmәsindәn, әdalәtli mәhkәmә araşdırılması hüququnun tәmin olunmasından söhbәt gedә bilmәz. Eyni zamanda bu konstitusiyon tәlәb mәhkәmәni dә zәruri hallarda, hәqiqәtin müәyyәn edilmәsi mәqsәdilә öz tәşәbbüsü ilә iş üçün mühüm әhәmiyyәtә malik olan bu vә ya digәr sübutu әldә edәrәk araşdırması vәzifәsindәn azad etmir. “Insan hüquqları haqqında Ümumi Bәyannamә”nin 11-ci maddәsindә, “Insan Hüquqlarının vә Əsas Azadlıqların Müdafiәsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mәtndә Konvensiyanın) 6-cı maddәsindә, “Mülki vә siyasi hüquqlar haqqında" Beynәlxalq Paktın 14-cü maddәsindә dә tәqsirsizlik prezumpsiyası nәzәrdә tutulurur ki, hәmin beynәlxalq müqavilәlәrin tәlәblәrinә görә dә, cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn hәr bir şәxs onun tәqsiri qanunvericilikdә nәzәrdә tutulmuş qaydada sübuta yetirilmәyibsә vә bu barәdә mәhkәmәnin qanuni qüvvәyә minmiş hökmü yoxdursa, tәqsirsiz sayılır. Şәxs yalnız, o halda cinayәti törәtmәkdә tәqsirli hesab edilә bilәr ki, onun konkret әmәli törәtmәkdә tәqsiri sәlahiyyәtli subyektlәr tәrәfindәn qanunla müәyyәn edilmiş prosessual qaydada toplanmış vә mәhkәmәdә qiymәtlәndirilmiş sübutlar әsasında mәhkәmәnin müvafiq ittiham hökmü ilә tәsdiq edilsin vә bu hökm qanuni qüvvәyә minmiş olsun. Konvensiyanın 6-cı maddәsinin 2-ci hissәsindә göstәrilmişdir ki, cinayәt törәtmәkdә ittiham olunan hәr kәs onun tәqsiri qanun әsasında sübut edilәnәdәk tәqsirsiz hesab edilir. CM-in 2.1 vә 2.2-ci maddәlәrinin tәlәblәrindәn görünür ki, Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin vәzifәlәri sülhü vә bәşәriyyәtin tәhlükәsizliyini tәmin etmәkdәn, insan vә vәtәndaş hüquq vә azadlıqlarını, mülkiyyәti, iqtisadi fәaliyyәti, ictimai qaydanı vә ictimai tәhlükәsizliyi, әtraf mühiti, Azәrbaycan Respublikasının konstitusiya quruluşunu cinayәtkar qәsdlәrdәn qorumaqdan, habelә cinayәtlәrin qarşısını almaqdan ibarәtdir. Bu vәzifәlәri hәyata keçirmәk üçün Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsi cinayәt mәsuliyyәtinin әsaslarını vә prinsiplәrini, şәxsiyyәt, cәmiyyәt vә dövlәt üçün tәhlükәli olduğuna görә cinayәt sayılan әmәllәrin dairәsini vә hәmin cinayәtlәrin törәdilmәsinә görә tәtbiq edilәn cәzaların növlәrini, hәddini vә hәcmini, habelә digәr cinayәt-hüquqi xarakterli tәdbirlәri müәyyәn edir. Cinayәt mәsuliyyәtinin әsaslarına dair CM-in 3-cü maddәsindә göstәrilmişdir ki, yalnız hәmin Mәcәllә ilә nәzәrdә tutulmuş cinayәt tәrkibinin bütün әlamәtlәrinin mövcud olduğu әmәlin (hәrәkәt vә ya hәrәkәtsizliyin) törәdilmәsi cinayәt mәsuliyyәti yaradır. Qanunun bu normasının mәnasına görә, şәxsin әmәlindә cinayәt tәrkibinin cәhәtlәrini tәşkil edәn zәruri әlamәtlәrin mövcud olub-olmaması barәdә nәticәyә gәlmәk üçün şәxsә istinad edilәn әmәlin Cinayәt Mәcәllәsinin Ümumi hissәsinin tәlәblәri nәzәrә alınmaqla Xüsusi hissәsinin müvafiq maddәsinin dispozisiyası ilә müqayisә edilmәsi tәlәb olunur. CM-in 7.1-ci maddәsinә әsasәn, yalnız törәtdiyi ictimai tәhlükәli әmәlә (hәrәkәt vә ya hәrәkәtsizliyә) vә onun nәticәlәrinә görә tәqsiri müәyyәn olunmuş şәxs cinayәt mәsuliyyәtinә cәlb edilә vә cәzalandırıla bilәr. Qanunvericiliyin bu tәlәblәrinә әsaslanaraq mәhkәmә kollegiyası qeyd etmәyi zәruri bilir ki, hәr bir cinayәt әmәli araşdırılarkәn onun tәrkibinin düzgün müәyyәn edilmәsi vә düzgün tövsif edilmәsi cinayәt әlamәtlәrini әks etdirәn әmәllәrin cinayәt olub-olmamasını, cinayәt törәtmәkdә tәqsirlәndirilәn şәxsin tәqsiri olub-olmamasını müәyyәnlәşdirmәyә, habelә hәmin cinayәtә görә tәqsirlәndirilәn şәxsә әdalәtli cәza tәyin edilmәsinә yönәlmişdir. Əks hal tәqsiri olmayan şәxsin mәsuliyyәtә alınması, yaxud da cinayәt törәtmәkdә tәqsirli olan şәxsin mәsuliyyәtdәn kәnarda qalması, cәzanın düzgün olmayan tәtbiqi, bu isә öz növbәsindә CM-dә müәyyәn edilmiş qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirә görә mәsuliyyәt, әdalәt vә humanizm prinsiplәrinin pozulması ilә nәticәlәnә bilәr. Bu hüquqi mövqe hәmçinin “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 244.1-ci maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2011-ci il tarixli Qәrarında da ifadә olunmuşdur. Hәmin Qәrara görә, cinayәtin tövsifi törәdilәn konkret cinayәt әmәlinin cәhәtlәri ilә cinayәt-hüquqi normasının dispozisiyasında nәzәrdә tutulan tәrkib әlamәtlәri arasında uyğunluğu müәyyәn etmәklә, müvafiq prosessual sәnәddә öz әksini tapan vә cinayәthüquqi nәticәlәrә sәbәb olan әmәlә verilәn cinayәt hüquqi qiymәtdir. Cinayәtin tövsifi mühüm sosial vә hüquqi әhәmiyyәtә malikdir. Tövsif Cinayәt Mәcәllәsindә müәyyәn edilmiş vәzifәlәrin yerinә yetirilmәsi baxımından, cinayәt qanununu tәtbiq etmәyә sәlahiyyәtli olan vәzifәli şәxslәr tәrәfindәn hәyata keçirilәn mühüm mәntiqi poroses olub, onun yekununda konkret sosial hadisәyә, cәmiyyәt üçün tәhlükәli olan insan davranışına hüquqi qiymәt verilir. Bu isә ilk növbәdә işin faktiki hallarının hәrtәrәfli öyrәnilmәsini, cinayәt hüquq normasının düzgün seçilmәsini vә onun mәzmununun izah edilmәsini tәlәb edir. Cinayәt Mәcәllәsinin qeyd olunan prinsiplәrinә әsasәn әmәlin (hәrәkәt vә hәrәkәtsizliyin) cinayәt sayılması vә hәmin әmәlә görә cәza vә digәr cinayәt-hüquqi xarakterli tәdbirlәr yalnız bu Mәcәllә ilә müәyyәn edilir. Yalnız törәtdiyi ictimai tәhlükәli әmәlә (hәrәkәt vә ya hәrәkәtsizliyә) vә onun nәticәlәrinә görә tәqsiri müәyyәn olunmuş şәxs cinayәt mәsuliyyәtinә cәlb edilә vә cәzalandırıla bilәr. CPM-in 8.0-cı maddәsindә göstәrilmişdir ki, cinayәt mühakimә icraatının vәzifәlәri aşağıdakılardan ibarәtdir: 8.0.1. şәxsiyyәti, cәmiyyәti vә dövlәti cinayәtkar qәsdlәrdәn qorumaq; 8.0.2. hәqiqi vә ya ehtimal edilәn cinayәt törәtmәsi ilә әlaqәdar şәxsiyyәti vәzifә sәlahiyyәtlәrindәn sui-istifadә edilmәsi hallarından qorumaq; 8.0.3. cinayәtlәri tezliklә açmaq, cinayәt tәqibi ilә bağlı bütün halları hәrtәrәfli, tam vә obyektiv araşdırmaq; 8.0.4. cinayәt törәtmiş şәxslәri ifşa vә cinayәt mәsuliyyәtinә cәlb etmәk; 8.0.5. cinayәt törәtmәkdә ittiham olunan şәxslәrin tәqsirini müәyyәn edәrәk onları cәzalandırmaq vә tәqsirsiz şәxslәrә bәraәt vermәk mәqsәdi ilә әdalәt mühakimәsini hәyata keçirmәk. Qanunçuluq prinsipi tәsbit edilmiş CPM-in 10.1-ci maddәsindә nәzәrdә tutulmuşdur ki, mәhkәmәlәr vә cinayәt prosesinin iştirakçıları Azәrbaycan Respublikası Konstitusiyasının, bu Mәcәllәnin, Azәrbaycan Respublikasının digәr qanunlarının, habelә Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrin müddәalarına ciddi әmәl etmәlidirlәr. CPM-in 10.2 vә 10.5-ci maddәlәrinin tәlәblәrindәn isә görünür ki, Azәrbaycan Respublikasının qüvvәyә minmiş vә dәrc edilmiş qanunu ilә müәyyәn olunan әsaslardan vә qaydalardan kәnar heç kәsin cinayәt tәqibi üzrә şübhәli vә ya tәqsirlәndirilәn şәxs qismindә mәsuliyyәtә cәlb edilmәsinә, tutulmasına, hәbsә alınmasına, axtarılmasına, mәcburi gәtirilmәsinә vә digәr prosessual mәcburiyyәt tәdbirlәrinә mәruz qalmasına, habelә mәhkum edilmәsinә, cәzalandırılmasına, hüquq vә azadlıqlarının digәr formada mәhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddәsindә göstәrilәn tәlәblәrin pozulması ilә aparılan prosessual hәrәkәtlәrin vә qәbul olunmuş qәrarların hüquqi qüvvәsi yoxdur. CPM-in 12.1-ci maddәsinin müddәaları cinayәt prosesini hәyata keçirәn orqanlardan cinayәt prosesindә iştirak edәn bütün şәxslәrin Konstitusiya ilә tәsbit edilmiş insan vә vәtәndaş hüquq vә azadlıqlarına riayәt olunmasını tәmin etmәlәrini tәlәb edir. Konstitusiyanın 63-cü maddәsinin İ-III hissәlәrinә uyğun olaraq cinayәt mühakimә icraatının tәmәl prinsiplәrindәn biri olan tәqsirsizlik prezumpsiyası prinsipi eyni cür tәsbit edilmiş CPM-in 21.1-21.3-cü maddәlәrindә göstәrilmişdir ki, cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn hәr bir şәxs onun tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetirilmәyibsә vә bu barәdә qanuni qüvvәyә minmiş mәhkәmәnin hökmü yoxdursa, tәqsirsiz sayılır. Şәxsin tәqsirli olduğuna әsaslı şübhәlәr varsa da onun tәqsirli bilinmәsinә yol verilmir. Bu Mәcәllәnin müddәalarına uyğun surәtdә müvafiq hüquqi prosedur daxilindә ittihamın sübuta yetirilmәsindә aradan qaldırılması mümkün olmayan şübhәlәr tәqsirlәndirilәn şәxsin (şübhәli şәxsin) xeyrinә hәll edilir. Eyni ilә cinayәt vә cinayәtprosessual qanunlarının tәtbiqindә aradan qaldırılmamış şübhәlәr dә onun xeyrinә hәll olunmalıdır. Cinayәt törәdilmәsindә tәqsirlәndirilәn şәxs özünün tәqsirsiz olmasını sübuta yetirmәyә borclu deyildir. Ittihamı sübuta yetirmәk, şübhәli vә ya tәqsirlәndirilәn şәxsin müdafiәsi üçün irәli sürülәn dәlillәri tәkzib etmәk vәzifәsi ittiham tәrәfinin üzәrinә düşür. CPM-in 28.5-ci maddәsindә әksini tapmış cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliliyi prinsipi belә tәsbit edilmişdir ki, şәxsin cinayәt törәtmәkdә tәqsirli olmasına dair mәhkәmә qәrarı mülahizәlәrә әsaslana bilmәz vә işә aid biri digәrinә kifayәt qәdәr uyğun gәlәn mötәbәr sübutların mәcmusu ilә tәsdiq olunmalıdır. Cinayәt mühakimә icraatında sübutların qiymәtlәndirilmәsi prinsipini nәzәrdә tutan CPM-in 33.1-ci maddәsindә isә göstәrilir ki, hakimlәr cinayәt mühakimә icraatının hәyata keçirilmәsindә cinayәt işi üzrә toplanmış sübutları bu Mәcәllәnin tәlәblәrinә әsasәn qiymәtlәndirirlәr. CPM-in 33.2 vә 32.4-cü maddәlәrinә әsasәn, cinayәt mühakimә icraatı hәyata keçirilәrkәn cinayәt-prosessual qanunun 125, 144, 146-cı maddәlәrinin müddәalarının pozulması, elәcә dә sübutlara vә sair materiallara qәrәzli münasibәt bәslәnilmәsi, mövcud hüquqi prosedur daxilindә tәdqiq edilәnәdәk sübut vә digәr materiallardan birinә digәrinә nisbәtdә çox vә ya az әhәmiyyәt verilmәsi yolverilmәzdir. CPM-in 124.1-ci maddәsinin tәlәblәrindәn görünür ki, mәhkәmәnin vә ya cinayәt prosesi tәrәflәrinin әldә etdiyi mötәbәr dәlillәr (mәlumatlar, sәnәdlәr, әşyalar) cinayәt tәqibi üzrә sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayәt-prosessual qanunvericiliyinin tәlәblәrinә әmәl edilmәklә insan vә vәtәndaşın konstitusiya hüquq vә azadlıqları mәhdudlaşdırılmadan vә ya mәhkәmәnin qәrarı әsasında (bu Mәcәllә ilә nәzәrdә tutulmuş tәxirә salına bilmәyәn hallarda isә müstәntiqin qәrarı әsasında) mәhdudlaşdırmaqla әldә olunmalı; 124.1.2. hadisәnin cinayәt hadisәsi olub-olmamasını, törәdilmiş әmәldә cinayәtin әlamәtlәrinin olub-olmamasını, bu әmәlin tәqsirlәndirilәn şәxs tәrәfindәn törәdilibtörәdilmәmәsini, onun tәqsirli olub-olmamasını, habelә ittihamın düzgün hәll edilmәsi üçün әhәmiyyәt kәsb edәn digәr hallar göstәrilmәlidir. CPM-in 125.1-ci maddәsindә isә tәsbit edilmişdir ki, mәlumatların, sәnәdlәrin vә digәr әşyaların hәqiqiliyinә, yaranma mәnbәyinә vә әldә edilmәsi hallarına şübhәlәr olmadıqda onlar sübut kimi qәbul edilә bilәrlәr. Sübutların mümkünlüyünә dair CPM-in 125.2.1-125.2.10-cu maddәlәrinin tәlәblәrinә görә, aşağıdakı hallarda әldә edilmiş mәlumatların, sәnәdlәrin vә digәr әşyaların cinayәt işi üzrә sübut kimi qәbul edilmәsinә yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayәt prosesindә iştirak edәn şәxsin hüquq vә vәzifәlәrinin izah edilmәmәsi, tam vә ya düzgün izah edilmәmәsi nәticәsindә öz hüquq vә vәzifәlәrini yanlış başa düşmәsindәn istifadә etmәklә; - cinayәt tәqibi üzrә icraatı hәyata keçirmәk, istintaq vә ya digәr prosessual hәrәkәtlәr aparmaq hüququ olmayan şәxs tәrәfindәn bu hәrәkәtlәr edildikdә; - cinayәt prosesindә onun iştirakını istisna edәn halları bildiyi vә ya bilmәli olduğu halda etiraz edilmәli şәxsin iştirakı ilә; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sәnәdi vә ya digәr әşyanı tanımağa qadir olmayan, onun hәqiqiliyini, mәnbәyini, әldә olunma hallarını tәsdiq edә bilmәyәn şәxsdәn alındıqda; - mәhkәmә iclasında mәlum olmayan şәxsdәn, yaxud müәyyәn olunmayan mәnbәdәn alındıqda; - müasir elmi baxışlara zidd üsulların tәtbiqi nәticәsindә alındıqda. CPM-in 125.3-cü maddәsinә әsasәn bu Mәcәllәnin 125.2-ci maddәsindә nәzәrdә tutulmuş hallarda alınmış mәlumatlar, sәnәdlәr vә әşyalar hüquqi qüvvәsi olmayan hesab edilir vә onlar ittihamın düzgün hәlli üçün hәr hansı halın sübut olunmasında istifadә edilә bilmәz. CPM-in 125.7-ci maddәsinin müddalarından görünür ki, cinayәt tәqibi üzrә icraat zamanı mәlumatlardan, sәnәdlәrdәn vә әşyalardan sübut kimi istifadә edilmәsinin qeyrimümkünlüyünü, habelә onlardan mәhdud istifadә edilmәsinin mümkünlüyünü prosesi aparan orqan öz tәşәbbüsü vә ya cinayәt prosesi tәrәflәrinin vәsatәti ilә müәyyәn edir. CPM-in 138.1-ci maddәsinә görә, sübutetmә ittihamın qanuni, әsaslı vә әdalәtli hәlli üçün әhәmiyyәt kәsb edәn halların müәyyәn edilmәsi mәqsәdi ilә sübutların әldә edilmәsindәn, yoxlanılmasından vә qiymәtlәndirilmәsindәn ibarәtdir. CPM-in 138.2-ci maddәsindә müәyyәn edilmişdir ki, tәqsirlәndirilәn şәxsin cinayәt mәsuliyyәtinә cәlb olunması әsaslarını vә onun tәqsirli olub-olmamasını sübutetmә vәzifәsi ittihamçının üzәrinә düşür. CPM-in 139-cu maddәsi bu normada göstәrilәn digәr hallarla yanaşı cinayәt hadisәsinin baş vermә faktının vә hallarının, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәrinin vә şәxsin tәqsirliliyinin sübutlara әsasәn müәyyәn edilmәsini tәlәb edir. Belә ki, hәmin maddәdә qeyd olunur ki, cinayәt tәqibi üzrә icraat zamanı aşağıdakılar yalnız sübutlara әsasәn müәyyәn edilir: 139.0.1. cinayәt hadisәsinin baş vermә faktı vә halları; 139.0.2. şübhәli vә ya tәqsirlәndirilәn şәxsin cinayәt hadisәsi ilә әlaqәsi; 139.0.3. cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәri; 139.0.4. cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsindә şәxsin tәqsirliliyi; 139.0.5. cinayәt qanunu ilә nәzәrdә tutulmuş cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar; 139.0.6. bu Mәcәllә ilә başqa hal nәzәrdә tutulmamışsa, cinayәt prosesi iştirakçısının vә ya cinayәt prosesindә iştirak edәn digәr şәxsin öz tәlәbini әsaslandırdığı hallar. CPM-in 144-cü maddәsi cinayәt-mühakimә icraatını aparan orqanlardan, o cümlәdәn mәhkәmәdәn cinayәt tәqibi üzrә toplanılmış sübutları tam, hәrtәrәfli vә obyektiv yoxlamağı tәlәb edir. Yoxlama zamanı toplanmış sübutlar tәhlil olunur vә bir-biri ilә müqayisә edilir, yeni sübutlar toplanır, әldә olunmuş sübutların mәnbәyinin mötәbәrliyi müәyyәnlәşdirilir. CPM-in 145.1-ci maddәsinә görә, hәr bir sübut mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә qiymәtlәndirilmәlidir. Qanunvericiliyin bu müddәalarından görünür ki, hәr bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliliyi) әsasında qiymәtlәndirilmәsi tәlәb olunur. Sübutların mötәbәrliyi anlayışı isә zәruri şәrt kimi cinayәt işi üzrә toplanmış vә tәdqiq edilmiş hәr bir sübutun digәrinә uyğun olmasını, onu tәsdiq etmәsini vә antisübutlar tәrәfindәn tәkzib edilә bilmәmәsini tәlәb edir. CPM-in 145.3-cü maddәsi isә cinayәt tәqibi üzrә toplanılmış bütün sübutların mәcmusuna ittihamın hәlli üçün onların kifayәt etmәsinә әsasәn qiymәt verilmәsini tәlәb edir. Cinayәt tәqibi üzrә toplanmış sübutların kifayәt etmәsi dedikdә isә, müәyyәn edilmәli hallar üzrә mümkün sübutların elә bir hәcmi nәzәrdә tutulur ki, onlar sübut etmә predmetinin müәyyәn edilmәsi üçün mötәbәr vә yekun nәticәyә gәlmәyә imkan versin (CPM-in 146.1-ci maddәsi). CPM-in 349.5-ci maddәsinә әsasәn aşağıdakı hallarda mәhkәmәnin hökmü әsaslı hesab edilir: - mәhkәmәnin gәldiyi nәticәlәr yalnız mәhkәmә iclasında tәdqiq edilmiş sübutlara әsaslandıqda; - bu sübutlar ittihamın qiymәtlәndirilmәsi üçün kifayәt etdikdә; - mәhkәmәnin müәyyәn etdiyi hallar onun tәdqiq etdiyi sübutlara uyğun gәldikdә. CPM-in 351.1-ci maddәsindә tәsbit edilmişdir ki, mәhkәmәnin ittiham hökmü tәqsirlәndirilәn şәxsin cinayәtin törәdilmәsindә tәqsirli bilinmәsi vә onun barәsindә cәza tәdbirinin tәtbiq edilmәsi (cinayәt qanunu ilә bilavasitә nәzәrdә tutulduğu hallarda onun barәsindә cәzanın tәtbiq edilmәmәsi vә ya cәzadan azad edilmәsi) barәdә mәhkәmә baxışının nәticәlәrinә dair yekun mәhkәmә qәrarını әks etdirir. CPM-in 351.2-ci maddәsinә görә, mәhkәmәnin ittiham hökmü ehtimallara әsaslana bilmәz vә yalnız mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin tәqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddәsinin tәlәblәrindәn göründüyü kimi, mәhkәmә bu Mәcәllәnin 346.1.1-346.1.6-cı maddәlәrindә göstәrilәn mәsәlәlәrә tәsdiqedici cavab verdikdә, tәqsirlәndirilәn şәxsin cinayәtin törәdilmәsindә tәqsiri aşağıdakılar nәzәrә alınmaqla sübuta yetirilmiş hesab edilә bilәr: 351.3.1. tәqsirsizlik prezumpsiyasını rәhbәr tutaraq; 351.3.2. bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydalar daxilindә mәhkәmә baxışında ittihamın baxılması nәticәlәrinә әsaslanaraq; 351.3.3. mәhkәmә istintaqında tәdqiq edilmiş mötәbәr vә mümkün sübutlara әsaslanaraq; 351.3.4. tәqsirlәndirilәn şәxsin tәqsirliliyinә dair aradan qaldırıla bilmәyәn şübhәlәri onun xeyrinә şәrh edәrәk. Göründüyü kimi, cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliyi, cinayәt mühakimә icraatında sübutların qiymәtlәndirilmәsi prinsiplәri, sübutlara vә sübutetmәyә dair normalar, o cümlәdәn CPM-in 125, 143-146-cı maddәlәri, hökmün әsaslılığına dair müddәalar (CPM-in 349.5-ci maddәsi) tәlәb edir ki, mәhkәmә cinayәt işlәrinә faktlar әsasında baxsın, faktların müәyyәn edilmiş sayılması üzrә qәnaәtini isә belә nәticәyә gәlmәk üçün kifayәt edәn, hәqiqiliyinә, yaranma mәnbәyinә, әldә edilmәsi hallarına şübhә olmayan (tam, hәrtәrәfli vә obyektiv yoxlanılmış), mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә lazımınca qiymәtlәndirilmiş sübutların mәcmusu ilә әsaslandırsın. Yalnız belә olduqda, CPM-in 21 vә 349.5-ci maddәlәri tәlәb etdiyi kimi, mәhkәmәnin yekun qәrarı, o cümlәdәn şәxsin ona istinad edilәn cinayәtin törәdilmәsindә tәqsirli olması vә ya onun tәqsirsiz olması (tәqsirinin sübuta yetirilmәmәsi) barәdә nәticә әsaslı sayıla bilәr. Qanunvericiliyin tәlәblәrinә uyğun olan eyni hüquqi mövqe Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun aşağıdakı Qәraralrında da әksini tapmışdır. Belә ki, “Azәrbaycan Respublikası CPM-in 397.1 vә 397.2-ci maddәlәrinin şәrh edilmәsi haqqında” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ### 2009-cu il tarixli Qәrarında qeyd edilir ki, hәqiqәtin müәyyәnlәşdirilmәsi әdalәt mühakimәsinin mütlәq şәrtidir vә hәr zaman cәmiyyәt mәhkәmәdәn hәqiqәti әks etdirәn әdalәt mühakimәsini tәlәb edәcәkdir. Hәr bir hakim bu vәzifәsini icra etmәk üçün ilk әvvәl prosessual tәlәblәrә hökmәn riayәt olunmasını tәmin etmәlidir, çünki bu hal cinayәt işi üzrә hәqiqәtin müәyyәnlәşdirilmәsinin vә düzgün mәhkәmә qәrarının qәbul olunmasının mühüm şәrtidir. Eynilә dә cinayәt işi üzrә araşdırmanın predmetini tәşkil edәn hadisәnin әhәmiyyәtli halları müәyyәnlәşdirilmәmişdirsә vә (vә ya) bu hallara münasibәtdә cinayәt qanununun müddәaları düzgün tәtbiq olunmamışdırsa, hәmin qәrara hәqiqi әdalәt mühakimәsi aktı kimi baxıla bilmәz. Hәmin akt әdalәtsizliyinә sәbәb olmuş hakimin qanunsuz hәrәkәtlәri, mәhkәmә sәhvlәri vә ya qanuniliyinә vә әsaslılığına tәsir etmiş digәr hallardan asılı olmayaraq düzәldilmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman mәhkәmә onun qanunçuluq vә әsaslılıq tәlәblәrinә cavab verә bilәcәyinin tәmin edilmәsi üçün öz aktını bu amillәrin üzәrindә qәrarlaşdırmalıdır. Belә tәlәblәrә cavab vermәyәn mәhkәmә qәrarlarına yenidәn baxılması imkanının mәhdudlaşdırılması әdalәt vә hüquqi müәyyәnlik kimi dәyәrlәrin müdafiәsindә tarazlığın pozulması vә Konstitusiya ilә tәminat verilәn insan hüquq vә azadlıqlarına zәrәr yetirilmәsi ilә nәticәlәnә bilәr. “V.Bayramov vә qeyrilәrinin şikayәtlәri üzrә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt işlәri vә inzibati hüquqpozmalara dair işlәr üzrә mәhkәmә kollegiyasının ## #### 2004-cü il tarixli qәrarının Azәrbaycan Respublikasının Konstitusiyasına vә qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun # ######## 2005-ci il tarixli Qәrarında qeyd olunmuşdur ki, mәhkәmә hökmü şәxsin tәqsirli olub-olmaması kimi hәyati әhәmiyyәti olan mәsәlәni hәll edir. Bu sәbәbdәn prosessual qanunvericiliyin tәlәbinә görә mәhkәmәnin hökmü qanuni vә әsaslı olmalıdır. (CPM-in 349.3-cü maddәsi). Mәhkәmә hökmünün әsaslılığını şәrtlәrindәn biri dә hökmdә müәyyәn edilmiş halların mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara uyğun gәlmәsidir. Bu o demәkdir ki, şәxsin cinayәt törәtmәkdә tәqsirli olmasına dair mәhkәmә qәrarı mülahizәlәrә әsaslana bilmәz vә işә aid biri digәrinә uyğun gәlәn mötәbәr sübutların mәcmusu ilә tәsdiq olunmalıdır (CPM-in 28.5-ci maddәsi). Insan Hüquqları üzrә Avropa Mәhkәmәsi (bundan sonra mәtndә Avropa Mәhkәmәsi) tәqsirsizlik prezumpsiyası ilә bağlı “Insan Hüquqlarının vә Əsas Azadlıqların Müdafiәsi haqqında” Avropa Konvensiyasının 6-cı maddәsi üzrә şikayәtlәrlә bağlı müxtәlif ölkәlәrә qarşı qәbul etdiyi Qәrarlarında dәfәlәrlә vurğulamışdır ki, sübutların mümkünlüyü mәsәlәsi әsasәn milli qanunvericiliklә tәnzimlәnәn mәsәlәdir vә ümumi qaydaya uyğun milli hakimlәr mәhz tәqdim olunan sübutları qiymәtlәndirmәlidirlәr. Avropa Mәhkәmәsi xüsusilә qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Mәhkәmәsinin vәzifәsi ümumilikdә mәhkәmә araşdırmasının әdalәtli olub-olmamasından, o cümlәdәn sübutların әldә edilmәsinin qanuni olub-olmamasından ibarәtdir. Adәtәn, bütün sübutlar tәqsirlәndirilәn şәxsin iştirakı ilә açıq mәhkәmә iclasında tәdqiq edilmәlidir. Bu prinsipdәn istisna ola bilәr, lakin istisnalar tәqsirlәndirilәn şәxsin müdafiә hüququna xәlәl gәtirmәmәli vә o, ittiham tәrәfinin şahidlәrinin ifadәlәrini tәkzib etmәk imkanına malik olmalıdır. Avropa Mәhkәmәsinin yerli mәhkәmәlәrin yekun qәrarlarının hüquqiliyi ilә bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrә # #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrә ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrә ## ###### 2009-cu il tarixli Qәrarlarına әsasәn, hüquqi dövlәtin әn mühüm prinsiplәrindәn biri digәr hallarla yanaşı, mәhkәmәnin yekun qәrarlarının sual doğurmamalı olmasını nәzәrdә tutan hüquqi müәyyәnlikdir. Yuxarı mәhkәmәlәrin hüquqi qәrarları lәğv etmә gücü mәhz ciddi sәhvlәrin düzәldilmәsindә özünü göstәrmәlidir. Bu güc elә tәtbiq edilmәlidir ki, fәrdi maraqlarla mühakimә sisteminin effektivliyinin tәmin edilmәsi arasında әdalәtli balans yaratmaq maksimal dәrәcәdә mümkün olsun. Bir sıra mәhkәmә qәrarlarında “ciddi sәhv” anlayışının tәhlili zamanı Mәhkәmә vurğulamışdır ki, işin “natamam vә qәrәzli” olması, yanlış nәticәyә sәbәb olması, mәhkәmә prosesinin ciddi pozuntuları, hakimiyyәtdәn sui-istifadә, hüququn tәtbiqi dairәsindәki sәhvlәr vә әdalәt mühakimәsi maraqlarına tәsir edәn digәr ağır nöqsanlar ciddi sәhvin mövcudluğu kimi göstәrilir. Göstәrilәnlәrlә bağlı Konvensiya prinsipial olaraq dövlәtin cinayәt mühakimә icraatı zamanı sәhvlәrin aradan qaldırılması imkanına malik olması üçün yekun mәhkәmә qәrarlarının yenidәn baxılmağa açılmasına icazә verir. Belә sәhvlәrin aradan qaldırılmadan qalması әdalәt mühakimәsinin әdalәtliliyinә, obyektivliyinә vә ictimai nüfuzuna ciddi tәsir edir. “Barbera, Messege vә Yabardo Ispaniyaya qarşı” şikayәtlә bağlı qәbul etdiyi Qәrarda Avropa Mәhkәmәsi göstәrmişdir ki, tәqsirsizlik prezumpsiyası nәzәrdә tutur ki, mәhkәmәnin tәrkibi öz vәzifәlәrini icra edәrkәn tәqsirlәndirilәn şәxsә istinad edilәn cinayәtin onun tәrәfindәn törәdildiyi kimi qәrәzli mövqedәn çıxış etmәmәlidir, bunu sübut etmәk vәzifәsi ittiham tәrәfinin üzәrinә düşür vә istәnilәn şübhә tәqsirlәndirilәn şәxsin xeyrinә hәll edilmәlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrә ## #### 2007-ci il tarixli Qәrarında Avropa Mәhkәmәsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymәtlәndirilәrkәn, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmәk yükü tәkzib edәnin deyil, iddia edәnin üzәrinә düşür)” prinsipi rәhbәr tutulur. Sübut kifayәt qәdәr güclü, aydın vә bir-birinә uyğun qәtnәmәlәrin hәm mövcudluğundan, hәmçinin tәkzib olunmaz oxşar fakt ehtimallarından irәli gәlә bilәr. Avropa Mәhkәmәsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qәrarında vurğulanmışdır ki, sübutlar qiymәtlәndirilәrkәn, bir qayda olaraq әsaslı şübhәdәn kәnar standartlar tәtbiq edilir. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrәli Qәrarının 8-10-cu bәndlәrindә mәhkәmәlәrә izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddәsinә, habelә CPM-in 33, 125-ci maddәlәrinә әsasәn әdalәt mühakimәsi hәyata keçirilәrkәn qanunsuz yolla әldә edilәn sübutlardan istifadә edilә bilmәz. Mәhkәmә öz tәşәbbüsü ilә vә yaxud cinayәt prosesi tәrәflәrinin vәsatәtlәri әsasında sübutun CPM-in 125.2-ci maddәsindә nәzәrdә tutulmuş pozuntularla әldә edilmәsi sәbәbindәn istifadә edilmәsinin qeyri-mümkün olması barәdә nәticәyә gәlib, onu sübutların sırasından xaric edәrkәn qanun pozuntusunun nәdәn ibarәt olmasını әsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 vә 349.5.1-ci maddәlәrinә müvafiq olaraq mәhkәmәnin hökmü yalnız mәhkәmә iclasında bilavasitә tәdqiq olunan sübutlara әsaslana bilәr. Bu maddәlәrin tәlәbinә görә mәhkәmә gәldiyi nәticәlәri şәrh edәrkәn mәhkәmә iclasında tәdqiq edilmәyәn vә mәhkәmә iclas protokolunda әksini tapmayan sübutlara istinad edә bilmәz. Tәqsirlәndirilәn şәxsin, şahidlәrin, zәrәr çәkmiş şәxsin, mәhkәmәyәdәk icraat zamanı verdiklәri ifadәlәrә o vaxt istinad etmәk olar ki, onlar CPM-in 327, 329 vә 330.1-ci maddәlәrinә uyğun olaraq mәhkәmә iclasında elan edilmәklә yanaşı, başqa sübutlarla müqayisә edilmiş olsun. “Narkotik vasitәlәrin, psixotrop maddәlәrin vә ya onların prekursorlarının, habelә narkotik vasitәlәrә vә psixotrop maddәlәrә aid olmayan güclü tәsir edәn vә zәhәrli maddәlәrin qanunsuz dövriyyәsinә dair cinayәt işlәri üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## #### 2024-cü il tarixli Qәrarında mәhkәmәlәrә izah olunmuşdur ki, ***-IQ nömrәli Qanunun (“Əmәliyyat-axtarış fәaliyyәti” haqqında ## ####### 1999-cu il tarixli Qanun) 15-ci maddәsi әmәliyyat-axtarış tәdbiri keçirilmәli olduqda hәmin Qanunun 11-ci maddәsinin III hissәsindә nәzәrdә tutulmuş qәrarlar, o cümlәdәn әmәliyyat-axtarış fәaliyyәtinin subyektinin sәlahiyyәtli şәxsinin qәrarı әsasında әmәliyyat-qeydiyyat işinin başlanılmasını, bu işin әmәliyyat-axtarış fәaliyyәtinin subyekti tәrәfindәn mütlәq qeydiyyata alınmasını, әmәliyyat-axtarış tәdbirlәrinin nәticәlәrinin әmәliyyat-qeydiyyat işindә әks etdirilmәli vә sistemlәşdirilmәli olduğunu tәsbit etsә dә, bu maddә, elәcә dә ***-IQ nömrәli Qanunun әmәliyyat-axtarış tәdbirlәrinin nәticәlәrinin istifadә edilmәsinә hәsr olunmuş 16-cı maddәsi vә yaxud digәr norması әmәliyyat-axtarış tәdbirinin gedişatına vә nәticәlәrinә dair mәlumatların hansı formada rәsmilәşdirilә (hansı forma vә mәzmunda olan sәnәdlәrdә әks etdirilә) bilәcәyini tәnzimlәmir. Hәmçinin, hәmin Qәrarda qeyd edilmişdir ki, әmәliyyat-axtarış tәdbirinin gedişindә tutulmuş (yaxalanmış) şәxsin üstünün yoxlanılması vә ondan bu vә ya digәr predmetlәrin, o cümlәdәn sübut әhәmiyyәti ola bilәcәk materialların götürülmәsi zamanı әmәliyyat-axtarış tәdbirini keçirmәyә müvәkkil edilmiş şәxs tәrәfindәn bu hәrәkәtlәrin fasilәsiz videoçәkilişi aparılmalı vә hәmin videoyazı elektron daşıyıcıda әmәliyyat-axtarış tәdbirinin gedişini vә nәticәlәrini әks etdirәn raportun vә yaxud protokolun tәrkib hissәsi kimi sәnәdә әlavә edilmә Mәhkәmә kollegiyası bu izah vә tövsiyәlәrdәn çıxış edәrәk vurğulamağı lazım bilir ki, istәr tәsvir edilәn Qәrarda, isәtәrsә dә hazırkı iş üzrә cinayәt tәqibi aparılan dövrün bir hissәsindә qüvvәdә olmuş "Narkotik vasitәlәrin, psixotrop maddәlәrin vә ya onların prekursorlarının qanunsuz dövriyyәsinә dair cinayәt işlәri üzrә mәhkәmә tәcrübәsi haqqında" # #### 2011-ci il tarixli Qәrarında da şәxsin narkotik vasitәlәrin vә ya psixotrop maddәlәrin, onların prekursorlarının, habelә bunlara aid olmayan güclü tәsir edәn maddәlәrin qanunsuz dövriyyәsi ilә mәşğul olması ilә bağlı әmәliyyat-axtarış tәdbirlәrinin keçirilmәsinә, bir sıra istintaq hәrәkәtlәrinin (mәsәlәn şәxsi axtarışın vә götürmәnin) aparılmasına, әmәliyyat-axtarış tәdbirlәrinin keçirilmәsi haqqında qәbul edilmiş qәrarların qanuniliyinin vә әsaslığının mәhkәmә nәzarәti qaydasında yoxlanılmasına vә cinayәt işlәrinnin ibtidai araşdırması vә mәhkәmәlәrdә baxılması zamanı bir çox mәsәlәlәrin qanuna müvafiq qaydada hәll edilmәsinә dair digәr izah vә tövsiyәlәr dә verilmişdir ki, hazırki işin tәhlili iş üzrә ilkin vә ibtidai araşdırmalar zamanı bu izah vә tövsiyәlәrә dә әmәl olunmamasını, sübutların isә qanun pozuntuları ilә toplanmasını göstәrir. Mәsәlәn, # #### 2011-ci il tarixli Qәrarın 28-ci bәndindә mәhkәmәlәrin diqqәtinә çatdırılmışdır ki, Azәrbaycan Respublikası CPM-in 246.2.1-ci maddәsinә әsasәn mәhkәmәnin qәrarı olmadan şәxsi axtarış şübhәli şәxs tutulduqda vә polis vә ya digәr hüquq-mühafizә orqanına gәtirildikdә aparıla bilәr. Azәrbaycan Respublikası CPM-in 153cü maddәsinin mәnasına görә isә tutulmuş şәxs tәxirә salınmadan polis vә digәr tәtqiqat orqanlarının müvvәqәti saxlama yerinә gәtirilmәli vә onun tutulması müvafiq protokolla rәsmilәşdirilmәlidir. Qanunun bu normalarının düzgün tәtbiqi mәsәlәsini nizama salmaq mәqsәdi ilә mәhkәmәlәrә izah edilsin ki, şәxsi axtarışın şübhәli şәxs qismindә tutma protokolu tәrtib olunmazdan әvvәl (şәxsi axtarış barәdә mәhkәmә qәrarı olmadan) aparılması halı müәyyәn edildikdә mәhkәmә buna münasibәtini bildirmәli vә bu yolla әldә olunmuş sübutların mümkünlüyü mәsәlәsini Azәrbaycan Respublikası CPM-in 125.1, 125.2.1 vә 125.2.7-ci maddәlәrinә uyğun olaraq hәll etmәlidir. Hәmçinin hәm # #### 2011-ci il tarixli, hәm dә ## #### 2024-cü il tarixli Qәrarlarda әksini tapmış izah vә tövsiәyәlәrin (bu izah vә tövsiyәlәr cinayәt-prosessual qanunvericiyliyinin tәlәblәrindәn irәli gәlir) ziddinә olaraq Bәraәt almış şәxs üzәrindә şәxsi axtarış vә götürmә istintaq hәrәkәti onun faktiki tutulduğu yerdә deyil, ilkin sәnәdlәrә görә, polis әmәkdaşları tәrәfindәn saxlanıldıqdan sonra Saatlı rayon Polis Şöbәsindә aparılmışdır ki, mәhkәmәlәr dә әsaslı olaraq bu xüsusata, elәcәdә Bәraәt almış şәxs küçәdә saxlanılması halının mәhkәmә iclasında araşdırılmış sübutlara ümumiyyәtlә uyğun olmamasına, hәm dә aşağıda tәsvir edilәn digәr qanun pozuntularına diqqәt yetirmişlәr. Əvvәla, işin müәyyәn edilmiş faktiki hallarını Konstitusiyanın, beynәlxalq müqavilәlәrin vә cinayәt-prosessual qanunvericiliyinin yuxarıda şәrh edilәn normalarının tәlәblәri, Avropa Mәhkәmәsinin vә Konstitusiya Mәhkәmәsi Plenumunun hüquqi mövqelәri, habelә Ali Mәhkәmәnin Plenumunun izah vә tövsiyәlәri ilә müqayisә etmәklә apellyasiya instansiyası mәhkәmәsinin hökmünü yoxladıqda hәmin yekun mәhkәmә aktının qeyd olunan prosessual hüquq normalarının tәlәblәrinә, xüsusilә dә CPM-in 143-146-cı maddәlәrindә nәzәrdә tutulmuş sübutların tәdqiqi vә qiymәtlәndirilmәsi qaydalarına vә CPM-in 349.5-ci maddәsindә tәsbit olunmuş mәhkәmәnin gәldiyi nәticәlәrin yalnız mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara әsaslanması, bu sübutların ittihamın qiymәtlәndirilmәsi üçün kifayәt edәn olması, mәhkәmәnin müәyyәn etdiklәri halların mәhkәmә iclaslarında tәdqiq olunmuş sübutlarla uyğunluq tәşkil etmәsi barәdә tәlәblәrә cavab verdiyi, ilkin vә ibtidai araşdırmalar zamanı isә Bәraәt almış şәxs elan olunmuş ittihamın әsasını tәşkil edәn sübutların әksәriyyәtinin isә ilkin vә ibtidai araşdırmalar zamanı qanun pozuntuları ilә әldә edilmәsi, digәr tәrәfdәn isә Bәraәt almış şәxs cinayәt mәsuliyyәtinә cәlb edilmәzdәn әvvәl dә onun şәrәf vә lәyaqәtinin alçaldılmasına yol verilmәsi vә bir sıra konstitusiyon vә konvensiyon hüquqlarının kobud şәkildә pozulması müәyyәn olunur. Kassasiya protestindә Bәraәt almış şәxs qarşı CM-in 234.4.3-cü maddәsi ilә ittihamın irәli sürülmәsinә әsas olmuş sübutların apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn әsassız olaraq nәzәrә alınmaması, digәr tәrәfdәn isә iş üzrә çıxarılmış # ####### 2025-ci il tarixli hökmün әsasını yolverilmәz sübutlar tәşkil etmәsi iddia olunsa da, mәhkәmә kollegiyası qeyd etmәyi zәruri bilir ki, ittiham tәrәfinin tәqdim etdiyi hәmin sübutların hamısı vә birinci vә apellyasiya instansiya mәhkәmәlәri tәrәfindәn cinayәt işinә mәhkәmәlәrdә baxılarkәn әldә edilmiş әlavә sübutlar mәhkәmә iclaslarında obyektiv olaraq tam hәcmdә araşdırılmış, Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyası çıxardığı hökmdә mәhz araşdırılmış, lakin Bәraәt almış şәxs tәqsirliliyini tәkzib edәn sübutlara istinad etmiş vә kassasiya protestinin dәlillәrinin әksinә olaraq bu sübutlar hәm ayrı-ayrılıqda, hәm dә mәcmu şәkildә qiymәtlәndirilәrәk Bәraәt almış şәxs ona elan olunmuş ittiham üzrә cinayәt әmәllәrini törәtmәsinin sübuta yetirilmәmәsi, qeyd olunduğu kimi, ilkin vә ibtidai araşdırmalar zamanı isә әsas sübutların qanun pozuntularına yol verilmәklә toplanması, eyni zamanda onun bir sıra fundamental hüquq vә azadlıqlarının pozulması barәdә nәticәyә gәlmişdir. Mәhkәmә baxışları zamanı cinayәt prosesinin iştirakçılarına, o cümlәdәn ittiham tәrәfinә başqa sübutları da mәhkәmәyә tәqdim etmәlәri üçün bәrabәr şәrait yaradılmış, lakin işә mәhkәmәlәrdә baxılarkәn mәhkәmә iclaslarında iştirak edәn dövlәt itthamçıları, o cümlәdәn kassasiya protestinin müәllifi Bәraәt almış şәxs qarşı irәli sürülmüş ittihamın tәsdiq edilmәsi barәdә mötәbәr vә tәkzibedilmәz nәticәyә gәlmәyә әsas verә bilәn әlavә vә tutarlı sübutları mәhkәmәlәrә tәqdim etmәmişlәr. Mәhkәmә kollegiyası CPM-in 419-cu maddәsinin tәlәblәrinә uyğun olaraq bu maddә ilә üzәrinә qoyulmuş vәzifәni yerinә yetirmәyi vә kassasiya protestinin dәlillәrinә iş üzrә toplanmış vә araşdırılmış bir sıra sübutlara, habelә qanunvericiliyin tәlәblәrinә әsaslanmaqla inandırıcı cavab verilmәsini zәruri sayır. Ilk növbәdә mәhkәmә kollegiyası da apellyasiya instansiyası mәhkәmәsinin iş üzrә gәldiyi nәticәlәrlә razılaşdığını qeyd edir vә belә qәnaәtә gәlir ki, hәmin nәticә ehtimallara deyil, aşağıdakı sübutlara vә onların tәhlilinә vә qiymәtlәndirilmәsinә әsaslanmışdır. Belә olan halda mәhkәmә kollegiyası Bәraәt almış şәxs barәsindә bәraәt hökmü çıxarmış apellyasiya instansiyası mәhkәmәsinin iş üçün әhәmiyyәt kәsb edәn hәr hansı sübutun tәdqiqindәn imtina etmәsini, Konstitusiyanın 125-ci maddәsinin VII hissәsinin tәlәblәrinә әmәl etmәmәsini, nәticә etibarı ilә isә CPM-in 416.1.1-ci maddәsindә nәzәrdә tutulmuş pozuntuya yol vermәsini müәyyәn etmir vә eyni zamanda onu da qeyd edir ki, dövlәt ittihamçısı dövlәt ittihamçısı4 hәmin mәhkәmә tәrәfindәn yekun mәhkәmә aktı qәbul edilәrkәn yolverilmәz sübutlardan istifadә edilmәsini iddia etsә dә, kassasiya protestinin bu dәlili dә әsassızdır ona görә ki, # ####### 2025-ci il tarixli hökmün әsasına qoyulmuş, bundan әvvәl isә hәm birinci instansiyası mәhkәmәsinin, hәm dә apellyasiya instansiyası mәhkәmәsinin mәhkәmә iclaslarında tәdqiq olunmuş sübutların qanunsuz yolla әldә edilmәsini ittiham tәrәfi cinayәt tәqibinin apellyasiya icraatı mәrhәlәsindә mübahisәlәndirmәmiş, bu halı tәsdiq edәn mötәbәr sübutları mәhkәmәyә tәqdim etmәmiş (halbuki CPM-in 125.8-ci maddәsinә әsasәn bu Mәcәllәnin tәlәblәrinә riayәt olunmaqla sübutlar әldә edildikdә, onların qәbul olunmasının yolverilmәzliyinin әsaslandırılması mübahisә edәn tәrәfin üzәrinә düşür), hәmin sübutların, o cümlәdәn bәraәt almış şәxsin hәm ibtidai araşdırmanın sonrakı mәrhәlәsindә (## ### 2024-cü il tarixdәn başlayaraq), hәm dә mәhkәmә iclaslarında verdiyi ifadәlәrin CPM-in 125.2-ci maddәsindә sadalanan pozuntularla әldә edilmәsi müәyyәn olunmamışdır. Bu baxımdan mәhkәmә kollegiyası belә nәticәyә gәlir ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn CPM-in 416.1.3-cü maddәsindә göstәrilәn pozuntuya da yol verilmәmiş vә buna görә bu mәsәlә ilә bağlı da kassasiya protestinin dәlillәri qәbuledilmәz sayılmalıdır. Apellyasiya instansiyası mәhkәmәsinin gәldiyi nәticә ilә bağlı, habelә kassasiya protestinin dәlillәrinә әsaslandırılmış vә inandırıcı cavab verilmәsi üçün isә mәhkәmә kollegiyası mәhkәmәlәrin işin faktiki hallarının müәyyәn edilmәsi ilә bağlı cinayәt işinin materiallarında olan, o cümlәdәn birinci instansiya mәhkәmәsinin ## ##### 2025-ci il tarixli vә apellyasiya instansiyası mәhkәmәsinin # ####### 2025-ci il tarixli hökmlәrindә istinad olunmuş sübutların bir hissәsinә müraciәt edәrәk hәmin sübutları hazırkı qәrarda da tәhlil etmәyi mәqsәdә uyğun hesab edir. Belә ki, iş üzrә toplanmış ilkin sәnәdlәrә әsasәn, ## #### 2024-cü il tarixdә Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinә (bundan sonra mәtndә BMCMI) Bәraәt almış şәxs külli miqdarda narkotik vasitәlәrin vә psixotrop maddәlәrin satışı ilә mәşğul olması vә satış mәqsәdilә әldә edәrәk saxlaması vә daşıması barәdә әmәliyyat mәlumatı daxil olmuş (göstәrilәn Idarәnin әmәliyyat müvәkkili Şahid ## #### 2024-cü il tarixli raportu), hәmin mәlumatın yoxlanılması mәqsәdilә sonuncu tәrәfindәn eyni tarixdә әmәliyyat-axtarış tәdbirlәrinin hәyata keçirilmәsi haqqında qәrar qәbul edilmiş, hәmin qәrarın surәtinin isә 48 saat müddәtindә mәhkәmә nәzarәtini hәyata keçirәn mәhkәmәyә vә ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora tәqdim edilmәsi nәzәrdә tutulmuş, eyni zamanda cinayәt işinin materiallarına Şahid, BMCMI-nin baş әmәliyyat müvәkkili X6 vә kiçik inspektoru X13 ibarәt әmәliyyat qrupunun yaradılması haqqında ## #### 2024-cü il tarixli *-**-*/Ə***/** saylı әmrin surәti әlavә olunmuşdur. Bundan başqa, cinayәt işinin materiallarına yalnız әmәliyyat-axtarış tәdbirlәrinin hәyata keçirilmәsi haqqında iki vәrәqdәn ibarәt olan qәrarın ## #### 2024-cü il tarixli müvafiq olaraq 3-13-6/2-2921/24 vә *-**-*/*-****/** saylı mәktublarla ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora vә mәhkәmә nәzarәtini hәyata keçirәn Nәrimanov Rayon Mәhkәmәsinә göndәrilmәsi haqqında mәktublar әlavә edilsә dә Bәraәt almış şәxs barәsindә keçirilmiş әmәliyyat-axtarış tәdbirlәrini özündә әks etdirәn lazımi prosessual sәnәdlәr nә mәhkәmәyә, nә dә ki ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora bu tәdbirlәrin әsaslığının vә qanuniliyinin yoxlanılması üçün tәqdim olunmamışdır. Halbuki, göstәrilәn qәrarda mәhkәmәnin qәrarı olmadan aşkar vә gizli üsullarla müvafiq әmәliyyat-axtarış tәdbirlәrinin hәyata keçirilmәsi, o cümlәdәn Bәraәt almış şәxs yaxalanması, yәni saxlanılması vә tutulması vә onun üzәrindә şәxsi axtarışın aparılması nәzәrdә tutulmuş vә ilkin araşdırma zamanı bu tәdbirlәr hәyata keçirilmiş, bunun nәticәsindә әldә olunmuş sübutlar isә ibtidai araşdırma orqanı tәrәfindәn Bәraәt almış şәxs qarşı CM-in 234.4.3-cü maddәsi ilә ittihamın irәli sürülmәsi üçün әsas sübutlar kimi çıxış etmişdir. Nәrimanov Rayon Mәhkәmәsinin ## #### 2024-cü il tarixli qәrarı ilә әmәliyyat-axtarış tәdbirlәrinin keçirilmәsi haqqında ## #### 2024-cü il tarixli qәrar qanuni hesab edilsә dә, mәhkәmә kollegiyası hesab edir ki, bu qәrar әsasında әmәliyyat-axtarış tәdbirlәrinin keçirilmәsinin әsaslığı vә qanuniliyi, hәmin tәdbirlәr nәticәsindә isә sübutların hәqiqәtәn qanuni yolla әldә edilib-edilmәmәsi mәhkәmә nәzarәti qaydasında qanuna müvafiq qaydada yoxlanılmadığından, bununla da prosessual hüquq normalarının aşağıdakı tәlәblәri pozulduğundan, eyni zamanda Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun vә Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin hüquqi mövqelәrinә, elәcә dә Ali Mәhkәmәnin Plenumunun izah vә tövsiyәlәrinә әmәl edilmәdiyindәn göstәrilәn qәrar әsasında toplanmış sübutlar da qanuni yolla әldә edilmiş sübutlar kimi qiymәtlәndirilә bilmәz. Belә ki, CPM-in 137-ci maddәsinin tәlәblәrinә görә, әmәliyyat-axtarış fәaliyyәti nәticәsindә әldә edilmiş materiallar “Əmәliyyat-axtarış fәaliyyәti haqqında” Azәrbaycan Respublikasının Qanununa uyğun әldә olunduqda vә bu Mәcәllәnin tәlәblәrinә uyğun tәqdim edildikdә vә yoxlanıldıqda, cinayәt tәqibi üzrә sübut kimi qәbul edilә bilәr. CPM-in 445.2-ci maddәsinә әsasәn, “Əmәliyyat-axtarış fәaliyyәti haqqında” Azәrbaycan Respublikası Qanununun 10-cu maddәsinin dördüncü hissәsindә nәzәrdә tutulmuş hallarda bu Mәcәllәnin 445.1-ci maddәsindә göstәrilәn әmәliyyat-axtarış tәdbirlәri mәhkәmәnin qәrarı olmadan, әmәliyyat-axtarış fәaliyyәtini hәyata keçirәn orqanın sәlahiyyәtli şәxsinin әsaslandırılmış qәrarı ilә hәyata keçirilә bilәr. Bu halda әmәliyyataxtarış fәaliyyәtini hәyata keçirәn orqanın sәlahiyyәtli şәxsi müvafiq tәdbir aparıldıqdan sonra 48 saat müddәtindә әmәliyyat-axtarış tәdbirinin aparılması barәdә әsaslandırılmış qәrarı mәhkәmә nәzarәtini hәyata keçirәn mәhkәmәyә vә ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora tәqdim etmәlidir. “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 137 vә 445.2-ci maddәlәrinin bәzi müddәalarının şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2015-ci il tarixli Qәrarında vurğulanmışdır ki, Azәrbaycan Respublikası CPM-in 445.2-ci maddәsinә müvafiq olaraq, әmәliyyat-axtarış tәdbirinin aparılması barәdә qәrar mәhkәmәyә daxil olduqda, insan hüquq vә azadlıqlarının tәmin edilmәsi baxımından onun qanuniliyi vә әsaslılığı mәhkәmә nәzarәti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isә әmәliyyat-axtarış fәaliyyәti nәticәsindә әldә edilmiş materiallar mәxfiliyi tәmin olunmaqla tәlәb edilә bilәr. Konstitusiya Mәhkәmәsi Plenumunun göstәrilәn Qәrarında eyni zamanda qeyd olunmuşdur ki, qanunvericiliklә müәyyәn edilmiş qaydada әmәliyyat-axtarış fәaliyyәtinin nәticәlәrinin mәhkәmәnin razılığı ilә aparılan tәdbirlәr nәticәsindә vә ya әvvәlcәdәn mәhkәmәnin razılığını almadan, lakin sonradan bunun barәsindә mәhkәmәyә mәlumat vermәk şәrti ilә keçirilәn tәdbirlәr nәticәsindә әldә edilmәsindәn asılı olmayaraq, hәmin tәdbirlәrin keçirilmәsinә mәhkәmә nәzarәtinin hәdlәri dәyişilmәzdir. Öz növbәsindә, mәhkәmә nәzarәti qaydasında keçirilәn yoxlamanın nәticәsindә mәhkәmәlәr müvafıq qәrar qәbul edirlәr. Mәhz bu baxımdan, mәhkәmәlәr әmәliyyat-axtarış tәdbiri keçirildikdәn sonra mәhkәmә nәzarәti qaydasında hәmin tәdbirin insan hüquq vә azadlıqlarının tәminatı baxımından qanuni, әsaslı, mütәnasib, mәqsәdәmüvafiq vә tәxirәsalınmaz keçirilmәsini yoxlayaraq CPM-in 448-ci maddәsinә әsasәn müvafiq qәrar qәbul etmәlidirlәr. Qeyd olunanları nәzәrә alaraq, Konstitusiya Mәhkәmәsinin Plenumu öz Qәrarında aşağıdakı nәticәlәrә gәlmişdir: - CPM-in 445.2-ci maddәsinә müvafiq olaraq әmәliyyat-axtarış tәdbirinin aparılması barәdә qәrar mәhkәmәyә daxil olduqda, insan hüquq vә azadlıqlarının tәmin edilmәsi baxımından onun qanuniliyi vә әsaslılığı mәhkәmә nәzarәti qaydasında yoxlanılmalı vә ehtiyac olduğu halda әmәliyyat-axtarış fәaliyyәti nәticәsindә әldә edilmiş materiallar mәxfiliyi tәmin olunmaqla tәlәb edilә bilәr; - әmәliyyat-axtarış tәdbirinin aparılması barәdә qәrara әsasәn әldә edilmiş materiallar “Əmәliyyat-axtarış fәaliyyәti haqqında” Qanuna uyğun әldә olunduqda vә CPM-in tәlәblәrinә uyğun tәqdim edildikdә vә mәhkәmә nәzarәti qaydasında әtraflı yoxlanıldıqda, hәmin Mәcәllәnin 137-ci maddәsinin tәlәblәrinә uyğun olaraq cinayәt tәqibi üzrә sübut kimi qәbul edilә bilәr. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli Qәrarının 16-cı bәndindә mәhkәmәlәrә izah edilmişdir ki, CPMin 137-ci maddәsinә әsasәn әmәliyyat-axtarış fәaliyyәtinin gedişindә әldә edilmiş materiallar “Əmәliyyat-axtarış fәaliyyәti haqqında” Azәrbaycan Respublikasının Qanununa uyğun әldә olunduqda vә bu Mәcәllәnin tәlәblәrinә uyğun tәqdim edildikdә vә yoxlanıldıqda, cinayәt tәqibi üzrә sübut kimi qәbul edilә bilәr. Əmәliyyat-axtarış tәdbirlәri nәticәsindә әldә olunmuş materialların cinayәt prosesindә sübut kimi qәbul edilәnliyi ilә bağlı әlaqәdar onu nәzәrә almaq lazımdır ki, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 137 vә 445.2-ci maddәlәrinin bәzi müddәalarının şәrh edilmәsinә dair” ## ###### 2015-ci il tarixli qәrarına görә, әmәliyyat-axtarış tәdbirinin aparılması barәdә qәrara әsasәn әldә edilmiş materiallar CPM-in 137-ci maddәsindә göstәrilәn tәlәblәrә uyğun şәkildә әldә edilmәklә vә tәqdim edilmәklә yanaşı, mәhkәmә nәzarәti qaydasında әtraflı yoxlanıldıqda cinayәt tәqibi üzrә sübut kimi qәbul edilә bilәr. Odur ki, әmәliyyat-axtarış fәaliyyәti nәticәsindә әldә olunaraq cinayәt işindәki sübutlar sırasında mәhkәmәyә tәqdim olunmuş materiallar mәhkәmә baxışında tәdqiq edilәrkәn mәhkәmә müvafiq әmәliyyat-axtarış tәdbiri üzәrindә (әmәliyyataxtarış tәdbirinin keçirilmәsinә әsasların olub-olmaması mәsәlәsinin yoxlanılması da daxil olmaqla) mәhkәmә nәzarәtinin keçirilib-keçirilmәdiyini araşdırmalıdır. Bununla belә, әmәliyyat-axtarış tәbirinin mәhkәmә nәzarәti qaydasında yoxlanılması onun nәticәsindә әldә olunaraq cinayәt işinә sübut kimi daxil edilmiş materialı mәhkәmә baxışında mövcud prosedura daxilindә tәdqiq etmәk, o cümlәdәn CPM-in 125, 144-146-cı maddәlәrinin tәlәblәrinә әmәl etmәklә yoxlamaq, aidiyyәti, mümkünlüyü vә mötәbәrliyi üzrә qiymәtlәndirmәk zәrurәtini ortadan qaldırmır. Qәrarda daha sonra qeyd olunmuşdur ki, Avropa Mәhkәmәsinin formalaşmış hüquqi mövqeyinә görә dә (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № *****/**, §§ 67-69, ## #### 2019-cu il), “Ibrahimov vә Mәmmәdov Azәrbaycana qarşı” (Ibrahimov and Mammadov v. Azerbaijan, №№ *****/** vә 5 digәri, § 121, ## ###### 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitә] (Megrelishvili v. Georgia [Committee], № *****/**, § 33, # ### 2020-ci il); “Ayәtullah Ay Türkiyәyә qarşı” (Ayetullah Ay v. Turkey, №№ *****/** vә 1191/08, § 143, ## ####### 2020-ci il; “Tlaşadze vә Kakaşvili Gürcüstana qarşı” [Komitә] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № *****/**, §§ 45-48; ## #### 2021-ci il) әmәliyyat-axtarış fәaliyyәtini hәyata keçirәn orqanın sәlahiyyәtli şәxsi tәrәfindәn müvafiq qәrarın әsaslı şübhәnin mövcud olduğunu tәsdiq edәn vә tәdbiri mәhz әvvәlcәdәn mәhkәmә qәrarı almadan tәxirәsalınmaz qaydada keçirilmәsini әsaslandıran mümkün qәdәr geniş mәlumatlar göstәrilmәdәn qәbul edilmәsi, belә qәrarın daha sonra mәhkәmә nәzarәti qaydasında yoxlanılmaması vә yaxud әtraflı tәhlil edilmәdәn tәsdiq edilmәsi, ayrıayrılıqda vә birlikdә baş verdikdә, pozuntu tәşkil edir. Avropa Mәhkәmәsinin tövsiyәsinә görә mәhkәmәyәdәk araşdırma dövründә bu cür pozuntuya yol verilmişdirsә, onun aradan qaldırılması üçün işә mahiyyәti üzrә baxılarkәn bununla bağlı irәli sürülәn dәlillәr mәhkәmә tәrәfindәn araşdırılmalıdır. Qәrarın 17-ci bәndindә mәhkәmәlәrә nәzәrә almaları tövsiyә edilmişdir ki, cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliliyi (CPM, maddә 28), hakimlәrin müstәqilliyi (CPM, maddә 25), cinayәt mühakimә icraatının aşkarlığı (CPM, maddә 27), cinayәt prosesindә tәrәflәrin çәkişmәsi (CPM, maddә 32) vә tәqsirsizlik prezumpsiyası prinsiplәri (CPM, maddә 21) ilә şәrtlәndirilәn mәhkәmә baxışının xüsusiyyәtlәri cinayәtprosessual qanunun müәyyәn etdiyi prosedur daxilindә yoxlanılmayan (yalnız әmәliyyataxtarış fәaliyyәtinin subyektinә mәlum olan, lakin baxılan konkret işin hallarına görә araşdırılması tәlәb olunan) mәxfi mәlumat әsasında şәxsin cinayәt törәtmәkdә tәqsirli bilinmәsinә vә cәzalandırılmasına yol vermir. Avropa Mәhkәmәsi dә “Şöler Almaniyaya qarşı” işi üzrә (Scholer v. Germany, № *****/**, § 77, ## ###### 2014-cü il) qәrarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayәtin mahiyyәtini nәzәrә almaqla Konvensiya anonim agentlәrdәn ibtidai araşdırma zamanı istifadә olunmasını istisna etmir. Onların mәlumatlarından mәhkәmәdә şәxsin tәqsirliliyinin sübuta yetirilmәsi zamanı istifadә olunması isә tamamilә fәrqli vәziyyәtdir”. Odur ki, әmәliyyat-axtarış tәdbiri nәticәsindә әldә olunmuş vә yaxud әmәliyyat-axtarış tәdbirinin keçirilmәsinә әsas olmuş, mәxfi olmasına görә mәhkәmә baxışında tәdqiq edilmәyәn mәlumatdan hökmdә ittihamın әsaslandırılması zamanı istifadә edilmәmәli, belә mәlumat (mәsәlәn, әmәliyyat-qeydiyyat işindә olan) tәdqiq edildikdә isә mәlumatın mәxfiliyinin qorunması mәhkәmә tәrәfindәn tәmin edilmәlidir. Hәm CPM-in 137 vә 445.2-ci maddәlәrinin tәlәblәrindәn, hәm Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2015-ci il tarixli Qәrarında vә Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin bir çox Qәrarlarında yüksәk Mәhkәmәlәrin sәrgilәdiklәri hüquqi mövqedәn, hәm dә “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli Qәrarında әksini tapmış izah vә tövsiyәlәrdәn çıxış edәrәk mәhkәmә kollegiyası cinayәt işinin materiallarına müraciәt edib qeyd etmәyi zәruri bilir ki, Bәraәt almış şәxs barәsindә әmәliyyat-axtarış tәdbirlәrinin hәyata keçirilmәsi haqqında ## #### 2024-cü il tarixli qәrarın vә onun әsasında toplanmış ilkin sübutların әsaslığı vә qanuniliyi mәhkәmә nәzarәti qaydasında lazımi qaydada yoxlanılmadığından bu qәrar әsasında toplanmış sübutlar da Bәraәt almış şәxs qarşı ittihamın irәli sürülmәsindә istifadә edilә bilmәzdi. Burada mәhkәmә kollegiyası onu da qeyd etmәyi lazım bilir ki, “Əmәliyyat-axtarış fәaliyyәti haqqında” Azәrbaycan Respublikası Qanununun 15-ci maddәsinә әsasәn әmәliyyat-axtarış tәdbirlәrinin hәyata keçirilmәsi zәruri olduqda bu Qanunun 11-ci maddәsinin III hissәsindә nәzәrdә tutulmuş qәrarların әsasında әmәliyyat-qeydiyyat işi açılmalı vә bu iş әmәliyyat-axtarış fәaliyyәtinin subyekti tәrәfindәn mütlәq şәkildә qeydiyyata alınmalıdır. Əmәliyyat-axtarış fәaliyyәtinin subyektindә mәhkәmә, istintaq vә ya tәhqiqat orqanlarından gizlәnәn, cәza çәkmәkdәn boyun qaçıran, cinayәt törәtmәkdә şübhәli olan vә ya itkin düşәn şәxslәr haqqında eyni hüquqazidd hәrәkәtlәrә görә yalnız bir әmәliyyatqeydiyyat işi aparılmalıdır. Əmәliyyat-axtarış tәdbirlәrinin nәticәlәri әmәliyyat-qeydiyyat işindә әks etdirilmәli vә sistemlәşdirilmәlidir. Əmәliyyat-qeydiyyat işi onu aparan әmәliyyataxtarış fәaliyyәtinin subyektindә saxlanılır. Ədalәt mühakimәsi naminә hallar istisna olunmaqla, cinayәtin törәdilmәsindә qanunla müәyyәn olunmuş qaydada tәqsiri sübuta yetirilmәyәn şәxs haqqında әmәliyyat-axtarış tәdbirlәri nәticәsindә әldә edilmiş materiallar bir il müddәtindә saxlanılır, sonra isә mәhv edilir. Iş materiallarından göründüyü kimi, işә apellyasiya qaydasında baxılarkәn göstәrilәn Qanunun tәsvir edilәn tәlәblәrinә әsaslanan apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn BMCMI-nә sorğu verilәrәk Bәraәt almış şәxs barәsindә әmәliyyat-qeydiyyat işinin olubolmaması barәdә mәlumatın verilmәsi, olduğu halda bu işin mәhkәmәyә tәqdim olunması barәdә aidiyyәti üzrә göstәriş verilmәsi xahiş olunsa da sorğuya cavab olaraq mәhkәmәyә әmәliyyat işi deyil, Bәraәt almış şәxs barәsindә әmәliyyat-axtarış tәdbirlәrinin hәyata keçirilmәsi barәdә qәrar vә cinayәt işindә olan digәr sәnәdlәr göndәrilәrәk bu sәnәdlәrin iş materiallarına da әlavә edildiyi qeyd edilmişdir. Mәhkәmә kolllegiyası hesab edir ki, bu hal Bәraәt almış şәxs barәsindә әmәliyyat işinin ümumiyyәtlә açılmamasına, nәticә etibarı ilә isә tam qanunsuz olaraq onun barәsindә әmәliyyat-axtarış tәdbirlәrinin hәyata keçirilmәsinә dәlalәt edir. Halbuki, “Əmәliyyat-axtarış fәaliyyәti haqqında” Azәrbaycan Respublikası Qanununun 16-cı maddәsindә tәsbit edilmişdir ki, әmәliyyat-axtarış fәaliyyәti nәticәsindә әldә edilmiş materiallar bu qanuna müvafiq әldә edildikdә vә Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin tәlәblәrinә uyğun tәqdim edildikdә vә yoxlanıldıqda, cinayәt tәqibi üzrә sübut kimi qәbul edilә bilәr. Qanunun 16-cı maddәsinin IV hissәsinә görә isә, bu Qanunun tәlәblәrinә riayәt olunmadan әldә edilmiş mәlumatlar dәrhal mәhv edilmәlidir. Daha sonra әmәliyyat müvәkkili Şahid ## #### 2024-cü il tarixdә BMCMI-nin rәisinә digәr raport ünvanlayaraq әmәliyyat qrupunun üzvlәrinin keçirdiklәri әmәliyyat-axtarış tәdbirlәri nәticәsindә Bәraәt almış şәxs yeri müәyyәn edilәrәk onun hәmin gün saat 14.20dә Bakı şәhәri, Sabunçu rayonu, Ramana qәsәbәsi, F.B.Köçәrli küçәsindә yerlәşәn “Zәfәr 44” marketin yaxınlığında olduğu zaman saxlanılmasını, buna görә sonuncu ilә prosessual hәrәkәtlәrin aparılması üçün onun Baş Idarәyә gәtirilmәsini qeyd edib Bәraәt almış şәxs paltarında, әşyalarında vә bәdәnindә olması ehtimal edilәn narkotik vasitәlәrin, psixotrop maddәlәrin vә qanunla qadağan edilmiş, yaxud iş üzrә sübut әhәmiyyәtinә malik ola bilәcәk digәr әşyaların, sәnәdlәrin vә cinayәtin izlәrinin aşkar olunaraq götürülmәsi üçün müvafiq tәdbirlәrin görülmәsi ilә bağlı aidiyyәti göstәriş verilmәsini xahiş etmişdir. Bununla yanaşı, işә әlavә edilmiş sәnәdlәrdәn görünür ki, Bәraәt almış şәxs saxlanılaraq BMCMI-nin inzibati binasına gәtirildikdәn sonra hәmin Idarәnin Tәhqiqat Şöbәsinin baş tәhqiqatçısı X3 saxlanılmış şәxsin müdafiә hüququnun tәmin edilmәsi üçün müvafiq prosessual hәrәkәtlәr edәrәk bu haqda qanunda nәzәrdә tutulmuş qәrarlar qәbul etmiş, ## #### 2024-cü il tarixdә saat 15:44-dә Bәraәt almış şәxs onun müdafiә hüququnun hәyata keçirilmәsi üçün dәvәt olunmuş ** saylı Vәkil Bürosunun vәkili X10 iştirakı ilә şübhәli şәxs qismindә tutulmuş, onun tutulması vaxtının isә hәmin tarix saat 14:20-dәn hesablanması qәrara alınmışdır. Lakin, cinayәt işinin materiallarının tәhlili göәtәrir ki, bundan sonra müdafiәçi N.Q.Hәsәnov qanunla onun üzәrinә qoyulmuş vәzifәlәri sәmәrәli şәkildә yerinә yetirmәyәrәk heç dә hüquqlarını müdafiә etdiyi şәxsә keyfiyyәtli hüquqi yardım göstәrmәmiş vә bu vәzifәlәrin onun tәrәfindәn icrası müddәtindә iş üzrә hәqiqәtin müәyyәn edilmәsi üçün lazımi prosessual hәrәkәtlәr etmәyәrәk ibtidai araşdırma zamanı tәrtib olunmuş prosessual sәnәdlәri imzalamaqla kifayәtlәnmişdir. Ibtidai araşdırmanın sonrakı mәrhәlәsindә Bәraәt almış şәxs hüquqlarının müdafiә olunması üçün onun valideynlәri tәrәfindәn müvafiq olaraq 27 vә ## #### 2024-cü il tarixlәrdә ** saylı Vәkil Bürosunun vәkili Qasımov Feyzulla Sabir oğlu vә ** saylı Vәkil Bürosunun vәkili Abdurәhmanlı Umud Xudaverdi oğlu ilә müqavilәlәr bağlansa da, sonuncular Bәraәt almış şәxs müdafiәçilәri qismindә yalnız ## ### 2024-cü il tarixdә ibtidai araşdırmanın aparılmasına buraxılmış vә hәmin tarixdә dә Bәraәt almış şәxs müdafiәçi N.Q.Hәsәnovun xidmәtlәrindәn imtina etmәsi barәdә әrizә alınmışdır. Mәhkәmә kollegiyasının qәnaәtinә görә, bütün bu hallar da ilkin araşdırma zaman vә ibtidai araşdırmanın ilkin mәrhәlәsindә (iki aydan artıq müddәtdә) Bәraәt almış şәxs müdafiә hüququnun pozulmasına dәlalәt edir vә belә olan halda belә pozuntu ilә әldә edilmiş bütün sübutlar da yolverilmәz hesab edilmәlidir. Daha sonra iş materiallarından görünür ki, tәhqiqatçı X3 ## #### 2024-cü il tarixli qәrara әsasәn әmәliyyat-axtarış tәdbirlәrini hәyata keçirmiş polis әmәkdaşlarının vә şübhәli şәxsin hüquqlarının müdafiә olunması üçün heç bir sәmәrәli fәaliyyәt göstәrmәyәn müdafiәçi N.Q.Hәsәnovun iştirakları ilә videoçәkilişdәn istifadә edilmәklә Bәraәt almış şәxs üzәrindә şәxsi axtarış aparmış, bu haqda tәrtib edilmiş ## #### 2024-cü il tarixli protokola görә saat 16:10-dan 16:21-dәk bu istintaq hәrәkәtinin aparılması zamanı Bәraәt almış şәxs ona edilmiş tәklifә әsasәn göy rәngli cins şalvarının sağ yan cibindәn içәrisindә psixotrop maddә metamfetaminә bәnzәr ağ rәngli kristal formada maddә qablaşdırılmış bir әdәd bükümü tәqdim edәrәk hәmin bükümü ## #### 2024-cü il tarixdә axşam vaxtı yaşadığı әrazidәn yerdәn tapdığını vә öz istifadәsi üçün üzәrindә saxladığını bildirmişdir. Bundan sonra hәmin bükümdәki maddә tәrәzidә çәkilmәyәrәk vә әtraflı tәsvir edilmәyәrәk iştirakçılara tәqdim olunmamaqla ağ zәrfә qablaşdırılmış, lakin tәhqiqatçının vә müdafiәçinin verdiklәri sualların Bәraәt almış şәxs tәrәfindәn cavablandırılması protokolda әks etdirilmәyәrәk şәxsi axtarış vә götürmә istintaq hәrәkti başa çatdırılmışdır. Bu protokolun vә DVD diskә yazılaraq ona әlavә edilmiş videogörüntülәrin tәhlili nәticәsindә hәmin protokolda göstәrilәnlәrin bir hissәsinin videogörütülәrlә ziddiyәt tәşkil etmәsi müәyyәn edilmişdir. Mәhkәmә kollegiyası kassasiya protestinin dәlillәrinә cavab verilmәsi üçün cinayәt işinin materiallarına müraciәt edәrәk daha sonra qeyd edir ki, ibtidai araşdırma orqanının vә mәhkәmә iclaslarında dövlәt ittihamını müdafiә etmiş prokurorların, o cümlәdәn kassasiya protesti müәllifinin qәnaәtlәrinә görә, Bәraәt almış şәxs CM-in 234.4.3-cü maddәsi ilә irәli sürülmüş ittihamın tәsdiq edilmәsinә dәlalәt edәn әsas vә mötәbәr sübut hesab etdiklәri şәxsi axtarışın vә götürmәnin aparılması haqqında ## #### 2024-cü il tarixli protokoldan görünәn odur ki, hәmin istintaq hәrәkәtinin aparılması zamanı sonuncunun üzәrindәn aşkar edilәrәk götürülmüş kütlәlәrin psixotrop maddә metamfetamin olması ilk olaraq yalnız şübhәli şәxsin izahatına әsasәn müәyyәn edilmiş, bunun hәqiqәtә uyğun olması isә hәmin vaxt mütәxәssis dәvәt olunmaqla aydınlaşdırılmamış, tәhqiqatçının da narkotik vasitәlәrin vә psixotrop maddәlәrin növlәrini ayırd edә bilmәsi müәyyәn edilmәmiş, digәr tәrәfdәn isә Bәraәt almış şәxs tәqdim etdiyi kütlә әtraflı tәsvir edilmәyәrәk iştirakçılara tәqdim olunmamış vә onun miqdarı bu zaman müәyyәn edilmәmişdir. Hәrçәnd, CPM-in 128.3-cü maddәsinә әsasәn, әşyanın maddi sübuti әhәmiyyәti mәhkәmә tәrәfindәn o halda qәbul olunur ki: 128.3.1. әşya әldә olunduqdan dәrhal sonra o, әtraflı tәsvir edilmәklә, möhürlәnmәklә vә bu kimi hәrәkәtlәr yerinә yetirilmәklә onun üzәrindәki izlәrin әlamәtlәrinin vә xüsusiyyәtlәrinin әhәmiyyәtli surәtdә dәyişdirilmәsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhәli, tәqsirlәndirilәn, zәrәr çәkmiş şәxs vә ya şahid onu bilavasitә mәhkәmәdә tәdqiqdәn әvvәl tanısın. CPM-in 245.8-ci maddәsindә isә axtarış vә ya götürmә zamanı götürülmüş bütün әşya vә sәnәdlәrin istintaq hәrәkәtinin iştirakçılarına tәqdim edilmәsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çәkisinin, hansı materialdan hazırlanmasının vә digәr xüsusi әlamәtlәri göstәrilmәklә әtraflı tәsvir edilmәsi vә bundan sonra götürülmüş әşyaların vә sәnәdlәrin qablaşdırılması, zәrurәt olduqda isә müstәntiq tәrәfindәn möhürlәnmәsi tәlәb olunur. CPM-in 247.1.9-cu maddәsindә müәyyәn edilmişdir ki, axtarış vә ya götürmә qurtardıqdan sonra müstәntiq bu istintaq hәrәkәtlәrinә dair tәrtib etdiyi protokolda digәr hallarla yanaşı axtarış vә ya götürmә aparılarkәn müşahidә edilmә ardıcıllığı ilә bütün aşkar olunanlar, o cümlәdәn axtarılan әşya vә şәxslәrin könüllü surәtdә verilmәsi hallarının olubolmaması; istintaq hәrәkәti zamanı belә hal baş vermişsә, aşkar edilmiş әşya vә sәnәdlәri gizlәtmәk cәhdlәri; götürülmüş әşyaların sayı, ölçüsü, çәkisi, fәrdi әlamәtlәri vә digәr xüsusiyyәtlәri göstәrilmәklә әtraflı tәsvir edir. CPM-in 245.8-ci maddәsindә isә axtarış vә ya götürmә zamanı götürülmüş bütün әşya vә sәnәdlәrin istintaq hәrәkәtinin iştirakçılarına tәqdim edilmәsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çәkisinin, hansı materialdan hazırlanmasının vә digәr xüsusi әlamәtlәri göstәrilmәklә әtraflı tәsvir edilmәsi vә bundan sonra götürülmüş әşyaların vә sәnәdlәrin qablaşdırılması, zәrurәt olduqda isә müstәntiq tәrәfindәn möhürlәnmәsi tәlәb olunur. Bәraәt almış şәxs üzәrindә şәxsi axtarışın vә götürmәnin onun saxlandığı yerdә vә vaxtda deyil, BMCMI-nin inzibati binasında aparılmasına (kassasiya protestindә bunun da qanuna uyğunluğu iddia olunur) münasibәt bildirәn mәhkәmә kollegiyası qeyd edir ki, CPMin 246.2.1-ci maddәsi imkan verir ki, şübhәli şәxs tutulduqda onun bilavasitә tutulduğu yerdә, bu üzrlü sәbәblәrdәn mümkün olmadıqda isә - polis vә ya digәr hüquq-mühafizә orqanına gәtirildikdә onun üzәrindә mәhkәmәnin qәrarı alınmadan da şәxsi axtarış aparılsın (bu haqda tövsiyә Ali Mәhkәmәnin Plenumunun ## #### 2024-cü il tarixli Qәrarında da әksini tapmışdır). Bu normanın tәlәblәri baxımından, habelә Ali Mәhkәmәnin Plenumunun yuxarıda göstәrilәn # #### 2011-ci il tarixli vә ## #### 2024-cü il tarixli tarixli Qәrarlarında әksini tapmış izah vә tövsiyәlәrdәn çıxış edәrәk mәhkәmә kollegiyası hesab edir ki, şәxs narkotik vasitәlәrin vә psixotrop maddәlәrin, onların prekursorlarının vә ya güclü tәsir edәn vә zәhәrlәyici maddәlәrin qanunsuz dövriyyәsi ilә bağlı hәr hansı cinayәtin törәdilmәsindә şübhәli bilindikdә (bu haqda әmәliyyat vә ya digәr mәlumat hüquq-mühafizә orqanına daxil olduqda), o, barәsindә “Əmәliyyat-axtarış fәaliyyәti haqqında” Azәrbaycan Respublikası Qanununun 10-cu maddәsindә nәzәrdә tutulmuş zәruri әmәliyyat-axtarış tәdbirlәrinin (mәsәlәn güdmә, telefon danışıqlarına qulaq asma vә s.) tәtbiq edilmәsi nәticәsindә onun olduğu yer müәyyәn edildikdәn dәrhal sonra, yәni tәxirә salınmadan hәmin yerdә tutula (saxlanıla, yaxalana) bilәr vә mәhz orada da onun üzәrindә, qanunvericiliyin tәlәb etdiyi vә imkan verdiyi kimi, mәhkәmәnin qәrarı olmadan, baxış, axtarış vә götürmә kimi istintaq hәrәkәtlәri aparıla bilәr. Hazırkı işin materiallarından görünür ki, ona qarşı irәli sürülmüş ittihama görә, küçәdә polis әmәkdaşları tәrәfindәn saxlanılmış Bәraәt almış şәxs üzәrindә şәxsi axtarış vә götürmә istintaq hәrәkәtinin elә saxlanıldığı yerdә aparılması üçün heç bir maneә olmamış, lakin ilkin araşdırma zamanı bunun üçün müvafiq tәdbirlәr görülmәmişdir. Bundan başqa, işdә olan prosessual sәnәdlәrә әsasәn, Bәraәt almış şәxs şübhәli şәxs qismindә tutulması ## #### 2024-cü il tarixdә saat 15.44-dә rәsmilәşdirilsә dә, o, bu qismdә yalnız ## #### 2024-cü il tarixdә saat 11:45-dәn 12:30-dәk, yәni tәxminәn on doqquz saatdan sonra dindirilmişdir ki, bununla da CPM-in 232.1-ci maddәsinin tәlәbinin dә pozulmasına yol verilmişdir. Mәhkәmә kollegiyası әvvәllәr dә qәbul etdiyi qәrarlarında bununla bağlı vurğulamışdır ki, CPM-in 232.1-ci maddәsinә әsasәn, şübhәli şәxsin dindirilmәsi onun tutulmasından vә ya barәsindә qәtimkan tәdbirinin tәtbiq edilmәsi barәdә qәrar ona elan edildikdәn dәrhal sonra aparılır. Bundan başqa, iş materiallarından görünür ki, Bәraәt almış şәxs vaxtı müәyyәn edilmәyәn vә onun adından kompyuterdә çap olunmuş ## #### 2024-cü il tarixli izahatda vә ## #### 2024-cü tarixli şübhәli vә tәqsirlәndirilәn şәxs qismindә dindirilmәsi haqqında protokollarda şәxsi axtarışın vә götürmәnin aparılması zamanı verdiyi cavablar, yәni onun üzәrindәn aşkar edilәrәk götürülmüş psixotrop maddәni bir gün әvvәl yerdәn tapması, hәmin maddәni isә şәxsi istifadәsi üçün götürüb üzәrindә saxlaması barәdә verdiyi izahat tәkrarlansa da ibtidai araşdırmanın sonrakı mәrhәlәsindә (## ### 2024-cü il tarixdәn başlayaraq) vә işә mahiyyәti üzrә Bakı Ağır Cinayәtlәr Mәhkәmәsindә baxılarkәn, habelә apellyasiya instansiyası mәhkәmәsinin mәhkәmә iclasında o, özünü ona qarşı irәli sürülmüş ittiham üzrә tәqsirli bilmәyәrәk göstәrmişdir ki, o, Türkiyә Respublikasının Eskişәhәr şәhәrindә yerlәşәn “Eski şehir Osman Qazi Universiteti”-nin Iqtisadiyyat fakültәsinin 3-cü kursunda tәhsil alır, buna görә dә tez-tez Azәrbaycandan Türkiyәyә vә Türkiyәdәn Azәrbaycana gedib gәlir. ## ###### 2023-cü il tarixdә o, növbәti dәfә Türkiyә Respublikasından Azәrbaycana gәlmiş, lakin Bakı Hava Limanının sәrhәd keçid mәntәqәsindә saxlanılmış vә ona bildirilmişdir ki, onun ölkәyә giriş-çıxışına “stop” qoyulmuşdur buna görә dә biraz gözlәmәli olacaq, polis әmәkdaşları özlәri ona yaxınlaşacaqlar. Əvvәl o, belә zәnn etmişdir ki, yәqin ki, müddәtdәn artıq Türkiyәdә qaldığı üçün cәrimә ödәmәlidir vә buna görә dә onun ölkәyә girişinә vә çıxışına mәhdudiyyәt qoyulmuşdur. Bir qәdәr sonra keçid mәntәqәsinә gәlmiş polis әmәkdaşları onu özlәri ilә Hava Limanının Polis Bölmәsinә aparmış, lakin sonuncular onun saxlanılması sәbәbi barәdә heç bir şey demәmişlәr. Polis Bölmәsindә onun üzәrinә baxış keçirildikdәn sonra polis әmәkdaşları ona BMCMI tәrәfindәn axtarılmasını vә bunun sәbәblәri barәdә ona hәmin Idarәdә deyilәcәyini bildirmişlәr. Bundan sonra Hava Limanına gәlmiş digәr polis әmәkdaşları onu BMCMI-nin inzibati binasına aparmış, orada o, aşağı mәrtәbәdә yerlәşәn zirzәmiyә yerlәşdirilmiş, tәkrarәn üzәrindә axtarış keçirilmiş, sonra isә onu 4-cü mәrtәbәyә qaldırmışlar. Orada yerlәşәn otaqların birindә uzunboy, qaraşın, özünü Ilqar adlı şәxs kimi tәqdim edәn bir әmәkdaş onu döyüb tәhqir etmәyә, üstünә çıxıb üzündәki tüklәri yolmağa başlamış vә bu hәrәkәtlәri edәrkәn “Xi sәn vurmusan?” deyә soruşmuşdur. Onun Türkiyә Respublikasında oxuduğu Universitetdә “Qusik” lәqәbli tәlәbә yoldaşı olmuş, lakin onun adının X olması barәdә bilmәmiş, ümumiyyәtlә onun haqqında başqa mәlumatı olmamışdır. Buna baxmayaraq o, Ilqar adlı әmәkdaşa bildirmişdir ki, X adlı dostu var, amma hazırda kimi soruşduğunu dәqiq bilmir, tanımır vә onu vurmamışdır. Ilqar adlı әmәkdaş bir nәfәrә görüntülü zәng etmiş vә demişdir ki, ”sәnin xәtrinә dәyәni mәn pis günә qoyaram”. Bundan sonra da Ilqar adlı әmәkdaş onu döymәkdә davam etmiş, daha sonra o, yenә zirzәmiyә endirilәrәk kameraya yerlәşdirilmiş, növbәti gün isә yenidәn 4-cü mәrtәbәyә aparılmışdır. Onu müşaiyәt edәn Fәrhad adlı şәxs onu 4-cü mәrtәbәdә axırdan soldakı otağa aparmış, bu vaxt otaqda 10 nәfәrә yaxın polis әmәkdaşları olmuş vә hәmin şәxslәr dә onu döymәyә başlamış, bu zaman isә onlar da Xin onun tәrәfindәn vurulubvurulmamasını soruşmuşlar. Bundan sonra onlar otağı tәrk etmiş, lakin tez bir vaxta qayıdaraq onu polis orqanları ilә әmәkdaşlıq edәcәyi tәqdirdә buraxacaqlarını bildirmişlәr. O, bu tәkliflә razı olmasını bildirdikdәn sonra polis әmәkdaşlarından biri onu “Hyundai” markalı avtomaşınla evlәrinin qarşısına aparmış, bunu da qardaşı görmüşdür. Aslan adında hәmin polis әmәkdaşı ona öz mobil telefonunun nömrәsini dә vermiş vә onunla hәmin nömrә vasitәsilә әlaqә saxlamasını tapşırmışdır. Eyni hal hәmçinin o, ## ###### 2024-cü il tarixdә atası ilә birikdә Türkiyә Respublikasına getmәkdәn ötrü Hava Limanına gәldikdә dә tәkralanmış, hәmin vaxt da onun ölkәdәn çıxışına “stop” qoyulması bildirilmiş vә onu yenә dә polis әmәkdaşları BMCMI-nin inzibati binasına aparmış, orada Aslan adlı polis әmәkdaşı onunla әlaqә saxlamadığına görә iradını bildirmiş, bundan sonra da o, polis әmәkdaşları tәrәfindәn döyülmüş, ona yenә dә әmәkdaşlıq etmәsi tәklif edilmiş, o, da buraxılması üçün bu tәkliflә razılaşdıqda azad olunmuş, lakin Türkiyәyә gedә bilmәmişdir. ## #### 2024-cü il tarixdә günorta saatlarında o, dostu ilә sonuncunun tәklifi ilә Ramana sovxozundakı “Buta” adlanan kafeyә getmiş, bu vaxt dostu ilә söhbәt edәrkәn bir nәfәrin kafeyә girib çıxmasını görmüş vә hәmin şәxsin BMCMI-nin әmәkdaşı olmasından şübhәlәnәrәk kafedәn çıxıb sağa doğru hәrәkәt etmәyә başlayarkәn hәmin şәxs qara rәngli “Chevrolet” markalı avtomaşını onun qarşısına sürmüş, arxadan gәlәn Post Patrul Xidmәtinin avtomaşınından isә 3 nәfәr düşüb onu zorla hәmin avtomaşına mindirmiş vә avtomaşının salonunda olan Z, Y adlı vә 2-3 nәfәr dә iri bәdәnli әmәkdaşlar onu döyәrәk yenә dә BMCMI-nin inzibati binasına aparmışlar. Orada polis әmәkdaşları onun şalvarının cibinә psixotrop maddә qablaşdırılmış bir büküm qoyaraq bu maddәnin ona mәxsus olmasını etiraf etmәyi tәlәb etmiş, bu tәlәbi irәli sürәrkәn ailә üzvlәrinin oraya gәtirәcәklәri ilә hәdәlәmişlәr. Bu fiziki vә psixi tәsir nәticәsindә o, üzәrindә videoçәkiliş aparılması zamanı tәhqiqatçının vә digәr polis әmәkdaşlarının diktәsi ilә onların dediklәrini tәkrarlayaraq cibinә yerlәşdirilmiş psixotrop maddәnin ona mәxsus olmasını etiraf etmiş, hәmin maddәni isә guya bir gün әvvәl yerdәn taparaq şәxsi istifadәsi üçün üzәrindә gәzdirdiyini bildirmişdir. Halbuki, o, saxlanılarkәn onun üzәrindә nә narkotik vasitә, nә dә ki, psixotrop maddә olmamış, bunlardan heç vaxt istifadә etmәmiş vә narkomaniya xәstәliyindәn dә әzab çәkmir. Mәhkәmә iclaslarında verilmiş suallara cavab olaraq Bәraәt almış şәxs hәmçinin göstәrmişdir ki, o, Universitetdә oxuduğu müddәtdә X adlı tәlәbә yoldaşı onun üvanına tәhqiramiz ifadәlәr işlәtdiyinә görә onunla dalaşmış vә üç dәfә polis әmәkdaşları tәrәfindәn qanunsuz saxlanılmasının, BMCMInә aparılmasının, orada döyülmәsinin, sonradan isә cinayәt mәsuliyyәtinә cәlb edilmәsinin, yәni kiminsә sifarişi ilә ona qarşı bütün tәsvir edilәn qanunsuz hәrәkәtlәrin edilmәsinin sәbәbini bu hadisәnin baş vermәsindә görür. Mәhkәmә kollegiyası cinayәt işinin materiallarına әsaslanaraq qeyd edir ki, Bәraәt almış şәxs tәsvir edilmiş ifadәlәrindә göstәrdiyi hallar, xüsusәn dә mәhkәmә qәrarı olmadan onun barәsindә ölkәdәn çıxışına vә girişinә mәhdudiyyәt qoyulması, bu mәhdudiyyәtә әsasәn ## ###### 2023-cü il, ## ###### 2024-cü il vә ## #### 2024-cü il tarixlәrdә yenә dә qanunsuz olaraq polis әmәkdaşları tәrәfindәn saxlanılıb BMCMI-nә aparılaraq orada saxlanılması, yәni onun azadlıq, sәrbәst hәrәkәt etmәk vә әsassız olaraq cinayәt mәsuliyyәtinә cәlb edilmәmәk (tәqsirsizlik prezumpsiyası) hüquqlarının pozulması, barәsindәki cinayәt tәqibinin lüzumsuz olaraq mәhz hәmin Idarәdә hәyata keçirilmәsi hәm birinci, hәm dә apellyasiya instansiyası mәhkәmәlәri tәrәfindәn öz tәşәbbüslәri ilә vә müdafiә tәrәfinin vәsatәtlәri әsasında әldә edilmiş vә tam, hәrtәrәfli vә obyektiv araşdırılmış sübutlarla tәsdiq olunmuş vә apellyasiya instansiyası mәhkәmәsi Bәraәt almış şәxs barәsindә çıxardığı # ####### 2025-ci il tarixli bәraәt hökmündә mәhz hәmin sübutları әtraflı tәsvir edәrәk onlara istinad etmiş (bu sәbәbdәn mәhkәmә kollegiyası araşdırılmış sübutların hazırkı qәrarda tәkrarәn әtraflı tәsvirinә ehtiyac görmür), bu sübutlara CPM-in 143-146-cı maddәlәrinin tәlәblәrinә uyğun şәkildә qiymәt vermiş, öz nәticәsinin bir hissәsini isә aşağıda qaydada әsaslandırmışdır: “Konstitusiyanın 28-ci maddәsinin III hissәsinә әsasәn, qanuni surәtdә Azәrbaycan Respublikasının әrazisindә olan hәr kәs sәrbәst hәrәkәt edә bilәr, özünә yaşayış yeri seçә bilәr vә Azәrbaycan Respublikasının әrazisindәn kәnara gedә bilәr. Bu normada tәsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şәxsin inkişafı üçün vacib şәrtdir. Onların әsassız mәhdudlaşdırılması isә şәxsin digәr konstitusiya hüquq vә azadlıqlarının pozulmasına sәbәb ola bilәr. Bu hüquqlar hәmçinin insan hüquqları üzrә bir sıra beynәlxalq-hüquqi sәnәdlәrdә öz әksini tapmışdır. Konstitusiya Mәhkәmәsinin Plenumu Konstitusiyada tәsbit olunmuş hüquq vә azadlıqların mәzmununu müәyyәn edәrkәn Konstitusiyanın 12-ci maddәsinin II hissәsinә uyğun olaraq, Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrin müddәalarını, habelә müvafiq beynәlxalq orqanların tәcrübәsini nәzәrә alır. “Vәtәndaş vә siyasi hüquqlar haqqında” Beynәlxalq Paktın (bundan sonra – Beynәlxalq Pakt) 12-ci maddәsindә göstәrilmişdir:
1. Hәr hansı bir ölkәnin әrazisindә qanuni surәtdә olan hәr kәsin hәmin ölkәnin hüdudlarında sәrbәst şәkildә yer dәyişmәk vә yaşayış yeri seçmәk hüququ var.
2. Hәr bir insanın, öz ölkәsi dә daxil olmaqla, hәr hansı bir ölkәni tәrk etmәk hüququ var.
3. Yuxarıda xatırlanan hüquqlar qanunda nәzәrdә tutulan, dövlәt tәhlükәsizliyinin, ictimai asayişin, әhalinin sağlamlığının, yaxud mәnәviyyatının, yaxud başqalarının hüquq vә azadlıqlarının vә bu Paktda tanınan hüquqlara uyğun digәr hüquqların qorunması üçün zәruri olan mәhdudiyyәtlәrdәn başqa, mәhdudiyyәt obyekti ola bilmәz.
4. Heç kәs özbaşına öz ölkәsinә gәlmәk hüququndan mәhrum edilә bilmәz. Habelә Konvensiyaya dair * saylı Protokolun 2-ci maddәsinә әsasәn, qanuni әsaslarla hәr hansı dövlәtin әrazisindә olan hәr kәsin hәmin әrazidә sәrbәst hәrәkәt etmәk vә özünә yaşayış yeri seçmәk hüququ vardır. Hәr kәs öz ölkәsi dә daxil olmaqla, hәr hansı ölkәni tәrk etmәkdә azaddır. Bu hüquqların hәyata keçirilmәsinә milli tәhlükәsizlik vә ictimai asayiş maraqları naminә, ictimai qaydanı qorumaq üçün, cinayәtlәrin qarşısını almaq üçün, sağlamlığın vә mәnәviyyatın qorunması üçün vә ya digәr şәxslәrin hüquq vә azadlıqlarının müdafiәsi üçün qanunla nәzәrdә tutulmuş vә demokratik cәmiyyәtdә zәruri olanlardan başqa, heç bir mәhdudiyyәt qoyula bilmәz. Konstitusiyanın 28-ci maddәsinin III hissәsindә vә beynәlxalq-hüquqi sәnәdlәrdә tәsbit olunmuş bu hüquqların vacibliyinә baxmayaraq, onlar mütlәq deyil vә mәhdudlaşdırıla bilәr. Konstitusiyada bu hüquqlara dair mәhdudiyyәtlәrin hәdlәri dәqiq müәyyәn olunmuşdur (Konstitusiyanın 71-ci maddәsinin II hissәsi vә “Azәrbaycan Respublikasında insan hüquq vә azadlıqlarının hәyata keçirilmәsinin tәnzimlәnmәsi haqqında” Azәrbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddәsi). Belә ki, onların mәhdudlaşdırılması qanunçuluğun tәlәbinә cavab vermәli, başqa şәxslәrin hüquq vә azadlıqlarının müdafiәsi mәqsәdilә tәtbiq edilmәli, mütәnasib olmalı vә bu konstitusiya hüquqlarının mahiyyәtini dәyişmәmәlidir. Oxşar mövqelәri BMT-nin Insan Hüquqları Komitәsi vә Insan Hüquqları üzrә Avropa Mәhkәmәsi (bundan sonra – Avropa Mәhkәmәsi) dә ifadә etmişlәr. BMT-nin Insan Hüquqları Komitәsinin Beynәlxalq Paktın 12-ci maddәsinә dair qәbul etdiyi 1999-cu il # ###### tarixli ** saylı Ümumi Xarakterli Qeydlәrdә göstәrilir ki, hәmin maddә ilә tәmin olunmuş hüquqlara aid icazә verilәn mәhdudiyyәtlәr hәrәkәt sәrbәstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair mәhdudiyyәtlәrin mәqbul sayılması üçün onlar qanunvericilikdә nәzәrdә tutulmalı, demokratik cәmiyyәtdә Paktın 12-ci maddәsinin 3-cü bәndindә göstәrilәn mәqsәdlәrә nail olmaq üçün zәruri olmalı vә Paktda göstәrilәn bütün digәr hüquqlara uyğun gәlmәlidir. Dövlәtlәr Paktın 12-ci maddәsinin 3-cü bәndindә icazә verilmiş mәhdudiyyәtlәri әks etdirәn qanunları qәbul edәrkәn, hәr zaman bu mәhdudiyyәtlәrin nәzәrdәn keçirilәn hüququn mahiyyәtinә toxunmaması prinsipini rәhbәr tutmalıdırlar. Mәhdudlaşdırıcı tәdbirlәr mütәnasiblik prinsipinә uyğun gәlmәlidir; onlar müdafiә funksiyalarının yerinә yetirilmәsi üçün yararlı olmalıdır; arzu edilәn nәticәyә gәtirib çıxara bilәn bütün vasitәlәr sırasında onlar әn az mәhdudlaşdırıcı vasitә olmalı vә müdafiә olunan maraqlarla mütәnasib olmalıdır. Mütәnasiblik prinsipinә tәkcә müvafiq mәhdudiyyәtin nәzәrdә tutulduğu qanunvericilikdә deyil, hәmçinin hәmin qanunvericiliyin tәtbiq edilmәsi prosesi çәrçivәsindә inzibati vә mәhkәmә hakimiyyәti orqanlarında da әmәl olunmalıdır. Avropa Mәhkәmәsinin bir sıra qәrarlarında göstәrilmişdir ki, hәrәkәt azadlığı hüququnu mәhdudlaşdıran hәr hansı tәdbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddәsinin 3-cü bәndindә qeyd edilәn legitim mәqsәdlәrdәn birini güdmәli, demokratik cәmiyyәtdә zәruri olmalı, yәni mütәnasiblik meyarına cavab vermәlidir (Battista Italiyaya qarşı iş üzrә # ###### 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrә ## ###### 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrә ## ###### 2006-cı il tarixli, § 46 Qәrarlar). Mәhkәmә kollegiyası qeyd edir ki, Avropa Konvensiyasının 3-cü maddәsi demokratik cәmiyyәtlәrin әn әsas dәyәrlәrindәn birini tәsbit edir. Hәtta terrorçuluq vә mütәşәkkil cinayәtkarlıqla mübarizә kimi әn çәtin şәraitdә belә Konvensiya işgәncәni vә qeyri-insani vә ya alçaldıcı rәftarı, yaxud cәzanı qәti şәkildә qadağan edir. Konvensiyanın vә onun 1 vә * saylı Protokollarının müddәalarından fәrqli olaraq 3-cü maddә hәr hansı istisnanı nәzәrdә tutmamışdır vә hәtta insanların hәyatı üçün tәhlükә doğuran fövqәladә vәziyyәtin olması halında belә 15-ci maddәnin 2-ci bәndi ondan hәr hansı formada kәnara çıxmağa imkan vermir (bax: “Assenov vә Digәrlәri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-VIII) vә “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V)). Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin presedentlәrinә әsasәn pis rәftar 3-cü maddәnin tәtbiqi dairәsinә düşmәk üçün heç olmasa minimum sәrtlik sәviyyәsindә olmalıdır. Bu minimum sәrtlik sәviyyәsinin qiymәtlәndirilmәsi işin bütün hallarından, o cümlәdәn rәftarın müddәti, onun doğurduğu fiziki vә psixi nәticәlәr, bәzi hallarda zәrәr çәkmiş şәxsin cinsi, yaşı vә sәhhәtindәn asılıdır (bax: “Irlandiya Birlәşmiş Krallığa qarşı” (Ireland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-XI) vә “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-III)). Avropa Mәhkәmәsi, inter alia, qәsdәn, bir-neçә saat әrzindә fasilәsiz tәtbiq edilmiş vә bәdәnә real xәsarәt vurulmasına vә ya әhәmiyyәtli dәrәcәdә fiziki vә mәnәvi iztirablara sәbәb olmuş rәftarı “qeyri-insani” hesab etmişdir. Rәftar zәrәr çәkmiş şәxsdә qorxu, әzab vә alçalma hisslәri yaradaraq onu tәhqir edirsә vә ya lәyaqәtini aşağılayırsa, Mәhkәmә tәrәfindәn “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bәnd). Avropa Insan Hüquqları Mәhkәmәsinin “Lahıcov Azәrbaycana qarşı” şikayәti üzrә ##.##.2014-cü il tarixli qәrarında mәhkәmә bir daha tәkrar etdi ki, “polis tәcridxanasına aparılan şәxsin sәhhәti yaxşı olduqda, lakin tәcridxanadan azad olunan zaman bәdәnindә xәsarәt müәyyәn edildikdә bu xәsarәtlәrin necә yarandığı barәdә mötәbәr izahatın verilmәsi vәzifәsi dövlәtin üzәrinә düşür vә dövlәt bunu edә bilmәdikdә Konvensiyanın 3cü maddәsinin pozulması ilә bağlı aşkar mәsәlә ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) vә yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bәnd). Mәhkәmә sübutları qiymәtlәndirәn zaman “әsaslı şübhәlәr yaratmayan” sübut standartını әsas kimi götürür. Belә sübut kifayәt qәdәr güclü, aydın vә ziddiyyәt tәşkil etmәyәn mülahizәlәrdәn vә ya faktların eyni dәrәcәdә tәkzib olunmayan ehtimallarından irәli gәlә bilәr (digәr qәrarlarla yanaşı bax: “Avşar Türkiyәyә qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-VII)). Mәhkәmә rolunun kömәkçi xarakter daşımasına hәssas yanaşır vә konkret işin hallarına görә qaçılmaz olduğu vәziyyәt istisna olmaqla birinci instansiya mәhkәmәsinin funksiyasını hәyata keçirmәk vәzifәsini üzәrinә götürәn zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birlәşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belә, Konvensiyanın 3cü maddәsi әsasında iddialar irәli sürülәrsә, Mәhkәmә ölkә daxili proseslәrin vә istintaq hәrәkәtlәrinin artıq baş verdiyi hallarda xüsusi hәrtәrәfli yoxlama hәyata keçirmәlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bәndlәr vә “Muradova Azәrbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Hazırkı işin hallarına gәlincә mәhkәmә kollegiyası ilk öncәdәn qeyd edir ki, Bәraәt almış şәxs polis tәrәfindәn pis rәftara mәruz qoyulması açıq şәkildә mәlumdur. Mәhkәmә kollegiyası bu qәnaәtini onunla әsaslandırır ki, Bәraәt almış şәxs saxlanılması, tutulması vә ya onun üzәrindә axtarış aparılması ilә bağlı tәrtib edilmiş protokollarda sonuncunun polis bölmәsinә gәtirilәrkәn üzәrindә xәsarәtlәrin olması ilә bağlı hәr hansı qeyd olmamışdır. Polis bölmәsinә gәtirilәrkәn xәsarәti olmayan vә qeydә alınmayan şәxsin ordan çıxdıqdan sonra xәsarәtlәrinin olması vә bunun ağlabatan izahının olmaması müdafiә tәrәfinin hәmin xәsarәtlәrin polis әmәkdaşları tәrәfindәn yetirilmәsi ilә bağlı dәlillәrinin tәkzibini mümünsüz edir. Mәhkәmә kollegiyası bu qәrardan fәrqli qәrar qәbul etmәk üçün hәr hansı әsas görmür vә hesab edir ki, Bәraәt almış şәxs polis tәrәfindәn pis rәftara mәruz qoyulduğunu tәsdiq etmәk üçün kifayәt qәdәr sübutlar tәqdim edә bilmişdir. Eyni zamanda, Bәraәt almış şәxs saxlayan polis әmәkdaşları da onu saxlayarkәn sonuncuda xәsarәtlәrin olması barәdә hәr hansı xüsusat bildirmәmiş, bu barәdә hәr hansı sәnәd olmamışdır. Belә olan halda mәhkәmә kollegiyası Bәraәt almış şәxs polis tәrәfindәn saxlandığı zaman pis rәftara mәruz qoyulduğu ilә bağlı iddialarında hәr hansı ziddiyyәt vә ya uyğunsuzluq görmür. Pis rәftarın ciddiliyi mәsәlәsinә gәlincә, mәhkәmә kollegiyası hesab edir ki, Bәraәt almış şәxs yetirilmiş xәsarәtlәr hәr hansı mühüm tibbi müdaxilә tәlәb etmәsә dә, ona ciddi fiziki ağrılar vә iztirablar yetirmişdir. Pis rәftar vә onun nәticәlәri yәqin ki, hәmçinin ona әhәmiyyәtli mәnәvi әzab vermiş, insan lәyaqәtini alçaltmışdır.” Kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin inandırıcı olan bu əsaslandırması ilə razılaşaraq onu da vurğulayır ki, ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticələrlə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə arasında olan ziddiyyətlər, habelə ibtidai araşdırma zamanı bir çox qanun pozuntularına yol verilməsi həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında daha qabarıq şəkildə özünü göstərmişdir ki, belə olan halda da Bəraət almış şəxs məhkəməyədək icraatın ilk dövründə verdiyi ifadələrə və bu ifadələrdə göstərdiyi hallara şübhə ilə yanaşmaq üçün kifayət qədər əsaslar yaranmışdır. O, ki qaldı Bәraәt almış şәxs tәqsirinin iş üzrә şahid qismindә dindirilmiş BMCMI-nin әmәkdaşları Şahid, X6 vә X13 ifadәlәri ilә tәsdiq olunmasına dair kassasiya protestinin dәlillәrinә, mәhkәmә kollegiyası bu dәlillәrlә dә razılaşmır vә qeyd edir ki, hәmin şahidlәr polis әmәkdaşları olaraq öz ifadәlәrindә fәaliyyәtlәrinә vә vәzifә sәlahiyyәtlәrinә aid olan halları – әmәliyyat qrupunun üzvlәri kimi Bәraәt almış şәxs barәsindә әmәliyyat-axtarış tәdbirlәrinin keçirilmәsindә, onun saxlanılmasında vә üzәrindә şәxsi axtarışın aparılmasında iştirak etmәlәrini göstәrmiş vә bu ifadәlәri verәrkәn sonuncunun ittiham olunduğu cinayәtin törәdilmәsi hallarına aid hәr hansı xüsusata istinad etmәmişlәr. Bundan başqa, adları çәkilәn hәmin polis әmәkdaşlarının Bәraәt almış şәxs üzәrindә şәxsi axtarışın aparılmasında iştirak etmәlәrinin hansı zәrurәtdәn irәli gәlmәsi dә nә tәhqiqatçı tәrәfindәn aydınlaşdırılmamış, nә dә ki, bunun әsası Bәraәt almış şәxs izah edilmәmişdir. Sonuncu ## ### 2024-cü il tarixdә vә mәhkәmә iclasında verdiyi ifadәlәrindә isә göstәrmişdir ki, o, BMCMI-dә fiziki vә psixoloji tәsirlәrә mәruz qaldıqdan sonra ona qarşı irәli sürülmüş ittiham üzrә qismәn etirafedici izahat vә ifadәlәr vermәyә mәcbur olmuş, hәmin izahatı vә ifadәlәri isә o, polis әmәkdaşlarının diktәsi ilә vermişdir. Mәhkәmә kollegiyası qeyd edir ki, şahid qismindә dindirilmiş vә şübhәli şәxsin saxlanılmasında, yaxud da onunla müxtәlif istintaq hәrәkәtlәrinin aparılmasında iştirak etmiş polis әmәkdaşlarının öz fәaliyyәtlәri barәdә ifadәlәrinin sübut kimi mötәbәrliyinin müәyyәn olunması vә qiymәtlәndirilmәsi baхımından Avropa Mәhkәmәsi özünün bir çox Qәrarlarında uzun müddәt formalaşmış yanaşma standartlarını müәyyәn еtmiş vә Ali Mәhkәmәnin Cinayәt Kollegyiası da bir sıra qәrarlarında bu standartlardan çıxış etmişdir. Belә ki, “Mәmmәdov (Cәlaloğlu) Azәrbaycana qarşı” iş üzrә ## ###### 2007-ci il tariхli, “Irlandiya Birlәşmiş Krallığa qarşı” işl üzrә ## ###### 1978-ci il tariхli Qәrarlarında, hәmçinin bir sıra digәr Qәrarlarda Mәhkәmә göstәrmişdir ki, yerli mәhkәmәlәr sübutları qiymәtlәndirәrkәn “әsaslı şübhә yеrinin qalmaması” sübutеtmә standartını tәtbiq еdirlәr. Polis әmәkdaşlarının fәaliyyәt göstәrdiklәri orqan tәrәfindәn aparılan istintaq hәrәkәtlәrinә dair onların vеrdiklәri ifadәlәrin qеyd еdilәn standarta uyğun gәlmәsi üçün ifadәlәrin mötәbәrliyinә hеç bir şübhә yеri qalmamalıdır. Belә hüquqi mövqedәn çıxış edәrәk mәhkәmә kollegiyası hazırkı iş üzrә tәhqiqat vә ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda işә mahiyyәti üzrә baxmış apellyasiya instansiyası mәhkәmәsinin polis әmәkdaşları tәrәfindәn verilmiş ifadәlәrin hazırkı iş üzrә sübut kimi qәbul edilmәsinә dә şübhә ilә yanaşmasını haqlı hesab etmәklә qeyd edir ki, Bәraәt almış şәxs ona qarşı irәli sürülmüş ittiham üzrә tәqsirli olmasına dәlalәt edәn başqa mötәbәr sübutlar cinayәt tәqibi zamanı әldә olunmamış vә araşdırılmamışdır. Iş üzrә ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza rәylәri ilә dә Bәraәt almış şәxs tәqsirinin sübuta yetirilmәsi barәdә kassasiya protestinin dәlillәrinә münasibәt bildirәn mәhkәmә kollegiyası bu dәlillәri dә qәbul edilmәz sayır ona görә ki, hәmin rәylәrlә bәraәt almış şәxsin, ona qarşı irәli sürülmüş ittihamda göstәrildiyi kimi, satış mәqsәdilә külli miqdarda әldә edәrәk üzәrindә saxlaması vә daşıması hәr hansı şәkildә tәsdiq olunmur vә kassasiya qaydasında mübahisәlәndirilәn hökmdәn göründüyü kimi, apellyasiya instansiyası mәhkәmәsi bu mәsәlәyә dә әsaslandırılmış vә inandırıcı cavab vermişdir. Kassasiya protestindә Bәraәt almış şәxs ona qarşı CM-in 234.4.3-cü maddәsi ilә irәli sürülmüş ittihamın sonuncunun ibtidai araşdırma zamanı hәm şübhәli, hәm dә tәqsirlәndirilәn şәxs qismindә verdiyi ifadәlәrlә tәsdiq olunması, ibtidai araşdırmanın sonrakı mәrhәlәsindә vә mәhkәmә iclaslarında isә bu ifadәlәri inkar edәrәk özünü müdafiә xarakterli ifadәlәr vermәsi, bu ifadәlәrin dә yolverilmәz sübut kimi qiymәtlәndirilmәli olması iddia olunsa da, mәhkәmә kollegiyası qeyd etmәyi lazım bilir ki, CPM-in 91-ci maddәsinә әsasәn, hәr bir tәqsirlәndirilәn şәxsin ona qarşı irәli sürülmüş ittiham üzrә sәrbәst ifadәlәr vermәk, bu zaman ittihamla razılaşmayaraq onu tәkzib etmәk, ittihama uyğun olmayan, özünü müdafiә xarakterli ifadәlәr vermәk onun hüqüqudur vә buna görә o, heç bir mәsuliyyәt daşımır. Belә ifadәlәrdә göstәrilәn halların әksini sübut etmәk vәzifәsi ittiham tәrәfinin üzәrinә düşür, digәr tәrәfdәn isә tәqsirlәndirilәn şәxsin ittihamı tәkzib etmәsi barәdә verdiyi ifadәlәrin yolverilmәz sübut kimi qiymәtlәndirilmәsinә әsas vermir, çünki bu hal CPM-in 125.2-ci madddәsindә qanunsuz yolla әldә edilmiş sübutların sırasında nәzәrdә tutulmamışdır. Odur ki, mәhkәmә kollegiyası apellyasiya instansiyası mәhkәmәsinin bәraәt hökmü çıxararkәn әsas sübut növlәrindәn biri kimi Bәraәt almış şәxs mәhkәmәyәdәk icraat zamanı ilkin deyil, sonrakı mәrhәlәdә vә mәhkәmә iclaslarında verdiyi ifadәlәrini qәbul etmәlәrindә hәr hansı qanun pozuntusuna, o cümlәdәn CPM-in 416.1.3-cü maddәsindә nәzәrdә tutulmuş pozuntuya yol verilmәsini müәyyәn etmәyәrәk bununla bağlı kassasiya protestinin dәlillәrini qәbul etmir, hәmin ifadәlәrin iş üzrә araşdırılmış digәr sübutlarla uzlaşmasını, ilkin araşdırma zamanı isә Bәraәt almış şәxs qarşı irәli sürülmüş ittihamın әsasını tәşkil edәn әsas sübutların prosessual hüquq normalarının tәlәblәrinin pozulması ilә әldә edilmәsini, habelә dәfәlәrlә onun yuxarıda tәhlil edilmiş konstitusiyon vә konvensiyon hüquqlarının pozulmasını qeyd edir. Belә olan halda mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya instansiyası mәhkәmәsi tam haqlı olaraq Bәraәt almış şәxs mәhkәmәyәdәk icraatın ilkin mәrhәlәsindә verdiyi ifadәlәrini sübut kimi qәbul etmәkdәn imtina etmiş vә bu zaman aşağıda göstәrilәnlәrә dә әmәl olunaraq qanunvericiliyn tәlәblәri vә Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin presedent hüququ, habelә Ali Mәhkәmәnin Plenumunun izah vә tövsiyәlәri lazımi dәrәcәdә nәzәrә alınmışdır. Belә ki, CPM-in 126.6-cı maddәsinә әsasәn, tәqsirlәndirilәn şәxsin cinayәt törәtmәkdә öz tәqsirini etiraf etmәsi yalnız iş üzrә bütün sübutların mәcmusu ilә tәsdiq edildiyi halda ona qarşı ittihamın әsası kimi qәbul edilә bilәr. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli Qәrarının 33-cü bәndindә mәhkәmәlәrә tövsiyә edilmişdir ki, tәqsirlәndirilәn şәxs mәhkәmәyәdәk icraat dövründә verdiyi ifadәsini dәyişdikdә, mәhkәmә onun bütün ifadәlәrini yoxlamalı, ifadәsini dәyişmәsinin sәbәbini aydınlaşdırmalı vә onlara işdә toplanmış digәr sübutlarla müqayisәli surәtdә qiymәt vermәlidir. Cinayәt prosesinin çәkişmә xarakterinin tәmin olunduğu mәhkәmә baxışı vә tәqsirlәndirilәn şәxsin bilavasitә dinlәnilmәsi mәhkәmәyә onun verdiyi mәlumatlar üzrә qәnaәtә gәlmәk üçün daha yaxşı imkan yaratdığından, mәhkәmә sübut etmә predmetinә aid olan mәsәlәyә dair nәticәyә gәlәrkәn ilk növbәdә tәqsirlәndirilәn şәxsin mәhkәmәdә verdiyi ifadәsinә әsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadәsini әsas götürdükdә isә, bunun motivlәrini göstәrmәli vә hansı sәbәblәrә görә ibtidai istintaqda әldә olunmuş ifadәyә üstünlük verdiyini müxtәlif mәzmunlu ifadәlәrin digәr sübutlarla әlaqәli şәkildә tәhlilini aparmaqla әsaslandırmalıdır. Bütün tәsvir edilәnlәrdәn çıxış edәrәk mәhkәmә kollegiyası o qәnaәtә gәlir ki, işә mahiyyәti üzrә baxan apellyasiya instansiyası mәhkәmәsi Bәraәt almış şәxs qarşı irәli sürülmüş ittihamın әsasını tәşkil edәn sübutların qanun pozuntuları ilә toplanması, habelә bu sübutlar arasında ziddiyyәtlәrin müәyyәn edilmәsi, elәcә dә sonuncunun fundamental hüquqlarının dәfәlәrlә pozulması fonunda haqlı olaraq onun barәsindә ittiham hökmünün çıxarılmasını mümkünsüz hesab etmiş vә kollegiya bu haqda da hәmin mәhkәmәnin gәldiyi nәticә ilә razılaşaraq ümumilikdә kassasiya protestinin bütün dәlillәrini qәbul edilmәz saymaqla hәmin protestin tәmin edilmәsi üçün әsaslar görmür.
Hәmçinin mәhkәmә kollegiyasının qәnaәtinә görә, Bәraәt almış şәxs CM-in 234.4.3cü maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli olması barәdә ittihamın sübut olunmasında ehtimallara vә mülahizәlәrә söykәnәn әsaslı şübhәlәr mövcud olduğundan vә bu şübhәlәrin digәr sübutlarla aradan qaldırılması mümkün olmadığından hәmin şübhәlәr dә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn tәqsirsizlik prezumpsiyası prinsipinә uyğun şәkildә әsaslı olaraq onun xeyrinә tәfsir olunduğundan bu haqda da hәmin mәhkәmәnin iş üzrә gәldiyi qәnaәt qanuni vә әsaslı hesab edilmәlidir. Mәhkәmә kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestindә apellyasiya instansiyası mәhkәmәsinin gәldiyi nәticә mübahisәlәndirilsә dә, onun müәllifi hazırkı iş üzrә cinayәt tәqibinin tәhqiqat vә ibtidai araşdırma mәrhәlәlәrindә sübutların toplanması zamanı kobud qanun pozuntularına yol verilmәsini vә Bәraәt almış şәxs tәxminәn üç ay müddәtindә dәfәlәrlә bir sıra hüquqlarının pozulmasını tәkzib edәn heç bir mötәbәr sübuta әsaslanmamış vә bununla bağlı әsaslandırıcı vә inandırıcı dәlillәr irәli sürmәmişdir. Bu baxımdan, mәhkәmә kollegiyası Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının iş üzrә gәldiyi nәticәni tәsdiq edәn bütün sübutları tәdqiq etdiyini, onların hәm ayrı-ayrılıqda, hәm dә mәcmu şәklindә CPM-in 143-146-cı maddәlәrinin tәlәblәrinә uyğun qaydada qiymәtlәndirdiyini, CPM-in 125.2-ci maddәsindә göstәrilәn pozuntulara yol verilmәklә әldә olunmuş yolverilmәz sübutlardan istifadә etmәdiyini, ümumi şәkildә isә CPMin 416.1-ci maddәsindә nәzәrdә tutulmuş pozuntulara yol verilmәdiyini qeyd edәrәk Bәraәt almış şәxs tәqsiri sübuta yetirilmәdiyinә görә bәraәt verilmәsini qanuni vә әsaslı hesab edir vә buna görә dövlәt ittihamçısı dövlәt ittihamçısı4 kassasiya protestinin tәmin edilmәsini, # ####### 2025-ci il tarixli hökmün isә lәğv edilәrәk işin yeni apellyasiya baxışına tәyin olunmasını mümkün bilmir, elәcә dә vurğulayır ki, apellyasiya instansiyası mәhkәmәsi sonuncunun barәsindә bәraәt hökmü çıxararkәn prosessual qanunvericiliyin aşağıdakı normalarının tәlәblәrinә dә riayәt etmişdir. Belә ki, CPM-in 42.1-ci maddәsinin tәlәbinә görә, mәhkәmә baxışı nәticәsindә tәqsirlәndirilәn şәxsә qarşı irәli sürülmüş cinayәtin törәdilmәsindә onun tәqsirsizliyini tәsdiq edәn bәraәt hökmü cinayәt hadisәsi olmadıqda, әmәldә cinayәt tәrkibi olmadıqda, cinayәtin törәdilmәsinә aidiyyәti olmadıqda vә tәqsirliliyi sübuta yetirilmәdikdә çıxarılır. CPM-in 42.2-ci maddәsinә әsasәn bu Mәcәllәnin 42.1.4-cü maddәsindә nәzәrdә tutulmuş әsaslara görә şәxsin tәqsirliliyini tәsdiq edәn kifayәt qәdәr sübutlar toplanılmadıqda vә ya toplanmış sübutlar onun tәqsirsizliyini tәsdiq etdikdә, bәraәt hökmü çıxarılır. Belәliklә, mәhkәmә kollegiyası bütün tәsvir edilәnlәrdәn çıxış edәrәk vә kassasiya protestinin tәmin edilmәsi barәdә dövlәt ittihamçısı H.B.Imranovun, hәmin protestin tәmin edilmәmәsi haqda isә bәraәt almış şәxs Bәraәt almış şәxs müdafiәçisi U.X.Abdurәhmanlının çıxışlarını dinlәyәrәk belә nәticәyә gәlir ki, yuxarıda göstәrilәn әsaslara görә kassasiya protesti tәmin edilmәmәli vә Bәraәt almış şәxs CM-in 234.1-1-ci maddәsi ilә tәqsirliliyi sübuta yetirilmәdiyinә görә CPM-in 42.1.4-cü maddәsinә әsasәn bәraәt verilmәsinә dair cinayәt işi üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının # ####### 2025-ci il tarixli hökmü dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsaslanaraq vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.10.1-ci maddәsini rәhbәr tutaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyası
QƏRARA A L D İ: Dövlәt ittihamçısı dövlәt ittihamçısı4 kassasiya protesti tәmin edilmәsin. Bəraət almış şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ####### 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.