Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-143/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Ilqar Xanlar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X2, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi4 iştirakları ilə, ## ####### 1993-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Tağıbəyli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində, fərdi yaşayış evində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum və qeyrisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ######## tarixli *(***)- ****/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2025-ci il ## ##### tarixli *(***)-**/**** nömrəli hökmü ilə (hakim S.Hacıyeva) Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qətimkan tədbiri, maddi və məhkəmə məsrəfləri məsələləri də hökmdə öz həllini tapmışdır. Hökmdən məhkum Məhkum, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ######## tarixli *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər M.Qarayeva (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Z.Əhmədov) məhkum Məhkum və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası artırılaraq ona 2 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzasının əvvəli ##.##.2025-ci il tarixdən hesablanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər İ.Rəcəbov (sədrlik edən və məruzəçi), N.Mövsümov və V.Cəfərov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ######## tarixli *(***)-****/**** nömrəli qərarı kassasiya şikayətinə münasibətdə Təqsirləndirilən şəxs əsas cəza təyini hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) ay müddətinə azaldılaraq ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, qərar kassasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ######## tarixli *(***)-****/**** nömrəli qərarından məhkum Məhkum kassasiya şikayəti vermişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CMin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmişdir ona görə ki, o, AE****** nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında ##.##.2023-cü il tarixdə saat 10:53-də texniki cəhətdən saz vəziyətdə “Toyota Prius” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xətai rayonu, Nümayəndə küçəsi istiqamətində həmin ərazidə yaşayış binaları tərəfdən adsız küçə istiqamətindən avtomobili idarə edərkən bitişik ərazidən (yolun hər hansı tərəfinə bitişik olan və nəqliyyat vasitələrin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaq doldurma məntəqələri, müəssisələr vəbaşqa obyektlər) yola çıxarkən yolla gedən nəqliyyat vasitəsinə yol verməyərək digər hərəkət zolağına daxil olub hərəkət üçün təhlükə yaradaraq hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə digər hərəkət zolağına çıxmamalı olduğu halda çıxıb hərəkətini davam etdirərkən Nümayəndə küçəsində Təqsirləndirilən şəxs, idarə etdiyi “Opel Astra” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili 65-70 km/saat sürətlə Xətai rayonu, Nümayəndə küçəsi ilə 8 noyabr prospekti istiqamətində idarə edərək nəqliyyat vasitəsini baş verən sahədə icazə veriləndən artıq surətlə hərəkət etdirdiyindən hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə uyğunsuzluq olmuş və Təqsirləndirilən şəxs həmin maddənin tələblərinə əsasən nəqliyyat vasitələri hadisə baş verən sahədə 60 kmdən çox olmayan surətlə hərəkət etməli olduğu halda icazə veriləndən artıq sürətlə hərəkətdə olarkən onun hərəkət zolağına çıxıb hərəkət üçün təhlükə yaradaraq hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə uyğunsuzluq olmuş və Təqsirləndirilən şəxs həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etmədikdə avtomobilinin ön sağ hissəsi ilə Məhkum idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, təhlükə yaranan anda toqquşma yerindən olduğu məsafə onun nəqliyyat vasitəsinin icazə verilən hərəkət sürətinə uyğun dayanma yolundan böyük olduğundan onun hərəkətlərində Qanunun 42-ci maddəsinin 4cü hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olaraq Qanunun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun nəqliyyat vasitələrinin toqquşması və bununla da onun piyadanın vurulması hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq təhlükəsizlik adacığında yolu keçmək istəyən piyada X1 vuraraq ehtiyatsızlıqdan sonuncunun ölü doğmuş olduğu 30-32 həftəlik dölün başın və bədənin küt travması, baş beynin ağır dərəcəli əzilməsi-kəskin travmatik beyin ödemi, daxili orqanların (dalaq və hər iki böyrəklərin) əzilməsi xəsarətləri dölün ana bətnində həyati olub dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqə olmaqla Gülli Mehdiyevanın ölü doğmuş olduğu 30-32 həftəlik dölün ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində inkişaf etmiş kəskin beyin ödemi olaraq xəsarət yetirmiş və Gülli Mehdiyevanın başın və bədənin küt travması, baş-beyinin kəskin ödemi, 30-32 həftəlik hamiləliyin pozulması, dölün keysərriyə yolu ilə çıxarılması, daxili qanaxma, döş qəfəsinin əzilmiş yarası, sol gözətrafı nahiyənin dərialtı hematoması, bədənin müxtəlif nahiyələrininin əzilmiş yarası, sol gözətrafı nahiyənin dərialtı hematoması, bədənin müxtəlif nahiyələrinin çoxsaylı qançır və sıyrıqları həyati olmaqla, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqə olmaqla ## ###### 2023-cü il tarixdə M.G.Mehdiyevanın baş-beyin, qarın və döş qəfəsinin əzilməsi fonunda artan qan-damar və böyrək çatışmazlığı nəticəsində poliorqan çatışmazlığı başın küt travması nəticəsində yaranmış beyin toxumasının əzilməsi ilə ## ###### 2023-cü il tarixdə ölümünə səbəb olan xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, idarə etdiyi nəqliyyat vasitəsi ilə zərərçəkmiş şəxsə toxunmamış, sadəcə avtomobili 13 km/s sürətlə idarə edərək qəza şəraiti yaratmışdır. Digər nəqliyyat vasitəsinin sürücüsü isə sürət həddini aşaraq qəza törətmiş, nəticədə ölüm hadisəsi baş vermişdir. Odur ki, məhkum yuxarıda qeyd edilənlərə əsasən ona daha yüngül cəza təyin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-in) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən hadisənin baş vermə şəraitinin, onun təqsirinin dərəcəsinin, eləcə də barəsində olan cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmayaraq, ona ağır cəzanın təyin edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə kassasiya tələbini CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ######## tarixli *(***)-****/**** nömrəli qərarının məhkum Məhkum aid hissəsinin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətindən göründüyü kimi o, törədilmiş cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi məsələlərini mübahisələndirməmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum ibtidai istintaq və məhkəmə istintaqı zamanı onun tərəfindən törədilmiş cinayətin halları ilə bağlı hökmün təsviri hissəsinə uyğun ifadələr vermişdir. Məhkum ifadəsi və ona münasibətdə ittihamı təsdiq edən digər sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları daha ətraflı şərh etmək, nə də ki, təqsirlilik və əməlin tövsifi ilə bağlı hissədə hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Bununla belə, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı hissədə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının dəyişdirilməsini zəruri hesab edir. Belə ki, CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1- 59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 62, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd edilməlidir ki, məhkum Məhkum təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarından ibarətdir. Birinci instansiya məhkəməsi Məhkum törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən hal kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alaraq, ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyini ilə bağlı hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı məhkum Məhkum cəza təyininə aid hissədə maddi hüquq normalarına uyğun olsa da, həmin qərarın qəbul edilməsindən sonra məhkumun zərərçəkmiş şəxsin hüquqi varisinə vurduğu ziyanı ödəməsi və sonuncu ilə barışıq əldə etməsi kimi yeni hallar Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 və 60.1-ci maddələrinin müddəaları baxımından onun cəzasını yüngülləşdirməsini tələb edir. Belə ki, hazırkı kassasiya şikayətinə baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisi ##.##.2026-cı il tarixli notarial qaydada təsdiqlənmiş ərizəni təqdim edib, Məhkum tərəfindən cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyini, bu səbəbdən onunla barışaraq heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Yaranan yeni halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CMin 59.1.12 və 59.1.13-cü maddələri zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını cəzanı yüngülləşdirən hal kimi müəyyən etmişdir. Eləcə də, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməməsi CMin 60.1-ci maddəsində imperativ qayda kimi təsbit etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sözügedən yüngülləşdirici halların mövcud olması və hökmlə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, CM-in 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ######## tarixli *(***)-****/**** nömrəli qərarı Məhkum Azərbaycan Respublikası CMin 263.2-ci maddəsi üzrə təyin edilmiş əsas cəza hissəsində dəyişdirilməli, ona CM-in həmin maddəsi üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 4 (dörd) il 6 (altı) aya endirilməlidir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Odur ki, məhkum Məhkum beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyi nəzərə alınaraq, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarına əsasən Məhkum barəsində “Konstitusiya və Suverenlik Ili” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə onun həmin tarixə çəkilməmiş cəzası 6 ay azaldılsa da, kassasiya baxışı nəticəsində yaranan yeni vəziyyət məhkumun barəsində həmin Amnistiya Qərarının 2.2-ci bəndinin (ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər) tətbiqi üçün əsas yaradır. X3 19.1-ci bəndinə əsasən bu qərarın 2.2-ci bəndində nəzərdə tutulan şəxslər barəsində amnistiya məhkəmələr tərəfindən deyil, cəzaçəkmə müəssisələri tərəfindən tətbiq edilməlidir. Beləliklə, məhkəmə kollegiyası ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ######## tarixli *(***)-****/**** nömrəli qərarı məhkum Məhkum aid hissədə CPM-in 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ######## tarixli *(***)- ****/**** nömrəli qərarı məhkum Məhkum aid hissədə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə əsas cəza kimi təyin edilmiş 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 6 (altı) aya endirilsin. Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ######## tarixli *(***)- ****/**** nömrəli qərarı məhkum Məhkum aid qalan hissədə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-143/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-143/2026
08.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver