Məhkəmə qərarları › İş №1(1-8)-144/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-144/2026

09.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-144/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov Ilqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 23 aprel 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları

1. Məhkum Məhkum ## #### 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, İ qrup əlliliyi olmaqla serebral iflic xəstəliyindən əziyyət çəkən, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq x yerləşən fərdi yaşayış evində yaşamışdır.

2. 12 avqust 2024-cü il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 13,736 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli şortun sağ yan cibində saxlamaqla üzərində daşımış, 02 may 2024-cü il tarixdə, saat 15:00-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli şortikin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 13,736 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

3. 12 sentyabr 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 13,736 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli şortun sağ yan cibində saxlamaqla üzərində daşımış, 02 may 2024-cü il tarixdə, saat 15:00da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli şortikin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 13,736 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, 06 fevral 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum Məhkum müdafiəçiləri müdafiəçi3 və müdafiəçi1 Məhyəddin oğlu apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsi, cinayət hadisəsi baş vermədiyindən təqsirləndirilən şəxs Məhkum bəraət verilməsi və Avropa Konvensiyasnın 3-cü, 5-ci, 6-ci, 8-ci, 10-cu maddələrin pozuntusunun tanınmasını barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 23 aprel 2025-ci tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, 06 fevral 2025-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir.

II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə məhkum olunmasının qanunsuz və əsassız olduğu, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığı, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmədiyi və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığı iddia edilməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 23 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər 11.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 12.Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 13.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 14.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Müdafiəçi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətində məhkum Məhkum qanunsuz və əsassız məhkum edildiyi iddia edilir, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir. 16.Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 23 aprel 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 19.Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı, 6 may 2022-ci il).

21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkum Məhkum təqsirliliyinin sübuta yetirilməməsi üzrə müdafiəçisinin dəlillərini əsassız hesab edir. 22.Belə ki, kassasiya şikayətinin müəllifinin hazırkı dəlilləri bütövlükdə olmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq ətraflı yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu və həmin sübutlara əsaslanmaqla müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. 23.Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi və onun təqsirliliyi məhkəmədə tədqiq olunmuş sübutlarla – iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla tam təsdiq olunmuş və Məhkum tərəfindən ona ittiham olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir.

24. O cümlədən, cinayət işinin materiallarında olan 22 aprel 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan müəyyən edilmişdir ki, Məhkum aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 13,686 qram çəkidə olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi rayon polis idarəsinə təhvil verilmişdir.

25. Iş materiallarında olan 02 may 2024-cü il tarixli şəxsi axtarış və götürülmə aparılması haqqında protokoldan müəyyən edilmişdir ki, şübhəli şəxs qismində saxlanılmış Məhkum üzərinə şəxsi axtarış zamanı əynində olan göy rəngli şortun sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə olan büküm aşkar edilmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 14,24 qram olduğu müəyyən olunaraq həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Daxili Işlər Nazirliyinin *** saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 26.Iş materiallarında olan Binəqədi Rayon Polis Idarəsinin məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işinin materiallarından 22 iyul 2024-cü il tarixdə Məhkum üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, cinayət işi üzrə müvafiq əməliyyat tapşırıqları verilmiş, hazırda iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsaslanaraq dayandırılmışdır. 27.Nəticədə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq verilmiş apellyasiya şikayətinə münasibətdə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyinin yuxarıda sadalanan sübutlarla təsdiqləndiyi barədə nəticəyə gələrək, məhkum Məhkum hazırkı qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edib, onun əməlində Cinayət Məcəlləsinin ittiham olunduğu maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. 28.Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən məsələlər üzrə gəldiyi qərarı işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya müraciətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum Məhkum törətdiyi əməlində təqsirliliyi barədə qərarını şübhə altına almaq üçün əsas görmür. 29.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsini əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks etdirən cinayət işinin hallarının təfsirini təqdim etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət hüququ normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 31.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 23 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ: Məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasia Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 23 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar