Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-148/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X3, Məhkum – Məhkum, Zərərçəkmiş şəxs – zərərçəkmiş şəxs3 iştirakları ilə, ##.##.1975-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il # ###### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər S.İ.Əliyev (sədrlik edən və məruzəçi), F.Ə.Qəniyev və M.M.Ağalarov) Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə onun təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı zərərçəkmiş şəxs1 avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin əmlakların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2017-ci ilin noyabr ayında ünvan 5 ünvanında yerləşən “Cafe Park” restoranında zərərçəkmiş şəxs1 həmin dövrün məzənnəsi ilə 59.500 manat təşkil edən 35.000 ABŞ dolları pulu alıb ələ keçirərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 külli miqdarda, yəni 59.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi əməlində cinayət tərkibi olmadığından, ona həmin epizod üzrə bəraət verilmiş, ittihamın qalan epizodları üzrə isə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəza çəkmə müddətinin başlanğıcı ##.##.2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, CM-in 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin olunmuş cəzanın çəkilməsinin onun övladı - ## #### 2011-cü il təvəllüdlü X1 14 yaşına çatana qədər təxirə salınması, zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianın təmin edilməsi, mülki cavabdehlər Məhkum və Təqsirləndirilən şəxs müştərək qaydada 40000 ABŞ dolları hökmün icra olunduğu gün manatla məzənnəsi hesablanıb tutularaq, zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi, X2 tərəfindən verilmiş mülki iddianın təmin edilməsi, mülki cavabdehlər Məhkum və Təqsirləndirilən şəxs müştərək qaydada 45000 ABŞ dolları hökmün icra olunduğu gün manatla məzənnəsi hesablanıb tutularaq, X2 xeyrinə ödənilməsi hökm edilmişdir. Hökmdən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə, onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və ona əlavəyə, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs2 və nümayəndəsi tərəfindən, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər A.F.Ibrahimov, M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il # ###### tarixli *(***)-***/**** nömrəli hökmü mülki iddianın ödənilməsi hissəsində dəyişdirilmiş, zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia qismən təmin edilərək, mülki cavabdeh Məhkumdan 20.000 ABŞ dolları məbləğində, mülki cavabdeh Təqsirləndirilən şəxs isə 14.118 ABŞ dolları məbləğində pul vəsaitinin hökmün icra olunduğu gün manatla məzənnəsi hesablanıb tutularaq, zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı zərərçəkmiş şəxs4 avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin əmlakların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2017-ci ilin avqust ayında Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsində yerləşən fərdi yaşayış evində zərərçəkmiş şəxs4 həmin dövrün məzənnəsi ilə 93.500 manat təşkil edən 55.000 ABŞ dolları pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 külli miqdarda, yəni 93.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə həmin vaxtlar arvadı olmuş Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qohumu zərərçəkmiş şəxs3 avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin əmlakların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan cinayətkar məqsədini pərdələmək, habelə cinayət əməlini başa çatdırmaq məqsədilə Təqsirləndirilən şəxs vasitəsi ilə ## ####### 2017-ci il tarixdə ünvan 1 ünvanında sonuncunun anası şahid3 adından Emil Əlizadəyə ## ####### 2017-ci il tarixli, ƏN- 1 ****** saylı bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, almaq, satmaq, bağışlamaq və digər hüquqları verən etibarnaməni göndərib pulun qaytarılmadığı halda guya həmin etibarnamə əsasında Lyudmila Kondratyevnaya məxsus olan “Range Rover” markalı **- LK-*** dövlət qeydiyyat nişanlı avtomobili istədiyi vaxt sata biləcəyini bildirsə də həmin avtomobili və ona dair mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməyib özü həmin vaxt Rusiya Federasiyasında olduğu üçün ## ####### 2017-ci il tarixdə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs vasitəsi ilə eyni ünvanda zərərçəkmiş şəxs3 həmin dövrün məzənnəsi ilə 76.500 manat təşkil edən 45.000 ABŞ dolları pulu alıb ələ keçirərək qabaqcadan olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs ilə aralarında bölüşdürüb sonradan təminat olaraq göstərdikləri ‘‘Range Rover” markalı avtomobili zərərçəkmiş şəxs3 ələ keçirilən əmlakını tələb etməzdən əvvəl başqasına sataraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 külli miqdarda, yəni 76.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə həmin vaxtlar arvadı olmuş Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qohumu zərərçəkmiş şəxs2 avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin əmlakların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan cinayətkar məqsədini pərdələmək, habelə cinayət əməlini başa çatdırmaq məqsədilə ## ###### 2018-ci il tarixdə Təqsirləndirilən şəxs vasitəsi ilə ünvan 6 ünvanında zərərçəkmiş şəxs2 Bakı Şəhər Icra Hakimiyyəti X9 Inkişafı və Istismarı Birliyi tərəfindən onun atası şahid10 adına verilmiş “Vişnyovka-1” adlanan bağlar sahəsində 0,12 hektar torpaq sahəsini əhatə edən **** saylı bağ sahəsinin ayrılması barədə ** saylı orderi, həmin torpaq sahəsi ilə bağlı “Maştağa” bələdiyyəsi tərəfindən verilmiş ##.##.2017-ci ii tarixli şəhadətnaməni, sonuncunun adından ona həmin əmlakı idarə etmək, satmaq, hədiyyə etmək və digər hüquqları verən etibarnaməni, həmin sənədin Ukrayna dövlət dilindən Azərbaycan dilinə tərcümə edilmiş ## ###### 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş nüsxəsini və onun tərəfindən zərərçəkmiş şəxs2nın adına verilmiş ## ###### 2018-ci il tarixli ƏN-****** nömrəli bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, almaq, satmaq, bağışlamaq və digər hüquqları verən etibarnaməni göndərib şahid10 adından ona verilmiş olan etibarnaməyə əsasən həmin bağ sahəsinə dair səlahiyyətlərin digər şəxslərə ötürülə bilmədiyi halda guya pulun qaytarıImayacağı təqdirdə həmin etibarnamə əsasında qeyd edilən bağ sahəsi üzərində istədiyi kimi sərəncam verə biləcəyini bildirərək ## ###### 2018-ci il tarixdə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs vasitəsi ilə zərərçəkmiş şəxs2 ünvan 4 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankının “Səbail" filialında həmin dövrün məzənnəsi ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları pulunu və həmin tarixdə ünvan 7 ünvanında həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları pulunu alıb vahid niyyət ilə əhatə olunan qəsdlə ələ keçirərək qabaqcadan aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs ilə bölüşdürüb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 külli miqdarda, yəni 68.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs3 guya xarici ölkələrdən Azərbaycana gətirdiyi avtomobillərin gömrük nəzarət məntəqəsindən keçirilmədiyini, onları müvafiq qaydada qeydiyyata aldırıb ölkə ərazisində satışını həyata keçirməsi üçün nağd pul lazım olduğunu bildirib əvvəlcədən pulu qaytarmaq niyyətində olmadığı halda alacağı pul vəsaitlərini qısa müddətdə geri qaytaracağı adı ilə yalan vəd verib aldadaraq 2018-ci ilin iyul ayında ünvan 2 ünvanında həmin dövrün məzənnəsi ilə 5.100 manat təşkil edən 3.000 ABŞ dolları pulu, daha sonra 2019-cu ilin mart ayında eyni ünvanda həmin dövrün məzənnəsi ilə 3.400 manat təşkil edən 2.000 ABŞ dolları pulu vahid niyyət ilə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 xeyli miqdarda, yəni 8.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə o, təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi onu həbsdən azad etdiyi halda, o, əsassız olaraq 18 gün qanunsuz olaraq həbsdə saxlanılmış, Xətai Rayon Məhkəməsinin sonradan onun barəsində həbs qətimkan tədbirini seçməsi qanunsuz olmuşdur. Həmçinin məhkəmə tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilərkən müdafiəçisi iştirak etməmiş, müdafiə hüququ pozulmuşdur. Bundan başqa, ittihamda göstərilən 2 epizod üzrə – zərərçəkmiş şəxs2 və X2 tərəfindən verilmiş iddialar mülki xarakterlidir. Həmin epizodlar üzrə pul vəsaitləri zərərçəkmiş şəxslər tərəfindən Təqsirləndirilən şəxs faizlə verilmiş borc pul vəsaitləri olmuşdur. Həmin pul vəsaitlərinin onunla heç bir əlaqəsi yoxdur. Hər iki zərərçəkən pul vəsaitlərini Kamillə Məmmədovaya vermiş və sövdələşməni onunla aparmışlar. Bundan əlavə, hər iki şəxs tərəfindən pul vəsaitlərinin verildiyi tarixlərdə o, Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuş, Dövlət Sərhəd Xidmətinin məlumat bazasında ölkəyə giriş-çıxışı ilə bağlı bütün məlumatlar mövcud olsa da məhkəmələr tərəfindən bu hallar nəzərə alınmamışdır. Həmçinin, onun şəxsiyyəti, maliyyə vəziyyəti və qeyd olunan pul vəsaitlərinə ehtiyacının olub-olmaması məhkəmələr tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının ləğv edilməsini, onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Məhkum kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayətprosessual qanunun tələblərini pozduqlarını, o cümlədən onun dələduzluq cinayət əməli törətməkdə təqsirli olması, əməlinin CM-in 178.3.2-ci maddəsi ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırmadıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ona bəraət verilməsi haqqında kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırkı qərarın “Işin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, məhkumun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası CPM-in 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməllərində cinayət tərkibinin əlamətlərinin olmaması barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, sənədlər, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Qanunsuz olaraq həbsdə saxlanılması və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən müdafiəçisinin iştirak etməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarına əsasən Məhkum ölkə hüdudlarından kənarda olduğuna görə Xətai Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilmiş və həmin qərar əsasında o, ##.##.2022-ci il tarixdə Rusiya Federasiyasında tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarına əsasən birinci instansiya məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ləğv edilmiş, Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir (həmin vaxt artıq Məhkum Rusiya Federasiyasında tutulmuşdu). Bundan sonra istintaq orqanı yenidən Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə məhkəməyə müraciət etmiş, Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə vəsatət təmin edilməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər maddi və prosessual əsasların olması əsas gətirilərək, verilmiş vəsatət təmin edilmişdir. Həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsində sözügedən materiala baxılarkən Məhkum müdafiə hüququ təmin edilmiş, məhkəmə iclaslarında onun müdafiəçisi müdafiəçi1 iştirak etmişdir. Hazırki iş üzrə məhkəmə hökmündə isə Məhkum cəzasının əvvəli Rusiya Federasiyasında tutulduğu ##.##.2022-ci il tarixdən hesablanmışdır. Bundan əlavə, məhkum kassasiya şikayətində zərərçəkmiş şəxslər E.Məmmədzadə və zərərçəkmiş şəxs2 pul vəsaitlərini Təqsirləndirilən şəxs aldığını, həmin vaxt özünün ölkə hüdudlarından kənarda olduğunu bildirsə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər sübutlarla müəyyən edilmişdir ki, həmin epizodlar üzrə pul vəsaitlərini Məhkum Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncu vasitəsi ilə ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmuş, həmin ziyanın bir hissəsi məhz Məhkum tərəfindən zərərçəkmiş E.Əlizadəyə qaytarılmışdır. Məhkum Məhkum təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1- 59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəza vasitəsilə islah olunacağına dair inam CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, iştirakçılıqla törədilən cinayətlərdə isə həm də hər bir iştirakçının rolunun, ictimai-təhlükəli nəticələrə təsirinin düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi ziyanın qismən ödənilməsini, cəzanı ağırlaşdıran hal kimi isə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini nəzərə alıb, ona təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, apellyasiya məhkəməsi cəza təyini ilə bağlı hissədə də birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyası məhkəmələri cinayətin qabaqcadan əlbir olaraq bir qrup şəxs halında törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə almaqla səhvə yol vermişlər. Belə ki, iş materiallarına və Məhkum təqsirli bilindiyi ittihama görə, onun ittihamda göstərilən iki epizod üzrə cinayət əməllərini qabaqcadan əlbir bir qrup şəxs halında törətməsinə dair hal həmin ittihamda öz əksini tapmış, bu tövsifedici əlamət isə özlüyündə CM-in 178.2.1-ci maddəsində nəzərdə tutulmuşdur. Lakin Məhkum tərəfindən həmin epizodlar üzrə dələduzluq cinayətlərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2, hər birisinə külli miqdarda ziyan vurulduğuna görə, onun əməllərinin yalnız CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsi kifayət etmiş və belə olan halda həmin əməllərinin əlavə olaraq CM-in 178.2.1-ci maddəsi ilə tövsif edilməsi üçün zərurət aradan qalxmışdır. Çünki, həm cinayət qanunvericiliyinin tələblərinə və mənasına, həm “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Pleumunun ## #### 2015-ci tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə, həm də maddi hüquq normalarının tətbiqi ilə bağlı istintaq və məhkəmə təcrübəsinə görə, şəxs bir neçə tövsifedici əlamətlə dələduzluq cinayətini törətməkdə təqsirli bilindikdə ona qarşı irəli sürülmüş ittihamda bütün tövsifedici əlamətlər göstərilməklə həmin şəxsin əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə CM-in müvafiq maddəsi ilə tövsif edilir. Bu halda həmin tövsifedici əlamətlərin həm də cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasını isə CM-in 61.3-cü maddəsinin tələbi qadağan edir. Belə ki, CM-in 61.3-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin yekun qərarından və bununla bağlı birinci instansiya məhkəməsinin hökmündən Məhkum cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinin CM-in 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmasına dair müddəalar xaric edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, cəzanı ağırlaşdıran hal kimi cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinin yekun məhkəmə qərarlarından xaric edilməsi, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin CM-in 178.3.2-ci maddəsinin sanksiyası həddində aşağı endirilməsinə əsaslar yaradır. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı məhkum Məhkum barəsində cəza təyini hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarı məhkum Məhkum aid hissədə dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarından və bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il # ###### tarixli *(***)-***/**** nömrəli hökmündən Məhkum cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinin cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına dair müddəalar xaric edilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 6 (altı) il 6 (altı) aya endirilsin. Qərar məhkum Məhkum aid qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-148/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-148/2026
01.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver