Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-15/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1, Müdafiəçi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 Tanrıverdi oğlunun iştirakları ilə, ##.##.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- **/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 Tanrıverdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şəki Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il # ###### tarixli *(***)-**/**** nömrəli hökmü ilə (hakimlər X.Məmmədov (sədrlik edən və məruzəçi), B.Məmmədov və T.Əfəndizadə) Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- **/**** nömrəli qərarı ilə (hakimlər X.Səmədov (sədrlik edən və məruzəçi), A.Eyvazov və İ.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il # ###### tarixli *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- **/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 Tanrıverdi oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum şəxsiyyəti məlum olmayan Iran Islam Respublikasının vətəndaşı “Mövsüm” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən, qanunsuz olaraq məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda, yəni üç ədəd qara rəngli sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 1050 qram, 1265 qram və 2105 qram olmaqla, ümumi təmiz çəkisi 4420 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, qəsdən qanunsuz olaraq, məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda, yəni bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 515 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qəsdən, qanunsuz olaraq, məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda, yəni bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 53,263 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq gəzdirməklə üzərində saxlamış, ## ######## 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin və Postpatrul xidməti bölüyünün əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə Şəki rayonunun Böyük Dəhnə kəndinin ərazisində magistral yolun sol kənarında yerləşən yarımtikilinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 23:20 dəqiqədən başlayaraq üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman qabaqcadan əlbir olduğu şəxsiyyəti məlum olmayan, Iran Islam Respublikasının vətəndaşı Mövsüm adlı şəxsin tapşırığına əsasən həmin narkotik vasitələrin və psixotrop maddənin satışını həyata keçirmək üçün yerini dəyişmək məqsədi ilə Şəki rayonunun Böyük Dəhnə kəndinin ərazisindəki yarımtikilidən gizlədildiyi yerdən götürdüyü əlində olan qara rəngli sellofan torbanın içərisində, qəsdən qanunsuz olaraq, məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, yəni üç ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 1265 qram və 2105 qram olmaqla, ümumi təmiz çəkisi 4420 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, qəsdən, qanunsuz olaraq, məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, yəni bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 515 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qəsdən, qanunsuz olaraq, məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, yəni bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 53,263 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum əsassız olaraq CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilk iki günündə verdiyi ifadələri arasında ziddiyətlər yaranmışdır. Bu ziddiyyətlərə aydınlıq gətirilməsi ilə bağlı müdafiə tərəfinin suallarına cavab olaraq təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, ibtidai istintaq zamanı psixi və fiziki zorakılığa məruz qalmış, o, bu cür ifadələr verməyə məcbur edilmiş, ona görə də ibtidai istintaqın ilk iki günündə verdiyi ifadələrdən imtina edərək, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin mötəbər sübut kimi qiymətləndirilməsini xahiş etmişdir. Ittiham tərəfi bu ziddiyyətlərə heç bir münasibət bildirməmiş və aydınlaşdırmamış, həmçinin bu ziddiyyətlər digər sübutlarla aradan qaldırılmamışdır. Iş materiallarından göründüyü kimi, Məhkum polis əməkdaşları ##.##.2023-cü il tarixdə saat 21:00 radələrində saxlayaraq Şəki Rayon Polis şöbəsinə aparmışlar. Lakin Amilin üzərində həmin gün saat 23:20 dəqiqədən başlayaraq şəxsi axtarış aparılmışdır. Bu da onu göstərir ki, Məhkum 2 saatdan çox müddət ərzində polis şöbəsində müdafiəçi dəvət edilmədən və müdafiə hüququ pozulmaqla saxlanılmışdır. Məhkum şəxsi axtarış aparılan zaman üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri özünün əldə etmədiyini, həmin narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmadığını, Mövsüm adlı şəxsin ona cəmi 100 manat dəyərində narkotik vasitə təşkil edəcəyi barədə dediyini, ## ######## 2023-cü il tarixdə Şəki rayonuna narkotik vasitə əldə etmək üçün Mövsüm adlı şəxsə göndərdiyi 100 manat pulu və ya həmin pulun müqabilində narkotik vasitə almaq üçün gəldiyini, Mövsüm adlı şəxsdən özü istifadə etmək üçün 100 manat dəyərində narkotik vasitə istədiyini, sonuncuya səs yazısı göndərərək narkotik vasitəni polis postuna çatmamış əraziyə qoymaları barədə dediyini, Mövsüm adlı şəxsin isə ona narkotik vasitənin yolun kənarına qoyulduğunu dediyini və sonuncunun həmin yeri ona təsvir etdiyini bildirmişdir. Bundan başqa, Məhkum narkotik vasitəni kiməsə satması barədə nə istintaq orqanı, nə də məhkəmə hər hansı sübut əldə edə bilməmişdir. Odur ki, müdafiəçi yuxarıda qeyd edilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in tələblərinin pozulduğunu, nəticədə Məhkum əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkum Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, kassasiya şikayətindən görünür ki, müdafiə tərəfi Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə, saxlama və daşımasını inkar etməklə, onun CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair hökmün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, iş üzrə müəyyən edilmiş faktlara əsaslanmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə məhkəmə kollegiyasının qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər məhkumun digər müdafiəçisi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və məhkəmə həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPMin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə məhkumun təqsirliliyi barədə yekun nəticələr yalnız onun müdafiəçinin iştirakı ilə ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələrlə deyil, işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış zamanı məhkum Məhkum üzərindən aşkar edilərək götürülməsi və həmin vaxt məhkumun aşkar olunan predmetlərin özünə məxsus olduğunu etiraf etməsi, polis əməkdaşları tərəfindən ona qarşı işgəncə və ya sair zorakılığın, hər hansı formada qanunsuz təsir etmənin tətbiq edilmədiyini bildirməsinə dair dindirmə protokolları, aşkar edilmiş predmetlərin külli miqdar təşkil edən narkotik vasitə və psixotrop maddə olması barədə məhkəmə-bioloji və məhkəmə kimyəvi ekspertizasının rəyləri, mobil telefona baxış keçirilməsi barədə protokol, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Adı çəkilən sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum 100 manat dəyərində narkotik vasitə marixuana əldə etmək üçün Şəki rayonuna getməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında ## ######## 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Məhkum məxsus olan “Samsung” markalı mobil telefona baxış keçirilmiş və bu zaman sonuncu ilə “Mövsüm” adı ilə qeyd olunan +98 930174-81-00 mobil telefon nömrəsinin arasında “WhatsApp” tətbiqi vasitəsilə narkotik vasitənin çatdırılması, hansı məkana qoyulması, nə zaman və haradan götürülməsi ilə bağlı istiqamətlər, narkotik vasitənin saxlanıldığı yer barədə işarələnmiş fotoşəkillər və səs yazıları aşkar edilmişdir. Mobil telefona baxış zamanı əldə edilmiş “whatsapp” tətbiqi vasitəsi ilə göndərilmiş fotoşəkillərdən və səs yazılarından müəyyən olunmuşdur ki, “Mövsüm” adlı şəxs içərisində külli miqdarda narkotik vasitə və psixotrop maddənin yerləşdiyi bağlamaların olduğu bir ədəd iri həcmli qara rəngli sellofan torbanın qoyulduğu yerin şəkillərini çəkib Məhkum göndərmiş, Məhkum isə həmin şəkilləri görüb “Mövsüm” adlı şəxsə “bunu normal yerə qoyardılar, camaatın fermasının içərisinə qoyublar” məzmunlu səsli cavab göndərmişdir. Bu və onlar arasında aparılan digər danışıqlar, eləcə də aşkar olunan narkotik vasitənin və psixotrop maddənin miqdarı, ayrı-ayrı bağlamalarda olması və işin digər halları Məhkum cəmi 100 manat dəyərində narkotik vasitə götürmək üçün deyil, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək üçün konum atılan yerə getməsini və həmin predmetləri əldə etməsini, üzərində saxlamaqla daşımasını təsdiq edir. Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsində telefonundakı fotoşəkillərin dəyişdirildiyini iddia etsə də, birinci instansiya məhkəməsi Şəki Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan Məhkum məxsus “Samsung” markalı mobil telefonun məhkəməyə gətirilməsini təmin etmiş, mobil telefon məhkəmə iclasında tədqiq olunan zaman “WhatsApp” tətbiqi vasitəsilə Məhkum göndərilmiş fotoşəkillərlə cinayət işinin materiallarında olan fotoşəkillərin eyni olması müəyyən olunmuşdur. Bundan əlavə, həm şəxsi axtarış və götürmə keçirilən zaman, həm də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində Məhkum narkotik vasitələri qoyulduğu yerdən deyiləcək yerə aparması müqabilində “Mövsüm” adlı şəxsin ona həm 100 manat borcunu, həm də əlavə 1000 manat pul verəcəyini, bu səbəbdən ailəsi ilə birlikdə Şəki rayonuna getdiyini, avtomobildən düşüb narkotik vasitələri qoyulduğu yerdən götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Müdafiəçi kassasiya şikayətində Məhkum ibtidai istintaq zamanı ilkin ifadələrini təzyiq və hədə-qorxu altında verməsini iddia etsə də, Məhkum və ya müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Həmçinin, Məhkum istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən izahat və ifadələrinin sonunda ona qarşı fiziki və ya psixi zorakılığın olmadığını bildirmişdir. Məhkum bədən səthində aşkar olunmuş xəsarətlərin isə qaçmağa çalışan zaman yıxılması nəticəsində yaranmağa xarakterik xəsarətlər olması müəyyən edilmiş, bu hal dindirilmiş polis əməkdaşlarının ifadələri ilə yanaşı, məhkəmə-tibbi ekspertizasının rəyi ilə də təsdiq olunmuşdur. Bütün bunlar isə aşkar olunan narkotik vasitə və psixotrop maddələrlə Məhkum heç bir əlaqəsinin olmaması, onun fiziki-psixi təzyiq altında etirafedici ifadə verməyə məcbur edilməsi barədə kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərir. Məhkumun ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadələri iş materiallarında olan digər sübutlarla uzlaşdığından məhkəmələr həmin ifadələri mötəbər sübut kimi qiymətləndirməkdə haqlı olmuşlar. Məhkum barəsində cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi məhkuma CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yuxarıda qeyd olunan cəzanı təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq insanların həyat və sağlamlığına, cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərər vuran, insanların narkotik bəlasına düçar olmasına şərait yaradan şəxsin daha yüngül cəza təyin edilməsi yolu ilə islah olunması, eləcə də cəzanın məqsədlərinə nail olunması məhkəmə kollegiyasına real və inandırıcı görünmür. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğundur. Məhkumun cəzasının yüngülləşdirilməsi, eləcə də onun barəsində CMin 62 və ya 70-ci maddələrinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.1-416.1.3, 416.1.6-cı maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-**/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi müdafiəçi1 Tanrıverdi oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- **/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-15/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-15/2026
17.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver