Məhkəmə qərarları › İş №1(1-8)-150/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-150/2026

06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-150/2026 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Abdulov Rəşad Məhərrəm oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X16 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## #### tarixli, *(***)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## ###### 1990-cı il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, 5025-ci məhəllə, ev 2, mənzil 13-də qeydiyyatda olmaqla faktiki olaraq yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının # ###### 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X8 (sədrlik edən), X7 və X10 ibarət tərkibdə) 2025-ci il ## ###### tarixli, 1(103) ***/**** nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, hökm ləğv edilmiş, Məhkum zərərçəkmiş şəxslərlə barışdığından, dəymiş ziyanı tamamilə ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, CM-in 73-1.3-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmiş, Məhkum barəsində olan CM-in 178.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, hazırkı cinayət işi üzrə Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və onun barəsində başqa cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli *(***)-***/**** saylı qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsi və həmin iş üzrə həbsdə saxlanması nəzərə alınmışdır. Məhkəmənin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X17 (sədrlik edən), X4 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 2025-ci il ## ### tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, 1(103) ***/**** nömrəli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X21 (sədrlik edən), X2 və X1 ibarət tərkibdə) 2025-ci il ## #### tarixli, *(***)-****/**** nömrəli qərarı ilə təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum CMin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, ##.##.2024-cü il tarixli, ***** nömrəli qəbzlə 14000 manat, ##.##.2024-cü il tarixli, ***** nömrəli qəbzlə 13000 manat, ##.##.2024-cü il tarixli, ***** nömrəli qəbzlə 10000 manat, ##.##.2024-cü il tarixli, **** nömrəli qəbzlə 10000 manat, ##.##.2024-cü il tarixli, ***** nömrəli qəbzlə 1922 manat, ##.##.2024-cü il tarixli ***** nömrəli qəbzlə 01 manat olmaqla, ümumilikdə dövlət büdcəsinə ödənilmiş 48923 manat pul Məhkum atası X3 qaytarılması müəyyən edilmişdir. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Məhkum etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq uçun internet informasiya ehtiyatlarında yaratdığı “X5” internet saytı və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən “X5” təhsil şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək müştəri kimi ona müraciət etmiş vətəndaşlara müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ölkələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə zərərçəkmiş şəxs2 inam və etibarını qazanmış, övladının xaricdə ali təhsil almasında köməklik göstərməsi üçün ona müraciət etmiş zərərçəkmiş şəxs2 övladı X6 X23 şəhərində fəaliyyət göstərən “Ondokuz Mayıs” universitetində “tibb” ixtisası üzrə tələbə kimi qəbul etdirəcəyinə, gedəcəyi ölkədə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin edəcəyinə, eyni zamanda təqdim etdiyi vəsait hesabına 4 illik təhsil haqqı və yataqxana xərclərinin ödənişini həyata keçirəcəyinə dair yalan vəd verib aldatmış, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı halda zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda pulu ələ keçirmək və sonuncuda tam əminlik yaradıb öz cinayətkar əməllərini pərdələmək və həqiqi niyyətini gizlətmək üçün ## #### 2019-cu il tarixdə ünvan 4 ünvanında “X9’’-in 7-ci mərtəbəsində yerləşən ofisdə formal otaraq tərtib edilmiş müqavilə bağlayaraq həmin vaxt 3500 manat, daha sonra isə hissə-hissə olaqla 3000 manat pul vəsaitini 2019-cu ilin sentyabr ayında ünvan 4 ünvanında “X9”-in 7-ci mərtəbəsində yerləşən ofisdə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək sonuncuya ümumilikdə 6500 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq uçun internet informasiya ehtiyatlarında yaratdığı “X5” internet saytı və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən “X5” təhsil şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək müştəri kimi ona müraciət etmiş vətəndaşlara müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ölkələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə zərərçəkmiş şəxs5 inam və etibarını qazanmış, övladının xaricdə ali təhsil almasında köməklik göstərməsi üçün ona müraciət etmiş zərərçəkmiş şəxs5 övladı X14 X23 şəhərində fəaliyyət göstərən “Ondokuz Mayıs” universitetində “Ingilis dili müəlliməsi” ixtisası üzrə tələbə kimi qəbul etdirəcəyinə, gedəcəyi ölkədə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin edəcəyinə, eyni zamanda təqdim etdiyi vəsait hesabına 4 illik təhsil haqqı və yataqxana xərclərinin ödənişini həyata keçirəcəyinə dair yalan vəd verib aldatmış, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı halda zərərçəkmiş şəxs5 məxsus pulu ələ keçirmək və sonuncuda tam əminlik yaradıb öz cinayətkar əməllərini pərdələmək və həqiqi niyyətini gizlətmək üçün ## ###### 2019-cu il tarixdə ünvan 4 ünvanında “X9”-in 7-ci mərtəbəsində yerləşən ofisdə formal otaraq tərtib edilmiş müqavilə bağlayaraq həmin vaxt 1800 manat, daha sonra isə 2019-cu ilin avqust ayında hissə-hissə olaqla 1200 manat pul vəsaitini ünvan 4 ünvanında “X9”-in 7-ci mərtəbəsində yerləşən ofisdə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək sonuncuya ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq uçun internet informasiya ehtiyatlarında yaratdığı “X5” internet saytı və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən “X5” təhsil şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək müştəri kimi ona müraciət etmiş vətəndaşlara müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ölkələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə X11 və zərərçəkmiş şəxs4 Fərhad qızının inam və etibarını qazanmış, özü və həyat yoldaşı zərərçəkmiş şəxs4 xaricdə ali təhsil almaqda, həmçinin Istanbul şəhərində ev almaqla bağlı köməklik göstərməsi üçün ona müraciət etmş zərərçəkmiş şəxs3 X23 şəhərində fəaliyyət göstərən “Ondokuz Mayıs” universitetində “Güzel Sanatlar” ixtisası üzrə, həyat yoldaşı zərərçəkmiş şəxs4 Fərhad qızını isə həmin universitetdə “Tibb” ixtisası üzrə tələbə kimi qəbul etdirəcəyinə, gedəcəyi ölkədə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin edəcəyinə, eyni zamanda təqdim edəcəyi vəsait hesabına ilik təhsil haqqı və digər xərclərinin ödənişini həyata keçirəcəyinə, eləcə də Istanbul şəhərində ev almaqda köməklik göstərəcəyinə dair yalan vəd verib onları aldatmış, Əlfəddin və Aşiqə Kərimovlara məxsus külli miqdarda pulu ələ keçirmək və onlarda tam əminlik yaradıb öz cinayətkar əməllərini pərdələmək və həqiqi niyyətini gizlətmək üçün ilk olaraq zərərçəkmiş şəxs4 ilə, daha sonra isə zərərçəkmiş şəxs3la formal otaraq tərtib edilmiş müqavilə bağlamış, zərərçəkmiş şəxslərin ona tam güvənlərinin yaranmasına əmin olduqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020-ci ilin yanvar ayının əvvəllərindən ## ###### 2022-ci il tarixədək olan dövr ərzində ayrı-ayrı vaxtlarda müxtəlif yerlərdə, yəni zərərçəkmiş şəxs4 2020-ci ilin yanvar ayının əvvəllərində ünvan 4 ünvanında “X9”-in 7-ci mərtəbəsində yerləşən ofisdə 6000 manat, ## ### 2020-ci il tarixdə həmin ünvanda zərərçəkmiş şəxs3 500 manat, daha sonra həmin ünvanda istintaqa məlum olmayan tarixlərdə zərərçəkmiş şəxs4 hissə-hissə olmaqla üç illik təhsil haqqının Ödənilməsi adı ilə 12600 manat, təhsil aldığı müddətdə semestr imtahanlarının yazılması adı ilə hissə-hissə olmaqla 12000 manat, daha sonra Universitetin ödənilməmiş üç illik təhsili haqqı üçün 5000 manat, A.Kərimovdan həmin ünvanda ## #### 2020-ci il tarixdə 1100 manat, “COVID 19” pandemiyası ilə əlaqədar olaraq Universitetin iki illik təhsil haqqının ödənilməsi üçün hissəhissə 500 manat olmaqla 2000 manat, ## ##### 2022-ci il tarixdə Türkiyə Respublikasının Istanbul şəhərində yerləşən “Land Park” otelində ev almaq adı ilə 31000 manat, daha sonra zərərçəkmiş şəxs4 2022- 2023-cü tədris ilinə dair Universitetə köçürülməsi, həmin tədris ilinin özünün iştirakı olmadan başa vurulması adı ilə hissə-hissə olmaqla onun atası Tapdıq Xəlilovun adına olsa da öz istifadəsində olan 4127*********** nömrəli bank kart hesabına ##.##.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, “Araz” marketdə yerləşən “E-Manat” post terminalından 390 manat, ##.##.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Nazim” Marektdədən “E-Manat” post terminalından 450 manat, ##.##.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Nazim" Marektdədən “E-Manat” post terminalından 220 manat, ##.##.2022-ci il tarixdə ünvan 2 2005 ünvanında yerləşən “E- Manat" post terminalı vasitəsi ilə 885, 2000, 2000, 2000 manat, ##.##.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Nazim” Marektdədən “E-Manat" post terminalından 400 manat, ##.##.2022-ci il tarixdə ünvan 2 2005 ünvanında yerləşən “E-Manat” post terminalı vasitəsi ilə 1500 manat olmaqla cəmi 9845 manat və Istanbul şəhərində guya aldığı evin pulunun qalan hissəsinin ödənilməsi adı ilə ## ###### 2022-ci il tarixdə zərərçəkmiş şəxs4 anası şahid2 vasitəsi ilə göndərdiyi 5000 manat pulu ünvan 3 ünvanında yerləşən * saylı “ASAN” xidmətin qarşısında alıb ələ keçrimiş, bununlada təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 Fərhad qızına məxsus ümumilikdə 65445 manat və zərərçəkmiş şəxs X12 məxsus ümumilikdə 19600 manat olmaqla cəmi 85045 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞI: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə qərar çıxardarkən dövlət ittihamçısının əvvəlki qərardan kassasiya protesti verərək gətirdiyi mülahizələri əsas sayaraq, bir sıra faktları nəzərə almadan protesti təmin etmişdir. Bundan başqa, heç bir şikayətçi yoxdur, tərəflərlə notarial qaydada bağlanmış barışıq ərizəsi vardır, 50% dövlət nəfinə ödənilən məbləğ geri qaytarılsa da təkrar ödəmək istəyi vardır. Məhkum daha sonra bildirmişdir ki ailənin yeganə oğludur, atası 2-ci qrup əlildir, ağır xəstəlikdən əziyyət çəkir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini, CM-in 73-1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## #### tarixli, *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində cinayət məsuliyyətindən azad olunmalı olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPMin 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum tərəfindən təqsirlilik məsələsi və əməlinin tövsifi mübahisləndirilməsə də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından da göründüyü kimi, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması cinayət işi üzrə toplanmış və məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrarlamadan məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi və ittihamın həcmi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olması nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində, ədalətli cəza təyin edilmişdir. Məhkum barəsində CM-in 73-1.3-cü maddəsinin tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və qiymət verilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin qərarındadan da göründüyü kimi, həmin məhkəmə mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Belə ki, CM-in 73-1.3-cü maddəsinə əsasən CM-in 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin CPM-in 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd edilən normalardan göründüyü kimi, qanunverici CM-in 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs barəsində CM-in 73-1.3cü maddəsinin tətbiq edilməsi imkanını məhkəmələrin vəzifəsi kimi yox, hüququ kimi müəyyən edərək, bunu bir sıra şərtlərin icrası ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində təqsirli bilindiyi ittiham üzrə ümumi ziyanın tam olaraq ödənildiyini və ziyanın 50% məbləğində dövlət büdcəsinə ödəniş edildiyini qeyd edib, cinayət məsuliyyətindən azad edilməsini xahiş etsə də, cinayət işinin materiallarında olan məhkumluq haqqında arayışdan, eləcə də məhkəmə aktlarının surətlərindən (cild 1, səh. 242-267) müəyyən edilir ki, Məhkum əvvəllər də ardıcıllıqla mahiyyətcə eyni qəbildən olan dələduzluq cinayətlərini törətmiş - 2012-ci ildə 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cərimə cəzasına məhkum edilsə də, qısa müddət keçdikdən sonra 2013-cü ildə yenidən Cinayət Məcəlləsinin eyni maddələri ilə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə 2017-ci ildə azad olunsa da, 2019-cu ildə artıq baxılan iş üzrə ittiham edildiyi cinayətləri törətmişdir. Məhkumluq haqqında arayışdan, eləcə də iş materiallarında olan cinayət işinin ayrılması haqqında qərardan (cild 1, səh. 1-10) həmçinin görünür ki, baxılan cinayət işi ## ##### 2023-cü il tarixdə daha əvvəl, ## ###### 2020-ci tarixdə başlanılmış digər cinayət işindən ayrılmış, birinci cinayət işi üzrə icraat əvvəl ## ####### 2020-ci il tarixdə CPM-in 53.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından, daha sonra isə ## ### 2021-ci il tarixdə CPM-in 53.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndiyindən dayandırılmış, yalnız barəsində axtarış elan edilmiş Məhkum ## ### 2022-ci il tarixdə Makedoniya Respublikasında tutulub Azərbaycan Respublikasına ekstradisiya edilməsindən sonra icraat təzələnmiş və istintaq hərəkətləri davam etdirilmişdir. Həmçinin, yuxarıda qeyd edildiyi kimi, Məhkum cinayətkar fəaliyyəti hazırkı baxışın predmetini təşkil edən cinayət işi ilə bitməmiş, mübahisə edilən apellyasiya instansiyası məhkəməsinin qərarının qəbul edilməsi ilə nəticələnən məhkəmə araşdırması aparıldığı dövrdə ona aid eyni mahiyyətli iş üzrə cinayət təqibi davam etmiş və həmin işdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, hazırki apellyasiya baxışı zamanı zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs1 və X12 onlara dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını bildirmiş, zərərçəkmiş şəxs2 isə əlavə olaraq ona mənəvi ziyanın da dəydiyini, həmin ziyanın da ödənilməsini arzuladığını, bu səbəbdən təqsirləndirilən şəxslə barışmadığını qeyd etmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri ümimiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məhkum barəsində CM-in 73-1.3-cü maddəsi tətbiq edilməklə onun cinayət məsuliyyətindən azad edilməsinə dair xahişi əsaslı hesab edilə bilməz. “ Kassasiya instansiya məhkəməsi apellyasya məhkəməsinin həmin mövqeyi ilə razılaşır və həmin mövqeni CM-in müddəalarına və işin hallarına uyğun hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar və əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *(***)-****/**** nömrəli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## #### tarixli, *(***)-****/**** nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar