Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-154/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorlu ğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, məhkum Məhkum müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 04 iyun 2025ci il tarixli hökmündən məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları
1. Məhkum Məhkum ## #### 1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq sovxozunda yaşamışdır.
2. 27 aprel 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Ittiham aktına əsasən, Məhkum istintaqa məlum olmayan Iran Islam Respublikasının vətəndaşı “Kamal” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, sonuncunun göstərişi ilə istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda - 325,3 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 210,7 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, 28 oktyabr 2023-cü il tarixdə, saat 01:30-da ünvan 1 saylı ünvanın qarşısında olarkən özünü şübhəli apardığından Nəsimi Rayon Polis Idarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən 22-ci Polis Şöbəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əlində olan çantanın içərisindən 1 bükümdə təmiz çəkisi 325,3 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 bükümdə təmiz çəkisi 210,7 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin və narkotik vasitə psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə etdiyi, üzərində narkotik vasitə heroin izləri olan 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür.
4. 16 may 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, 16 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri üzrə irəli sürülmüş ittihamda təqsirliliyi sübuta yetirilmədiyindən Məhkum bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və dərhal məhkəmə zalından həbsdən azad edilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə məhkum edilməsinə dair ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 04 iyun 2025-ci il tarixli hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, 16 yanvar 2025-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət 1 (bir) il 2 (iki) ay 19 (on doqquz) gün müddətin təyin edilmiş cəzadan çıxılması və üzərində 4 (dörd) il 9 (doqquz) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 iyun 2025-ci il tarixdən hesablanması, barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından həbsə alınması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir.
II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətinin dəlilləri qismində cinayət işi üzrə ibtidai istintaq dövründə məhkum Məhkum hüquqlarının, xüsusilə də, müdafiə hüququnun səmərəli və keyfiyyətli şəkildə təmin edilmədiyi, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutların həm müdafiə hüququ pozulması, həm də qanunazidd hərəkətlərin tətbiq edilməsi nəticəsində - ona güc tətbiq etməklə əldə edildiyi, bu səbəbdən də üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin mötəbərliyinin şübhə altına alındığı qeyd edilərək, məhkumun saxlanılma şəraiti, səbəbi, vaxtı mübahisələndirilmişdir. Bu səbəblərdən müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 04 iyun 2025-ci il tarixli hökmünü ləğv edib, Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
III. Hüquqi məsələlər Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət- 11. Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 12.Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 13.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 14.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Müdafiəçi kassasiya şikayətində məhkum Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.3 və 416.1.6-cı maddələrində məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 04 iyun 2025-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırma nəticəsində aşağıdakılara görə kassasiya şikayətini əsassız edir.
17. Ilk öncə kassasiya şikayətinin məhkumun təqsirsizliyinə dair dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, Konstitusiyanın 129-cu maddəsinin III bəndində isə məhkəmə qərarlarının qanuna və sübuta əsaslanmalı olduğu vurğulanmışdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).
22. Habelə qeyd olunmalıdır ki, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
23. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
24. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
25. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, mübahisəsi edilən qərarın bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə həmin Məcəllənin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
26. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum ona qarşı verilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi haqda iddia əsasən onun üzərindən aşkar edilmiş narkotik vasitə və maddənin ona aid olmaması ilə bağlıdır.
27. Bu iddia ilə bağlı qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin hökmündən və cinayət işinin materiallarında olan sübutlardan göründüyü kimi, Məhkum məhkəməyədək icraat mərhələsində müdafiəçisinin iştirakı ilə sərbəst ifadə verərkən bütün izahat və ifadələrində hadisənin mexanizmini eyni məzmunda təsvir etmişdir.
28. Həmin ifadələrində Məhkum göstərmişdir ki, 28 oktyabr 2023-cü il tarixdə, saat 00:30 radələrində Kamal adlı şəxslə növbəti dəfə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxladığı zaman sonuncu ona narkotik vasitələrin yerini bildirmiş və həmin yerin şəklini göndərmişdir. O, göstərilən ünvana – Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsinə getmiş, orada yerləşən zibil qutularının yaxınlığında yerə atılmış, qırmızı rəngli sellofana bükülmüş və üzəri şəffaf yapışqan lentlə sarılmış 1 ədəd bükümü görərək götürmüş, həmin bükümü özü ilə gəzdirdiyi tünd qəhvəyi rəngli əl çantasına qoyaraq ərazidən uzaqlaşmışdır. O, bir qədər aralandıqdan sonra Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsinə gəldikdə, saat 01:30 radələrində tanımadığı, mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirərək ondan özünü təqdim etməsini tələb etmişlər. Məhkum bu zaman çaşqınlıq keçirdiyi üçün verilən suallara cavab verə bilməmiş, həmin şəxslər onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasında şübhəli bilindiyi bildirilmiş, vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə və əşyalarına baxış keçiriləcəyi izah olunmuşdur. Onun maddi imkanının olmadığını bildirməsi ilə əlaqədar dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, bundan sonra polis şöbəsinin xidməti otaqlarından birində videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən o, bir qədər əvvəl Kamal adlı şəxsin onun götürməsi üçün qoyduğu, qırmızı rəngli sellofana bükülmüş, üzəri şəffaf yapışqan lentlə sarılmış 1 ədəd bükümü, habelə təxminən bir il əvvəl əldə etdiyi 2 ədəd elektron tərəzini masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış və baxış keçirilmiş, təqdim etdiyi əşyalardan başqa hər hansı digər əşya aşkar edilməmişdir. Sorğu zamanı o, həmin bükümü haradan və hansı məqsədlə əldə etdiyini izah etmiş, daha sonra bükümə baxış keçirilərkən onun tərkibində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin olduğu müəyyən edilmişdir. Həmçinin aşkar edilmiş maddənin tərkibinin dəqiq müəyyən olunması üçün ekspertizaya göndəriləcəyi bildirildikdən sonra həmin maddə boş zərfə qoyularaq möhürlənmiş və onun tərəfindən imzalanmışdır.
29. Habelə, 28 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolu, eləcə də ona əlavə edilmiş diskdə olan videoçəkilişlə müəyyən edilmişdir ki, müdafiəçinin iştirakı ilə Məhkum üzərində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı onun əlində saxladığı tünd qəhvəyi rəngli əl çantasının ağzı bağlı hissəsindən qırmızı rəngli sellofana bükülmüş, üzəri şəffaf yapışqan lentlə sarılmış və həmin lentin altında ağ rəngli kağız üzərində “300K 200P” yazısı olan bir ədəd iri ölçülü büküm, çantanın ağzı açıq hissəsindən isə iki ədəd elektron tərəzi və bir ədəd qara rəngli kitabça aşkar olunmuşdur.
30. Göründüyü kimi, Məhkum məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələri və bunun davamı olan 28 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolu və videogörüntü Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu təsdiq edir.
31. Kassasiya şikayətində məhkum Məhkum saxlanılma şəraiti və səbəbi mübahisələndirilmiş, ilkin şəxsi axtarış zamanı mobil telefonun aşkar edilməsi prosesinin videoçəkilişlə qeydə alınmaması, videoçəkilişin isə yalnız sonradan, narkotik vasitə və psixotrop maddə aşkar edilərkən aparılması göstərilmişdir.
32. Bu dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışında verilmiş suallara cavab olaraq məhkum Məhkum polis əməkdaşlarının onu tutub avtomobilin yanına gətirdikdən sonra avtomobilə söykəndiyini, üzərinə baxış keçirilərkən arxa cibindən mobil telefonun götürüldüyünü bildirmişdir. Həmçinin göstərmişdir ki, avtomobilə söykənilib mobil telefonu götürülən zaman çantası üzərində olmamış, polis əməkdaşlarını gördükdə həmin çantanı içərisində narkotik vasitə olduğuna görə deyil, bıçaq olduğuna görə atmışdır. Polis şöbəsinə aparılarkən avtomobildə arxa oturacaqda əyləşmiş və ona məxsus çantanın avtomobilin qabaq sağ tərəfində əyləşmiş polis əməkdaşının əlində olduğunu görmüşdür. Tutulduğu vaxt və avtomobildə polis şöbəsinə aparılarkən polis əməkdaşları tərəfindən çantaya baxış keçirilməsini görməmişdir.
33. Məhkumun bu məzmunlu ifadələrinin cinayət işi üzrə toplanmış digər sübutlarla müqayisəli təhlilini aparmış apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, şəxsi axtarış zamanı Məhkum çantasından narkotik vasitə və elektron tərəzidən başqa qara rəngli kitabça aşkar olunmuş, lakin çantadan hər hansı bıçaq aşkar edilməmişdir. Məhkum nə ibtidai istintaq dövründə ifadələrində çantasında bıçaq olmasını bildirmiş, nə də məhkəmədə həmin bıçağın təsviri ilə bağlı müfəssəl məlumat vermişdir. Habelə, onun çantasında bıçaq gəzdirməsi ilə bağlı ümumiyyətlə hər hansı sübut cinayət işinin materiallarında mövcud deyildir.
34. Cinayət işinin istinad edilən hallarından çıxış edən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq məhkum Məhkum çantanı içərisində bıçaq olduğu üçün atması barədə bildirdiklərini öz müdafiəsi üçün irəli sürdüyü dəlil kimi nəzərə almış, bütövlükdə onun məhkəmə istintaqı zamanı verdiyi ifadələrini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişdir. Nəticə olaraq məhkəmə saxlanıldığı vaxt Məhkum üzərində olan və sonradan şəxsi axtarış zamanı içərisindən narkotik vasitə, psixotrop maddə və elektron tərəzilər aşkar edilmiş çantaya baxış keçirilərkən polis əməkdaşları tərəfindən həmin çantaya müdaxilə edilməsinin öz təsdiqini tapmadığı qənaətinə gəlmişdir.
35. Ittiham hökmünün əsasını təşkil edən sübutların mötəbərsizliyi kassasiya şikayətində eləcə də Məhkum saxlanılma vaxtının və iş materiallarında olan anten məlumatlarının düzgün qiymətləndirilməməsi ilə əsaslandırılmağa çalışılmışdır. Lakin mübahisəsi edilən hökmdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi həm Məhkum saxlanılma vaxtı, həm də anten məlumatları ilə bağlı işin materiallarında olan digər sübutları ətraflı şəkildə tədqiq edərək müdafiə tərəfinin mübahisələndirdiyi məqamlara hökmdə qiymət vermişdir (hökmün 17 və 18ci səhifələri). Bu səbəbdən məhkəmə kollegiyası həmin dəlillərə təkrarən münasibət bildirilməsinə zərurət görmür.
36. Bununla belə məhkəmə kollegiyası bir halı xüsusilə vurğulamağı zəruri hesab edir ki, kassasiya müraciətində Məhkum 27 oktyabr 2023-cü il tarixdə deyil, 28 oktyabr 2023-cü il tarixdə saxlanılması mübahisələndirilmiş, müdafiə tərəfi şəxsi axtarışın onun 28 oktyabr 2023cü il saat 00:25-də saxlanılmasından 2 saat 35 dəqiqə sonra aparıldığını göstərmişdir. Lakin Məhkum və əlavə şahid Mübariz Yusifovun anten məlumatlarının hərəkət trayektoriyasından göründüyü kimi, onlar 27 oktyabr 2023-cü il saat 23:59-dan 00:19-dək və 28 oktyabr 2023-cü il saat 00:24-dən 00:41-dək eyni ərazidə, yəni müvafiq olaraq ünvan 3 ünvanında yerləşən Yasamal marketdə olmuşlar. Bu hal Məhkum müdafiə tərəfinin iddia etdiyi kimi 28 oktyabr 2023cü il saat 00:25-də saxlanılması barədə dəlili təkzib edir.
37. Nəhayət, kassasiya şikayətinin Məhkum təqsirsizliyinə dair hissəsində qaldırılmış, onun heç bir əsas olmadan saxlanılması ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin materiallarında Məhkum qabaqcadan planlaşdırılmış əməliyyat-axtarış tədbiri nəticəsində deyil, özünü şübhəli aparması və polis əməkdaşlarını görüb qaçması səbəbindən saxlanıldığı müəyyən edilmişdir. Bu hal cinayət işi üzrə ifadələri alınmış şahidlərin ifadələri ilə yanaşı, məhkumun özü tərəfindən də təsdiqlənmişdir.
38. Belə ki, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı zamanı 16 aprel 2026-cı il tarixdə verdiyi ifadəsində Məhkum narkotik vasitə arxasınca getdiyi zaman əlində olan telefon ilə “ünvana” doğru irəliləyərkən ünvanla üzbəüz bir nəfər şəxsin səkinin yanında və bir nəfərin divara söykənib dayandığını görüb həmin yerə yaxınlaşmadığını, səkidə dayanan şəxsin onu görən zaman digər şəxsə başı ilə işarə etdikdə həmin şəxslərin polis əməkdaşı olduqlarını anladığını, həmin vaxt üstündə olan çantanın içərisində bıçaq olduğu üçün onu atıb qaçmağa başladığını bildirmişdir.
39. Kassasiya şikayətində qaldırılan növbəti məsələ Məhkum müdafiə hüququnun pozulması ilə bağlıdır. Bu dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum 28 oktyabr 2023-cü il tarixli ərizəsi əsasında ona müdafiəçi seçmək hüququ izah edilmiş, Bakı şəhəri * saylı və ** saylı hüquq məsləhətxanalarının vəkillərinin siyahısı təqdim olunmuş, həmin siyahı əsasında ** saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş və 28 oktyabr 2023-cü il tarixli protokolla müdafiəçi2 müdafiəçi qismində iştirak etmişdir. Məhkum tərəfindən müdafiəçiyə etiraz edilməmiş, ibtidai istintaq dövründə keçirilmiş istintaq hərəkətləri zamanı da belə etiraz bildirilməmişdir. Nəhayət, ibtidai istintaqın sonunda 22 aprel 2024-cü il tarixli “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə” protokolu Məhkum müdafiəçinin iştirakı ilə imzalamış, həmin vaxt da müdafiəçi ilə bağlı hər hansı vəsatət qaldırmamışdır. Bu hallar V.Ə. Yusifovun müdafiə hüququnun ibtidai istintaq dövründə təmin edildiyini təsdiqləyir.
40. Kassasiya şikayətində Məhkum ifadələrini təzyiq altında verməsi ilə bağlı dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin məsələni ətraflı araşdıraraq müdafiə tərəfinin bu dəlilinə əsaslandırılmış qiymət vermişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum həm ilkin, həm də əlavə dindirmə zamanı verdiyi ifadələri, özü və müdafiəçisinin cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, o cümlədən işgəncə və ya digər amansız rəftar iddiaları ilə bağlı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayətlə müraciət etməməsini, Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılma müddətinin uzadılması zamanı məhkəmə qarşısına çıxarıldığı vaxt ona qarşı hər hansı fiziki və ya psixi təsirin göstərildiyini bildirməməsini, habelə onda zorakılığın görünən nəticələrini təsdiq edən tibbi sənədlərin olmamasını nəzərə alaraq müdafiə tərəfinin həmin dəlilini əsassız hesab etmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin bu hissə üzrə mövqeyi cinayət-prosessual qanunvericiliyin müvafiq normalarına, həmin normaların təfsirinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmışdır. Mübahisə edilən məhkəmə aktından göründüyü kimi, Məhkum pis rəftara məruz qalması barədə iddialar üzrə ətraflı və əsaslandırılmış hüquqi qiymət verilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və həmin dəlillərin təkrarən müzakirə edilməsinə zərurət görmür.
42. Beləliklə, yuxarıda təsviri verilənlər nəzərə alınmaqla məhkəmə kollegiyasının qənaətinə əsasən apellyasiya instansiyası məhkəməsi məhkum Məhkum məlum olmayan vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 325,3 qram heroin və külli miqdarda 210,7 qram metamfetamin əldə edib özündə saxlamaqla daşımasının tədqiq edilmiş sübutlarla təsdiq olunduğunu müəyyən etmiş və onun əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edildiyi nəticəsinə gəlmişdir.
43. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi Məhkum şəxsiyyəti istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsini təsdiq edən hər hansı sübutun cinayət işinin materiallarında aşkar olunmadığını, cinayət təqibi orqanı tərəfindən müvafiq mötəbər dəlillərin toplanaraq məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq, ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 234.4.1ci maddəsi üzrə ittihamın baxılan işin faktiki hallarına uyğun olmadığını müəyyən etmiş və həmin hissənin ittihamdan xaric edilməsini əsaslı hesab etmişdir.
44. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən məsələlər üzrə nəticələri işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143–146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya müraciətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum Məhkum 234.4.1-ci maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
45. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
46. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
47. Odur ki, məhkəmə kollegiyası, tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 04 iyun 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ: Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 04 iyun 2025ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.