Məhkəmə qərarları › İş №1(1-8)-155/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-155/2026

05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanșRespublikasıșadından Qərar Bakıșşəhəri İşș№ș1(1-8)-155/2026 05.05.2026 ALIșMƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarətșməhkəməștərkibində, SəfərlișKamalșRizvanșoğlununșkatibliyișilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi vəșanalitikștəhlilșşöbəsininșprokurorușIbrahimovșElçinșTofiqșoğlunun,ș Müdafiəçiș–șBakıșşəhəriș2șsaylıșVəkilșBürosununșvəkilișX12șiştiraklarıșilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,206.3.1, 29,206.3.2, 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiyașşikayətinəșmahiyyətișüzrəșbaxaraq MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Imanov Dadaş Hüseyn oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət məhkəməștərkibində)ș25șdekabrș2024-cüșilștarixliș1(100)-240/2024șnömrəlișhökmüșilə # ###### 1978-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmuş, sonuncu yaşayış yeri x şəhəri olmuş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 29,206.3.1, 29,206.3.2, 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləriștörətməkdə təqsirli bilinərək, ona CM-in 29,206.3.1 və 29,206.3.2-ci maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraqș6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi,șșonun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 21.01.2023-cü il tarixdən hesablanması,șbarəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəməșxərcișiləșbağlıșməsələlərșhəllședilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət məhkəmə tərkibində) 8 aprel 2025-ci il tarixli 1(104)-171/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdəșdəyişdirilmədənșsaxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025-ci il tarixli qərarındanșməhkumșMəhkumșmüdafiəçisișMüdafiəçiștərəfindənșkassasiyașşikayətișverilmişdir. IŞIN HALLARI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, Azərbaycan Respublikasının vətəndaşları şahid9, şahid8, şahid6, şəxsiyyəti məlum olmayan Iran Islam Respublikasının ərazisində olan x adlı şəxs və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə, yəni Iran Islam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikası ərazisinə keçirərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, habelə Azərbaycan Respublikasının vətəndaşları şahid9, şahid8, şahid6, Ukrayna vətəndaşı şahid7 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin külli miqdarda narkotik vasitəni təkrarən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Ukrayna ərazisinə keçirilməsinə cəhd etmiş, lakin həmin cinayət onun iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamış, bundan başqa o, Ukrayna vətəndaşı X3 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni qəsdən satış məqsədilə təkrarən qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və təkrarən qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli AzərbaycanșRespublikasınașkeçirmişdir. Belə ki, Məhkum Azərbaycan Respublikasının vətəndaşları şahid9, şahid8, şahid6, şəxsiyyəti məlum olmayan Iran Islam Respublikasının ərazisində olan x adlı şəxs və digərləri ilə ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq istintaqa məlum olmayan mənbədən əldə edilmiş külli miqdarda təmiz çəkisi 4599,2 qram narkotik vasitə olan tiryəki 2014-cü ilin sentyabr ayının sonlarında məlum olmayan şəraitdə və yerdən qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Iran Islam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, habelə Azərbaycan Respublikasının vətəndaşları şahid9, şahid8, şahid6, Ukrayna vətəndaşı şahid7 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin külli miqdarda narkotik vasitəni şahid7 idarə etdiyi «Mersedes Vita» markalı AE ****** qeydiyyat nişanlı avtomobilinin ehtiyat təkərinin içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədərək, qanunsuz olaraq 2 fevral 2015ci il tarixdə Göyçay rayonu ərazisindən Qazax rayonu istiqamətində daşımaqla təkrarən qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Ukrayna ərazisinə keçirməyə cəhd etmiş, lakin 2 fevral 2015-ci il tarixdə şahid7 keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığına görə həmin cinayətșəməlișiradələrindənșasılıșolmayanșsəbəblərəșgörəșbaşașçatdırılmamışdır. Bundan sonra Məhkum, təkrarən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və təkrarən qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmək məqsədi ilə X3 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 10 iyun 2015ci il tarixdə Ukrayna Respublikasının Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində məlum olmayan mənbədən külli miqdarda, təmiz halda çəkisi 5310 qram narkotik vasitə olan qurudulmuş marixuananı təkrarən qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış və malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “ZAZ Sens” markalı ******* qeydiyyat nişanlı minik avtomobilinin yük yerindəki kustar üsulla quraşdırılmış qaz yanacağı üçün nəzərdə tutulmuş balonunun içərisində yerləşdirib Azərbaycan Respublikasının Yevlax şəhərində qrupun şəxsiyyəti məlum olmayan digər üzvünə təhvil vermək üçün əvvəlcədən tamah niyyəti ilə razılığa gəldiyi Şahin Imanovun vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük idarəsinin “Sınıq Körpü” gömrük postundan 16 iyun 2015-ci il tarixdə saat 15 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasınașkeçirmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum təqsirli bilinməsinə dair heç bir sübutun olmamasına baxmayaraq onun barəsində ittihamșhökmüșçıxarılmışdır. Belə ki, iş üzrə şahid şahid9 məhkəmə bildirmişdir ki, özü narkotik aludəçisi olsa da, Məhkum ilə heç vaxt narkotik alveri etməmiş və bu barədə danışığı belə olmamışdır. Iran sərhədini birlikdə keçməsi təsadüfən baş vermişdir. Həmin illərdə Bakı şəhərində yaşayıb və Irana gedərkən təsadüfən sərhəddə Məhkum ilə rastlaşmış və birlikdə sərhədi keçmişlər, Iranda olarkən Məhkum zəng gəlmiş və qardaşının qəfil vəfat etməsi məlum olmuş və bundan sonra birlikdə yas mərasiminə getmişlər. Bundan sonra, Məhkum ümumiyyətlə görməmişdir. HeçșvaxtșMəhkumșiləștelefonșəlaqəsișdəșolmamışdır. Şahid şahid8 məhkəmədə bildirmişdir ki, Məhkum ömründə bircə dəfə görmüşdür. Onunla nə narkotik alveri barədə danışığı olub, nə də narkotik alveri etməmişlər. Ümumiyyətlə heçșvaxtșonunlaștelefonșdanışığıșolmamışdır. Şahid şahid6 məhkəmədə ifadə verərək bildirmişdir ki, özünün barəsində olan cinayət işi ilə bağlı dindirilərkən ona işgəncə vermişlər. Bu səbəbdən qardaşı Məhkum adını çəkmişdir. Işgəncələrə dözmədiyindən hətta qaşığı udmuş və özünə qəsd etmək istəmişdir. Ancaq cərrahi müdaxilədən sonra ölümdən qayıtmışdır. Məhkum ilə onun arasında qardaş kimi bir neçə dəfə telefon əlaqəsi olsa da, danışıqlarında narkotik alveri və ya qaçaqmalçılığı barədə heç vaxt söhbətișolmamışdır. X4 həbs edilərkən ilkin izahatında bildirmişdir ki, maddi vəziyyəti ağır olduğundan narkotik alveri etmək məcburiyyətində qalmış və qaynanasının həyətində süpürgə əkmək adı ilə narkotik əkib-becərib, daha sonra satmaq istəyərkən tutulmuşdur. Ancaq sonrakı ifadəsində Məhkum adını çəkmişdir. Bu da onu deməyə əsas verir ki, X3 ifadəsini dəyişməyə təzyiqlər olmuşdur.șMəhkumșməhkəmədəșbildirdișki,șX3șadlıșşəxsiștanımır. Iş üzrə digər şahidlər isə ümumiyyətlə Məhkum tanımamışlar. Onlar digər şəxslərin tutulmasında iştirak etmişlər. Digər şahidlər məhkəmədə bildirdilər ki, nəinki Məhkum tanımırlar, həttașdigərșşəxslərștutularkənșonunșadınıșçəkmələrinișdəșeşitməmişlər. Iş materiallarında olan telefon danışıqlarından görünür ki, Məhkum ilə qardaşı arasında dəfələrlə telefon danışığı olub. Ancaq həmin danışıqlarda ümumi söhbətlər olmuşdur. Bir dəfə də olsun narkotik sözü işlədilməmişdir. O qardaşı ilə danışarkən sadəcə hal-əhval tutmuşdur. O heç bir narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Ümumiyyətlə narkotiklə bağlı heç bir söz danışmamışdır. 2015-ci ilin fevral ayının 2-də o, qardaşının həbs olunmasını bilmişdir.șHəminșvaxtșoșUkraynașRespublikasındașyaşamışșvəșbeləșişlərləșməşğulșolmamışdır. Həmçinin o uzun müddət axtarışda olduğundan xəbəri olmamışdır. 2014-cü ildə Azərbaycan Respublikasından getmiş və bir daha gəlməmişdir. Onun qohumları Azərbaycan Respublikasında yaşamasına baxmayaraq hətta qardaşı tutulan zaman belə o Azərbaycan Respublikasına gəlməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid6 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı ona işgəncələr verilmişdir. Onun qardaşının bu məsələ ilə bağlı heç bir günahı olmamış, o qardaşından ancaq pul istəmişdir. Onların Iran Islam Respublikasına getmək səbəbləri quyruq ticarəti ilə məşğul olmaları olmuşdur. Onlar Iran Islam Respublikasında olan zaman onun qardaşı vəfat etmiş və o Rəşadla birlikdə Azərbaycan Respublikasına qayıtmışdır. O ifadə verərkən zorla ona qardaşınınșdașbușişdəșəlininșolmasıșiləșbağlıșifadəșverməsinișdemişlər. Odur ki, göstərilənlərə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025-ci il tarixli qərarının ləğv edilərək, Məhkum bəraət verilməsi barədə qərarınșqəbulședilməsinișxahişședir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi X12 çıxış edərək, ittihamın içində olan sübutların mötəbər olmadığını, şahidlərdən birinin məhkumun qardaşı olduğunu, ondan işgəncəșiləșifadəșalındığınıșbildirib,șməhkumașbəraətșhökmüșverilməsinișxahişșetdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasınıșxahişșetdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəlləninșnormalarınınștətbiqininșdüzgünlüyünüșyoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyəșhaqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq,șaşağıdakılarıșqeydședir:ș Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraqșsübutlarıștədqiqșetmədikdə)șmaddəsindəșnəzərdəștutulmuşșhallașəlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025cișilștarixlișqərarınınșqanuniliyinișvəșəsaslılığınıșyoxlayaraqșaşağıdakıșxüsusatlarıșqeydședir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkətșvəșyașhərəkətsizliyin)ștörədilməsișcinayətșməsuliyyətișyaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırılașbilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyișüzrəșlazımıncașqiymətləndirilmişșsübutlarınșməcmusușiləșəsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsindəștəqsirlișolmasıșbarədəșnəticəșəsaslıșsayılașbilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyininșsübutlarașəsasənșmüəyyənședilməsiniștələbședir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslıșolmasıșüçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı;ș -șbușsübutlarșittihamınșqiymətləndirilməsișüçünșkifayətșetməli; -șməhkəməninșmüəyyənșetdiyișhallarșonunștədqiqșetdiyișsübutlarașuyğunșolmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsininșbunlarașdairșgəldiyișnəticəșiləșrazılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 29,206.3.1, 29,206.3.2, 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgünșolaraqșhəminșmaddələrșiləștövsifședilmişdir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməllərində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyișvəșişșüzrəșədalətlișməhkəməșaraşdırılmasıșaparılmadığıșiddiaședilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi bu şikayətin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin onun özünün verdiyi izahat və ifadələri, şahid qismində dindirilmiş şəxslərin ifadələri, 18 yanvar 2016-cı il tarixli “şəxsin fotoşəkillər əsasında tanınmaya təqdim edilməsi” haqqında protokol, 3 fevral 2015-ci il tarixli 36/390 nömrəli məktubla daxil olmuş materiallardakı 2 fevral 2015-ci il tarixli baxış protokolu, Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyi Əməliyyat-Texniki Idarəsinin 5-ci şöbəsinin mütəxəssisi tərəfindən verilmiş 3 fevral 2015-ci il tarixli 006 nömrəli arayış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 1152 nömrəli cinayət işi üzrə 25 fevral 2015-ci il tarixli 3486 nömrəli rəy, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük Idarəsində X3 iştirakı ilə tərtib edilmiş 16 iyun 2015-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması barədə” protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.06.2015-ci il tarixli 230 nömrəli ekspert arayışı, məhkəmə bioloji ekspertizası 30 iyun 2015ci il tarixli 13067 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 14 avqust 2015-ci il tarixli 14896 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 22 sentyabr 2015-ci il tarixli 14897 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 6 avqust 2015-ci il tarixli 14996 nömrəli ekspert rəyi, 17 dekabr 2014-cü il tarixli “diskə baxış keçirilməsi” haqqında protokol, 18 fevral 2015-ci il tarixli baxış protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 13 aprel 2015-ci il tarixli 5258 nömrəli rəy, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli 4/1006 nömrəli rəy, Azərbaycan Respublikası keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin 29 dekabr 2014-cü il tarixli məktubu, Azərbaycan Respublikası keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin 10 iyun 2015-ci il tarixli 900 nömrəli məktubu, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən daxil olmuş 23 iyul 2015-ci il tarixli 1609 saylı məktub, maddi sübutlar, həmçinin işșüzrəștoplanmışșdigərșsübutlarșiləșözștəsdiqiniștapdığınıșmüəyyənședir. Qeyd olunanlara əsasən, müdafiəçi tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum CM-in 29,206.3.1, 29,206.3.2, 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində əks olunan cinayət əməllərini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-biriləșuzlaşanșsübutlarınșməcmusușiləștamștəsdiqșolunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunmasıșbușqəbildənșolanșişlərinșdüzgünșhəllișüçünșmühümșəhəmiyyətșkəsbședir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərəșalınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, “ ..narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 959-IIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olanșQanununșdigərșmüddəalarıșrəhbərștutulmalı,șdüzgünștəfsirșolunaraqștətbiqședilməlidir. Qanunun 1.0.9-cu maddəsində görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotropșmaddələrin,șonlarınșprekursorlarınınșəldəședilməsișkimiștəfsirședilməlidir. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq,șonlarașqanunsuzșsurətdəșfaktikișmalikșolmașdeməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edibetməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkənșaydınlığıșiləșəksșetdirilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 29,206.3.1, 29,206.3.2, 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəməșkollegiyasıșhəminșsübutlarıștəkrarənșdetallıșsadalamağașzərurətșgörmür. Kassasiya şikayətində qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiə tərəfi şikayətdə yeni faktiki hallardan çıxış edərək kassasiya instansiyası məhkəməsini həmin faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiqșetməkləșqiymətləndirməyəșdəvətședir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılmasıșiləșməhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanıșcinayət-prosessualșqanununștələblərinəșəməlșolunub-olunmadığınıșyoxlayașbilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirənșəsaslarșkimișqiymətləndirəșbilməz. Kassasiya məhkəmə kollegiyası göstərilən normaların tələblərindən çıxış edərək kassasiya şikayətində qeyd edilmiş, məhkumun qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda satış məqsədilə əldə etməsini və saxlamasını, o cümlədən qaçaqmalçılıq cinayəti ilə bağlı əməlləri törətməsini təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Kassasiya şikayətinin dəlilləri iş üzrə toplanmış və məhkəmələr tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunur. Müdafiə tərəfi Məhkum təqsirini təsdiq edən birbaşa sübutların olmadığını göstərsə də, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə şəxsin təqsiri yalnız bir sübutla deyil, bir-biri ilə uyğunluq təşkil edən sübutlar sistemi ilə müəyyən edilir. Iş materiallarında olan telefon danışıqları, sərhədkeçmə məlumatları, şahid ifadələri, ekspert rəyləri və maddi sübutlar birlikdə qiymətləndirildikdə Məhkum qabaqcadan əlbir olmuş qrupun tərkibində narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə əlaqəli fəaliyyətdə iştirak etməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Müdafiə tərəfinin şahid şahid9 məhkəmə ifadəsinə istinad etməsi həmin sübutların ümumi məcmu üzrə qiymətləndirilməsini aradan qaldırmır. Belə ki, iş materiallarında olan sərhədkeçmə məlumatlarından görünür ki, Məhkum, şahid6 və şahid9 8 iyul 2014-cü il tarixdə birlikdə Iran Islam Respublikasına getmiş, ertəsi gün birlikdə geri qayıtmışlar. Bu hal onların təsadüfi deyil, əlaqəli hərəkət etdiklərini təsdiq edir. Bundan başqa, telefon danışıqlarınınməzmununda “quyruq”, “yük”, “reys”, “balon”, “parça-parça etmək”, “çatdırmaq”, “götürən yoxdur”, “pul yollamaq” kimi ifadələrin mütəmadi şəkildə işlədilməsi və həmin danışıqların ümumi konteksti narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid kodlaşdırılmış danışıq xarakteri daşıdığını göstərir. Xüsusilə 8 dekabr 2014-cü il tarixli danışıqda Məhkum “Rəşadın yükü var”, “bir az da o birindən tullatdırardıq” məzmunlu ifadələri cinayətkar fəaliyyətinșəlaqələndirilməsișvəșidarəședilməsindəșiştirakınıșgöstərənșmühümșsübutdur. Müdafiə tərəfinin şahid8 Məhkum tanımaması barədə ifadəsinə istinad etməsi də ittihamı təkzib etmir. Çünki cinayətkar qrup iştirakçılarının hamısının bir-birini şəxsən tanıması cinayət məsuliyyətinin yaranması üçün zəruri şərt deyildir. Iş üzrə əsas məsələ onların eyni cinayət sxemində funksional iştirakının müəyyən edilməsidir. Iş materiallarında olan danışıqlar və digər sübutlar Məhkum Ukrayna və Iran istiqamətindən narkotik vasitələrin gətirilməsi, ötürülməsi və hesablaşmaların aparılması prosesində koordinasiyaedici rol oynadığını təsdiq edir. şahid6 istintaq zamanı işgəncəyə məruz qalması barədə məhkəmədə verdiyi ifadə də özlüyündə Məhkum təqsirsizliyini sübut etmir. Belə ki, iş üzrə Məhkum cinayətkar fəaliyyətlə əlaqəsini təsdiq edən yeganə sübut şahid6 ifadəsi olmamışdır. Əksinə, telefon danışıqları, mobil əlaqə məlumatları, sərhədkeçmə qeydləri, digər şəxslərin ifadələri və maddi sübutlar birbirini tamamlayaraq vahid sübutlar sistemini təşkil etmişdir. Bundan başqa, telefon danışıqlarının ekspertiza yolu ilə tədqiqi nəticəsində K1 kimi qeyd edilən səsin Məhkum məxsus olduğu təsdiq edilmişdir ki, bu da onun danışıqlarda iştirakını inkar edən mövqeyi ilə ziddiyyət təşkilședir. X3 Məhkum adını sonradan çəkməsi barədə müdafiə tərəfinin arqumenti də əsassızdır. X6 x adlı şəxsdən narkotik vasitə əldə etməsi barədə verdiyi məlumat sonradan telefon əlaqələri, istifadə olunan Ukrayna nömrələri və həmin nömrələrin Məhkum ilə bağlılığının müəyyən olunması ilə təsdiq edilmişdir. Bundan əlavə, 18 yanvar 2016-cı il tarixli tanınma protokolunda X9 x-i fotoşəkil əsasında tanımış və narkotik vasitəni avtomobilə yerləşdirən şəxs olduğunu göstərmişdir. Bu istintaq hərəkəti CPM-in tələblərinə uyğun aparılmışșvəșişșüzrəșmötəbərșsübutșkimișqəbulședilmişdir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsin fotoşəkillər əsasında tanınmaya təqdim edilməsi” haqqında 18 yanvar 2016-cı il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X3 tanınmalı olan Məhkum fotoșəkili zahiri görkəmcə ona oxşayan 3 nəfər şəxsin foto şəkillərin arasında tanınmaya təqdim edilmişdir. Tanınma istintaq hərəkəti zamanı Şahin Imanov tanınmalı olan Məhkum tanıyaraq həmin şəxsin Ukraynada narkotik vasitəni Azərbaycan Respublikasına gətirmək üçün avtomobilinə yerləşdirən şəxs olduğunu bildirmişdir. Müdafiə tərəfi telefon danışıqlarında “narkotik” sözünün işlədilmədiyini əsas gətirsə də, cinayət işləri üzrə sübutların qiymətləndirilməsi yalnız birbaşa terminlərin işlədilibişlədilməməsi ilə məhdudlaşmır. Təcrübədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin gizli və şərti ifadələrdən istifadə etməsi geniş yayılmış haldır. Iş üzrə danışıq mətnləri, həmin danışıqların vaxtı, sonradan baş vermiş narkotik vasitələrin aşkar edilməsi halları və iştirakçılar arasında maliyyə hesablaşmalarına dair müzakirələr birlikdə qiymətləndirildikdə bu danışıqların məhz narkotik vasitələrin daşınması və satışı ilə bağlı olduğușqənaətinəșgəlməkșmümkündür. Iş materiallarında müəyyən edilmişdir ki, 2 fevral 2015-ci il tarixdə şahid7 idarə etdiyi avtomobildən 4598,7 qram tiryək, 16 iyun 2015-ci il tarixdə isə X3 istifadə etdiyi avtomobildən 5310 qram marixuana aşkar edilmişdir. Ekspert rəyləri ilə həmin maddələrin narkotik vasitə olması təsdiqlənmiş, həmçinin tiryəkin şahid9 və şahid8 götürülmüş maddə ilə eyni kimyəvi tərkibli olduğu müəyyən edilmişdir. Bu hallar iş üzrə fəaliyyətin təsadüfi deyil, davamlı və təşkilatlanmışșxarakterșdaşıdığınıșgöstərir. Bundan başqa, Məhkum Ukrayna ərazisində olmasına baxmayaraq Azərbaycandakı digər iştirakçılarla davamlı telefon əlaqəsi saxlaması, yükün çatdırılması, “düzəldilməsi”, “atılması”, “parça-parça edilməsi”, pul hesablaşmaları və marşrut məsələləri barədə göstəriş xarakterli danışıq aparması onun cinayət sxemində aktiv iştirakını təsdiq edir. Xüsusilə 31 yanvar 2015-ci il tarixli danışıqda “orada düzəldə bilməyiblər, özün düzəldərsən” məzmunlu göstəriş verməsi aşkar edilmiş narkotik vasitələrin gizlədilməsi üsulu ilə birbaşa əlaqələndirilə bilər. Beləliklə, aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş sübutlar ayrıayrılıqda və məcmu halında düzgün qiymətləndirilmiş, Məhkum qabaqcadan əlbir olmuş bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə bağlı cinayət əməllərində iştirak etməsi əsaslı nəticə kimi qəbul edilmişdir. Müdafiə tərəfinin kassasiya şikayətində göstərilən hallar isə əsasən sübutların fərqli qaydada şərh edilməsinə yönəlmiş olub, məhkəmələrin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olduğunu təsdiq edən hallar kimi qiymətləndirilə bilməz. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilməli, apellyasiyașinstansiyasıșməhkəməsininșqərarıșdəyişdirilmədənșsaxlanılmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri cinayət işi üzrə toplanmış bütün sübutları hərtərəfli, tam və obyektiv şəkildə araşdırmış, həmin sübutları işin digər halları ilə qarşılıqlı müqayisədə tədqiq edib məcmu halında düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyaları haqlı olaraq belə nəticəyə gəlmişlər ki, həmin sübutlar Məhkum ittiham olunduğu cinayət əməllərini törətməsini təsdiq edir və buna görə də mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkum məhkəmə iclaslarında verdiyi ifadələr isə iş üzrə müəyyən edilmiş faktiki hallarla təkzib olunduğundan, məhkəmələr tərəfindən özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan mövqe kimi qiymətləndirilmişdir. Məhkum, ona hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 29,206.3.1, 29,206.3.2, 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusușilə,șonlarınșhəqiqișməzmununașuyğunșolaraqșəsaslandırılmışdır. O cümlədən, məhkuma təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (“Ürəyin işemik xəstəliyi, Postinfarkt kardioskleroz diaqnozu qoyulmuş və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi) olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CMin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Məhkum cəzasını yüngülləşdirən hər hansı halșdașmüəyyənședilməmişdir. Odur ki, məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlillərișisəșəsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təminședilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaqș haqqında qərar qəbulșetməyəșhaqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-cișmaddəsinișrəhbərștutaraqșməhkəməșkollegiyası QƏRARA ALDI: Məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,206.3.1, 29,206.3.2, 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025-cișilștarixlișqərarıșkassasiyașşikayətinəșəsasənșdəyişdirilmədənșsaxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar