Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-156/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2025-ci il tarixli 1(103)- 456/2025 nömrəli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Səbuhi Hüseynov (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Eldar İsmayılov) 3 dekabr 2024-cü il tarixli 1(101)-778/2024 nömrəli hökmü ilə 19 iyul 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, bina 20, mənzil 29 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 1 mart 2023-cü il tarixdən hesablanmış; 5 mart 1993-cü ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, ev 20 ünvanında olmaqla yaşamışTəqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, həmin maddələr ilə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən əvvəlki cinayət işi üzrə 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixə kimi tutulduğu 2 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 (on) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 1 mart 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutusunun yanma yerləşdirdiyi qara rəngli sellofana bükülmüş bağlamada təmiz çəkisi 4070 qram (4 kq 70 qr) təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroini 28 fevral 2023-cü il tarixdə saat 23:50 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə həmin yerdən götürüb qeyd edilən narkotik vasitənin bir hissəsinin onlara verilməsi müqabilində satışının həyata keçirilməsi üçün qrupun digər üzvü şəxsiyyəti istintaqa məlum olmayan İİR vətəndaşının təlimatı ilə onun deyəcəyi yerlərə qoymaq üçün üzərilərində saxlamaqla daşımış, Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 01 mart 2023-cü il tarixdə, saat 00:15 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 12 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılaraq RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı qara rəngli sellofana bükülmüş bağlamada təmiz çəkisi 4070 qram (4 kq 70 qr) təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar olunaraq götürülmüşdür. Hökmə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə olmaqla bir bükümdə təmiz çəkisi 0,194 qram olan qəhvəyi rəngli və digər bükümdə təmiz çəkisi 0,026 qram olan tünd qəhvəyi rəngli ümumilikdə təmiz çəkisi 0,22 qram təşkil edən maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini, eləcə də 1 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq olmayan miqdarda təmiz çəkisi 0,0964 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 1 mart 2023-cü il tarixdə saat 03:20 dəqiqədə Yasamal RPİ-nin X3 Azərbaycan Respublikası DİN-in 14.03.2014-cü il tarixli Ə220-001-14 nömrəli əmrinə əsasən “Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydaları”-na müvafiq olaraq MSY-nin əməkdaşları tərəfindən tam axtarış müayinəsi aparılarkən onun əynində olan alt paltarında (trusikində) cinsiyyət orqanının alt hissəsində “Kinder sürpriz” şokoladının san rəngli slindirik qabının içərisində 2 ədəd bükümdə olmaqla bir bükümdə təmiz çəkisi 0,194 qram olan qəhvəyi rəngli və digər bükümdə təmiz çəkisi 0,026 qram olan tünd qəhvəyi rəngli ümumilikdə təmiz çəkisi 0,22 qram təşkil edən maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, eləcə də 1 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq olmayan miqdarda təmiz çəkisi 0,0964 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Məhkum və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının (İİR) vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutusunun yanına yerləşdirdiyi qara rəngli sellofana bükülmüş bağlamada təmiz çəkisi 4070 qram (4 kq 70 qr) təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroini 28 fevral 2023-cü il tarixdə saat 23:50 radələrində Məhkum ilə birlikdə həmin yerdən götürüb qeyd edilən narkotik vasitənin bir hissəsinin onlara verilməsi müqabilində satışının həyata keçirilməsi üçün qrupun digər üzvü şəxsiyyəti istintaqa məlum olmayan İİR vətəndaşının təlimatı ilə onun deyəcəyi yerlərə qoymaq üçün üzərilərində saxlamaqla daşımış. Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 1 mart 2023-cü il tarixdə saat 00:15 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 12 saylı ünvanın qarşısında Məhkum ilə birlikdə saxlanılaraq RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada Məhkum üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun sağ əlində saxladığı qara rəngli sellofana bükülmüş bağlamada təmiz çəkisi 4070 qram (4 kq 70 qr) təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 3 aprel 2025-ci il tarixli, 1(103)- 456/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli, 1(101)-778/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum müdafiəçisi müdafiəçi5 və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri, həmçinin məhkum Məhkum müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməmişdir. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2025-ci il tarixli, 1(103)- 456/2025 nömrəli qərarının ləğv edilməsi və onlara təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi ona təyin edilmiş cəzanın ağırlığına qiymət verməmiş, bu hissədə ümumi sözlərlə keçinməyi üstün tutmuş, yəni təqsirli bilindiyi normanın sanksiyasında nəzərdə tutulmuş cəzanın 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası olmasına baxmayaraq, ona cinayət qanunvericiliyinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza həddinə yaxın bir cəza müddəti təyin edilməsinə ümumiyyətlə toxunmamış, şəxsiyyətini xarakterizə edən əsas halları nəzərə almadan ona daha ağır cəza təyin etmişdir. Halbuki ona CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəzanı, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin edə bilərdi. Ona təyin edilmiş cəza təqsirli bilindiyi normanın sanksiyasında nəzərdə tutulmuş cəzanın son həddinin dörddə üç hissəsindən də ağır olmuşdur. Məhkum aprel döyüşlərində iştirak etdiyini, qardaşının Vətən müharibəsi iştirakçısı olması, atasının isə Birinci Qarabağ müharibəsi qazisi olduğunu, qardaşının bir çox medallarla, o cümlədən “Cəsur döyüşçü” medalı, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, onun Vətən uğrunda canından belə keçməyə hazır olduğunu və Vətən qarşısında göstərdiyi xidmətləri, Qarabağ qazisi olması CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilinəcəyini qeyd etmişdir. Həmçinin gənc yaşlarında etdiyi səhvin onun ömrünün böyük bir hissəsi bahasına başa gəlməməli olması cəza təyin edərkən nəzərə alınmalı idi. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, ona birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ağır cəza təyin olunmuşdur. Apellyasiya instansiya məhkəməsi də həmin nəticə ilə razılaşmışdır. Bu baxımdan məhkəmələr tərəfindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinin tələbləri nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum və Təqsirləndirilən şəxs əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxslər Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün məhkumların həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətlərində məhkumların əməllərin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkum Məhkum və Təqsirləndirilən şəxs kassasiya şikayətlərinin başlıca dəlili məhkəmələr tərəfindən onların şəxsiyyətini və cəzasını yüngülləşdirici halları nəzərə almadan onlara ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarından görünür ki, məhkum Məhkum və məhkum Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4 kiloqram 70 qram təşkil edən narkotik vasitə heroini əldə edib saxlamışlar. Həmçinin Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 2 ədəd bükümdə olmaqla 0,22 qram heroini və 0,0964 qram olan qurudulmuş marixuananı əldə edib üzərində saxlaməçdır. Bununla da, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Məhkum 10 (on) il müddətinə, Təqsirləndirilən şəxs 9 (doqquz) il 6 (altı) ay müddətinə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Bundan başqa məhkum Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 (bir) il müddətinə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək müddətə azadlığın məhdulaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası məhkumların törətdiyi cinayətin xarakterini nəzərə alaraq qeyd edir ki, bu kateqoriya cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş narkotik vasitə və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə məhkumlar Məhkum və Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə təyin edilmiş cəza onların törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətlərinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə alınmışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum və Təqsirləndirilən şəxs barələrində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumlara təyin edilmiş cəza ədalətli və qanunidir, onların şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum və Təqsirləndirilən şəxs barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2025-ci il tarixli 1(103)-456/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə və məhkum Təqsirləndirilən şəxs CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dar cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2025-ci il tarixli 1(103)-456/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-156/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-156/2026
20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver