Məhkəmə qərarları › İş №1(1-8)-157/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-157/2026

03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-157/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R Məmmədli Rəşad Təvəkkül oğlunun, məhkum məhkum1, məhkum Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, 4 aprel 1986-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Salyan rayonu, Ikinci Varlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 144.2.3 və 144.2.4-cü maddələri ilə, 11 may 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış məhkum1 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 80/2025 nömrəli 9 yanvar 2025-ci il tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs və məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1239/2024 nömrəli 14 iyun 2024-cü il tarixli hökmü ilə (hakimlər E.A.Nuriyev (sədrlik edən), A.H.Tağıyev və K.N.Muxtarov) hökmü ilə Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5 iyun 2023-cü il tarixli 7(001)-354/2023 nömrəli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinin Azərbaycan Respublikasının CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, Şirvan Şəhər Məhkəməsinin 27 fevral 2020-ci il tarixli 1(032)-05/2020 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətində hissəsi Azərbaycan Respublikasının CM-in 67.1-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 6 iyun 2023-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi; məhkum1 - Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 6 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmü ilə məhkum2 da təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş məhkum2 və onun müdafiəçisi, məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi, məhkum edilmiş məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və məhkum edilmiş məhkum1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-80/2025 nömrəli 9 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Işin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs dayısı oğlu məhkum2 və məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında keçmiş arvadı Zərərçəkmiş şəxs olduğu yerdən oğurlayaraq Salyan rayonuna gətirmək məqsədilə 5 iyun 2023-cü il tarixdə, saat 19:45 radələrində məhkum1 etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən Əli Əmirov adına Mədəniyyət Sarayının qarşısına gəldikdən sonra Zərərçəkmiş şəxs övladları Murad Əhmədovu qaçırması barədə yalan məlumat verməklə övladını görmək üçün avtomobilə əyləşməsini tələb edib iradəsinə zidd və iradəsindən kənar şəkildə avtomobilin arxa oturacağına əyləşməsinə nail olub, məhkum1 avtomobilin qapılarını kilidləyib avtomobili hərəkətə gətirdikdən sonra məhkum2 ilə birlikdə ümumi niyyətdən kənara çıxaraq Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün bədənin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurub zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncuya burun sümüyünün sınığı, sol göz qapağında, sağ bazunun orta 1/3-də, sağ dirsək büküşündə, sağ budun 1/3-də qançırlar, sağ sağrı nahiyəsində sıyrıqla nəticələnən dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törətmişdir. məhkum1 tanışı məhkum2 və Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs olduğu yerdən oğurlayaraq Salyan rayonuna gətirmək məqsədilə 5 iyun 2023-cü il tarixdə, saat 19:45 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən Əli Əmirov adına Mədəniyyət Sarayının qarşısına gəldikdən sonra Zərərçəkmiş şəxs övladı Murad Əhmədovu qaçırması barədə yalan məlumat verməklə övladını görmək üçün avtomobilə əyləşməsini tələb edib iradəsinə zidd və iradəsindən kənar şəkildə avtomobilin arxa oturacağına əyləşməsinə nail olub, avtomobilin qapılarını kilidləyib avtomobili hərəkətə gətirdikdən sonra Təqsirləndirilən şəxslə məhkum2 birlikdə qabaqcadan razılaşdırılmadan ümumi niyyətdən kənara çıxaraq Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün bədənin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurub zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncuya burun sümüyünün sınığı, sol göz qapağında, sağ bazunun orta 1/3-də, sağ dirsək büküşündə, sağ budun 1/3-də qançırlar, sağ sağrı nahiyəsində sıyrıqla nəticələnən dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərər çəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törətmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş edilmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, cinayət işü düzgün araşdırılmamış və nəticədə onun barəsində ədalətsiz qərar qəbul edilmişdir. Məhkum məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş edilmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, cinayət işi düzgün araşdırılmamış və nəticədə onun barəsində ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, o, iş üzrə yalnız sürücü qismində iştirak etmişdir. Onun cinayət işində heç bir təqsiri yoxdur. O, sadəcə Təqsirləndirilən şəxs göstərişlərini yerinə yetirmişdir. Buna səbəb isə onun Təqsirləndirilən şəxs qorxmağı olmuşdur. Bu hal iş üzrə alınmış ifadələrdə də öz təsdiqini tapır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumlar Təqsirləndirilən şəxs və məhkum1, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs və məhkum1 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumlar tərəfindən verilmiş kassasiya şikayətinlərdə onlara qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsində “adam oğurluğu bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə”; Azərbaycan Respublikası CM-in 144.2.4-cü maddəsində “adam oğurluğu zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X1rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətlərdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Təqsirləndirilən şəxs və A.Talıbovun əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə qərarlarında istinad edilmiş “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə məhkum1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini məhkum1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Iş materiallarında olan “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Məhkəmə qərarlarında istinad edilmiş məhkəmə-tibbi ekspertizasının 10 iyun 2023-cü il tarixli 232 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - burun sümüyünün sınığı, sol göz qapağında, sağ bazunun orta 1/3-də, sağ dirsək büküşündə, sağ budun orta 1/3-də qançırlar, sağ sağrı nahiyəsində sıyrıq-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 05 iyun 2023-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Həmçinin məhkəmə qərarlarında olan materialların məhkəmə ekspertizasının 8 avqust 2023-cü il tarixli 3-1616/2-6/3720 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, məhkum2, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və həmçinin “Toyota Corolla” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı aşkar edilib götürülmüş kişi maykası və əski parçasının səthlərinin üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş qara rəngli (topa şəkilli lif mikrohissəcikləri (ehtimal etmək olar ki, kəsilərək və ya didilərək ayrılmış)) poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş məhkum2 məxsus olduğu qeyd edilən şalvarın və köynəyin üzərindən aşkar edilmiş qara rəngli (topa şəkilli lif mikrohissəcikləri (ehtimal etmək olar ki, kəsilərək və ya didilərək ayrılmış)) poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın və köynəyin üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərinin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında məhkum2 məxsus olduğu qeyd edilən geyim əşyalarının və həmçinin “Toyota Corolla” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı aşkar edilib götürülmüş kişi maykası və əski parçasının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş “Toyota Corolla” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı aşkar edilib götürülmüş kişi maykası üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Həmçinin məhkumların törətdikləri əməllər iş üzrə ifadə vermiş zərər çəkmiş şəxs və şahidlərin ifadələrində də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışları zamanı tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs əməlində CM-in 144.2.3 və 144.2.4-cü maddələrinin, məhkum1 əməlində isə CM-in 144.2.3-cü maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Təqsirləndirilən şəxs əməli CM-in 144.2.3 və 144.2.4-cü maddələri, məhkum1 əməli isə CM-in 144.2.3-cü maddəsi ilə tövsif edib onları həmin maddələrlə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətlərində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onların dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkumlar tərəfindən onlara qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumların əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkumlara cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti və onların cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumlar barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətlərin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 yanvar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumlar Təqsirləndirilən şəxs və məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə, məhkum1 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-80/2025 nömrəl 9 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar