Məhkəmə qərarları › İş №1(1-8)-159/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-159/2026

13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-159/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X4, məhkum Məhkum və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin (Hakim Qasımov Abusət Sahib oğlu) 2025-ci il ## ###### tarixli, *(***)-**/**** nömrəli hökmü ilə ## #### 1984-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 20-ci mikrorayonda qeydiyyatda olan və yaşamış, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)***/**** saylı hökmü ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 2 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)***/**** saylı, ## ###### 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)***/**** saylı, ## ###### 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş ## ###### 2023-cü il tarixdən hesablanması, cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyana görə zərərçəkmiş şəxs2 Nabatəli oğlunun xeyrinə - 1520 manat, zərərçəkmiş şəxs5 xeyrinə - 7150 manat, zərərçəkmiş şəxs1 xeyrinə - 1062 manat 50 qəpik, zərərçəkmiş şəxs4 xeyrinə - 500 manat, zərərçəkmiş şəxs6 xeyrinə - 550 manat, zərərçəkmiş şəxs8 xeyrinə - 560 manat, zərərçəkmiş şəxs3 xeyrinə - 825 manat və zərərçəkmiş şəxs7 xeyrinə 1300 manat məbləğində pul vəsaiti tutularaq ödənilməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X7 (sədrlik edən), X2 və X1 ibarət tərkibdə) 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ittiham olunaraq ona görə məhkum edilmişdir ki, o, yaşayış sahəsinə, binaya və saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2022-ci il tarixdə saat 1 radələrində zərərçəkmiş şəxs2 Nabatəli oğluna məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətinə, oradan isə fərdi yaşayış evinə qanunsuz daxil olub, oradan hər biri 150 manat dəyərində olmaqla cəmi 300 manat dəyərində 2 ədəd tozsoranı, 1 ədəd 1000 manat dəyərində «Indesit» markalı soyuducunu, 1 ədəd 70 manat dəyərində su süzən daşı, 1 ədəd 150 manat dəyərində elektriklə işləyən radiatoru gizli olaraq talayıb, zərərçəkmiş zərərçəkmiş şəxs2 ümumilikdə 1520 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2022-ci il tarixdə saat 02 radələrində zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən yeni tikilmiş fərdi yaşayış evinə qanunsuz daxil olub, evin qarajından zərər çəkmiş şəxsin qiymətləndirdiyi 1 ədəd 350 manat deyerinde «Bosch» markalı prefarator, 1 eded 750 manat deyerinde «Bosch» markalı prefarator, 1 ədəd 250 manat dəyərində «Bosch» markalı laqonda, hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində 2 ədəd 50 metrlik uzadıcı, 1 ədəd 150 manat dəyərində drel, hər biri 300 manat olmaqla cəmi 1500 manat dəyərində 5 ədəd ikilaylı alüminium pəncərələr, hər biri 80 manat olmaqla cəmi 2400 manat dəyərində 30 ədəd 70 sm hündürlükdə olan dirəkləri, hər biri 150 manat olmaqla cəmi 1500 manat dəyərində 10 ədəd 2 metr hündürlükdə işıq dirəklərini, 1 ədəd 150 manat dəyərində «Marcus» markalı su motorunu gizli olaraq talayıb, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 ümumilikdə xeyli miqdar təşkil edən 7150 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2022-ci il tarixdə saat 01 radələrində zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, həyətdən 850 manat dəyərində 2 kub döşəmə taxtasını, 212 manat 50 qəpik dəyərində yarım kub döşəmə altı taxtanı gizli olaraq talayıb, zərərçəkmiş zərərçəkmiş şəxs1 ümumilikdə 1062 manat 50 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2022-ci il tarixdə saat 02 radələrində zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Savalan küçəsində yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətinə, sonra isə həyətdəki tövləyə qanunsuz daxil olub, tövlədən hər biri 250 manat dəyərində olmaqla cəmi 500 manat dəyərində iki baş qoyunları gizli olaraq talayıb, zərərçəkmiş zərərçəkmiş şəxs4 ümumilikdə 500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2022-ci il tarixdə saat 18 radələrində zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni Məhəllədə yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olub, həmin evin yataq otağından içərisində 50 manat pul olan 500 manat dəyərində dəmir seyfi gizli olaraq talayıb, zərər çəkmiş zərərçəkmiş şəxs6 ümumilikdə 550 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2022-ci il tarixdə saat 12 radələrində X3 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, həyətdən zərər çəkmiş şəxsin qiymətləndirdiyi hər birinin dəyəri 20 manat olmaqla cəmi 200 manat dəyərində 10 ədəd tikinti üçün istifadə olunan taxtaları, hər cütünün dəyəri 30 manat olmaqla cəmi 360 manat dəyərində 12 cüt tikinti üçün istifadə edilən dəmir məmulatları gizli olaraq talayıb, zərərçəkmiş zərərçəkmiş şəxs8 ümumilikdə 560 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2022-ci il tarixdə saat 23 radələrində zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, həyətdəki damdan 1 ədəd 780 manat dəyərində «Qod Term» markalı su qızdırıcı kombini və 1 ədəd 45 manat dəyərində elektrik tənzimləyicisini gizli olaraq talayıb, zərərçəkmiş zərərçəkmiş şəxs3 ümumilikdə 825 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə ## ###### 2023-cü il tarixdə saat 12 radələrində X6 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin giriş qapısının dəstəyini və kilidini sındırmaq yolu ilə qanunsuz olaraq daxil olub, evin yataq otağındakı dolabdan 400 manat nağd pul, həmin otaqda olan iri ölçülü yük çantasından satılması üçün alınmış 500 manat dəyərində qadın və uşaq geyimlərini, mətbəx otağından hər biri 200 manat olmaqla cəmi 400 manat dəyərində 2 ədəd istifadə olunmamış qazan dəstini gizli olaraq talayıb, zərərçəkmiş zərərçəkmiş şəxs7 ümumilikdə 1300 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MƏHKUMUN, ZƏRƏRÇƏKMIŞ ŞƏXSIN VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarın ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək və ona bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında araşdırılmış, mövcud olan sübutlar qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında müdafiə tərəfinin bütün dəlillərinə müfəssəl və əsaslandırılmış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halın olmaması və cəzasını ağırlaşdıran halın olması nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə, CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı, onun cinayət əməlinə münasib və adekvat cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar