Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-161/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, məhkum Məhkum, onun müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ##.##.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum cinayət hadisəsi olmadığına görə elan olunmuş ittiham üzrə yəni Azərbaycan Respublikasının CM-in 213.3-cü maddəsi ilə Azərbaycan Respublikasının CPM-nin 42.1.1-ci maddəsinə əsasən bəraət verilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbirinin ləğv edilməsi, mülki iddiaçı * saylı Ərazi Vergilər Baş Idarəsinin mülki cavabdeh Məhkum qarşı 1191618,61 manat məbləğində ziyanın (vergi məbləğinin) “xxxx” MMC-nin vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddiasının rədd edilməsi hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin rəisi, baş vergi xidməti Səməd Vəliyev tərəfindən isə apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: X1 (sədrlik edən), X3 və X2 ibarət tərkibdə) 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli hökmü apellyasiya protesti və apellyasiya şikayətinə əsasən ləğv edilmiş, Məhkum CM-in 213.3cü maddəsi ilə təqsirli bilinmiş və ona 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum ## ######## 2022-ci il tarixdən ## ######## 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalından dərhal həbs edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, Məhkum təyin olunmuş dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə cəza azadlıqdan məhrum etmə növündə cəzanın çəkildiyi bütün müddətə və hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmuş, iş üzrə mülki iddia təmin olunmuş, məhkum olunmuş şəxs (mülki cavabdeh) Məhkum 834.335,81 (səkkiz yüz otuz dörd min, üç yüz otuz beş manat, səksən bir qəpik) manat məbləğində pul alınaraq dövlət büdcəsinə (mülki iddiaçı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin hesablaşma hesabına) ödənilməsi, cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmə baxışları zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının ümumi dəyəri olan 550 (beş yüz əlli) manat məbləğində pul vəsaiti məhkum olunmuş şəxs Məhkum tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə maddi sübutun və xüsusi müsadirə olunası əmlakın olmamasının nəzərə alınması, dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin rəisi, baş vergi xidməti Səməd Vəliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, hökmün icrasının Sumqayıt şəhər Polis Idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasına həvalə edilməsi müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkumun müdafiəçiləri tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## #### tarixli iclasına təyin edilmişdir. Işə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum Məhkum məhkəməyə yazılı ərizə təqdim edərək kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə məhkum Məhkum ərizəsini nəzərə alaraq, müdafiəçilərin və dövlət ittihamçısının bu məsələyə münasibətini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum Məhkum müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri məhkumun müraciətinə əsasən geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-161/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-161/2026
17.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver