Məhkəmə qərarları › İş №1(1-8)-162/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-162/2026

09.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-162/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov Ilqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, bəraət almış şəxs Bəraət almış şəxs müdafiəçiləri müdafiəçi2 və müdafiəçi3 Çərkəz oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-313/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları

1. Bəraət almış şəxs Bəraət almış şəxs ## #### 1958-ci il tarixdə Bərdə rayonu, Ayrıca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, “xxxx” MMC-nin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında daimi yaşayış qeydiyyatında olan və yaşayan.

2. 16 fevral 2021-ci il tarixli ittiham aktına əsasən Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Hüquqi X6 idarəsi tərəfindən 25 noyabr 2011-ci il tarixdə 1801559521 nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş “xxxx” MMC-nin direktoru kimi həmin Cəmiyyət adından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə 342000 manat dəyərində uçuş geyimlərinin satılması haqqında k/49 nömrəli, 30 iyul 2018-ci il tarixli müqaviləni həmin Xidmətin səlahiyyətli nümayəndəsi ilə bağladıqdan sonra özünü işgüzar şəxs kimi təqdim edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qeyd edilən müqaviləni özünün cinayətkar niyyətinə uyğun olaraq istifadə edib, qeyrisində guya həmin müqavilə predmeti üzrə sərmayə qoyuluşunun gəlirli olması görüntüsü yaratmaq üçün nümayiş etdirib yalan vədlərlə sərmayə qoyulmasına və nəticədə həmin sərmayənin ələ keçirilməsinə nail olmaq məqsədilə 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə tanışı – Bakı şəhərinin sakini zərərçəkmiş şəxs1 ilə Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində görüşərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2018-ci il üzrə olan müvafiq tenderində qalib olaraq göstərilən Xidmət ilə 2018-ci ilin iyul ayında bağladığı müqavilə üzrə 342000 manat dəyərində olan görülməli işləri faktiki olaraq guya 50000 manat vəsaitlə görməyin mümkün olduğunu yalandan bildirib zərərçəkmiş şəxs1 50000 manat məbləğində sərmayə qoyacağı təqdirdə 01 may 2019-cu ilə müqavilə üzrə bütün işlərin yerinə yetirilməsindən sonra 50000 manatı sonuncudan aldığı sərmayə, 25000 manatı isə iş birliyindən əldə edilmiş gəlir kimi - ümumilikdə 75000 manat məbləğində pulu zərərçəkmiş şəxs1 verəcəyi barədə 25 dekabr 2018-ci il tarixli razılaşmanı müvafiq öhdəlikləri icra etmək niyyəti olmadan sonuncu ilə imzalamaqla onu inandırıb, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin niyyətlə sonuncudan ünvan 6 ünvanında yerləşən ofisdə 26 dekabr 2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 15130 manat təşkil edən 8900 ABŞ dolları, 10 yanvar 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 15300 manat təşkil edən 9000 ABŞ dolları, 15 yanvar 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 20400 manat təşkil edən 12000 ABŞ dolları, 2019-cu ilin iyun ayında istintaqla müəyyən edilməyən gündə 3000 manat, 2019-cu ilin iyul ayında istintaqla müəyyən edilməyən gündə 2000 manat olmaqla, cəmi 55830 (əlli beş min səkkiz yüz otuz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, eyni vəzifədə işləyərkən təkrarən eyni niyyətlə 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə tanışı zərərçəkmiş şəxs2 müraciət edərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2019-cu il üzrə üst geyimlərin istehsalı ilə bağlı tenderinin olacağını, göstərilən tenderdə qalib olmağın zəruri olduğunu, qalib olduğu və 1***** ABŞ dolları pul vəsaitini sərmayə qismində qoyduqları halda yüksək qazanclarının olacağını yalandan zərərçəkmiş şəxs2 bildirib sonuncunun inam və etibarını qazandıqdan sonra ona məxsus pul vəsaitini vahid niyyətlə ələ keçirmək məqsədilə sonuncudan 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə ünvan 5 ünvanında 2500 manat, 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə ünvan 2 ünvanında 2500 manat, 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanının qarşısında 20000 manat, 2019-cu ilin mart ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhərində istintaqla müəyyən edilməyən yerdə 7000 manat, 2019-cu ilin noyabr ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23C ünvanında 1000 manat olmaqla, cəmi 33000 (otuz üç min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs2 məxsus pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, eyni vəzifədə işləyərkən təkrarən eyni niyyətlə 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə tanışı X3 müraciət edərək sonuncuya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2018-ci il üzrə olan tenderində qalib olduğunu, həmin Xidmət üçün geyim vasitələrinin tikişini həyata keçirdiyini bildirib qoyduğu pul müqabilində əldə edəcəyi gəlirdən ona da qeyri-müəyyən məbləğdə bərabər hissə verəcəyini yalandan bildirib Rövşən Məmmədlinin inam və etibarını qazandıqdan sonra ona məxsus pul vəsaitini vahid niyyətlə ələ keçirmək məqsədilə, sonuncudan 21 fevral 2019-cu il tarixdə ünvan 4 ünvanında həmin dövrün məzənnəsi ilə 15300 manat təşkil edən 9000 ABŞ dolları pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etdikdən sonra Dövlət Sərhəd Xidmətinin 2019-cu il üzrə hər hansı tenderi üzrə qalib olmadığı halda 2019cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə Rövşən Məmmədliyə həmin Xidmətin 2019-cu il üzrə xidməti geyimlərinin istehsalı ilə bağlı tenderində guya qalib olduğunu, onun da sərmayə qoyub gəlir əldə edə biləcəyini, müqavilə üzrə görülməli işlərin dəyərinin 1*****0 manat olduğunu, işin dəyərinin 3***** manatının avans olaraq 2019-cu ilin aprel ayında ona ödəniləcəyini, guya qeyd edilən işin 2019-cu ilin fevral ayından 2019-cu ilin aprel ayına qədər surətlə görülməsi nəticəsində qoyduğu sərmayədən əlavə göstərilən işdən 70000 manat qazancı 2019-cu ilin aprel ayında əldə edə biləcəklərini yalandan bildirib, sonuncunun inam və etibarını qazandıqdan sonra ona məxsus külli miqdarda pul vəsaitini vahid niyyətlə ələ keçirmək məqsədilə Rövşən Məmmədlidən ünvan 4 ünvanında 23 fevral 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 68000 manat təşkil edən 40000 ABŞ dolları, 24 fevral 2019-cu il tarixdən 07 sentyabr 2019-cu il tarixədək həmin dövrün məzənnəsi ilə 203284,30 manat təşkil edən 119579 ABŞ dolları, 2019-cu ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə həmin dövrün məzənnəsi ilə 3612,5 təşkil edən 2125 ABŞ dolları olmaqla, cəmi 290196,80 manat (iki yüz doxsan min bir yüz doxsan altı manat səksən qəpik) pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Rövşən Məmmədliyə məxsus pul vəsaitini ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.

3. 30 mart 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Bəraət almış şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-90/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli hökmünə əsasən Bəraət almış şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 may 2022-ci il tarixdən hesablanması hökm edilmiş, mülki iddia, maddi sübut və digər məsələlər həll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Bəraət almış şəxs müdafiəçisi müdafiəçi3 Çərkəz oğlu apellyasiya şikayəti verib, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, əməlin cinayət olmasını aradan qaldıran hallar olduğundan və iş üzrə toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdiyindən verilmiş ittihamlar üzrə barəsində bəraət hökmü çıxarılmasını, süni ittiham sübutları yaratmaqla onun barəsində bilə-bilə yalan xəbərçilik etmiş və yalan ifadələr vermiş-Rövşən Məmmədli, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi fəaliyyətinə xitam verilərək, barələrində cinayət işinin başlanması üçün xüsusi qərar çıxarmaqla istintaq edilməsi üçün aidiyyəti üzrə göndərilməsi və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CPM”) 121.2-ci maddəsinin tələblərinə zidd məhkəmə tərəfindən təqsirləndirilən şəxs və müdafiəçilərinin əsaslı vəsatətlərini əsassız olaraq təmin edilməməsi faktlarına hüquqi qiymət verilməsini xahiş etmişdir.

6. Hökmdən təqsirləndirilən şəxs Bəraət almış şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək zərərçəkmiş şəxslərin ibtidai istintaq dövründə verdikləri ifadələrlə məhkəmədə bildirdikləri ifadələrin uyğunlaşmadığını, habelə digər sübutlarla təsdiq olunmadığını göstərməklə, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı əsası ilə onun barəsində aparılan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Hökmdən təqsirləndirilən şəxs Bəraət almış şəxs apellyasiya şikayəti verib, öz apellyasiya şikayətini müdafiəçisinin apellyasiya şikayətlərində irəli sürülən dəlillərlə əsaslandıraraq və hökmün qanunsuz və əsassız olduğunu qeyd edərək ləğv olunmasını və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

8. Hökmdən zərərçəkmiş şəxslər X3, zərərçəkmiş şəxs2 və müstəqil tələblər irəli sürən - Maraqlı şəxs tərəfindən də apellyasiya şikayətləri verilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-85/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-90/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli hökmü mülki iddiaya aid hissədə dəyişdirilmiş, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 cəmi vurulmuş 55830 manat maddi ziyandan 14000 (on dörd min) manat hissəsi ödənildiyindən, mülki iddianın həcmi azaldılaraq 41830 (qırx bir min səkkiz yüz otuz) manat məbləğində müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Bəraət almış şəxs kassasiya şikayəti verib qərarın ünvan 1 ünvanda yerləşən 68,5 kv.metr yaşayış sahəsi olan 4 otaqlı mənzilin müsadirə edilərək satılması, satışdan əldə edilən məbləqdən 80000 manat Bəraət almış şəxs, 114500 manat Maraqlı şəxs qalan pulun Fazil Məmmədova ödənilməsi hissəsində ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

11. Məhkum Bəraət almış şəxs müdafiəçisi müdafiəçi2 kassasiya şikayəti verib, qərarının ləğv edilməsini və məhkum Bəraət almış şəxs barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir.

12. Müstəqil tələb irəli sürən şəxs Maraqlı şəxs kassasiya şikayəti verib, qərarın dəyişdirilməsini, mülkiyyət hüququ əsasında ona məxsus ünvan 3 ünvanında yerləşən mənzilə dair tətbiq edilmiş xüsusi müsadirə növündə cinayət hüquqi tədbirinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)- 13. 1227/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-85/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-313/2025 nömrəli 04 fevral 2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-85/2023 nömrəli 03 fevral 2025-ci il tarixli qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 nümayəndəsi nümayəndə1 tərəfindən kassasiya şikayəti verilməsi ilə əlaqədar cinayət işinin məhkəmə baxışından çıxarılması və həmin kassasiya şikayətinə baxılması üçün cinayət işinin materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)- 15. 1097/2025 nömrəli, 06 may 2025-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və nümayəndəsi nümayəndə1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü ilə Bəraət almış şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2025-ci il tarixli qərarı verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-313/2025 saylı, 22 oktyabr 2025-ci il tarixli hökmü ilə Bəraət almış şəxs və onun müdafiəçiləri müdafiəçi3 Çərkəz oğlu və müdafiəçi2, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, zərərçəkmiş şəxs X3 nümayəndəsi nümayəndə3 Hüseyn qızı, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 və nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-90/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli hökmü ləğv edilmiş, Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi hökm edilmiş, mülki iddia, maddi sübut və digər məsələlər həll edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir.

II. Kassasiya müraciətinin dəlilləri, etirazlar 18.Kassasiya protestində aşağıda qeyd edilən dəlillər göstərilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-313/2025 saylı, 22 oktyabr 2025-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilmisdir: - - zərərçəkmiş şəxslərin Bəraət almış şəxsla razılığının yalnız Bakı şəhərində geyimlərin hazırlanaraq Sərhəd qoşunlarına satılmasından ibarət olduğu nəzərə alınmamışdır; - “xxxx” MMC ilə “xxxx” ASC arasında bağlanmış icarə müqaviləsinə görə hər hansı vergi ödənilməmiş, müqavilə etibarsız olmuşdur. Icarə müddəti müqavilədə 3 il göstərildiyi halda, 9 saylı Ərazi Vergilər Idarəsi tərəfindən təqdim edilmiş rəsmi məktubda həmin müqavilənin icra müddətinin 01 dekabr 2018-ci il tarixdən 31 avqust 2019-cu il tarixədək olmasına diqqət yetirilməmişdir; - zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs2 səhhəti ilə əlaqədar əvvəlcədən məlumat versə də, ona məhkəmə çıxışı üçün, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs və onun nümayəndəsinə nitq və replika ilə çıxış etmək üçün şərait yaradılmamışdır; - zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məhkəmənin tərkibinə etirazına baxılmadan və müvafiq qərar qəbul edilmədən eyni məhkəmə tərkibi tərəfindən həmin zərərçəkmiş şəxsin mübahisələndirdiyi digər məsələ üzrə məhkəmə iclası keçirilmiş və müvafiq qərar qəbul edilmiş, etiraza isə daha sonra keçirilmiş məhkəmə iclasında baxılmışdır; - Bəraət almış şəxs verilmiş ittihamın sübuta yetirilməməsi barədə nəticənin əsaslandırılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mülahizələri həlledici şəkildə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)- 1227/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarında ifadə olunmuş mövqenin olduğu kimi hökmə köçürülməsindən ibarət olmuşdur. Lakin bu zaman nəzərə alınmamışdır ki, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi üçün əsaslar mövcud olsaydı, müvafiq qərar kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 419.10.3-cü maddəsinə əsaslanmaqla qəbul edilərdi.

19. Bəraət almış şəxs Bəraət almış şəxs müdafiəçisi müdafiəçi3 Çərkəz oğlu kassasiya protestinə qarşı etiraz təqdim edərək onun təmin edilməməsini xahiş etmişdir.

III. Hüquqi məsələlər 20.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual

21. Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 22.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 23.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 24.Kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin hökm qəbul edərkən irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyi və şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etdiyi göstərilmiş, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. 25.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-313/2025 saylı, 22 oktyabr 2025ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 26.Ilk öncə kassasiya protestində qəbul olunmuş nəticənin işin faktiki hallarına uyğun olmamasına, tədqiq edilmiş sübutların qeyri-obyektiv qiymətləndirilməsinə dair dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

27. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

28. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

29. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, Konstitusiyanın 129cu maddəsinin III bəndində isə məhkəmə qərarlarının qanuna və sübuta əsaslanmalı olduğu vurğulanmışdır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il). 31.Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

32. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

33. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

34. Azərbaycan Respublikası CPM-nin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. 35.Kassasiya protestində apellyasiya instansiyası məhkəməsı tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, kassasiya instansiyası məhkəməsinin baxılan işə aid olan əvvəlki qərarında bildirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla keçirilmiş yeni apellyasiya baxışının, yekunda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. 36.Kassasiya protestində mübahisələndirilən digər məsələ cinayət işinin başlanılmasına səbəb olmuş tərəflər arasında olan münasibətlərin mülki-hüquq xarakterli olmaması, zərərçəkmiş şəxslərin aldadıldığı, Bəraət almış şəxs ilə razılıqlarının yalnız Bakı şəhərində geyimlərin hazırlanması və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə satılması ilə bağlı olduğu, lakin bu münasibətlərdən heç bir qazanc əldə edilmədiyindən ibarətdir. 37.Kassasiya protestinin bu hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxslərin özlərinin məhkəmələr qarşısında verdikləri ifadələrdən göründüyü kimi, onlar Bəraət almış şəxs tenderdə qalib olduğunu bildikləri üçün pul vəsaiti verməklə qazanc əldə etmək niyyətində olmuşlar. R.Ə. Əhmədovun tenderi udması və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Hüquqi X6 Idarəsi tərəfindən 25 noyabr 2011-ci il tarixdə 1801559521 nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş “xxxx” MMC-nin direktoru kimi həmin cəmiyyət adından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə 342.000 manat dəyərində uçuş geyimlərinin satılması haqqında k/49 nömrəli, 30 iyul 2018-ci il tarixli müqavilənin həmin Xidmətin səlahiyyətli nümayəndəsi ilə bağlanması işin mübahisəsiz halıdır. 38.Habelə qeyd edilməlidir ki, kassasiya protestində iddia edilənlərin əksinə olaraq zərərçəkmiş şəxslər onların Bəraət almış şəxs ilə yalnız Bakı şəhərində geyimlərin hazırlanaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə satılması barədə razılıqlarının olması barədə hər hansı ifadə verməmişlər. Eyni zamanda kassasiya protestində həmin iddianın hansı konkret sübutlarla əsaslandırıldığı da göstərilməmişdir. 39.Təsvir edilənlərlə bağlı məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, dələduzluq cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qəbul edilmiş müvafiq qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məhkəmələrə törədilmiş əməlin o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilməsi tövsiyə edilmişdir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və ya əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı, № 7, § 1, 11 iyun 2015-ci il).

40. Cinayət işinin materiallarından isə müəyyən edilir ki, Bəraət almış şəxs 2000-ci ildən başlayaraq müxtəlif vaxtlarda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə baxılan cinayət işinin predmetini təşkil edən müqavilənin məzmunu ilə oxşar razılaşmalara daxil olmuş, icraçı qismində həmin Xidmətin geyim mallarına dair sifarişlərini icra edərək yerinə yetirmişdir. Göründüyü kimi, Bəraət almış şəxs müvafiq sahə üzrə təcrübəli şəxs olmuş və hazırkı razılaşmanı əldə edərkən onun niyyəti dələduzluq etmək, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək olmamışdır.

41. Davam edərək kassasiya protestinin “X4” ASC ilə “xxxx” MMC arasında bağlanmış 01 nömrəli, 01 dekabr 2018-ci il tarixli icarə müqaviləsinin icarə müddətinin 3 il deyil, daha qısa müddət təşkil etməsi, bu səbəbdən həmin müqavilənin etibarsız olması, habelə icarə müqaviləsinə görə hər hansı vergi ödənilməməsi bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən əqdin etibarsızlığı onun mübahisələndirilməsi ilə şərtləndirilir, baxılan işdə və verilən kassasiya protestində isə belə bir halın mövcudluğu müəyyən edilmir. 42.Bundan əlavə, icarə müqaviləsinə görə hər hansı vergi, eləcə də kassasiya protestində göstərilən digər əsaslar – işlərin yerinə yetirilməsi üçün işçilərlə əmək müqavilələrinin bağlanılmamsı, büdcəyə dövlət sığortası üzrə ödəniş edilməsindən boyun qaçırılması kimi hallar başqa cinayətlərin tərkib əlamətlərini yarada bilər ki, bu hallar baxılan işin və Bəraət almış şəxs verilmiş ittihamın predmetini təşkil etmir.

43. Kassasiya protestinin növbəti dəlili — zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məhkəmə çıxışı üçün şərait yaradılmaması, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs və onun nümayəndəsinə nitq və replika ilə çıxış etmək imkanından məhrum edilməsi barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, zərərçəkmiş şəxs2 səhhəti nəzərə alınaraq məhkəmə iclası təxirə salınmışdır. Rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs da həmin iclasa gəlməsə də, nümayəndəsi Arzu Səlimova bu iclasda iştirak etmişdir. Bununla belə adıçəkilən şəxslər məhkəmənin 22 oktyabr 2025-ci il tarixinə təxirə salınmış iclasına da gəlməkdən boyun qaçırmışlar. Belə olan halda proses iştirakçılarının hüquqları təmin edilmiş hesab edildiyindən, onların iştirak etməməsi şəraitində məhkəmə baxışının davam etdirilməsi əsaslı olmuşdur. 44.Habelə, qeyd edilən şəxslər əvvəlki məhkəmə iclaslarında iştirak etdikləri və eləcə də apellyasiya şikayətlərində cinayət işinə dair mövqelərini bildirdikləri üçün, kassasiya protestində irəli sürülən dəlillərdən fərqli olaraq onların ədalətli məhkəmə araşdırmasına dair hüquqlarının pozulması müəyyən edilmir. 45.Kassasiya protestinin digər dəlili ondan ibarətdir ki, apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə araşdırma aparan məhkəmə tərkibinə etiraz verilsə də, həmin etiraza baxılmadan və müvafiq qərar qəbul edilmədən, eyni məhkəmə tərkibi zərərçəkmiş şəxsin mübahisələndirdiyi başqa məsələ üzrə məhkəmə iclası keçirmiş və müvafiq qərar qəbul etmiş, etiraza isə məhkəmənin daha sonra – 04 fevral 2025-ci il tarixli iclasında baxılmışdır. 46.Protestin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası cinayət işinin materiallarına istinadla qeyd edir ki, kassasiya protestində iddia edilənlərdən fərqli olaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 nümayəndəsi nümayəndə1 Hidayət oğlunun verdiyi kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətə başqa məhkəmə tərkibi tərəfindən 03 fevral 2025-ci il tarixdə baxılmış və müvafiq qərar qəbul edilmişdir.

47. Daha sonra, 04 fevral 2025-ci il tarixdə keçirilmiş iclasda Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmündən Bəraət almış şəxs və onun müdafiəçiləri müdafiəçi3 Çərkəz oğlu və müdafiəçi2, müstəqil tələb irəli sürən şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə dair məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş etiraza baxılmış və qərar qəbul edilmişdir.

48. Kassasiya protestində eləcə də iddia edilir ki, Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməməsinə dair gəlinmiş nəticənin əsaslandırılması apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1227/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərarında verilmiş təfsirin olduğu kimi öz hökmünə köçürülməsi ilə həyata keçirilmişdir. Lakin bu zaman apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi üçün əsaslar mövcud olsaydı, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 419.10.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edərdi. 49.Protestin bu dəlillərinə münasibətdə ilk öncə qeyd edilməlidir ki, iddia edilənlərdən fərqli olaraq, mübahisələndirilən 48 səhifəlik məhkəmə aktının 11 səhifəsini (33–44-cü səhifələr) bilavasitə apellyasiya instansiyası məhkəməsinin əsaslandırması təşkil edir. 50.Hüququn tətbiqinə dair hissəyə gəldikdə isə qeyd olunmalıdır ki, həqiqətən, Azərbaycan Respublikası CPM-nin 419.10.3-cü maddəsində əksini tapan prosessual qaydaya görə, cinayət prosesi tərəflərinin çıxışından sonra kassasiya instansiyası məhkəməsinin hakimləri yerində müşavirə apararaq və ya məhkəmənin müşavirə otağında qanuni qüvvəyə minmiş hökm və qərarları ləğv etmək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam vermək qərarlarından birini çıxara bilərlər.

51. Lakin nəzərə alınmalıdr ki, Azərbaycan Respublikası CPM-nin 43.1, 43.1.1 və 43.1.2 maddələrinin ümumi məzmununa əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə müvafiq məhkəmə qərarının çıxarılmasına əsas verən hallar kimi yalnız dövlət ittihamçısının və xüsusi ittihamçının cinayət təqibindən imtina etməsi yaxud həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş halların mövcud olması təsbit edilmiş, cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi imkanı qanunverici tərəfindən müəyyən edilməmişdir. 52.Təfsir edilənlərdən göründüyü kimi, kassasiya protestinin bu hissəsində də irəli sürülən dəlillər istər cinayət işinin hallarına, istərsə də cinayət qanunun tələblərinə uyğun deyildir. 53.Beləliklə, yekun olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin baxılan məsələyə dair qənaəti cinayət işinin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143–146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından və kassasiya protestində həmin nəticəni təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, Bəraət almış şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqsirsizliyinin təsdiqinə dair bəraət hökmünün qanuniliyi və əsaslılığını şübhə altına almaq üçün əsaslar müəyyən edilmir. 54.Belə nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsi ilə müəyyən edilmiş ümumi prinsipə görə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan məhkəmə qərarının yalnız Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilməsi yolverilməzdir. 55.Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, ittiham və müdafiə tərəfində olan bütün iştirakçılara öz mənafeyini əks etdirən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılmış, maddi və prosessual cinayət-hüquq normalarının tətbiqi yoxlanılarkən Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət edilmişdir.

56. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulardan hər hansına yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərdiyindən, məhkəmə kollegiyası kassasiya protestində irəli sürülmüş dəlillərə əsasən mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsini və həmin müraciətin təmin olunmasını mümkün hesab etmir. 57.Nəticə olaraq, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təfsir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-313/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-313/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar