Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-165/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, təyin edilmiş cəzadan azad edilməklə barəsində ittiham hökmü çıxarılmış Məhkum, xüsusi ittihamçı Xüsusi ittihamçı müdafiəçisi müdafiəçi4 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 08 yanvar 2026-cı il tarixli hökmündən təyin edilmiş cəzadan azad edilməklə barəsində ittiham hökmü çıxarılmış Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları
1. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, onun həmin maddənin sanksiyası həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Imişli Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 17 yanvar 2025-ci il tarixli hazırlıq iclasının qərarı ilə qeyd edilən şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir.
3. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı müdafiəçisi müdafiəçi4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilərək baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 17 mart 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Imişli Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 17 yanvar 2025-ci il tarixli qərarı ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin məhkəmə icraatına qəbul edilməsi məsələlərinin yenidən müzakirə olunması üçün həmin şikayət üzrə materialların Imişli Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Imişli Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti məhkəmənin icraatına qəbul olunmuşdur.
6. Imişli Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 20 avqust 2025-ci il tarixli hökmü ilə xüsusi ittihamçı Xüsusi ittihamçı qarşı Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində Məhkum aidiyyəti sübut edilmədiyindən ona bəraət verilməsi hökm edilmişdir.
7. Həmin hökmdən xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi müdafiəçi4 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, zərurət olduqda iş üzrə kompyutertexniki ekspertiza aparılmaqla əlavə araşdırma təmin olunmaqla, Məhkum barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 08 yanvar 2026-cı il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Rayon Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pulun tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilməsi, barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli, ***-VIIQR nömrəli Qərarının 5.1 və 5.3-cü bəndələrini tətbiq etməklə təyin edilmiş cəzadan azad edilməsi hökm edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən təyin edilmiş cəzadan azad edilməklə barəsində ittiham hökmü çıxarılmış Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir.
II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Müdafiəçi müdafiəçi1 kassasiya şikayətində təyin edilmiş cəzadan azad edilməklə barəsində ittiham hökmü çıxarılmış Məhkum ittiham edildiyi əməlin törədilməsinə aidiyyətinin sübuta yetirilmədiyinə görə birinci instansiya məhkəməsi tərəfindən bəraət verilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin sübutlara deyil, mülahizələrə və ehtimalların bir-birinə bağlanmasına əsaslanmaqla ittiham hökmü çıxardığını, bu zaman “Tik-Tok” sosial şəbəkəsində rəsmi olmayan profillərin mövcudluğu təsdiq edilsə də, həmin istifadəçi adlarının məhz Məhkum məxsus olmasını, onun tərəfindən yaradılmasını (qeydiyyatdan keçirilməsini) və ya paylaşılmasını təsdiq edən heç bir mötəbər sübutun olmadığını nəzərə almadığını, habelə maddi və prosessual hüquq normalarını ciddi şəkildə pozmaqla qanunsuz və əsassız ittihamedici hökm qəbul etdiyini göstərməklə, bu əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli 08 yanvar 2026-cı il tarixli hökmünün ləğv edilməsini və A.T.Abdullayev barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
III. Hüquqi məsələlər 12.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual
13. Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 14.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 15.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Müdafiəçi müdafiəçi1 Məhkum Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilmədiyinə baxmayaraq məhkum edildiyini iddia etmiş, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. 17.Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 08 yanvar 2026-cı il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin hökmü qanuni və əsaslı hesab edir. 18.Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin *** saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. 19.Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il). 20.Istinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəməsi) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № *****/**, § 45, 2 aprel 2020-ci il). 21.Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən dəlilləri nəzərdən keçirib qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin hökmündə bu dəlillərə müvafiq cavablandırma verilmişdir. 22.Baxılan kassasiya şikayətində qaldırılan məsələlər üzrə məhkəmənin gəldiyi yekun qənaət iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən hökmdə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür. 23.Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökmün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. 24.Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti formal mülahizələrə əsaslandığından, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmü isə işin hallarına uyğun qanuni, əsaslı və ədalətli olduğundan, həmin şikayət təmin olunmamalıdır. 25.Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. 26.Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir. 27.Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, təyin edilmiş cəzadan azad edilməklə barəsində ittiham hökmü çıxarılmış Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 08 yanvar 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ: Təyin edilmiş cəzadan azad edilməklə barəsində ittiham hökmü çıxarılmış Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 08 yanvar 2025-ci il tarixli hökmü kassasiya şikayətinəmünasibətdə dəyişdirilmədən saxlanılsın.