Məhkəmə qərarları › İş №1(1-8)-172/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-172/2026

03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-172/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, 5 yanvar 1958-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, məhkumluğu olmayan, “xxxx” firmasının direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Vəzirov küçəsi, ev 2, * nömrəli mənzildə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 247ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli 21 oktyabr 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı Murad Vəliyev tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli 14 iyul 2025-ci il tarixli hökmü ilə (hakim Ş.Ə.Dadaşova) Bəraət almış şəxs - Azərbaycan Respublikası CM-nin 247ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri bilinib həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə ətraf mühitin mühafizəsi vəzifəsini özündə ehtiva edən vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs Bəraət almış şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli 21 oktyabr 2025-ci il tarixli hökmü ilə (hakimlər Z.V.İbrahimov (sədrlik edən), Q.X.Babayev və M.A.Məmmədov) apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyul 2025ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən cinayət hadisəsinin olmamasına görə Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Bəraət almış şəxs tamah niyyəti ilə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “xxxx” əhəng daşı yatağında “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması” fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 15.12.1999-cu il tarixdə 1123990 nömrə altında qeydiyyata alınmış və Bakı şəhəri Qaradağ rayonu Dövlət Tikinti Materiallarının istehsalı və satışı konserni “xxxx” daş karxanasının bazası əsasında yaradılmış, habelə Azərbaycan Respublikası Vergilər Nazirliyinin * saylı Ərazi Vergilər Departamenti tərəfindən ********** nömrəli VÖEN-lə 15.12.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış və özünün də təsisçisi olduğu “xxxx” firmasının 01.09.2011-ci il tarixli təsisçilərin iclas protokolu ilə direktoru təyin edilməklə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən işçiləri işə qəbul etmək və işdən azad etmək, işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək, maliyyə-təsərrüfat fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək, pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq və sair təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs kimi, habelə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 78-ci maddələrinə əsasən sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ərazilərdə ekoloji tarazlığın təmin edilməsi, təbii ehtiyatların səmərəli istifadə olunması, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi, ətraf mühitə zərər vurulmasının qarşısının alınması, qanunvericiliyin bu kimi hallarının pozulması zamanı isə digər məsuliyyətlə yanaşı Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda cinayət məsuliyyəti daşımaqla ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına və ətraf mühitin qorunmasına cavabdeh şəxs kimi “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi və digər tələblərinə, həmin Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərə, yəni yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu, ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası qaydalarına əməl edilməsi, həmin Qanunun 10-cu maddəsinə əsasən yerin təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “xxxx” statusunun müəyyən edilməsi şəklində verilməsi ilə bağlı tələblərə qəsdən əməl etməmişdir. O, 12.02.2013-cü il tarixli ***** nömrəli “Dağ-X1”ndan istifadə müddəti 12.02.2018ci il tarixdə bitdiyi halda, müvafiq icazə olmadan sahibkarlıq fəaliyyətini davam etdirərək, 2024cü ilin mart ayından 2024-cü ilin sentyabr ayına qədər olan müddətdə rəhbərlik etdiyi firmanın istifadəsinə Bakı Şəhəri Zəhmətkeşlərin Deputatlarının Şurasının İcraiyyə Komitəsinin 14.06.1954-cü il tarixli, **/**** saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “xxxx” əhəng daşı yatağının ərazisində - şərti olaraq “Sahə №*” adlandırılmış x387985.07 y4471934.46, x388039.95 y4471919.52, x388021.84 y4471868.57, x387961.51 y4471883.06 koordinatlar daxilində yerləşən 0.30 ha, şərti olaraq “Sahə №*” adlandırılmış x387843.58 y4472122.48, x387833.93 y4472122.91, x387816.23 y4472004.38, x387831.46 y4472004.39 koordinatlar daxilində yerləşən 0.10 ha, şərti olaraq “Sahə №*” adlandırılmış x387765.66 y4472064.65, x387769.19 y4472153.86, x387821.14 y4472134.91, x387817.04 y4472062.14 koordinatlar daxilində yerləşən 0.45 ha, şərti olaraq “Sahə №*” adlandırılmış x387473.77 y4471869.46, x387465.12 y 4471867.88, x387449.45 y4471997.28, x387458.21 y4471998.03 koordinatlar daxilində yerləşən 0.1 ha, şərti olaraq “Sahə №*” adlandırılmış x388798.28 y4471386.81, x388743.78 y4471399.31, x388722.21 y4471314.79, x388769.11, y4471300.30 koordinatlar daxilində yerləşən 0.46 ha, şərti olaraq “Sahə №*” adlandırılmış x389115.06 y4471385.91, x389153.28 y4471368.48, x389103.11 y4471275.37, x389067.57 y4471291.68 koordinatlar daxilində yerləşən 0.35 ha, şərti olaraq “Sahə №**” adlandırılmış x389362.46 y4471731.56, x389399.58 y4471699.77, x389305.36 y4471595.47, x389287.78 y4471607.78 koordinatlar daxilində yerləşən 0.45 ha, şərti olaraq “Sahə №**” adlandırılmış x389300.93 y4471710.85, x389331.29 y4471693.83, x389272.51 y4471598.58, x389245.39 y4471613.42 koordinatlar daxilində yerləşən 0.31 ha, şərti olaraq “Sahə №**” adlandırılmış x388484.15 y4471405.87, x388506.57 y4471399.09, x388480.72 y4471321.26, x388458.18 y4471327.98 koordinatlar daxilində yerləşən 0.15 ha, cəmi 2.67 ha sahədə 0.4 metr dərinlikdə faydalı qazıntı və qanunsuz istismar işləri aparmışdır. Nəticədə o, sənaye obyektinin istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinə, 13-cü maddəsinin 1.2, 2.2-ci bəndlərinə və 35, 41-ci maddələrinə əsasən, ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirlərin müəyyən edilmiş qaydada həyata keçirilməsi, ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə olunması, ətraf mühiti qorumağın vəzifəsi olması, təbii resurslardan istifadə zamanı ekoloji tələbləri yerinə yetirmək və istismar prosesləri aparılarkən ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərtləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməyərək, ümumilikdə 2.563,2 m3 həcmində əhəng daşı hasilatını aparmaqla dövlətə və təbiətə cəmi 89.712 (səksən doqquz min yeddi yüz on iki) manat məbləğində maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə cinayət hadisəsi olmadığına görə bəraət vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin yeni baxışa təyin edilməsi xahiş edilir. Dövlət ittihamçısı qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 247-ci maddəsinə əsasən işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma ekoloji cinayət hesab olunur və belə əməllərin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Həmin maddədə göstərilir ki, sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda - iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cinayətin birbaşa obyekti, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliklə bağlı ictimai münasibətləri, həyati əhəmiyyətli maraqların və vacib şəxsi faydaların (həyat, sağlamlıq) çirklənmiş ətraf mühitin mənfi təsirlərindən qorunmasını təmin edən cəmiyyət və təbiət arasında qarşılıqlı təsir sahəsindəki bir vəziyyət kimi müəyyən edir. İnsan sağlamlığı bu cinayətin əlavə obyekt ola bilər. Cinayətin obyektiv tərəfi işin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarının pozulması, fon radiasiyasının əhəmiyyətli dərəcədə dəyişməsi, insan sağlamlığına zərər vurulması, heyvanların kütləvi ölümü və ya digər ağır nəticələr şəklində və əməllə sonrakı nəticələr arasında səbəb-nəticə əlaqəsini əhatə edir. Fon radiasiyasının əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, onun kosmik şüalanmanın yaratdığı təbii şüalanma dozası və torpaqda, suda, havada, biosferanın digər elementlərində, qida məhsullarında və insan orqanizmində təbii olaraq paylanan təbii radionuklidlərin şüalanması ilə müqayisədə insan sağlamlığı və həyatı, eləcə də heyvanların və bitkilərin genetik fondu üçün təhlükə yaradan dəyərlərə qədər pisləşməsi başa düşülür. Digər ağır nəticələr ətraf mühitin keyfiyyətinin və ya onun obyektlərinin vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi kimi başa düşülür ki, bunun aradan qaldırılması uzun müddət və böyük maliyyə və maddi xərclər tələb edir: ayrı-ayrı obyektlərin məhv edilməsi; torpaqların deqradasiyası və ətraf mühitdə onun qorunmasına və qanuni istifadəsinə mane olan digər mənfi dəyişikliklər nəzərdə tutulur. Həmçinin, digər ağır nəticələrə, xüsusən də ətraf mühitin və onun komponentlərinin keyfiyyətinin pisləşməsi, bunun aradan qaldırılması uzun müddət və əhəmiyyətli maliyyə xərcləri tələb etməsi, floranın sayının (biokütləsinin) əhəmiyyətli dərəcədə azalması ilə nəticələnən floranın məhv edilməsi və torpaqların deqradasiyası daxildir. İş materiallarında olan, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən razılaşdırılmış, “xxxx” əhəng daşı yatağında fəaliyyət göstərən “xxxx” firmasına məxsus daş karxanasının 2018-ci il üçün “Dağ-mədən işlərinin inkişaf planı”nda qeyd olunanlara əsasən ümumilikdə karxananın istismar itkisinin 76,0 faizə qədər olmasını nəzərə aldıqda, “xxxx” firmasına məxsus daş karxanasında 12.02.2013-cü il tarixli ***** nömrəli “xxxx” Aktının müddəti bitdikdən sonra istismar sahəsində hasil edilmiş əhəngdaşının (mişar daşı) həcmi 2.563,2 m3 (10.680 m3 dağ kütləsindən 76 faizi çıxdıqda) müəyyən edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən 04.09.2024-cü il tarixdə “xxxx" əhəng daşı yatağında aparılan monitorinq zamanı “xxxx” firmasına məxsus 12 ayrı sahədə ümumilikdə 23.560 m3 həcmində qanunsuz mişar daşı hasilatının aparıldığı aşkar edilmiş və həmin hasilat işlərinin 2024-cü il ərzində aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 05.02.2025-ci il tarixli **/***** nömrəli məhkəmə mühəndis-texniki ekspertizası rəyinə əsasən Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “xxxx” əhəng daşı yatağında fəaliyyət göstərən “xxxx” firmasına məxsus karxana tərəfindən “xxxx” Aktının qüvvədə olma müddəti bitdikdən sonra 2024-cü il ərzində müvafiq icazə sənədləri alınmadan əhəngdaşının hasilatı ilə məşğul olunduğunun aşkar edildiyini nəzərə aldıqda, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunun 9, 10, 21, 46-cı maddələrinin və “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinin tələbləri pozulmuşdur. Həmin əhəng daşı yatağında fəaliyyət göstərən “xxxx” firmasına məxsus karxana tərəfindən “xxxx” Aktının qüvvədə olma müddəti bitdikdən sonra ümumilikdə 2,67 ha hasilat sahəsində 2024-cü il ərzində 2.563,2 m3 həcmində əhəngdaşı hasilatına görə “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli *** nömrəli qərarına əsasən, dəymiş ziyan 89.712,0 (2.563,2x35=89.712,0) manat müəyyən edilir. Təyin edilərək keçirilmiş ekspertiza rəylərindən də göründüyü kimi Bəraət almış şəxs “xxxx” Aktının qüvvədə olma müddəti bitdikdən sonra ümumilikdə 2.563,2 m3 həcmində əhəng daşı hasilatına görə ekologiyaya 89.712 manat məbləğində ziyan dəymişdir ki, bu da özlüyündə ətraf mühitin keyfiyyətinin və ya onun obyektlərinin vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və onun bərpası üçün böyük maliyyə xərcləri tələb etdiyindən ağır nəticələrə səbəb olma kimi qiymətləndirilməli idi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli və iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya məhkəməsinin hökmünün ləğvi, iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CM-in 247-ci maddəsinə əsasən “sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda” əməlinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 oktyabr 2025-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz həmin qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Bəraət almış şəxs CM-nin 247-ci maddəsi ilə bəraət verilməsində səhvə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Baş prokurorunun müavininin 10 dekabr 2024-cü il tarixli qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 188.1, 255.2 və 308.2ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan 04.09.2024-cü il tarixli monitorinq aparılması haqqında aktlardan və aktlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən 04.09.2024-cü il tarixli “xxxx” əhəng daşı yatağında aparılan monitoriq zamanı “xxxx” firmasına məxsus 12 ayrı sahədə ümumilikdə 23.560 m3 həcmində qanunsuz mişar daşı hasilatının aparıldığı aşkar edilmiş və həmin hasilat işlərinin 2024-cü il ərzində aparıldığı müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, 15.12.1999-cu il tarixli Ş-814 nömrə altında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfində qeydə alınmış “xxxx” firmasının nizamnaməsinə əsasən firma 30.11.1999-cu il tarixdə təsis müqaviləsi əsasında və özəlləşdirilmiş Bakı şəhəri, Qaradağ rayonu Dövlət Tikinti Materiallarının istehsalı və satışı konserni “xxxx” daş karxanasının bazasında yaradılmışdır. Firma qanunvericiliklə qadağan edilməyən və müəyyən edilmiş qayda da xüsusi razılıq tələb edilən fəaliyyət növləri ilə məşğul olmaq üçün müvafiq dövlət orqanlarından lisenziya aldıqdan sonra - mişar daşının istehsalı, satışı, üzlük plitələrinin hazırlanması, ticarət, məişət, qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət növləri ilə məşğul ola bilər. 10.09.1999-cu il tarixli ****** nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Dövlət tikinti materiallarının istehsalı və satışı konserni “xxxx” daş karxanası Bəraət almış şəxs, X5 və digərlərinə satılmışdır. Cinayət işində olan 15.12.1999-cu il tarixli ******* nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsindən alınmış şəhadətnamədən görünür ki, “xxxx” firması Bakı şəhəri, Qaradağ rayonu ərazisində mişar daşının istehsalı, satışı, üzlük plitələrinin hazırlanması, ticarət, məişət, qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət növləri ilə məşğul ola bilər. Cinayət işi materiallarında olan Bakı Şəhəri Zəhmətkeşlərin Deputatlarının Şurasının İcraiyyə Komitəsinin 14.06.1954-cü il tarixli, **/**** saylı qərarından görünür ki, xxxx kəndi Şaumyan adına kolxozun 100 ha torpaq sahəsi, Qobu kəndi Əli-Bayramlı adın kolxozun 2 ha torpaq sahəsi Azərbaycan SSR-nin Sənaye Tikinti Nazirliyinə daş karxanası üçün ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 15.05.2007-cü il tarixli ***** nömrəli “xxxx” aktından görünür ki, mişar daşının hasilatı üçün Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 11.65 ha ölçüdə “xxxx” daş karxanası “xxxx” firmasına verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 12.02.2013-cü il tarixli ***** nömrəli “xxxx” aktına əsasən mişar daşı hasilatı üçün Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 8.5 ha ölçüdə “xxxx” daş karxanası “xxxx” firmasına verilmişdir. İş olan 09.01.2025-ci il tarixli “Google Earth” proqramına baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş peyk görüntülərindən görünür ki, “xxxx” firması tərəfindən Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “xxxx” əhəng daşı yatağında qanunsuz hasilat işlərinin aparıldığı ərazilər öz əksini tapmışdır. Cinayət işində olan 01.09.2011-ci il tarixli “xxxx” firmasının təsisçilərinin iclas protokolundan görünür ki, Bəraət almış şəxs firmanın direktoru təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 136-cı və cinayət işinin 2-ci cildinin 1-2-ci vərəqələrində olan keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin Sənayedə təhlükəsiz iş aparılmasına və dağ işlərinə nəzarət edən dövlət komitəsinin 24.12.1992-ci il tarixli, ** nömrəli “Yataq Ayırma” Aktından görünür ki, mişar daşının hasilatı üçün Bakı şəhəri, Qaradağ rayonu ərazisində 132 ha sahə “xxxx” daş karxanasına verilmişdir. “xxxx” əhəng daşı yatağının yataq ayırma aktının izah edici qeydlərində, yataq ayırımın verilməsinin əsaslandırılması hissəsində göstərilmişdir ki, müəssisə uzun illər ərzində “xxxx TMK” adı altında fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Dövlət özəlləşdirmə qanunvericiliyi əsasında 10.09.1999-cu il tarixdə özəlləşdirilmiş və 15.12.1999-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib “xxxx” firması adı altında Bakı şəhəri, Qaradağ rayonu keçmiş Dövlət Tikinti Materiallarının istehsalı və satışı konserninin “xxxx” daş karxanasının bazasında yerləşdirilmişdir. “xxxx” platosu Azərbaycanın şərq hissəsində yerləşmiş, respublikanın iki inzibati rayonunu - Qaradağ və Abşeron rayonlarının sərhədlərindəki ərazini tutur. 2000-ci ildə Dövlət Dağtexnəzarət Komitəsi tərəfindən verilmiş yataq ayırma aktına əsasən “xxxx” firması üçün 13.1 ha sahə ayrılmışdır. Cinayət işində olan 06.08.2021-ci il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən X2 Ehtiyatlarından İstifadə Agentliyi və “xxxx” firması arasında “xxxx” əhəng daşı yatağının istismarı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan 11 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayədə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X3 Agentliyi tərəfindən təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə A-***** nömrəli çıxarışdan görünür ki, “xxxx” firması tərəfindən istismar edilən təhlükə potensiallı obyektlər, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təhlükəli obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır. Cinayət işində olan lisenziyadan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən “xxxx” firmasına (VÖEN **********) “xxxx” əhəng daşı yatağında “Dağmədən işləri, dağ və buruq qazmalarının aparılması” fəaliyyəti ilə məşğul olması üçün 29.04.2019-cu il tarixli El-***/**** nömrəli lisenziya verilmişdir. İşdə olan ***** nömrəli 15.05.2007-ci il tarixli və ***** nömrəli 12.02.2013-cü il tarixli Dağ- X7 görünür ki, xxxxnın müddəti 5 il müəyyən edilmişdir. Həmçinin işdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən razılaşdırılmış, “xxxx” əhəng daşı yatağında fəaliyyət göstərən “xxxx” firmasına məxsus daş karxanasının 2007 və 2018-ci il üçün “Dağ-mədən işlərinin inkişaf planı”nda göstərilmiş ümumilikdə karxananın istismar itkisinin 76,0 faizə qədər olmasını nəzərə aldıqda, “xxxx” firmasına məxsus daş karxanasında 12.02.2013-cü il tarixli ***** nömrəli “xxxx” Aktının müddəti bitdikdən sonra istismar sahəsində hasil edilmiş əhəng daşının (mişar daşı) həcmi 2.563,2 m3 (10.680 m3 dağ kütləsindən 76 faizi çıxdıqda) müəyyən edilir. İş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında 23.02.2024-cü il tarixli qərardan və Azərbaycan Respublikası Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş 01.04.2025-ci il tarixli məhkumluq arayışından görünür ki, Baş Prokurorluğun İstintaq idarəsində “xxxx” firması tərəfindən 2020-2023-cü illər ərzində qanunsuz mişar daşı hasilatının aparılması faktı ilə bağlı firmanın direktoru Bəraət almış şəxs barəsində Azərbaycan Respublikası CM-in 188.1, 255.2 və 308.2-ci maddələri ilə ********* nömrəli cinayət işi istintaq edilmiş və cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işində olan baxış keçirilməsi haqqında protokol və 13.03.2025-ci il tarixli əlavə baxış keçirilməsi haqqında protokollardan görünür ki, “xxxx” əhəng daşı yatağı Bakı şəhəri, ünvan 1 məhəllə ünvanda yerləşən Baş Prokurorluğun İstintaq idarəsinin inzibati binasından 26 kilometr cənub qərb istiqamətində yerləşir. “xxxx” əhəng daşı yatağına gedən yol 25 kilometrlik magistral asfalt yolun bitməsindən sonra torpaq yolla davam edir. Həmin yol daşlıtorpaqlı olmaqla “xxxx” əhəng daşı yatağının olduğu ərazi enişli və yoxuşludur. İstintaq hərəkəti zamanı 13 ayrı-ayrı sahəyə baxış keçirilmişdir. Baxış zamanı təqdim olunan şərti olaraq “Sahə №*”, “Sahə №*”, “Sahə №*”, “Sahə №*”, “Sahə №*”, “Sahə №*”, “Sahə №**”, “Sahə №**” və “Sahə №**” adlandırılmış sahələrdə faktiki vəziyyətdə hasilat işləri aparılmır. Baxış zamanı ərazilərin relyefinin maili formada olduğu, sahələrin kənarlarında uzun illər ərzində aparılmaya xarakterik hasilat pillələrinin mövcud olduğu, sahələrin daxilində isə işlək vəziyyətdə daşkəsən kombayn və şırımaçan texnikaların mövcud olduğu aşkar edilmişdir. Baxış zamanı işlək vəziyyətdə olan daşkəsən kombaynların metal relslər üzərində quraşdırılması müşahidə olunmuşdur. Həmin relslərin yanında daş kəsimi nəticəsində əmələ gəlmiş bir hasilat pilləsi (0,4metr) vardır. Sahənin daxilində səliqəli şəkildə düzülmüş mişar daşları və topalar halında yığılmış tullantı daşlar mövcuddur. Baxış zamanı təqdim olunan şərti olaraq “Sahə №*”, “Sahə №*”, “Sahə №*” və “Sahə №**” adlandırılmış sahələrdə faktiki vəziyyətdə hasilat işləri aparılmır. Ərazilərin relyefinin maili formada olduğu, sahələrin kənarlarında uzun illər ərzində aparılmaya xarakterik hasilat pillələrinin mövcud olduğu müşahidə olunmuşdur. Eyni zamanda sahənin daxilində hər hansı texnika, avadanlıq (daşkəsən komnayn, şırımaçan və s.) aşkar edilməmişdir. Sahələrin daxilində bəzi hissələrdə topalar halında yığılmış tullantı daşları mövcuddur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05.02.2025-ci il tarixli **/***** nömrəli məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası ETSN-nin Dövlət Ekspertiza İdarəsi tərəfindən mişar daşı hasilatı məqsədilə “xxxx” firmasına müvafiq “xxxx” Aktı ilə ayrılan ərazinin markşeyder planında ayrılmış sahənin künc nöqtələrinin koordinatları şərti rəqəmlərlə qeyd olunduğundan, firma tərəfindən “xxxx” aktı ilə mişar daşı hasilatı üçün icazə verilmiş torpaq sahəsindən kənarda torpaq sahəsinin özbaşına tutulubtutulmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş materiallarda qeyd olunduğu kimi, “xxxx” əhəng daşı yatağında fəaliyyət göstərən “xxxx” firmasına məxsus karxana tərəfindən “xxxx” Aktının qüvvədə olma müddəti bitdikdən sonra 2024-cü il ərzində müvafiq icazə sənədləri alınmadan əhəng daşının hasilatı ilə məşğul olunduğunun aşkar edildiyini nəzərə aldıqda, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunun 9, 10, 21, 46 maddələrinin və “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.2 bəndinin tələbləri pozulmuşdur. “xxxx” əhəng daşı yatağında “xxxx” firmasına məxsus karxana tərəfindən “xxxx” Aktının qüvvədə olma müddəti bitdikdən sonra ümumilikdə 2,67 ha hasilat sahəsində 2024-cü il ərzində 2.563,2 m3 həcmində əhəng daşı hasilatına görə “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli *** nömrəli qərarına əsasən, dəymiş ziyan 89.712,0 (2563,2x35=89.712,0) manat müəyyən edilir. İş materiallarında olan 12 fevral 2025-ci il, 17 fevral 2025-ci il və 20 fevral 2025-ci il tarixli “xxxx” ASC-ə məxsus qəbzlərdən görünür ki, Bəraət almış şəxs tərəfindən cəmi 89.700 manat pul vəsaiti dəymiş ziyanın ödənişi kimi Baş Prokurorluğun bankda olan depozit hesabına qoyulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18.03.2025-ci il tarixli **/**** nömrəli tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən mişar daşı hasilatı məqsədilə "xxxx" firmasına müvafiq "xxxx" Aktı ilə ayrılan ərazinin markşeyder planında ayrılmış sahənin künc nöqtələrinin koordinatları şərti rəqəmlərlə qeyd olunduğundan, "xxxx" firması tərəfindən "xxxx" aktı ilə mişar daşı hasilatı üçün icazə verilmiş torpaq sahəsindən kənarda torpaq sahəsinin özbaşına tutulubtutulmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş materiallarda və hazırki ekspertizanın təyini haqqında qərarın təsviri hissəsində göstərilmiş məlumatlarda qeyd olunduğu kimi, "xxxx" əhəng daşı yatağında fəaliyyət göstərən "xxxx" firmasına məxsus karxana tərəfindən "xxxx" Aktının qüvvədə olma müddəti bitdikdən sonra 2024-cü il ərzində müvafiq icazə sənədləri alınmadan əhəng daşının hasilatı ilə məşğul olunduğunun aşkar edildiyini nəzərə aldıqda, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 9, 10, 21, 46 maddələrinin və "Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.2 bəndinin tələbləri pozulmuşdur. "xxxx” əhəng daşı yatağında fəaliyyət göstərən "xxxx" firmasına məxsus karxana tərəfindən "xxxx" Aktının qüvvədə olma müddəti bitdikdən sonra ümumilikdə 2,67 ha hasilat sahəsində 2024-cü il ərzində 2.563,2 m³ həcmində mişar daşı hasilatının aparılması müəyyən edilir. İş materialalrında olan 01.04.2025-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 188.1, 255.2 və 308.2-ci maddələrindən həmin Məcəllənin 247-ci maddəsinə tövsif edilmişdir. Göründüyü kimi Baş Prokurorluğun İstintaq idarəsində “xxxx” firması tərəfindən 2020- 2023-cü illər ərzində qanunsuz mişar daşı hasilatının aparılması faktı ilə bağlı firmanın direktoru Bəraət almış şəxs barəsində Azərbaycan Respublikası CM-in 188.1, 255.2 və 308.2ci maddələri ilə ********* nömrəli cinayət işi istintaq edilmiş və cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qərardan görünür ki, Bəraət almış şəxs cinayət işi üzrə törətdiyi əmələ görə səmimi peşmançılıq çəkdiyini, qanunsuz əməli törətməyi nəticəsində dövlətə və təbiətə vurulmuş 592.000 manat məbləğində maddi ziyanı tam ödədiyini və şəraitin dəyişməsi əsası ilə barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan ibtidai istintaq dövründə şahid kimi dindirilmiş şahid2 öz ifadəsində göstərmişdir ki, o, “xxxx” firmasının əhəngdaşı yatağında fəaliyyət göstərən əhəngdaşı yatağında 6-cı sahə üzrə rəis vəzifəsində işləyir. Həmçinin ifadəsinin sonunda qeyd etmişdir ki, “xxxx” firmasının rəhbərliyi olaraq qanunsuz mişar daşı hasilatına görə bu günə qədər müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə cərimələnmişlər. Məsələn, 2018-ci il tarixdə Ekologiya Nazirliyinin əməkdaşları tərəfindən 305.000 manat həcmində, Abşeron Məhkəməsinin qərarı ilə 5.000 manat həcmində, Ekologiya Nazirliyinin Sumqayıt Regional İdarəsinin əməkdaşları tərəfindən 2.500 manat məbləğində ətraf mühitin çirklənməsi faktına görə cərimələnmişlər. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29.01.2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli məhkəmə texniki-tikinti obyektlərin tədqiqi ekspertizasının rəyindən görünür ki, Abşeron rayonu ərazisində yerləşən “xxxx” əhəngdaşı yatağında fəaliyyət göstərən “xxxx” firmasına məxsus karxana tərəfindən 12.02.2013-cü il tarixli, ***** nömrəli “xxxx” Aktının qüvvədə olma müddəti bitdikdən sonra müvafiq icazə sənədləri alınmadan əhəngdaşının istehsalı ilə məşğul olunduğunun aşkar edildiyini nəzərə aldıqda, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunun 9, 10, 21, 46-cı maddələrinin və “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi qaydaları”nın 1.2-ci bəndinin tələbləri pozulmuşdur. 09.01.2024-cü il tarixdə keçirilmiş baxış zamanı müəyyən olunmuş ümumilikdə 13,03 ha hasilat sahəsində “xxxx” fimasına məxsus 12.02.2013-cü il tarixli ***** nömrəli “xxxx” Aktının müddəti bitdikdən sonra həmin firmaya məxsus karxana tərəfindən aparılmış 24.129,6 m3 həcmində əhəngdaşı hasilatına görə dəymiş ziyan 844.536 manat müəyyən edilir. “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”inin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli *** nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, bu qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən, birinci dəfə cərimələnən subyektlər üçün 0,7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı, 3-cü dəfə cərimələnən subyektlər üçün 1,3 əmsalı, 3 dəfədən çox cərimələnən subyektlər üçün 1,5 əmsalı tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli *** nömrəli qərarında qeyd olunanlara uyğun olaraq dəymiş ziyan 591.175,2 (844.536 x 0,7 = 591.175,2) manat məbləğində müəyyən edilmişdir. 592.000 manat məbləğində pul vəsaiti ödənildiyinə görə Bəraət almış şəxs direktoru olduğu “xxxx” firması 2020-2023-cü illər ərzində qanunsuz mişar daşı hasilatı apardığına görə başlanmış cinayət işinin icraatına CPM-nin 40.2-ci maddəsinə əsasən 23.02.2024-cü il tarixli qərarla xitam verilmişdir. Həmçinin hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05.02.2025-ci il tarixli **/***** nömrəli məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının rəyindən görünür ki, “xxxx” əhəng daşı yatağında “xxxx” firmasına məxsus karxana tərəfindən “xxxx” Aktının qüvvədə olma müddəti bitdikdən sonra ümumilikdə 2,67 ha hasilat sahəsində 2024-cü il ərzində 2.563,2 m3 həcmində əhəng daşı hasilatına görə “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli *** nömrəli qərarına əsasən, dəymiş ziyan 89.712,0 (2563,2x35=89.712,0) manat müəyyən edilir (belə başa düşülür ki, bu dəfə ziyan ikinci dəfə cərimələnən subyektlər üçün tətbiq olunan “1 əmsalı” tətbiq olunmaqla hesablanmışdır). Kassasiya kollegiyası kassasiya protestinin dəlillərinə münasibətdə apellyasiya məhkəməsinin hökmü ilə əlaqədar aşağıdakiları bildirməyi lazım bilir: Apellyasiya məhkəməsi hökmündə göstərmişdir ki, “birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə (məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır) zidd olaraq ittihamçı mövqedən çıxış edərək, ittihamın həcmini ağırlaşdıraraq, ibtidai istintaq orqanı tərəfindən verilməmiş, elan edilməmiş ittihamlar üzrə də Bəraət almış şəxs təqsirli bilmişdir”. Apellyasiya instansiyası məhkəməsinin hansı səbəbdən bu qənaətə gəlməsi aydın deyil. Belə ki, apellyasiya məhkəməsi bəraət hökmündə birinci instansiya məhkəməsinin ittiham hökmünün 9-cu səhifəsindəki «təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, digər iş materialları ilə təqsirləndirilən şəxs Bəraət almış şəxs sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olması cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir» ifadəsini sitat gətirmiş və bunun əsasında belə bir fikrə gəlmişdir ki, “birinci instansiya məhkəməsinin göstərilən mövqeyindən sanki məhkəmənin arbitr rolunu deyil, məhz ittiham funksiyasını öz üzərinə götürməsi, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın daha da ağırlaşdırılması açıq-aşkar sezilməkdədir”. Halbuki, birinci instansiya məhkəməsinin ittiham hökmünün 1-ci səhifəsindən görünür ki, hökmün “müəyyən etdi” hissəsi təqsirləndirilən şəxsin törətdiyi əməlin təsviri ilə başlayır və bu zaman istintaq orqanı tərəfindən irəli sürülən ittihamın həcmindən kənara çıxılmamış, fabulanın sonu “ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirlərin müəyyən edilmiş qaydada həyata keçirilməsi, ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə olunması, ətraf mühiti qorumağın vəzifəsi olması, təbii resurslardan istifadə zamanı ekoloji tələbləri yerinə yetirmək və istismar prosesləri aparılarkən ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərtləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməyərək, ümumilikdə 2.563,2 m3 həcmində əhəng daşı hasilatını aparmaqla dövlətə və təbiətə cəmi 89.712 (səksən doqquz min yeddi yüz on iki) manat məbləğində maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur” sözləri ilə yekunlaşmışdır. Birinci instansiya məhkəməsinin ittiham hökmünün 9-cu səhifəsindəki «təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, digər iş materialları ilə təqsirləndirilən şəxs Bəraət almış şəxs sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olması cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir» ifadəsinə gəldikdə isə belə başa düşülür ki, birinci instansiya məhkəməsi burada sadəcə olaraq cinayət əməlinin dispozisiyasını təkrar etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bu uğursuz təkrarlamasından sui-istifadə edərək öz bəraət hökmündə (hökmün 8-ci səhifəsindən 17-ci səhifəsinədək) CM-in 247-ci maddəsini və cinayət-prosessual qanunvericiliyin ittihamın həcminə dair normalarını uzun-uzadı təhlil edərək bunu bəraətin əsası kimi göstərmişdir. Halbuki, hətta birinci instansiya məhkəməsinin ittiham hökmünün 9-cu səhifəsindəki ifadə səhv olsa da belə, apellyasiya mıhkəməsi bu ifadəni hökmdən çixarmaq yolu həmin səhvi aradan qaldıra bilərdi, lakin bu, bəraət hökmü çıxarmaq üçün əsas ola bilməzdi. Kassasiya kollegiyası kassasiya protestinin o dəlilləri ilə razılaşır ki, CM-nin 247-ci maddəsinin dispozisiyasındakı “digər ağır nəticələr” ətraf mühitin keyfiyyətinin və ya onun obyektlərinin vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi kimi başa düşülür ki, bunun aradan qaldırılması uzun müddət və böyük maliyyə və maddi xərclər tələb edir: ayrı-ayrı obyektlərin məhv edilməsi; torpaqların deqradasiyası və ətraf mühitdə onun qorunmasına və qanuni istifadəsinə mane olan digər mənfi dəyişikliklər nəzərdə tutulur. Həmçinin, digər ağır nəticələrə, xüsusən də ətraf mühitin və onun komponentlərinin keyfiyyətinin pisləşməsi, bunun aradan qaldırılması uzun müddət və əhəmiyyətli maliyyə xərcləri tələb etməsi, floranın sayının (biokütləsinin) əhəmiyyətli dərəcədə azalması ilə nəticələnən floranın məhv edilməsi və torpaqların deqradasiyası daxildir. İş materiallarında olan, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən razılaşdırılmış, “xxxx” əhəng daşı yatağında fəaliyyət göstərən “xxxx” firmasına məxsus daş karxanasının 2018-ci il üçün “Dağ-mədən işlərinin inkişaf planı”nda qeyd olunanlara əsasən ümumilikdə karxananın istismar itkisinin 76,0 faizə qədər olmasını nəzərə aldıqda, “xxxx” firmasına məxsus daş karxanasında 12.02.2013cü il tarixli ***** nömrəli “xxxx” Aktının müddəti bitdikdən sonra istismar sahəsində hasil edilmiş əhəngdaşının (mişar daşı) həcmi 2.563,2 m3 (10.680 m3 dağ kütləsindən 76 faizi çıxdıqda) müəyyən edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən 04.09.2024-cü il tarixdə “xxxx" əhəng daşı yatağında aparılan monitorinq zamanı “xxxx” firmasına məxsus 12 ayrı sahədə ümumilikdə 23.560 m3 həcmində qanunsuz mişar daşı hasilatının aparıldığı aşkar edilmiş və həmin hasilat işlərinin 2024-cü il ərzində aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 05.02.2025-ci il tarixli **/***** nömrəli məhkəmə mühəndis-texniki ekspertizası rəyinə əsasən Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “xxxx” əhəng daşı yatağında fəaliyyət göstərən “xxxx” firmasına məxsus karxana tərəfindən “xxxx” Aktının qüvvədə olma müddəti bitdikdən sonra 2024-cü il ərzində müvafiq icazə sənədləri alınmadan əhəngdaşının hasilatı ilə məşğul olunduğunun aşkar edildiyini nəzərə aldıqda, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunun 9, 10, 21, 46-cı maddələrinin və “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinin tələbləri pozulmuşdur. Həmin əhəng daşı yatağında fəaliyyət göstərən “xxxx” firmasına məxsus karxana tərəfindən “xxxx” Aktının qüvvədə olma müddəti bitdikdən sonra ümumilikdə 2,67 ha hasilat sahəsində 2024-cü il ərzində 2.563,2 m3 həcmində əhəngdaşı hasilatına görə “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli *** nömrəli qərarına əsasən, dəymiş ziyan 89.712,0 (2.563,2x35=89.712,0) manat müəyyən edilir. Təyin edilərək keçirilmiş ekspertiza rəylərindən də göründüyü kimi Bəraət almış şəxs “xxxx” Aktının qüvvədə olma müddəti bitdikdən sonra ümumilikdə 2.563,2 m3 həcmində əhəngdaşı hasilatına görə ekologiyaya 89.712 manat məbləğində ziyan dəymişdir ki, bu da özlüyündə ətraf mühitin keyfiyyətinin və ya onun obyektlərinin vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və onun bərpası üçün böyük maliyyə xərcləri tələb etdiyindən ağır nəticələrə səbəb olma kimi qiymətləndirilməli idi. Həmçinin apellyasiya məhkəməsi iş üzrə Bəraət almış şəxs direktoru olduğu “xxxx” firmasının 2024-cü ilin mart ayından 2024-cü ilin sentyabr ayına qədər olan dövrdə “xxxx” əhəng daşı yatağının ərazisində - şərti olaraq “Sahə №*” adlandırılmış x387985.07 y4471934.46, x388039.95 y4471919.52, x388021.84 y4471868.57, x387961.51 y4471883.06 koordinatlar daxilində yerləşən 0.30 ha, şərti olaraq “Sahə №*” adlandırılmış x387843.58 y4472122.48, x387833.93 y4472122.91, x387816.23 y4472004.38, x387831.46 y4472004.39 koordinatlar daxilində yerləşən 0.10 ha, şərti olaraq “Sahə №*” adlandırılmış x387765.66 y4472064.65, x387769.19 y4472153.86, x387821.14 y4472134.91, x387817.04 y4472062.14 koordinatlar daxilində yerləşən 0.45 ha, şərti olaraq “Sahə №*” adlandırılmış x387473.77 y4471869.46, x387465.12 y 4471867.88, x387449.45 y4471997.28, x387458.21 y4471998.03 koordinatlar daxilində yerləşən 0.1 ha, şərti olaraq “Sahə №*” adlandırılmış x388798.28 y4471386.81, x388743.78 y4471399.31, x388722.21 y4471314.79, x388769.11, y4471300.30 koordinatlar daxilində yerləşən 0.46 ha, şərti olaraq “Sahə №*” adlandırılmış x389115.06 y4471385.91, x389153.28 y4471368.48, x389103.11 y4471275.37, x389067.57 y4471291.68 koordinatlar daxilində yerləşən 0.35 ha, şərti olaraq “Sahə №**” adlandırılmış x389362.46 y4471731.56, x389399.58 y4471699.77, x389305.36 y4471595.47, x389287.78 y4471607.78 koordinatlar daxilində yerləşən 0.45 ha, şərti olaraq “Sahə №**” adlandırılmış x389300.93 y4471710.85, x389331.29 y4471693.83, x389272.51 y4471598.58, x389245.39 y4471613.42 koordinatlar daxilində yerləşən 0.31 ha, şərti olaraq “Sahə №**” adlandırılmış x388484.15 y4471405.87, x388506.57 y4471399.09, x388480.72 y4471321.26, x388458.18 y4471327.98 koordinatlar daxilində yerləşən 0.15 ha, cəmi 2.67 ha sahədə 0.4 metr dərinlikdə faydalı qazıntı və qanunsuz istismar işləri aparması barədə Bəraət almış şəxs, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə də münasibət bildirməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Bəraət almış şəxs törətdiyi cinayət əməlinə qiymət verərkən apellyasiya instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Belə ki, həmin məhkəmə tərəfindən cinayət işi üzrə toplanmış sübutlardan birinin digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmamış, bir çox fikirlər ehtimallara əsaslanmış, nəticədə Bəraət almış şəxs bəraət verilmişdir. Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslanmalı olduğunu qeyd edərək və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya protestinin dəlilləri ilə razılaşır və hesab edir ki, Bəraət almış şəxs CM-in 247-ci maddəsi ilə bəraət verilməsinə dair təqsirliliyi sübuta yetirilməməsi barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mötəbərliyi baxımından düzgün qiymətləndirməmişdir. Buna görə də kassasiya protesti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində apellyasiya məhkəməsinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmişdir. CPM-in 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə sübutların məhkum Bəraət almış şəxs təqsirliliyinin müəyyən edilməsinə münasibətdə CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və məhkum Bəraət almış şəxs CM-in 247-ci maddəsi ilə bəraət verilməsinin əsassız olması haqda ittiham tərəfinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin *(***)-****/**** nömrəli 21 oktyabr 2025-ci il tarixli hökmü ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, sübutlar arasında ziddiyyətlərin aradan qaldırılması üçün tədbirlər görülməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar (o cümlədən “xxxx” firmasının əvvəllər cərimələnib-cərimələnməməsi) da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli 21 oktyabr 2025-ci il tarixli hökmü ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli 21 oktyabr 2025-ci il tarixli hökmü ləğv edilsin, cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar