Məhkəmə qərarları › İş №1(1-8)-174/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-174/2026

03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-174/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2024-cü il tarixli 1(105)-90/2024 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hafiz Əliyev (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Aynur Rzayeva) 22 noyabr 2023-cü il tarixli 1(124)-581/2023 nömrəli hökmü ilə 6 mart 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi şəkildə mebel boyaçısı işləmiş, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi, ev 19C, mənzil 6 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, S.Vurğun küçəsi, ev 8 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2022-ci il tarixindən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 7,266 qram çəkidə psixotrop maddə metamfetamini 2022-ci il noyabr ayının ortalarında Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə edərək, üzərində saxlamış və daşımışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Məhkum 18 noyabr 2022-ci il tarixdə saat 09:50 dəqiqədə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,479 qram və 3,789 qram olmaqla, ümumi külli miqdarda təmiz çəkiləri 7,266 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədov) 18 yanvar 2024-cü il tarixli 1(105)-90/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 1(124)-581/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2024-cü il tarixli 1(105)-90/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 03 iyun 2026-cı il tarixə təyin edilmiş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılanadək, yəni 18 may 2026-cı il tarixdə məhkum Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət etmişdir. Həmin ərizədə məhkum göstərmişdir ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum Məhkum ərizəsi təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2024-cü il tarixli 1(105)-90/2024 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinə baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar