Məhkəmə qərarları › İş №1(1-8)-178/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-178/2026

12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-178/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum – məhkum2, Müdafiəçilər – Şəmkir Rayon Vəkil Bürosunun vəkili müdafiəçi7q qızının, x Rayon Vəkil Bürosunun vəkili müdafiəçi4 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9, 120.2.10, 120.2.11, 170.3, 177.2.1, 177.2.2, 177.2.3, 181.3.3, 186.2.2 və 232.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş məhkum2, Cinayət Məcəlləsinin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş məhkum1, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş məhkum3 barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2025-ci il tarixli qərarından məhkum məhkum2 və müdafiəçisi müdafiəçi7, məhkum məhkum1 müdafiəçisi müdafiəçi4 və məhkum məhkum3 müdafiəçisi müdafiəçi12 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), Imanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət məhkəmə tərkibində) 28 iyul 2025-ci il tarixli 1(100)-25/2025 nömrəli hökmü ilə ##.##.2003-cü ildə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, x rayonu, x kəndində qeydiyyatda olmaqla yaşamış məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9, 120.2.10, 120.2.11, 170.3, 177.2.1, 177.2.2, 177.2.3, 181.3.3, 186.2.2 və 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın, CM-in 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9, 120.2.10 və 120.2.11-ci maddələri ilə ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın, CM-in 170.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın, CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın, CM-in 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın, CM-in 186.2.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın, CM-in 232.2.1-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş az ciddi cəzaları daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, təyin olunmuş və çəkilməmiş 5 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasının CM-in 52-1.5-ci maddəsinin tələblərinə uyğun olaraq 2 günə 1 gün hesablanmaqla 2 ay 22 gün hesablanması və Məcəllənin 67-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması, CM-in 57.3-cü maddəsinə əsasən məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilməsi, onun cəzasını həbsxanada çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni 27.07.2022-ci il tarixdən hesablanması; ##.##.1991-ci ildə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, x rayonu, x kəndində qeydiyyatda olmaqla yaşamış məhkum1 Azərbaycan Respublikası CM-in 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 170.3cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın, CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın, CM-in 232.2.1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 10 (on) il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan 5 ay 1 günün çıxılması və üzərində qəti olaraq 9 (doqquz) il 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun cəzasını ümumi rejimli müəssisədə çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 2 iyun 2025-ci il tarixdən hesablanması; ##.##.2000-ci ildə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, x rayonu, x kəndində qeydiyyatda olmaqla x rayonu, x kəndində yaşamış məhkum3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, onun cəzasını ümumi rejimli müəssisədə çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni 28.07.2025-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin təqsirləndirilən şəxs4 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxs1 CM-in 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 181.3.3, 186.2.2 və 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət məhkəmə tərkibində) 24 fevral 2025-ci il tarixli 1(104)- 495/2025 nömrəli qərarı ilə təqsirləndirilən şəxslər məhkum3, təqsirləndirilən şəxs1 və məhkum2 müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri tam, təqsirləndirilən şəxs məhkum1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2025-ci il tarixli hökmü məhkum1 cəza təyini hissəsində dəyişdirilmiş, məhkum1 təqsirli bilindiyi CM-in 170.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə, təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə, CM-in 232.2.1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu ilə məhkum1 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən məhkum1 hazırkı iş üzrə həbsdə və ev dustaqlığında saxlanıldığı 5 (beş) ay 1 (bir) gün müddətin ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 7 (yeddi) il 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanması müəyyən edilmiş, hökm təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 cəza təyini hissəsində də dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2025-ci il tarixli qərarından məhkum məhkum2 və müdafiəçisi müdafiəçi7, məhkum məhkum1 müdafiəçisi müdafiəçi4 və məhkum məhkum3 müdafiəçisi müdafiəçi12 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. IŞIN HALLARI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2025-ci il tarixli hökmünə əsasən məhkum2 təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 5 iyul 2022-ci il tarixdə saat 02 radələrində x rayonu, x kəndində yaşayan tanışları məhkum1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs1 və x rayonu, x kəndində yaşayan məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında x rayonu, x kəndində yaşayan zərərçəkmiş şəxs6 həmin kənddə yaşadığı fərdi yaşayış evinin birinci mərtəbəsinin bağlı vəziyyətdə olan pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində olan qonaq otağından 5 qram çəkidə, 425 (dörd yüz iyirmi beş) manat dəyərində, Rusiya istehsalı olan, 583 əyarlı bir cüt qızıl qadın sırğasını, 6 qram çəkidə, 510 (beş yüz on) manat dəyərində, Rusiya istehsalı olan, 583 əyarlı bir cüt qızıl qadın sırğasını, 5 qram çəkidə, 425 (dörd yüz iyirmi beş) manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı bir ədəd qızıl qadın üzüyünü, 6 qram çəkidə, 510 (beş yüz on) manat dəyərində, Rusiya istehsalı olan, 583 əyarlı bir ədəd qızıl qadın üzüyünü, 8 qram çəkidə, 680 (altı yüz səksən) manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı bir ədəd qızıl qadın boyunbağısını və 50 (əlli) manat məbləğində pulu oğurlamış, yəni zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 2600 (iki min altı yüz) manat dəyərində əmlakı gizli olaraq talamış, bundan sonra həmin tarixdə saat 02:30 radələrində məhkum1 və təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs6 yaşadığı fərdi yaşayış evinə əvvəlcədən evdə olmasım bildikləri ov tüfəngini və patronları talamaq məqsədi ilə qayıdaraq oradan 1955-ci ildə Ijevsk mexaniki silah zavodunda zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “ИЖК” modelli, “H 83774” nömrəli xarici çaxmaqlı, təklüləli yivsiz odlu ov silahı olan bir ədəd tüfəngi və zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz-hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən 18 (on səkkiz) ədəd patronu gizli olaraq talamış, daha sonra isə evi tərk edən zaman ümumi niyyətdən kənara çıxaraq törətdikləri cinayətin izini itirmək məqsədilə həmin evi əşyalarla birlikdə yandıraraq məhv etmək, həmçinin xx.xx.l946-cı ildə anadan olmuş zərərçəkmiş şəxs6 və onun ##.##.1966-cı ildə anadan olmuş arvadı zərərçəkmiş şəxs5 həmin vaxt evin ikinci mərtəbəsində yataq otağında yataraq aşkar surətdə köməksiz vəziyyətdə olduqlarını bilərək, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək, onları diri-diri yandırmaqla onlara xüsusi ağrılar, əzab və işgəncə verəcəyini dərk və arzu edərək onları qəsdən öldürmək qərarına gəlmiş, bu niyyətlə əvvəlcədən üzərində gətirdiyi kibritlə evin birinci mərtəbəsində olan qonaq otağının pərdəsini yandıraraq yaşayış evini tərk etmiş, evin birinci mərtəbəsi tamamilə yandıqdan və alov ikinci mərtəbəyə keçmişdir. Eyni zamanda yataq otağına keçdikdən sonra həmin vaxtı orada yatmış vəziyyətdə olan zərərçəkmiş şəxs6 və zərərçəkmiş şəxs5 baş vermiş yanğının tüstüsünə vaxtında oyanaraq dərhal evin həyətinə çıxaraq həyatlarını xilas etdiklərindən o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyib xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxs6 və zərərçəkmiş şəxs5 qəsdən öldürməyə, yəni iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, bundan başqa zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evini qəsdən yandırmaqla evin içərisində olan zərərçəkmiş şəxs6 və zərərçəkmiş şəxs5 məxsus 180,00 manat dəyərində 2 ədəd kreslosu ilə birlikdə divanın, 400,00 manat dəyərində 1 ədəd “Emersun” markalı televizorun, 100,00 manat dəyərində 1 ədəd televizor altlığının, 150,00 manat dəyərində 1 ədəd güzgülü dolabın, 150,00 manat dəyərində 1 ədəd 5 il bundan əvvəl alınmış yemək masasının, hər biri 10 manat dəyərində olmaqla təxminən 5 il bundan əvvəl alınmış ümumi dəyəri 60 manat olan 6 ədəd stulun, 600 manat dəyərində 1 ədəd təxminən 6 il bundan əvvəl alınmış mebel dəstinin, 500 manat dəyərində 1 ədəd təxminən 30 il bundan əvvəl alınmış yemək dəstgahının, 500 manat dəyərində 1 ədəd təxminən 30 il bundan əvvəl alınmış çay dəstgahının, 200 manat dəyərində 1 ədəd təxminən 30 il bundan əvvəl 6 ədəd bakalı ilə birlikdə alınmış kompot qrafininin, 20 ədəd hər biri 10 manat olmaqla, ümumilikdə 200 manat dəyərində meyvə qabının, 6 ədəd hər biri 30 manat olmaqla, ümumilikdə 180 manat dəyərində şirniyyat qabının, 150 manat dəyərində 1 ədəd 12 ədəd qabdan ibarət yemək dəstinin, 3 ədəd hər biri 200 manat olmaqla, ümumilikdə 600 manat dəyərində güldanın, 5 ədəd hər biri 70 manat olmaqla, ümumilikdə 350 manat dəyərində süfrənin, 3 ədəd hər biri 50 manat olmaqla, ümumilikdə 150 manat dəyərində yataq dəstinin, 5 ədəd hər biri 3x4 metr ölçüdə 700 manat olmaqla, ümumilikdə 3500 manat dəyərində xalçanın, 400 manat dəyərində 1 ədəd mətbəx mebelinin, 1 ədəd 30 ədəd boşqabdan, 30 ədəd bıçaqdan, 30 ədəd stəkandan, 30 ədəd qaşıqdan, 30 ədəd çəngəldən ibarət 400 manat dəyərində yemək dəstinin, 150 manat dəyərində 6 ədəd stulu ilə birlikdə 1 ədəd mətbəx masasının, 3 ədəd hər biri 100 manat olmaqla, ümumilikdə 300 manat dəyərində pərdənin, 150 manat dəyərində 1 ədəd çilçırağın, 30 manat dəyərində 01 ədəd çilçırağın, 200 manat dəyərində 1 ədəd 15 il bundan əvvəl alınmış mebel dəstinin, 50 manat dəyərində 1 ədəd təxminən 20 il bundan əvvəl alınmış 2 nəfərlik çarpayının, 6 ədəd hər biri 17-18 kiloqram çəkidə olan, işlənmiş, içərisi qoyun yunu ilə doldurulmuş, hər birinin qiyməti təxminən 100 manat olmaqla, ümumilikdə 600 manat dəyərində döşəyin, 6 ədəd hər biri 5-6 kiloqram çəkidə olan, işlənmiş, içərisi qoyun yunu ilə doldurulmuş, hər birinin qiyməti 40 manat olmaqla, ümumilikdə 240 manat dəyərində yorğanın, 30 manat dəyərində 1 ədəd təxminən 10 il bundan əvvəl alınmış kitab dolabının, 200 manat dəyərində 8 ədəd stulu ilə birlikdə təxminən 10 il bundan əvvəl alınmış yemək masasının, 5 ədəd hər biri 3x4 metr ölçüdə 300 manat olmaqla, ümumilikdə 1500 manat dəyərində xalçanın, 350 manat dəyərində 1 ədəd “iphone 8” markalı mobil telefonun, 3 ədəd hər biri 100 manat olmaqla 5 il bundan əvvəl alınmış, ümumilikdə 300 manat dəyərində pərdənin, 200 manat dəyərində 1 ədəd saz musiqi alətinin, 5 manat dəyərində 1 ədəd təxminən 5 il bundan əvvəl alınmış qadın pul kisəsinin, 200 manat dəyərində 1 ədəd kişi paltosunun, 100 manat dəyərində 1 ədəd heyvan dərisindən olan kişi papağının, hər biri 40 manat dəyərində 4 ədəd ümumilikdə 160 manat dəyərində kişi paltosunun, ümumilikdə 500 manat dəyərində 3 ədəd kişi kostyumunun, ümumilikdə 200 manat dəyərində 18 ədəd kişi köynəyinin, 40 manat dəyərində 1 ədəd kişi idman dəstinin, 20 manat dəyərində kişi idman ayaqqabısının, hər biri 20 manat olmaqla 2 ədəd ümumilikdə 40 manat dəyərində kişi cins şalvarının, 80 manat dəyərində 1 ədəd kişi paltosunun, 150 manat dəyərində 1 ədəd kişi yaz kostyumunun, hər biri 20 manat olmaqla ümumilikdə 60 manat dəyərində 3 ədəd uzunqol qış kişi köynəyinin, hər biri 5 manat olmaqla ümumilikdə 20 manat dəyərində 4 ədəd kişi alt tumanının, 500 manat dəyərində 1 ədəd qadın paltosunun, 150 manat dəyərində 1 ədəd dəri qadın paltosunun, hər biri 200 manat dəyərində 2 ədəd ümumilikdə 400 manat dəyərində qadın gödəkçəsinin, hər biri 75 manat dəyərində 4 ədəd ümumilikdə 300 manat dəyərində uzun qadın jaketinin, hər biri 30 manat dəyərində 5 ədəd ümumilikdə 150 manat dəyərində gödək qadın jaketinin, hər biri 150 manat dəyərində 10 ədəd ümumilikdə 1500 manat dəyərində qadın donunun, hər biri 30 manat dəyərində 10 ədəd ümumilikdə 300 manat dəyərində qadın köynəyinin, hər biri 30 manat dəyərində 4 ədəd ümumilikdə 120 manat dəyərində qadın ətəyinin, hər biri 40 manat dəyərində 5 ədəd ümumilikdə 200 manat dəyərində qadın ayaqqabısının, hər biri 40 manat dəyərində 5 ədəd ümumilikdə 200 manat dəyərində qadın çəkməsinin və 3700 manat məbləğində pul vəsaitinin yanması nəticəsində zərərçəkmiş şəxslərə 21965 (iyirmi bir min doqquz yüz altmış beş) manat, eləcə də, fərdi yaşayış evinin yanması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işləri ilə bağlı 18167 (on səkkiz min yüz otuz yeddi) manat məbləğində qiymətləndirilən evin təmir-tikintisində istifadə edilmiş materialların yanması nəticəsində zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs6 və onun arvadı zərərçəkmiş şəxs5 qızma məxsus cəmi 40132 (qırx min yüz otuz iki) manat dəyərində əmlakı qəsdən yandırıb məhv etməklə onlara xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrar özgənin əmlakını talamaq məqsədi ilə 17 iyul 2022-ci il tarixdə saat 01 radələrində on səkkiz yaşına çatmış şəxs kimi ##.##.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan, x rayonu x kəndində yaşayan tanışı təqsirləndirilən şəxs1 əldə edəcəkləri əmlakı aralarında böləcəyini vəd verib onu cinayətkar qrupa daxil edərək cinayətkar fəaliyyətə cəlb etməklə, x rayonu, x kəndində yaşayan tanışları təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs1 və məhkum1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 ünvanında yerləşən zərərçəkmiş şəxs2 Israfil oğlunun yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən ətrafı dəmir torla hasarlanmış, xırda buynuzlu heyvanları saxlamaq üçün nəzərdə tutulmuş saxlanc yerinə dəmir tordan keçmək yolu ilə qanunsuz daxil olaraq oradan hər biri 25-27 kiloqram çəkidə, 200 (iki yüz) manat dəyərində iki baş və 23-25 kiloqram çəkidə, 180 (bir yüz səksən) manat dəyərində bir baş, cəmi 580 (beş yüz səksən) manat dəyərində üç baş xırda buynuzlu heyvanları (quzuları) oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını talamaq məqsədi ilə 18 iyul 2022-ci il tarixdə saat 23:00 radələrində x rayonu x kəndində yaşayan tanışları məhkum1, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında x rayonu, x kənd sakini X5 məxsus olmaqla həmin kənddə yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən hamam otağının bağlı vəziyyətdə olan nəfəsliyini açmaq yolu ilə qanunsuz daxil olaraq həmin evin ikinci mərtəbəsində yerləşən qonaq otağından sonuncunun qardaşı zərərçəkmiş şəxs4 məxsus 300 (üç yüz) manat dəyərində bir ədəd 120 diaqonallı “Panasonic” markalı, işlənmiş televizoru oğurlamış, yəni gizli olaraq talamışdır. Eləcə də, məhkum2 təkrar özgənin əmlakını talamaq məqsədi ilə 20 iyul 2022-ci il tarixdə saat 01:00 radələrində x rayonu x kəndində yaşayan tanışları məhkum1, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında x rayonu, x kəndində yaşayan zərərçəkmiş şəxs3 həmin kənddə yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən tövləyə qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan bir baş 35-36 kiloqram çəkidə, 255 (iki yüz əlli beş) manat dəyərində və bir baş 33-34 kiloqram çəkidə, 235 (iki yüz otuz beş) manat dəyərində, cəmi 490 (dörd yüz doxsan) manat dəyərində iki baş xırda buynuzlu heyvanları (quzuları) oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını talamaq məqsədi ilə 21 iyul 2022-ci il tarixdə saat 17-18 radələrində x rayonu x kəndində yaşayan tanışları təqsirləndirilən şəxs3, məhkum1 və yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında x rayonu, x kəndində yaşayan zərərçəkmiş şəxs1 həmin kənddə yaşadığı fərdi yaşayış evinə birinci mərtəbəsinin bağlı vəziyyətdə olan qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 180 (bir yüz səksən) manat dəyərində, işlənmiş, “Redmi Note’’ markalı bir ədəd mobil telefonu, 3 (üç) manat dəyərində, işlənmiş, “Redmi Note-8” markalı mobil telefona məxsus yükləmə cihazını, 50 (əlli) manat dəyərində, bir ədəd işlənmiş, “Iphone-4” markalı mobil telefonu, 50 (əlli) manat dəyərində, bir ədəd işlənmiş, “Huavei” markalı mobil telefonu, 425 (dörd yüz iyirmi beş) manat dəyərində bir cüt 5 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızıl qadın sırğasını, 50 (əlli) manat dəyərində bir cüt 5 qram çəkidə gümüş qadın sırğasını və 276 (iki yüz yetmiş altı) manat məbləğində pul vəsaitini oğurlamış, yəni ümumilikdə zərərçəkmiş şəxs1 qızma məxsus 1034 (min otuz dörd) manat dəyərində əmlakı gizli olaraq talamışdır. O, təkrar özgənin əmlakını ələ keçirmə məqsədi ilə 25 iyul 2022-ci il tarixdə, saat 01:00 radələrində on səkkiz yaşına çatmış şəxs kimi ##.##.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan, x rayonu x kəndində yaşayan tanışı təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirtmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşya tətbiq etməklə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla bağlı olan basqın edib quldurluq etməklə əldə edəcəkləri əmlakı aralarında böləcəyini vəd verib onu cinayətkar qrupa daxil edərək ağır cinayətin törədilməsinə cəlb etməklə 25 iyul 2022-ci il tarixdə, saat 02 radələrində təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında ##.##.1954-cü ildə anadan olmuş X7 yaşadığı x rayonu, x kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gəlib həmin evin küçədə yerləşən elektrik sayğacından evə elektrik verilişini dayandırmış, bundan sonra təqsirləndirilən şəxs1 əvvəlcə evin hasarından evin həyətinə daxil olub evin darvazasının bağlı vəziyyətdə olan qapısının kilidini açmış, daha sonra evin həyətinə daxil olaraq evin həyətindəki yardımçı tikilinin qapısı bağlı olduğundan ilk öncə təqsirləndirilən şəxs1 həmin yardımçı tikiliyə yarım açıq vəziyyətdə olan pəncərəsindən daxil olduqda yaranmış səsə yuxudan oyanan x-in onunla birlikdə gecələyən qohumluq münasibətlərində olduğu, eyni zamanda qonşuluğunda yaşayan ##.##.1952-ci ildə anadan olmuş, x rayonu, x kənd sakini X8ma quldurcasına basqın edərək onunla əlbəyaxa olmuş, bundan sonra isə, pəncərədən içəri daxil olaraq X16 x-lə mübarizə aparmasından və ona qarşı müqavimət göstərmək, özünü müdafiə etmək imkanından məhrum olmasından istifadə edib onun qoca və yaşlı olmaqla aşkar surətdə onlara fiziki cəhətdən müqavimət göstərmək imkanına malik olmadığını görüb köməksiz vəziyyətdə olmasından istifadə edərək təkrar bir qrup şəxs halında xüsusi amansızlıqla quldurluq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlmiş, özü ilə gətirdiyi üzərində olan kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 215 mm, dəstəyinin uzunluğu 100 mm, ümumi uzunluğu 315 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə x-in həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə ardıcıl olaraq çoxsaylı zərbələr vurub sonuncuya ürəyin zirvəsinin zədələnməsindən törənən daxili qanitirmə nəticəsində baş vermiş hemorragik şok nəticəsində ölümünə səbəb olmuş dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid kəsilmiş-deşilmiş xəsarət yetirməklə bir qrup şəxs halında X8 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Yaranmış səs-küyə yuxudan oyanan x-in yatdığı çarpayıdan qalxaraq səs-küy salmasını görüb hərəkətlərini davam etdirərək ilk öncə əlində olan həmin bıçaqla sonuncunun qarın nahiyəsindən bir zərbə vuraraq xəsarət yetirib onu yenidən çarpayının üzərinə arxası üstə uzatdıqdan sonra bıçaqdan silah qismində istifadə edərək əlində nümayiş etdirməklə evdə olan qızıl əşyaların və pul vəsaitlərinin yerini bildirməsini tələb etdikdə x evdə olan əşyaları sadalayan zaman təqsirləndirilən şəxs1 həmin otaqda qiymətli əşyaları və pulları axtarmağa başlayıb x-ə məxsus 180 (bir yüz səksən) manat dəyərində, işlənmiş, “Samsung Galaxy A12” markalı bir ədəd mobil telefonu, 5 (beş) manat dəyərində, dəmir metaldan (qiymətli metal olmayan, bijuteriya) olan Çin istehsalı bir cüt qadın sırğasını və 65 (altmış beş) manat məbləğində pul vəsaitini tapıb götürərək ələ keçirmiş, daha sonra isə x-in qoca olmaqla aşkar surətdə onlara fiziki cəhətdən müqavimət göstərmək imkanına malik olmadığını görüb köməksiz vəziyyətdə olmasından istifadə edərək bir qrup şəxs halında xüsusi amansızlıqla quldurluq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə təqsirləndirilən şəxs1 otaqdan götürdüyü yastığı çarpayıda uzanmış vəziyyətdə olan x-in ağzına basaraq onun səs-küy salmasının qarşısını alıb müqavimətini qırmasından istifadə edərək o, x-in onlara qarşı müqavimət göstərmək, özünü müdafiə etmək imkanından məhrum olmasından istifadə edib hərəkətlərini davam etdirərək əlində olan bıçaqla x-in həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş və qarın nahiyələrinə ardıcıl olaraq çoxsaylı zərbələr vurub sonuncuya ürəyin və qara ciyərin zədələnməsi nəticəsində baş vermiş hemorragik şok nəticəsində ölümünə səbəb olmuş dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ürəyin sol mədəciyinin ön səthinin və qara ciyərin daxili qanitirmə ilə müşayiət olunan kəsilmiş-deşilmiş xəsarətlər yetirməklə bir qrup şəxs halında X7 qəsdən öldürmüşdür. Yəni, on səkkiz yaşına çatmış şəxs kimi yetkinlik yaşına çatmayan şəxsə vəd verib onu ağır cinayətin törədilməsinə cəlb etməklə, özgənin əmlakını ələ keçirtmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşya tətbiq etməklə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla bağlı olan basqın etməklə quldurluq etmiş, həmçinin təkrar bir qrup şəxs halında xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X8 və X7 quldurluq niyyətilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, bundan sonra törətdiyi cinayət əməllərini gizlətmək məqsədilə təqsirləndirilən şəxs1lə birlikdə yardımçı tikilinin daxilində olan əşyaları əvvəlcədən üzərində gətirdiyi alışqanla qəsdən yandıraraq hadisə yerini tərk etmiş, nəticədə x-ə məxsus əmlak olan yardımçı tikilinin və baş vermiş yanğın hadisəsi zamanı bitişik yerləşən ona məxsus fərdi yaşayış evinin içərisində olan 180 manat dəyərində təxminən 5-6 il bundan əvvəl alınmış 1 ədəd “Dnepr” markalı, Ukrayna istehsalı soyuducunun, 200 manat dəyərində 6 ay bundan əvvəl alınmış 1 ədəd tək divanın, 40 manat dəyərində təxminən 30 il bundan əvvəl alınmış, keçmiş SSRI dövlətində istehsal edilmiş, taxta materialdan, dəmir konstruksiyah 1 ədəd çarpayının, 30 manat dəyərində 30 il bundan əvvəl alınmış, keçmiş SSRI dövlətində istehsal edilmiş 1 ədəd rəngli televizorun, 20 manat dəyərində elektriklə işləyən 1 ədəd sərinkeşin, 50 manat dəyərində elektriklə işləyən 1 ədəd mətbəx sobasının, 20 manat dəyərində plastmas materialdan olan stol dəstinin 1 ədəd masasının, hər biri 15 manat dəyərində olmaqla, ümumilikdə 90 manat dəyərində 6 ədəd stulun, hər biri 30 manat dəyərində olmaqla, ümumilikdə 90 manat dəyərində 3 ədəd xalçanın, hər biri 10 manat dəyərində olmaqla, ümumilikdə 80 manat dəyərində 8 ədəd yastığın, hər biri 30manat dəyərində olmaqla, ümumilikdə 60 manat dəyərində 02 ədəd döşəyin, 20 manat dəyərində 1 ədəd yorğanın, hər biri 10 manat dəyərində olmaqla, ümumilikdə 20 manat dəyərində 2 ədəd ədyalın, 20 manat dəyərində 1 dəst məhrəbanın, 10 manat dəyərində 1 ədəd qadın şərfinin, 25 manat dəyərində 1 ədəd sobanın, 00 manat dəyərində 1 ədəd masanın, 40 manat dəyərində 1 ədəd dəmir konstruksiyah çarpayının, hər biri 30 manat olmaqla, ümumilikdə 60 manat dəyərində 2 ədəd döşəyin, 20 manat dəyərində 1 ədəd ədyalın, hər biri 150 manat dəyərində olmaqla, ümumilikdə 300 manat dəyərində 2 ədəd xalçanın, hər biri 30 manat dəyərində olmaqla, ümumilikdə 90 manat dəyərində 3 ədəd xalçanın, ümumilikdə 50 manat dəyərində 6 ədəd plastmas materialdan olan stulun, 15 manat dəyərində 1 ədəd dolabın, hər bir dəsti 3 manat dəyərində olmaqla, ümumilikdə 36 manat dəyərində 12 dəst stəkanın, 40 manat dəyərində 1 ədəd dəmir konstruksiyah çarpayının, 30 manat dəyərində 1 ədəd döşəyin, 20 manat dəyərində 1 ədəd yorğanın, 10 manat dəyərində 1 ədəd ədyalın, 40 manat dəyərində 1 ədəd xalçanın, 25 manat dəyərində 1 ədəd kreslonun, hər biri 40 manat dəyərində olmaqla, ümumilikdə 200 manat dəyərində 5 ədəd döşək üzlüyünün, 50 manat dəyərində ikinəfərlik çarpayının, 60 manat dəyərində 1 ədəd döşəyin, 30 manat dəyərində 1 ədəd yorğanın, hər biri 10 manat dəyərində olmaqla, ümumilikdə 20 manat dəyərində 2 ədəd yastığın, 10 manat dəyərində 1 ədəd ədyalın, 40 manat dəyərində 1 ədəd dəmir konstruksiyah çarpayının, hər biri 30 manat dəyərində olmaqla, ümumilikdə 90 manat dəyərində 3 ədəd döşəyin, hər biri 20 manat dəyərində olmaqla, ümumilikdə 80 manat dəyərində 4 ədəd yorğanın, hər biri 15 manat olmaqla, ümumilikdə 600 manat dəyərində 40 ədəd yastığın, 70 manat dəyərində 1 ədəd avtomatik su qızdırıcısının, 150 manat dəyərində 1 ədəd tozsoranın yanması nəticəsində zərərçəkmiş şəxsə 3271 (üç min iki yüz yetmiş bir) manat, eləcə də, fərdi yaşayış evinin yanması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir- tikinti işləri ilə bağlı 21236 (iyirmi bir min iki yüz otuz altı) manat məbləğində qiymətləndirilən evin təmir-tikintisində istifadə edilmiş materialların yanması nəticəsində zərərçəkmiş şəxs X7ma məxsus cəmi 24507 (iyirmi dörd min beş yüz yeddi) manat dəyərində əmlakı qəsdən yandırıb məhv etməklə ona xeyli miqdarda ziyan vurmuşdur. məhkum1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 iyul 2022-ci il tarixdə saat 02 radələrində on səkkiz yaşına çatmış şəxs kimi ##.##.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan, x rayonu x kəndində yaşayan tanışı təqsirləndirilən şəxs1 əldə edəcəkləri əmlakı aralarında böləcəyini vəd verib onu cinayətkar qrupa daxil edərək cinayətkar fəaliyyətə cəlb etməklə, x rayonu, x kəndində yaşayan məhkum2, təqsirləndirilən şəxs1 və x rayonu, x kəndində yaşayan məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında x rayonu, x kəndində yaşayan zərərçəkmiş şəxs6 həmin kənddə yaşadığı fərdi yaşayış evinə birinci mərtəbəsinin bağlı vəziyyətdə olan pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində olan qonaq otağından 5 qram çəkidə, 425 (dörd yüz iyirmi beş) manat dəyərində, Rusiya istehsalı olan, 583 əyarlı bir cüt qızıl qadın sırğasını, 6 qram çəkidə, 510 (beş yüz on) manat dəyərində, Rusiya istehsalı olan, 583 əyarlı bir cüt qızıl qadın sırğasını, 5 qram çəkidə, 425 (dörd yüz iyirmi beş) manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı bir ədəd qızıl qadın üzüyünü, 6 qram çəkidə, 510 (beş yüz on) manat dəyərində, Rusiya istehsalı olan, 583 əyarlı bir ədəd qızıl qadın üzüyünü, 8 qram çəkidə, 680 (altı yüz səksən) manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı bir ədəd qızıl qadın boyunbağısını və 50 (əlli) manat məbləğində pulu oğurlamış, yəni zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 2600 (iki min altı yüz) manat dəyərində əmlakı gizli olaraq talamış, bundan sonra həmin tarixdə saat 02:30 radələrində on səkkiz yaşına çatmış şəxs kimi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs6 yaşadığı fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan oğurlayacaqları silahın və patronların satışından əldə edəcəyi mənfəətdən müəyyən hissəsini verəcəyinə dair vəd verib onu cinayətkar qrupa daxil edərək ağır cinayətin törədilməsinə cəlb etməklə təqsirləndirilən şəxs1 və məhkum2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs6 yaşadığı fərdi yaşayış evinə əvvəlcədən evdə olmasını bildikləri ov tüfəngini və patronları talamaq məqsədi ilə qayıdaraq oradan 1955-ci ildə Ijevsk mexaniki silah zavodunda zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “ИЖК” modelli, “H 83774” nömrəli xarici çaxmaqlı, təklüləli yivsiz odlu ov silahı olan bir ədəd tüfəngi və zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz- hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən 18 (on səkkiz) ədəd patronu gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını talamaq məqsədi ilə 17 iyul 2022-ci il tarixdə saat 01 radələrində x rayonu x kəndində yaşayan tanışları məhkum2, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs4 və yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 ünvanında yerləşən zərərçəkmiş şəxs2 Israfil oğlunun yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən ətrafı dəmir torla hasarlanmış, xırda buynuzlu heyvanları saxlamaq üçün nəzərdə tutulmuş saxlanc yerinə dəmir tordan keçmək yolu ilə qanunsuz daxil olaraq oradan hər biri 25-27 kiloqram çəkidə, 200 (iki yüz) manat dəyərində iki baş və 23-25 kiloqram çəkidə, 180 (bir yüz səksən) manat dəyərində bir baş, cəmi 580 (beş yüz səksən) manat dəyərində üç baş xırda buynuzlu heyvanları (quzuları) oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını talamaq məqsədi ilə 18 iyul 2022-ci il tarixdə saat 23 radələrində x rayonu x kəndində yaşayan tanışları məhkum2, təqsirləndirilən şəxs3 və X3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında x rayonu, x kənd sakini X5 məxsus olmaqla həmin kənddə yerləşən fərdi yaşayış evinə birinci mərtəbəsində yerləşən hamam otağının bağlı vəziyyətdə olan nəfəsliyini açmaq yolu ilə qanunsuz daxil olaraq həmin evin ikinci mərtəbəsində yerləşən qonaq otağından sonuncunun qardaşı zərərçəkmiş şəxs4 məxsus 300 (üç yüz) manat dəyərində bir ədəd 120 diaqonalh “Panasonic” markalı, işlənmiş televizoru oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını talamaq məqsədi ilə 20 iyul 2022-ci il tarixdə saat 01 radələrində x rayonu x kəndində yaşayan tanışları məhkum2, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında x rayonu, x kəndində yaşayan zərərçəkmiş şəxs3 həmin kənddə yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən tövləyə qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan bir baş 35-36 kiloqram çəkidə, 255 (iki yüz əlli beş) manat dəyərində və bir baş 33-34 kiloqram çəkidə, 235 (iki yüz otuz beş) manat dəyərində, cəmi 490 (dörd yüz doxsan) manat dəyərində iki baş xırda buynuzlu heyvanları (quzuları) oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını talamaq məqsədi ilə 21 iyul 2022-ci il tarixdə saat 17-18 radələrində on səkkiz yaşına çatmış şəxs kimi ##.##.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan, x rayonu x kəndində yaşayan tanışı təqsirləndirilən şəxs1 əldə edəcəkləri əmlakı aralarında böləcəyini vəd verib onu cinayətkar qrupa daxil edərək cinayətkar fəaliyyətə cəlb etməklə, x rayonu, x kəndində yaşayan tanışları məhkum2, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında x rayonu, x kəndində yaşayan zərərçəkmiş şəxs1 həmin kənddə yaşadığı fərdi yaşayış evinə birinci mərtəbəsinin bağlı vəziyyətdə olan qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 180 (bir yüz səksən) manat dəyərində, işlənmiş, “Redmi Note 8” markalı bir ədəd mobil telefonu, 3 (üç) manat dəyərində, işlənmiş, “Redmi Note-8” markalı mobil telefona məxsus yükləmə cihazını, 50 (əlli) manat dəyərində, bir ədəd işlənmiş, “Iphone-4” markalı mobil telefonu, 50 (əlli) manat dəyərində, bir ədəd işlənmiş, “Huavei” markalı mobil telefonu, 425 (dörd yüz iyirmi beş) manat dəyərində bir cüt 5 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızıl qadın sırğasını, 50 (əlli) manat dəyərində bir cüt 5 qram çəkidə gümüş qadın sırğasını və 276 (iki yüz yetmiş altı) manat məbləğində pul vəsaitini oğurlamış, yəni ümumilikdə zərərçəkmiş şəxs1 qızma məxsus 1034 (bir min otuz dörd) manat dəyərində əmlakı gizli olaraq talamışdır. məhkum3 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 iyul 2022-ci il tarixdə saat 02 radələrində x rayonu x kəndində yaşayan tanışları məhkum2, məhkum1 və yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında x rayonu, x kəndində yaşayan zərərçəkmiş şəxs6 həmin kənddə yaşadığı fərdi yaşayış evinə birinci mərtəbəsinin bağlı vəziyyətdə olan pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində olan qonaq otağından 5 qram çəkidə, 425 (dörd yüz iyirmi beş) manat dəyərində, Rusiya istehsalı olan, 583 əyarlı bir cüt qızıl qadın sırğasını, 6 qram çəkidə, 510 (beş yüz on) manat dəyərində, Rusiya istehsalı olan, 583 əyarlı bir cüt qızıl qadın sırğasını, 5 qram çəkidə, 425 (dörd yüz iyirmi beş) manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı bir ədəd qızıl qadın üzüyünü, 6 qram çəkidə, 510 (beş yüz on) manat dəyərində, Rusiya istehsalı olan, 583 əyarlı bir ədəd qızıl qadın üzüyünü, 8 qram çəkidə, 680 (altı yüz səksən) manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı bir ədəd qızıl qadın boyunbağısını və 50 (əlli) manat məbləğində pulu oğurlamış, yəni zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 2600 (iki min altı yüz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. KASSASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum məhkum2 müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, digər təqsirləndirilən şəxslərin ifadələrindən də görünür ki, bütün cinayət hadisələrini x təşkil etmişdir. Onları cinayət törətməkdə x sövq etmiş, x onları evə salmış, özü isə problem yaşamamaq üçün uzaqda dayanmışdır. Sonra isə digər təqsirləndirilən şəxslər əldə etdiklərini x-ə verirmişlər. Təqsirləndirirlən şəxs məhkum3 öz ifadəsində qeyd etmişdir ki, x-in x oğurluğa getməyi təklif etdiyini görmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis1 ifadəsində göstərmişdir ki, bütün bu işlərin başında x dayanır. Yuxarıda qeyd olunanlardan aydın olur ki, məhkum2 digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 cinayətkar fəaliyyətə cəlb etməmişdir. Onu aldatma yolu ilə məhkum1 cinayətkar fəaliyyətə cəlb etmişdir. Buna baxmayaraq məhkəmə məhkum2 CM-in 170.3-cü maddəsi ilə təqsirli bilmişdir. Halbuki, CM-in 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə cinayət sayılır. məhkum2 CM-in 181.3.3-cü maddəsinə əsasən ittiham elan olunmuşdur. Zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədilmiş quldur basqını o halda mövcud olacaqdır ki, basqına məruz qalan şəxsin sağlamlığına CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş nəticələrdən hər hansı birində ifadə olunmuş zərər vurulsun. məhkum2 isə zərərçəkmiş şəxslərin heç birinin sağlamlığına zərər vurmamışdır. Əksinə ev sahibi x bıçaqla onun ayağını vurub, fırlanmaq istəyəndə isə bıçaq onun qoluna dəymişdir. məhkum2 özü xəsarət almışdır. CM-in 186.2.2-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda bu cinayətin ağırlaşdırıcı tərkib əlamətləri kimi nəzərdə tutulur. Yandırma dedikdə müxtəlif yandırıcı maddələrdən və ya əmlakın özünün yana bilmək xüsusiyyətindən istifadə edərək əmlakı məhv etmə və ya zədələmə başa düşülür. Təqsirləndirirlən şəxs məhkum2 heç zaman evləri yandırmaq kimi niyyəti olmamışdır. Həmçinin məhkum2 CM-in 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9, 120.2.10, 120.2.11-ci maddələri ilə ittiham elan olunmuşdur. Halbuki, x qadınları öldürməmişdir. Bunu x etmişdir.x-lə danışanda isə x qadınları öldürdüyünü etiraf etmişdir. x özü x tərəfindən yaralanmış, ürək bulanması, baş gicəllənməsi hiss etmişdir. x içəri daxil olarkən x-in Həqiqətlə əlbəyaxa olduğunu görmüş, x-i çıxarmağa çalışmışdır. x qadını itələdikdən sonra qaçmışdır. Bu zaman qadın yıxılmışdır. x qadını çevirəndə ondan qan gəldiyini görmüş və qadının öldüyünü anlamışdır. x qadına bıçaq vurmuşdur. x-in isə ağzına yastıq basaraq bıçaqlamışdır. Iş materiallarından və məhkəmənin qəbul etmiş olduğu qərardan aydın olur ki, məhkum2 qadınları öldürməmişdir, əksinə özü yaralanmışdır. Evin yanmasından isə sonradan xəbəri olmuşdur və evi yandırmaq kimi bir niyyəti olmamışdır. Həmçinin digər təqsirləndirirlən şəxs x özü x-ə oğurluq etməyi təklif etmişdir. x məhkum1 tərəfindən cinayət törətməyə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs məhkum2 gənc olmasını, anasının yataq xəstəsi olmasını, kənddə hamının xeyrində, şərində iştirakını yüngülləşdirən hal kimi nəzərə alıb, onun barəsində cəza təyin edərkən ömürlük deyil, azadlıqdan məhrum etmə növündə cəza təyin edə bilərdi. Eyni zamanda göstərmək istəyirəm ki, məhkum2la bağlı araşdırma obyektiv aparılmamışdır. Gəncə Apellyasiya Məhkəməsində verilmiş vəsatətlər heç bir hüquqi əsas olmadan təmin edilməmişdir. Belə ki, təqsirləndirilən şəxs psixoloji pozuntuları vardır. Törətmiş olduğu hərəkətlərin mahiyyətini dərk etmir. Bu səbəbdən onun ambulator yox, stasionar qaydada müayinə olunması zəruri idi. Həmçinin cinayət işində aparılmış ekspertizaların təkrar aparılması zərurəti yaranmışdır. Çünki, ekspert qarşısında qoyulmuş suallar iş materiallarına tam əhatə etməmişdir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2025-ci il tarixli qərarının məhkum2 aid hissədə ləğv edilməsi və cinayət işinin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərarın qəbul edilməsini xahiş edir. Məhkum məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağı instansiya məhkəmələri barəsində olan cinayət işinə düzgün baxmamış, polis əməkdaşları tərəfindən döyülməsini nəzərə almamış, vəsatətlərini təmin etməmişdir. Yaşını, himayəsində İ qrup əlil anasının, 2 dəfə infarkt keçirmiş atasının olmasını nəzərə alaraq müvafiq qərarın qəbul edilməsini xahiş edir. Məhkum məhkum1 müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum1 əməlində nə CM-in 170-ci maddəsinin, nə də 232-ci maddəsinin tərkib hissəsi mövcud deyildir. CM-in 177-ci maddəsi ilə isə maddi ziyan ödənilmişdir. Belə ki, ittiham aktında qeyd olunan silahın guya evindən talanaraq aparılan şəxs x adlı şəxs qeyd edir ki, onun evində ümumiyyətlə silah olmamışdır. Yəni talama cinayətinin tərkibindən də aydın görünür ki, talama cinayətinin törədilməsi üçün talanmış əmlakın kimə məxsus olması vacib şərtdir. Həmçinin həmin x adlı şəxs öz ifadəsində qeyd etmişdir ki, həmin silahı x onu vurmaq üçün özü ilə gətirmişdir. Göründüyü kimi bu hal da məhkum1 əməlində Cinayət Məcəlləsinin 232-ci maddəsinin olmasını istisna edir. məhkum1 özü anadan olandan belə kifayət qədər psixi xəstəlikləri mövcuddur. Qazaxda və Maştağada müalicə olunmuş lakin müalicənin xeyri olmamışdır. Eyni zamanda azyaşlı x isə zahiri görünüşündən görünür ki, onun azyaşlı olması halı təsiri bağışlamır. Həmçinin azyaşlı x qeyd edir ki, onu bu cinayətə x deyil x adlı şəxs cəlb etmişdir. Təyin edilmiş cəza kifayət qədər ağır cəzadır. Belə ki iş üzrə olan maddi ziyan tam şəkildə ödənilmişdir. Bu barədə zərərçəkmiş şəxslərin notarial qaydada ərizələri də mövcuddur. Hətta ilkin istintaq dövrü belə bunların barəsində ziyan ödənməmişdir deyə həbs qətimkan tədbiri seçilmişdir, maddi ziyan ödənildikdən sonra isə Gəncə Apelyasiya Məhkəməsinin müvafiq qərarı ilə qətimkan tədbiri dəyişdirilmişdir. Hazırda məhkum1 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar mövcuddur. O ilk dəfədir ki cinayət işinə cəlb olunur, barəsində yaşayış yerində müsbət xarakteristika olunması arayışı mövcuddur, heç bir şikayət və tələb yoxdur. Eyni zamanda həmin maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzası da mövcuddur. Göründüyü kimi məhkum1 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsində təqsirləndirilir, cinayət işin istintaqı dövründə istintaq orqanlarına fəal köməklik göstərmiş, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəmiş, yəni ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlər etmiş və zərərçəkmişlərin hamısı ilə barışıq əldə etmişdir. Məhkəmə cəza təyin edərkən cinayətin məqsədi və motivini, məhkum1 cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların olmasını, o cümlədən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə almamışdır. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2025-ci il tarixli qərarını məhkum məhkum1 aid hissədə dəyişdirilərək məhkum1 barəsində CM-in 170 və 232-ci maddələrinə münasibətdə ittihamdan xaric olunması və CM-in 177-ci maddəsinə əsasən ziyan ödənildiyi üçün onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsi, bu mümkün olmadıqda ona verilən azadlıqdan məhrum etmə cəzası CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 ilə endirilməsi, bu da mümkün olmadıqda 10 ildən minimum həddə 5 il 5 aya endirilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Məhkum məhkum3 müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi qanunun tələblərinə formal yanaşmış, məhkumun şəxsiyyətini xarakterizə edən məlumatları lazımınca qiymətləndirmədən, onun barəsində məsuliyyəti yüngülləşdirən halların kifayət qədər artıq olmasını nəzərə almadan ona təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzasını dəyişdirmədən saxlamışdır. Belə ki, təqsirləndirilən şəxs məhkum3 ilə birgə oğurluq hadisəsi törətmiş qrup üzvlərinin digər nümayəndələri də x kimi CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən onların barəsində də azadlıdan məhrum etmə cəzası verilmiş və məhkəmə iclas zalından dərhal həbs olunmuşlar. Lakin onların verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmiş, onlar təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan alternativ cəza ilə məhkəmə iclas zalında həbsdən azad olunmuşlar. Lakin məhkum3 münasibətdə cəza dəyişdirilmədən saxlanılmışdır. məhkum3 digər məhkumlardan fərqli olaraq müharibə iştirakçısıdır. O, müharibədə aldığı xəsarətlərə görə səhhətində ciddi sağlamlıq problemləri vardır. Medallarla təltif olunmuşdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır. məhkum3 ilə birgə oğurluq edən digər şəxslər birinci instansiya məhkəməsində ifadələrində qeyd etmişlər ki, onlar oğurluq etdikləri digər evlərdə evdə olan şəxsləri öldürmüş, daha sonra evi yandırmışlar. məhkum3 ilə birgə girdikləri evdə də səs gəldiyini eşidib evə qalxıb evdəki şəxsləri öldürmək istədikdə x onlara mane olmuş nəticədə zərərçəkmiş şəxslər həyatda qalmış, daha bir ağır cinayətin qarşısı alınmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs məhkum3 cəza verilməməsini xahiş etmişdir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin 24 noyabr 2025-ci tarixli qərarının dəyişdirilərək, məhkum3 barəsində olan yüngülləşdirici halları nəzərə alıb onu təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi müdafiəçi7 kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, məhkum və özü tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsini, digər kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi müdafiəçi4 verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkum məhkum2 kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, heç kimi öldürmədiyini, əksinə özü xəsarət aldığını bildirib özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumlar məhkum2 və məhkum1 barəsində verilmiş kassasiya şikayətlərində onlara dair qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, həmçinin təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum məhkum3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində isə məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2025ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2025-ci il tarixli qərarı isə məhkum2, məhkum1 və məhkum3 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum məhkum2 və məhkum1 verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. məhkum2 və məhkum1 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə, məhkum2 münasibətdə həmçinin CM-in 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9, 120.2.10, 120.2.11, 181.3.3 və 186.2.2-ci ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini öyrənərkən müəyyən olunur ki, müdafiə tərəfləri məhkum2 və məhkum1, onlara verilmiş ittihamı ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyi, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edildiyi barədə iddialarını yeni faktiki hallardan (hər birinin törədilmiş əməllərdə başqa şəxsi təqsirli bilməsi kimi və s.) çıxış edərək məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərinə (o cümlədən, məhkum edilmiş şəxsin əməllərində cinayət tərkibinin olmaması haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Müdafiə tərəflərindən verilmiş kassasiya şikayətlərində əməllərində cinayətlər tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi bu şikayətlərin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Məhkum məhkum2 və müdafiəçisinin kassasiya şikayətlərində irəli sürdüyü dəlillər iş üzrə toplanmış, məhkəmə iclasında bilavasitə tədqiq olunmuş və qarşılıqlı şəkildə yoxlanılmış sübutların məcmusu ilə tam təkzib olunduğundan əsassız hesab edilməlidir. Iş materiallarından müəyyən olunur ki, məhkum2 uzun müddət ərzində digər şəxslərlə əlbir olaraq sistemli şəkildə oğurluq, quldurluq və digər ağır cinayətlərin törədilməsində iştirak etmiş, cinayətkar fəaliyyətin fəal iştirakçısı olmuşdur. Onun müdafiə tərəfinin təqdim etdiyi kimi təsadüfi şəkildə hadisələrə cəlb olunmuş, iradəsiz və ya yalnız digər şəxslərin təsiri altında hərəkət etmiş şəxs olması barədə versiya işin faktiki halları ilə uzlaşmır. Belə ki, məhkum2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında verdiyi ifadələrində çoxsaylı oğurluq hadisələrində iştirak etdiyini açıq şəkildə etiraf etmişdir. O, x-in evinə məhkum1, təqsirləndirilən şəxs1 və x-lə birlikdə getdiklərini, həyətə daxil olduqlarını, evə qanunsuz girdiklərini, oradan qızıl-zinət əşyaları və pul götürdüklərini, daha sonra isə ikinci dəfə geri qayıdaraq tüfəngi oğurladıqlarını ətraflı təsvir etmişdir. Hətta özü etiraf etmişdir ki, pəncərədə qalan əl izlərini və tüstü izlərini gizlətmək məqsədilə pərdəni qoparıb yandırmışlar. Bu hallar göstərir ki, məhkum2 yalnız hadisə yerində olan müşahidəçi deyil, oğurluq və sonrakı izlərin gizlədilməsi prosesində bilavasitə iştirak edən şəxs olmuşdur. Müdafiəçinin “evi yandırmaq niyyəti olmayıb” arqumenti də iş üzrə müəyyən edilmiş faktlarla ziddiyyət təşkil edir. Belə ki, məhkum2 öz ifadəsində qan izlərini və əl izlərini gizlətmək məqsədilə salfet və parçaların yandırıldığını etiraf etmişdir. Hadisədən dərhal sonra yaşayış evində yanğının baş verməsi, yanğın nəticəsində külli miqdarda əmlakın məhv olması və zərərçəkmiş şəxslərin ifadələri həmin əməlin təsadüfi deyil, cinayətin izlərini gizlətməyə yönəlmiş hərəkət olduğunu təsdiq edir. X22 və zərərçəkmiş şəxs5 ifadələri ilə müəyyən olunur ki, ev tamamilə yanmış, ailəyə xüsusilə külli miqdarda maddi ziyan dəymişdir. Həmçinin zərərçəkmiş şəxs5 açıq şəkildə bildirmişdir ki, evin x və x tərəfindən yandırıldığını hesab edir. Bu baxımdan CM-in 186.2.2-ci maddəsinin tətbiqi tam qanuni və əsaslı olmuşdur. Müdafiəçinin əsas arqumentlərindən biri ondan ibarət olmuşdur ki, bütün hadisələrin təşkilatçısı guya yalnız məhkum1 olmuş, digər şəxslər isə onun təsiri altında hərəkət etmişlər. Lakin CM-in müddəalarına görə cinayətin təşəbbüskarının kim olması digər iştirakçıların məsuliyyətini aradan qaldırmır. Iş materiallarından görünür ki, məhkum2 cinayətkar qrupun fəal üzvü olmuş, müxtəlif epizodlarda evlərə daxil olmuş, oğurluq etmiş, oğurlanmış əmlakın daşınması və bölüşdürülməsində iştirak etmişdir. O, quzu oğurluqlarında, televizor oğurluğunda, müxtəlif yaşayış evlərinə qanunsuz daxilolmalarda iştirak etdiyini özü etiraf etmişdir. Zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri də bunu təsdiq edir. Belə ki, zərərçəkmiş zərərçəkmiş şəxs2 ifadəsi ilə müəyyən olunur ki, ona məxsus 3 baş quzu oğurlanmış, sonradan həmin oğurluğun məhkum2, təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs4 və məhkum1 tərəfindən törədildiyi məlum olmuşdur. Eyni qaydada şahid zərərçəkmiş şəxs3 da ona məxsus iki baş quzunun x, x, x və x tərəfindən oğurlandığını bildirmişdir. Həmçinin zərərçəkmiş zərərçəkmiş şəxs4 ifadəsi ilə müəyyən olunur ki, qardaşına məxsus evdən televizor oğurlanmış, həmin oğurluqda məhkum2 da iştirak etmişdir. məhkum2 özü də televizor oğurluğunda iştirak etdiyini etiraf etmişdir. Bütün bunlar göstərir ki, məhkum2 ayrı-ayrı təsadüfi hadisələrin iştirakçısı deyil, davamlı cinayətkar fəaliyyət göstərən qrupun fəal üzvü olmuşdur. Müdafiəçinin onu yalnız “x-ın təsiri altına düşmüş gənc” kimi təqdim etməsi iş materialları ilə uzlaşmır. CM-in 170.3-cü maddəsi ilə bağlı müdafiə tərəfinin arqumentləri də əsassızdır. Iş materiallarından görünür ki, azyaşlı təqsirləndirilən şəxs1 müxtəlif ağır cinayətlərin törədilməsinə sistemli şəkildə cəlb edilmişdir. məhkum2 özü də ifadələrində x-lə birlikdə çoxsaylı oğurluq və digər cinayət hadisələrində iştirak etdiyini təsdiq etmişdir. x-in azyaşlı olması bütün iştirakçılara məlum olmuş, buna baxmayaraq o, cinayətkar fəaliyyətə cəlb edilmişdir. Bu baxımdan məhkum2 həmin maddə üzrə məsuliyyətə cəlb olunması qanuni olmuşdur. Müdafiəçinin məhkum2 adam öldürmə cinayətində iştirak etmədiyi, ölümcül xəsarətləri yalnız x-in yetirdiyi barədə dəlilləri də hüquqi və faktiki baxımdan əsassızdır. Iş üzrə müəyyən olunmuşdur ki, məhkum2 və təqsirləndirilən şəxs1 gecə vaxtı yaşayış evinə qanunsuz daxil olmuş, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etmiş, nəticədə iki nəfər öldürülmüşdür. məhkum2 özü də etiraf etmişdir ki, hadisə zamanı x ilə fiziki təmasda olmuş, onu “qalxmasın deyə tutduğunu”, qadınlardan pul və qızılın yerini soruşduğunu bildirmişdir. O, həmçinin etiraf etmişdir ki, hadisə yerindən telefon, kaşlok və digər əşyalar götürülmüşdür. CM-in tələblərinə görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq və ya digər ağır cinayət törədilərkən ölüm nəticəsi baş verdikdə, ölümcül zərbənin konkret hansı şəxs tərəfindən vurulmasının ayrıca müəyyən edilməməsi digər iştirakçıları məsuliyyətdən azad etmir. məhkum2 hadisə yerində olmuş, cinayətkar niyyəti bölüşmüş, zərərçəkmişlərin müqavimətini aradan qaldırmağa yönəlmiş hərəkətlər etmiş və hadisədən sonra cinayətin izlərini gizlətməyə cəhd göstərmişdir. Buna görə də onun CM-in 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9, 120.2.10 və 120.2.11-ci maddələri ilə məsuliyyətə cəlb olunması tam əsaslı olmuşdur. Müdafiəçinin “x özü yaralanıb” arqumenti də onun məsuliyyətini aradan qaldırmır. Əksinə, həmin hal onun hadisə yerində bilavasitə iştirak etdiyini təsdiq edən əlavə sübutdur. Şahid şahid5 da x-i hadisədən dərhal sonra yaralı vəziyyətdə gördüyünü, qolundan qan axdığını və sifətində sıyrıqlar olduğunu təsdiq etmişdir. məhkum2 özü də x-in ona bıçaqla xəsarət yetirdiyini etiraf etmişdir. Bu hallar onun hadisə yerində aktiv iştirak etdiyini bir daha sübut edir. Müdafiəçinin istintaqın guya qeyri-obyektiv aparılması, x-ə işgəncə verilməsi və ifadələrin təzyiq altında alınması barədə iddiaları da inandırıcı hesab edilə bilməz. Belə ki, məhkum2 müxtəlif mərhələlərdə verdiyi ifadələr hadisələrin ümumi mexanizmi ilə uyğunluq təşkil etmiş, zərərçəkmişlərin, şahidlərin ifadələri, maddi sübutlar və ekspertiza rəyləri ilə təsdiqlənmişdir. O, müxtəlif epizodlar üzrə cinayətlərin törədilmə üsulunu, iştirakçıları, oğurlanmış əşyaları və sonrakı hərəkətləri detallı şəkildə təsvir etmişdir. Bu cür təfərrüatlı məlumatların yalnız təzyiq nəticəsində formalaşdırılması inandırıcı deyildir. Əksinə, iş materiallarında olan səs yazıları göstərir ki, məhkum2 və yaxınları cinayət məsuliyyətindən yayınmaq məqsədilə digər şəxslərin ifadələrinin dəyişdirilməsinə cəhd etmişlər. Belə ki, şahid4 təqdim etdiyi CD diskdə olan səs yazılarından müəyyən olunur ki, məhkum2 və anası şahid17 məhkum1 ifadə verərək bütün ölüm hadisəsini təqsirləndirilən şəxs1 üzərinə götürməsinə nail olmağa çalışmışlar. Səs yazılarında “x desin ki, x mənə dedi qadınları öldürüb yandırmışam”, “ölüm işini boynuna götürsün” kimi ifadələr açıq şəkildə səsləndirilmişdir. Bu hallar müdafiə tərəfinin təqdim etdiyi versiyanın sonradan məsuliyyətdən yayınmaq məqsədilə formalaşdırıldığını göstərir. Müdafiəçinin məhkum2 psixoloji problemlərinin olması və stasionar ekspertiza keçirilməsinin zəruri olması barədə arqumentləri də iş materialları ilə təsdiqlənmir. Iş üzrə aparılmış ekspertizalar nəticəsində onun anlaqsız vəziyyətdə olması müəyyən edilməmişdir. Əksinə, hadisələrin planlaşdırılması, oğurluq obyektlərinin seçilməsi, izlərin gizlədilməsi, oğurlanmış əşyaların satılması və iştirakçılar arasında bölgünün aparılması onun öz hərəkətlərinin ictimai təhlükəli xarakterini dərk etdiyini və onları idarə etmək qabiliyyətinə malik olduğunu göstərir. Belə ki, cinayət işinin materiallarında olan məhkum2 barəsində təyin edilmiş məhkəməpsixoloji ekspertizasının 26 sentyabr 2022-ci il tarixli 209 nömrəli rəyindən görünür ki, məhkum2 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. məhkum2 yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakter və mənasını anlamışdır və hazırda da anlayır. məhkum2 tərəfindən edilən hüquqazidd hərəkətlərdən əvvəl baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi-emosional halda olmuşdur. məhkum2 əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olan gerilik əlamətləri müşahidə edilmir. məhkum2 uydurmağa, yalan danışmağa meyilli deyildir. Məhkum məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iş materialları, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin öz etirafedici ifadələri, digər təqsirləndirililən və şahid ifadələri ilə tam təkzib olunduğundan əsassız hesab edilməlidir. Belə ki, müdafiə tərəfi məhkum1 əməlində CM-in 170 və 232-ci maddələrinin tərkib əlamətlərinin olmadığını iddia etsə də, iş üzrə toplanmış sübutların məcmusu bunun əksini təsdiq edir. Işin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş məhkum1 öz ifadəsində cinayət hadisələrinin bir çox epizodlarında iştirak etdiyini açıq şəkildə etiraf etmişdir. O, x, x, x, x, x və x-lə birlikdə əvvəlcədən razılaşmaqla müxtəlif yaşayış evlərinə və tövlələrə daxil olaraq oğurluq etdiklərini, quzuları aparıb satdıqlarını, əldə olunan pulları öz aralarında bölüşdürdüklərini ətraflı təsvir etmişdir. Təqsirləndirilən şəxsin “əvvəldən quzuların gəldiyi yeri bilirdik”, “məsləhətləşib evə girmək istədik”, “televizoru götürüb satdıq və pulu bölüşdürdük”, “quzuları aparıb satdıq və pulu bölüşdürdük” kimi ifadələri onun cinayətkar niyyətlə əvvəlcədən razılaşmış qrupun aktiv iştirakçısı olduğunu birbaşa sübut edir. Bu hallar müdafiə tərəfinin məhkum1 təsadüfi şəkildə hadisələrə qoşulması barədə iddialarını tamamilə əsassız edir. Müdafiəçi tərəfindən CM-in 232-ci maddəsinin tətbiqinin əsassız olduğu göstərilsə də, məhkum1 öz ifadələri əksinə olaraq silahın qanunsuz dövriyyəsində iştirak etdiyini təsdiq edir. Belə ki, o, hadisədən sonra silahın ona verildiyini, həmin tüfəngi bir neçə gün saxladığını, daha sonra başqa şəxsə pul müqabilində verdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxsin “tüfəngi mənə saxlaması üçün verdilər”, “3-4 gün sonra gəlib götürdülər”, “qarşılığında 180 manat verdilər”, “tüfəngi söküb apardı” məzmunlu ifadələri onun silahın qanunsuz əldə olunmasını və saxlanmasını bilmədiyi barədə müdafiə mövqeyini inkar edir. Şəxsin silahın mənşəyi ilə bağlı məlumatlı olub-olmamasından asılı olmayaraq, odlu silahı qanunsuz saxlaması və digər şəxsə verməsi özü-özlüyündə CM-in 232-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əməli yaradır. Buna görə də müdafiəçinin həmin maddə üzrə bəraət verilməsi barədə dəlili hüquqi və faktiki əsaslardan məhrumdur. Eyni zamanda müdafiə tərəfi x adlı şəxsin evində silah olmaması barədə ifadəsinə istinad etsə də, həmin hal məhkum1 silahı faktiki olaraq saxlamasını və sonradan başqa şəxsə verməsini aradan qaldırmır. Cinayət məsuliyyəti üçün əsas silahın kimə məxsus olması deyil, onun qanunsuz əldə edilməsi, saxlanılması və ötürülməsidir. məhkum1 özü silahı qəbul etdiyini və sonradan verdiyini etiraf etmişdir. Bu baxımdan müdafiəçinin göstərdiyi arqumentlər formal mülahizə xarakteri daşıyır və iş üzrə müəyyən edilmiş faktiki halları dəyişmir. Müdafiə tərəfinin məhkum1 cinayətlərdə fəal iştirak etməməsi barədə arqumentləri də iş materialları ilə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxs özü müxtəlif epizodlarda hadisə yerinə birlikdə getdiyini, müşahidəçi funksiyası yerinə yetirdiyini, oğurlanmış əmlakın daşınmasında, satılmasında və əldə edilmiş pulun bölüşdürülməsində iştirak etdiyini etiraf etmişdir. Cinayət hüququ baxımından cinayətin yalnız bilavasitə icraçısı deyil, cinayətin törədilməsinə kömək edən, şərait yaradan, əldə edilmiş əmlakın realizəsinə iştirak edən şəxslər də cinayətin iştirakçısı hesab olunur. məhkum1 hadisə yerlərinə gedərək digər şəxslərlə koordinasiyalı hərəkət etməsi, oğurluq əmlakın satılmasında və bölüşdürülməsində iştirak etməsi onun cinayətkar qrupun tamhüquqlu iştirakçısı olduğunu göstərir. Azyaşlı x-in cinayətə x tərəfindən deyil, x tərəfindən cəlb olunması barədə müdafiə tərəfinin istinad etdiyi hallar da məhkum1 məsuliyyətini aradan qaldırmır. Çünki iş materiallarından görünür ki, məhkum1 azyaşlı şəxsin cinayətkar fəaliyyətə cəlb olunduğunu biləbilə onunla birlikdə cinayət epizodlarında iştirak etmiş, onu hadisə yerlərinə aparmış, birgə hərəkət etmişdir. Həmçinin təqsirləndirilən şəxs x-in azyaşlı olmasını bilmədiyini iddia etsə də, bu hal da onun cinayət məsuliyyətini istisna etmir. Məhkəmə tərəfindən bütün hallar məcmu şəkildə qiymətləndirilmişdir. Müdafiəçinin məhkum1 psixi xəstə olması ilə bağlı arqumentləri də iş üzrə əldə edilmiş sübutlarla təsdiq olunmur. Belə ki, cinayət işi üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertiza rəyləri ilə onun anlaqlı vəziyyətdə olduğu, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olduğu müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarına əsasən məhkum1 barəsində təyin edilmiş məhkəmə psixoloji ekspertizasının 26 sentyabr 2022-ci il tarixli 210 nömrəli rəyindən görünür ki, məhkum1 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. məhkum1 yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilmişdir və hazırda anlayır. məhkum1 tərəfindən edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə həyəcanlı və qorxmuş psixi emosional halda olmuşdur. məhkum1 oğlünun əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olan gerilik əlamətləri müşahidə edilmir. məhkum1 uydurmağa, yalan danışmağa meyilli deyildir. Bundan başqa, təqsirləndirilən şəxsin cinayətlərin hazırlanması, gizlədilməsi, oğurlanmış əşyaların satılması və pulların bölüşdürülməsi ilə bağlı ardıcıl və məqsədyönlü hərəkətləri də onun öz əməllərini tam şüurlu şəkildə həyata keçirdiyini göstərir. Qeyd olunanlara əsasən, verilmiş kasasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum məhkum2 CM-in 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9, 120.2.10, 120.2.11, 170.3, 177.2.1, 177.2.2, 177.2.3, 181.3.3, 186.2.2 və 232.2.1-ci maddələri ilə, məhkum1 isə CM-in 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. məhkum2 və məhkum1, onlara hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməllərini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəflərindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətlərində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və məhkum2 CM-in 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9, 120.2.10, 120.2.11, 170.3, 177.2.1, 177.2.2, 177.2.3, 181.3.3, 186.2.2 və 232.2.1-ci maddələri ilə, məhkum1 isə CM-in 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkum məhkum3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində isə cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmiş olsa da, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. Həmçinin məhkum məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 ilə endirilməsi, bu mümkün hesab edilmədikdə isə təyin olunmuş 10 il müddətində azadlıqdan məhrum etmə cəzasının 5 il 5 aya endirilməsi barədə qərar qəbul edilməsi, məhkum məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində də ona təyin edilmiş cəzanın ağır olduğu göstərilərək cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəza məsələsinə dair dəlillərinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi cəzanın təyin edilməsində xüsusi halların nəzərə alınmasını və cəzanın qanunda nəzərdə tutulmuş minimum həddən daha yüngül təyin edilməsini mümkün edən istisna hal kimi tətbiq olunur. Bu maddənin tətbiqi yalnız məhkəmənin qərarı ilə, işin hallarının və təqsirləndirilən şəxsin şəxsiyyətinin cəzanı yüngülləşdirən xüsusilə mühüm hallar kimi qiymətləndirildiyi zaman mümkündür. Belə hallarda, məhkəmə əsaslandırılmış qərarla cəzanı qanunda nəzərdə tutulmuş minimum həddən da az təyin edə bilər və ya daha yüngül cəza növü seçə bilər. Bu, məhkəməyə fərdi yanaşma və ədalət prinsiplərini təmin etmək imkanı verir və yalnız qanunda nəzərdə tutulan əsaslar olduqda tətbiq edilir. Cinayət Məcəlləsinin 62-ci maddəsi cəzanın təyin edilməsində xüsusi yüngülləşdirici hallar olduqda, məhkəmənin cəzanı qanunda nəzərdə tutulmuş minimum həddən daha yüngül təyin etməsinə imkan verir. Bu maddənin tətbiqi yalnız istisna hallarda, yəni iş üzrə aşkar edilmiş hallar cəzanın məqsədinə tam nail olunmasına imkan verdikdə və cəzanın yüngülləşdirilməsi zəruri hesab edildikdə mümkündür. Məhkəmə belə hallarda əsaslandırılmış qərar qəbul etməlidir və bu qərarda xüsusi yüngülləşdirici halların nədən ibarət olduğunu göstərməlidir. Bu, cəza siyasətində fərdiləşdirmə və ədalət prinsipinin təmin olunmasına xidmət edir. Lakin o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkum məhkum1 müdafiəçisi tərəfindən maddi ziyanın ödənilməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə olunması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yaşayış yerindən müsbət xarakterizə olunması və istintaqa köməklik göstərməsi kimi hallar əsas gətirilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, həmin hallar işə baxan məhkəmələr tərəfindən araşdırılmış və cəza təyin edilərkən nəzərə alınmışdır. Bununla yanaşı, məhkum1 iştirak etdiyi cinayət əməlləri əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş çoxsaylı oğurluq epizodları ilə bağlı olmuş, o, həmin cinayətlərin hazırlanmasında, icrasında və cinayət nəticəsində əldə olunmuş əmlakın bölüşdürülməsində bilavasitə iştirak etmişdir. Öz ifadələrində də cinayətkar qrupla birlikdə hərəkət etdiyini, oğurlanmış əmlakın satılmasında və əldə edilmiş vəsaitin bölüşdürülməsində iştirak etdiyini etiraf etmişdir. Bu səbəbdən onun əməlini təsadüfi axara zəminində törədilmiş az ictimai təhlükəli əməl kimi qiymətləndirmək mümkün deyildir. Birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını qeyd edilən normaların tələbləri baxımından kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə müstəsna hallar və ya məhkum məhkum1 törətdiyi cinayətlərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Məhkum məhkum2 müdafiəçisi tərəfindən onun gənc yaşda olması, anasının yataq xəstəsi olması, kənddə müsbət xarakterizə edilməsi və ictimai münasibətlərdə iştirak etməsi cəzanı yüngülləşdirən hallar kimi göstərilərək ömürlük azadlıqdan məhrum etmə əvəzinə müddətli azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin mümkün olduğu bildirilsə də, kassasiya kollegiyası hesab edir ki, qeyd olunan hallar törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə müqayisədə müstəsna əhəmiyyət daşımır. Iş materialları ilə müəyyən olunur ki, məhkum2 xüsusilə ağır cinayətlərin törədilməsində fəal iştirak etmiş, cinayətlərin həyata keçirilməsində təşəbbüskar və icraedici rol oynamış, zərərçəkmiş şəxslərə qarşı amansız davranış nümayiş etdirmişdir. Bu baxımdan məhkəmələr tərəfindən təyin edilmiş cəza ədalətli və törədilmiş əməllərin ağırlığına uyğun olmuşdur. Müdafiə tərəfinin istinad etdiyi hallar məhkəmə tərəfindən nəzərdən keçirilmiş, lakin həmin hallar cəzanın daha yüngül növü ilə əvəz edilməsinə əsas verən müstəsna hallar kimi qiymətləndirilməmişdir. Iş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum məhkum2, məhkum1 və məhkum3 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən (məhkum2 və məhkum1 cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi) və ağırlaşdıran (məhkum2 cinayətləri təkrar törətməsi və cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs tərkibində törətməsi, məhkum1 cinayətləri təkrar törətməsi) halların olması (məhkum3 isə cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur), habelə təyin olunmuş cəzaların onların ailəsinə, həyat şəraitlərinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkum2, məhkum1 və məhkum3 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəzalar təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə məhkum2, məhkum1 və məhkum3 cəzalarını yüngülləşdirən hər hansı hal da müəyyən edilməmişdir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiə tərəflərin cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Halbuki Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı məhkum2, məhkum1 və məhkum3 aid hissədə əsaslı olduğundan həmin hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum məhkum2 və müdafiəçisi müdafiəçi7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum məhkum1 müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum məhkum3 müdafiəçisi müdafiəçi12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9, 120.2.10, 120.2.11, 170.3, 177.2.1, 177.2.2, 177.2.3, 181.3.3, 186.2.2 və 232.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş məhkum2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş məhkum1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş məhkum3 barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən məhkum2, məhkum1 və məhkum3 aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar