Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-180/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X8 və məhkumun müdafiəçisi müdafiəçi2 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ##### tarixli, *(***)-***/**** nömrəli qərardan məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: ## ###### 1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanında faktiki yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 2023-cü il ## ###### tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi müdafiəçi1 və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: X3 (sədrlik edən), X1 və X6 ibarət tərkibdə) 2025-ci il # ##### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi müdafiəçi1 və məhkum edilmiş şəxs Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hökm Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 370 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda- 810,829 qram çəkidə narkotik vasitə tiryəki satış məqsədilə qanunsuz olaraq əldə edib üzərlərində qanunsuz daşımaqla ünvan 1 ünvanında qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən ## ###### 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs və Məhkum həmin gün saat 17:45-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 125 ünvanının qarşısında saxlanılaraq onların razılığı və iştirakı ilə yaşadıqları ünvan 1 ünvanında ## ###### 2023-cü il tarixdə saat 18:00 dan etibarən keçirilən baxış zamanı evin yataq otağında olan paltar dolabından 4 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 110 qram, 70 qram, 95 qram, 95 qram olmaqla, ümumi təmiz çəkisi 370 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 30,829 qram və 780 qram olmaqla, ümumi təmiz çəkisi 810,829 qram təşkil edən narkotik vasitə tiryək və üzərində narkotik vasitə tiryək izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MÜDAFIƏÇININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, tərtib olunan ittiham hökmündən görünür ki, məhkəmə proses ərzində bitərəf mövqe göstərərək arbitr rolunu oynamamış, əksinə hökmdə kobud prosessual pozuntuları ört-basdır etməklə onlara qanuni görkəm verməyə çalışmışdır. Belə ki, ibtidai istintaq dövründən etibarən Məhkum polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra etirafedici ifadə verməsi məqsədilə işgəncə və təzyiqə məruz qaldığını bildirmiş, onun göstərdikləri məhkəmə istintaqı zamanı tam olaraq təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs Məhkum barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Bakı Istintaq Təcridxanasına qəbul edilərkən onun bədəninə baxış keçirilmiş və xəsarətlərinin olduğu müəyyən edilmişdir. Bakı Istintaq Təcridxanasına verilmiş vəkil sorğusunun cavabından görünür ki, Məhkum ##.##.2023-cü il tarixdə müəssisəyə daxil olarkən sağ kürək nahiyəsində 5 sm, sol kürək nahiyəsində 2 sm, sol bazuda 2 sm ölçüdə qançırlar aşkar edilmişdir. Bundan başqa, ittiham tərəfi Məhkum xəsarətlərini saxlanılmamışdan əvvəl aldığını iddia etdiyindən tərəfimizdən ## ###### 2023-cü il tarixdə saxlanılarkən DIN BMCMI-nin X7 yerləşdirilərkən qeyd olunan xəsarətlərin mövcud olub-olmamasının müəyyən edilməsi məqsədi ilə həmin quruma müvafiq sorğunun verilməsi vəsatəti verilmiş və məhkəmə tərəfindən təmin edilmişdir. DIN BMCMI-dən məhkəmənin sorğusuna cavab olaraq göstərilmişdir ki, ## ###### 2023-cü il tarixdə Məhkum saxlanıldıqdan sonra həmin idarənin X7 qəbul edilmiş, ## ###### 2023-cü il tarixdə Bakı Istintaq Təcridxanasına təhvil verilmiş, həmin müddət ərzində bədən səthində xəsarət aşkar edilməmişdir. Qeyd olunan sorğuların cavablarından məlum olur ki, Məhkum ## ###### 2023-cü il tarixdə saxlanıldıqdan dərhal sonra aparıldığı BMCMI-nin MSY-nə xəsarətsiz daxil olmuş, orda saxladıldığı müddət ərzində ona qarşı edilən fiziki işgəncələr nəticəsində xəsarətlər almış və bu fakt ## ###### 2024-cü il tarixdə göndərildiyi Bakı Istintaq Təcridxanasında qeydə alınmışdır. Müdafiəçi qeyd etmişdir ki, Məhkum məhz DIN-in BMCMI-də işgəncəyə məruz qalması hazırki işin mübahisəsiz halıdır və bu faktın təsdiqi xüsusi araşdırma, bilik, bacarıq və qeyri adi hüquqi düşüncə tələb etmir. Bundan başqa məhkəmə istintaqı zamanı Məhkum müdafiə hüququnun kobud şəkildə pozulması, öz vəsaiti hesabına müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmasına baxmayaraq ona daimi olaraq BMCMI-dən təyinat alan vəkil (Iqbal Həsənov) təyin olunmuşdur. Daha sonra məhkəmə istintaqı zamanı ## ###### 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokolun video görüntülərinin tədqiqi mərhələsində cinayət işinə əlavə edilmiş diskin boş olması və görüntülərin oraya əlavə edilmədiyi müəyyən edilmişdir. Təəsüflər olsun ki, baxış keçirilməsi haqqında videogörüntü cinayət işinin materiallarında mövcud olmadığı, məhkəmə istintaqı zamanı tədqiq edilmədiyi halda, birinci instansiya məhkəməsi hökmündə müxtəlif üsul və vasitələrlə baxışın videogörüntü ilə aparıldığını sübut etməyə, həmçinin görmədiyi və tədqiq etmədiyi əsas sübuta qanuni görkəm verməyə çalışmışdır. Məhkəmə cinayət işindəki kobud prosessual pozuntulara qiymət verərək tənqidi münasibət göstərmək əvəzinə, hökmün əsaslandırıcı hissəsini görmədiyi «videogörüntüyə» həsr etmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il # ##### tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və məhkum Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi müdafiəçi2 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ##### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkuma bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında araşdırılmış, mövcud olan sübutlar qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında müdafiə tərəfinin bütün dəlillərinə müfəssəl və əsaslandırılmış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza növü müəyyən edilsə də, lakin məhkuma cəza təyin edilərkən cəzanın fərdiləşdirilməsi prinsipinin tələblərinə əməl edilməmiş və məhkuma müddəti baxımından ağır cəza təyin edilmiş, məhkumun cəzasını yüngülləşdirən hallar məhkəmələr tərəfindən kifayət qədər nəzərə alınmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə, məhkum Məhkum təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ##### tarixli, *(***)-***/**** nömrəli qərarı məhkum Məhkum təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilən 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il 6 (altı) aya endirilsin. Qərar, müdafiəçinin kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-180/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-180/2026
13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver