Məhkəmə qərarları › İş №1(1-8)-182/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-182/2026

24.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-182/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), X3 Iskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, məhkum Məhkum və məhkumun müdafiəçisi – Bakı Şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (sədrlik edən hakim A.B.Sadıqov, hakimlər M.N.Kərimova və F.A.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum (# ###### 1980-cı ildə ünvan2də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan3ndə qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin # ### 2023-cü il tarixdən hesablanması və onun ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserdə (kabinetdə) profilaktik qeydiyyata alınması qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (sədrlik edən hakim A.B.Sadıqov, hakimlər M.N.Kərimova və F.A.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol vermiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin XXX14nin istintaq şöbəsinin müstəntiqi, polis Rı X4 barəsində xüsusi qərar çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Z.Əliyev, hakimlər Ə.İ.Məmmədov və Z.N.Hüseynovdan ibarət məhkəmə tərkibi) məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi2 kassasiya şikayəti vermişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən Məhkum şəxsiyyəti istintaqa məlum olmayan Iran Islam Respublikası vətəndaşı olması ehtimal edilən “XX2” adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşınma barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və “XX2” adlı şəxsin təyin etdiyi dəqiq məlum olmayan yerdən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, təmiz çəkisi 3165 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini “XX2” adlı şəxsin ona sonradan deyəcəyi ünvana çatdırıb yerləşdirməklə istintaqa məlum olmayan digər şəxslərə satmaq niyyəti ilə əldə edib üzərində saxlayaraq daşımış, # ### 2023-cü il tarixdə saat 10 radələrində XXX12nin XXX18nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan5ndə saxlanılaraq XXX12nə gətirilmiş, XXX16-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 95 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq ## ### 2023cü il tarixdə kirayə yaşadığıünvan6ndə yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı evin həyətində döşəmədə daş plitənin altında gizlətdiyi bir ədəd sellofan bükümdə təmiz çəkisi 3070 qram olmaqla külli miqdarda narkotik vasitə heroin və üzərində heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət prosesində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normlarının tələbləri pozulmuş, əməliyyataxtarış tədbirinin məhkəmə qərarı olmadan və təxirəsalınmazlığı əsaslandırılmadan keçirilməsinə və onun qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılmamasına, şəxsi axtarış və götürmənin, habelə Məhkum kirayələdiyi evdə axtarışın ciddi pozuntularla həyata keçirilməsinə, ibtidai istintaqın gedişində Məhkum polis əməkdaşları tərəfindən qanunsuz təzyiq göstərilməklə “etirafedici” ifadələr verməyə məcbur edilməsinə, Azərbaycan dilində sərbəst yazıb oxumağı bacarmadığı halda tərcüməçi olmadan ondan axtarışın keçirlməsinə razılıq verməsi barədə ərizənin alınmasına, ibtidai istintaq zamanı müqavilə üzrə müdafiəçinin təqsirləndirilən şəxsə təqdim olunması və təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi barədə protokollardakı vəkilin imzasının və etiraz etmək hüququnun təqsirləndirilən şəxsə elan edilməsi haqqında protokoldakı imzalarının saxtalaşdırılmasına icraatı aparan orqanlar, o cümlədən məhkəmələr tərəfindən əhəmiyyət verilməyib müvafiq tədbirlərin gedişində əldə olunmuş sübut kimi yolverilməz olan materiallardan ittihamın əsaslandırılmasında istifadə olunmuş, nəticədə Məhkum ona isnad edilən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmədiyi, o cümlədən narkotik vasitə əldə edib satmaq üçün hər hansı bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində birləşmədiyi, yəni təqsirliliyi sübuta yetirilmədiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmişdir. Müdafiəçi müdafiəçi2 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsinə dair qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 kassasiya şikayətində cinayət işi üzrə icraatı aparan orqanlar, o cümlədən məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulduğunu, nəticədə Məhkum təqsirliliyi, mümkün və mötəbər sübutlar vasitəsi ilə sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilindiyini iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit edilmiş cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Cinayət mühakimə icraatı həyata keçirlərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (maddə 33.2). Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət-prosessual qanunun 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir” (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin qanunsuz və əsassız olması haqqında iddiasını sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması haqqında dəlil üzərində qurmuş və bu zaman əməliyyat-axtarış tədbirinin məhkəmə qərarı alınmadan həyata keçrilməsinə, buna baxmayaraq əməliyyat-axtarış tədbirinin təxirəsalınmaz qaydada keçirlməsinə zərurətin olmasının əsaslandırılmamasına və keçirildikdən sonra da onun qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılmamasına, bununla belə onun nəticələrinin ittihamın və ittihamın sübuta yetirilmiş olması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin nəticələrinin əsaslandırılmasında istifadə olunmasına xüsusilə istinad etmişdir. Lakin cinayət işinin materiallarından görünür ki, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı ilə əlaqədar XXX12nin rəisi tərəfindən təsdiq edilmiş baş əməliyyat müvəkkili şahid1 # ### 2023-cü il tarixli qərarı ilə Məhkum ifşa edilməsi üçün məhkəmə qərarı olmadan gizli və aşkar üsullarla “müvafiq əməliyyat-axtarış tədbirlərinin” keçirilməsi, o cümlədən “şəraitdən asılı olaraq onun olduğu yerin müşahidəsinin aparılması” qərara alınsa da, nə qərarın özündə CPM-in 445.1.1-445.1.6-cı maddələri ilə məhkəmə nəzarətinin predmeti kimi təsbit edilən (yəni öncədən məhkəmə qərarının alınması və ya sonradan məhkəmə nəzarəti qaydasında yoxlanılması tələb olunan) əməliyyat-axtarış tədbirlərindən hər hansı birinin keçirilməsi nəzərdə tutulmamış və faktiki olaraq da keçirilməmişdir. Hökmdə təsvir edilən baş əməliyyat müvəkkli şahid1 # ### 2023-cü il tarixli raportuna, onun və digər əməliyyat müvəkkli şahid2 şahid qismində verdikləri ifadələrə əsasən (işin müəyyən olunmuş faktiki hallarına görə) yuxarıda qeyd edilən # ### 2023cü il tarixli qərarla yaradılan əməliyyat qrupuna daxil edilmiş həmin əməliyyat müvəkkillərinin fəaliyyəti ondan ibarət olmuşdur ki, onlar Məhkum olduğu yeri müəyyən edərək onu yaşadığı evin yaxınlığında ünvan7ndə gedərkən müşahidə etmişlər, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumatla əlaqədar onlarla XXX12nə getməyi təklif etmişlər və buna etiraz etməyən Məhkum özləri ilə polis idarəsinə gətirmişlər. XXX12ndə isə artıq Məhkum üzərində XXX16-nin baş təhqiqatçısı R8 X tərəfindən cinayət-prosessual qanunun 246-cı maddəsinə istinad olunmaqla istintaq hərəkəti – şəxsi axtarış aparılmış və cinayət prosesində maddi sübut kimi tanınmış – 95 qram heroin narkotik vasitəsi Məhkum həmin istintaq hərəkətinin gedişində götürülmüşdür. Həmin narkotik vasitənin digər hissəsi Məhkum kirayələdiyi evin həyətində saxladığı – 3070 qram heroin də elektron tərəzi ilə birlikdə cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq tərəfindən CPM-in 243-245-ci maddələrinə istinad olunmaqla keçirilən “axtarış” istintaq hərəkətinin gedişində götürülmüşdür. Beləliklə, ittiham hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməsi haqqında nəticə əsaslandırılarkən əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş hər hansı bir materiala deyil, qeyd edilən istintaq hərəkətlərinin protokollarına və bu istintaq hərəkətlərinin gedişində əldə olunmuş maddi sübutlara və onların tədqiq edilməsi ilə əlaqəli olan istintaq yolu ilə toplanmış başqa materiallara, o cümlədən Məhkum üzərindən aşkar edilmiş və kirayədə yaşadığı evin həyətində aşkar edilmiş narkotik vasitələrinin eyni tərkibli heroin olmasına dair məhkəməkimyəvi ekspertizasının ## ### 2023-cü il tarixli */**** nömrəli rəyinə, habelə məhkəməkimyəvi ekspertizasının # ### 2023-cü il tarixli */**** nömrəli rəyinə istinad edilmişdir. Müdafiəçi Məhkum kirayələdiyi, ünvan17ndə yerləşən fərdi evdə axtarışın aparılmasının, müvafiq olaraq da axtarış aparılması haqqında protokolun və götürülmüş maddi sübutun ittiham hökmünün əsaslandırılmasında istifadə olunmasının qanun pozuntusu olması barədə iddiasını kassasiya şikayətində həm də onunla əsaslandırmışdır ki, Məhkum Azərbaycan dilində sərbəst yazıb-oxuya bilmədiyi halda tərcüməçinin iştirakı olmadan onun adından axtarışın aparılmasına razılıq verməsi barədə ərizə alınmış, eləcə də axtarış protokolunda narkotik vasitə təsvir edilməmiş və onun götürülməsi ümumiyyətlə qeyd olunmamışdır. Həmçinin, Məhkum evinin həyətində narkotik vasitə aşkarlandıqdan sonra evin içərisində axtarış aparılmamışdır ki, bu da müdafiəçiyə görə narkotik vasitənin polis tərəfindən həyətə qoyulmasına dair təqsirləndərilən şəxsin məhkəmədə verdiyi ifadəsini təsdiq edən, axtarışın isə formal olaraq keçirildiyini göstərən haldır. Bununla əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Məhkum birinci instansiya məhkəməsində sərbəst şəkildə Azərbaycan dilində ifadə verdiyi kimi kassasiya instansiyası məhkəməsinin iclasında da bildirmişdir ki, o, Azərbaycan dilini bilir və onun tərcüməçiyə ehtiyacı yoxdur. Cinayət işinin materialları arasında olan Abşeron RPI-nin rəisinə ünvanlanan ünvan12ndəki evdə axtarışın aparılmasına dair Azərbaycan dilində tərtib olunmuş ## ### 2023-cü il tarixdə qeydiyyat alınmış ərizənin Məhkum özü tərəfindən yazıldığını müdafiə tərəfi inkar etmir. Bu ərizənin Məhkum özü tərəfindən yazıldığı birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının # #### 2024-cü il tarixli */*** nömrəli rəyi ilə də təsdiq olunur. Bundan başqa nəzərə alınmalıdır ki, şəxsin şifahi Azərbaycan dilini bilməsi artıq onun cinayət mühakimə icraatının məqsədləri üçün bu dili bilməyən şəxs kimi səciyyələndirilməsini istisna edir və bu səbəbdən cinayət prosesində tərcüməçinin iştirakını zəruri edən hal kimi çıxış etmir. Şifahi Azərbaycan dilini bilən təqsirləndərilən (şübhəli) şəxsin bu dildə yaxşı səviyyədə yazıb oxuya bilməməsi onu savadlılıq səviyyəsi kifayət qədər olmayan şəxslə eyniləşdirmək üçün əsasdır. Və əgər belə hal şəxsin cinayət prosesində səmərəli şəkildə iştirak etməsinə, o cümlədən özü tərəfindən müdafiə olunmasına maneə yaradırsa, həmin hal cinayət mühakimə icraatının manafeyi kontekstində dəyərləndirilərək şəxsin dövlət hesabına müdafiəçi ilə təmin olunmasını şərtləndirən əsas kimi qiymətləndirilə bilər. Hazırki işdə isə Məhkum # ### 2023-cü ildə şübhəli şəxs qismində tutulduğu andan XXX21nun vəkili müdafiəçi dövlət hesabına onun müdafiəçisi təyin olunub cinayət prosesinə buraxılmış və istər şəxsi axtarış, istərsə də Məhkum kirayədə yaşadığı evdə ## ### 2023-cü ildə axtarış aparılarkən həmin (videoçəkilişlə keçirilən) istintaq hərəkətlərində iştirak etmiş, bu istintaq hərəkətlərinin videoyazılarına görə onların gedişində Məhkum yalnız təhqiqatçı və ya müstəntiq deyil, həm də müdafiəçi suallar vermiş, o cümlədən ona qarşı qanunsuz hərəkətlərin olub-olmadığını soruşmuş, Məhkum axtarışın onun iradəsi əleyhinə aparıldığını söyləməmiş, ümumiyyətlə özünə qarşı qanunsuzluğun edilmədiyini, heç bir şikayətinin olmadığını bildirmişdir. Həmçinin, yazılı ərizə verməsinə baxmayaraq, şəxsi axtarış başlamazdan əvvəl müstəntiqin sualına cavab olaraq Məhkum axtarışın keçirlməsinə razılıq verdiyini şifahi olaraq təkrar etmişdir. Kassasiya şikayətində axtarışın formal keçirildiyi, o cümlədən evin içərisində davam etdirilmədiyi iddia olunsa da, axtarış zamanı aparılmış videoyazıdan görünür ki, Məhkum özü evin həyətində gizlədilmiş yerdən narkotik vasitəni çıxardıb təqdim etdikdən sonra başqa narkotik vasitə saxlamadığını və evdə axtarışın aparılmasına ehtiyacın olmadığını bildirmiş, bununla belə evin içərisində də axtarış davam etdirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən başqa predmetlər aşkar edilməmişdir. Axtarış protokolunda narkotik vasitənin təsvir edilməməsi və götürülməsinin əks etdirilməməsi ilə bağlı qeyd olunmalıdır ki, protokolda narkotik vasitənin şübhəli şəxs Məhkum tərəfindən həyətdəki daş plitənin altında gizlədilmiş dəmir gümüşü qabdan çıxardılıb təqdim edildiyi, onun qara rəngli sellofan torbaya qablaşdırılmış və özünün çəhrayı rəngdə olması qeyd olunmuş lakin çəkisi, qablaşdırılaraq götürüldüyü həqiqətən də əks etdirilməmişdir. Lakin axtarışın gedişini yalnız protokol deyil, həm də aparılan videoçəkiliş əks etdirdiyinə və videoyazıda aşkar olunmuş narkotik vasitənin öz qabında başqa sellofan torbaya qablaşdırıldığı, üzərinə axtarışda iştirak etmiş şəxslərin, o cümlədən Məhkum və onun müdafiəçisinin imzaladığı kağız lövhənin yapışdırılaraq götürüldüyü göründüyünə və müstəntiqin müvafiq izahları ilə müşayiət ediliyinə görə, habelə ## ### 2023-cü il tarixli 6/2707 məhkəmə kimyəvi ekspertizasının rəyində həmin əlamətlərlə müşayiət edilən qara rəngli sellofan torbadakı predmetin tədqiqat obyekti olması təsvir olunduğuna görə, məhkəmə kollegiyası axtarış protokolunun çatışmazlıqlarını 3070 qram narkotik vasitənin (heroinin) Məhkum kirayədə qaldığı evin həyətindən aşkarlanması faktının sübuta yetirilmiş olması barədə məhkəmələrin qənaətini və bu faktın, eləcə də bilavasitə R12 X un özündən 95 qram heroinin aşkarlanıb götürülməsi faktının üzərində qurulmuş hüquqi nəticələri inkar edən pozuntular kimi qiymətləndirmir. Eynilə, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü Məhkum ibtidai istintaqda etirafedici ifadələri təzyiq altında verməsi və bu səbəbdən məhkəmələrin həmin ifadələrə işin həqiqi hallarını əks etdirən mümkün sübutlar kimi istinad etmələrinin qanunsuz olması barədə dəlillə də razılaşmır. Çünki, müdafiəçinin Məhkum üzərindən və evdən götürülmüş narkotik vasitələrin özünə məxsus olması barədə ifadə verməsi üçün polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə iddiası cinayət işinin materialları ilə nəinki təsdiq olunmur, əksinə təkzib olunur. Belə ki, müdafiə tərəfinin bu iddiası birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq əsaslandırılmış şəkildə rədd olunmuşdur. Həqiqətən də məhkəməyədək icraatda istintaq hərkətləri, o cümlədən Məhkum etirafedici ifadələr verdiyi dindirmələr müdafiəçinin iştirakı ilə aparılmış və onların gedişində o, barəsində aparılan cinayət təqibi ilə əlaqədar hər hansı bir şikayətinin olmadığını, ona qarşı qanunsuz təsirlərin edilmədiyini bildirmişdir. Yuxarıda istinad olunduğu kimi belə bəyanatı Məhkum axtarışın gedişində müdafiəçinin sualına cavab olaraq da vermişdir. Məhkəməyədək icraatda müstəntiqin ## ### 2023-cü il tarixli qərarı ilə Məhkum barəsində məhkəmə-tibbi ekspertiza təyin edilmiş, hökmdə istinad olunan ## ### 2023cü il tarixli ekspert rəyinə əsasən Məhkum bədəni üzərində hər hansı xəsarət aşkar edilməmiş və Məhkum özü ekspertiza zamanı # ### 2023-cü ildə polislər tərəfindən saxlanılarkən xəsarət almadığını, ilkin tibbi yardıma müraciət etmədiyini, şikayətinin olmadığını bildirmişdir. Həmçinin, birinci instansiya məhkəməsi Məhkum məhkəmədə verdiyi ifadəsində irəli sürdüyü polis əməkdaşlarının ona fiziki zor və psixoloji təzyiq göstərmələri barədə iddiasını rədd edərkən onu da nəzərə almışdır ki, məhkəmə icraatının gedişində verilmiş sorğular və Məhkum tibbi kitabçasına baxış nəticəsində müəyyən edilmişdir ki, Məhkum istintaq təcridxanasına və müvəqqəti saxlama yerinə daxil olarkən onda xəsarətlər olmamışdır. Cinayət-Prosessual Məcəllənin 327.1-ci maddəsi (327.1.3-cü maddəsi ilə birlikdə götürüldükdə) təqsirləndirilən şəxsin müxtəlif ifadələri arasında ziddiyyətlər olduqda, onun əvvəllər, o cümlədən, məhkəməyədək icraatda verdiyi ifadələrinin elan edilməsinə, yəni məhkəmə istintaqının gedişində tədqiq edilib hökmün əsaslandırılmasında istifadə olunmasına yol verir. Məhkəmə kollegiyası Məhkum məhz ibtidai istintaqda verdiyi etirafedici ifadələrinin birinci instansiya məhkəməsində tədqiq olunmuş, o cümlədən yuxarıda qeyd olunan şəxsi axtarış və axtarış protokolları, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, maddi sübutlar, məhkumun mobil telefonunda aşkarlanmış məlumatlarla (məkanların şəkilləri) uzlaşdığından məhkəmələrin Məhkum məhkəmə baxışında deyil, ibtidai istintaqda verdiyi ifadələrinə istinad etməklə ittihamın sübuta yetirilməsi barədə nəticəyə gəlmələrində hər hansı bir pozuntu görmür. Qeyd olunan etirafedici ifadələrində isə Məhkum işin digər halları barədə məlumat verməklə yanaşı, həm də onu təsdiq etmişdir ki, o, Iran Islam Respublikasının vətəndaşının təklifi ilə müəyyən məbləğdə pul müqabilində onun verdiyi tapşırığa uyğun olaraq əvvəlcədən gizlədilmiş yerlərdən narkotik vasitəni götürüb tapşırılmış yerlərə qoymağa (yaymağa) razı olmuş, məhz bu məqsədlə, yəni iranlının tapşırığını yerinə yetirmək üçün həmin şəxsin onun mobil telefonuna göndərdiyi məkanın şəklinə əsasən hazırda polisin onda və kirayədə qaldığı evdə aşkarladığı heroini götürmüşdür. Qeyd olunan (məhkəmələrin istinad etdikləri digər sübutlarla uzlaşan) məlumatlarla kassasiya şikayətində irəli sürülmüş Məhkum başqa şəxslə qabacadan əlbir olaraq cinayət törətməsinin (CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin) sübuta yetirilməməsi barədə iddia da təkzib olunur. Ibtidai istintaqda ## ### 2023-cü ildə bağlanmış müqaviləyə əsasən cinayət prosesinə qoşulmuş müdafiəçi X2 təqsirləndirilən şəxsə təqdim olunması haqqında ## ###### 2023-cü il tarixli protokoldakı və təqsirləndirilən şəxsin həmin müdafiəçidən imtina etməsi barədə ## ###### 2023-cü il tarixli protokoldakı imzaların vəkil müdafiəçi5v tərəfindən icra olunmamasına, habelə təqsirləndirilən şəxsə etiraz etmək hüququnun izah olunmasına dair ## ###### 2023-cü il tarixli protokoldakı imzanın Məhkum aid olmamasına dair kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd olunmalıdır ki, həmin hallardan birincisi Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hazırlıq iclasında məhkəmə xətşünaslıq ekspertizası keçirilməklə müəyyən edildikdən sonra hazırlıq iclasının # ###### 2024-cü il tarixli qərarı ilə CPM-in 303.3.1, 303.3.2-ci maddələrinə əsasən cinayət işinə baxılmasına xitam verilərək iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış və müstəntiq R6 X barəsində xüsusi qərar çıxarılmışdır. Ikinci hal isə (təqsirləndirilən şəxsə etiraz etmək hüququnun izah olunmasına dair ## ###### 2023-cü il tarixli protokoldakı imzanın Məhkum aid olmaması) cinayət işi başqa müstəntiq (P4 X) tərəfindən istintaq olunub yenidən məhkəməyə göndərildikdən sonra işə mahiyyəti üzrə baxılarkən məhkəmənin təyin etdiyi məhkəmə xətşünaslıq ekspertizası vasitəsi ilə müəyyən olunmuş və bununla əlaqədar protokol tərtib edilən dövrdə ibtidai istintaqı aparmış müstəntiq R5 X barəsində yenidən xüsusi qərar çıxarılmışdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilləri kimi, bu dəlili də məhkəmələrin ittihamın sübut edilməsi üzrə nəticələrinin düzgünlüyünü təkzib edən əsas kimi qəbul etmir. Ümumiyyətlə, birinci və apellyasiya instansiyası məhkəmələrinin sözügedən və digər hüquqi məsələlər üzrə gəldikləri nəticələr işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, maddi və prosessual hüquqi normalarının düzgün təfsir və tətbiqinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası məhkəmələrin işin faktiki halları, Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən və məhkəmələr tərəfindən çıxarılan nəticələr həmin sübutların bir-biri ilə, cinayət prosesi tərəflərinin irəli sürdükləri dəlillərlə müqayisəli şəkildə təhlil edilməsinə əsaslandığından, məhkəmə kollegiyası hazırki qərarda sübutların yuxarıda təsvir edildiyindən daha geniş şəkildə təsvir və şərh edilməsinə zərurət görmür. Məhkəmə kollegiyasının fikrincə Məhkum cəza təyin edilərkən və bu hissədə də hökm apellyasiya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılarkən məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmış, Məhkum CM-in 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin edilmişdir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində təsbit edilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və məhkumun, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan # ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan # ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar