Məhkəmə qərarları › İş №1(1-8)-183/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-183/2026

16.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-183/2026 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov Ilqar Səyyad oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, 17 dekabr 2025-ci il tarixli qərarından xüsusi ittihamçı xüsusi ittihamçı2 müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları

1. xüsusi ittihamçı2 və X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM-nin”) 147.1-ci maddəsi və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oqtay qızının Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmələri barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişlər.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 26 yanvar 2024cü il tarixli qərarı ilə X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı1 Ziyadxan oğlu və xüsusi ittihamçı2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və işin məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 26 yanvar 2024cü il tarixli qərarı ilə X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oqtay qızının Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin icraatından Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oqtay qızının barəsində onun Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında cinayət işinin ayrılması, *(***)-**/**** nömrəli cinayət işindən müvafiq sənədlərin surəti və əsillərinin ayrılaraq Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oqtay qızı barəsində olan cinayət işinə əlavə edilməsi, təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oqtay qızı barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə ayrılmış cinayət işi üzrə icraatın Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oqtay qızının xəstəliyinin sağalanadək dayandırılması qərara alınmışdır.

4. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş xüsusi ittihamçı2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 26 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oqtay qızı barəsində cinayət təqibi üzrə icraatın davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 8 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 26 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 8 aprel 2024-cü il tarixli qərarından xüsusi ittihamçı xüsusi ittihamçı2 nümayəndəsi və vəkili müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, 02 oktyabr 2024-cü il tarixli qərarı ilə xüsusi ittihamçı xüsusi ittihamçı2 nümayəndəsi və vəkili müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 08 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, 27 dekabr 2024cü il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oqtay qızının Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə icraat təzələnmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 09 yanvar 2025ci il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oqtay qızının Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xəstəliyinin sağalıb-sağalmadığını, sağalmadığı halda xəstəliyinin ağırlıq dərəcəsini və sağlamlıq vəziyyətinin məhkəmə iclaslarında iştirakına yol verib vermədiyini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 04 mart 2025ci il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oqtay qızı barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə icraat Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oqtay qızının xəstəliyi sağalanadək dayandırılmışdır.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 04 sentyabr 2025-ci il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oqtay qızının Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə icraat təzələnmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 18 sentyabr 2025-ci il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oqtay qızının Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xəstəliyinin sağalıbsağalmadığını, sağalmadığı halda xəstəliyinin ağırlıq dərəcəsini və sağlamlıq vəziyyətinin məhkəmə iclaslarında iştirakına yol verib vermədiyini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 21 oktyabr 2025ci il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oqtay qızının Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə icraat təzələnmişdir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 06 noyabr 2025ci il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraatın Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xəstəliyi sağalanadək dayandırılması qərara alınmışdır.

15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 06 noyabr 2025ci il tarixli qərarından xüsusi ittihamçı xüsusi ittihamçı2 apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində cinayət təqibi üzrə icraatın davam etdirilməsi və prosessual hərəkətlərin videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, 17 dekabr 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 06 noyabr 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

17. Həmin qərardan xüsusi ittihamçı xüsusi ittihamçı2 müdafiəçisi müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir.

II. Kassasiya müraciətinin dəlilləri, etirazlar 18.Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir, müəllif onları təkrarlamaqla göstərmişdir ki, “stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi” ifadəsini düzgün başa düşməyərək, stasionar müalicə müəssisəsi olmayan qurum tərəfindən verilmiş rəydə göstərilən “şəxsin yataq rejimində olması ilə əlaqədar olaraq onun məhkəmə iclasına gəlməsi qeyri-mümkündür” ifadəsi icraatın dayandırılması üçün kifayət edən əsas hesab edilə bilməz. Habelə məhkəmə cinayət mühakimə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi imkanlarını nəzərdən keçirməmiş, ümumiyyətlə bu məsələyə diqqət ayırmamışdır. Halbuki, təqsirləndirilən şəxsin səhhətinin vəziyyəti icraatda bilavasitə iştirakını qeyri-mümkün etdikdə cinayət mühakimə icraatında prosessual hərəkətlər videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər. Bu əsaslarla Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, 17 dekabr 2025-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələməsi xahiş edilmişdir.

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər 20.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual

21. Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 22.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 23.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 24.Baxılan kassasiya şikayətində kassasiya icraatının aparılmasına əsas verən, mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hallardan heç birinə istinad edilməmişdir. Məhkəmə kollegiyası bunu kassasiya şikayətinin əsassızlığını göstərən hal kimi nəzərə almaqla, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, 17 dekabr 2025-ci il tarixli qərarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir. 25.Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin *** saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. 26.Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № *****/**, § 45, 2 aprel 2020-ci il). 27.Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə birinci instansiya məhkəməsinin qərarından xüsusi ittihamçı xüsusi ittihamçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin araşdırılması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq əsaslandırma verilməklə cavablandırılmışdır. O cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin ixtisaslaşdırılmış dövlət ekspertiza müəssisəsi olmasına baxmayaraq stasionar tibb müəssisəsi olmaması əsası ilə həmin qurum tərəfindən verilmiş ekspert rəyinin mötəbərliyinin şübhə altına alınmasına dair apellyasiya şikayətinin dəlilləri məhkəmə tərəfindən əsaslı hesab edilməmiş, ekspert rəyinin bilə-bilə yalan rəy verilməsinə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmiş mütəxəssis tərəfindən verildiyi nəzərə alınmaqla daha yüksək sübutedici əhəmiyyətə malik olması qənaətinə gəlinmişdir. Bundan əlavə, məhkəmə Cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir xarakterli, habelə cinayət prosesində iştirak edən şəxslərin həyat və sağlamlığı üçün təhlükə yarada biləcək hərəkət və qərarların qəbul edilməsinin yolverilməzliyi prinsipini rəhbər tutaraq şikayətin digər dəlillərini də əsassız saymışdır. Nəticə etibarilə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsin stasionar tibb müəssisəsi olmaması və məhkəmə iclasının videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsi imkanlarının nəzərə alınmaması barədə irəli sürülmüş dəlillərin də işin nəticəsinə təsir edən hüquqi əsas yaratmadığı qənaətinə gələrək həmin dəlilləri rədd etmişdir. 28.Kassasiya şikayətinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. 29.Apellyasiya instansiyası məhkəməsinin edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv və hərtərəfli araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-prosessual normaların düzgün tətbiqi və təfsirinə əsaslandığından, kassasiya şikayətində irəli sürülən arqumentlər isə həmin nəticələrin hüquqi əsaslarını təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğvi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticəni şübhə altına almaq üçün əsas görmür. 30.Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 31.Odur ki, məhkəmə kollegiyası təsvir edilən əsaslara görə hesab edir ki, xüsusi ittihamçı xüsusi ittihamçı2 müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, 17 dekabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ: Xüsusi ittihamçı xüsusi ittihamçı2 müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, 17 dekabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar