Məhkəmə qərarları › İş №1(1-8)-187/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-187/2026

13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-187/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X6 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## #### tarixli, *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## ##### 1984-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 2023-cü il # ###### tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Məhkum narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi3 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər X8 (sədrlik edən), X1 və X9 ibarət tərkibdə) 2025-ci il ## #### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və ## ####### 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum, şəxsiyyəti araşdırılan “Sinan” adlı şəxs və qeyriləri ilə razılaşıb, cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs və Məhkum “Sinan” adlı şəxsin sifarişi ilə gələcəkdə dediyi ünvanlara və ya ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən M.Topçubaşov adına X5 yaxınlığında yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan külli miqdarda 8525 qram çəkidə narkotik vasitə heroini Məhkumla birlikdə əldə edib, cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs həmin narkotik vasitəni üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ## ######## 2023-cü il tarixdə saat 21:20-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi, 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gətirilmiş və orada həmin tarixdə saat 22:58-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman sağ çiyin nahiyəsindən asdığı qara rəngli idman çantasından satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 8 ədəd selofan bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1040 qram, 1070 qram, 1160 qram, 1045 qram, 1075 qram, 1030 qram və 1095 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda, yəni 8.525 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞI: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində və eləcə də Apellyasiya məhkəməsində Məhkum ona elan edilmiş ittihamlarla razı olmamış və özünü təqsirli saymamışdır. Ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Konstitusiyasının, Insan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X12, Insan Hüquqları üzrə Avropa Məhkəmələrinin qərarlarının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Hökmdə və qərarda qeyd edilənlərin əksinə olaraq təqsirləndirilən şəxsə münasibətdə ona qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışında Məhkum CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Cinayət işi ilə tanış olduqda məlum olur ki, iş materiallarında Məhkum oğlunun bu cinayəti törətdiyini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Belə ki, həm istintaq orqanı, həm də birinci və apellyasiya instansiya məhkəmələri Məhkum ittiham irəli sürmək üçün yalnız iş üzrə polis əməkdaşlarının ifadəsi ilə kifayətlənmişlər. Cinayət işindən də göründüyü kimi, Məhkum polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində hər hansı narkotik vasitə aşkar olunmamışdır. Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran təqsirləndirilən şəxs Məhkum dindirmə protokolundakı ifadəni oxumadan imzaladığını, həmin ifadənin uydurma olduğunu, onun istintaqa heç bir ifadə vermədiyini məhkəməyə bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində Məhkum barəsində həbs qətimkan tədbiri seçilən zaman o, pis vəziyyətdə olduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldığı zaman və idarədə olduğu zaman polis əməkdaşları tərəfindən döyüldüyünü hakimə bildirməmişdir. O, Polis bölməsində olduğu zaman əməliyyat qrupunun üzvləri tərəfindən döyülərək bədənində xəsarətlər yaranmışdır. O, məhkəməyə bildirmişdir ki, verilmiş ittihamda özünü təqsirli bilmir. Qeyd edilən narkotik vasitənin ona aidiyyəti yoxdur. Məhkum ifadəsində göstərmişdir ki, o, narkotik tərkibli dərman götürməyə getmiş və Musadan onunla birlikdə getməyi xahiş etmişdir. lakin orada dərmanın olmadığını görmüş və ordan uzaqlaşarkən polis əməkdaşlarının onları gözlədiklərini görmüşdür. Polis işçilərini görüb qorxduğuna görə oradan qaçmışdır. Ibtidai istintaq tərəfindən Məhkum verilmiş ittiham ondan əvvəl saxlanılmış və tutulmuş təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs fiziki təzyiq altında alınmış onun adından yazılmış ifadə əsasında qurulmuşdur. Məhkum saxlanılaraq fiziki təzyiqlərə məruz qalmış, xəsarətlər almış və bundan sonra Təqsirləndirilən şəxs təzyiqlə ondan əvvəl alınmış ifadəsi ilə eyni olan ifadəyə oxumadan imza etdirmişlər. Məhkəmə-tibbi ekspertizasının ## ###### 2023-cü il tarixli ***/MEŞ nömrəli rəyindən görünür ki, Məhkum bədən səthində aşkar edilmiş xəsarətlər - sol bazunun, sol saidin və sol əlin İ barmağının sıyrıqları bərk küt əşyanın təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkmiş şəxsin göstərdiyi tarixdə və şəraitdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun # ###### 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Məhkum polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Lakin Məhkum onda aşkar edilmiş xəsarətlərin polis əməkdaşları tərəfindən törədildiyini məhkəmənin diqqətinə çatdırmışdır. Lakin fiziki və psixoloji təzyiq altında olduğundan həmin vaxt bunu dilə gətirə bilməmişdir. Məhkumun müdafiəçisi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarının Məhkum münasibətdə ləğv edilməsini və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum oğlu barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## #### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, kassasiya şikayətinin əsas dəlili kimi irəli sürülmüş məhkuma bəraət verilməsi iddiası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından da göründüyü kimi, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, məhkuma ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə, məhkum Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *(***)-****/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum oğlu barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## #### tarixli, *(***)-***/**** nömrəli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə, məhkum Məhkum oğluna aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar