Məhkəmə qərarları › İş №1(1-8)-192/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-192/2026

24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-192/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Ilkin Qismət oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R Məmmədli Rəşad Təvəkkül oğlunun, məhkum Məhkum müdafiəçisi müdafiəçi5 və məhkum Hüseynov Vaqif Rafiq oğlunun iştirakları ilə, 7 aprel 1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, x6 qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 5 ünvanda yaşamış x7nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə, 28 dekabr 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 3 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli 24 iyun 2025-ci il tarixli qərarından məhkum Hüseynov Vaqif Rafiq oğlu və məhkum Məhkum müdafiəçisi müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli 1 may 2025-ci il tarixli hökmü ilə (hakimlər F.A.Namazov (sədrlik edən), V.E.Quliyev və A.A.Qurbanova) Hüseynov Vaqif Rafiq oğlu - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.6-cı maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Hüseynov Vaqif Rafiq oğluna qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 5 oktyabr 2021-ci il tarixdən hesablanması; Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.6-cı maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəlinin 6 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmü ilə Valievi Elkhan Araz oğlu da təqsirli bilinərək məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxslər Hüseynov Vaqif Rafiq oğlu, Məhkum və onun müdafiəçisi müdafiəçi5 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli 24 iyun 2025-ci il tarixli qərarı ilə (hakimlər A.F.Ibrahimov (sədrlik edən), N.Z.Hüseynov və R.A.Qaraqurbanlıdan ibarət məhkəmə tərkibində) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 may 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Işin halları: Məhkəmə qərarlarına əsasən Hüseynov X3 Elkhan Araz oğlu və Məhkum və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə silah qismində istifadə edilən əşyalardan istifadə edərək adam oğurluğu etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Cinayət Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verərək işgəncə verməklə oğurlanmış şəxsə əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməklə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə təkrarən əmlakını hədəqorxu ilə tələb etmişdir. V.R.Hüseynov, həmçinin, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Hüseynov Vaqif Rafiq oğlu adam oğurluğu, əzab vermə və hədə-qorxu ilə tələb etmə cinayətlərinin törədilməsi barədə tanışları Valievi Elkhan Araz oğlu, Məhkum və X2 ilə zərərçəkmiş şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğuna görə cəzalandırıb pul vəsaitini ələ keçirmək məqsədilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən 2021-ci ilin aprel ayının ortalarında qrup üzvləri Vaqif Hüseynovun idarə etdiyi “Opel Astra” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 saylı ünvanın qarşısına gəldikdən sonra Məhkum, Elkhan Valievi və X5 Xaliq Xəlil oğluna yaxınlaşaraq aralarında olan vəzifə bölgüsünə əsasən Elkhan Valievi silah qismində istifadə etdiyi bıçağı zərərçəkmiş şəxs2 nümayiş etdirərək narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda günahlandırıb Ruslan Fərruxzadə ilə birlikdə onun qollarından tutaraq həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə iradəsi ziddinə Vaqif Hüseynovun idarə etdiyi “Opel Astra” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə qanunsuz olaraq mindirib qrupun üzvü Məhkum qabaqcadan cinayətkar niyyətlərini həyata keçirmək üçün təşkil etdiyi ünvan 4 ünvanına aparmaqla tamah məqsədi ilə adam oğurluğu etmiş, orada Vaqif Hüseynov zərərçəkmiş şəxs2 paltarlarını soyundurub əllərini arxadan iplə, ağzını isə köynəklə bağlayaraq Məhkum, Elkhan Valievi və Ruslan Fərruxzadə ilə birlikdə ona yumruq və təpik zərbələri vuraraq zərərçəkmiş şəxs2 yerə yıxıb mütəmadi olaraq döyüb və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablara məruz qoymaqla oğurlanmış zərərçəkmiş şəxs2 üç gün müddətində işgəncə edərək əzab vermiş, həmçinin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 zor tətbiq etməklə yenidən döyəcəyi, ona əzab verəcəyi hədəsi ilə sərbəst buraxılması müqabilində 5000 (beş min) manat pulu hədə-qorxu ilə tələb etmiş, nəticədə zərərçəkmiş şəxs2 burun tənəffüsünün sol tərəfli mülayim dərəcədə pozulması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan burunun küt travması xəsarəti yetirib sağlamlığa yüngül zərər vurmuşlar. Həmçinin, Hüseynov Vaqif Rafiq oğlu təkrarən hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışları Valievi Elkhan Araz oğlu, Məhkum və X2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Vaqif Hüseynov 2021-ci ilin aprel ayının ortalarında zərərçəkmiş şəxs1 “Whatsapp” mobil tətbiqi vasitəsilə videogörüntü ilə zəng edib zərərçəkmiş şəxs2 yerdə əlləri arxadan bağlı vəziyyətdə uzadıldığını və narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün qrup üzvləri tərəfindən döyülməsini göstərib zərərçəkmiş şəxs1 da şəxsiyyəti üzərində zor tətbiq edəcəyi hədəsi ilə ondan 500 (beş yüz) manat pulu hədə-qorxu ilə tələb edərək 2021-ci ilin aprel ayının ortalarında Məhkum, Elkhan Valievi, Ruslan Fərruxzadə və Vaqif Hüseynov zərərçəkmiş şəxs1 500 (beş yüz) manat pulunu ələ keçirmişlər. Bundan başqa, Hüseynov Vaqif Rafiq oğlu istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,863 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində qanunsuz saxlamaqla Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu küçələrinin kəsişməsinə qanunsuz daşımış, Vaqif Hüseynovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 5 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu küçələrinin kəsişməsində saxlanılaraq Nizami Rayon Polis Idarəsinə gətirilərək, orada 5 oktyabr 2021-ci il saat 23:00-dan etibarən üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,863 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkum adam oğurluğu, əzab vermə və hədə-qorxu ilə tələb etmə cinayətlərinin törədilməsi barədə tanışları Valievi Elkhan Araz oğlu, Hüseynov Vaqif Rafiq oğlu və X2 ilə zərərçəkmiş şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğuna görə cəzalandırıb pul vəsaitini ələ keçirmək məqsədilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən 2021-ci ilin aprel ayının ortalarında qrup üzvləri Vaqif Hüseynovun idarə etdiyi “Opel Astra” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 saylı ünvanın qarşısına gəldikdən sonra Məhkum, Elkhan Valievi və X5 Xaliq Xəlil oğluna yaxınlaşaraq aralarında olan vəzifə bölgüsünə əsasən Elkhan Valievi silah qismində istifadə etdiyi bıçağı zərərçəkmiş şəxs2 nümayiş etdirərək narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda günahlandırıb Ruslan Fərruxzadə ilə birlikdə onun qollarından tutaraq həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə iradəsi ziddinə Vaqif Hüseynovun idarə etdiyi “Opel Astra” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə qanunsuz olaraq mindirib qrupun üzvü Məhkum qabaqcadan cinayətkar niyyətlərini həyata keçirmək üçün təşkil etdiyi ünvan 4 ünvanına aparmaqla tamah məqsədi ilə adam oğurluğu etmiş, orada Vaqif Hüseynov zərərçəkmiş şəxs2 paltarlarını soyundurub əllərini arxadan iplə, ağzını isə köynəklə bağlayaraq Məhkum, Elkhan Valievi və Ruslan Fərruxzadə ilə birlikdə ona yumruq və təpik zərbələri vuraraq zərərçəkmiş şəxs2 yerə yıxıb mütəmadi olaraq döyüb və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablara məruz qoymaqla oğurlanmış zərərçəkmiş şəxs2 üç gün müddətində işgəncə edərək əzab vermiş, həmçinin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 zor tətbiq etməklə yenidən döyəcəyi, ona əzab verəcəyi hədəsi ilə sərbəst buraxılması müqabilində 5000 (beş min) manat pulu hədəqorxu ilə tələb etmiş, nəticədə zərərçəkmiş şəxs2 burun tənəffüsünün sol tərəfli mülayim dərəcədə pozulması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan burunun küt travması xəsarəti yetirib sağlamlığa yüngül zərər vurmuşlar. Həmçinin, Məhkum təkrarən hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışları Valievi Elkhan Araz oğlu, Hüseynov Vaqif Rafiq oğlu və X2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Vaqif Hüseynov 2021-ci ilin aprel ayının ortalarında zərərçəkmiş şəxs1 “Whatsapp” mobil tətbiqi vasitəsilə videogörüntü ilə zəng edib zərərçəkmiş şəxs2 yerdə əlləri arxadan bağlı vəziyyətdə uzadıldığını və narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün qrup üzvləri tərəfindən döyülməsini göstərib zərərçəkmiş şəxs1 da şəxsiyyəti üzərində zor tətbiq edəcəyi hədəsi ilə ondan 500 (beş yüz) manat pulu hədə-qorxu ilə tələb edərək 2021-ci ilin aprel ayının ortalarında Məhkum, Elkhan Valievi, Ruslan Fərruxzadə və Vaqif Hüseynov zərərçəkmiş şəxs1 500 (beş yüz) manat pulunu ələ keçirmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum Hüseynov Vaqif Rafiq oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 *(***)-****/**** nömrəli 24 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ona elan edilmiş ittihamda nəzərdə tutulmuş cinayətləri törətməmişdir. Ibtidai istintaq qərəzli və saxtakarlıqla aparılaraq kobud prosessual pozuntulara yol verilmişdir. Cinayət işi düzgün araşdırılmamış və nəticədə onun barəsində ədalətsiz qərar qəbul edilmişdir. Məhkəmənin qəbul etdiyi qərarlar işin faktiki hallarına uyğun olmamışdır. Məhkum Məhkum müdafiəçisi müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 *(***)-****/**** nömrəli 24 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, həm ibtidai istintaq, həm də məhkəmə baxışında təqdim edilmiş bütün sübutlar, şahid ifadələri Məhkum bu cinayət əməlinin törədilməsində iştirakını təsdiq etmir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Elkhan Vaqif və o kafedə oturan zaman Vaqif Hüseynova zəng gəlmiş və bildirmişlər ki, Xaliq onun tanışı qızın yaşadığı evə gəlib əlində bıçaq orada səs küy yaratmışdır. Onlarda maşına əyləşib həmin yerə gəlmişlər, Qönçənin yaşadığı evin qarşısında maşından düşəndə orada Xaliqi görmüşlər və danışmışlar ki, kənarda gedib söhbət etsinlər. Xaliq əvvəldən Vaqiflə tanışıymışlar. Xalidin təklifi ilə avtomaşına minib Hövsan qəsəbəsinə Vaqifin evinə gəlmişlər. Evdə oturub söhbət etmişlər, orada Vaqifin Xaliqlə söhbəti düz gəlməmiş və Xaliqi döymüşdür. Axşamı evdə qalmışlar səhərisi gün Vaqif Xaliqi aparıb Əhmədli qəsəbəsindən yola salıb gəlmişdir. Onun bu ifadəsi həm digər təqsirləndirilən şəxslərin, həm də zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 ifadəsi ilə tamamilə təsdiq edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Nərgiz (Qönçə) adlı qadını 10 ay olar ki, tanımış, Nərgizlə həmişə görüşməmiş, onu hərdən bir görmüşdür. Nərgiz onu yaşadığı evinə dəvət etmişdir. Nərgizin evində Arzu adlı qadınla tanış olmuşdur. Nərgizin evində olarkən, Qöncə ilə Arzunun bir kənara çəkilib sakitcə aralarında danışmaqlarını görmüşdür. Başa düşmüşdür, ki Qöncə ilə Arzu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldurlar. Qönçədən bu barədə soruşduqda, Qöncə ona başqa vaxt açıqlama verəcəyini söyləmişdir. Iki gün sonra, Qönçə ilə görüşdükdə Qöncə ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu, eləcədə özünün əxlaqsızlıqla məşğul olduğun, bu işlərdən gəlir əldə etdiyini, həmin gəlirlərin çox hissəsini Arzu adlı qadına verdiyini bildirmişdir. Arzu adlı qadına 2000 manat borcu olduğunu söyləmiş, borcu qaytarmaq üçün bu işlərnən məşğul olduğunu bildirmişdir. O Qönçəyə Arzu adlı qadının evindən çıxmasını tələb etmiş, əks halda ayrılacaqlarını bildirmişdir. Üstundən bir müdət keçəndən sonra onlar görüşmüş, Qönçə ona demişdir ki, Arzu ilə evə qalxıb düşür. O, aşağıda Qönçəni qözləyən zaman “Opel Astra” markalı avtomobil gələrək dayanmış, avtomobildə 4 nəfər şəxs olsa da sürücüdən başqa 3 nəfər şəxs düşmüş, onların içində Vagif də olmuşdur. Vaqifgil ona demişlər ki, çəkilib kənarda söhbət etsinlər. Sonra avtomobilə əyləşib onu Hövsan qəsəbəsinə gətirmişlər. Orada sozləri düz gəlməmiş və dalaşmışlar. Orada onun gözlərini bağlayaraq zərbələrlə onu döymüşlər. Bir gün orada qaldıqdan sonra onu Əhmədliyə gətirib düşürüb getmişlər. Hətta zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 istintaqda ona təzyiq göstərildiyini və qorxu altında ifadə verdiyini, ifadəsinin yazılaraq sadəcə imzaladığını bildirmişdir. Lakin məhkəmə nədənsə onun ifadəsini qanunsuz olaraq heç bir digər dəlil göstərmədən “iş üzrə zərərçəkmiş şəxslər istintaq zamanı vermiş olduqları ifadələrindən fərqli ifadə verərək təqsirləndirilən şəxslərin məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər” kimi qiymətləndirməklə cinayət qanunvericiliyinin tələblərini pozmuşdur. Eynilə digər Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslərdən təkcə Vaqifi tanıyıram. Qönçə məndən bir müddət əvvəl 700 manat borca pul istədi, Vaqifə verəcəyini dedi. Məndə Qönçəyə 700 azn pul verdim. Sonra pul lazım olmadığı uçun pulu mənə geri gaytardı. Nərgiz mənə onun uşağına baxmağı təklif etdi hər ay 400 manat pul qarşılığında məndə razılaşdım. Qönçənin uşağına 3 aylığınan 7-di yaşına kimi mən baxmışam. Xəbərim var idiki Nərgiz Xaliq adlı şəxlə münasibəti var və onunla bir yaşayırdılar. Mən bazardan gələndə Nərgiznən rastlaşdıq o mənə dediki icazə ver sənin evində qalım, söhbət edə-edə üzü bina tərəfə gedirdik, binanın blokuna daxil olanda, lift açıldı liftdən Xaliq çıxdı, daha sonra Xaliq bıçaq çıxardı və Nərgizə dediki mənimlə gəlməlisən yoxsa sənin üçün pis olacaq. Mən Xaliqə pıçağı yığışdırmağını söylədim və dedimki qonşulardan ayıbdı mən 9 ildirki bu binada yaşayıram. Həmin zaman gonşunun biri çıxdı və Xaliq bıçağı yığışdırdı. Mən Xaliqə dedimki biz qalxaq yuxarı mən Nərgiznən danışacam duşəcəy aşağı. Biz evə girəndə Nərgiz telefonu açaraq Vaqifə zəng vurdu və dediki Xaliq məni öldürür və Xaliqin binanın məhləsində olduğunu dedi. Biraz vaxt keçəndən sonra Nərgiz mənə dediki narahat olma Xaliqi apardılar burdan. Vaqifin binanın məhləsinə kimnən və hansı avtomobillə gəldiyini görmədim. Hadisənin üstundən bir gün keçəndən sonra Xaliq gəldi məndən üzr istədi. Sonda onu demək istiyirəm ki, təqsirləndirilən şəxslərdən heç biri mənə hədə gorxu gəlmiyib. Belə olan halda məhkəmə heç bir əsas olmadan şəxsi ittiham aktının sadəcə üzünü hökmə köçürməklə ittiham hökmü çıxarması tamamilə təsdiq olunur. Hər iki zərərçəkmiş şəxs ifadələrini oxumadıqlarını, hədə-qorxu altında imzaladıqlarını bildirmiş, hətta zərərçəkmiş şəxs1 ifadəsinin altındakı imzanın ona məxsus olmadığını bildirsə də, nə Bakı Ağır Cinayətlər Məhkəməsi, nə də apellyasiya məhkəməsi bu halı araşdırmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkum V.Hüseynovun və məhkum Məhkum müdafiəçisi müdafiəçi5, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, V.Hüseynov və Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum Hüseynov Vaqif Rafiq oğlu və məhkum Məhkum müdafiəçisi müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumlara qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsində “Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə” görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci maddəsində eyni əməllər iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsində eyni əməllər bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6cı maddəsində eyni əməllər işgəncə verməklə törədildikdə bu əməl iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsində “Adam oğurluğu” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində eyni əməllər bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.4-cü maddəsində eyni əməllər zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.5-ci maddəsində eyni əməllər silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.6-cı maddəsində eyni əməllər tamah məqsədi ilə və ya sifarişlə törədildikdə bu əməl səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində “hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsində eyni əməllər “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə”; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində eyni əməllər “təkrar törədildikdə”; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsində “zor tətbiq etmə ilə törədildikdə” - bu əməllər beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X1rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum və V.Hüseynovun əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkumlar Məhkum və V.Hüseynov tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası eyni sübutları təkrar sadalamağı ehtiyac görmür. Məhkumların törətdiyi əməllər həm onların, həm zərər çəkmiş şəxslərin, həm də şahidlərin ifadələri ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı 25-ci bəndinə əsasən cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə görə CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli qərarının 1-1-ci bəndinə əsasən CM-in 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Həmin Qərarın üçüncü bəndinə əsasən CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də CM-in 134-cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərər çəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Həmin Qərarın 3-1-ci bəndinə əsasən hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə, V.Hüseynovun əməlini isə CM-in 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 234.1-ci maddələri tövsif edib həmin maddələr ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətlərində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkumlar Hüseynov Vaqif Rafiq oğlu və Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkum Hüseynov Vaqifə cəza təyin edilərkən cəzasını yüngülləşdirən hal kimi 1 (bir) azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, ailə vəziyyətini, müsbət xarakterizə olmasını və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Həmçinin məhkum Məhkum cəza təyin edilərkən cəzasını yüngülləşdirən hal kimi zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, ailə vəziyyətini, səhhətini, müsbət xarakterizə olunmasını cəzasını və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli 24 iyun 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətləri təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum Hüseynov Vaqif Rafiq oğlu və məhkum Məhkum müdafiəçisi müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Hüseynov Vaqif Rafiq oğlu və Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli 24 iyun 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar