Məhkəmə qərarları › İş №1(1-8)-198/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-198/2026

03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-198/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2024-cü il tarixli 1(103)- 2467/2024 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azad Məcidov (sədrlik edən və məruzəçi), Səbinə Məmmədzadə və Əli Məmmədov) 20 sentyabr 2024-cü il tarixli 1(101)-1396/2024 nömrəli hökmü ilə 25 sentyabr 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər dəfələrlə məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi, ev 11-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 10-da yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2023-cü ildən hesablanmışdır. Həmin hökmə əsasən təqsirləndirilən şəxs1, X1 və təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən Zaur Binandanın tanışı təqsirləndirilən şəxs1 09 oktyabr 2023cü il tarixdə polis əməkdaşları tərəfindən tutulduğunu bildikdə və sonuncunun tanışı İran İslam Respublikasının vətəndaşı ehtimal edilən «Səccad» adlı şəxsdən külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etdiyni, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaq məqsədilə kirayəyə götürdüyü və daimi yaşamadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi nömrəsiz evdə gizlətdiyini, tez bir zamanda həmin narkotik vasitələri və psixotrop maddəni başqa ünvanda gizlətməsini təşkil etmək barədə təlimatı əsasında hərəkət edərək bu haqda tanışı Zaur Binandadan məlumat alaraq sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib 10 oktyabr 2023-cü il tarixdə naməlum saatda Zaur Binanda ilə birlikdə həmin evdə saxlanılan külli miqdarda ümumi çəkisi 1985,6 qram narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd plastik qabda təmiz çəkisi 1594,018 qram narkotik vasitə heroini, 01 ədəd bağlamada təmiz çəkisi 810 qram psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzini götürərək üzərində saxlayıb onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə və saxlama cinayət əlaqəsində olduğu tanışı təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən nömrəsiz fərdi bağ evinə qədər daşımış, orada 11 oktyabr 2023-cü il tarixdə naməlum saatda o, təqsirləndirilən şəxs2 30 manat müqabilində təmiz çəkisi 10,60 qram narkotik vastiə olan qurudulmuş marixuananı satmış, Zaur Binanda isə təqsirləndirilən şəxs2 evinə qonaq gəlmiş sonuncunun qardaşı oğlu şahid2 təmiz çəkisi 19,018 qram narkotik vasitə heroini pay vermiş, bundan sonra onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Zaur Binanda 12 oktyabr 2023-cü il tarixdə saat 20:50-də Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən 307 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq yaşadığı evində axtarış aparılan zaman mətbəx otağındakı şkafda təmiz çəkisi 71,43 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, o isə yerdə qalan ümumi təmiz çəkisi 1975,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı, təmiz çəkisi 1575 qram narkotik vasitə heroini, təmiz çəkisi 810 qram psixotrop maddə olan metamfetamini və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzini Bakı şəhəri, Sabunçu qəsəbəsi, «Komsomol» dairəsinin yaxınlığına qədər üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 12 oktyabr 2023-cü il tarixdə saat 21:00-da Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerdə saxlanılaraq 12-ci PŞ-nə gətirilmiş və orada üzərində keçirilmiş axtarış zamanı əlində olan çantanın içində külli miqdarda 05 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 405,0 qram, 480,0 qram, 485,0 qram, 490,0 qram və 115,0 qram olmaqla ümumi təmiz çəkisi 1975,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd plastik qabda təmiz çəkisi 1575 qram narkotik vasitə heroin, 01 ədəd sellofan bükümündə təmiz çəkisi 810 qram psixotrop maddə olan metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq təqsirləndirilən şəxs2 və şahid2 Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərilərinə keçirilmiş axtarış zamanı təqsirləndirilən şəxs2 üzərində təmiz çəkisi 10,60 qram narkotik vasitə olan qurudulmuş marixuana, şahid2 üzərində isə təmiz çəkisi 19,018 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mehriban Qarayeva (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Fərid Əyyubov) 16 dekabr 2024-cü il tarixli 1(103)-2467/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 1(101)-1396/2024 nömrəli hökmü məhkum Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2024-cü il tarixli 1(103)-2467/2024 nömrəli qərarının ləğv edilməsini və aşağı həddə cəza tətbiq edilməklə, əməlinin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: əhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən onun ailəli olmasını, narkotik vasitəni nə satmaq, nə də üzərində daşımaq niyyəti olduğunu kifayət qədər nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyalarına əsasən, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq külli miqdarda, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satılması, yaxud satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, daşınması və ya göndərilməsi həmin maddələr üzrə cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi, “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmə” və “satış və ya satış məqsədi” Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkiblərinin zəruri əlamətləri olmaqla, həmin əməlləri CM-in 234.1-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlindən fərqləndirən əsas meyarlardır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Buna görə də şəxsin əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tətbiqi üçün həm narkotik vasitənin və ya psixotrop maddənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, daşınması, göndərilməsi və ya satılması mötəbər sübutlarla təsdiq edilməlidir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla məhkum Məhkum tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni iş üzrə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, məhkəmə ekspertizalarının rəylərini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi işə təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq, hesab edir ki, həmin sübutların məcmusu məhkumun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi barədə mötəbər və yekun qərarına gəlməyə imkan verir. Belə ki, tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarından görünür ki, Məhkum X1 ilə qabaqcadan əlbir olaraq qanunsuz olaraq 1985,6 qram narkotik vasitə qurudulmuş marixuananı, 1594,018 qram narkotik vasitə heroini, 810 qram psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzini götürərək üzərində saxlayıb daşımışdır. Həmçinin müəyyən edilmişdir ki, o, təqsirləndirilən şəxs2 30 manat müqabilində 10,60 qram narkotik vasitə olan qurudulmuş marixuananı satmışdır. İşə baxan məhkəmələr Məhkum narkotik vasitənin və psixotrop maddənin miqdarını və müxtəlif növ olmasını, üzərində heroin izlərinin elektron tərəzinin aşkar edilməsi və saxlanılan marixuananın bir hissəsini təqsirləndirilən şəxs2 satmasını onun üzərində olan narkotik vasitəni və psixotrop maddəni də satış məqsədi ilə əldə edərək saxlamasını təsdiq edən hallar kimi nəzərə almış və buna əsasən nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, məhkəmələrin Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair gəldiyi nəticə iş üzrə toplanmış sübutlara və iş hallarına uyğun gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir. Məhkum Ə.F.Babayevin ondan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə deyil, özünün şəxsi istehlakı üçün əldə etməsi barədə dəlilləri işin yuxarıda qeyd edilən halları ilə tam təkzib olunur və bununla da ona verilmiş ittihamda göstərilən xüsusatlar məhkəmə kollegiyasında heç bir şübhə doğurmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Ə.F.Babayevin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkum Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmələr məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin işə baxan məhkəmələrin məhkum Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2024-cü il tarixli 1(103)-2467/2024 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2024-cü il tarixli 1(103)-2467/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar