Məhkəmə qərarları › İş №1(1-8)-199/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-199/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-199/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X3 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-****/**** nömrəli qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## ##### 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsi, ev 30 C-də qeydiyyatla yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzası təyin edilmiş, Məhkum təyin edilmiş 320 saat ictimai işlər cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü ictimai işlərin səkkiz saatı bərabər tutulmaqla 1 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Məhkum Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum 2 il 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli cinayət işi üzrə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 1 gün müddət, cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, (Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə müəyyən edilmiş). Məhkum barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə cəza çəkməsi nəzərə alınması müəyyən edilmişdir. Həmin hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X5 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə) 2025-ci il # ###### tarixli, *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmündən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə tətbiqinə dair müddəalar xaric edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzası dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə dəyişdirilərək, Məhkum barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edildiyindən həmin qərar müstəqil icra olunmuş və Məhkum məhkəmə zalından həbsdən azad edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)- ****/**** nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ### tarixli iclasına təyin edilmişdir. Işə kassasiya instansiyası məhkəməsində baxılanadək dövlət ittihamçısı məhkəməyə yazılı müraciət təqdim edərək kassasiya protestini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya protestinin geri qaytarılması barədə dövlət ittihamçısının müraciətini nəzərə alaraq, dövlət ittihamçısının bu məsələyə münasibətini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya protestinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin kassasiya protesti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)- ****/**** nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti dövlət ittihamçısının müraciətinə əsasən geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar