Məhkəmə qərarları › İş №1(1-8)-205/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-205/2026

28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(1-8)-205/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin hakimlәri Novruzov Əlәsgәr Əli Iskәndәr oğlu (sәdrlik edәn), Yusifov Şahin Yaşar oğlu vә Rәcәbov Ilkin Əbülfәz oğlundan ibarәt mәhkәmә tәrkibindә, Sәfәrli Kamal Rizvan oğlunun katibliyi ilә, Dövlәt ittihamçısı – Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin Kassasiya instansiyası mәhkәmәsindә dövlәt ittihamının müdafiәsi vә analitik tәhlil şöbәsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun iştirakı ilә, Saatlı Rayon Mәhkәmәsinin 9 aprel 2025-ci il tarixli hökmü ilә Bәraәt almış şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.1-ci maddәsi ilә bәraәt verilmәsinә dair cinayәt işi üzrә Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının 24 noyabr 2025-ci il tarixli qәrarından dövlәt ittihamçısı tәrәfindәn verilmiş kassasiya protestinә mahiyyәti üzrә baxaraq MÜƏYYƏN ETDI: Saatlı Rayon Mәhkәmәsinin 9 aprel 2025-ci il tarixli 1(055)-7/2025 nömrәli (hakim: Sadıqov Mirlәtif Süleyman oğlunun sәdrliyi) hökmü ilә # ###### 1985-ci ildә x şәhәrindә doğulmuş, Azәrbaycan Respublikası vәtәndaşı, orta tәhsilli, evli, mәhkum olunmuş vә mәhkumluğu ödәnilmәmiş, işlәmәyәn, xxx küçәsi ev 45-dә qeydiyyatda olmaqla, xxx ev 51-dә yaşayan Bәraәt almış şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra “CM-in”) 234.1-ci maddәsi ilә nәzәrdә tutulan cinayәt әmәlini törәtmәkdә tәqsirliliyi sübuta yetirilmәdiyinә görә ona bәraәt verilmәsi, onun barәsindә seçilmiş “polisin nәzarәti altına vermә” qәtimkan tәdbirinin lәğv edilmәsi, tәqsirlәndirilәn şәxs qismindә cәlb edilmәsi, qәtimkan tәdbirinin tәtbiqi vә mәhkәmәyә verilmәsi nәticәsindә vurulmuş ziyanın ödәnilmәsi hüququnun vә hәmin hüququn hәyata keçirilmәsi qaydasının ona izah edilmәsi müәyyәn edilmiş, iş üzrә maddi sübut vә mәhkәmә mәsrәfi ilә bağlı mәsәlәlәr hәll edilmişdir. Hökmdәn dövlәt ittihamçısı tәrәfindәn verilmiş apellyasiya protestinә әsasәn işә baxan Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının 24 noyabr 2025-ci il tarixli 1(106)- 482/2025 nömrәli (hakimlәr: Əliyev Əli Abdulla (sәdrlik edәn), Bәhmәnov Habil Xanoğlan oğlu vә Hәşimov Yaşar Xanoğlan oğlundan ibarәt mәhkәmә tәrkibindә) qәrarı ilә apellyasiya protesti tәmin edilmәmiş, Saatlı Rayon Mәhkәmәsinin 9 aprel 2025-ci il tarixli hökmü apellyasiya protestinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmışdır. Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının 24 noyabr 2025-ci il tarixli qәrarından dövlәt ittihamçısı tәrәfindәn kassasiya protesti verilmişdir. IŞIN HALLARI: Istintaq orqanı tәrәfindәn Bәraәt almış şәxs ittiham elan olunmuşdur ondan ötrü ki, istintaqa mәlum olmayan vaxtda vә mәnbәdәn tәmiz çәkisi 6,89 qram tәrkibindә narkotik maddәlәr olan çәtәnә (kannabis) bitkisindәn kustar üsulla hazırlanmış narkotik vasitә olan qurudulmuş marixuananı satış mәqsәdi olmadan qanunsuz olaraq xeyli miqdarda әldә etmiş, saxlamış vә daşımış, hәmin narkotik vasitәni 7 iyun 2024-cü il tarixdә saat 12:35 radәlәrindә x şәhәri, x prospektindә yerlәşәn *** nömrәli binanın qarşısında piyada satış mәqsәdi olmadan qanunsuz olaraq üstündә daşıyarkәn әmәliyyat tәdbiri keçirәn polis әmәkdaşları onu Saatlı RPŞyә gәtirib, orada 7 iyun 2024-cü il tarixdә saat 13:35 radәlәrindә hәmin 1 әdәd bükümdә 6,89 qram xeyli miqdarda narkotik vasitә qurudulmuş marixuananı onun әynindәki şalvarının sol cibindәn aşkar edәrәk götürmüşlәr, yәni satış mәqsәdi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitәni әldә etmiş, saxlamış vә daşımışdır. Mәhkәmәlәr yuxarıda qeyd edilәn nәticәyә gәlmişlәr. KASSASIYA PROTESTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇISININ ÇIXIŞI: Dövlәt ittihamçısı kassasiya protestini göstәrmişdir ki, mәhkәmә kollegiyası tәrәfindәn qәrar qәbul edilәrkәn sübutlar Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 143- 146-cı maddәlәrinin tәlәblәrinә müvafiq olaraq tәdqiq edilmәdiyindәn vә bunun nәticәsi olaraq Fәrman Haşımovun barәsindә әsassız yekun qәrar qәbul edildiyindәn hәmin yekun qәrar lәğv edilmәli vә iş yeni apellyasiya baxışına tәyin edilmәlidir. Belә ki, Bәraәt almış şәxs CM-in 234.1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlinin törәtmәsi iş üzrә toplanılmış obyektiv sübutlarla tәsdiq edilmişdir. Mәhkәmә kollegiyası tәqsirlәndirilәn şәxsә tәqsirsizliyi sübuta yetirilmәmәsi әsası ilә birinci instansiya mәhkәmәsi tәrәfindәn çıxarılmış bәraәt hökmündәn verilmiş apellyasiya protestini tәmin etmәmәklә hökmün dәyişdirilmәdәn saxlamaqda haqlı olmamışdır. Bundan әlavә, Bәraәt almış şәxs qarşı guya polis әmәkdaşları tәrәfindәn qanunsuz hәrәkәtlәrә yol verilmәsi mәhkәmә baxışlarında öz tәsdiqini tapmamışdır. Apellyasiya instansiya mәhkәmәsi obyektiv şahidlәrin ifadәlәrini, mәhkәmә-tibbi ekspertiza rәylәrini, iş üzrә toplanılmış digәr sübutları vә işin obyektiv hallarını nәzәrә almamışdır. Mәhkәmә kollegiyası obyektiv toplanılmış iş materiallarına kifayәt qәdәr diqqәt yetirmәmişdir. Belә ki, iş materiallarına әlavә edilmiş, 7 iyun 2024-cü ildә müdafiәçisinin iştirakı ilә tәqsirlәndirilәn şәxs Bәraәt almış şәxs üzәrindә keçirilmiş şәxsi axtarış vә baxış istintaq hәrәkәtlәrinin video görüntülәrindәn müәyyәn edilir ki, tәqsirlәndirilәn şәxs polis әmәkdaşları tәrәfindәn işgәncәlәrә mәruz qalması barәdә hәr hansı mәlumatı öz müdafiәçisinә bildirmәmiş, Bәraәt almış şәxs bәdәnindә gözlә görünәn hәr hansı xәsarәt aşkar edilmәmiş, әvvәldәn sona kimi Bәraәt almış şәxs ayağını yerә çәtinliklә basması görünmür, әgәr belә olsaydı istintaq hәrәkәti sonuncunun ayaq üstә durması ilә deyil, oturaraq istintaq hәrәkәtinin davam etdirilmәsi ilә aparılardı. Ekspert rәylәrindәn görünür ki, hәbsdә olmayan Bәraәt almış şәxs yalnız 12 iyun 2024сü ildә tibbi yardım üçün müraciәt etmiş, yәni xәsarәtlәri 2024-cü ilin iyun ayının 9-dan sonra almışdır. Hәr iki instansiya mәhkәmәlәri müdafiә mövqeyindәn çıxış edәrәk, nә mәhkәmә-tibbi ekspertizasının rәylәrini, nә dә obyektiv şahidlәrin ifadәlәrini nәzәrә almadan, yәni Bәraәt almış şәxs qarşı polis әmәkdaşları tәrәfindәn qanunsuz hәrәkәtә yol verilmәsi tәsdiq edilmәdiyi halda, onun guya fiziki tәsir altında etirafedici ifadәlәr vermәsinә mәcbur edilmәsi qәnaәtinә gәlmişlәr. Mәhkәmә qeyd etmişdir ki, baxışda tәdqiq olunmuş, iş materiallarında olan videogörüntülәr vә fotoşәkillәrdәn görünür ki, Bәraәt almış şәxs bәdәninin müxtәlif nahiyәlәrindә xәsarәtlәr 9 iyun 2024-cü il saat 23:02-dә arvadı tәrәfindәn yaşadıqları evdә qeydә alınmışdır. Lakin iş materiallarından görünür ki, Bәraәt almış şәxs hәmin vaxt Saatlı RPŞin MSY-dә olmuş, ona görә bu videogörüntülәrin 9 iyun 2024-cü il saat 23:02-dә qeydә alınması qeyri-mümkündür. Belәliklә, iş materialları ilә tәsdiq edilmişdir ki, Bәraәt almış şәxs tutulduğu andan 9 iyun 2024-cü il saat 23:50-dәk Saatlı RPŞ-in MSY-indә saxlanılarkәn heç bir fiziki zora mәruz qalmamışdır. Bәraәt almış şәxs heç bir fiziki zor göstәrimәdiyi halda vә sol ayağının burxulması nәticәsindә onda aşkar edilmiş xәsarәt sağlamlığa zәrәr vurmayan xәsarәtlәrә aid olması halda mәhkәmәlәrin ona qarşı fiziki zor göstәrilmәsi nәticәsindә etirafedici ifadәlәr vermәsi qәnaәtinә gәlmәlәri anlaşılmazdır. Mәhkәmә kollegiyası yalnız video görüntülәrә, Bәraәt almış şәxs vә maraqlı şәxs olan onun arvadının ifadәlәrinә әsaslanaraq hesab etmişdir ki, Bәraәt almış şәxs 9 iyun 2024-cü ildә saat 23:50-dә polis şöbәsindә müayinә edilmәsi obyektiv olaraq qeyri-mümkündür. Bu halda kitab qeydinin ya sonradan tәrtib edilmәsi, nöqsanlı olması, tәzyiq vә göstәrişlә yazılması vә ya başqa şәxslә sәhv salınması ehtimallarından biri olduğunu göstәrir. Bu ziddiyyәtlәr isә sonuncunun ifadәsinin dә mәhkәmәdә sübut kimi qәbul edilmәmәsini şәrtlәndirir. Mәhkәmә kollegiyası müdafiә mövqeyindәn çıxış edәrәk, әsassız olaraq Bәraәt almış şәxs ifadәsini vә videogörüntülәri mötәbәr sübut kimi qәbul etmiş, digәr obyektiv sübutları isә tәkzib etmişdir. Belә ki, mәhkәmә tibb işçilәrinin obyektiv ifadәlәrini, qeydiyyat kitabda olan tarix vә saatını, ekspert rәylәrini, polis әmәkdaşlarının ifadәlәrini guya birbaşa hәqiqәtә uyğun olmayan kimi qәbul edib, tәqsirlәndirilәn şәxsin ifadәlәrini vә sonradan çәkilә bilәn video görüntülәri әsl hәqiqәtә uyğun olan kimi nәzәrә almışdır. Halbuki, yuxarıda qeyd edilәnlәrdәn görünür ki, 7 iyun 2024-cü ildә Bәraәt almış şәxs üzәrindә şәxsi axtarış vә baxış keçirilәrkәn, o, törәtdiyi cinayәti etiraf etmiş vә üzәrindә görünәn xәsarәtlәr olmamış, ona qarşı polis әmәkdaşları tәrәfindәn işgәncәlәrә mәruz qalması barәdә hәr hansı şikayәt etmәmiş, yalnız 9 iyun 2024-cü il saat 23:50-dә sol ayağının buraxması ilә bağlı ona hәkimlәr tәrәfindәn tibbi yardım göstәrilmiş, bәdәni sәthindә digәr xәsarәtlәr, hәmçinin "elektroşok" aparatı vasitәsilә yetirilmәyә uyğun termiki zәdә yerlәri aşkar edilmәmişdir. Göründüyü kimi, hәr iki instansiya mәhkәmәlәri Bәraәt almış şәxs polis şöbәsindәn buraxıldıqdan sonra yalnız 12 iyun 2024-cü ildә xәsarәtlәrlә bağlı hәkimlәrә müraciәt etmәsini, arvadı tәrәfindәn çәkilmiş video görüntünün guya 9 iyun 2024-cü il saat 23:02-dә qeydә alınmasını, onun polis әmәkdaşları tәrәfindәn döyülmәsi barәdә ifadәlәrini mötәbәr sübut kimi qәbul etmәkdә haqlı olmamış vә nәticәdә Bәraәt almış şәxs qurduğu müdafiә taktikası әsassız olaraq hәr iki instansiya mәhkәmәlәri tәrәfindәn daha üstün tutulduğundan, o, cinayәt mәsuliyyәtindәn boyun qaçırmağa nail olmuşdur. Belәliklә, Şirvan Apellyasiya Mәhkәmәsi tәrәfindәn qәrar qәbul edilәrkәn cinayәtprosessual qanunvericiliyin tәlәblәrinә müvafiq olaraq cinayәt işi üzrә toplanmış sübutlar mәcmu qaydada qiymәtlәndirilmәmiş, sübutlar CPM-in 143-146-cı maddәlәrinin tәlәblәrinә müvafiq olaraq tәdqiq edilmәmiş vә bunun nәticәsi olaraq Bәraәt almış şәxs CM-in 234.1-ci maddәsi ilә әsassız bәraәt verilmişdir. Odur ki, göstәrilәnlәri nәzәrә alaraq, Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının 24 noyabr 2025-ci il tarixli qәrarının lәğv edilәrәk, cinayәt işinin yeni apellyasiya baxışına tәyin edilmәsi barәdә qәbul edilmәsini xahiş edir. Kassasiya instansiyası mәhkәmәsindә Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin Kassasiya instansiyası mәhkәmәsindә dövlәt ittihamının müdafiәsi vә analitik tәhlil şöbәsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edәrәk, kassasiya protestinin tәmin edilmәsini vә Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının 24 noyabr 2025-ci il tarixli qәrarının lәğv edilәrәk işin yeni apellyasiya baxışına tәyin edilmәsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.1-ci maddәsinin tәlәblәrinә görә kassasiya instansiyası mәhkәmәsi kassasiya şikayәtinә vә ya kassasiya protestinә mahiyyәti üzrә baxaraq yalnız hüquq mәsәlәlәri üzrә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiqinin düzgünlüyünü yoxlayır. Belә yoxlamanın nәticәsindә kassasiya kollegiyasının apellyasiya instansiyası mәhkәmәsinin qәrarlarının lәğv edilmәsi vә dәyişdirilmәsi üzrә sәlahiyyәtlәrinin hüdudlarını isә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 416-cı maddәsi müәyyәn edir. Mәhz hәmin maddәdә tәsbit edilәn әsaslar (әn azından hәmin әsaslardan biri) olduqda, Ali Mәhkәmәnin Kollegiyası mәhkәmә qәrarını kassasiya qaydasında lәğv etmәyә vә yaxud dәyişdirmәyә haqlıdır. Mәhkәmә kollegiyası hәmin normaların tәlәblәrinә uyğun olaraq apellyasiya mәhkәmәsinin qәrarının qanuniliyini kassasiya protestinin dәlillәrini dә nәzәrә almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlәt ittihamçısı tәrәfindәn verilmiş kassasiya protestindә mәhkәmәlәr tәrәfindәn Bәraәt almış şәxs әsassız olaraq bәraәt verildiyi iddia edilmiş vә mübahisәlәndirilәn qәrarın lәğv edilmәsini şәrtlәndirәn әsaslar Azәrbaycan Respublikası CPM-in 416.1.2 (mәhkәmә bu Mәcәllәnin 143-146-cı maddәlәrinin tәlәblәrinә müvafiq olaraq sübutları tәdqiq etmәdikdә) vә 416.1.3-cü (mәhkumun tәqsirliliyi vә ya bәraәt almış şәxsin tәqsirsizliyi barәdә mәhkәmә hökmünün әsasını yolverilmәz sübutlar tәşkil etdikdә) maddәlәrindә nәzәrdә tutulmuş hallarla әlaqәlәndirilmişdir. Mәhkәmә kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddәsinin tәlәblәri baxımından sәlahiyyәtlәrinә aid olan kassasiya müraciәti hesab edir vә bu müraciәtlә әlaqәdar Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının 24 noyabr 2025-ci il tarixli qәrarının qanuniliyini vә әsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayәt mәsuliyyәtinin әsaslarından bәhs edәn Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 3-cü maddәsindә tәsbit olunmuşdur ki, “yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş cinayәt tәrkibinin bütün әlamәtlәrinin mövcud olduğu әmәlin (hәrәkәt vә ya hәrәkәtsizliyin) törәdilmәsi cinayәt mәsuliyyәti yaradır”. Hәmin Mәcәllәnin tәqsirә görә mәsuliyyәt prinsipini ehtiva edәn 7-ci maddәsindә isә qeyd edilir ki, yalnız törәtdiyi ictimai tәhlükәli әmәlә (hәrәkәt vә ya hәrәkәtsizliyә) vә onun nәticәlәrinә görә tәqsiri müәyyәn olunmuş şәxs cinayәt mәsuliyyәtinә cәlb edilә vә cәzalandırıla bilәr. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 139-cu maddәsinә әsasәn cinayәt hadisәsinin baş vermә faktı vә halları, şübhәli vә ya tәqsirlәndirilәn şәxsin cinayәt hadisәsi ilә әlaqәsi, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәri, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsindә şәxsin tәqsirliliyi cinayәt tәqibi üzrә icraat zamanı yalnız sübutlara әsasәn müәyyәn edilir. Cinayәt-Prosessual Mәcәllәnin 349.5-ci maddәsinә әsasәn mәhkәmә hökmünün әsaslı olması üçün: - mәhkәmәnin gәldiyi nәticәlәr yalnız mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara әsaslanmalı; - bu sübutlar ittihamın qiymәtlәndirilmәsi üçün kifayәt etmәli; - mәhkәmәnin müәyyәn etdiyi hallar onun tәdqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayәt mühakimә icraatının prinsiplәrinә, sübutetmәyә dair cinayәtprosessual normalara, mәhkәmә aktının әsaslılığına dair meyarlara birlikdә götürmәklә baxdıqda aydın olur ki, hәmin müddәalar tәlәb edir ki, mәhkәmә cinayәt işlәrinә faktlar әsasında baxsın, faktların müәyyәn edilmiş sayılması üzrә qәnaәtini isә belә nәticәyә gәlmәk üçün kifayәt edәn, hәqiqiliyinә, yaranma mәnbәyinә, әldә edilmәsi hallarına şübhә olmayan (tam, hәrtәrәfli vә obyektiv yoxlanılmış), mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә lazımınca qiymәtlәndirilmiş işә aid olan vә bir-biri ilә uzlaşan sübutların mәcmusu ilә әsaslandırsın Yalnız belә olduqda, mәhkәmә cinayәt-prosessual qanunun 28-ci maddәsi ilә ehtiva olunan vәzifәlәrini yerinә yetirmiş olar, onun qәbul etdiyi qәrar isә (o cümlәdәn, şәxsin ona isnad edilәn cinayәtin törәdilmәsindә tәqsirli olması barәdә nәticә) әsaslı sayıla bilәr. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәnin 42.1.4-cü maddәsinә әsasәn tәqsirlәndirilәn şәxsin tәqsirliliyi sübuta yetirilmәdikdә, mәhkәmә baxışı nәticәsindә tәqsirlәndirilәn şәxsә qarşı irәli sürülmüş cinayәtin törәdilmәsindә onun tәqsirsizliyini tәsdiq edәn bәraәt hökmü çıxarılır. Apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşaraq belә hesab etmişdir ki, Bәraәt almış şәxs satış mәqsәdi olmadan qanunsuz olaraq narkotik vasitәni xeyli miqdarda әldә edib saxlaması vә daşıması ilә bağlı verilmiş ittiham üzrә tәqsirliliyi sübuta yetirilmәmişdir. Kassasiya mәhkәmә kollegiyası göstәrilәnlәrә münasibәt bildirәrәk aşağıdakıları qeyd etmәyi mәqsәdәmüvafiq hesab edir: Cinayәt-prosessual qanunvericiliyinin, o cümlәdәn Azәrbaycan Respublikası CPM-in 21, 28, 33 vә 353.2.2-ci maddәlәrinin tәlәblәrindәn göründüyü kimi, cinayәt mühakimә icraatının tәqsirsizlik prezumpsiyası prinsipi cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn şәxsin tәqsirinin cinayәt-prosessual qanunun müәyyәn etdiyi qaydada sübuta yetirildiyi halda onun tәqsirli bilinmәsinә yol verir. Cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliliyi prinsipi, şәxsin cinayәt törәtmәkdә tәqsirli olmasına dair mәhkәmә qәrarının mülahizәlәrә әsaslana bilmәsinin istisna edilmәsi vә işә aid biri digәrinә kifayәt qәdәr uyğun gәlәn mötәbәr sübutların mәcmusu ilә tәsdiq olunması tәlәbindә tәsbit olunmuşdur. Eyni zamanda, cinayәt mühakimә icraatında sübutların qiymәtlәndirilmәsi prinsipi hakimlәrdәn tәlәb edir ki, cinayәt mühakimә icraatını hәyata keçirәrkәn cinayәt işi üzrә toplanmış sübutları Cinayәt-Prosessual Mәcәllәnin tәlәblәrinә әsasәn qiymәtlәndirsinlәr. Nәticә olaraq, qanunverici mәhkәmәnin ittiham hökmünün tәsviri-әsaslandırıcı hissәsindә mәhkәmәnin nәticәyә gәlmәsi üçün әsaslandığı sübutların vә onun tәrәfindәn digәr sübutların rәdd edilmәsi motivlәrinin göstәrilmәsi tәlәbini müәyyәn etmişdir. Cinayәt mühakimә icraatında sübutların qiymәtlәndirilmәsi prinsipini nәzәrdә tutan CPM-in 33-cü maddәsindә isә göstәrilir ki, hakimlәr cinayәt mühakimә icraatının hәyata keçirilmәsindә cinayәt işi üzrә toplanmış sübutları Cinayәt-Prosessual Mәcәllәnin tәlәblәrinә әsasәn qiymәtlәndirirlәr. Cinayәt mühakimә icraatı hәyata keçirilәrkәn cinayәt-prosessual qanunun 125, 144, 146-cı maddәlәrinin müddәalarının pozulması (maddә 33.2), elәcә dә sübutlara vә sair materiallara qәrәzli münasibәt bәslәnilmәsi, mövcud hüquqi prosedur daxilindә tәdqiq edilәnәdәk sübut vә digәr materiallardan birinә digәrinә nisbәtdә çox vә ya az әhәmiyyәt verilmәsi yolverilmәzdir (maddә 33.4). Birinci instansiya mәhkәmәsinin hökmünә qarşı verilmiş protestdә ittiham tәrәfi sübutların kifayәt qәdәr olduğunu, mәhkәmәnin onları düzgün qiymәtlәndirmәdiyini vә nәticәyә sәhv gәldiyini iddia etsә dә, protestdә göstәrilәn dәlillәrin hәr biri ayrıca vә mәcmu şәkildә tәhlil edildikdә onların ittiham hökmü üçün zәruri olan “şübhәdәn kәnar sübut” standartını tәmin etmәdiyi açıq şәkildә görünür. Kassasiya protestindә irәli sürülmüş dәlillәr iş materialları, mәhkәmәlәr tәrәfindәn müәyyәn edilmiş faktiki hallar vә cinayәt-prosessual qanunvericiliyin tәlәblәri ilә uzlaşmadığından әsassız hesab edilir. Belә ki, kassasiya protestindә mәhkәmәnin sübutları birtәrәfli qiymәtlәndirdiyi iddia edilsә dә, әksinә, mәhkәmә hәr bir sübutu ayrı-ayrılıqda vә mәcmu halda tәhlil etmiş, ziddiyyәtlәri göstәrmiş vә hәmin ziddiyyәtlәrin aradan qaldırılmadığını әsaslandırmışdır. Cinayәt prosesindә tәqsirin sübuta yetirilmәsi ittiham tәrәfinin vәzifәsidir vә şübhәlәrin mövcudluğu şәraitindә bәraәt hökmünün çıxarılması qanunun tәlәbidir. “Şübhә tәqsirlәndirilәn şәxsin xeyrinә şәrh olunur” prinsipi formal deyil, real tәtbiq olunmalı olan hüquqi standartdır. Ilk növbәdә qeyd edilmәlidir ki, iş üzrә әsas mübahisә Bәraәt almış şәxs ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadәlәrin könüllü olub-olmaması, hәmin ifadәlәrin qanuni üsullarla әldә edilib-edilmәmәsi, yәni mümkünlüyü vә mötәbәrliyi ilә bağlıdır. Birinci instansiya vә apellyasiya mәhkәmәlәri müәyyәn etmişlәr ki, hәmin ifadәlәrin alınması zamanı tәqsirlәndirilәn şәxsә münasibәtdә fiziki tәsir vә qeyri-insani rәftarın tәtbiq edilmәsinә dair ciddi vә aradan qaldırılması mümkün olmayan faktlar mövcuddur. CPM-in 125-ci maddәsinә әsasәn isә işgәncә, zorakılıq, aldatma vә ya digәr qanunsuz üsullarla әldә edilmiş sübutlar yolverilmәz hesab edilir vә ittihamın әsasına qoyula bilmәz. Mәhz buna görә mәhkәmәlәr hәmin etirafedici ifadәlәri vә onların әsasında tәrtib olunmuş prosessual sәnәdlәri mötәbәr sübut kimi qәbul etmәmişlәr. Protestdә iddia edilir ki, Bәraәt almış şәxs polis әmәkdaşları tәrәfindәn fiziki tәsirә mәruz qalmamış, onun bәdәnindә görünәn xәsarәtlәr sonradan yaranmışdır. Lakin bu arqumentlәr iş üzrә tәdqiq olunmuş obyektiv sübutlarla tәkzib olunur. Belә ki, iş materiallarında olan videogörüntülәrdәn görünür ki, 9 iyun 2024-cü il tarixdә Bәraәt almış şәxs bәdәninin müxtәlif nahiyәlәrindә - hәr iki qolunda, baldırlarında vә ayaqaltı nahiyәlәrindә çoxsaylı xәsarәtlәr mövcud olmuşdur. Apellyasiya mәhkәmәsi hәmin videogörüntülәri bilavasitә tәdqiq etmiş vә onların tarixçәsini araşdıraraq çәkilişin 09.06.2024cü il tarixdә saat 23:02-dә qeydә alındığını müәyyәn etmişdir. Dövlәt ittihamçısı isә hәmin tarixdә Bәraәt almış şәxs polis şöbәsindә saxlanıldığını göstәrәrәk videogörüntünün hәmin vaxt çәkilmәsinin guya qeyri-mümkün olduğunu bildirmişdir. Lakin bu iddia yalnız ehtimala әsaslanır vә onu tәsdiq edәn hәr hansı mötәbәr sübut tәqdim edilmәmişdir. Əksinә, apellyasiya mәhkәmәsi haqlı olaraq qeyd etmişdir ki, iş üzrә mövcud ziddiyyәtlәr qeydiyyat kitabındakı mәlumatların sonradan daxil edilmәsi, texniki sәhv, başqa şәxslә qarışdırılma vә ya digәr uyğunsuzluqlarla izah oluna bilәr. Bu isә avtomatik olaraq videogörüntünün saxta olması nәticәsinә gәlmәyә әsas vermir. Mәhkәmә kollegiyası tam әsaslı olaraq videogörüntülәri birbaşa müşahidә sübutu kimi qәbul etmişdir. Çünki hәmin görüntülәrdә xәsarәtlәr açıq şәkildә görünür vә onların sonradan süni şәkildә yaradılması vә ya montaj edilmәsi barәdә iş materiallarında heç bir mәlumat yoxdur. Eyni zamanda videogörüntülәr şahid ifadәlәri ilә dә uzlaşır. X8 göstәrmişdir ki, Bәraәt almış şәxs evә gәldikdә onun qollarında, ayaqlarında vә kürәyindә xәsarәtlәr olmuş, ayaqlarının altı qaralmış vәziyyәtdә olmuşdur. Qeyd olunan halları şahid qismindә dindirilmiş şahid1 vә şahid2 dә tәsdiq etmişlәr. Bu ifadәlәr bir-birini tamamlayır vә hadisәlәrin ümumi ardıcıllığı ilә uyğunluq tәşkil edir. Dövlәt ittihamçısı ekspert rәylәrinә istinad edәrәk xәsarәtlәrin guya 9 iyun tarixindәn sonra yarandığını bildirmişdir. Lakin apellyasiya mәhkәmәsi hәmin ekspert rәylәrini әtraflı tәhlil edәrәk haqlı olaraq onların etibarlılığına şübhә etmişdir. Belә ki, cinayәt işinin materiallarında olan mәhkәmә-tibbi ekspertizanın 28 iyun 2024cü il tarixli *** nömrәli rәyindәn görünür ki, Bәraәt almış şәxs 12.06.2024-cü il tarixdә “hәr iki aşağı әtrafın sıyrığı” diaqnozu ilә Saatlı RMX-nın TTYY briqadası tәrәfindәn tibbi yardım göstәrilmişdir. Müayinә zamanı aşkar edilmiş xәsarәtlәr-sağ vә sol baldırın orta 1/3-dә ön sәthdә dәrin sıyrıqlar küt әşyanın(әşyaların) tәsirindәn әmәlә gәlmişdir, әmәlә gәlmә müddәtlәri 12.06.2024-cü il tarixә uyğun gәlir, sağlamlığa zәrәr vurmayan xәsarәtlәr olduğu üçün dәrәcәsi tәyin edilmir. Qeyd edilmiş xәsarәtlәr müxtәlif şәraitdә, o cümlәdәn hәrәkәtdә olarkәn yıxılma zamanı da әmәlә gәlә bilәrdi. Odur ki, bu ekspert rәyindә xәsarәtlәrin yaranma vaxtı ekspertin şәxsi müşahidәsinә deyil, 09.07.2024-cü il tarixli tibbi arayışa әsaslandırılmışdır. Halbuki hәmin arayış özü dә yalnız 12.06.2024-cü il tarixli ilkin tibbi qeydlәrin tәkrarı olmuş, xәsarәtlәrin yaranma mexanizmi, tәzәliyi vә kliniki xüsusiyyәtlәri barәdә müstәqil tibbi tәhlil aparılmamışdır. X3 da mәhkәmәdә bunu tәsdiq etmişdir. Belә olan halda birinci instansiya vә apellyasiya mәhkәmәlәrinin hәmin rәyi qeyri-etibarlı hesab etmәsi tam qanunauyğundur. Hәmçinin qeyd edilmәlidir ki, Azәrbaycan Respublikası Baş Prokurorluğunun Xidmәti araşdırmalar idarәsinin 22 iyul 2024-cü il tarixli cinayәt işi başlanmasının rәdd edilmәsi haqqında qәrarından görünür ki, araşdırma zamanı Bәraәt almış şәxs polis әmәkdaşları tәrәfindәn qanunsuz hәrәkәtlәrә mәruz qalması barәdә göstәrdiklәri xüsusatlar öz tәsdiqini tapmadığından Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 39.1.1-ci maddәsinә әsasәn cinayәt işinin başlanması rәdd edilmişdir. Lakin hәmin qәrarın özü dә yuxarıda qeyd olunmuş “etibarlığı ciddi şәkildә sarsılmış” ekspert rәyinә әsaslandığından aşağı instansiya mәhkәmәlәri tәrәfindәn bu qәrarın etibarsız hesab olunması barәdә gәlmiş olduğu nәticә ilә haqlı olaraq razılaşır. Bundan әlavә, cinayәt işinin materiallarında olan tәkrar mәhkәmә-tibbi ekspertizasının 10 yanvar 2025-ci il tarixli **/MEŞ nömrәli rәyindәn görünür ki, Bәraәt almış şәxs adına tәqdim olunmuş tibbi sәnәdlәrdәn görünür ki, o, 12.06.2024-cü il tarixdә Saatlı RMX PHŞ-nin TTYB-yә müraciәt etmiş, ona “hәr iki aşağı әtrafın sıyrığı” diaqnozu tәyin edilmişdir. 26.06.2024-cü il tarixdә mәhkәmә-tibbi müayinәdәn keçirilәrkәn Bәraәt almış şәxs sağ vә sol baldırın orta 1/3dә ön sәthdә dәrin sıyrıqlar aşkar edilmişdir. 14.01.2025-ci il tarixdә Bәraәt almış şәxs tәkrar mәhkәmә-tibbi müayinәsi zamanı sağ saidin orta 1/3-nin arxa-bayır sәthindә vә sol saidin orta 1/3-nin arxa eptelsizlәşdirilmiş sahәlәr, hәr iki baldırın orta 1/3-nin ön sәthindә sıyrıq izlәri aşkar edilir. Bәdәn sәthinә digәr xәsarәtlәr, hәmçinin “elektroşok” aparatı vasitәsilә yetirilmәyә uyğun termiki zәdә yerlәri aşkar edilmәdi. Qeyd olunan sıyrıqlar küt әşyanın(әşyaların) tәsirindәn әmәlә gәlmişdir, әmәlә gәlmә müddәtlәri 12.06.2024-cü il tarixdә Saatlı RMX PHŞ-nin TTYByә müraciәt etmәsindәn 1-2 gün әvvәlә uyğun gәlir, müxtәlif şәraitdә әmәlә gәlә bilәrdi vә sağlamlığa zәrәr vurmayan xәsarәtlәr olduğu üçün dәrәcәsi tәyin edilmir. Ekspertizaya tәqdim edilmiş CD videogörüntülәrindә, hәr iki said, hәr iki baldır, hәr iki ayaq pәncәlәrinin alt sәthlәrinin vә sol bazu nahiyәsinin fotoşәkillәrindә vizualizә olunan vә әtraf sağlam toxumadan fәrqlәnәn dәrinin epidermis qatının morfoloji dәyişikliyinin mexaniki tәsirdәn dәrinin xarici tәbәqәsinin tamlığının pozulub-pozulmamasının, hәrәkәt zamanı bәdәn sәthinin müәyyәn qüvvә ilә küt әşyaya toxunması, küt әşya üzәrindә sürüşmәsi vә ya hәrәkәtdә olan küt әşyanın bәdәnin dәri örtüyünә bucaq altında mexaniki tәzyiq göstәrmәsi nәticәsindә әmәlә gәlib-gәlmәmәsi vә ya hәr haansı bir patoloji prosesin epidermal zәdәlәnmәyә sәbәb olan hissәlәrinin infeksiyalaşması ilә bağlı olub-olmamasının mәhkәmә-tibbi meyarlarla qiymәtlәndirilmәsi üçün şәxsin qısa müddәt әrzindә mәhkәmә-tibbi müayinәdәn keçirilmәsi zәruri idi. Nәzәrә almaq lazımdır ki, “Azәrbaycan Respublikasında mәhkәmә-tibbi ekspertizaların tәşkili vә keçirilmәsi haqqında Əsasnamә”dә vә “Sağlamlığa zәrәr vurmanın mәhkәmә-tibbi ekspertizası qaydaları”nda videogörüntü vә fotoşәkillәr әsasında sağlamlığa zәrәr vurmanın mәhkәmә-tibbi ekspertizasının keçirilmәsi nәzәrdә tutulmamışdır. Qeyd olunan rәydә xәsarәtlәrin 12 iyun tarixindәn 1-2 gün әvvәlә aid olduğu göstәrilmişdir. Bu isә әn geci 10 iyun tarixini nәzәrdә tutur. Halbuki videogörüntülәrdә hәmin xәsarәtlәr artıq 9 iyun tarixindә görünmәkdәdir. Apellyasiya mәhkәmәsi haqlı olaraq göstәrmişdir ki, obyektiv görüntü materialı ilә ziddiyyәt tәşkil edәn ekspertiza rәyinin nәticәsi üstün sübut hesab edilә bilmәz. Üstәlik mәhkәmә tibbi vә elmi baxımdan da әsaslandırmışdır ki, videogörüntülәrdә müşahidә olunan epitelizasiya mәrhәlәsi xәsarәtlәrin әn azı bir neçә gün әvvәl yarandığını göstәrir. Bu sәbәbdәn ekspert rәyinin xronoloji nәticәlәri obyektiv materiallarla uyğun gәlmәmişdir. Hazırkı işdә prokurorluq tәrәfindәn qәbul edilmiş “cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında” qәrar yalnız polis әmәkdaşlarının izahatlarına vә müdafiә tәrәfindәn mübahisәlәndirilmiş ilkin ekspert rәyinә әsaslanmışdır. Halbuki, işgәncә iddiası üzrә araşdırma ziddiyyәtli tibbi rәylәr fonunda yenidәn, dәrin vә qәrәzsiz aparılmalı idi. Belә araşdırma aparılmadığı üçün mәhkәmәnin hәmin qәrarı tәnqidi qiymәtlәndirmәsi qanunauyğundur. Kassasiya protestindә qeyd olunan “Bәraәt almış şәxs 7 iyun tarixindә şәxsi axtarış zamanı heç bir xәsarәt göstәrmәmiş vә polis әmәkdaşlarından şikayәt etmәmişdir” arqumenti dә mәhkәmәlәrin gәldiyi nәticәni tәkzib etmir. Iş materiallarından vә mәhkәmә araşdırması zamanı müәyyәn edilmiş hallardan aydın olur ki, saxlanılan şәxslәrin polis orqanlarında faktiki olaraq xarici alәmdәn tәcrid olunması, müdafiәçi vә yaxınları ilә dәrhal vә maneәsiz әlaqә imkanlarının mәhdudlaşdırılması belә şikayәtlәrin vaxtında verilmәsini obyektiv olaraq çәtinlәşdirir. Üstәlik, tәqsirlәndirilәn şәxsin üzәrindә aşkar edilmiş xәsarәtlәr tibbi sәnәdlәrlә tәsdiq olunduğu halda, hәmin xәsarәtlәrin mәnşәyi üzrә istintaq orqanı tәrәfindәn effektiv araşdırma aparılmaması özü-özlüyündә işgәncә iddialarını şübhә altına almaq deyil, әksinә onların ciddi araşdırılmalı olduğunu göstәrir. Hәmçinin şәxsin polis nәzarәti altında olarkәn dәrhal şikayәt etmәmәsi sonradan verdiyi mәlumatların qeyri-mötәbәr hesab olunması üçün әsas ola bilmәz. Eyni zamanda dövlәt ittihamçısının polis әmәkdaşlarının vә tibb işçilәrinin ifadәlәrinin “obyektiv sübut” kimi tәqdim olunmasına dair arqumentlәri dә әsaslı deyildir. Apellyasiya mәhkәmәsi hәmin ifadәlәri rәdd etmәmiş, әksinә digәr sübutlarla müqayisәli şәkildә qiymәtlәndirmişdir. Mәhkәmә müәyyәn etmişdir ki, hәmin ifadәlәr videogörüntülәr, şahid ifadәlәri vә iş materiallarında olan digәr mәlumatlarla tam uzlaşmır. Bu sәbәbdәn mәhkәmә CPM-in 145-ci maddәsinә uyğun olaraq sübutların mötәbәrliyini daxili inam әsasında qiymәtlәndirmişdir. Kassasiya protestindә isә bu qiymәtlәndirmәnin hansı konkret qanun normasını pozduğu göstәrilmәmişdir. Dövlәt ittihamçısı hәmçinin qeyd etmişdir ki, mәhkәmәlәr “müdafiә mövqeyindәn çıxış etmişdir”. Lakin bu iddia abstrakt xarakter daşıyır. Çünki mәhkәmәnin vәzifәsi ittiham tәrәfinin mövqeyini müdafiә etmәk deyil, tәqdim olunmuş sübutları obyektiv vә qәrәzsiz qiymәtlәndirmәkdir. Iş üzrә mövcud ciddi ziddiyyәtlәr, xüsusilә etirafedici ifadәlәrin alınma şәraiti ilә bağlı şübhәlәr aradan qaldırılmadığından mәhkәmәlәrin tәqsirlәndirilәn şәxsin xeyrinә nәticәyә gәlmәsi CPM-in 21-ci maddәsindә nәzәrdә tutulmuş tәqsirsizlik prezumpsiyasına tam uyğundur. Cinayәt-prosessual qanunvericiliyә әsasәn şәxsin tәqsiri aradan qaldırılmayan şübhәlәr әsasında müәyyәn edilә bilmәz vә hәmin şübhәlәr tәqsirlәndirilәn şәxsin xeyrinә hәll olunmalıdır. Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin formalaşdırdığı hüquqi mövqeyә görә, әgәr şәxs polis nәzarәtindә olarkәn xәsarәtlәr alırsa, hәmin xәsarәtlәrin necә vә hansı şәraitdә yarandığını inandırıcı şәkildә izah etmәk öhdәliyi dövlәtin üzәrinә düşür. “Assenov vә digәrlәri Bolqarıstana qarşı” vә “Selmuni Fransaya qarşı” işlәrindә Mәhkәmә qeyd etmişdir ki, işgәncә vә pis rәftar iddiaları effektiv, müstәqil vә hәrtәrәfli araşdırılmalı, yalnız formal izahatlarla kifayәtlәnmәk yolverilmәzdir. Əgәr tibbi sәnәdlәr vә digәr obyektiv hallar şәxsin iddialarını ağlabatan edir vә dövlәt bu iddiaları tәkzib edә bilmirsә, Konvensiyanın 3-cü maddәsinin hәm maddi, hәm dә prosessual aspektdәn pozuntusu müәyyәn edilә bilәr. Fikri davam etdirәrәk mәhkәmә kollegiyası qeyd edir ki, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 33-cü maddәsindә nәzәrdә tutulmuş “cinayәt mühakimә icraatında sübutların qiymәtlәndirilmәsi” prinsipi hәr hansı bir sübutun qabaqcadan müәyyәn edilmiş qüvvәsinin olmadığını, cinayәt mühakimә icraatı hәyata keçirilәrkәn cinayәt-prosessual qanunun 125, 144-146-cı maddәlәrinin müddәalarının pozulmasının, sübutlara vә sair materiallara qәrәzli münasibәt bәslәnilmәsinin, mövcud prosedura daxilindә tәdqiq edilәnәdәk sübut vә digәr materiallardan birinә digәrinә nisbәtdә çox vә ya az әhәmiyyәt verilmәsinin yolverilmәz olduğunu tәsbit etmәklә, CPM-in 144-cü maddәsi toplanmış sübutları tam, hәrtәrәfli vә obyektiv yoxlamaq, 145-ci maddәsi hәr bir sübutu mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә qiymәtlәndirmәk vәzifәsini müәyyәn etmәklә, mәhkәmәdәn tәlәb edirlәr ki, ittiham vә müdafiә tәrәflәrinin mәhkәmә baxışına tәqdim etdiklәri hәr bir sübutu lazımınca yoxlasın, CPMin 125-ci maddәsinin tәlәblәrinin pozulması ilә әldә edilmiş yolverilmәz sübutları sübutların siyahısından çıxarsın vә yalnız mәlumatların, sәnәdlәrin, digәr әşyaların hәqiqiliyinә, yaranma mәnbәyinә vә әldә edilmәsi hallarına şübhәlәr olmadıqda onları sübut kimi qәbul edib, CPM-in 139-cu maddәsindә göstәrilәn sübutetmә predmetinә aid edilmiş mәsәlәlәr üzrә qәnaәtini belә (yәni yoxlanılmış, CPM-in 145-146-cı maddәlәrinin tәlәblәrinә müvafiq surәtdә qiymәtlәndirilmiş) sübutlardan istifadә etmәklә әsaslandırsın. Hәmçinin, dövlәt ittihamçısının mәhkәmәnin yalnız Bәraәt almış şәxs mәhkәmә iclasında verdiyi ifadәyә әsaslandığı barәdә iddiası da hәqiqәti әks etdirmir. Aşağı instansiya mәhkәmәlәrinin hökm vә ya qәrarlarından görünür ki, iş üzrә bütün sübutlar – tibbi sәnәdlәr, ekspertiza rәylәri, şahid ifadәlәri vә digәr materiallar – mәcmu halında qiymәtlәndirilmiş, mövcud ziddiyyәtlәr aradan qaldırılmadığından vә tәqsiri sübuta yetirәn etibarlı sübutlar әldә olunmadığından nәticә etibarilә tәqsirsizlik prinsipi tәtbiq edilmişdir. Bundan әlavә iş materiallarına әsasәn müәyyәn olunur ki, Bәraәt almış şәxs mәhkәmәyәdәk icraat zamanı şübhәli vә tәqsirlәndirilәn şәxs kimi verdiyi ilkin etiraf ifadәlәrinә qiymәt verәn mәhkәmә kollegiyası qeyd etmişdir ki, Azәrbaycan Respublikası CPM-in 126.6-cı maddәsinә әsasәn, tәqsirlәndirilәn şәxsin cinayәt törәtmәkdә öz tәqsirini etiraf etmәsi yalnız iş üzrә bütün sübutların mәcmusu ilә tәsdiq edildiyi halda ona qarşı ittihamın әsası kimi qәbul edilә bilәr. Nәhayәt, cinayәt-prosessual hüququn әsas prinsiplәrindәn biri olan “şübhәlәrin tәqsirlәndirilәn şәxsin xeyrinә şәrh edilmәsi” prinsipi nәzәrә alınmaqla, iş üzrә aradan qaldırılmamış әsaslı şübhәlәrin mövcudluğu şәraitindә mәhkәmәlәrin bәraәtverici nәticәyә gәlmәsi qanunvericiliyin tәlәblәrinә tam uyğundur. Dövlәt ittihamçısının gәtirdiyi dәlillәr isә bu şübhәlәri aradan qaldıracaq sәviyyәdә yeni vә ya tәkzibedilmәz sübutlar tәqdim etmir. Belәliklә, kassasiya protestindә göstәrilәn arqumentlәr mәhkәmәlәrin gәldiyi nәticәlәrin qanunsuz vә ya әsassız olmasını tәsdiq etmәdiyindәn, hәmin protest tәmin edilmәmәli, mübahisәlәndirilәn mәhkәmә qәrarı isә dәyişdirilmәdәn saxlanılmalıdır. Kassasiya mәhkәmә kollegiyası hәmçinin protestin “işin faktiki hallarına uyğun verilmiş polis әmәkdaşlarının ifadәlәrinin әsassız mötәbәr hesab edilmәmәsinә” dair dәlillәrinә dә qiymәt verәrәk aşağıdakıları göstәrmәyi mәqsәdәmüvafiq hesab edir. Belә ki, polis әmәkdaşları fәaliyyәt göstәrdiyi orqan tәrәfindәn, yәni faktiki özlәri tәrәfindәn tәqsirlәndirilәn şәxs barәsindә aparılan istintaq hәrәkәtlәrinә dair şahid kimi ifadә vermişlәr. Yәni, hәmin ifadәlәr eyni zamanda hәm özlәrinin, hәm dә digәr polis әmәkdaşlarının fәaliyyәtini әks etdirәn informasiya daşıyıcısıdır. Bu ifadәlәr nәinki Bәraәt almış şәxs verilmiş ittihamın әsasını, eyni zamanda hәm özlәrinin, hәtta vәzifәcә yuxarı mövqe tutan polis әmәkdaşlarının hәrәkәtlәrinin qanuni vә әsaslı olmasının tәsdiqi vasitәsidir. Polis әmәkdaşları istintaq aparan orqanda müxtәlif vәzifәlәrdә fәaliyyәt göstәrәrәk vәzifә baxımından bir-birindәn asılı olduğu üçün, istintaq hәrәkәtlәri barәsindә verdiklәri ifadәlәri ittihamın tәsdiqi üçün kifayәt edәn mötәbәr sübut kimi qәbul edilmәsi üçün iş üzrә digәr sübutlarla mәcmu halında qiymәtlәndirilmәlidir. Fikri davam etdirәrәk kassasiya mәhkәmә kollegiyası belә qәnaәtә gәlir ki, o halda qeyd edilәn şәxslәrin ifadәlәrinә mötәbәr sübutlar kimi istinad oluna bilәrdi ki, hәmin ifadәlәr digәr sübutların mәcmusuna uyğunluq tәşkil etsin. Lakin baxılan iş üzrә hәmin sübutlar nәinki tәsdiqini tapmır hәtta digәr sübutlarla tәkzib olunaraq, mәhkәmә araşdırmaları zamanı müәyyәn olunmuş işin faktiki halları ilә ziddiyyәt tәşkil edir. Mәhkәmәlәr haqlı olaraq şahid qismindә dindirilmiş polis әmәkdaşlarının ifadәlәrini işdә olan digәr sübutlarla birlikdә müqayisәli şәkildә tәdqiq edәrәk hәmin ifadәlәrin obyektiv hәqiqәti әks etdirmәmәsi vә ona görә dә onların mötәbәr sübut növü kimi qәbul edilmәmәli olması, Bәraәt almış şәxs mәhkәmәdә verdiyi ifadәlәrin isә әsl hәqiqәti әks etdirmәsi barәdә nәticәyә gәlmişdir. Bu baxımdan Bәraәt almış şәxs barәsindә aparılmış tәdbirlәrin prosessual qanunvericiliyin tәlәblәrinin kobud şәkildә pozulması ilә hәyata keçirildiyinә, bu tәdbirlәrin qanunazidd olmasına, işin materiallarında әks olunmuş halların isә işin faktiki hallarına uyğun olmamasına dair mәhkәmәlәrin gәldiyi nәticә dә әsaslı görünür. Qeyd olunlarla yanaşı protestdә mәhkәmәnin sübutları birtәrәfli qiymәtlәndirdiyi iddia edilsә dә, әksinә, mәhkәmә hәr bir sübutu ayrı-ayrılıqda vә mәcmu halda tәhlil etmiş, ziddiyyәtlәri göstәrmiş vә hәmin ziddiyyәtlәrin aradan qaldırılmadığını әsaslandırmışdır. Belәliklә, protestdә göstәrilәn dәlillәr ya artıq mәhkәmә tәrәfindәn qiymәtlәndirilmiş vә inandırıcı hesab edilmәmiş, ya da sübutların qanuniliyinә vә mötәbәrliyinә dair mövcud şübhәlәri aradan qaldıra bilmәmişdir. Ittiham tәrәfi sübutların әldә edilmә şәraitindәki ziddiyyәtlәri vә ifadәlәrin uyğunsuzluğunu inandırıcı şәkildә izah etmәmişdir. Bu sәbәbdәn protestdә irәli sürülәn arqumentlәr bәraәt hökmün lәğvi vә ittiham hökmünün çıxarılması üçün yetәrli hüquqi әsas yaratmır. Azәrbaycan Respublikası CPМ-in 125.1-ci maddәsinә әsasәn mәlumatların, sәnәdlәrin vә digәr әşyaların hәqiqiliyinә, yaranma mәnbәyinә vә әldә edilmәsi hallarına şübhәlәr olmadıqda onlar sübut kimi qәbul edilә bilәrlәr. CPM-in 125.2-ci maddәsinә әsasәn аşağıdakı hallarda әldә edilmiş mәlumatların, sәnәdlәrin vә digәr әşyaların cinayәt işi üzrә sübut kimi qәbul edilmәsinә yol verilmir: 125.2.1. Insan vә vәtәndaşların konstitusiya hüququqlarının vә azadlıqlarının, yaxud bu Mәcәllәnin digәr tәlәblәrinin pozulması ilә cinayәt prosesi iştirakçılarının qanunla tәminat verilәn hüquqlarından mәhrum etmә vә ya onları mәhdudlaşdırmaqla bu sübutların hәqiqiliyinә hәr hansı yolla tәsir göstәrәcәyi vә ya göstәrә bilәcәyi halda; 125.2.7. Istintaq vә ya digәr prosessual hәrәkәtlәrin icraatı qaydaları kobud pozuntularla aparıldıqda;... CPM-in 125.3-cü maddәsinә әsasәn bu Mәcәllәnin 125.2-ci maddәsindә nәzәrdә tutulmuş hallarda alınmış mәlumatlar, sәnәdlәr vә әşyalar hüquqi qüvvәsi olmayan hesab edilir vә onlar ittihamın düzgün hәlli üçün hәr hansı halın sübut olunmasında istifadә edilә bilmәz. Göründüyü kimi qanunvericilik cinayәt işi vә ya cinayәt tәqibi ilә bağlı digәr materiallar üzrә sübut edilmәli olan halların müәyyәn edilmәsinә aid olan mәlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü әn vacib şәrtlәrindәn biri kimi mәlumatların, sәnәdlәrin vә әşyaların әldә edilmәsi yalnız CPM-dә göstәrilәn istintaq vә mәhkәmә hәrәkәtlәri vasitәsi ilә hәyata keçirilmәsidir. Eyni zamanda istintaq vә mәhkәmә hәrәkәtlәri CPM-dә müәyyәn olunmuş tәlәblәrә riayәt edilmәklә hәyata keçirilmәlidir. Ümumilikdә, bu qayda әldә edilmiş mәlumatların mümkünlüyünün tәmin etmәyә yönәldilmişdir. CPM-dә müәyyәn edilmiş proseduraya әmәl etmәdәn CPM-in tәlәblәrinin pozulması ilә әldә edilәn mәlumatlar, sәnәdlәr vә әşyalar sübut kimi qәbul edilә bilmәz. Qәbul edilmәyәn sübutlar hüquqi әhәmiyyәt kәsb etmir vә ittihamın әsası kimi çıxış edә bilmәz, habelә CPM-in 139-cu maddәsindә göstәrilәn hәr hansı halın sübut edilmәsi üçün onlardan istifadә edilә bilmәz. Apellyasiya mәhkәmәsinin qәrarını kassasiya protestinin dәlillәri ilә birgә tәhlil edәn kassasiya mәhkәmә kollegiyası belә qәnaәtә gәlir ki, birinci instansiya vә apellyasiya instansiyası mәhkәmәlәri iş üzrә mövqeyini sübutlara, işin digәr faktiki hallarına vә qanunun tәlәblәrinә, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin vә Ali Mәhkәmәsinin Plenum Qәrarlarına, Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin tәcrübәsinә istinad edәrәk әtraflı şәrh etmәklә әsaslandırmışdır. Hәmin mövqe iş materiallarına vә qanunun tәlәblәrinә uyğun olduğu üçün mәhkәmә kollegiyası da onunla razılaşır vә qeyd edir ki, kassasiya protestinin dәlillәri dә apellyasiya mәhkәmәsinin iş üzrә gәldiyi nәticәnin qanuniliyini şübhә altına almağa әsas vermir. Mәhkәmәlәrin yuxarıda şәrh edilәn sübutlar barәdә qәnaәtlәrinin CPM-in 125.2.1, 137, 144-cü maddәlәri ilә müqayisәsindәn görünür ki, kassasiya protestindә mәhkәmәlәr tәrәfindәn yuxarıda tәsvir edilәn cinayәt-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, mәhkәmә dinlәmәlәrinin, onların yekununda çıxarılmış bәraәt hökmünün yuxarıda göstәrilәn hallarının bu normalarla müqayisәsindәn görünür ki, hәmin iddianın әksinә olaraq mәhkәmәlәr sözügedәn qaydaları pozmamış; baxılan cinayәt işi üzrә mәhkәmә dinlәmәlәri qanuni prosedurlara, o cümlәdәn cinayәt-mühakimә icraatının prinsiplәrinә әmәl olunmaqla aparılmış; mәhkәmәlәr tәrәfindәn hәr hansı sübutun tәdqiqindәn әsassız imtina edilmәmiş; sübutlar Azәrbaycan Respublikası CPM-in 144-cü maddәsinin tәlәblәrinә uyğun olaraq yoxlanılmış; bәraәt hökmü çıxarılarkәn yolverilmәz sübutlardan istifadә olunmamış, araşdırılmış sübutlara isә CPM-in 145-ci maddәsinin tәlәblәrinә müvafiq olaraq qiymәt verilmişdir. Mәhkәmә kollegiyası qeyd olunanlara әsaslanaraq hesab edir ki, apellyasiya mәhkәmәsinin qәrarının lәğv edilmәsinә vә ya dәyişdirilmәsinә әsas ola bilәcәk hallar (Azәrbaycan Respublikası CPM-in 416-cı maddәsindә nәzәrdә tutular әsaslar) iş üzrә mövcud deyildir, kassasiya protestinin dәlillәri isә әsassızdır. Göstәrilәnlәri nәzәrә alaraq, mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya mәhkәmәsinin qәrarı әsaslı olduğundan dәyişdirilmәdәn saxlanılmalı, dövlәt ittihamçısı tәrәfindәn verilmiş kassasiya protesti isә tәmin edilmәmәlidir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.10.1-ci maddәsinә әsasәn kassasiya instansiyası mәhkәmәsi mәhkәmәnin hökm vә ya qәrarını dәyişikliksiz, kassasiya şikayәtini vә ya kassasiya protestini isә tәmin etmәdәn saxlamaq haqqında qәrar qәbul etmәyә haqlıdır. Şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.10.1-ci maddәsini rәhbәr tutaraq mәhkәmә kollegiyası QƏRARA ALDI: Dövlәt ittihamçısı tәrәfindәn verilmiş kassasiya protesti tәmin edilmәsin. Saatlı Rayon Mәhkәmәsinin 9 aprel 2025-ci il tarixli hökmü ilә Bәraәt almış şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.1-ci maddәsi ilә bәraәt verilmәsinә dair cinayәt işi üzrә Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının 24 noyabr 2025-ci il tarixli qәrarı kassasiya protestinә әsasәn dәyişdirilmәdәn saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar