Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(1-8)-207/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin hakimlәri Muxtarov Teyyub Asif oğlu (sәdrlik edәn), Mövsümov Nazim Rasim oğlu vә Cәfәrov Ilqar Xanlar oğlundan ibarәt tәrkibdә, Cәbrayılova Sevinc Elton qızının katibliyi, Dövlәt ittihamçısı - Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәnin kassasiya instansiyası mәhkәmәsindә dövlәt ittihamının müdafiәsi vә analitik tәhlil şöbәsinin prokuroru, R X4 vә bәraәt almış şәxs Bәraәt almış şәxs iştirakları ilә, Bәraәt almış şәxs barәsindә olan cinayәt işi üzrә Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-***/**** nömrәli qәrarından dövlәt ittihamçısı tәrәfindәn verilmiş kassasiya protestinә әsasәn işә Ali Mәhkәmәnin binasında açıq mәhkәmә iclasında mahiyyәti üzrә baxaraq MÜƏYYƏN E T D İ: ## #### 1982-ci ildә Astara rayonu Ərçivan qәsәbәsindә doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, subay, işlәmәyәn, mәhkumluğu olmayan, Astara rayonu, Ərçivan qәsәbәsindә qeydiyyatda olmaqla yaşayan, Bəraət almış şəxs Azәrbaycan Respublikası CPM-in 42.1.4-cü maddәsinә әsasәn, tәqsirliliyi sübuta yetirilmәdiyinә görә, CM-in 234.1-1-ci maddәsi ilә bәraәt almış, barәsindә seçilmiş hәbs qәtimkan tәdbiri lәğv edilmiş vә mәhkәmә iclas zalında dәrhal hәbsdәn azad edilmişdir. Hәmin hökmdәn dövlәt ittihamçısı tәrәfindәn apellyasiya protesti verilmişdir. Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının (Hakimlәr X3 (sәdrlik edәn), X1 vә X2 ibarәt tәrkibdә) 2025-ci il # ###### tarixli, *(***)-***/**** nömrәli qәrarı ilә apellyasiya protesti tәmin edilmәmiş, hökm dövlәt ittihamçısı tәrәfindәn verilmiş apellyasiya protestinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmışdır. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tәrәfindәn bәraәt almış şәxs Bәraәt almış şәxs Azәrbaycan Respublikası CM-in 234.1-1-ci maddәsi ilә ittiham irәli sürülmüşdür ondan ötrü ki, o, istintaqa mәlum olmayan vaxtda vә mәnbәdәn külli miqdarda, 3,291 qram çәkidә psixotrop maddә olan metamfetamini satış mәqsәdi olmadan qanunsuz olaraq әldә edib, üzәrindә saxlamaqla daşımış, ## ###### 2024-cü il tarixdә, saat 00:15-dә Astara RPŞ-nin әmәkdaşları tәrәfindәn keçirilmiş әmәliyyat axtarış tәdbirlәri zamanı Astara rayonu, Ərçivan qәsәbәsindә saxlanılmış vә üstünün yoxlanılması zamanı 1 әdәd sellofan bükümündә tәmiz çәkisi 3,291 qram olan psixotrop maddә metamfetamin әynindә olan qara rәngli gödәkçәnin sağ yan cibindәn aşkar edilәrәk götürülmüşdür. KASSASIYA PROTESTININ DƏLILLƏRI, DÖVLƏT ITTIHAMÇISININ VƏ BƏRAƏT ALMIŞ ŞƏXSIN ÇIXIŞLARI: Dövlәt ittihamçısı kassasiya protestini әsaslandıraraq qeyd etmişdir ki, Bәraәt almış şәxs cinayәt mәsuliyyәtindәn boyun qaçırmaq vә ya mәsuliyyәti yüngüllәşdirmәk mәqsәdi ilә özünümüdafiә xarakterli ifadәlәr vermәsinә baxmayaraq, qeyd edilәn cinayәt әmәlinin onun tәrәfindәn törәdilmәsi özünün qismәn etirafedici ilkin ifadәlәri ilә yanaşı, şahid ifadәlәri, ekspertiza rәylәri, şәxsi axtarış vә götürmә aparılması haqqında protokol vә digәr istintaq materialları ilә tәsdiq edilmişdir. Belә ki, iş üzrә tәqsirlәndirilәn şәxs qismindә dindirilmiş Bәraәt almış şәxs CM-in 234.1- 1-ci maddәsi ilә ona elan edilmiş ittiham üzrә özünü tәqsirli bilәrәk ifadәsindә göstәrmişdir ki, tәxminәn 5 il müddәtdir ki, narkotik vasitә qurudulmuş marixuanadan istifadә etmiş, 5 aydır ki, psixotrop maddә metamfetamindәn istifadә edir, psixotrop maddә olan metamfetamindәn istifadә etmәdiyi günlәrdә bәdәnindә güclü ağrılar olur, әvvәllәr psixotrop maddә olan metamfetamini Lәnkәran şәhәri böyük bazar adlanan әrazidәn yalnız üzdәn tanıdığı adını bilmәdiyi şәxslәrdәn almış, ## ###### 2024-cü il saat 14 radәlәrindә bәdәnindә güclü ağrılar olduğu üçün yenidәn Lәnkәran şәhәrinә gedәrәk psixotrop maddә әldә etmәk qәrarına gәlmiş, bu sәbәbdәn avtobus vasitәsilә Lәnkәran şәhәrindәki "Böyük Bazar" adlanan әraziyә gedib, bir qәdәr dolaşmış, hәmin vaxt әvvәllәr dә psixotrop maddә olan metamfetamin aldığı yalnız üzdәn tanıdığı şәxsә yaxınlaşaraq öz istifadәsi üçün bir qәdәr psixotrop maddә olan metamfetamin almaq istәdiyini demiş, hәmin şәxs ondan gözlәmәyini tәlәb edәrәk oradan uzaqlaşmış, daha sonra hәmin şәxs geri qayıdaraq ona bir büküm psixotrop maddә metamfetamini 150 manata sata bilәcәyini bildirdikdәn sonra hәmin şәxslә razılaşıb cibindә olan 150 manat pulu hәmin şәxsә verib, әvәzindә bir büküm psixotrop maddә metamfetamini alaraq oradan uzaqlaşmış, daha sonra isә avtobus vasitәsilә Lәnkәran şәhәrindәn Astara rayonuna yaşadığı evә geri qayıtmış, evinә qayıtdıqdan sonra bir neçә gün әrzindә әldә etmiş olduğu psixotrop maddә olan metamfetamindәn 2 dәfә istifadә etmiş, qalan hissәsini isә öz cibindә gizlәtmiş, ## ###### 2024-cü il saat 24 radәlәrindә üzәrindә olan psixotrop maddә metamfetamini istifadә etmәk mәqsәdilә Astara rayonu, Ərçivan qәsәbәsindә küçәdә olmuş, qәsәbә әrazisindә küçәdә hәrәkәtdә olduğu zaman bir neçә nәfәr mülki geyimli şәxs yaxınlaşaraq, onu saxlayıb, özlәrini tәqdim edәrәk polis әmәkdaşı olduqlarını demiş vә ona psixotrop maddәlәrin qanunsuz dövriyyәsindә şübhәli olduğunu demiş, o dәrhal polislәrin üzәrindә olan psixotrop maddәyә görә ona yaxınlaşmasını başa düşmüş, polis әmәkdaşları üzәrindә axtarış keçirilmәli olduğunu bildirmiş vә o heç bir etiraz etmәmiş, polis әmәkdaşları üzәrindә qanunla qadağan olunmuş hәr hansı bir әşya vә ya predmet olduğu tәqdirdә tәqdim etmәsini tәlәb etmiş, o, әynindә olan qara rәngli gödәkçәnin sağ cibindәn 1 sellofan bükümü çıxarıb tәqdim etmiş, 1 әdәd sellofanın içәrisinә polislәr tәrәfindәn baxış keçirilәn zaman içәrisindәn psixotrop maddә metamfetamin aşkar edilmiş, daha sonra polis әmәkdaşları üzәrindә axtarış keçirmiş vә üzәrindәn qanunla dövriyyәsi qadağan olunmuş hәr hansı bir әşya aşkar edilmәmiş, şifahi sorğu zaman tәqdim etdiyi 1 әdәd sellofan bükümündә olan psixotrop maddә metamfetamini iki gün öncә Lәnkәran rayonundan yalnız üzdәn tanıdığı adını bilmәdiyi şәxsdәn 150 manata aldığını, hәmin bükümdәn 2 dәfә istifadә etdiyini, öz şәxsi istifadәsi üçün üzәrindә saxladığını, hәmin kütlәdәn heç kimә vermәdiyini, narkotik vasitәlәrin vә psioxtrop maddәlәrin satışı ilә mәşğul olmadığıni bildirmiş, daha sonra üzәrindәn aşkar olunmuş 1 әdәd sellofan bükümündә olan psixotrop maddә kütlәsi elektron tәrәzidә çәkilәrәk zәrfdә qablaşdırılmış vә hәmin zәrfin üzәri möhürlәnmiş, daha sonra polis әmәkdaşları onu Astara RPŞ-in inzibati binasına gәtirmiş, polis şöbәsinә gәldikdә ilk olaraq tәhqiqatçı tәrәfindәn şübhәli şәxs qismindә tutulmuş, hüquq vә vәzifәlәri izah edilmiş, hüquqlarını müdafiә etmәkdәn ötrü müdafiәçi dәvәt olunmuş vә müdafiәçinin iştirakı ilә videoçәkilişdәn istifadә edilmәklә üzәrindәn aşkar olunmuş vә zәrfdә qablaşdırılmış 1 әdәd sellofan bükümün içәrisinә baxış keçirilmiş, baxış keçirilәn zaman hәmin bükümün içәrisindәn psixotrop maddә metamfetamin aşkar edilmiş, daha sonra 1 әdәd sellofan bükümündә olan psixotrop maddә kütlәsi elektron tәrәzidә çәkilәrәk çәkisi müәyyәn edilmişdir. Bundan başqa, cinayәt işi materiallarına әlavә olunmuş ## ###### 2024-cü il tarixli "әmәliyyat axtarış tәdbirlәrinin gedişatının rәsmilәşdirilmәsi, şübhәli şәxsin üstünün yoxlanılması, nәqliyyat vasitәsilә baxış keçirilmәsi vә әşyaların götürülmәsi haqqında" protokoldan görünür ki, ## ###### 2024-cü ildә Astara rayonu, Ərçivan qәsәbәsindә videoçәkiliş vasitәsi ilә Bәraәt almış şәxs üstünün yoxlanılması zamanı onun әynindә olan qara rәngli gödәkçәnin sağ yan cibindәn 1 әdәd ağ sellofan bükümündә psixotrop maddә metamfetaminә bәnzәr kütlә aşkar edilәrәk götürülmüş, daha sonra sıfırlanmış elektron tәrәzi gәtirilәrәk psixotrop maddә metamfetaminә bәnzәr kütlә tәrәziyә qoyularaq çәkilmiş vә çәkisinin 3.42 qram olması müәyyәn edilmiş, şifahi sorğu zamanı Bәraәt almış şәxs metamfetaminә bәnzәr kütlәnin ona mәxsus olduğunu, hәmin kütlәni 150 manat qarşılığında 2 gün әvvәl Lәnkәran rayonunda әldә etdiyini, 2 dәfә hәmin kütlәdәn istifadә etdiyini, heç kimә hәmin psixotrop maddәdәn satmadığını vә vermәdiyini bildirmişdir. Cinayәt işi materiallarına әlavә olunmuş ## ###### 2024-cü il tarixli "әmәliyyat-axtarış tәdbirinin nәticәsindә götürülmüş vә hәmin tәdbirin gedişatını özündә әks etdirәn әşyalara baxış keçirilmәsi vә onların götürülmәsi haqqında" protokoldan görünür ki, ## ###### 2024-cü il saat 00:15-dan saat 00:23-dәk olan müddәt әrzindә Astara RPŞ-in CAB-ın әmәkdaşları tәrәfindәn keçirilmiş әmәliyyat-axtarış tәdbirlәri nәticәsindә Bәraәt almış şәxs әynindә olan qara rәngli gödәkçәnin sağ yan cibindәn götürülmüş bir әdәd sellofan bükümdә, ağ rәngli, çәkisi 3,42 qram olan psixotrop maddә metamfetaminә bәnzәr kütlәnin qablaşdırıldığı bir әdәd zәrf tәkrar açılaraq hәmin bir әdәd bükümdә psixotrop maddә metamfetaminә bәnzәr kütlәyә baxış keçirilmiş, hәmin kütlә elektron tәrәzidә ölçülәrәk çәkisinin 3,47 qram olması müәyyәn edilmişdir. Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Mәhkәmә Ekspertizası X6 Bölmәsi tәrәfindәn verilmiş mәhkәmә kimyәvi ekspertizası üzrә ## ###### 2024-cü il tarixli **/*** nömrәli rәyin nәticә hissәsindә qeyd olunur ki, tәdqiqata tәqdim edilmiş üzәrindә “Bәraәt almış şәxs üzәrindәn aşkar edilmiş 01 әdәd bükümdә metamfetaminә bәnzәr kütlә....." sözlәr vә imzalar olan zәrfdәki, 1 әdәd bükümdә tәmiz çәkisi: -3,291 qram olan ağ rәngli kristallardan ibarәt olan maddә metamfetamindir. Metamfetamin Azәrbaycan Respublikasının Qanunu ilә tәsdiq edilmiş "Azәrbaycan Respublikasının әrazisindә dövriyyәsi qadağan edilmiş psixotrop maddәlәrin siyahısına" daxildir (Siyahı İ). Metamfetaminin tәmiz çәkisi -3,291 qramdır, tәdqiqata 0,1 qram metamfetamin sәrf edilmәklә 3,191 qram metamfetamin qalıq qalmışdır. Mәhkәmә-narkoloji ekspertiza üzrә ## ###### 2024-cü il tarixli, *** saylı rәyin nәticә hissәsindә qeyd olunur ki, müayinә zamanı Bәraәt almış şәxs stimulyatorların qәbulundan yaranan asılılıq sindromu (toksikomaniya xәstәliyi) aşkar olunur. Mәcburi müalicәyә ehtiyacı vardır. Ərazi Narkoloji kabinetindә qeydiyyata alınması mәslәhәt görülür. Belәliklә, Bәraәt almış şәxs CM-in 234.1-1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәsi işin materialları ilә tam tәsdiq edilmişdir. Bundan әlavә, Bәraәt almış şәxs ifadәsindә ona qarşı polis әmәkdaşları tәrәfindәn hәdә-qorxu vә zorakılığa yol verilmәsi dә iş materiallarında öz tәsdiqini tapmamışdır. Belә ki, birinci instansiya mәhkәmәsi hökmdә qeyd etmişdir ki, "Belәliklә, mәhkәmә tәrkibi Bәraәt almış şәxs tәqsirliliyinә dair ittiham tәrәfinin tәqdim etdiyi sübutların onu döyüb zor tәtbiq etmәklә, işgәncә verilmәklә, elәcә dә müdafiә hüququ pozulmaqla әldә edildiyini, bu yolla әldә edilmiş sübutların Cinayәt-Prosessual Mәcәllәsinin 125.2-ci madddәsinә әsasәn sübut kimi qәbul edilmәsinә yol verilmәdiyini, şahid kimi dindirilmiş polis әmәkdaşlarının ifadәlәri ilә iş üzrә toplanmış digәr sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyәtlәr vә şübhәlәrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhәlәrin tәqsirlәndirilәn şәxsin xeyrinә tәfsir edilmәli olduğunu, iş üzrә tәrtib olunmuş prosessual sәnәdlәrin kifayәt qәdәr natamam olmasını vә uzlaşmamasını nәzәrә alaraq hesab edir ki, kifayәt qәdәr ziddiyyәtli vә uzlaşmayan sübutlar әsasında Bәraәt almış şәxs cinayәt törәtmәkdә ittiham olunaraq tәqsirli bilinmәsi cinayәt-prosessual qanunvericiliyin tәlәblәrinin, hәmçinin «Insan hüquqlarının vә әsas azadlıqların müdafiәsi haqqında» Avropa Konvensiyasının 6-cı maddәsindә nәzәrdә tutulmuş tәminatların pozulmasına sәbәb olmuşdur." Lakin hәr iki instansiya mәhkәmәlәri Bәraәt almış şәxs döyülüb zor tәtbiq etmәklә, işgәncә verilmәklә, elәcә dә müdafiә hüququ pozulmaqla etirafedici ifadәlәrin alınmasını tәsdiq edәn bir fakt qeyd etmәmişlәr. Yalnız müdafiә mövqeyindәn çıxış edib, sәhv qәnaәtә gәlmişlәr. Belә ki, iş materiallarında Bәraәt almış şәxs ifadәsindәn başqa onun döyülmәsini tәsdiq edәn nә ekspert rәyi, nә dә şahid ifadәsi mövcüd deyil. Bundan әlavә, iş materiallarından göründüyü kimi, bütün istintaq hәrәkәtlәrindә Bәraәt almış şәxs müdafiәçisi iştirak etmiş vә heç bir pozuntu vә ya ziddiyyәt olmadığından etiraz etmәmiş vә vәsatәt vermәmişdir. Mәhkәmә isә bunu müdafiә hüququnun pozulması kimi qәbul etmişdir. Iş materiallarından göründüyü kimi, Bәraәt almış şәxs әmәli bütünlüklә sübuta yetirildiyindәn, hәr iki instansiya mәhkәmәlәri tәrәfindәn ona bәraәt verilmәsindә haqlı olmamışlar. Hәr iki instansiya mәhkәmәlәri Bәraәt almış şәxs yuxarıda şәrh olunan cinayәt әmәlinin törәtmәsinin istintaq orqanı tәrәfindәn CPM-in 139-cu maddәsindә tәsbit olunmuş halları baxımından sübuta yetirilmәsini әsassız olaraq nәzәrә almamış, özü dә hәmin hallarda nәzәrdә tutulan vәzifәlәri yerinә yetirmәmişlәr. Belә ki, hökmdәn göründüyü kimi mәhkәmә kollegiyası hökmdә işin faktiki halları barәdә mövqeyini әsaslandırarkәn yalnız tәqsirlәndirilәn şәxsin ifadәlәrinә istinad etmiş, hәmin mәsәlә üzrә gәldiyi nәticәlәri mәhkәmә istintaqında bilavasitә araşdırılmış sübutların mәcmusu, o cümlәdәn tәqsirlәndirilәn şәxsin ziddiyyәtli ifadәlәri, şahid ifadәlәri, baxış vә götürmә protokolları, ekspertiza rәylәri, istintaq hәrәkәtlәrinin protokolları vә digәr iş materialları ilә әsaslandırmamışdır. Göründüyü kimi, Bәraәt almış şәxs CM-in 234.1-1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlinin törәtmәsi özündә işin obyektiv hallarını әks etdirәn sübutların mәcmusu ilә tam tәsdiq olunur. Belәliklә, mәhkәmә kollegiyası ibtidai istintaq zamanı heç bir qanun pozuntusu olmadan әldә olunmuş vә mәhkәmә istintaqı zamanı tәtqiq edilmiş yuxarıda qeyd olunan sübutlara deyil, yalnız mәhkumun birinci instansiya mәhkәmәsindә vermiş olduğu ziddiyyәtli vә işin hallarına uyğun olmayan ifadәlәrinә әsassız olaraq üstünlük vermişdir. Görünür ki, mәhkәmәnin müәyyәn etdiyi hallar onun tәdqiq etdiyi sübutlara uyğun olmamış, hökm çıxararkәn mәhkәmә yuxarıda tәhlil olunan ziddiyyәtli hallara tәnqidi yanaşmaq әvәzinә yalnız tәqsirlәndirilәn şәxsin mәnafeyini ifadә etmiş, onun dәlillәrini tәkzib edәn mәhkәmә istintaqında tәdqiq olumuş sübutları-şahid ifadәlәri, baxış, götürmә protokolları, ekspertiza rәylәri, әmәliyyat mәlumatlarını müqayisәli tәhlil edib, onları nәzәrә almamışdır. Dövlәt ittihamçısı kassasiya protestindә göstәrilәnlәrә әsasәn Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 2025-ci il # ###### tarixli qәrarının lәğv edilmәsini vә cinayәt işinin yeni apellyasiya baxışına tәyin edilmәsini xahiş etmişdir. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn dövlәt ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin tәmin olunmasını vә Bәraәt almış şәxs barәsindә olan cinayәt işi üzrә Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 2025-ci il # ###### tarixli qәrarının lәğv edilmәsini vә cinayәt işinin apellyasiya instansiyası mәhkәmәsindә yenidәn baxılmağa tәyin olunması barәdә qәrar qәbul edilmәsini xahiş etdi. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn bәraәt almış şәxs Bәraәt almış şәxs kassasiya protestinin tәmin edilmәmәsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.1-ci maddәsinә görә kassasiya instansiyası mәhkәmәsi kassasiya şikayәtinә vә ya kassasiya protestinә mahiyyәti üzrә baxaraq müraciәtin dәlillәrindәn asılı olmayaraq yalnız hüquqi mәsәlәlәr üzrә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası mәhkәmәsi, kassasiya şikayәtinin vә ya kassasiya protestinin baxışının nәticәlәri buna әsas verәrsә, barәsindә kassasiya müraciәti olmayan mәhkum edilmiş şәxslәrin dә xeyrinә yekun qәrar qәbul edir. Hәmin Mәcәllәnin 419.11-ci maddәsinә әsasәn kassasiya instansiyası mәhkәmәsi birinci vә ya apellyasiya instansiyası mәhkәmәsindә mәhkәmә baxışının predmeti olmayan faktları müәyyәn edә vә ya onları sübuta yetirilmiş hesab edә bilmәz. Qeyd olunan maddәdәn dә göründüyü kimi, sübutların mahiyyәti üzrә araşdırılması, mötәbәrliliyi, kifayәtliliyi, cinayәt faktının müәyyәn edilmәsi kimi mәsәlәlәrin hәlli qanunla kassasiya instansiyası mәhkәmәsinin deyil, birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin sәlahiyyәtinә aid edilmişdir. Bundan başqa, göstәrilәn normanın tәlәblәrinә görә, kassasiya instansiyası mәhkәmәsi birinci vә apellyasiya instansiyaları mәhkәmәlәrindәn fәrqli olaraq hәr hansı bir faktın baş verib-vermәmәsini müәyyәn etmir vә yalnız hәmin mәhkәmәlәr tәrәfindәn müәyyәn edilmiş hallara әsasәn cinayәt vә cinayәt-prosessual qanunların normalarının düzgün tәtbiq edilib-edilmәmәsi mәsәlәlәrini yoxlayır. Dövlәt ittihamçısı kassasiya protestindә mәhkuma bәraәt verilmәsini mübahisәlәndirәrәk, apellyasiya instansiyası mәhkәmәsinin qәrarının lәğv edilmәsi barәdә tәlәbini CPM-in 416.1.2-ci maddәsindә nәzәrdә tutulan hallarla әlaqәlәndirmişdir. Mәhkәmә kollegiyası kassasiya protestini CPM-in 419-cu maddәsinin tәlәblәri baxımından sәlahiyyәtlәrinә aid olan kassasiya müraciәti kimi görür vә bu müraciәtlә әlaqәdar Apellyasiya mәhkәmәsinin qәrarının qanuniliyini vә әsaslılığını kassasiya müraciәtinin dәlillәrini dә nәzәrә alaraq yoxlayıb, araşdırmanın nәticәlәri olaraq aşağıdakıları qeyd edir. Azәrbaycan Respublikası Konstitusiyasının 125-ci maddәsinin VII bәndinә әsasәn mәhkәmә icraatı hәqiqәtin müәyyәn edilmәsini tәmin etmәlidir. Azәrbaycan Respublikası Konstitusiyasının 129-cu maddәsinin III bәndinә әsasәn mәhkәmә qәrarı qanuna vә sübutlara әsaslanmalıdır. “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1 vә 397.2-ci maddәlәrinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun ## ### 2009-cu il tarixli qәrarında göstәrilir ki, hәqiqәti müәyyәnlәşdirmәk imkanının inkar edilmәsi nәinki әdalәt mühakimәsini mәnәvi mәqsәd vә mәzmunundan mәhrum etmәklә istәnilәn әdalәtsizliyә bәraәt verilmәsinә haqq qazandıra bilәr. Hәqiqәtin müәyyәnlәşdirilmәsi vә bununla da işin әdalәtli hәlli: mәhz tәqsirkarın vә yalnız tәqsirlilik dәrәcәsinә uyğun mәhkum olunması, onun cinayәt qanununun tәlәblәrinә uyğun cәzalandırılması vә nәticә etibarilә tәqsirsizә şәrtsiz bәraәt verilmәsi – hakimin hәm vәzifә, hәm dә mәnәvi borcudur. Hәr hansı mәhkәmә araşdırılması әdalәtli mәhkәmә qәrarının qәbulu ilә yekunlaşmalıdır. Bu mәnada ümumilәşdirilmiş şәkildә cinayәt prosesinin tәrәflәri vә cәmiyyәtin özü mәhkәmәdәn nәinki qanuni, hәmçinin әsaslandırılmış hökm gözlәyir. Hәr bir halda, mәhkәmә hökmü nәinki forma vә mәzmun üzrә qanunun tәlәblәrinә uyğun, cinayәt-prosessual qanunun tәlәblәrinә müvafiq müәyyәnlәşdirilmiş faktlar üzәrindә vә cinayәt qanununun düzgün tәtbiqi nәticәsindә çıxarılmalı, o, eyni zamanda әsaslandırılmış vә sübuta yetirilmiş olmalıdır. Mәhkәmә kollegiyası işin materiallarını öyrәnib, kassasiya protestinin dәlillәrini müzakirә edib, kassasiya protestinin tәmin edilmәsi barәdә dövlәt ittihamçısının, kassasiya protestinin tәmin edilmәmәsi barәdә mәhkumun çıxışlarını dinlәyib, işә baxmış birinci vә apellyasiya instansiyası mәhkәmәlәri tәrәfindәn faktların müәyyәn edilmәsindә vә hüquqi mәsәlәlәr üzrә cinayәt vә cinayәt-prosessual qanun normalarının tәtbiqinin düzgünlüyünü yoxlayaraq, belә qәnaәtә gәlir ki, kassasiya protesti tәmin edilmәmәlidir. Mәhkәmә kollegiyası kassasiya protestinin dәlillәrinә münasibәt bildirәrәk aşağıdakıların qeyd edilmәsini zәruri hesab edir. Cinayәt işinin materiallarından görünür ki, bәraәt almış şәxs Bәraәt almış şәxs CM-in 234.1-1-ci maddәsi ilә ittiham irәli sürәrkәn ittiham tәrәfinin istinad etdiyi sübutlar Bәraәt almış şәxs ibtidai istintaq zamanı vermiş olduğu etiraf ifadәsi, әmәliyyat zamanı iştirak etmiş polis şahidlәrin ifadәsi vә Bәraәt almış şәxs gecә vaxtı yaxalanması vә onun üzәrinә baxış keçirilmәsinin әks olunduğu video görüntüdür. Cinayәt işindәn dә görünür ki, bәraәt almış şәxs ibtidai istintaq zamanı etiraf ifadәsi versә dә, lakin açıq mәhkәmә iclasında hәmin etiraf ifadәsindәn imtina etmiş vә istintaq zamanı onun әleyhinә toplanmış bütün sübutları tәkzib edәrәk psixotrop maddәnin polislәr tәrәfindәn onun üzәrinә qoyulduğunu, әvvәlçә saat 19 radәlәrindә polislәr tәrәfindәn yaxalanaraq polis şöbәsinә aparıldığını, hәmin vaxt üzәrindә psixotrop maddә olmadığını, 5 saat polis şöbәsindә saxlanıldığını, orada etirafa mәcbur edildikdәn sonra polislәr tәrәfindәn hadisә yerinә gәtirildiyini, gecә vaxtı polislәr tәrәfindәn süni sәhnәlәşdirmә aparılaraq videogörüntüyә alınmaqla yaxalandığını göstәrmişdir. Bәraәt almış şәxsin mәhkәmә iclasında vermiş olduğu ifadәyә uyğun olaraq mәhkәmә tәrәfindәn hәqiqәtin meydana çıxarılması mәqsәdi ilә әtraflı araşdırma aparılmış, polis әmәkdaşlarının istifadә etdiklәri telefonların anten mәlumatları әldә edilmiş vә müәyyәn edilmişdir ki, bәraәt almış şәxsin mәhkәmә araşdırması zamanı vermiş olduğu ifadәsindә әks olunmuş hadisәnin baş vermә ardıcıllığı real baş vermiş hadisәlәrlә tam üst-üstә düşür. Lakin dövlәt ittihamçısı kassasiya protestindә mәhkәmәlәrin bәraәtlә bağlı mövqelәrini әsaslandırarkәn istinad etdiklәri telefon anten mәlumatlarına heç bir münasibәt bildirmәmiş, hәmin sübutla bağlı ittiham tәrәfinin mövqeyini ifadә etmәmişdir. Halbuki hәmin anten mәlumatları baraәt almış şәxsin hansı saatda polisin nәzarәtinә keçdiyini, hansı müddәt daxilindә polis nәzarәtindә olduğunu, polis nәzarәtinә keçdikdәn neçә saat sonra onun üzәrindәn psixotrop maddәnin aşkar edildiyini әyani şәkildә göstәrir. Mәhkәmә kollegiyası bәraәt almış şәxsin ibtidai istintaq zamanı vermiş olduğu etiraf ifadәsinin mötәbәr sübut kimi qәbul edilmәsinin zәruriliyi ilә bağlı ittiham tәrәfinin mövqeyinә münasibәtdә qeyd etmәyi vacib hesab edir ki, CPM tәqsirlәndirilәn şәxsin etirafı ilә bağlı mәhdudiyyәt müәyyәn etmişdir. Belә ki, CPM-in 126.6-cı maddәsinә әsasәn tәqsirlәndirilәn şәxsin cinayәt törәtmәkdә öz tәqsirini etiraf etmәsi yalnız iş üzrә bütün sübutların mәcmusu ilә tәsdiq edildiyi halda ona qarşı ittihamın әsası kimi qәbul edilә bilәr. Lakin cinayәt işi üzrә mәhkәmәlәr tәrәfindәn müәyyәn edilmiş işin hallarından görünür ki, tәqsirlәndirilәn şәxsin ibtidai istintaq zamanı vermiş olduğu etiraf ifadәsi iş üzrә digәr sübutlarla dәstәklәnmir, әksinә tәkzib olunur. Kassasiya protestinin digәr dәlili ittiham tәrәfinin tәqdim etdiyi şahid ifadәlәri ilә bağlıdır. Işdәn görünür ki, ittiham tәrәfinin şahidlәri polis әmәkdaşlarıdır. Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin “Kobiaşvili Gürcüstana qarşı” ##.##.2019-cü il tarixli qәrarında polis şahidlәrlә bağlı göstәrilmişdir: “Bәzi sübutların yaranma mәnbәyinin hәqiqiliyinә şübhә yarandıqda, hәmin şübhәlәr digәr mәnbәlәrdәn alınmış sübutlarla aradan qaldırıla bilәr. Mәhkәmә qeyd edir ki, әrizәçinin şәxsi axtarışı barәdә mötәbәr hesabatın olmaması şәraitindә hәmin halı tәsdiq edәn hәr hansı başqa mötәbәr sübut iş materiallarında mövcud olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, prosesdә iştirak edәn şahidlәrdәn birinin ziddiyyәtli ifadәlәri vә ikinci şahidin inandırıcı olmamasına dair toplanmış materiallar mәhkәmә iclasında әtraflı tәdqiq edilmәmişdir. Polis әmәkdaşlarına gәldikdә Avropa Mәhkәmәsi qeyd edir ki, onlar әrizәçiyә qarşı cinayәt tәqibinin tәşәbbüskarları idilәr, cinayәt tәqibinin tәşәbbüskarı olan orqanın әmәkdaşları idilәr vә ona görә dә onlar әrizәçiyә qarşı cinayәt tәqibinin nәticәlәrindә maraqlı idilәr. Onların maraqlılığı xüsusilә әrizәçinin narkotik maddәnin onun cibinә polislәr tәrәfindәn atıldığını iddia etdiyini nәzәrә alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadәlәri mәhkәmәlәr tәrәfindәn avtomatik olaraq etibarlı sübut kimi qәbul edilmişdir. Bundan fәrqli olaraq әrizәçinin dostlarının ifadәlәri subyektiv mülahizә xarakterli, şübhә doğuran ifadәlәr kimi rәdd edilmişdir (bax: 26-cı bәnd). Mәhkәmә qeyd edir ki, polis әmәkdaşlarının ifadәlәri әrizәçinin mәhkәmә qәrarı olmadan şәxsi axtarışına dair qәrarı ilә ziddiyyәt tәşkil edirdi (yuxarıda 61-ci bәndә bax). Bu hal da yerli mәhkәmәlәr tәrәfindәn nәzәrә alınmamışdır.” Birinci instansiya mәhkәmәsi dә hәmin şahidlәrin ifadәlәrinә qiymәt verәrәk göstәrmişdir ki, şәrh edilәnlәrdәn dә göründüyü kimi polis әmәkdaşlarının mәhkәmә istintaqı zamanı verdiklәri ifadәlәri tәqsirlәndirilәn şәxsin, elәcә dә özlәrinin ifadәlәri vә anten mәlumatları ilә ziddiyyәt tәşkil etmiş, obyektiv hәqiqәti özündә ehtiva etmәmişdir. Göründüyü kimi, şahidlәrlә bağlı hazırki işә baxan mәhkәmәlәrin mövqeyi AIHM-in mövqeyi ilә üst-üstә düşür. Qeyd edilәnlәrә әsasәn mәhkәmә kollegiyası hesab edir ki, kassasiya protestinin şahidlәrlә bağlı dәlillәri dә әsassızdır. Bәraәt almış şәxsin gecә vaxtı qaranlıq, kimsәsiz sahәdә saxlanılaraq üzәrinә baxış keçirilmәsinin әks olunduğu video görüntü ilә bağlı mәhkәmә kollegiyası qeyd edir ki, hәmin sübuta da mәhkәmәlәr tәrәfindәn qanuni vә әsaslı qiymәt verilmişdir. Mәhkәmәlәrin mövqeyindәn dә görünür ki, Bәraәt almış şәxs Astara RPŞ-nin әmәkdaşları tәrәfindәn ## ###### 2024-cü il tarixdә saat 18-19 radәlәrindә Astara rayonu Ərcivan qәsәbәsindә saxlanılaraq Astara RPŞ-nә aparılmış, orada 5 saatdan artıq müddәtdә qanunsuz olaraq azadlığı mәhdudlaşdırılmış, polis әmәkdaşları tәrәfindәn üzәrinә qoyularaq götürülmüş 3,291 qram psixotrop maddә metamfetaminin özünә mәxsus olmasına dair etirafedici ifadәlәr vermişdir. Əlbәttә saat 18-19 radәlәrindәn polisin sәrәncamında olan şәxsin üzәrindәn saat 00:15-dә metamfetaminin aşkar edilmәsi, hәqiqәtә uyğun olmamaqla, böyük şübhәlәr doğurur. Azәrbaycan Respublikası CPM-nin 139-cu maddәsi bu normada tәsbit olunmuş digәr hallarla yanaşı cinayәt hadisәsinin baş vermә faktının vә hallarının, habelә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәrinin sübutlara әsasәn müәyyәn edilmәsini tәlәb edir. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin formalaşmış hüquqi mövqeyinә görә, hәr bir cinayәt әmәli araşdırılarkәn onun tәrkibinin düzgün müәyyәn edilmәsi vә düzgün tövsif edilmәsi cinayәt әlamәtlәrini әks etdirәn әmәllәrin cinayәt olub-olmamasını, cinayәt törәtmәkdә tәqsirlәndirilәn şәxsin tәqsirinin olub-olmamasını müәyyәnlәşdirmәyә, habelә hәmin cinayәtә görә tәqsirlәndirilәn şәxsә әdalәtli cәza tәyin edilmәsinә yönәlmişdir. Əks hal tәqsiri olmayan şәxsin mәsuliyyәtә alınmasına, yaxud da cinayәt törәtmәkdә tәqsirli olan şәxsin mәsuliyyәtdәn kәnarda qalmasına, cәzanın düzgün olmayan tәtbiqinә sәbәb ola bilәr. Bu isә öz növbәsindә Cinayәt Mәcәllәsinin әsaslandığı qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirә görә mәsuliyyәt, әdalәt vә humanizm prinsiplәrinin pozulmasına gәtirib çıxara bilәr (“Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 259-cu maddәsinin "Qeyd” hissәsinin 1-ci bәndinin vә hәmin Mәcәllәnin 314cü maddәsinin “Yaşıllıqların mühafizәsi haqqında” Azәrbaycan Respublikası Qanununun 8 vә 9-cu maddәlәri baxımından şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun Qәrarı, ## ###### 2022-ci il). Cinayәt mühakimә icraatında sübutların qiymәtlәndirilmәsinin әsaslarına gәldikdә mәhkәmә kollegiyası qeyd edir ki, Azәrbaycan Respublikası CPM-in 33-cü maddәsindә müәyyәn edilәn qaydalara görә, hakimlәr cinayәt mühakimә icraatının hәyata keçirilmәsindә cinayәt işi üzrә toplanmış sübutları hәmin Mәcәllәnin tәlәblәrinә әsasәn qiymәtlәndirirlәr. Cinayәt mühakimә icraatı hәyata keçirilәrkәn Azәrbaycan Respublikası CPM-in 125, 144, 146-cı maddәlәrinin müddәalarının pozulması (maddә 33.2), elәcә dә sübutlara vә sair materiallara qәrәzli münasibәt bәslәnilmәsi, mövcud hüquqi prosedur daxilindә tәdqiq edilәnәdәk sübut vә digәr materiallardan birinә digәrinә nisbәtdә çox vә ya az әhәmiyyәt verilmәsi yolverilmәzdir (maddә 33.4). Azәrbaycan Respublikası CPM-in 144-cü maddәsi cinayәt-mühakimә icraatını aparan orqanlardan, o cümlәdәn mәhkәmәdәn cinayәt tәqibi üzrә toplanılmış sübutları tam, hәrtәrәfli vә obyektiv yoxlamağı tәlәb edir. Yoxlama zamanı toplanmış sübutlar tәhlil olunur vә bir-biri ilә müqayisә edilir, yeni sübutlar toplanır, әldә olunmuş sübutların mәnbәyinin mötәbәrliyi müәyyәnlәşdirilir. Hәmin Mәcәllәnin 145.1 vә 145.3-cü maddәlәrinә әsasәn hәr bir sübut mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә qiymәtlәndirilmәlidir. Cinayәt tәqibi üzrә toplanılmış bütün sübutların mәcmusuna isә ittihamın hәlli üçün onların kifayәt etmәsinә әsasәn qiymәt verilmәlidir. Ittihamın sübut olunmasında yaranan şübhәlәri digәr sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhәli vә ya tәqsirlәndirilәn şәxsin xeyrinә tәfsir edilir. Cinayәt-Prosessual Mәcәllәsinin 353.3.3-cü maddәsi isә mәhkәmәdәn tәlәb edir ki, nәticәyә gәlmәsi üçün әsaslandığı sübutları vә ittihamın әsaslandırılması üçün gәtirilmiş sübutların onun tәrәfindәn rәdd edilmәsinin motivlәrini bәraәt hökmünün tәsviriәsaslandırıcı hissәsindә göstәrsin. Kassasiya protestindә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yuxarıda tәsvir edilәn cinayәt-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, mәhkәmә araşdırmalarının, onların yekununda çıxarılmış mәhkәmә aktının bu normalarla müqayisәsindәn görünür ki, hәmin iddianın әksinә olaraq apellyasiya instansiyası mәhkәmәsi sözügedәn qaydaları pozmamış; baxılan cinayәt işi üzrә mәhkәmә dinlәmәlәri qanuni prosedurlara, o cümlәdәn cinayәt-mühakimә icraatının prinsiplәrinә әmәl olunmaqla aparılmış; mәhkәmә tәrәfindәn hәr hansı sübutun tәdqiqindәn әsassız imtina edilmәmiş; sübutlar Azәrbaycan Respublikası CPM-nin 144-cü maddәsinin tәlәblәrinә uyğun olaraq yoxlanılmış; yekun qәrar çıxarılarkәn yolverilmәz sübutların istifadәsindәn imtina edilmiş, araşdırılmış sübutlara isә Azәrbaycan Respublikası CPM-in 145-ci maddәsinin tәlәblәrinә müvafiq olaraq qiymәt verilmiş vә yekun nәticә Azәrbaycan Respublikası CPM-in 146-cı maddәsinin tәlәblәri gözlәnilmәklә biri digәrinә uyğun gәlәn sübutların mәcmusu ilә әsaslandırılmışdır. Kassasiya protestinin müәllifi hazırda mübahisәlәndirdiyi qәrarın nәticәlәrini tәkzib edә bilәcәk hәr hansı yeni vә diqqәtәlayiq amilә istinad etmәmişdir. Mәhkәmә kollegiyası bu halı da kassasiya protestinin әsassız olduğuna dәlalәt edәn kimi qәbul edir vә tәkrarlayır ki, hazırkı kassasiya protestindә qaldırılan mәsәlәlәr üzrә apellyasiya instansiyası mәhkәmәsinin gәldiyi nәticәlәr cinayәt işinin obyektiv araşdırmasına, müvafiq maddi vә prosessual cinayәt-hüquqi normaların vә formalaşmış mәhkәmә tәcrübәsinin düzgün tәfsirinә әsaslandığından, kassasiya protestindә göstәrilәnlәr isә apellyasiya instansiyası mәhkәmәsinin gәldiyi nәticәlәri tәkzib etmәdiyindәn, eyni zamanda mübahisәlәndirilәn qәrarda onun lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün Azәrbaycan Respublikası CPM-nin 416-cı maddәsindә sadalanan әsaslardan hәr hansı biri müәyyәn edilmәdiyindәn, apellyasiya instansiyası mәhkәmәsinin yekun qәnaәtini şübhә altına almaq üçün әsas müәyyәn edilmir. Qeyd edilәnlәri yekunlaşdıraraq mәhkәmә kollegiyası hesab edir ki, dövlәt ittihamçısının kassasiya protesti tәmin edilmәmәli, Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ##.##.2025-ci il tarixli qәrarı kassasiya protestinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Yuxarıda göstәrilәnlәrә әsasәn, Azәrbaycan Respublikası CPM-in 419.10.1-ci maddәsini rәhbәr tutub mәhkәmә kollegiyası Q Ə R A R A A L D İ: Dövlәt ittihamçısı tәrәfindәn verilmiş kassasiya protesti tәmin edilmәsin. Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin 2025-ci il # ####### tarixli, 1(099) ***/**** nömrәli hökmü ilә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.1-1-ci maddәsi ilә bәraәt almış Bәraәt almış şәxs barәsindә olan Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-***/**** nömrәli qәrarı, dövlәt ittihamçısının kassasiya protestinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-207/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-207/2026
13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver