Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-212/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum İ.M.Zülfüqarovun müdafiəçisi müdafiəçi3 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2025-ci il tarixli 1(106)- 593/2025 nömrəli qərarından məhkum Zülfüqarov İsgəndər Məhərrəm oğlunun müdafiəçisi müdafiəçi3 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Oruc Cəlilov (sədrlik edən), Xamməd Nuriyev və Neymət Məmmədov) 07 may 2025-ci il tarixli 1(099)-120/2025 nömrəli hökmü ilə 11 fevral 1997-ci ildə Rusiya Federasiyasının, Petropavlovsk Kamçatka şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Göytəpə şəhəri, Nizami küçəsi, ev 6-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Zülfiqarov İsgəndər Məhərrəm oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 mart 2024-cü il tarixdən hesablanmış, 01 iyun 2000-ci ildə Yardımlı rayonunun Zenqaran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Yardımlı rayonunun Zəngəran kəndində qeydiyyatda olmaqla, Cəlilabad rayonu, Göytəpə şəhəri, V.Mürsəlov küçəsi ünvanında fərdi yaşayış evində yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona Gəncə Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 4 (dörd) ay 12 (on iki) gün müddətə islah işləri cəzası CM-in 68.1.3-1-ci maddəsnə əsasən azadlıqdan məhrum etmənin bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla 4 (dörd) ay 3 (üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla CM-in 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 4 (dörd) ay 3 (üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 mart 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Zülfiqarov İsgəndər Məhərrəm oğlu və Təqsirləndirilən şəxs öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli və külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə olunması, saxlanması və daşınaraq həmin maddələrin cinayətkar qrupun digər üzvlərinə çatdırılmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü və ya üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd torbada qablaşdırılmış, iki ədəd bağlamada ayrı-ayrılıqda 2005,0 qram və 1690,0 qram olmaqla cəmi xüsusi ilə külli miqdarda- 3695,0 qram narkotik vasitə olan heroin, bir ədəd bükümdə külli miqdarda - 96,494 qram psixotrop maddə olan metamfetamin, 4 ədəd bağlamada ayrı-ayrılıqda 1975,0 qram, 2115,0 qram, 1320,0 qram və 2035,0 qram olmaqla cəmi külli miqdarda-7445,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram təşkil edən külli miqdarda-100 ədəd narkotik vasitə olan metadon həblərinin Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisində gizlədilməsi barədə İsgəndər Zülfiqarova məlumat verilməsindən sonra 17 mart 2024-cü il tarixdə, saat 23 radələrində İsgəndər Zülfiqarov və Təqsirləndirilən şəxs Göytəpə şəhərində görüşüb birlikdə məlum olmayan “taksi” avtomobili ilə Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisində gedib oradan bir ədəd torbada qablaşdırılmış, iki ədəd bağlamada ayrı-ayrılıqda 2005,0 qram və 1690,0 qram olmaqla cəmi xüsusi ilə külli miqdarda- 3695,0 qram narkotik vasitə olan heroin, bir ədəd bükümdə külli miqdarda96,494 qram psixotrop maddə olan metamfetamin, 4 ədəd bağlamada ayrı-ayrılıqda 1975,0 qram, 2115,0 qram, 1320,0 qram və 2035,0 qram olmaqla cəmi külli miqdarda7445,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram təşkil edən külli miqdarda-100 ədəd narkotik vasitə olan metadon həblərini götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 18 mart 2024-cü il tarixdə, saat 00:20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində İsgəndər Zülfiqarov və Təqsirləndirilən şəxs Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisində saxlanılıb üzərilərində şəxsi axtarış zamanı onlara məxsus olmaqla İsgəndər Zülfiqarovun əlində saxladığı bir ədəd torbanın içərisində iki ədəd bağlamada ayrı-ayrılıqda 2005,0 qram və 1690,0 qram olmaqla cəmi xüsusi ilə külli miqdarda-3695,0 qram narkotik vasitə olan heroin, bir ədəd bükümdə külli miqdarda96,494 qram psixotrop maddə olan metamfetamin, 4 ədəd bağlamada ayrı-ayrılıqda 1975,0 qram, 2115,0 qram, 1320,0 qram və 2035,0 qram olmaqla cəmi külli miqdarda7445,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram təşkil edən külli miqdarda-100 ədəd narkotik vasitə olan metadon həbləri, habelə bir ədəd elektron əl tərəzisi aşkar edilib götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Pərviz Hacıyev və Cavid Sultanov) 03.12.2025-ci il tarixli 1(106)- 593/2025 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 may 2025-ci il tarixli 1(099)-120/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum İ.M.Zülfiqarovun müdafiəçisi müdafiəçi3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı V.İ.Şabanov tərəfindən verilmiş apellyasiya protestinə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2025-ci il tarixli 1(106)- 593/2025 nömrəli qərarından məhkum İ.M.Zülfüqarovun müdafiəçisi müdafiəçi3 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxılması 03 iyun 2026-cı il tarixə təyin edilmiş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılanadək, yəni 1 iyun və 2 iyun 2026-cı il tarixlərdə məhkumlar İ.M.Zülfüqarov və Təqsirləndirilən şəxs məhkəmə kollegiyasına ərizələr ilə müraciət etmişdir. Həmin ərizələrdə məhkumlar göstərmişdir ki, müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürür və xahiş edirlər ki, kassasiya şikayətləri məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, məhkumların müdafiəçiləri müdafiəçi3 və müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkumlar Zülfiqarov İsgəndər Məhərrəm oğlunun və Təqsirləndirilən şəxs ərizələri təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2025-ci il tarixli 1(106)- 593/2025 nömrəli qərarından məhkum Zülfüqarov İsgəndər Məhərrəm oğlunun müdafiəçisi müdafiəçi3 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətlərinə baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(1-8)-212/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-212/2026
03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver