Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-214/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, 7 yanvar 1976-cı ildə Ağdaş şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ali təhsilli, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-129/2025 nömrəli 29 oktyabr 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-8/2025 nömrəli 14 yanvar 2025-ci il tarixli tarixli hökmü ilə (hakimlər B.M.Məmmədov (sədrlik edən), X.M.Məmmədov və T.Q.Əfəndizadə) Məhkum - CM-in 178.2.1, 178.2.2, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinmiş, CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplanması yolu ilə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 1(014)-39/2024 nömrəli hökmü ilə ona təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə ona təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 13 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmü ilə Təqsirləndirilən şəxs (X1) da təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-129/2025 nömrəli 29 oktyabr 2025-ci il tarixli qərarı ilə (hakimlər Z.C.Tahirov (sədrlik edən), İ.H.Şükürov və X.H.Səmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-8/2025 nömrəli 14 yanvar 2025-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzаsının təyin edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə оnа cinаyətlərin məcmusu üzrə qəti cəzа təyin edilməsi hissəsi hökmdən xaric edilmiş, Məhkum Аzərbаycаn Respublikаsı CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 1(014)-39/2024 nömrəli hökmü ilə ona təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki qərarla ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmаqlа ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 13 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Işin halları: Hökmə əsasən Məhkum hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxsla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum öz arvadı X6 ilə aralarındakı nikahın pozulması ilə əlaqədar müvafiq rəsmiləşdirmə aparılması üçün 2021-ci ilin iyun ayında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağdaş rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdən sonra həmin şöbənin rəisi vəzifəsində işləyən zərərçəkmiş şəxs5 guya ondan müraciəti ilə əlaqədar bilavasitə, habelə həmin şöbədə xadimə işləyən şahid3 vasitəsi ilə rüşvət qismində pul aldığına dair həqiqətə uyğun olmayan, aralarındakı sövdələşmə hallarını əks etdirən videogörüntüdən ibarət məlumat hazırladıqdan sonra Təqsirləndirilən şəxsla birgə aralarındakı cinayətkar razılaşmaya əsasən zərərçəkmiş şəxs5 öz xidməti vəzifə səlahiyyətlərini yerinə yetirərkən neqativ hallara yol verməklə guya həmin şöbəyə müraciət edən şəxslərdən rüşvət qismində pul aldığına dair videogörüntüdən ibarət məzmunu rusvayedici xarakter daşıyan həmin məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəklərinə, zərərçəkmiş şəxs5 xidməti fəaliyyətinin yarıtmaz olduğuna, haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracaqlarına dair zərərçəkmiş şəxs5 onun tanışı şahid10 vasitəsi ilə xəbər göndərib hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatların özləri tərəfindən yayılmaması müqabilində 2021-ci ilin avqust ayının əvvəllərində Ağdaş şəhərində şahid10 vasitəsi ilə zərərçəkmiş şəxs5 1000 manat pul tələb etmiş, nəticədə 2021ci ilin avqust ayının əvvəllərində Ağdaş şəhərində şahid10 vasitəsi ilə zərərçəkmiş şəxs5 ona məxsus 1000 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxsla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum öz arvadı X6 ilə aralarındakı nikahın pozulması ilə əlaqədar müvafiq rəsmiləşdirmə aparılması üçün 2021-ci ilin iyun ayında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağdaş rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdən sonra həmin şöbənin rəisi vəzifəsində işləyən zərərçəkmiş şəxs5 guya ondan müraciəti ilə əlaqədar bilavasitə, habelə həmin şöbədə xadimə işləyən şahid3 vasitəsi ilə rüşvət qismində pul aldığına dair həqiqətə uyğun olmayan, aralarındakı sövdələşmə hallarını əks etdirən videogörüntüdən ibarət məlumat hazırladıqdan sonra Təqsirləndirilən şəxsla birgə aralarındakı cinayətkar razılaşmaya əsasən zərərçəkmiş şəxs5 öz xidməti vəzifə səlahiyyətlərini yerinə yetirərkən neqativ hallara yol verməklə guya həmin şöbəyə müraciət edən şəxslərdən rüşvət qismində pul aldığına dair videogörüntüdən ibarət məzmunu rusvayedici xarakter daşıyan həmin məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəklərinə, zərərçəkmiş şəxs5 xidməti fəaliyyətinin yarıtmaz olduğuna, haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracaqlarına dair zərərçəkmiş şəxs5 onun tanışı şahid10 vasitəsi ilə xəbər göndərib hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatların özləri tərəfindən yayılmaması müqabilində 2021-ci ilin avqust ayının ortalarında Ağdaş şəhərində şahid10 vasitəsi ilə zərərçəkmiş şəxs5 əlavə 1000 manat pul tələb etmiş, nəticədə 2021-ci ilin avqust ayının ortalarında və 26 avqust 2021-ci il tarixdə Ağdaş şəhərində şahid10 vasitəsi ilə zərərçəkmiş şəxs5 hər dəfəsində 500 manat olmaqla ona məxsus ümumilikdə 1000 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxsla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum tanıdığı digər şəxslər üçün zəruri tibbi arayışlar almaq məqsədi ilə özü tərəfindən 2021-ci ilin iyun ayında müraciət edilərkən Ağdaş Rayon Mərkəzi X7 Şəxsdə laborant vəzifəsində işləyən zərərçəkmiş şəxs4 guya ondan rüşvət qismində pul aldığına dair həqiqətə uyğun olmayan, aralarındakı sövdələşmə halını əks etdirən videogörüntüdən ibarət məlumat hazırladıqdan sonra Təqsirləndirilən şəxsla birgə aralarındakı cinayətkar razılaşmaya əsasən zərərçəkmiş şəxs4 xidməti peşə fəaliyyətində neqativ hallara yol verməklə tibbi arayış almaq üçün müraciət edən şəxslərdən guya rüşvət qismində pul aldığına dair videogörüntüdən ibarət məzmunu rusvayedici xarakter daşıyan həmin məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəklərinə, zərərçəkmiş şəxs4 xidməti fəaliyyətinin yarıtmaz olduğuna, haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracaqlarına dair zərərçəkmiş şəxs4 onun əri şahid8 və sonuncunun tanıdığı şahid1 vasitəsi ilə xəbər göndərib hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatların özləri tərəfindən yayılmaması müqabilində 2021-ci ilin sentyabr ayında Ağdaş şəhərində şahid1 və Bəhmən Abdurəhmanov vasitəsi ilə zərərçəkmiş şəxs4 xeyli miqdarda 20.000 manat pul tələb etmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxsla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum tanıdığı digər şəxslər üçün zəruri tibbi arayışlar almaq məqsədi ilə özü tərəfindən 2021-ci ilin iyun ayında müraciət edilərkən Ağdaş Rayon Mərkəzi X7 Şəxsdə laborant vəzifəsində işləyən zərərçəkmiş şəxs4 guya ondan rüşvət qismində pul aldığına dair həqiqətə uyğun olmayan, aralarındakı sövdələşmə halını əks etdirən videogörüntüdən ibarət məlumat hazırladıqdan sonra Təqsirləndirilən şəxsla birgə aralarındakı cinayətkar razılaşmaya əsasən zərərçəkmiş şəxs4 xidməti peşə fəaliyyətində neqativ hallara yol verməklə tibbi arayış almaq üçün müraciət edən şəxslərdən guya rüşvət qismində pul aldığına dair videogörüntüdən ibarət məzmunu rusvayedici xarakter daşıyan həmin məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəklərinə, zərərçəkmiş şəxs4 xidməti fəaliyyətinin yarıtmaz olduğuna, haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracaqlarına dair zərərçəkmiş şəxs4 onun tanıdığı şahid7 və əri şahid8 vasitəsi ilə xəbər göndərib hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatların özləri tərəfindən yayılmaması müqabilində 2021-ci ilin sentyabr ayında Ağdaş şəhərində şahid7 və Bəhmən Abdurəhmanov vasitəsi ilə zərərçəkmiş şəxs4 5000 manat pul tələb etmiş, nəticədə 2021-ci ilin sentyabr ayında Ağdaş şəhərində şahid7 və şahid4 vasitəsi ilə zərərçəkmiş şəxs4 ona məxsus 2000 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs3 məxsus, Ağdaş şəhəri Heydər Əliyev prospekti, “Bayraq meydanı” adlanan ərazidə yerləşən və zərərçəkmiş şəxs3 hər hansı şəxsə ticarət məqsədi ilə icarəyə vermək məqsədində olduğu birmərtəbəli ticarət obyektini guya icarəyə götürəcəyinə və guya bu məqsədlə özünün aidiyyəti dövlət orqanlarının vəzifəli şəxsləri ilə yaxın şəxsi münasibətinin olması səbəbindən həmin ticarət obyektinə 1000 manat pul xərci müqabilində bir ay ərzində su xətti çəkdirmək imkanının olması barədə zərərçəkmiş şəxs3 yalan vəd verib onun inam və etibarını qazanmaqla aldadaraq 2022-ci ilin iyul ayında Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən çayxananın qarşısında zərərçəkmiş şəxs3 ona məxsus 1000 manat məbləğində pul vəsaitini ələ keçirib sonradan zərərçəkmiş şəxs3 xeyrinə heç bir iş görmədən həmin pulu öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs3 1000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxsla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum özünün və Təqsirləndirilən şəxs cinayətkar niyyətini tanıdığı şahid11 və onun bacısı şahid2 gizli saxlamaqla 2022-ci ilin avqust ayında şahid11 və şahid2 onların guya müalicə almaları üçün Ağdaş Rayon Mərkəzi X7 Şəxsdə həkim-terapevt vəzifəsində işləyən zərərçəkmiş şəxs2 müraciət etmələri və zərərçəkmiş şəxs2 pul vəsaiti təqdim etmələri barədə təlimatlandıraraq şahid11 və şahid2 həmin xəstəxanaya gedib iş otağında zərərçəkmiş şəxs2 müraciət etmələrinə nail olduqdan sonra zərərçəkmiş şəxs2 guya şahid11 və şahid2 rüşvət qismində pul aldığına dair həqiqətə uyğun olmayan, aralarındakı sövdələşmə halını əks etdirən videogörüntüdən ibarət məlumat hazırladıqdan sonra Təqsirləndirilən şəxsla birgə aralarındakı cinayətkar razılaşmaya əsasən zərərçəkmiş şəxs2 xidməti peşə fəaliyyətində neqativ hallara yol verməklə müalicə almaq üçün müraciət edən şəxslərdən guya rüşvət qismində pul aldığına dair videogörüntüdən ibarət məzmunu rusvayedici xarakter daşıyan həmin məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəklərinə, zərərçəkmiş şəxs2 xidməti fəaliyyətinin yarıtmaz olduğuna, haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracaqlarına dair zərərçəkmiş şəxs2 onun qohumu şahid6 vasitəsi ilə, eləcə də şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs vasitəsi ilə xəbər göndərib hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatların özləri tərəfindən yayılmaması müqabilində 2022-ci ilin avqust ayında Ağdaş şəhərində şahid6 vasitəsi ilə zərərçəkmiş şəxs2 2000 manat pul tələb etmiş, nəticədə şahid6 vasitəsi ilə Ağdaş şəhərində 2022-ci ilin avqust ayında zərərçəkmiş şəxs2 əvvəlcə 400 manat, 2022-ci ilin sentyabr ayında isə 600 manat pul almaqla zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 1000 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxsla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum özünün tibbi müayinə olunması üçün 2022-ci ilin oktyabr ayında müraciət edərkən Ağdaş Rayon Mərkəzi X7 Şəxsdə həkim-oftalmoloq vəzifəsində işləyən X2 guya ondan rüşvət qismində pul aldığına dair həqiqətə uyğun olmayan, aralarındakı sövdələşmə halını əks etdirən videogörüntüdən ibarət məlumat hazırladıqdan sonra Təqsirləndirilən şəxsla birgə aralarındakı cinayətkar razılaşmaya əsasən Iradə Əhmədovanın xidməti peşə fəaliyyətində neqativ hallara yol verməklə müalicə almaq üçün müraciət edən şəxslərdən guya rüşvət qismində pul aldığına dair videogörüntüdən ibarət məzmunu rusvayedici xarakter daşıyan həmin məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəklərinə, Iradə Əhmədovanın xidməti fəaliyyətinin yarıtmaz olduğuna, haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracaqlarına dair 2022-ci ilin noyabr ayının əvvəllərində Iradə Əhmədovanın əri zərərçəkmiş şəxs1 istifadəsində olan +994-50-299-93-08 saylı mobil telefon nömrəsinə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi proqramı üzərindən istintaqa məlum olmayan mobil nömrə ilə zəng edib xəbər göndərməklə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatların özləri tərəfindən yayılmaması müqabilində zərərçəkmiş şəxs1 2000 manat pul tələb etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxsla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum Təqsirləndirilən şəxsla birgə aralarındakı cinayətkar razılaşmaya əsasən şahid5 Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair sonuncu barəsində Ağdaş Rayon Polis Şöbəsinin Istintaq bölməsində istintaqı aparılmış cinayət işi üzrə özlərinin guya şahid5 9500 manat pul müqabilində cinayət məsuliyyətindən azad etdirmək və onun barəsində həmin cinayət təqibinin dövlət orqanlarında xitam olunmasına nail olmaq imkanlarının olduğuna dair şahid5 qohumu zərərçəkmiş şəxs6 yalan vədlər verib sonuncunun inam və etibarını qazandıqdan sonra zərərçəkmiş şəxs6 həmin pulu hissə-hissə vermək təklifinə öz razılıqlarını nümayiş etdirməklə bu adla zərərçəkmiş şəxs6 aldadaraq 2022-ci ilin noyabr ayının sonlarında Ağdaş şəhəri “Ləki dörd yolu” adlanan ərazidə zərərçəkmiş şəxs6 ona məxsus 3000 manat məbləğində pul vəsaitini ələ keçirib öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs6 3000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-129/2025 nömrəli 29 oktyabr 2025-ci il tarixli qərarı ilə (hakimlər Z.C.Tahirov (sədrlik edən), İ.H.Şükürov və X.H.Səmədov) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsаsən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair hissədə hаzırki cinayət işinin icraatına xitam verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-129/2025 nömrəli 29 oktyabr 2025-ci il nömrəli qərarının ləğv edilməsi, cinayət işinin ətraflı araşdırılması üçün iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş edilmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, cinayət işi ədalətli araşdırılmamış və nəticədə o, əsassız olaraq təqsirli bilinərək məhkum olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsində bu əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsində təkrar törədildikdə; Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsində bu əməl xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija Ispaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Iş materiallarındakı CD diskin yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, məhkum Məhkum istifadəsində olmuş 050-602-36-00 saylı mobil nömrə ilə zərər çəkmiş şəxs zərərçəkmiş şəxs3 istifadəsində olmuş 050-982-01-00 saylı mobil nömrə arasında 17.11.2022-ci il tarixdə saat 13:05-də 143 saniyə, 25.11.2022-ci il tarixdə saat 10:39-da 36 saniyə, həmin tarixdə saat 18:04-də 62 saniyə, 30.11.2022-ci il tarixdə saat 12:06da 46 saniyə, 01.12.2022-ci il tarixdə saat 13:26-da 167 saniyə danışıqlar aparılmasına dair məlumatların qeydə alındığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş 051-699-24-53 saylı mobil nömrə ilə iş üzrə şahid şahid10 istifadəsində olmuş 050-220-41-00 saylı mobil nömrə arasında 02.01.2020-ci il tarixdən 22.04.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda, iş üzrə şahid şahid3 istifadəsində olmuş 051-469-47-06 saylı mobil nömrə arasında 04.01.2020-ci il tarixdən 15.02.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda, iş üzrə şahid şahid1 istifadəsində olmuş 050-521-19-18 saylı mobil nömrə arasında 10.03.2020-ci il tarixdən 21.08.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda, iş üzrə şahid şahid7 istifadəsində olmuş 051-859-66-66 saylı mobil nömrə arasında 09.01.2020ci il tarixdən 16.05.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda, iş üzrə şahid şahid4 istifadəsində olmuş 051-405-05-91 saylı mobil nömrə arasında 02.01.2020-ci il tarixdən 30.08.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda, iş üzrə şahid şahid11 istifadəsində olmuş 051-702-85-39 saylı mobil nömrə arasında 04.05.2022-ci il tarixdən 22.08.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda, iş üzrə şahid şahid2 istifadəsində olmuş 051-376-85-92 saylı mobil nömrə arasında 12.07.2021-ci il tarixdən 10.05.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda, iş üzrə şahid şahid6 istifadəsində olmuş ******-**-** saylı mobil nömrə arasında 03.01.2020-ci il tarixdən 17.08.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda, iş üzrə şahid şahid5 istifadəsində olmuş 050-561-04-95 saylı mobil nömrə arasında 21.03.2022-ci il tarixdən 23.08.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı danışıqlar aparılmasına dair məlumatların qeydə alındığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş digər 050-391-52-91 saylı mobil nömrə ilə iş üzrə şahid şahid3 istifadəsində olmuş 051-469-47-06 saylı mobil nömrə arasında 04.09.2022-ci il tarixdə saat 13:15-də 53 saniyə, iş üzrə şahid şahid1 istifadəsində olmuş 070-321-19-18 saylı mobil nömrə arasında 26.09.2022-ci il tarixdə saat 12:45-də 256 saniyə, həmin tarixdə saat 16:16-da 75 saniyə, həmin tarixdə saat 16:35-də 99 saniyə, iş üzrə şahid şahid1 istifadəsində olmuş 050- 521-19-18 saylı mobil nömrə arasında 28.08.2022-ci il tarixdən 12.11.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı, iş üzrə şahid şahid4 istifadəsində olmuş 051-405-05-91 saylı mobil nömrə arasında 30.08.2022-ci il tarixdən 27.11.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı, iş üzrə şahid şahid11 istifadəsində olmuş 051-702-85-39 saylı mobil nömrə arasında 05.10.2022-ci il tarixdən 31.10.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı, iş üzrə şahid şahid2 istifadəsində olmuş 051-376-85-92 saylı mobil nömrə arasında 13.09.2022-ci il tarixdən 17.10.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı, iş üzrə şahid şahid6 istifadəsində olmuş 050-494-36-12 saylı mobil nömrə arasında 01.09.2022-ci il tarixdən 19.10.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı, iş üzrə şahid şahid5 istifadəsində olmuş 050-561-04-95 saylı mobil nömrə arasında 27.08.2022-ci il tarixdən 27.11.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı danışıqlar aparılmasına dair məlumatların qeydə alındığı müəyyən edilmişdir. Eləcə də baxış zamanı təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş 050-602- 36-00 saylı mobil nömrə ilə iş üzrə şahid şahid3 istifadəsində olmuş 051-469-47-06 saylı mobil nömrə arasında 29.06.2021-ci il tarixdən 30.09.2021-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı, iş üzrə şahid şahid8 istifadəsində olmuş 051-521-79-43 saylı mobil nömrə arasında 03.11.2022-ci il tarixdə saat 20:22-də 153 saniyə, iş üzrə şahid şahid1 istifadəsində olmuş 070-321-19-18 saylı mobil nömrə arasında 02.09.2021-ci il tarixdə saat 11:36-da 69 saniyə, həmin tarixdə saat 12:07-də 78 saniyə, iş üzrə şahid şahid1 istifadəsində olmuş digər 050-52119-18 saylı mobil nömrə arasında 04.09.2021-ci il tarixdən 18.11.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı, iş üzrə şahid şahid7 istifadəsində olmuş 051-859-66-66 saylı mobil nömrə arasında 11.02.2022-ci il tarixdən 16.05.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı, iş üzrə şahid şahid4 istifadəsində olmuş 051-405-0591 saylı mobil nömrə arasında 06.09.2021-ci il tarixdən 26.10.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı, iş üzrə şahid şahid11 istifadəsində olmuş 051-702-85-39 saylı mobil nömrə arasında 27.04.2022-ci il tarixdən 29.10.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı, iş üzrə şahid şahid2 istifadəsində olmuş 051-376-85-92 saylı mobil nömrə arasında 05.08.2021-ci il tarixdən 14.10.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı, iş üzrə şahid şahid6 istifadəsində olmuş 050-494-36-12 saylı mobil nömrə arasında 20.10.2021-ci il tarixdən 05.10.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı, iş üzrə şahid şahid5 istifadəsində olmuş ******-**-** saylı mobil nömrə arasında 27.03.2022-ci il tarixdən 30.11.2022-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı danışıqlar aparılmasına dair məlumatların qeydə alındığı müəyyən edilmişdir. Kassasiya kollegiyası qeyd edir ki, iş üzrə məhkumlar Məhkum və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmaqla rol bölgüsünə uyğun olaraq Məhkum zərər çəkmiş şəxslər barəsində rüsvayedici məlumatlar toplayaraq bir çoxlarının barəsində hüquq-mühafizə orqanlarına müraciət etmiş, zərər çəkmiş şəxslər yaxın münasibətləri və ya işin təşkilatçısı olduğunu bildiklərinə görə Ahmed Azizovsa müraciət etmiş, sonuncu isə bir daha şikayət etməmələri və həmin məlumatları sosial şəbəkələrdə yaymamaları müqabilində zərər çəkmiş şəxslərdən müəyyən pul məbləğlərini almışlar. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bu zaman məhkumların niyyəti zərər çəkmiş şəxsləri ifşa etməklə sonuncuların barəsində tədbir görülməsindən ibarət olmamış, onların niyyəti bu yolla zərər çəkmiş şəxsləri qorxudaraq fikirlərinin ciddi olduğunu “sübut etməklə” onlardan daha yüksək məbləğdə pul tələb etmək olmuşdur. Məhkumun törətdiyi əməl iş materiallarında olan zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə tövsif edib onu həmin maddələrlə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)- 129/2025 nömrəli 29 oktyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-214/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-214/2026
15.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver