AzərbaycanǝRespublikasıǝadından Qərar Bakıǝşəhəri İşǝ№ǝ1(1-8)-217/2026 08.05.2026 ALIǝMƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu vəǝMövsümovǝNazimǝRasimǝoğlundanǝibarətǝtərkibdə,ǝ İbişovaǝSəbinəǝŞiraziǝqızınınǝkatibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsiǝüzrəǝİdarəsininǝprokuroruǝX2, ZərərçəkmişǝşəxsinǝhüquqiǝvarisiǝHüquqiǝvarisǝvəǝonunǝnümayəndəsiǝnümayəndə1, Müdafiəçiǝ–ǝ“Medleks”ǝVəkilǝBürosununǝvəkiliǝHacıyevǝİntiqamǝMəcidǝoğlununǝiştiraklarıǝilə, ##.##.1985-ci il tarixdə Bərdə rayonu, Xəsili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Xəsili kəndində qeydiyyatda olmaqla yaşamış, hazırdaǝazadlıqdanǝməhrumǝetməǝnövündəǝcəzaǝçəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # #### tarixli *(***)-**/**** nömrəli hökmündən məhkumun müdafiəçisi Hacıyev İntiqam Məcidǝoğluǝtərəfindənǝverilmişǝkassasiyaǝşikayətinəǝaçıqǝməhkəməǝiclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər E.İ.Rüstəmov (sədrlik edən), D.H.İmanov və F.N.Mahmudov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının ##.##.2023-cü il tarixdən hesablanması, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrasının əsas cəza olan azadlıqdan məhrum etmə cəzasınınǝçəkilibǝqurtarmasındanǝsonraǝbaşlanılmasıǝhökmǝedilmişdir.ǝ Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, onun nümayəndələri nümayəndə3 və nümayəndə4, məhkumun müdafiəçiləri müdafiəçi2 və Hacıyev İntiqam Məcid oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri, dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər N.T.Əliyev (sədrlik edən), S.B.Hüseynov və Ə.G.Abdullayev) 2025-ci il # #### tarixli *(***)-**/**** nömrəli hökmü ilə məhkumun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi, onun nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzasının əvvəli ##.##.2023-cü il tarixdən hesablanmışdır.ǝ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # #### tarixli *(***)-**/**** nömrəli hökmündən məhkumun müdafiəçisi Hacıyev İntiqam Məcud oğlu kassasiya şikayəti verərək, Məhkum Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə bəraət verilməsini və ya onun əməlinin Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə tövsif edilərək aşağı həddə cəza təyin edilməsini xahişǝetmişdir.ǝ İşin halları: Apellyasiya instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ## ####### 2022-ci il tarixdə gecə saat 01 radələrində həmkəndliləri şahid13 İmran oğlu, şahid15 və şahid14 ilə birlikdə yeddi baş iribuynuzlu heyvanı satış məqsədi ilə özünə məxsus “QAZ” markalı, “33021 YÜK” modelli, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər idarəsində ##.##.2010-cu il tarixdə ********** nömrəli VÖENlə dövlət qeydiyyatına alınmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərərək Bərdə rayonu, Alpoud kəndində yerləşən “mal bazarı” adlanan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsinə aparmış, iribuynuzlu heyvanların satışını edə bilmədiklərindən həmin gün saat 11 radələrində şahid13, şahid15 və şahid14la birlikdə “mal bazarı” adlanan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsinin şərti olaraq “qoyun qapısı” adlanan çıxış qapısından idarə etdiyi “QAZ” markalı, “33021 YÜK” modelli, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə çıxan zaman “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində qeyri-rəsmi nəzarətçi işləyən, həmin qapıda dayanıb bazarın ərazisindən çıxış edən avtomobillərin yük hissəsində olan iribuynuzlu heyvanların hər başına görə iki manat ödəniş toplayan X1 avtomobilə yaxınlaşaraq yük hissəsində olan yeddi baş iribuynuzlu heyvanlara görə Məhkum on dörd manat ödəniş pulu istəmiş, sonuncu Nicat Tağıyevə on manat verib satış edə bilmədiyini demiş, Nicat Tağıyev razılaşmadığından avtomobildə əyləşmiş Hökmran Məmmədov əlavə iki manat pul verib getmələrinə imkan yaratmasını bildirsə də, Nicat Tağıyev on dörd manat pul verməli olduqlarını yenidən təkrarlamış, verməyəcəkləri halda isə bazarın ərazisindən onların uzaqlaşmalarına imkan verməyəcəyini deyib avtomobilin sol yan hissəsi ilə avtomobillə eyni istiqamətdə hərəkətini davam etdirmişdir. Məhkum isə tələb olunan on dörd manat pulu verməyəcəyini bildirib Nicat Tağıyevlə sözlə mübahisə edərək idarə etdiyi avtomobilin sürətini saatda 20 km/saat sürətədək qaldırmış, “qoyun qapısı” adlanan qapıdan təxminən 70 metr məsafəyədək uzaqlaşdıqda Nicat Tağıyev avtomobilin bazarın ərazisindən uzaqlaşaraq bazarı tərk edəcəyini və Məhkum isə istədiyi on dörd manat pulu verməyəcəyini görüb cəld hərəkət edib avtomobilin ön sol hissəsinə keçərək sol əlini avtomobilin kapot adlanan hissəsinə qoymuş, bədəninin sol tərəfi ilə avtomobilə yönəlmiş vəziyyətdə durub avtomobili saxlatmağa və pulunu almağa çalışmış, bu zaman Nicat Tağıyevin on iki manatla razılaşmayıb on dörd manat pulu tam olaraq tələb etməkdə israr etdiyini və nəticədə sözlə mübahisə etdiyini görüb Nicat Tağıyevi hər hansı əsaslı səbəb olmadan, ondan təkidlə bazardan çıxarılan heyvanlara görə bazar müdiriyyəti tərəfindən xidmət haqqı kimi müəyyən edilmiş pulu tələb etdiyinə, onunla tələb olunan pulun çox hissəsi verildiyi halda razılaşmadığına görə, özünün üstünlüyünü nümayiş etdirmək, yəni xuliqanlıq niyyəti ilə qanunazidd yolla Nicat Tağıyevin sağlamlığına qəsdən ağır zərər vurmaqla cəzalandırmaq məqsədilə və bunu arzu etməklə özündə cinayət törətmək qətiyyətini yaradıb, törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, təfəkküründə yaratdığı tələbatını cinayət törətməklə təmin etmək üçün avtomobilin sürətini qəflətən artıraraq Nicat Tağıyevin üzərinə sürüb qəsdən öldürməklə həyatdan məhrum etmək niyyəti olmadan avtomobilin ön sol çıxıntılı hissəsi-bamper hissəsi ilə qəsdən zərbə vuraraq sonuncuya sol bud nahiyəsinin aşağı 1/3-nin qançırı ilə qəlpəli sınığı (bamper sınığı), gövdənin avtomobilin kapotuna çırpılması nəticəsində döş qəfəsinin qapalı küt travması-sol çoxsaylı VI-VII- VIII-IX qabırğaların qoltuqaltı xətt üzrə yerinidəyişən sınığı, sol ağciyərin yaralanmaları, kəskin qanitirmə, avtomobillə vurub yerə yıxması nəticəsində sağ X-XI qabırğaların yerini dəyişməyən sınığı, döş qəfəsi, sağ sağrı, sol diz oynağı, sol iç və sol bayır topuq, sol ǝl nahiyələrinin sıyrıqları, sağ bazu nahiyəsinin sıyrığı və qançırı kimi həyat və sağlamlığı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, Nicat Tağıyevin yetirilmiş xəsarətlərdən yerə yıxıldığını görüb təxminən 5-6 metr irəlidə avtomobili saxlayaraq avtomobildə olan sərnişinlər şahid13, şahid15 və şahid14la və digərləri ilə köməklik edib Nicat Tağıyevi saat 11:30 radələrində təcili tibbi yardım avtomobili ilə ünvan 1 ünvanında yerləşən Bərdə Müalicə və Diaqnostika Mərkəzinə çatdırmış, lakin Nicat Tağıyevə tibbi yardımlar edilməsinə baxmayaraq döş qəfəsinin küt travması ilə əlaqədar çoxsaylı qabırğaların sınıqları ilə ağciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə səbəbindən həmin tarixdə saat 13 radələrində həmin Mərkəzdə ölmüşdür. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarınıǝbildirməkǝhüququnaǝmalikdir.ǝ Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisininǝvermişǝolduğuǝkassasiyaǝşikayətiniǝgeriǝgötürməkǝhüququnaǝmalikdir.ǝ İşə kassasiya instansiya məhkəməsində baxılanadək məhkum Məhkum yazılı ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2025-ci il # #### tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. CPM-in 414.8-ci maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinəǝbaxılmasınaǝxitamǝverilməsiǝhaqqındaǝqərarǝçıxarır. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və məhkum Məhkum kassasiya şikayətini geri götürməsi barədə vəsatətini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkumun vəsatəti təmin edilməli, barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # #### tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmişǝkassasiyaǝşikayətinəǝbaxılmasınaǝxitamǝverilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq,ǝməhkəməǝkollegiyasıǝ QƏRARA ALDI: MəhkumǝMəhkumǝvəsatətiǝtəminǝedilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # #### tarixli *(***)-**/**** nömrəli qərarından məhkumun müdafiəçisi Hacıyev İntiqam Məcid oğlu tərəfindən verilmiş kassasiyaǝşikayətinəǝbaxılmasınaǝxitamǝverilsin.
Məhkəmə qərarları › İş №1(1-8)-217/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-217/2026
08.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver