Məhkəmə qərarları › İş №1(1-8)-219/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-219/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-219/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X3, məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, ##.##.1979-cu ildə Tovuz rayonu, Ibrahimhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, məhkumluğu olmayan, evli, x5 kəndində qeydiyyatda olmuş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim D.H.Imanovun sədrliyi ilə, hakimlər M.M.Məmmədzadə və B.F.Müslümovdan ibarət tərkibdə) *(***)-***/**** nömrəli ## ##### 2025-ci il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası CM-in 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun ## ###### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcının ## ##### 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ilə (hakimlər N.T.Əliyev (sədrlik edən və məruzəçi), Ə.G.Abdullayev və M.V.Məmmədovdan ibarət məhkəmə tərkibində) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Işin halları: Məhkəmə qərarlarına əsasən Məhkum qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdardan artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, o dəqiq günü məlum olmayan 2023-cü ilin aprel-may aylarında yaşadığı Tovuz rayonu, Ibrahimhacılı kəndində yerləşən fərdi yaşayış evinin qarşısında olan üstü örtülməmiş yarımçıq tikilidə və həyətyani torpaq sahəsində ümumi təmiz çəkisi 17100 qram olan 63 (altmış üç) ədəd, yəni külli miqdarda əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib aqro-texniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, həmçinin məlum olmayan vaxtda qanunsuz olaraq kultivasiya etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin zoğ və yarpaqlarını yığıb qurudaraq Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş " Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısı" ilə müəyyən edilən, xeyli miqdardan artıq miqdarda narkotik vasitə olan, ayrı-ayrılıqda təmiz çəkiləri 85 qram və 215 qram olmaqla, ümumi təmiz çəkisi 300 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı evin həyətində yerləşən yarımtikili vəziyyətdə olan yardımçı tikilinin çardağında bir ədəd kiçik və bir ədəd böyük həcmli olmaqla, bir-birinə yapışqan lentlə sarınmış 2 (iki) ədəd sintetik kisələrdə qablaşdıraraq saxlamış, ona məxsus Tovuz rayonu, Ibrahimhacılı kəndində yerləşən fərdi yaşayış evində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən ## ###### 2023-cü il tarixdə, saat 13:00dan saat 14:20-dək olan müddət ərzində baxış və götürmə aparılarkən Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin III Siyahısı” ilə müəyyən edilmiş külli miqdar təşkil edən 63 (altmış üç) ədəd ümumi təmiz çəkisi 17100 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri fərdi yaşayış evinin qarşısında olan üstü örtülməmiş yarımçıq tikilidən və həyətyanı torpaq sahəsindən və kultivasiya edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin zoğ və yarpaqlarını yığıb qurudaraq bir ədəd kiçik və bir ədəd böyük həcmli olmaqla, bir-birinə yapışqan lentlə sarınmış 2 (iki) ədəd sintetik kisələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 85 qram və 215 qram, ümumi təmiz çəkisi 300 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana isə fərdi yaşayış evinin həyətində yerləşən yarımtikili vəziyyətdə olan yardımçı tikilinin çardağında aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarının ləğv edilməsi, onun barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, əməliyyat-axtarış tədbirinin rəsmi sənədləri ilə əməliyyat iştirakçılarının məqsədli şəkildə materialların təhrif edilməsinə yol verdikləri təsdiq olunur. Əgər Məhkum saat 12:50-də öz evində Ibrahimhacılı kəndində saxlanılıbsa, həmin kəndlə Rayon Polis Şöbəsi arasında olan 15-20 km məsafəni (Chat GPT-dən əldə edilmiş məlumat) qət etmək üçün təxminən 20-30 dəqiqə vaxt lazımdır. Müəyyən vaxt raportun yazılmasına, rəisə təqdim edilməsinə və icraçı - təhqiqatçı R.Əliyevə çatırılmasına lazım olduğunu da nəzərə alsaq bu məsələlərin həllinə ən azı 1 saat vaxt lazımdır. Rəisin göstərişini icra edib Ibrahimhacılı kəndinə getmək üçün də ən azı 20-30 dəqiqə vaxt sərf edilməlidir (ümunıilikdə təxminən lsaat 30 dəqiqə). Bütün bunları topladıqda, baxış və götürmə istintaq hərəkətinin protokolda göstərdiyi kimi saat 13:00 başlaması mümkünsüzdür. Qeyd olunanlar iş üzrə bir sıra mühüm nəticələr çıxarmağa əsas verir. Burinci, Məhkum əməliyyatçılar tərəfindən qanunsuz tutulmuşdur. Belə ki, əgər evə baxış keçirilməyibsə və baxışın keçirilməsi barədə rapotrla göstəriş və icazə istənilirsə sual yaranır: Məhkum tutulmasına əsas nə olmuşdur? Onun tutulması prosessual qanunun tələblərinə cavab verirmi? Ikinci, çəkiliş zamanı Məhkum bildirir ki, məni 3 saatdır qandallamısınız, bu vaxtı bitgilərə su verib və diblərini boşaltmısınız. Məhkum bu etirazına heç bir cavab verilmir, onu təkzib etmirlər. Raportda vaxtın təhrif edilməsi təsdiq edir ki, Məhkum baxış və götürməyə başlamamışdan ən azı 3 saat əvvəl saxlanılması barədə dedikləri həqiqətə uyğundur. Üçünçü, birmənalı olaraq demək olar ki, Məhkum baxış və götürmə başlanana qədər saxlanılması, həyat yoldaşının evdən çıxarılaraq avtomobildə saxlanılması, həmin evin və torpaq sahəsinin mülkiyyətçisi Məhkum atası Imran Zeynalovun həyətə buraxılmaması, baxış və götürməyə o sağlanıldıqdan 3 saat sonra başlanılması əməliyyat iştirakçılarının hadisə yerində istədikləri kimi davranmasını,o cümlədən, faktların təhrif edilməsini mümkün etmişdir. Dördünçü, çəkilişdən açıq-aşkar görünür ki, bəzi kolların dibinə su təzəcə tökülmüşdür. Məhkum yerdən torpaq götürərək bunu nümayiş etdirir, mütəxəssisə müraciət edərək vicdanla yanaşmasını, bitkilərə qulluq göstərmədiyini bildirir. Beşinçi, çəkilişdən görünür ki, əməliyyatda rəsmi göstərilən şəxslərdən başqa da iştirakçı olmuşdur. Belə ki, həmin şəxs çəkiliş aparılan zaman hadisə yerinə yaxınlaşmaq istədikdə təhqiqatçı işarə edərək hadisə yerindən uzaqlaşmasını tələb edir. Altınçı, çəkilişdən görünür ki, polis əməkdaşı Məhkum içəriyə daxil olmağa imkan verməyərək özü yamtikiliyə daxil olur və əlini ataraq iki ədəd bir-birinə yapışdırılmış kisəni götürür. Bu isə bir daha onu göstərir k i ,polis əməkdaşları əvvəl həmin yerdə olmuşlar və kisənin olduğu yer onlara məlum olmuşdur. Beləliklə, əməliyyatın keçirilməsi vaxtının təhrif edilməsi, Məhkum baxış və götürmə hərəkətinə başlanmasından bir necə saat əvvəl saxlanılması, onun həyat yoldaşının evdən çıxarılması, atasının həyətə buraxılmaması onu göstərir ki,əməliyyatçılar özləri üçün baxış və götürməyə başlamamışdan əvvəl istədikləri kimi hərəkət etmək şəraiti yaratmışlar, bitkilərə aqrotexniki qulluq göstərilməsini təsdiq edən sübutlar uydurmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkum Məhkum və məhkumun müdafiəçisi müdafiəçi1, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə məsuliyyət nəzərdə tutulur və bu əməl bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində “qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) külli miqdarda törədildikdə” görə məsuliyyət nəzərdə tutulur və bu əməl üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009cu il, Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “X2rşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ittiham edildiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası tam sadalamasa da, həmin sübutların bəzilərinə hazırkı qərarda istinad etməyi zəruri hesab edir. Iş materiallarında olan Məhkum ibtidai istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, «verilən suallara cavab olaraq bildirirəm ki, mən Tovuz rayonu Ibrahimhacılı kəndində yaşayıram. Rəsmi olaraq heç bir yerdə işləmirəm, fərdi əməklə məşğul oluram. Mən 2021-ci ilin yanvar ayının əvvəllərindən narkotik vasitə istifadəçisiyəm və narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edirəm. Belə ki, avtomobil qəzasında ağır xəsarətlər aldıqdan sonra bədənimdə olan ağrıları azaltmaq məqsədi ilə narkotik vasitələrdən istifadə etmişəm. ## ###### 2023-cü il tarixdə, saat 13 radələrində mən Tovuz rayon Ibrahimhacılı kəndində yaşadığım evdə olan zaman 3 nəfər mülki geyimdə olan polis əməkdaşları mənim yaşadığım evə gəlib məni saxladılar və mənə yaşadığım evdə qanunsuz olaraq narkotik tərkibli bitki kollarını kultivasiya etməkdə yəni əkib becərməkdə şübhəli olduğumu bildirib yaşadığım evə baxış keçirləcəklərini deyib, məndən hər hansı etirazımın olubolmadığını soruşdular. Mən polis əməkdaşlarlarına yaşadığım evə baxış keçirilməsinə heç bir etirazımın olmadığını dedim. Daha sonra polis əməkdaşları mənim yaşadığım evə aqronom mütəxəssisi dəvət etdilər. Bundan sonra polis əməkdaşları mənim yaşadığım evə baxış keçirdilər. Mənə məxsus fərdi yaşayış evinə baxış keçirilməzdən əvvəl məndən yaşadığım evdə əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli bitki kollarının olub-olmaması soruşuldu. Mən yaşadığım evin girişindən sol tərəfdə olan yarımtikili evi və evin həyətyanı bağ sahəsini göstərib həmin yerdə narkotik tərkibli bitki kolları olmasını, ancaq həmin narkotik tərkibli bitki kollarına qulluq etmədiyimi bildirdim. Daha sonra polis əməkdaşları mənə məxsus evin girişindən sol tərəfdə olan yarımtikili evin girişindən sol tərəfdə olan otaqlara və mənim yaşadığım evin bağ sahəsində olan 0.1 ha torpaq sahəsinə baxış keçirdilər. Baxış zamanı mənə məxsus yarımtikili evdən və evin bağ sahəsində olan 0.1ha torpaq sahəsindən uzunluğu 20 smdən 02 metrə qədər olan ümumilikdə 63 ədəd narkotik tərkibli bitki kolları aşkar edildi. Sorğu zamanı mən bildirdim ki, mənə məxsus yarımtikili evdən və evin bağ sahəsində olan 0.1ha torpaq sahəsindən aşkar edilmiş narkotik tərkibli bitki kollarına qulluq etməmişəm. Baxış zamanı Tovuz rayon DAIM-nin bitkiçilik sektorunun aqronom mütəxəssisi vəzifəsində işləyən şahid2 bildirdi ki, mənə məxsus yarımtikili evdən və evin bağ sahəsində olan 0.1 ha torpaq sahəsinə baxış zamanı aşkar edilmiş narkotik tərkibli bitki kollarına aqro-texniki qaydada qulluq edilərək, diblərinə su verilib və kultivasiya edilmişdir. Daha sonra mənə məxsus evin bağ şahəsinin girişindən sağ tərəfdə yerləşən yarımtikili damın çardağına baxış keçirildi, Baxış zamanı evin yaxınlığında olan bitişik halda daşdan tikilmiş tualet və toyuq hininin üstündən biri kiçik həcmli, digəri böyük həcmli olmaqla 2 ədəd ağ rəngli torbada kökü ilə birlikdə çıxarılıb qoyulmuş narkotik tərkibli bitki aşkar edildi, aşkar edilmiş kiçik həcmli ağ rəngli torbada olan kütlə elektron tərəzisində çəkildi. Həmin kütlə ağ rəngli torba ilə birlikdə 115 qram oldu. Digər böyük həcmli ağ rəngli torbada olan kütlədə elektron tərəzidə çəkildi. Həmin kütlə ağ rəngli torba ilə birlikdə 265 qram oldu. Baxış zamanı hər iki ağ rəngli torbada olan kütlənin kəskin iyli, yaşıl rəngli, ilkin görünüşdən narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edildi. Sorğu zamanı mən bildirdim ki, aşkar edilmiş kütləni yaşadığım evin bağ sahəsində olan narkotik tərkibli bitki kollarından özüm yığıb saxlamışam. Daha sonra aşkar edilmiş əkilibbecərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli bitki kolları 4 ədəd ağ rəngli torbaya qoyulub qablaşdırıldı və torbanın Azərbaycan Respublikası DIN-nin *** saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Qablaşdırılmış kütlənin narkotik tərkibli bitki olub-olmaması və aqro-texniki qaydada qulluq edilib-edilməməsini müəyyən edib, rəy alınması üçün götürülərək, protokola əlavə edildi. Daha sonra aşkar edilmiş 2 ədəd ağ rəngli torbada olan kütlədə qablaşdırıldı və həmin torbaların üzəri Azərbaycan Respublikası DIN-nin *** saylı möhürü ilə möhürlənərək, üzəri iştirakçılar tərəfindən imzalandı. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün protokola əlavə edildi. Mən yaşayış sahəmdə aşkar edilmiş tərkibində narkotik maddələr olan bitkiləri əkməmişəm və onlara qulluq etməmişəm, yəni əkib becərməmişəm. Həmin bitkilər özü-özünə bitmişdir. Tərkibində narkotik maddələr olan bitkilərin yaşayış sahəmdə bitməsini bilirdim. Aşkar edilmiş 2 ədəd ağ rəngli torbada olan kütlələr yaşayış sahəmdə aşkar edilmiş həmin bitkilərin hissələridir. Göstərirəm ki, mənim yaşadığım evin giriş hissəsi ilə üzbəüz dayandıqda sağ tərəfdə qonşum Anar adlı şəxsin, sol tərəfdə 159 Rəfayıl adlı şəxslərin yaşayış sahələri yerləşir. Həmin bitkilərdən onların da Yaşayış sahəsində və ya həyətyanı sahəsində özü-özünə yabanı halda narkotik tərkibli bitkilər bitə bilər. Konkret olaraq yaşayış sahəsində və ya həyətyanı sahəsində həmin narkotik tərkibli bitktilərin bitib bitməməsini bilmirəm və ehtimal edirəm. Baxışda iştirak edən aqronom mütəxəssis bildirdi ki, həmin bitktilərə aqrotexniki qulluq olunub Mən isə bildirirəm ki, həmin bitktilərə mənim və ya ailə üzvlərim tərəfindən əkilməmiş və becərilməmişditr. Həmin bitkilər yabanı halda özü özünə bitmişdir. Yaşayış sahəmdə aşkar edilmiş həmin yabanı narkotik tərkibli bitkilərdən yalnız həmin bitkiləri yaşayış sahəmdə aşkar edilməsindən, yəni ##.##.2023-cü il tarixdən 10 gün əvvəl, yəni # ###### 2023-cü il tarixdə günorta saatlarında həyətyanı sahəmdə bitmiş həmin bitkinin uc yarpaq hissəsindən toplayıb qurudub siqaretə doldurub bir dəfə çəkmişəm. Bundan sonra həmin narkotik tərkibli bitkinin təsiri olmadığını görüb daha sonra istifadə etmədim. Həmin bitkiləri ciddi qəbul etmədiyim üçün yəni yabanı olmasına görə məhv etmədim». Məhkəmə qərarlarında olan baxış və götürülmə aparılması haqqında ## ###### 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Məhkum yaşadığı Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən fərdi yaşayış evinin bağ sahəsinə saat 13:00-dan saat 14:20-dək olan müddət ərzində baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evinin bağ sahəsinin girişindən sağ tərəfdə yerləşən yaşayış olmayan yarımtikililin çardağında bir ədəd kiçik həcmli, digəri isə böyük həcmli olmaqla 2 ədəd ağ rəngli sintetik kisələrə qablaşdırılaraq bir-birinə yapışqan lentlə sarınmış 2 (iki) ədəd sintetik kisələrdə, sonradan ekspertizanın rəyinə əsasən ayrı-ayrılıqda təmiz çəkiləri 85 qram və 215 qram, ümumi təmiz çəkisi 300 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmçinin fərdi yaşayış evinin həyətində olan üstü örtülməmiş yaşayış olmayan yarımtikilidə və həyətyanı torpaq sahəsinin 0.1 hektar hissəsində hündürlüyü 2 metrə qədər, sonradan ekspertizanın rəyinə əsasən ümumi təmiz çəkisi 17100 qram olan 63 (altmış üç) ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib diblərini alaq otlarından təmizləyib, sulayıb, torpağını şumlayıb yumşaltmaqla aqrotexniki qaydada qulluq edərək becərib kultivasiya etməsi müəyyən edilmiş və tərkibində narkotik maddələr olan ümumi təmiz çəkisi 17100 qram olan 63 (altmış üç) ədəd, yəni külli miqdarda, çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsinin ## ###### 2023-cü il tarixli **/*** nömrəli məhkəməbioloji ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Məhkum yaşadığı evin arxa tərəfində olan yerləşən yarımtikili damda aşkar edilmiş 2 ədəd...” yazı və imzalar olan 2 (iki) ədəd sintetik kisələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 85 qram və 215 qram, ümumi təmiz çəkisi 300 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin marixuanadan cəmi 0,01 qram tədqiqata sərf edildikdən sonra cəmi 299,9 qram qalıq qalmışdır. Tədqiqata təqdim edilmiş, üzərində “vət. Məhkum yaşadığı evdən aşkar edilmiş narkotik tərkibli bitki kolları 4 (dörd) ədəd ağ rəngli torbalarda...” üzərində yazı və imzalar olan 4 (dörd) ədəd sintetik kisələrdəki, ümumi sayı 63 (altmış üç) ədəd, ümumi təmiz çəkisi 17100 qram olan əkilibbecərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə bitkisindən cəmi 0,63 qram tədqiqata sərf edildikdən sonra 17099,37 qram qalıq qalmışdır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd bir-birinə yapışqan lentlə sarınmış 2 (iki) ədəd sintetik kisələrdə olan marixuanalarla, 4 ədəd sintetik kisələrdə olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom (mütəxəssis) şahid2 rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə qərarlarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tovuz X1 Mərkəzinin ##.##.2023-cü il tarixli *-**-****/*-**/**** nömrəli məktubu ilə daxil olmuş aqronom (mütəxəssis) şahid2 rəyindən görünür ki, təqsirləndirilən şəxs Məhkum yaşadığı evin həyətində olan üstü örtülməmiş yarımtikilidən və həyətyanı torpaq sahəsinin aşkar edilmiş yuxarıda qeyd olunan 63 ədəd narkotik tərkibli bitki kollarına aqrotexniki qaydada qulluq edilmişdir. Iş materiallarına əlavə olunmuş ##.##.2023-cü il tarixli qərarla təqsirləndirilən şəxs Məhkum yaşadığı evin həyətyanı sahəsində aşkar olunaraq götürülmüş 2 (iki) ədəd sintetik kisələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 85 qram və 215 qram, ümumi təmiz çəkisi 300 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və ümumi sayı 63 (altmış üç) ədəd, ümumi təmiz çəkisi 17100 qram olan əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmışdır. Iş materiallarına əlavə olunmuş ## ###### 2023-cü il tarixli “sübutların qiymətləndirməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 299,9 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq qalmış 17099,37 qram çəkidə, 63 (altmış üç) ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri Tovuz rayon polis şöbəsində saxlanılır. Bununla yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalmasını bildirməsi barədə qeyd etdiyi xüsusatlarla əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qərarlarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Tovuz Rayon Polis şöbəsinin # ###### 2024-cü il tarixli *-**-***/*-****/**** nömrəli məktubundan görünür ki, Məhkum ##.##.2022-ci il tarixdə Tovuz Rayon Polis şöbəsinin X4 təhvil verilərkən üzərində heç bir xəsarət olmamışdır. Iş materiallarında olan Baş Prokurorluğun Xidməti Araşdırmalar Idarəsinin ##.##.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Məhkum Tovuz RPŞ-nin əməkdaşları tərəfindən törətmədiyi cinayət əməlini etiraf etməsi üçün fiziki zorakılığa və psixi təzyiqlərə məruz qalması barədə daxil olmuş müraciətinə əsasən Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində toplanmış **C-** nömrəli material üzrə təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar təsdiqini tapmadığından, Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasınnı rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan əlavə məhkumun törətdiyi əməl şahidlər şahid1, şahid5, şahid4, şahid3, şahid6 və şahid2 ifadələrində də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildədə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## #### tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli qərarının 21-ci bəndində qeyd edilir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) ***-IIQ nömrəli Qanun ilə (III siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməllərində CM-in 234.1 və 237.2.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməllərini CM-in 234.1 və 237.2.3-cü maddələri ilə tövsif edib həmin maddələr ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum və onun müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar