Məhkəmə qərarları › İş №1(1-8)-22/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-22/2026

21.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-22/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi3 iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Abşeron Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli *(***)-***/**** nömrəli (hakim: Məmmədova Şəfəq Ənvər qızının sədrliyi) hökmü ilə ##.##.1977-ci ildə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, x rayonu, x kəndində qeydiyyatda olmaqla, xxx yeni məhəllədə fərdi evdə kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, onun CM-in 69.3-cü maddəsinə əsasən 21.01.2025-ci il tarixindən 23.01.2025-ci il tarixinədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və dərhal məhkəmə zalından həbs olunması, “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzaçəkməsinin əvvəlinin məhkəmə zalından həbs olunduğu vaxtdan yəni, 12.08.2025-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Muxtarov Kamran Nüsrət oğlundan ibarət məhkəmə tərkibində) 15 oktyabr 2025ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Abşeron Rayon Məhkəməsinin hökmünə əsasən, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 21.01.2025-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, x qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı 1) daxil edilmiş, bir ədəd şəffaf selofan bükümdə 0,680 qram çəkidə, qəhvəyi rəngli, toz şəkilli spesifik iyə malik, kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib Abşeron rayonu x qəsəbəsi x küçəsinə daşımış və üzərində saxlamış, 21.01.2025-ci il tarixdə saat 11:12-də Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində piyada hərəkət edərkən saxlanılıb, orada videoçəkilişlə həmin gün saat 11:12-dən 11:20-dək üzəri yoxlanılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin 0,680 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkumnа verilmiş CM-in 234.1-ci maddəsi üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Istintaq aparılarkən qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmiş, qanunvericiliyin tələbləri pozulmuş, lakin məhkəmə tərəfindən bu halların heç birinə hüquqi qiymət verilməmişdir. Məhkəmə Məhkum qarşı irəli sürülmüş ittiham üzrə CM-in 234.1ci maddəsi ilə təqsirli bilinməsi nəticəsinə gəlməsinin əsası kimi ekspert rəylərini və şahidlərin ifadələrini əsas götürmüş, ümumi sözlərlə “təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən edilmədi” qənaətinə gələrək ona sərt cəza təyin etmişdir. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Məhkum CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 21.01.2025-ci il tarixində üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitədən istifadə etməmişdir. Cibinə narkotik vasitə qoyub ona məxsus olmasını deməsini bildirmişlər. Ona polis əməkdaşları işgəncə vermiş, döymüşdülər. Heç bir günahı yoxdur və ümumiyyətlə narkotik istifadəçisi deyildir. Apellyasiya instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətli faktları hərtərəfli, tam, obyektiv araşdırmamış, məhkəmə istintaqında araşdırılmış faktlara ümumiyyətlə hüquqi qiymət verməmiş, iş üzrə ziddiyyətli məqamların aydınlaşdırılması məqsədilə verilmiş vəsatətləri təmin etməmiş, qərarında səthi bir əsaslandırma etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirli olması barədə qəbul etdiyi ittiham hökmündə sübutlara düzgün hüquqi qiymət verməyərək bir növ istintaqda əldə edilmiş sübutlara istinad etmişdir. Halbuki, Məhkum ittihamda qeyd edildiyi kimi 21.01.2025-ci il tarixdə saat 11:12-də məhz Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə deyil, Abşeron Rayon Mühafizə Idarəsinin əməkdaşları tərəfindən 21.01.2025-ci il tarixdə saat 02:32-də '‘tamamilə başqa bir cinayəti törətməyə” görə saxlanılmışdır. Bu faktı təsdiq edə biləcək vəkil sorğusuna əsasən Abşeron Rayon Mühafizə Idarəsinin 26.09.2025-ci il tarixli cavab məktubu mövcuddur. Hüquqlarını müdafiə etdiyi şəxsin özü də bu faktları məhkəmə istintaqı zamanı bildirmişdir. Ona törətmədiyi cinayəti etiraf etməsi üçün güclü təzyiqlər edilmişdir. CM-in 234.1-ci maddəsi üzrə ittiham irəli sürülən təqsirləndirilən Məhkum əməlində cinayət tərkibi yoxdur. CM-in 234.1-ci maddəsi üzrə ittiham irəli sürülərək təqsirləndirilən Məhkum CM ilə cəza təhdidi altında qadağan olunmuş hər hansı bir ictimai təhlükəli əməli təqsirli olaraq törətmədiyi üçün onun hərəkətləri cinayət sayıla bilməz. Göründüyü kimi istintaq orqanı qərəzlilik nümayiş etdirərək ittiham irəli sürərkən mötəbər olmayan sübutlarla yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələrinə əsaslanmışdır. Lakin həmin şəxslərin ifadələri şəxsin təqsirli olmasına dəlalət edən hər hansı bir halı təsdiq etmədiyi üçün mötəbər sübutların məcmusu kimi qəbul edilə və şəxsin barəsində ittiham irəli sürülməsinə əsas ola bilməz. Həmin sübutlar heç bir halda birbaşa olaraq Məhkum ittiham elan etmək üçün əsas ola bilməz. Bununla yanaşı məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, Məhkum məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan ona həddindən artıq ağır cəzanın təyin etmişdir. Məhkum əməlində ağırlaşdırıcı halların olmaması, orta təhsilli olması, cavanlığı və s. bu kimi diqqətəlayiq hallar nəzərə alınmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi müdafiəçi3 çıxış edərək, hazırkı iş üzrə məhkumun özünü təqsirli bilmədiyini, aşağı instansiya məhkəmələrində verilən vəsatətlərin təmin edilmədiyini, verilən sorğulara gələn cavablarla ittiham aktının ziddiyyət təşkil etdiyini, məhkumun bu maddə ilə təqsirli bilinməsinə səbəbin onun şəxsiyyəti ilə əlaqəli olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi bu şikayətin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum məhkəmələrin gəldiyi nəticə üzrə cinayət əməlini törətməsi onun vermiş olduğu izahat və ifadələri, şahid qismində dindirilmiş şahid1 və şahid2 ifadələri, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 21 yanvar 2025-ci il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli */*** nömrəli ekspert rəyi, maddi sübutlar, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Kassasiya şikayətində qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiə tərəfi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Müdafiə tərəfi kassasiya şikayətinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə ona istinad edilən cinayətdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələblərindən çıxış edərək apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə işin faktiki halları ilə uyğun olmayan, əsl həqiqəti əks etdirməməklə cinayət məsuliyyətindən azad olunmasına dair məqsəd güddüyü barədə nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən “qeyri-insani davranışa, psixoloji təsir və təzyiqlərə məruz qalaraq etirafedici ifadələr verməsinə” dair dəlillərinə də münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Belə ki, qeyd normaların tələblərindən çıxış edərək məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 iyun 2025ci il tarixli qərarından görünür ki, Məhkum Abşeron Rayon Polis Idarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması, işgəncə verilərək törətdiyi əməli etiraf etməsinə məcbur qalması barədə Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciəti əsasında toplanmış **/***C-** saylı araşdırma materialı nəzərdən keçirilmiş, aparılmış araşdırma zamanı Məhkum Abşeron RPI-nin Mehdiabad PB-nin şöbəsinin əməkdaşlar tərəfindən döyülməsi, işgəncələrə məruz qalması təsdiqini tapmadığından CPMin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi və Azərbaycan Respublikası Insan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının məlumatlandırılmasının məqsədə müvafiq olması qərara alınmışdır. Həmin qərar isə nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən mübahisələndirilməmişdir. Odur ki, istər Abşeron Rayon Məhkəməsi, istərsə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası göstərilən dəlilləri araşdırarkən haqlı olaraq Məhkum təzyiq altında işgəncə nəticəsində ondan etiraf ifadələr alınması barədə mübahisələndirdiyi dəlilləri “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 iyun 2025-ci il tarixli qərarı əsas götürərək mötəbər hesab etməmişdir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi avtomatik olaraq onun günahsızlığını təsdiq edən hal hesab edilə bilməz. Cinayət-prosessual qanunvericiliyə görə, şəxsin ifadəsi sübut növlərindən yalnız biridir və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Məhkəmə tərəfindən də bu prinsipə əməl edilmiş, Məhkum ifadələri iş üzrə digər sübutlarla – xüsusilə şəxsi axtarış protokolu, götürmə protokolu, videoçəkiliş materialları, ekspert rəyləri və şahid ifadələri ilə müqayisəli şəkildə təhlil olunmuşdur. Bu müqayisə nəticəsində onun məhkəmə iclasında verdiyi ifadələrin əvvəlki ifadələri və obyektiv sübutlarla ziddiyyət təşkil etdiyi müəyyən edilmiş və haqlı olaraq özünümüdafiə xarakterli hesab edilmişdir. Şikayətdə istintaq zamanı kobud qanun pozuntularına yol verildiyi iddia olunsa da, bu iddialar konkret sübutlarla təsdiqini tapmır. Əksinə, iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin müdafiə hüquqları tam təmin olunmuşdur: ona müdafiəçi təyin edilmiş, istintaq hərəkətləri müdafiəçinin iştirakı ilə aparılmış, vəkillə konfidensial görüş imkanı yaradılmış, şəxsi axtarış və götürmə prosesi videoçəkilişlə qeydə alınmışdır. Bu hallar istintaqın qanuni çərçivədə aparıldığını göstərir və müdafiə tərəfinin “işgəncə” və ya “təzyiq” barədə iddiaları heç bir obyektiv materialla təsdiqlənmir. Müdafiə tərəfinin əsas arqumentlərindən biri təqsirləndirilən şəxsin guya başqa bir hadisə ilə bağlı saxlanılması ilə bağlıdır. Lakin bu hal belə olsa belə, həmin fakt sonradan onun üzərində narkotik vasitənin aşkar edilməsi və götürülməsi faktını hüquqi baxımdan etibarsız etmir. Cinayət-prosessual hüquqda mühüm olan məsələ sübutların əldə olunma qaydasının qanuniliyidir. Iş materiallarında olan protokollar və video materiallar isə sübutların qanuni qaydada əldə edildiyini təsdiqləyir. Müdafiə tərəfinin istinad etdiyi məktubun isə ittihamın mahiyyətinə birbaşa təsir edən hal kimi qiymətləndirilməməsi məhkəmənin səlahiyyətləri çərçivəsindədir. Şahid ifadələrinin mötəbərliyinə dair şübhələr də əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında şahidlər qanunvericiliyə uyğun olaraq yalan ifadəyə görə məsuliyyət barədə xəbərdar edilmiş və onların ifadələri digər sübutlarla uyğunluq təşkil etmişdir. Cinayət-prosessual qanunvericiliyə görə, sübutların mötəbərliyi onların qarşılıqlı uyğunluğu və bir-birini təsdiqləməsi ilə müəyyən edilir. Bu işdə isə şahid ifadələri ekspert rəyləri və maddi sübutlarla uzlaşaraq vahid sübutlar sistemini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin guya işə səthi yanaşması barədə iddia da öz təsdiqini tapmır. Apellyasiya məhkəməsi iş materiallarını təkrar araşdırmış, tərəflərin arqumentlərini qiymətləndirmiş və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü təsdiqləmişdir. Qərarda sübutların qiymətləndirilməsi və nəticəyə gəlmə prosesi kifayət qədər əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya da münasibət bildirərək qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən halların olmasəna və məhkəmə tərəfindənnəzərə alınmamasına dair dəlillərinə də qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Iş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması, ağırlaşdıran halın (əməlində cinayətlərin təhlükəli residivinin olması) isə olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Bununla belə kassasiya instansiyası məhkəməsi müdafiəçinin, məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğundan yüngülləşdirilməli olması barədə tələbinin təmin edilməsini hüquqi baxımdan məqsədəmüvafiq olmadığını hesab etsə də, cinayət işinin materiallarının araşdırılması nəticəsində məhkumun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 3.1-ci bəndinin tətbiq edilməsi üçün zəruri şərtlərin mövcud olduğu müəyyən edilmişdir. Bu səbəbdən, qeyd olunan tələb təmin edilməsə də, amnistiya aktı məcburi tətbiq olunmalı olan normativ hüquqi akt kimi məhkəmə tərəfindən tətbiq edilməli, nəticə etibarilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməklə məhkuma təyin edilmiş cəzanın müddəti azaldılmalıdır. Belə ki, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, “bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı məhkumların cəzası 6 ay azaldılsın (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 3.1. az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər; ...” Kassasiya instansiyası məhkəməsi cinayət işinin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə məhkum Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 234.1-ci maddəsinin sanksiyasına əsasən, həmin əmələ görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. CM-in 15.3-cü maddəsinə uyğun olaraq, törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Bu baxımdan, məhkumun törətdiyi cinayət az ağır cinayət kateqoriyasına aiddir. Həmin Qərarın 3.1-ci bəndinə görə, az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş cəza hissəsi 1 ildən artıq olan şəxslərin cəzası, Qərarın 6-cı hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla 6 ay azaldılır. Məhkəmə müəyyən edir ki, Məhkum törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına daxildir, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, cəzaçəkmə müddəti 12 avqust 2025-ci il tarixdən hesablanır, amnistiya qərarı qüvvəyə mindiyi tarixədək məhkumun çəkmədiyi cəza hissəsi 1 ildən artıqdır və məhkum amnistiya qərarının 6-cı hissəsində nəzərdə tutulmuş istisnalara aid edilmir. Bu hallar məhkum barəsində amnistiya aktının tətbiq edilməsinə hüquqi əsas yaradır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, məhkum Məhkum Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli amnistiya Qərarının 3.1-ci bəndinin tələblərinə tam uyğun gəlir və onun barəsində həmin amnistiya aktı tətbiq edilməlidir. Bu əsaslarla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsini və Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli amnistiya Qərarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, məhkum Məhkum barəsində təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ay azaldılmalıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı amnistiya elan edilməsi barədə qərara əsasən dəyişdirilməli, verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ay azaldılsın, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 21.01.2025-ci il tarixindən 23.01.2025ci il tarixədək tutulduğu 2 gün müddət onun üzərində qalan 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2025-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar