Məhkəmə qərarları › İş №1(1-8)-220/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-220/2026

28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-220/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Cəfərov Ilqar Xanlar oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Müdafiəçilər – Abşeron rayon Vəkil Bürosunun vəkilləri müdafiəçi3 və müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçiləri müdafiəçi3 və müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət məhkəmə tərkibində) 18 noyabr 2022-ci il tarixli 1(101)-783/2022 nömrəli hökmü ilə # ##### 1990-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, həmin Məcəllənin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 23 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən məhkum Məhkum müdafiəçiləri müdafiəçi1 və müdafiəçi3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə (apellyasiya şikayətinə əlavəyə) əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ibrahimli Ibrahim Adil oğlu (sədrliyi ilə), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət məhkəmə tərkibində) 24 iyul 2023-cü il tarixli 1(103)-418/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərardan məhkum Məhkum müdafiəçisi müdafiəçi1 və müdafiəçilər müdafiəçi3 və müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbulfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət məhkəmə tərkibində) 23 may 2024-cü il tarixli 1(102)-794/2024 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrliyi ilə), Məmmədov Murad Akif oğlu və Ibrahimov Zamin Vəliyəddin oğlundan ibarət məhkəmə tərkibində) 25 dekabr 2025-ci il tarixli 1(103)-59/202* nömrəli qərarı ilə məhkum Məhkum müdafiəçisi müdafiəçi1 və müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçiləri müdafiəçi3 və müdafiəçi2 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 24 iyul 2021-ci il tarixdə saat 17:04də “BC” kateqoriyalı AD ******* seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi tanışı zərərçəkmiş şəxs1 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Tiida” markalı **- MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Heydər Əliyev" prospektinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisindən keçən hissəsində Heydər Əliyev adına X17 istiqamətində 100-110 km/saat sürətlə hərəkətdə olarkən istiqaməti üzrə xxx prospekti 276 ünvanda yerləşən birinci yerüstü keçidin altında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, qanunun bu tələblərinə riayət etməməklə, yol hərəkəti qaydalarını pozaraq, hərəkətdə olduğu istiqamətdə yolun hərəkət hissəsinin sol tərəfində dayanmış piyada X4 idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vurub ona ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş X-in ölümünə səbəb olmuş, həmçinin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus “Nissan Tiida” markalı **- MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyatsızlıqdan 720 manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq, yol nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa, Məhkum təxminən 2021-cı ilin aprel ayında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “x” adlı Iran Islam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, x küçəsi, *** №-li binanın yaxınlığında yerləşən yararsız yarımtikilinin qarşısında yerləşdirdiyi bir ədəd boz rəngli polietilen bağlamada qablaşdırılmış ümumi təmiz çəkisi 2.003,807 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroini 23 avqust 2021-ci il tarixdə gecə saatlarında həmin yerdən götürüb sonradan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində daşıyaraq həmin yararsız yarımtikilinin giriş hissəsində sol tərəfdə divarın yanında yastığın altında gizlətməklə saxlamış, 23 avqust 2021-ci il tarixdə saat 01:00 radələrində qeyd olunan yararsız yarımtikilinin giriş hissəsində sol tərəfdə divarın yanında saxladığı narkotik vasitə hesab edilən həmin heroinin 23,807 qram çəkidə olan hissəsini bir bükümdə ayırıb istintaqa məlum olmayan şəxslərə satıb gəlir əldə etmək niyyəti ilə əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq həmin yarımtikilidən çıxmış, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 04:00da Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, x küçəsi, *** №-li binanın yaxınlığında saxlanılaraq baş idarənin inzibati binasına gətirilmiş, inzibati binada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə olmaqla təmiz çəkisi 23,807 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 08:15-də təqdim etdiyi ünvan 2 ünvanının yaxınlığında yerləşən yararsız yarımtikiliyə baxış və götürmə aparılarkən həmin yarımtikilinin giriş hissəsində sol tərəfdə divarın yanında yastığın altında saxladığı bağlamadan iki ədəd bükümdə olmaqla ayrı ayrılqıda təmiz çəkisi 995 qram və 985 qram olmaqla ümumi təmiz çəkisi 1.980 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Müdafiə tərəfi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və Məhkum istinad edilən CM-in 234.4.1, 234.4.3 və 263.2-ci maddələrinin tərkib əlamətləri onun əməllərində mövcud olmadığına görə onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2025-ci il tarixli qərarında göstərilən məlumatlar əsl həqiqəti əks etdirmir və birinci instansiya məhkəməsinin məlum hökmünü qüvvədə saxlamaq üçün yalan məlumatlar göstərilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsində, ibtidai istintaq dövründə Məhkum müdafiəçisi olduğu X11 mobil telefon nömrəsinin 23.08.2021-ci il tarixdə hansı anten dairələrində olması barədə müdafiə tərəfindən vəsatət verilmiş və həmin vəsatət məhkəmə tərəfindən təmin edilmişdir. X5 23.08.2021-ci il tarixdə “xxxx” MMC-dən alınmış mobil telefon nömrəsini anten dairəsinə dair məlumatlara baxarkən, X-ə Baş Narkotiklərlə Mübarizə Idarəsinin təhqiqatçısı tərəfindən ilk dəfə 23.08.2021-ci il tarixdə səhər saat 09:33:48-də zəng olunduğu müəyyən edilmişdir. X-in Baş Narkotiklərlə Mübarizə Idarəsinin gəlməsi və Məhkum təqdim edilməsi 23.08.2021-ci il tarixdə təxminən saat 9-10:30-da baş vermişdir. Bu anten dairənin məlumatları ilə, Məhkum birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində verdiyi məlumatlar demək olar ki, üst-üstə düşür. Belə ki, hər iki instansiya məhkəməsində ifadə verərkən, Məhkum bildirmişdir ki, "polis əməkdaşları tərəfindən 23.08.2021-ci il tarixdə saat 01:00-01:30-da saxlanılmış, Baş Narkotiklərlə Mübarizə Idarəsinə aparılmış, həmin gün səhər saat 09:30-a qədər ona fiziki və psixi təzyiqlər edilmiş, sonra isə dövlət hesabına ona vəkil dəvət edilmiş, həmin vəkil də, yəni Minə xanım 23.08.2021-ci il tarixdə, saat 10:30-da ona təqdim edilmişdir.". Məhkum bildirdiyinə və müdafiə tərəfindən verilmiş və məhkəmə tərəfindən təmin edilmiş vəsatətlər əsasında əldə edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş sənədlərlə bir daha təsdiq olunur ki, Məhkum təxminən 9 saat müdafiə hüququnun pozulması şəraitində, o cümlədən müdafiəçisi olmadan saxlanılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə tərkibinə daxil olan hakimlərin, dövlət ittihamçısının, müdafiəçilərin və mərhum piyadanın əvəzinə mütəxəssis qismində cəlb edilmiş şəxsin iştirakları ilə videoçəkilişlə hadisənin baş verdiyi yerdə müvafiq istintaq eksperimenti keçirilməklə ekspertiza təyin olunmuş və müəyyən olunmuşdur ki, hadisə baş verən anda mərhum piyadanın sürücü Məhkum görünüş dairəsində olması, mərhum piyadanın onun hərəkət hissəsinə daxil olmasını görmək, hadisənin qarşısını almağa texniki imkanının olması bir daha öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi cinayət işində yol-nəqliyyat hadisəsi ilə bağlı vəsatətləri, ekspertiza rəylərini kifayət qədər geniş şərh etməklə, sonda qeyd etmişki, "istintaq eksperimenti keçirilməklə ekspertiza təyin olunmuş və müəyyən olunmuşdur ki, hadisə baş verən anda mərhum piyadanın sürücü Məhkum görünüş dairəsində olması, mərhum piyadanın onun hərəkət hissəsinə daxil olmasını görmək, hadisənin qarşısını almağa texniki imkanının olması bir daha öz təsdiqini tapmışdır." Əslində isə istintaq ekspermenti zamanı hadisə yerində mərhum piyada görünməz olmuşdur və eksperment zamanı təqsirləndirilən şəxsin piyadanı görmək imkanının olmaması müəyyən edilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi o fakta da göz yummuşdur ki, piyadanın sürücünün görünüş dairəsinə düşməsi yol-nəqliyyat hadisələri ekspertizasının səlahiyyətinə aiddir və bu ekspertlər tərəfindən qrafik-analitik üsulla müəyyən edilir. Faktiki olaraq, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin bununla bağlı fikirlərinə məhəl qoymamışdır. Təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirləndirilməsi hissəsində də apellyasiya instansiyası məhkəməsi əməlində cinayət tərkibi olmayan şəxsin məhkum edilməsi barədə qanunsuz hökmünün qüvvədə saxlamışdır. Beləliklə də, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və bu da məhkumun təqsirliliyi məsələsinin həll edilməsinə öz təsirini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi də belə bir qanunsuz hökmü qüvvədə saxlamışdır. Yuxarıda göstərdiyimiz bütün hallarla bağlı yuxarı instansiya məhkəməsi kimi apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyini bildirməmiş, ittihamın mövqeyini müdafiə edən birinci instansiya məhkəməsinin hökmünü qanunsuz və əsasız olaraq qüvvədə saxlamış, həmçinin işin obyektivliyi üçün verdilmiş əsaslı vəsatətləri təmin etməmişdir. Hər iki instansiya məhkəməsinin qəbul etdikləri hökm və qərar qanunsuz və əsasızdır, maddi və prosessual hüquq normaların kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi Məhkum haqqında apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2025-ci il tarixli qərarı ləğv edilməli və cinayət işinin icraatına Məhkum barəsində əməlində cinayət tərkibi olmadığına görə xitam verilməlidir. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2025-ci il tarixli qərarının ləğv edərək, cinayət işinin icraatına Məhkum barəsində əməlində cinayət tərkibi olmadığına görə xitam verilməsinə dair qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi müdafiəçi2 kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi müdafiəçi3 kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma, o cümlədən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozulmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiə tərəfdən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayətlər tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi bu şikayətin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Müdafiə tərəfinin kassasiya şikayətində göstərilən dəlillər iş materialları, apellyasiya instansiyası məhkəməsində bilavasitə tədqiq olunmuş sübutlar, ekspert rəyləri və prosessual sənədlərlə təkzib olunduğundan həmin arqumentlər əsassız hesab edilməlidir. Belə ki, kassasiya şikayətində əsas vurğu təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanın olmaması, eləcə də narkotik vasitələrin satış məqsədi olmadan saxlanılması barədə iddialara yönəldilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin bütün hallar məhkəmə araşdırması zamanı tam, hərtərəfli və obyektiv qaydada yoxlanılmış, müdafiə tərəfinin vəsatətləri təmin edilmiş, əlavə sübutlar toplanmış, ekspertizalar təyin olunmuş və nəticədə müdafiə tərəfinin irəli sürdüyü mülahizələr öz təsdiqini tapmamışdır. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin onun özünün verdiyi izahat və ifadələri, şahid qismində dindirilmiş şahid4, şahid3, X1 və X20 ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış haqqında 24 iyul 2021-ci il tarixli protokol, DVD diskə baxış keçirilməsi haqqında 28 avqust 2021-ci il tarixli protokol, məhkəmə-tibb ekspertizası 26 iyul 2021-ci il tarixli ** nömrəli ekspert rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə 23 noyabr 2021-ci il tarixli */**** nömrəli ekspert rəyi, “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 avqust 2021ci il tarixli protokol, “baxış keçirilməsi və götürmə aparılması haqqında” 23 avqust 2021-ci il tarixli protokol, DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 7 dekabr 2021-ci il tarixli protokol, məhkəmə-kimyəvi ekspertiza üzrə 23 avqust 2021-ci il tarixli */**** nömrəli ekspert rəyi, 31 may 2023-cü il tarixli */****-*/*** nömrəli məhkəmə yol-nəqliyyat hadisələri və audio və videoyazılar ekspertizası rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2025-ci il tarixli */***-*/*** nömrəli ekspert rəyi, maddi sübutlar, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Qeyd olunanlara əsasən, müdafiə tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma, o cümlədən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozulmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətlərini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, “ ..narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli ***-IIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Qanunun 1.0.9-cu maddəsində görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun qanunsuz olaraq narkotik vasitələri külli miqdarda satış məqsədilə əldə etməsini və saxlamasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellofan büküm, həmçinin əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd **************** nömrəli plastik bank kartı, şalvarın sol arxa cibindən iki ədəd “Huawei” və “Xiomi Redmi” markalı mobil telefon aparatları aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və götürmə aparılması haqqında” 23 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum təqdim etdiyi ünvan 4 ünvanın yaxınlığında yerləşən yaşayış olmayan köhnə yarımtikiliyə baxış keçirilməsi və götürmə aparılması zamanı həmin yarımtikiliyə daxil olarkən sol tərəfdə divarın yanında döşəkçənin alıtndan çıxardıb təqdim etdiyi içərisində 02 büküm narkotik vasitə heroin olan boz rəngli polietilen torba götürülmüşdür. Cinayət işinin materiallarında olan “CD” diskə keçirilmiş baxış protokolundan görünür ki, Məhkum əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm çıxarıb təqdim etmiş, büküm açıldıqda həmin bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik toz şəkilli narkotik vasitə heroinə bənzər kütlənin olması aşkar olunmuş, Məhkum şalvarının sol arxa cibindən 1 ədəd “Huawei” markalı və 1 ədəd “Redmi” markalı mobil telofon aparatları aşkar edilmiş, Məhkum aşkar olunmuş 1 ədəd bükümdəki narkotik vasitə heroini sosial şəbəkələrdən tanıdığı Iran Islam Respublikasının vətandaşı “x” adlı şəxsin göndərdiyi kordinatlar əsasında Yasamal rayonu Yeni Yasamalda yerləşən “Bravo” marketin yaxınlığındakı sökülüb dağınıq vəziyyətdə yaşayış olmayan köhnə tikilinin qarşısından əldə etdiyini və həmin maddələri xın dediyi ünvana çatdıracağı təqdirdə xın onun bank kartına köçürmələr etməklə pul verəcəyini, üzərindən aşkar olunan narkotik vasitəni əldə etdiyi Yasamal rayonu, Yeni Yasamalda yerləşən “Bravo” marketin yaxınlığındakı yaşayış olmayan sökülmüş köhnə tikilidə gizlətdiyi narkotik maddələri də təqdim edə biləcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 7 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum Iran Islam Respublikasının vətəndaşı “x” adlı şəxsin vasitəsilə əldə edib Yasamal rayonu, x küçəsi 200 ünvanın yaxınlığında yerləşən yaşayış üçün yararsız, uçurulmuş tikilidə gizlətdiyi narkotik vasitələri həmin yarasız tikilinin içərisində sol tərəfdəki divarın kənarında olan mavi rəng parçadan üzlənmiş yastığın altındakı 1 ədəd boz rəngli üzərində “çinici” yazılmış sellofan torbanı yerdən götürüb təqdim etmiş, həmin boz rəngli sellofan torba iştirakçıların gözü qarşısında açıldıqda içərisində 2 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlələrin olması aşkar olunmuş, Məhkum təqdim etdiyi yerdən aşkar olunmuş 2 ədəd bükümdə narkotik vasitə heroini Iran Islam Respublikasının vətandaşı “x” adlı şəxsin vasitəsi ilə baxış keçirilən Yasamal rayonu, x küçəsi 200 ünvanın yaxınlığında yerləşən yaşayış üçün yararsız olan uçurulmuş tikilinin qarşısından götürüb aşkar olunduğu yerdə gizlətdiyini və Iran Islam Respublikasının vətandaşı “x” adlı şəxsin tapşırığı ilə həmin maddələri xin dediyi ünvanlara çatdıracağı təqdirdə xin plastik bank kartına göndərməklə pul verəcəyini bildirmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyaları haqlı olaraq şahid qismində dindirilmiş polis əməkdaşlarının ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Narkotik vasitələrin satış məqsədi ilə əldə olunmaması barədə dəlillər də əsassızdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, narkotik vasitənin qablaşdırılması və ya əvvəlcədən alıcı ilə razılığın əldə olunması kimi əlavə hallar müəyyən edilməsə də, aşkar olunmuş heroinin miqdarı və xarakteri Məhkum, onu satış məqsədi ilə əldə edildiyini göstərir. Iş materiallarına əsasən aşkar olunmuş 2.003,807 qram heroin külli miqdar hesab olunur və bu miqdarın şəxsi istifadə məqsədi ilə saxlanıldığına dair inandırıcı sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tətbiqini əsaslı hesab etmişdir. Qeyd olunanlarla yanaşı müdafiə hüququnun pozulması ilə bağlı dəlillər də əsassızdır. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin vəsatəti əsasında həm Məhkum, həm də ibtidai istintaq zamanı iştirak etmiş müdafiəçi x-in mobil telefon nömrələri üzrə anten məlumatlarının əldə olunmasını təmin etmişdir. Bu hal məhkəmənin müdafiə tərəfinin arqumentlərini araşdırmaq niyyətində olmadığını deyil, əksinə, onların bütün iddialarını yoxlamaq üçün zəruri prosessual tədbirləri həyata keçirdiyini göstərir. Həmin məlumatların araşdırılması nəticəsində ittihamı şübhə altına alan və ya müdafiə hüququnun kobud şəkildə pozulduğunu təsdiq edən hallar müəyyən edilməmişdir. Məhkəmə yalnız müdafiəçinin telefonunun polis idarəsinin anten dairəsində yerləşməsi ilə Məhkum üzərinə baxış keçirilməsi vaxtı arasında cüzi zaman fərqinin olduğunu qeyd etmiş, lakin həmin fərqin işin mahiyyətinə təsir etmədiyini əsaslandırmışdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş müdafiəçi x ifadəsində həm Məhkum üzərinə baxış keçirilməsi zamanı, həm də sonradan Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə torbanın aşkar olunması prosesində iştirak etdiyini təsdiq etmişdir. Bu hallar təqsirləndirilən şəxs tərəfindən də məhkəmə iclasında inkar edilməmişdir. Belə olan halda, müdafiəçinin prosessual hərəkətlərdə iştirak etməsi obyektiv şəkildə müəyyən olunduğundan, yalnız anten məlumatlarında mövcud olan cüzi uyğunsuzluğa əsasən müdafiə hüququnun pozulması nəticəsinə gəlmək mümkün deyildir. Kassasiya şikayətində göstərilən “təxminən 9 saat müdafiəçisiz saxlanılma” iddiası iş materialları ilə təsdiqini tapmamışdır. Bundan başqa, Məhkum polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qalması barədə iddialar da obyektiv sübutlarla təsdiqlənməmişdir. Apellyasiya instansiyası məhkəməsinin sorğusu əsasında Bakı Istintaq Təcridxanasından təqdim olunmuş tibbi sənədlərdən görünür ki, təqsirləndirilən şəxs təcridxanaya qəbul edilərkən onun bədənində hər hansı xəsarət izləri aşkar edilməmiş, yalnız köhnə çapıq toxuma müşahidə olunmuş və özü tərəfindən heç bir şikayət bildirilməmişdir. Belə olan halda, işgəncə və ya fiziki təzyiq barədə sonradan irəli sürülmüş iddialar obyektiv tibbi məlumatlarla təsdiqlənmədiyindən məhkəmə həmin arqumentləri əsaslı olaraq qəbul etməmişdir. Digər ittihama gəldikdə isə kassasiya şikayətinin dəlillərindən müəyyən olunurki, Məhkum ona verilmiş ittiham, yəni avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyi, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edildiyi, iş üzrə hadisənin baş verməsinə səbəbkarın elə zərərçəkmiş şəxsin özünün olduğu barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi, sübutları yenidən tədqiq edərək, yeni faktlar müəyyən edilməsi (məsələn “sürücünün piyadanı görmək imkanının olmaması”) üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Müdafiə tərəfi kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkuma verilmiş ittiham üzrə təqsirli bilinməsini mübahisələndirərkən ona həmin ittiham üzrə cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə xitam verilməsi haqqında tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum verilmiş avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham ibtidai istintaq zamanı toplanmış materiallarla, ifadələrlə, həmçinin istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli * nömrəli qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi video-müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Sübutlar qiymətləndirilərkən iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirilməlidir. Belə ki, cinayət işinin materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış haqqında 24 iyul 2021-ci il tarixli protokolundan görünür ki, qeyd olunan yol nəqliyyat hadisəsi “Heydər Əliyev” prospektinin Bakı şəhəri, Suraxanı rayonu, x qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş, həmin yolda hərəkət axımı iki tərəfli tənzimlənir, yolda eyni istiqamətdə 4 hərəkət zolağı var, hər bir hərəkət zolağının eni 3 metr təşkil edir, hərəkət zolaqlarını bir-birindən ağ rəngli qırıqqırıq xətlər ayırır, qeyd olunan yolun Mərdəkan qəsəbəsi istiqamətində hərəkət hissəsi sağdan dayancaqla birləşir, piyada Sabunçu qəsəbəsindən Bülbülə qəsəbəsi istiqamətində yolun hərəkət hissəsini eninə doğru keçən zaman yol nəqliyyat hadisəsi baş vermiş, hadisə yerində olan “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin yolla Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edən zaman piyadanı vurmuşdur. 25 iyul 2021-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən avtomobil 2006ci il buraxılışlı “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobilin kapot, ön alın şüşəsinin və damının zədələnməsi və deformasiyaya uğraması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə baxış keçirilməsi haqqında 28 avqust 2021-ci il tarixli protokoldan görünür ki, “Koroğlu” metro stansiyası istiqamətindən Mərdəkan qəsəbəsi istiqamətində Heydər Əliyev prospektinin Suraxanı rayonu, Bülbülə qəsəbəsinə daxil olarkən saatın yaxınlığındakı yerüstü piyada keçidinin yanında 4 istiqamətli hərəkət yolu görünür. Həmin hərəkət istiqamətinə nəzərən yolun qarşı hərəkət zolağında bir nəfər piyadanın yolu Bülbülə qəsəbəsi istiqamətində eninə doğru keçməyə başlaması, qarşı hərəkət yolunu keçib hərəkət zolağını ayıran dəmir məhəccərin üstünə çıxaraq digər yola, yəni hadisənin baş verdiyi yola daxil olması və çox sayda avtomobillərin hərəkət etməsi səbəbindən dəmir məhəccərin yanında dayanıb gözləməsi müşahidə olunur. Saat 17:04 dəqiqədə həmin piyadanın yola daxil olaraq Bülbülə qəsəbəsinə doğru hərəkət etməsi, bu zaman həmin yolun hərəkət hissəsinə soldan ikinci hərəkət zolağında bir avtomobilin ön hissəsi ilə piyadanı vurub önünə atması, həmin piyadanın havaya qalxıb yerə düşməsi və piyadanı vuran avtomobilin hadisə yerində dayanması müşahidə olunmuşdur. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə 23 noyabr 2021-ci il tarixli */**** nömrəli ekspert rəyindən görünür ki, “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Əvvəlki apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən təyin edilərək keçirilmiş 31 may 2023-cü il tarixli */****-*/*** nömrəli məhkəmə yol-nəqliyyat hadisələri və audio və videoyazılar ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ““ZYKLEN” markalı DVD-R diskə yazılmış videoyazıdakı görüntülərə görə “Nissan Tiida” markalı avtomobilin tədqiqi hissədə göstərilən məsafədə orta sürəti 84 km/saat olmuşdur; piyadanın sürücünün görünüş dairəsinə düşmə məsələsinin həlli videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından ekspert qarşısında qoyulmuş 1, 2 və 3-cü suallar üzrə tədqiqat aparılmamışdır. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin təqdim etdiyi məlumatlar, yəni piyadanın sağa doğru 3 metr məsafə qət etdikdən sonra sürücünün onu görmək imkanına malik olması, həmin andan sürücünün hərəkəti üçün təhlükənin yaranması və təhlükə yaranan andan vurulmaya 1-2 saniyə vaxtın keçməsi real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan məlumatlar əsasında “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətləri üzrə tədqiqat aparılmır. Mövcud şəraitdə piyadanın hərəkət hissəsinin sol kənarından yolun sağına doğru hərəkətə başlaması sürücü Məhkum görünüş dairəsində olmuşdur. Qeyd olunan vəziyyətdə sürücü Məhkum hərəkəti üçün təhlükənin piyadanın hərəkət hissəsinin sol kənarından sağa doğru hərəkətə başladığı andan yaranmasına uyğundur. Təhlükə yaranan andan vurulmaya kimi 6,76 saniyə vaxtın keçməsi şəraitində “Nissan-Tiida” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Əvvəlki apellyasiya baxışı zamanı dindirilmiş ekspertlər X1 və X20 verdikləri 31 may 2023-cü il tarixli */****-*/*** nömrəli məhkəmə yol-nəqliyyat hadisələri və audio və videoyazılar ekspertizası rəyini təsdiq etdiklərini bildirmişər. Bundan başqa, hazırkı apellyasiya baxışı zamanı təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2025-ci il tarixli */***- */*** nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskə yazılmış videoyazıdakı görüntülərə görə “Nissan Tiida” markalı avtomobilin tədqiqi hissədə göstərilən məsafədə orta sürəti 84 km/saat olmuşdur. Piyadanın sürücünün görünüş dairəsinə düşmə məsələsinin həlli videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından ekspert qarşısında qoymuş 3-cü, 4-cü və 5-ci suallar üzrə tədqiqat aparılmamışdır. 1,-7. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin təqdim etdiyi məlumatlar, yəni piyadanın sağa doğru 3 metr məsafə qət etdikdən sonra sürücünün onu görmək imkanına malik olması, həmin andan sürücünün hərəkəti üçün təhlükənin yaranması və təhlükə yaranan andan vurulmaya 1-2 saniyə vaxtın keçməsi real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan məlumatlar əsasında “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətləri üzrə tədqiqat aparılmır. Mövcüd şəraitdə piyadanın hərəkət hissəsinin sol kənarından yolun sağına doğru hərəkətə başlaması sürücü Məhkum görünüş dairəsində olmuşdur. Qeyd olunan vəziyyətdə sürücü Məhkum hərəkəti üçün təhlükənin piyadanın hərəkət hissəsinin sol kənarından sağa doğru hərəkətə başladığı andan yaranmasına uyğundur. Ikinci apellyasiya baxışı zamanı dindirilmiş ekspert X15 ifadəsində göstərmiş ki, iş üzrə verilmiş 30 iyun 2025-ci il tarixli */***-*/*** nömrəli ekspert rəyini müdafiə edir. Belə ki, bir daha təsdiq edir ki, müdafiə tərəfinin təqdim etdiyi məlumatlar, yəni piyadanın sağa doğru 3 metr məsafə qət etdikdən sonra sürücünün onu görmək imkanına malik olması, həmin andan sürücünün hərəkəti üçün təhlükənin yaranması və təhlükə yaranan andan vurulmaya 1-2 saniyə vaxtın keçməsi real hadisə mexanizminə uyğun olmadığından real hadisə mexanizminə uyğun olmayan məlumatlar əsasında “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətləri üzrə tədqiqat aparılmamışdır. Kassasiya şikayətində yol-nəqliyyat hadisəsi ilə bağlı ekspertiza və istintaq eksperimenti nəticələrinin təhrif edildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsinin apardığı araşdırmaların nəticələri bunun əksini göstərir. Belə ki, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edərək təkrar kompleks komisyon video-texniki və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin etmiş, hadisə yerində məhkəmə tərkibi, dövlət ittihamçısı, müdafiəçilər və mütəxəssisin iştirakı ilə istintaq eksperimenti keçirmişdir. Bu isə göstərir ki, məhkəmə müdafiə tərəfinin mövqeyini araşdırmadan rədd etməmiş, əksinə, həmin arqumentlərin yoxlanılması üçün bütün prosessual imkanlardan istifadə etmişdir. Belə ki, 30 iyun 2025-ci il tarixli ekspert rəyində açıq şəkildə göstərilmişdir ki, piyadanın hərəkət hissəsinin sol kənarından sağa doğru hərəkətə başlaması sürücünün görünüş dairəsində olmuşdur və təhlükə yaranan andan vurulma anına qədər 6,76 saniyə vaxt keçmişdir. Ekspertiza həmçinin müəyyən etmişdir ki, həmin müddət ərzində sürücünün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, müdafiə tərəfinin “piyada görünməz olmuşdur” və “hadisənin qarşısını almaq mümkün deyildi” barədə iddiaları ekspertiza rəyi ilə təkzib olunur. Müdafiə tərəfi ekspertin piyadanın görünüş dairəsinə düşməsi məsələsini müəyyən etmədiyini göstərsə də, ekspert rəyindən aydın görünür ki, videogörüntülərin ekspertizası çərçivəsində bu məsələ texniki baxımdan ayrıca video-texniki ekspertizanın predmetinə aid edilməmiş, lakin məhkəmə istintaq eksperimenti zamanı əldə edilmiş videogörüntülər və digər texniki göstəricilər əsasında piyadanın sürücünün görünüş dairəsində olması müəyyən edilmişdir. Ekspert rəyi bütövlükdə qiymətləndirildikdə, müdafiə tərəfinin təqdim etdiyi hadisə mexanizminin real şəraitə uyğun olmadığı əsaslandırılmışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticələri qəbul etməsi tam qanuni və əsaslı olmuşdur. Kassasiya məhkəmə kollegiyası müdafiə tərəfinin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olmaması, onun hadisənin qarşısını almağa texniki imkanının olmaması barədə onun məhkəmələrə verdikləri ifadələrinə və dəlillərinə aşağı instansiya məhkəmələrinin tənqidi yanaşmasını qanuni və əsaslı hesab edir. Odur ki, müdafiə tərəfinin kassasiya şikayətində irəli sürdükləri dəlilləri, yəni Məhkum avtomobili saxlamaq imkanın olmaması ekspert rəylərində, o cümlədən cinayət işi üzrə toplanılmış digər sübutlarla öz təsdiqini tapmamışdır. Kassasiya şikayətində məhkəmələrin guya müdafiə tərəfinin vəsatətlərini təmin etməməsi və birtərəfli mövqe nümayiş etdirməsi göstərilsə də, iş materiallarından görünür ki, əksinə, müdafiə tərəfinin çoxsaylı vəsatətləri təmin edilmiş, əlavə sübutlar toplanmış, mobil operatorlardan məlumatlar alınmış, ekspertiza təyin edilmiş və istintaq eksperimenti keçirilmişdir. Belə olan halda, məhkəmənin müdafiə tərəfinin arqumentlərini araşdırmadan rədd etdiyi barədə iddialar həqiqətə uyğun deyildir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı apellyasiya məhkəməsi əsaslı olaraq göstərilən ifadələri, protokolları və xüsusilə qeyd edilən ekspert rəylərini iş üzrə toplanmış sübutlarla müqayisəli şəkildə tədqiq edərək hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsi qənaətinə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. O cümlədən, məhkuma təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Məhkum cəzasını yüngülləşdirən hər hansı hal da müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum müdafiəçiləri müdafiəçi3 və müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar