Məhkəmə qərarları › İş №1(1-8)-227/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-227/2026

17.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-227/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər müdafiəçi4 Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1, Məhkum – Məhkum iştirakları ilə, ##.##.1963-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4- 1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il ## ####### tarixli *(***)-***/**** nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli 2017-ci il ## ###### tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilərək Azərbaycan Respublikası CM-in 67-ci maddəsinə əsasən təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli 2017-ci il ## ###### tarixli hökmü ilə təyin edilmiş 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə o, qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli ##.##.2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, barəsində xüsusi müsadirə tətbiq edilməmiş, zərərçəkmiş şəxslərə mülki iddianın mulki mühakimə icraatı qaydasında verilməsi izah edilmişdir. Hökmdən məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2021-ci il ## #### tarixli *(***)- ***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il ## ####### tarixli *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin qərarından məhkum Mustafayev Sevinc Islam qızı ##.##.2025-ci il tarixində kassasiya şikayəti, həmçinin kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verərək, müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ### tarixli qərarı ilə həmin məhkəmənin 2021-ci il ## #### tarixli *(***)-***/**** nömrəli qərarından məhkum Mustafayev Sevinc Islam qızı tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Bundan sonra, məhkum Mustafayev Sevinc Islam qızı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ### tarixli *(***)-***/**** nömrəli qərarından ##.##.2025-ci il tarixdə kassasiya şikayəti vermiş, lakin kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürdükdən sonra həmin kassasiya şikayətini vermiş və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət verməmişdir. Kassasiya şikayətinin mümkünlüyünə apellyasiya icraatı zamanı baxılan zaman məhkum Mustafayev Sevinc Islam qızı bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ### tarixli *(***)-***/**** nömrəli qərarı ona rəsmi qaydada təxminən 2025-ci ilin avqust ayında təqdim edilmişdir. Həmin vaxt məhkum Mustafayev Sevinc Islam qızı ərizə təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## ### tarixli *(***)-***/**** nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarı ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən), F.Hümbətov və E.Əliyev) həmin məhkəmənin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa olunmamışdır. Qərardan narazı qalan məhkum Məhkum kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qərardan şikayət vermə müddətini ailəsində yaranmış problemdən, yəni nəvəsinin ağır xəstəlikdən vəfat etməsindən və onun bu hadisədən sonra iradəsindən asılı olmayaraq səhhətində yaranmış problemdən dolayı ötürmüşdür. Bundan başqa, o, sağlamlığında yaranmış bir sıra narahatlıqlarla yaşayır. Belə ki, yüksək təzyiq, ağır şəkər və ayaqlarında yaranmış xroniki ağrılardan əziyyət çəkir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün) isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Cinayət işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2021-ci il ## #### tarixli qərarı məhkum və onun müdafiəçisinin iştirakları ilə elan olunmuş, qərar elan edilərkən proses iştirakçılarına qərardan kassasiya şikayəti və ya protesti vermək hüququ və müddəti izah edilmiş, bu məsələlər qərarın nəticəvi hissəsində də öz əksini tapmış, qərarın surəti məhkuma təqdim edilməsi üçün müvafiq istintaq təcridxanasına göndərilmiş və qərarın surəti ##.##.2021-ci il tarixdə məhkuma təqdim edilmişdir. Uzun müddət (4 ilə yaxın) keçdikdən sonra məhkum kassasiya şikayəti və kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatət vermiş, lakin məhkəmənin ##.##.2025-ci il tarixli qərarı ilə məhkumun vəsatəti təmin edilməmişdir. CPM-in 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) , 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından—onların çıxarıldığı , bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ### tarixli qərarı məhkum Məhkum 2025-ci ilin avqust ayında təqdim edilməsinə baxmayaraq, o, 5 aya yaxın vaxt keçdikdən sonra həmin qərardan kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Müddətin bərpasına dair vəsatətin və mübahisələndirilən qərardan verilən kassasiya şikayətinin məzmunundan görünür ki, məhkum apellyasiya məhkəməsinin 2025-ci il ## ### tarixli qərarından kassasiya şikayətini qanunla nəzərdə tutulmuş müddətdə verməməsini nəvəsinin xəstəlikdən vəfat etməsi və özünün səhhətində olan narahatçılıqlarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 2026-cı il ## ###### tarixli qərarını qanuni və əsaslı, məhkumun dəlillərini isə əsassız hesab edərək vurğulayır ki, CPM-in 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-in 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1ci maddəsi); - CPM-in 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatət, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayəti subyektiv mülahizələrə deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən obyektiv sübutlara əsaslanmalıdır. Əvvəla qeyd edilməlidir ki, məhkum apellyasiya instansiyası məhkəməsinin 2021-ci il # #### tarixli qərarından kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatətində də, hazırki kassasiya şikayətində göstərilən eyni dəlillərə isnad edərək, buraxılmış müddətin bərpasını xahiş etmiş, özünün iştirakı ilə ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəmə tərəfindən onun vəsatətinin təmin olunmadığını və bu qərardan 1 ay müddətində kassasiya şikayəti vermək hüququnun olmasını bildiyi halda, qərarın ona təqdim edildiyi vaxtdan 5 aya yaxın (qərarın qəbul edilməsindən isə 7 aya yaxın) müddət keçdikdən sonra həmin qərardan şikayət vermə müddətinin bərpa edilməsini istəmiş, vəsatətində isə yenə də əvvəlki dəlillərinə isnad etmişdir. Digər tərəfdən isə qeyd edilməlidir ki, məhkum apellyasiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının ona təqdim edildiyi vaxtdan keçən müddət ərzində onun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, həmçinin bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş məhkumun iradəsindən asılı olmayan digər halların baş verməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, məhkumun vəsatətinin təmin edilməsi üçün qanunda nəzərdə tutulan obyektiv əsaslar, üzrlü səbəblər yoxdur. Kassasiya şikayətinin verilmə müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Həmçinin qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə aktından uzun müddət keçdikdən sonra kassasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnəcəkdir. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu da məhkəmə qərarlarının stabilliyi prinsipinə riayət edilməsinə xüsusi önəm verərək, “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il ## ##### tarixli Qərarında göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ### tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin məhkəmənin 2026-cı il ## ###### tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar