Məhkəmə qərarları › İş №1(1-8)-233/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-233/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-233/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X12 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## #### 1966-cı ildə Jdanov (Beyləqan) rayonu, Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə bəraət almışdır. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X16 (sədrlik edən), X1 və X6 ibarət tərkibdə) 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, hökm ləğv edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 3 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ## #### 2024-cü il tarixdən # ###### 2025-ci il tarixədək həbsdə olduğu 10 ay, 10 gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla, ona təyin edilmiş cəza müddətinə daxil edilmiş və üzərində 2 il, 7 ay, 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, Məhkum narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Məhkum barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı içərisində 5,96 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı iki ədəd kibrit qutusunda 2024-cü ilin mart ayının ortalarında Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən * saylı orta məktəbin qarşısında bir kibrit qutusunu 100 manatdan olmaqla iki kibrit qutusunu cəmi 200 manat pulun qarşılığında tanışı X3, bundan sonra Turqut Əsədov həmin gün həmin iki ədəd kibrit qutusunda 5,96 qram narkotik vasitə olan qurudulmuş marixuananı Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində yerləşən Daşburun dəmiryol stansiyasının yaxınlığında tanışı X4 200 manat pulun qarşılığında qanunsuz olaraq satmış, ## #### 2024-cü il tarixdə saat 20:30 da Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X4 rayonu, Milabad qəsəbəsi ərazisində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən bir ədəd siqaret dənəsinə qablaşdırılaraq saxlamaqla daşıdığı təmiz çəkisi 0,14 qram, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən iki ədəd kibrit qutusunda qablaşdırılmış ayrı ayrılıqda təmiz çəkiləri 2,08 qram və 2,34 qram, 07 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,24 qram, 0,19 qram, 0,15 qram, 0,21 qram, 0,26 qram, 0,13 qram və 0,22 qram olmaqla ümumi təmiz çəkisi 5,96 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı içərisində 10,84 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı iki ədəd kibrit qutusunda ## #### 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən * saylı orta məktəbin qarşısında bir ədəd kibrit qutusunu 100 manatdan olmaqla iki ədəd kibrit qutusunu cəmi 200 manat pulun qarşılığında tanışı X3 təkrar satdıqdan sonra ## #### 2024-cü il tarixdə, saat 00:15-də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X3 rayonu, Birinci Şahsevən kəndi ərazisində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan yaşıl rəngli gödəkcəsinin sol yan cibindən ## #### 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində yerləşən * saylı orta məktəbin qarşısında bir ədəd kibrit qutusu 100 manatdan olmaqla iki ədəd kibrit qutusunu cəmi 200 manat pulun qarşılığında ondan satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq üzərində daşıdığı iki ədəd kibrit qutusunda təmiz çəkiləri 1,22 qram, 6,11 qram və beş ədəd bükümlərdə təmiz çəkiləri 0,53 qram, 0,66 qram, 0,93 qram, 0,38 qram və 1,01 qram olmaqla cəmi 10,84 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq 20,67 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, ## #### 2024-cü il tarixdə, saat 17:25- də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində o Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli gödəkcəsinin sol və sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı üç ədəd kibrit qutusunda təmiz çəkiləri 7,55 qram, 6,87 qram və 6,25 qram olmaqla cəmi 20,67 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiaysı məhkəməsinin hökmü ilə Məhkum əməli CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, o həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MÜDAFIƏÇININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Cinayət Məcəlləsinin tələblərindən də göründüyü kimi şəxs narkotik maddələri satış məqsədilə əldə etməli və saxlamalıdır. Lakin məhkumun ifadələrində narkotik vasitələrin satış məqsədilə əldə edildiyi və saxlandığına dair heç bir ifadə yoxdur. Bundan əlavə, heç bir dindirmə və ifadə zamanı ittiham tərəfi heç vaxt narkotik maddələrin hansı məqsədlə əldə edilməsi barədə sual belə verməmişdir. Sadalanan faktlar şübhəli şəxsin dindirmə protokolu və təqsirləndirilən şəxsin dindirmə protokolunda öz əksini tapır. Məhkəmə şəxsin narkotik vasitələri hansı məqsədlə əldə etdiyi barədə heç bir sual belə vermədən və bu məsələnin araşdırılması üçün cəhd belə etmədən şəxsi narkotik vasitələrin satışı ilə ittiham etmişdir. Halbuki narkotik cinayətləri üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən ittiham tərəfi şəxsi narkotik vasitələri satmaqla ittiham etdikdə müştəriləri, narkotik vasitələrin çəkilib yığılmasında istifadə olunan elektron tərəzini, narkotik vasitənin istehsal olunması və ya əkilməsi üçün xüsusi torpaq sahəsini və ya labarotoriyanı, şəxsə narkotik vasitəni təchiz edən şəbəkəni aşkarlamalı idi. Hazırki işdə sözügedən tədbirlərin heç biri görülməmiş, satış məqsədi sübuta yetirilmədən şəxsi cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham etmişlər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin gəldiyi nəticə üzrə bütün epizodlar əsaslandırılmış hər bir fakt araşdırılmış olsa da, Şirvan Apellyasiya Məhkəməsi üzrə sabit olaraq 1 epizodluq fakt üzrə Apellyasiya məhkəməsi icraatında 9 aya kimi (d.o.t ##.##.2025 - hökm tarixi ##.##.2025) uzun müddət əsassız formada iş yubadılmış hakimin qərəzli formada çıxışları, iclasları bilərəkdən təxirə salması artıq məhkəmənin obyektivliyini şübhə altına almışdır. Əsədov Turqutun məhkəmə yekun aktı çıxmamış hakimin işi yekunlaşdıra bilməyəcəyini bildirsə də, daha sonra həmin işi necə tədqiq etdiyi və bu iş üzrə ittihamedici hökm çıxartdığı məlum deyildir. Qeyd etmək lazımdır ki, Habil Bəhmənov ittihamedici hökmü ##.##.2025-ci il tarixdə çıxarsa da, hələ Əsədov Turqutun məhkəməsi yekunlaşmamış yəni Məhkum ittiham etdiyi maddə üzrə satış faktı və ya çıxardığı 234.2-ci maddəsinin heç bir hüquqi əsası olmamışdır. Habil Bəhmənov “AZEMIS” üzərindən digər məhkəmənin iclaslarını və faktiki gedişatını təqib etmiş, Əsədov Turqut barəsində hökm verilməmiş bu iş üzrə yekun akt çıxartmışdır. Tarixlərdən də məlum olduğu qədər Əsədov Turqut barəsində hökm ##.##.2025-ci ildə qəbul edilərək barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə hökm oxunmuşdur. Şirvan Apellyasiya Məhkəməsi isə mənbəyi tərəfimizə bəlli olmayan vasitələrlə digər məhkəmə iclaslarını, vəziyyətini və iş materiallarında mövcud olmayan, məhkəməyə təqdim olunmayan materialları tədqiq edərək Məmişov barəsində ittihamedici hökm çıxarmışdır. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyinəzərindən spesifik xarakterə malikdir. Istər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. Eyni zamanda polis əməkdaşı olan Ziyanın sərt çıxışları, əməllərindən peşman olmadığını dediyinə şahid olsa da, bu barədə tərəfindən heç bir tədbir görülməmişdir. Hətta dövlət ittihamçısının belə vəsatət vermədiyi halda məhkəmə öz təşəbbüsü ilə sübut toplamasına baxmayaraq yenə heç nə əldə etməmişdir. Göründüyü kimi Şirvan Apellyasiya Məhkəməsinin gəldiyi nəticələr yalnız ehtimallar üzərindən olmaqla heç bir əsası olmadan sadəcə Hakimin mülahizələri və düşüncələri üzrə ilərləyərək faktlara rəy vermişdir. Bundan başqa, Məhkum şəxsi axtarış və götürmə zamanı bir çox dəfə izahlı formada həmin qutuların cibinə necə qoyulduğunu və kim tərəfindən qoyulmasını açıq formada bildirmişdir. Məhkum işgəncə görmə faktı ilə bağlı olaraq isə hakim Habil Bəhmənov tibbi sənədlər və məhkəmə ekspertiza rəylərini görməzdən görərək videoda şəxsin heç bir ağrısının olmasını sadəcə gözü ilə müəyyən edərək rəy vermişdir. “Məhkəmə-tibbi ekspertizası”nın # ### 2024-cü il tarixli, ***/** nömrəli rəyindən görünür ki, Məhkum bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. Həmin ekspert rəyinin təsviri hissəsində göstərilmişdir ki, müayinə olunanın deməsinə görə, ## #### 2024-cü il tarixdə saat 12 radələrində Beyləqan RPŞnin inzibati binasında polis əməkdaşı Ziya adlı şəxs tərəfindən yumruqla döyülmüşdür. Tibb müəssisəsinə müraciəti olmamışdır. Şikayəti döş qəfəsinin sol arxa yarısında olan ağrıdandır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş Idarəsində Məhkum adına açılmış ****/**** nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Məhkum ## #### 2024-cü il tarixdə istintaq təcridxanasına daxil olmuş, ilkin tibbi baxış zamanı Məhkum bədəni üzərində sol saidin aşağı 1/3-nin ön səthində qərtməkli yara, Rentgen müayinəsinə əsasən sol VIII qabırğanın yerdəyişmiş sınığı aşkar olunmuşdur. Məhkum zədə aldığını bildirmişdir. Hər iki qeyddən məlum olur ki, şəxs zor tətbiqi və işgəncə faktına məruz qalmışdır. Göstərilən qeydlər qarşısında isə Məhkəmə yenə dolayı mülahizələr irəli sürərək polis tərəfindən yol verilmiş nöqsanlara, işgəncə faktlarına “polislərdə belə pozuntular ola bilər” kimi arqumentlərlə qanunsuzluqlarını bir daha ört-basdır etməyə çalışmışdırlar. Həm istintaq orqanı, həm də Məhkəmə tərəfindən təqsirləndirilən şəxs qanunsuz olaraq hər hansı bir şəxsdən alması, onun narkotik vasitəni kiməsə satması, bunun üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi faktları müəyyən edilməmiş, məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində ittiham hökmü yalnız maddi sübuta, yəni polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış nəticəsində narkotik vasitənin tapılmasına əsasən çıxarılmışdır. Insan hüquqları üzrə Avropa Məhkəməsi "Layıcov Azərbaycana qarşı işi üzrə" qərarda qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdırmalıdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini və məhkum Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkuma bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirli bilərək məhkum edərkən hökmünü aşağıdakı kimi əsaslandırmışdır: “... Yuxarıda istinad olunan və apellyasiya baxışında tədqiq olunan sübutlara əsasən cinayət kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi bəraət hökmü çıxararkən işin faktiki hallarına əsasən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, kollegiyanın da qənaətinə görə Səyəddin Məmişov məhz polisin nəzarəti altında olduğu müddətdə qeyd olunan bədən xəsarətlərini almışdır. Səyəddin Məmişovun hər iki məhkəmə istintaqında verdiyi ifadələrdən belə aydın olur ki, o, ciddi şəkildə cismani əzaba, fiziki ağrıya və hədəyə məruz qalmışdır. Lakin bütün bunlara baxmayaraq, o, şəxsi axtarış zamanı, eləcə də ibtidai istintaqın sonrakı mərhələsində təkidlə Turqut Əsədova yalnız bir dəfə 45 manat müqabilində 2 qram narkotik vasitə qurudulmuş marixuana satmasını qeyd edir. Yəni onun qeyd olunan xəsarətlərə səbəb olacaq dərəcədə pis rəftara məruz qalması vəziyyətində, Turqut Əsədova ikinci dəfə marixuana satmasını, hətta üzərindən aşkar olunmuş narkotik vasitənin polis əməkdaşları tərəfindən cibinə qoyulmasını israrlı şəkildə bildirməsi əsas verir ki, ona qarşı edilən pis rəftar üzərindən aşkar olunmuş 3 qutu marixuananın özünə məxsus olmasını, həmçinin Turqut Əsədova ikinci dəfə 2 qutu marixuana satmasını etiraf etməsi üçün ifadə verməsi ilə bağlı olmuşdur. Bundan başqa, Məhkum Turqut Əsədova birinci dəfə marixuana satmasının etiraf etməsinin səbəbi məhz işgəncəyə məruz qalma ilə əlaqədar olmuş olsaydı, məntiqlə o, ifadəsini məhz Turqut Əsədovun ifadəsinə uyğun olaraq, 2 qutu marixuananı 200 manat müqabilində satmasını bildirmiş olardı. Bunun əksinə olaraq isə Məhkum satmış olduğu marixuananın çəkisini, qablaşdırılma formasını təffərrüatı ilə qeyd edərək, “## #### 2024-cü il tarixdə, saat 18 radələrində Turquta yalnız bir ədəd kibrit qutusunda yarımçıq dolu vəziyyətində cəmi 2 qram qurudulmuş marixuananı 45 manat nağd pul qarşılığında satmışam” bildirmişdir. Bundan əlavə iş materillarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli ittiham hökmündən məlum olur ki, o, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, maddi sübut 5,67 qram qurudulmuş marixuananın məhv edilməsi hökmdə qeyd olunmuşdur. Ibtidai istintaq zamanı məhkum Mürsəl Fərhadlıdan aşkar olunmuş qurudulmuş marixuana maddi sübut kimi Məhkum qarşı sübut olaraq irəli sürülməsinə baxmayaraq, həmin narkotik vasitənin əldə olunmasının mənbəyi kimi Turqut Əsədovun və Məhkum göstərilməsinə birinci instansiya məhkəməsində nəzər yetirilməmişdir. Halbuki, həmin ittiham hökmü qanuni qüvvəsini almış, Mürsəl Fərhadlının üzərindən aşkar olunmuş narkotik vasitəni digər yollarla əldə olunması öz təsdiqini tapmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı əsasında götürülmüş telefon məlumatlarından görünür ki, Məhkum və Turqut Əsədov arasında ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə qədər telefon əlaqələri olmamış, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə, saat 19:23-ə qədər onlar arasında 30 dəfə mobil telefonla danışıq əlaqəsi olmuşdur. Məhkum suallara cavab olaraq ifadəsində əvvəlcə Turqutla ümumiyyətlə telefon danışıqlarının olmamasını bildirsə də, sonradan məlumatların məhkəmə qərarı ilə əldə olunması məsələsinə baxılarkən, əvvəlki ifadəsini dəyişərək, Turqutun zəngləri əsasında onun yüklərini daşıması ilə bağlı 4-7 dəfə əlaqə saxlamalarını bildirmişdir. Lakin faktiki olaraq onlar arasında mart ayına qədər ümumiyyətlə telefon danışıqları olmamış, mart ayında hər iki şəxsin zəng etməsi nəzərə alınmaqla 30 dəfə zəng əlaqələri olmuşdur. Telefon danışıqlarının tarixlərinə nəzər yetirdikdə müəyyən olunur ki, danışıqlar Turqut Əsədovun ibtidai istintaqda verdiyi ifadədə göstərilən tarixlərə uyğun gəlir. Məhkəmə istintaqında Turqut Əsədov əlavə şahid qismində ifadə verərkən Məhkum narkotik vasitə almamasını, Mürsəl Fərhadlıya verdiyi narkotik vasitəni “Instagram” sosial şəbəkəsi vasitəsi ilə əldə etməsini bildirmiş olsa da, kollegiya onun məhkəmə istintaqında verdiyi ifadəsinin həmin hissəsini həqiqət olmasını qəbul etmir və Məhkum xeyrinə sübut kimi rədd edir. Kollegiya hesab edir ki, Turqut Əsədovun həmin ifadəsi ibtidai istintaqda olan üzləşmə protokolu və digər ifadələrlə təkzib olunur. Bundan başqa, Məhkum Turqut Əsədova 45 manat müqabilində narkotik vasitə marixuana satması barədə ifadəsinin həqiqət olması işin halları ilə təsdiq olunduğuna görə, sonuncunun həmin xüsusatla bağlı ifadəsi Məhkum və nəticədə özünü müdafiə etmək kimi qiymətləndirilməlidir. X4 verilmiş ittihamdan məlum olur ki, o, ## #### 2024-cü il tarixdə, saat 20:30-da saxlanılmışdır. Onun saxlanıldığı vaxtla Səyəddin Məmişovun ibtidai istintaqda Turqut Əsədova satmasını etiraf etdiyi vaxt və tarix (##.##.2024-cü il, saat 18 radələri) müqayisə edilərkən, tarix və vaxtın uyğunluğu bir daha bu qənaəti qətiləşdirir ki, onun Turqut Əsədova qurudulmuş marixuana satması cinayət əməli törədilmişdir... ...Beləliklə apellyasiya baxışının qismən istintaqı ilə müəyyən olunan işin faktiki hallarına əsasən tam sübuta yetirilir ki, Məhkum ## #### 2024-cü il tarixdə, saat 18 radələrində X3 Beyləqan rayonu, Birinci Şahsevən kəndində qurudulmuş marixuananı nağd pul qarşılığında satmışdır. Məhkəmə kollegiyası Məhkum ibtidai istintaqda 45 manat müqabilində Turqut Əsədova narkotik satması barədə ifadəsini ona edilən pis rəftarla bağlı əlaqələndirsə də, kollegiya onun həmin ifadəsini həqiqət hesab etmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, ona edilən rəftara baxmayaraq, ittihamın bir hissəsini qəbul edib, digər hissəsini qəbul etməməsi bu əminlik yaradır ki, o, özünü qismən təqsirli bilmiş, işgəncəyə məruz qalması məhz etiraf etmədiyi hissə ilə əlaqədar olmuşdur. Odur ki, onun hazırkı ifadələri sübut kimi qəbul edilməməli, özünü müdafiə olaraq qiymətləndirilməlidir...” Apellyasiya instansiyası məhkəməsinin cinayət işi üzrə toplanmış sübutlara münasibətdə qiymətləndirməsindən görünür ki, həmin məhkəmə hər bir sübutu hərtərəfli, tam və obyektiv şəkildə bir-biri ilə müqayisə edərək yoxlamış və qiymətləndirmiş, işin heç bir halı məhkəmə qiymətləndirməsindən kənarda qalmamış, iş üzrə toplanılaraq qiymətləndirilmiş sübutların məcmuyu əsasında Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinməsi qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən həmin məhkəmə tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ən aşağı həddə yaxın həddə təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı ədalətli cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi, eləcə də onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli hökmü məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar