Məhkəmə qərarları › İş №1(1-8)-235/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-235/2026

05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-235/2026 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2025-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində cinayət işinin açılması və onun cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim: Quliyev Ramiz Mübariz oğlunun sədrliyi) 4 sentyabr 2025-ci il tarixli 1(060)-632/2025 nömrəli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində cinayət işinin açılması və onun cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2025-ci il tarixli 1(105)-697/2025 nömrəli (hakimlər: Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 4 sentyabr 2025-ci il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2025-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Həmin vəsatətə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət məhkəmə tərkibində) 14 yanvar 2026-cı il tarixli 1(105)-697/2025 nömrəli qərarı ilə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən kassasiya şikayəti verilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı kassasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2025-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2026cı il tarixli qərarının ləğv edilməsinə dair qərarın qəbul edilməsini xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir: 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) , 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından—onların çıxarıldığı , bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Iş materiallarına əsasən müəyyən olunur ki, mübahisələndirilən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2025-ci il tarixdə çıxarılmış həmin qərarından kassasiya şikayəti vermək üçün prosessual qanuna əsasən xüsusi ittihamçı üçün nəzərdə tutulmuş müddət 22 noyabr 2025-ci il tarixdə bitmişdir. Kassasiya şikayəti isə 19 dekabr 2025-ci il tarixdə verilmişdir. Beləliklə, prosessual müddət açıq şəkildə ötürülmüşdür. Iş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli qərarı xüsusi ittihamçı Xüsusi ittihamçı iştirakı ilə elan edilmiş, eyni zamanda onun elektron kabinetinə yerləşdirilmiş və poçt vasitəsilə də göndərilmişdir. Bu səbəbdən qərardan məlumatlı olmadığı barədə hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPMin 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız aşağıdakı hallarda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması, həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə bərpa oluna bilər. Şikayətçi müddətin ötürülməsinin səbəbi kimi 27.10.2025-ci ildən 17.11.2025-ci ilədək stasionar müalicədə olmasını göstərmişdir. Lakin məhkəmə kollegiyası düzgün olaraq müəyyən etmişdir ki, qeyd edilən müalicə müddəti kassasiya şikayətinin verilməsini tam şəkildə mümkünsüz edən hal kimi qiymətləndirilə bilməz. Çünki həm qərarın elan edilməsindən müalicəyə qədər, həm də müalicədən sonrakı dövrdə kassasiya şikayətinin təqdim olunması üçün kifayət qədər vaxt mövcud olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermə müddətinin buraxılmasına səbəb olan hallar üzürlü səbəblər kimi qəbul edilə bilməz və kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALIR: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2025-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2026-cı il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar