Məhkəmə qərarları › İş №1(1-8)-236/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-236/2026

03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-236/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, məhkum Məhkum və məhkumun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-**/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ##.##.1984-cü il tarixdə Ağdaş şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Ağdaş şəhəri, Istiqlal küçəsi 19B ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 29, 144.2.4 və 29, 144.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının 2023-cü il # ###### tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X13 (sədrlik edən), X19 və X9 ibаrət tərkibdə) 2025-ci il ## ###### tarixli, *(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Məhkum Zərərçəkmiş şəxs oğurlayıb ünvan 1 ünvanında yerləşən yaşadığı evə aparıb saxlamaq məqsədilə 2023-cü il ## ####### tarixdə saat 12:30-da Zərərçəkmiş şəxs Ağdaş rayonu Qülbəndə kəndində yerləşən yaşadığı ünvanın həyətinə gəlib sonuncuya fiziki güc tətbiq etməklə iradəsinin ziddinə onun boynundan yapışdıqdan sonra silah qismində istifadə etdiyi bıçağı sonuncunun boğazına dirəyərək həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə səsini çıxarmamasını tələb etmiş, ardınca onu küçəyə çıxarıb əvvəlcədən Ağdaş rayonu, Qülbəndə kəndindən keçən asfalt yolun kənarında saxladığı özünə məxsus VAZ 21099 markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə doğru sürüyərək bir neçə metr hərəkət etdikdən sonra əlləri ilə dartaraq sonuncunun həyat sağlamlığı üçün təhlükəli olmayan sağ mil bilək oynağının ön səthinin qançırı və sağ saidin yuxarı 1/3-nin sıyrığı xəsarətləri ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs qışqırıb səs-küy salıb kömək çağırmaqla israrlı müqavimət göstərməsi, habelə sonuncunun imdadına gəlmiş şəxslərin müqaviməti ilə üzləşməsi və həmin şəxslərin Zərərçəkmiş şəxs onun əlindən alması səbəbindən öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyib həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib silah qismində istifadə edilən əşyadan istifadə etməklə adam oğurluğuna cəhd etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ KASSASIYA ŞIKAYƏTINƏ ƏLAVƏNIN DƏLILLƏRI, MƏHKUMUN, MÜDAFIƏÇININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hadisə əslində təhrif edilmiş, onun cinayət əməli zərərçəkmişin və digər yaxınlarının yalan ifadələrinə uyğunlaşdırılmışdır. Nə ibtidai istintaq orqanı, nədəki məhkəmə onun günahsızlığını sübut edən maddi sübutlara, dəlillərə və mülahizələrə önəm verməmişdir. Məhkum bildirmişdir ki, hadisədən 1 gün əvvəl o dayısı gildə qonaq olmuş, səhəri günü əmisi gilə baş çəkmək üçün zərərçəkmiş ilə ora getmiş həmin vaxtı zərərçəkmişin anası ona hücum edərək qızının qaçırılmasında günahlandırmış və səs-küyə əmisigil və sonradan zərərçəkmiş şəxsin atası gəlmiş, onu döymüşlər. O, hadisə yerindən uzaqlaşdıqdan sonra DIN-in qaynar xəttinə 102-ə zəng vuraraq məlumat verdikdən sonra Ağdaş MRX-na getmiş, lakin onu döyənlərin əmisi və dayısı olduğuna görə xəstəxanada evdə yıxıldığını demişdir. Bundan başqa, apellyasiya məhkəməsində onun tək halda adam oğurluğuna cəhd etməsini qeyri-məntiqi olmasına və uydurma olmasına diqqət yetirməmişdir. Əsas şahidlərdən olan şahid1 bütün ittihamları rədd etmiş və onun əlində bıçağın olmamasını bildirmişdir. Bundan başqa zərərçəkmişin xalası ifadəsində onun qızı qaçırmağa cəhd etməsini və əlində bıçağın olmasının görmədiyini bildirmişdir. Daha sonra məhkum bildirmişdir ki ekspert rəyi saxtalaşdırılmışdır. Belə ki, ekspertiza ##.##.2023-cü il tarixdə yox, 1 həftə sonra keçirilmişdir. Bunu zərərçəkmiş dindirilmə zamanı özü də təsdiq etmişdir. Bundan başqa, ibtidai istintaqı zamanı onun xeyrinə ifadə verən şahidlərin heç biri məhkəmə istintaqına dəvət edilməmişlər. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətinə əlavəni əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaq zamanı dindirilmiş şahidlər- X5, X6, şahid1 (Aydan) Rövşən qızı, şahid5, X10, X3, X7, X11 ifadəlarində hadisə yerində olmaları, lakin Məhkum əlində bıçaq olmasını və onun Zərərçəkmiş şəxs sürüməsini görmədiklərini bildirmələrinə baxmayaraq ibtidai istintaqı aparan müstəntiq Xəyal Dolxanov "Sübutların qiymətləndirməsinə " dair ##.##.2023-cü il tarixli qərarında bu məsələyə hər hansı hüquqi qiymət verməmiş, bununla Azərbaycan Respublikası CPM-nin 85.2.1-ci maddəsinin tələblərini pozaraq sübutların qiymətləndirilməsi zamanı CPM-nin 33,125,144-146-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Daha sonra müstəntiq X.Dolxanov tərəfindən Məhkum CM-nin 29,144.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib edilmiş ##.##.2023-cü il tarixli ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdaş rayon prokuroru, R X1 ##.##.2023-cü il tarixli qərarı ilə təsdiq edilmədən göstərişlərlə ibtidai istintaqa qaytarılmışdır. Göstərişlərdə qeyd olunmuşdur ki, hadisə zamanı Məhkum əlindən bıçağı götürmüş şəxs müəyyən edilməmiş, bu istiqamətdə əməliyyat-istintaq tədbirləri görülməmiş hadisəni görmüş şəxslərdən Məhkum bıçağı onlara nümayiş etdirib-etdirməməsi müəyyən edilməmiş, Mənzurə Ədilovanın ifadəsində bütün qonşuların orada olması bildirilsə də həmin qonşuların şəxsiyyəti müəyyən edilərək ifadələrinin alınması, Məhkum vəsatətində Zərərçəkmiş şəxs təsir altında təhrif olunmuş izahat və ifadə verdiyi göstərildiyi halda, onun barəsində məhkəmə psixoloji ekspertizasının təyin edilib keçirilməsi, ifadə verən zaman uydurmaya meyillilik əlamətlərinin olub-olmaması müəyyən edilməmiş, ifadələri arasında ziddiyyət olan X8 Qasımov arasında üzləşmə aparılmadığını, Məhkum Zərərçəkmiş şəxs haraya aparmaq istəməsi barədə heç bir əməliyyat-istintaq tədbiri görülmədiyini, qeyd olunan epizod üzrə əlavə araşdırma aparılmaqla Zərərçəkmiş şəxs əlavə ifadəsinin alınması və digər zəruri əməliyyat istintaq tədbirlərinin görülməsi göstərilmişdir. Cinayət işi müstəntiq X.Doluxanov tərəfindən icraata qəbul edilərək ##.##.2024-cü il tarixdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs əlavə olaraq dindirilməsinə dair protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs həmin ifadəsinin sərbəst sual-cavab hissəsi ##.##.2023-cü il tarixli dindirmə protokolunun kompüter köçürməsi olmuşdur. Yalnız ifadənin sonluğunda sual-cavab hissəsində prokurorun göstərişləri ilə bağlı sual-cavab edilmişdir. Bu da ona dəlalət edir ki, zərərçəkmiş şəxsin dindirilməsi görüntüsü yaradılmışdır. Bu da onu təsdiq edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs əlavə dindirilməsinin sərbəst və sual cavab hissəsinin bir hissəsi kompüter köçürməsi olmaqla CPM-nin 230.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ##.##.2024-cü il tarixli əlavə dindirmə protokolunda prokurorun yazılı göstərişləri ilə bağlı "Məhkum sizi yaşadığınız evin həyətindən çıxararaq hansı ünvana aparması barədə nə demişdir" sualına "Məhkum mənə gel gedək bizə, yad yer deyil, sənin də bibin evidir " deyə söyləmişdi və məni küçə ilə dartaraq aparırdı.Hamin sual-cavab hissəsində verilən cavab Məhkum ifadəsini bir daha təsdiq edir. Belə ki, o, müvafiq ifadələrində, eləcə də onunla konfidensial qaydada görüşərkən Gülane Qasimovanın onun dayısı qızı olmasını, əvvəllər dəfələrlə onların Ağdaş şəhərində yerləşən evlərində olmaları, günlərlə onlarda qalması, onun idarə etdiyi avtomobillə ikilikdə həm onların evlərinə, həm də digər yerlərə gedərək birlikdə qaldıqlarını bildirmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə istintaqı qərəzsiz və ədalətli keçirilməmişdir. Məhkəmə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməmiş, məhkəmə iclasında yalnız təqsirləndirilən şəxsi ittiham edən sübut kimi təqdim olunan sənədləri və məlumatları tədqiq etmiş, təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi, habelə ona bəraət verən cinayət işinin materiallarında sübutlar mövcud olduğu halda bunlara əhəmiyyət verməmiş, həmin sübutların tədqiqindən əsassız olaraq imtina etmiş, onun vəziyyətini yüngülləşdirən özü və müdafiəçisi tərəfindən irəli sürülən vəsatətlərə baxmaqdan imtina etmişdir. Bununla da məhkəmə CPM-nin 33.4-cü maddəsinin tələblərini pozaraq əvvəlcən ittiham üstünlük vermişdir. Həmçinin iş materiallarından görünür ki, məhkəmə işə baxarkən CPM-nin 28.4.1-ci maddəsinə əsasən cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, CPM-nin 28.4.2ci maddəsinə əsasən. şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalı, CPMnin 28.4.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmalı, CPM-nin 28.4.4-cü maddəsinə əsasən cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamalı olduğu halda həmin maddələrin tələblərini kobud şəkildə pozaraq bunları təmin etməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-**/**** nömrəli qərarının ləğv edilməsini və təqsirliliyinin sübuta yetməməsi əsası ilə ona bəraət verilməsini və ya Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-**/**** nömrəli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya məhkəməsində yenidən məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi Umud Abdurrahmanlı kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmamasını və Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum və onun müdafiəçisi kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə məhkumun əməlinin tövsifini mübahisələndirmiş, məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPMin 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və əlavənin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və əlavə təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və əlavənin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində və əlavədə irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin və əlavənin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran bir halın olması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyasının ən aşağı həddində ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkumun təqsirli bilindiyi maddə üzrə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas tapa bilmir və məhkumun yalnız təyin edilmiş cəzanı real çəkməsi nəticəsində islah olunmasının mümkünlüyü qənaətinə gəlir. Eyni zamanda, məhkəmə kollegiyası hesab eidr ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar və əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun və müdafiəçisinin kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il # ###### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.2.4 və 29, 144.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-**/**** nömrəli qərarı, məhkumun kassasiya şikayətinə və məhkumun müdafiəçisinin kassasiya şikayətinə əlavəsinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar